Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   2   3   4   5   6   7   8   9   10   ...   35
fərraĢı  Ərdəbilin  mərkəzi  meydanında  e‟dam  eləmiĢdilər.  E‟lan  eləmiĢdilər  ki,  o  əsilzadə 
ailələrindən birinin qadınının sifətinə baxıb. 
Bu dəfə də özü getdi. Bilirdi ki, qardaĢının fitvası ilə oğlanları böyüdükcə bir-bir gedəcək. 
Odur  ki,  gecələr  də  yuxusu  ərĢə  çəkilir.  Ərinin  xəncərini  baĢının  altında  saxlayırdı.  Yad  səsi 
eĢidən kimi, Səkinə də oyanırdı. 
Ġndi qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-baĢından saray adamına oxĢayan bir nəfər 
dayanmıĢdı. AləmĢahbəyim geri çəkildi. 
– Sən kimsən? 
–  Bacı,  qardaĢını  tanıya  bilmədin?  AləmĢahbəyim  diqqətlə  baxdı.  Məsih  Mirzə  idi. 
AləmĢahbəyim onu sancdı. 
–  Günah  bacıda  deyil.  QardaĢ  bacının  dar  günündə  görünməyəndən  sonra  onu  necə 
tanıyasan?  
Məsih Mirzə içəri girdi. 
–  Bacımı,  onun  balalarını  bu  gündə  görüncə  gözlərim  kor  olaydı  –  deyib  silahlarını 
çıxartdı. Sultanəlinin yanında dayanan qardaĢları da onun kimi, indi sifətini gördükləri dayılarına 
kinli-kinli baxırdı. – Sizin yanınıza gəlmək olurmu bəyəm. Taxt-tac Yaqubun gözlərini tutub, heç 
nə görmür. Bura girmək üçün nə qədər vaxtdı əlləĢirəm.  Əbih Sultan olmasaydı,  bura yol tapa 
bilməyəcəkdim. 
AləmĢahbəyim qardaĢının gəliĢindən sevinsə də, həm də bərk narahat oldu. AĢkardır ki, o 
bacısını  elə-belə  görməyə  gəlməyib.  “Yox,  yəqin  ki,  uĢaqlarla  iĢi  yoxdur.  Nəsə  baĢqa  məqsədi 
var. Əbih Sultanla birləĢibsə, bu ayrı məsələdi.” 
O, bardaĢ qurub oturdu. 
– Səndən nə yaxĢı, qardaĢ? 
– GəlmiĢəm də. Dedim, görüm necəsiniz. 
– Belə də, günümüz xoĢ, dövranımız çağ.  
Məsih Mirzə hal-əhval tutandan sonra uĢaqlara baxdı. Sonra da bacısına dedi: 
– Səninlə ikilikdə sözüm var. 
– YaxĢı, Sultanəli, keçin o birisi hücrəyə.  – Onlar çox könülsüz getdilər. – Hə, eĢidirəm, 
səni,  –  deyə  qardaĢının  qılıncını  kəmər  qarıĢıq  cingildədə-cingildədə  aparıb  pəncərənin 
qabağından  asdı.  Məsih  Mirzə  bardaĢ  qurmuĢdu,  dizlərinin  kündələri  Ģam  iĢığında  qızarırdı. 
Qırmızı  atlasdan  Ģalvar  geymiĢdi.  Üstünə  isə  baĢı  kölgə  salmıĢdı.  Əllərini  də uzadıb  dizlərinin 
üstünə qoymuĢdu, iri barmaqları yerdən çıxarılan ağacın riĢələri kimi görünürdü. 
– Bacı, dərdini təzələsəm də deməliyəm ki, ġeyxin ölümünə fitva verən adamı tapmıĢam. 
Üləma  Fəzlüllah  ibn  Rüzbahan  Hünəci  Yaqubu  baĢdan-beyindən  çıxarıb.  O,  Yaquba,  bir  də 

38  www.sarigelin.net 
 
Osmanlı Sultanı Bəyazidə məktublar yazıb. Yazıb ki, ġeyx Cüneyd kimi ġeyx Heydər də ürfan 
və  ruhaniyyət  yolu  ilə  getmək  əvəzinə,  ölkə  və  vilayətlər  ələ  keçirmək  istəyirlər.  O,  üsyanlar 
baĢçısıdı,  sufi  nəsəbdi,  xəyanətkardır.  QardaĢımız  da  bu  murdar  fitnəkara  inandı.  Ağılsız 
tərpəndi. Tək sənin yox, həm də öz xətrinə belə iĢ görməməli idi. Çünki ġeyx Səfinin qurduğu 
binanı  uçurmaq  fikrinə  düĢən  ağılsız  adamdır.  Onun  ziyarətinə  Hinddən,  Çindən,  Rumdan, 
Sərəndibdən1,  Hicazdan,  DəməĢqdən,  Bağdaddan,  Bəsrədən  gəlirlər.  Səfiyyəddinin  oğlu 
Sədrəddinə Məlik ƏĢrəf Çobaninin gücü çatmadı. Cəlayirlər də ona heç nə edə bilmədilər. Belə 
adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırdı. Ġndi ölkənin yarıdan 
çoxu ona lə‟nət oxuyur. 
– Ġndi məndən nə istəyirsən? – AləmĢahbəyim qardaĢının bal- 
--------------------- 
1. Ġndiki ġri-Lanka. 
tanı hara çaldığını yaxĢı baĢa düĢürdü. Amma fikrini açıq söyləməyini istəyirdi. 
– Düzü, səninlə tamam baĢqa bir iĢdən ötrü məsləhətləĢməyə gəlmiĢəm. 
– Buyur. 
–  Səni  və  balalarını  bu  müsibətdən  qurtarmaq  üçün  bircə  yol  var.  –  Məsih  Mirzə  susdu. 
Bacısı da dinməyib onun təklifini gözləyirdi. QardaĢı da fikrini deməyə görünür çətinlik çəkirdi. 
Amma sözünü dedi. – Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama 
getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadı altına alar. 
– Demək mənə elçiliyə gəlmisən, qardaĢ? 
– Elçiliyə yox. Fikrini aramağa. Görüm nə deyirsən? 
– Qüdrətli adam da yəqin ki, Əbih Sultandı, elə deyilmi? 
– Hardan bildin? Əbih Sultan doğrudan qüdrətlidir. Ölkənin dirəklərindən biridir. 
– O dirək qardaĢının laxlamıĢ səltənətini saxlasın da. – AləmĢahbəyim elə hirslənmiĢdi ki, 
qardaĢı olmasa, o divardakı qılıncı onun köksünə sancardı. Amma özünü ələ almaq üçün bütün 
iradəsini  cəm  eləmiĢdi.  “Ġndi  də  bu  taxt  həvəsinə  düĢüb.  Ona  görə  qardaĢını  da  yay  kiriĢi  ilə 
boğmağa, bacısını da kiminsə ağuĢuna atmağa hazırdı”. 
– Laxlayan diĢin çəkilməkdən özgə əlacı yoxdur. 
– Demək sən də qardaĢının baĢını yemək istəyirsən.  
Söz Məsih Mirzəni tutdu. Fikrə getdi. Səsinə bir az da mehribanlıq verib dedi: 
– BaĢını yemək niyə? QardaĢımız bacısını, bacısının uĢaqlarını həbsdə saxlamaqla özünü 
tamam nüfuzdan salıb. Sən gərək mənə kömək əlini uzadasan. 
AləmĢahbəyim yarpaq kimi əsirdi. 
– Məni Əbih Sultana ərə verməyin xam xəyaldı, qardaĢ. Mən öldürülmüĢ ərimin namusunu 
dünyanın  ən böyük hökmdarına da dəyiĢmərəm.  O ki  qaldı mənim sənə köməyimə, mən özüm 
qolu  bağlı  dustağam.  Həm  də  bacıyam.  Bir  qardaĢa  xeyir-dua  verib  baĢqa  qardaĢın  üstünə 
göndərmək hansı bacının ürəyindən olar? 
 
Məsih Mirzə onun bu sözlərini də sakitliklə qarĢıladı. 
– Ərə getmək təklifinə bundan baĢqa bir cavab gözləmirdim. Sağ ol! Halal olsun! Ancaq 
ġeyxin müridləri mənim tərəfimə keçməsə iĢlər yaxĢı getməyəcək. 
– Mən Ģeyx deyiləm. Neçə ildir ki, bu qəfəsdəyəm. Heç nədən xəbər-ətərim yoxdur. Dur, 
yoldan gəlib yorulmusan. 
– Qayıtmalıyam. Məni gözləyirlər. 
“Ġlahi,  axı  mən  sənin  yanında  nə  günah  iĢlətmiĢəm?  Niyə  məni  belə  bəlalara  düçar 
eləyirsən?  O  biri  qardaĢ  bu  körpələri  bura  salıb  ki,  qurbanlıq  qoyun  kimi,  böyüyüb  əmələ 
gəldikcə baĢlarına bıçaq çəkə. Bu da onu yıxsa yenə də onların baĢını sığallamayacaq”. Sussa da 
müsibət müsibət üstündən gələcək. 
Sultanəli  qapının  dalında  dayanıb  onların  söhbətini  dinləyirdi.  Dayısının  “qayıtmalıyam” 
kəlməsindən sonra qapını itələyib içəri girdi. Bayaq salam da verməmiĢdi. 
– AxĢamın xeyir, dayı-dedi. 
– Bu hansı igiddi, – deyə bacısından soruĢdu. 

39  www.sarigelin.net 
 
–  Böyüyüdü,  Sultanəlidi,  –  deyə  narahatlıqla  dilləndi.  O,  istəmirdi  ki,  onları  yaxından 
tanısınlar.  Xüsusən  Sultanəlini.  Boy-buxunda  atasına  çəkmiĢdi.  Özü  də  gecə-gündüz  oxuyur, 
özünü həyata hazırlayırdı. 
– Yox, mən Sultanəli deyiləm. Mən ġeyx Sultanəliyəm. Atamın ölümündən sonra ġeyxlik 
mənə çatıb. 
– MaĢallah, maĢallah.  – Dayısı qalxıb onunla görüĢdü. Sonra onun iti gözlərinə baxdı və 
bundan sonra onun əlindən öpdü. ġeyx idi,  bütün  müridlərin mürĢidi bu uĢaq sayılırdı. Demək 
Məsih Mirzə bacısı ilə yox, Sultanəli ilə danıĢmalıydı. 
– Deyir on iki imama yalvarınca, bir Allaha yalvar. 
–  Dayı,  dediklərinin  hamısını  eĢitmiĢəm.  Əgər  bizi  zindandan  qurtarmaqla  ġeyx  Səfi 
nəslini  öz  əlində  silaha  çevirmək  istəyirsinizsə  mən  buna  qəti  ziddəm.  Niyə,  ona  görə  ki, 
müsəlman  hökmdarların  hamısı  peyğəmbərin  adından  danıĢıb  və  öz  bildiyini  eləyib.  ġeyx 
Heydərin övladlarının qeyrətləri varsa özləri-özlərinə əncam çəkəcəklər. Yoxdursa, onda heç. 
AləmĢahbəyim oğluna gözlərini ağartdı ki, dinməsin. Amma o öz sözlərini demiĢdi. Məsih 
Mirzə də bacısı oğlunun dediklərini eĢitmiĢdi. Amma hələ də inana bilmirdi ki, bu sözləri uĢaq 
dilindən eĢidib. 
–  Bacıoğlu,  sizin  gücünüzdən  istifadə  eləyib  ölkəni  möhkəmləndirmək  istəyirlərsə  buna 
sevinmək lazımdır. Amma o nəslin kökünü kəsmək istəyənlər də var. 
Ana  oğlunun  belə  odlu-odlu  danıĢdığını  eĢitməmiĢdi.  HəmiĢə  o,  hücrənin  bir  küncünə 
çəkilib dəri cildli kitabları vərəqləyirdi. Oxuyurdu, yazırdı, oxuduqlarını yadında saxlamaq üçün 
vird eləyirdi. QardaĢı Ġbrahimlə də məĢğul olur, onu oxutdurur, yazdırırdı. 
Ġndi  birdən-birə beləcə partladı, üsyan elədi. Ana həm sevinirdi ki, oğlu belə cəsarətlidir, 
ağıllıdır. Həm də qorxurdu ki, dayıları onu tanıdılar.  
Hökmdar  üçün  iki  baĢ  mövcud  idi.  Birinci  baĢ  həmiĢə  sinəsinə  əyilməli,  “bəli,  bəçeĢm” 
deməlidir.  Əgər  bu  baĢ  dikəlirsə,  ağılla  beyindəki  fikirləri  söyləyirsə,  öz  fikrini  izhar  eləyib 
qarĢıdakı  hökmdarla  razılaĢmırsa,  onda  həmin  baĢ  mütləq  kəsilib  atılmalıdır.  Kəsik  baĢ  isə 
danıĢmır.  Hökmdara  belə  “danıĢmayan”  baĢ  daha  xoĢ  gəlir.  Çünki  o  daha  təhlükəsiz,  daha 
qorxusuz  və  zərərsiz  idi.  Sultanəlinin  bu  danıĢığı  hökmranlıq  eĢqiylə  alıĢıb  yanan  dayısının 
qəlbində o ağıllı baĢı təhlükəsiz eləmək e‟tiqadı doğura bilərdi. 
  
Ġsmayıl  da  gümüĢ  xəncərini  belinə  bağlayıb  gəlib  qapıdan  baxırdı.  Sultanəlinin  bir  sözü 
həmiĢəlik  onun  ağlında  qalmıĢdı.  Gecə  yarısı  qalxıb  baĢqa  otağa  keçmək  istəyəndə  də  gərək 
geyinəsən, yarağını qurĢayasan, çünki təhlükə həmiĢə baĢımızın üstündədir. O, qapıya yaxınlaĢıb 
baxdı  və  bayaq  gördüyü  dayısı  onun  gözündə  nağıllardakı  divlərə  oxĢadı.  Bu  divin  kürəyi 
görünürdü. Anasının sifətində isə dərin bir narahatlıq vardı.  
Məsih Mirzə bir tikə uĢağın  kamilliyinə heyran qalmıĢdı. BaĢa düĢmüĢdü ki, bacısı onun 
ərə getmək təklifinə razı olsaydı belə, gedə bilməzdi. Deməli atalarının yerində adam var. “Tanrı, 
məsləhət özünündür. Mən dediklərim sənə naxoĢ gəlməsin, bu nəsil nədir bəyəm. Birinin baĢını 
vurursan, yerinə ondan da hündürə bir pöhrə qalxır ki, mən buradayam. Bəlkə də bunlara elə bir 
ruh  vermisən  ki,  ölənin  nə‟Ģindən  uçub  getmir,  bu  dünyadakı  övladlarından  birinin  bətninə 
qayıdır. QardaĢım Sultan Yaqub bunu baĢa düĢməyib. Tanrı bu nəslin tərəfindədirsə, onları qırıb 
qurtarmaq  olmaz.  Elə  mənim  kimi  onlara  arxalanmaq  lazımdır.  Özləri  də  çox  möhkəm  və 
qorxmazdırlar. Neçə il daĢ divarlar arasında çürüyən bu uĢağı da ələ almaq müĢkül iĢdir”. 
Məsih Mirzə dedi: 
– Ya ġeyx, bəyəndim səni, sevdim səni. Sənə biyət eləyib-inam gətirirəm. Məni də özünə 
mürid saya bilərsən. 
QardaĢının  bu  sözlərindən  sonra  AləmĢahbəyim  sevindi,  ürəyində  bir  iĢıq  yandı,  günəĢ 
boyda  oldu,  o  qəlbin  bütün  Ģübhələrini,  qorxularını  əritdi.  Oğlunun  ipək  kimi  yumĢaq  əlindən 
tutub qardaĢının ovcuna basdı. 
– BarıĢ, dayınla. Mehriban danıĢ.  
Məsih Mirzə dedi: 

40  www.sarigelin.net 
 
–  Bərəkallah  sənin  dərrakənə.  Dayının  indiki  vəziri  sənin  yanında  boĢ bir qabaqdır. Mən 
taxta çıxan gün bacım oğlunu sağ tərəfimdə oturdacam. 
– Ağqoyunlu səltənətinin vəziri? 
– Bəli. 
Sultanəli  hind  buddasını  xatırladan,  dizinin  kündəsi  qalxan  ortasına  oxĢayan  dayısının 
yanında ayaqlarını çarpazlayıb oturdu. 
– Dayı, bizim nəsildən vəzir çıxmaz. 
– Nə üçün. Elə hazır vəzirsən. 
–  Çünki  vəzir  tülkü  kimi  bic,  ürəyində  “yox”  fikirləĢib  dilində  “bəli”  deyən  adamlardan 
olur. Bizim ürəyimizlə dilimiz bir olub. Bu isə heç bir hökmdarın xoĢuna gəlmir. Onlar yalanı, 
yaltaqlığı daha çox xoĢlayır. Yaltaqlanmasan, fikrini düz desən, onda gərək boynunu qılınc altına 
verəsən. 
Məsih  Mirzə  tutuldu.  “Sultan  Yaqub  düz  fikirləĢib.  Bunlar  vəzirlik  yox,  hökmdarlıq 
fikrindədirlər”. 
– Mənim vəzirim  də, hökmdar fikirli  olmalıdır. Amma bir Ģey də var da, bacıoğlu.  ġeyx 
Səfi  nəslinin  qəlbində  sirr  olur,  indiyə  qədər  bir  adama  açmayıblar.  Bəs  ürəyindəki  həmin  sirr 
niyə dilinizə gəlmir? 
–  Hə,  o  ayrı  məsələdir.  –  Sultanəlinin  əlində  bıçaqla  yonub  naxıĢladığı  bir  çubuq  vardı. 
Həmin çubuğu ortadan qırdı, sonra dayısına göstərdi. – Bir Ģey yoxdu ki? 
– Nə olmalıdı ki? 
– Heç nə. Ağacdı da, elə deyilmi? 
–  Bəli,  –  deyə  Məsih  Mirzənin  gözləri  gəzdi,  o  təəccüblə  baxırdı.  Sultanəlinin  mö‟cüzə 
göstərəcəyini gözləyirdi. 
Sultanəli ağacın  bir tərəfini Ģamın oduna tutdu. Ağac alıĢdı, çırthaçırtla yanmağa baĢladı. 
Məsih Mirzə heç nə baĢa düĢmədi. 
– Yanır? 
– Yanır. 
– Niyə yanır? Biz baxanda bunun ki, içərisində alov yox idi. Amma oda verən kimi alıĢdı 
və öz-özünə yanmağa baĢladı. Demək alovla aĢinalıq onun bətnində idi. Nə qədər alova tutmasan 
o batin idi və yanmayacaqdı. 
– Batindəki həmiĢə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı. 
–  O  baxır  batinə,  oradakı  sirrin  xasiyyətinə.  Bizdən  həmiĢə  Ģübhələnirlər.  Qorxurlar  ki, 
hökmdar  olmaq  fikrindəyik.  Sən  də  indi  bu  barədə  düĢünürdün.  Amma  onu  bilmirlər  ki,  biz 
hökmdarıq.  Öz  batini  fikrimizin  hökmdarı.  Biz  əbədi  bir  yolun  yolçusuyuq,  beĢ  günlük  Ģahlıq 
səviyyəsinə enmərik. Ona görə bizim sövdamız baĢ tuta bilməz. Anam sizə “yox” cavabı verdi. 
Mən ondan bundan artıq cavab gözləmirdim. Öz qardaĢının qanına qəltan olunmasına fitva verib 
sizinlə razılığa gəlsəydi, mən öz doğma anamdan ömürlük inciyərdim. 
Sultanəli bu sözləri deyib ayağa qalxdı. Bu o demək idi ki, mən səninlə söhbəti qurtardım. 
Məsih Mirzə də özünü itirib onunla bərabər qalxdı və yenidən oturmaq istədi. Amma gec 
idi,  özünü  itirdiyi  də  hamıya  aydın  olmuĢdu.  Bu  körpə  uĢaqla  ağıl  mübarizəsində  məğlub 
olmuĢdu. O, yeriĢini də itirdi. O, buraya hökmdar olmaq fikri ilə ayaq basmıĢdı, sanki tacqoyma 
mərasiminə  gəlir,  cəvahiratla  bəzənən  tacı  onun  baĢına  bacısı  qoymalı  idi,  amma  həmin  tacı 
bacısı oğlu onun baĢına çırpmıĢdı. 
Keçib  qılıncını  götürdü.  Hücrədən  çıxmaq  üçün  qapıya  getdi.  Amma  qapıya  çatmamıĢ 
dayanıb geriyə döndü və bacısına baxdı. 
–  Bacı,  seçdiyim  yolda  sənə,  sənin  qohumlarına  arxalanmaq  istədim.  Görünür  qismət 
deyilmiĢ.  Nə  olar,  özümə  bu  qılıncla  yol  açaram.  Buna  gücüm  çatar.  Amma  bundan  sonra 
məndən inciməyin. 
 
–  Yenə  də  qılınc,  yenə  də  qan.  Ey  tanrı,  sən  bu  ana-bacıları  niyə  yaradırdın?  Onların  nə 
günahı vardı?! 

41  www.sarigelin.net 
 
O  vaxtdan  xeyli  keçmiĢdi.  Nə  Sultan  Yaqubdan,  nə  də  Məsih  Mirzədən  bir  xəbər 
çıxmamıĢdı.  Günlər  isə  bir-birindən  üzücü  gəlib  keçirdi.  Səkinə  AləmĢahbəyimin  qızılı  saçları 
arasında ağ tüklər görmüĢdü. Özünə deməmiĢdi. Bir kisə xınası vardı. Ġsladıb gətirmiĢdi. 
– Atam-anam, saçlarına xına qoyum? AləmĢahbəyim hirslənməzdi, özündən çıxmazdı. Heç 
vaxt  Səkinənin  üstünə  səsini  qaldırmamıĢdı.  Ona  yazığı  gəlirdi.  Onun  xına  söhbətindən  sonra 
özünü  saxlaya  bilmədi.  Ġçində  ilan  zəhəri  rəngində  xına  olan  üstü  yazılı  mis  camı  alıb  divara 
çırpdı.  Qab  daĢa  dəyib  cingildədi,  xına  divara  yayıldı.  Qab isə divar dibi ilə diyirlənib qapının 
yanında  dayandı.  Səkinə  quruyub  qaldı.  Nə  pis  iĢ  görmüĢdü  ki,  onu  belə  təhqir  eləmiĢdilər? 
Amma nə səsini çıxartdı, nə incidi, nə də gözünü qaldırıb ona baxdı. Gedib qabı götürdü, əski 
gətirib divardakı xınanı təmizlədi. AləmĢahbəyim də bu müddətdə peĢman oldu. 
– Səkinə, mənə xına yaraĢır? 
Səkinə onun hirsinin səbəbini indi baĢa düĢdü. Onun qabağında çökdü. Əllərindən öpdü. 
–  Keç  günahımdan,  atam-anam.  Gözəl-göyçəksən,  məleykə  kimisən,  istəmirəm  bu 
gözəlliyinə bir xal düĢsün. 
AləmĢahbəyim  gedib  barmaqlığın  qabağındakı  güzgünü  götürdü.  Xırdaca,  qızıl  çərçivəli 
güzkü  idi.  Bunu  əri  rum  tacirlərindan  bir  at  qiymətinə  almıĢdı.  Əsil  Venedikt  güzgüsü  idi. 
Güzgüdə  onun  zənəxdanı,  soluxmuĢ  ağ  qızılgül  ləçəklərinin  biri-birinə  söykənməyinə  oxĢayan 
dodaqları, düz və xırda burnu, badamı gözləri, nazik çatma qaĢının üstündəki xal görünüb ötdü. 
Qızılı  saçlarının  ayrıcına  çatanda  güzgünü  bir  yerdə  saxladı.  Orada  bir  neçə  tük  ağarmıĢdı.
 
 
– Heydər qayıtdı, Səkinə. 
– Nə dedin, atam-anam?  
– Heydər qayıtdı deyirəm. 
– Necə qayıtdı? 
– Saçımın ağıyla qayıtdı gəldi Heydər. 
 
 
 
 
SULTANBUDDA TOY  
 
Payızın son ayında Xudafərin körpüsündən keçən Sultan Yaqubun qəflə-qatırı Araz qırağı 
yolla Beyləqan tərəfə yol almıĢdı. Qabaqda Sultanın seçmə mühafizə dəstəsinin geyimli-kecimli, 
bığıburma  süvariləri  gedirdi.  Aralıqda  Sultan  Yaqub  günün  altında  bərq  vura-vura  atını  yorğa 
yeriĢlə sürürdü. Onlardan arxada Venedikt zər parçaları ilə bəzənən kəcavədə Qarabağ gözəlini 
oturtmuĢdular. SəlcuqəĢahbəyim xatun da ayrı bir kəcavədə gedirdi O, oğlunu nə qədər eləsə də 
bu  toy  fikrindən  yayındıra  bilməmiĢdi.  Müxtəlif  bəhanələrlə  illər  boyu  toyu  saxlasa  da  Sultan 
Yaqub öz dediyinin üstündə dayanmıĢdı. 
Arxada müxtəlif yüklər daĢıyan qırx dəvə zınqırovlarını səsləndirə-səsləndirə gəlirdi. 
Haramı düzünə elatlar yaylaqdan təzə qayıtmıĢdılar. YağıĢlardan sonra bu geniĢ düzəndə ot 
cücərmiĢ,  xırda  ağ  çiçəklər  də  açmıĢdı.  Alaçıqların yanında körpə qumral  quzular oynaĢır, göz 
iĢlədikcə uzanan düzdə sürülər otlayırdı. 
Toyun  günü  ölkənin  bütün  əyalətlərinə  xəbər  verilmiĢdi.  Hər  yerdə  Ģənliklər  düzəltmək 
üçün mə‟murlar qapı-qapı gəzib Ģallaq gücünə muĢtuluq vergisi yığırdılar. 
Toyun  olacağı  Sultanbudda  Gürcüstandan,  ġirvan  mahalından,  qonĢu  ölkələrin  çoxundan 
qonaqlar  də‟vət  edilmiĢdi.  ġirvanĢah  Fərrux  Yasarın  gəlməyinə  ümid  az  olsa  da,  hər  halda 
oğlanlarından birini böyük hədiyyələrlə göndərəcəkdi. 
Qafilə Beyləqan Ģəhərinin xərabələrinə az qalmıĢ düzdə dayandı. FərraĢlar əvvəl Sultanın 
qızıl qübbəli çadırını qurdular. 
Qarabağ gözəli kəcavədən düĢən kimi öz doğma düzlərini gördü. Yetirib yerdən bir ovuc 
yovĢan qopardı. Burnuna yaxınlaĢdırdı: 

42  www.sarigelin.net 
 
– Oxxay, bütün müĢk-ənbərlərdən bu gözəldir, – dedi.  
Sultan Yaqub dayanıb heyranlıqla ona baxırdı: 
– Ey gözəllər gözəli, sənin vətəninə gəlmiĢik. Ġndi özünü necə hiss eləyirsən? 
– Çox gözəl,  hökmdar. Ġndi  bir at verələr, yatam yalına, düĢəm ceyranların dalınca, onda 
görərsiniz analar necə qızlar doğub. 
–  Ceyran?  O  ceyranın  neçəsini  desən  mən  ovlayıb  gətirərəm.  O,  vəzirinə  göstəriĢ  verdi. 
Ova çıxacağını dedi. Bir anda onun atını, kəməndini, oxunu, silah və əbləsələrini hazır elədilər. 
Sultan Yaqub sıçrayıb atın yəhərinə qalxmağı ilə götürülməyi bir oldu. Vəziri, əmirsipəhsaları da 
yanında idi. Süleyman Bicanoğlu da özünü xəstəliyə vurub gəlməmiĢdi. Yoxsa o da ovda iĢtirak 
eləyərdi. 
Ceyranı  çox  gözləməli  olmadılar.  Təpəni  aĢan  kimi  bir  sürü  ceyran  at  ayaqlarının  səsinə 
sıçrayıb  qalxdı.  Sultan  Yaqub  atını  onların  üstünə  sürdü.  Sürü  dağıldı.  O,  bir  ceyranın  dalınca 
atını səyirtdi. Qaç-qov baĢladı. Onun əyanları xeyli arxada qalmıĢdılar. Sultan Yaqubun altındakı 
atın burun pərələri irilmiĢdi. O, atası Uzun Həsənin atının balalarından idi. Yorğa yeriĢli, qaçıĢda 
misilsiz,  döyüĢdə  çevik  və  dözümlü  idi.  O,  ceyrana  çox  yaxınlaĢmıĢdı.  Artıq  kəməndini  də 
hazırlamıĢdı. Bir az da yaxınlaĢsa kəmənd gözləri irilmiĢ ceyrana çatacaqdı. Bir az da yaxınlaĢdı. 
Dırnaqları parıldayan nazik ayaqlı, gözəl ceyran bayaq iri sıçrayıĢlarla tullanırdısa, artıq gücdən 
düĢmüĢdü.  O,  kəməndi  əlində  dəstələyib  tullamaq  istəyirdi  ki,  ilxının  qabağı  açıldı.  Sultan 
Yaqubun atı ayaq saxladı. Ceyran uzaqlaĢdı, ilxı onunla Ģikarının arasından keçirdi. Sultanın qanı 
sifətinə vurdu. Bu vaxt ə‟yan-əĢrəf də yaxınlaĢdı. Ġlxı keçib gedəndən sonra arıq bir yabını çılpaq 
minən ilxıçını Sultan Yaqub yanına çağırdı. 
– Mənim Ģikarımı niyə korladın? 
Ġlxıçı  paltarlarından,  hökmlü  danıĢmaqlarından  böyük  adamlar  olduğunu  görüb  yabıdan 
aĢırılıb düĢdü. 
– Ağa, bu dünyada Ģikarı korlamayan bir adam tapsan, bu yabını muĢtuluq verərəm, – dedi. 
– Bu zırramanın cəzasını verin. 
– Cəza nədi, ay baĢına dönüm. Mən nə biləydim sən burada ov eləyirsən, ilxını o tərəfdən 
sürəydim. Ovcumu iyləmiĢdim ki?! 
FərraĢlar onu götürüb üz üstə yerə atdılar. KiĢi isə qıĢqırdı. 
–  Ġlxı  gedib  itər,  sonra  ġükür  bəyin  əlindən  qurtara  bilməzsiniz  ha.  Mən  cəhənnəm, 
özünüzə yazığınız gəlsin. Sultan Yaqub güldü. 
– ġükür bəy belə zəhmli, zərli-zorlu adamdı?  
Ġlxıçı qalxıb oturdu. 
– Onun var-dövləti məndə olsa, elə mən də zərli-zorlu olaram da. 
– Var-dövlətdən nəyi var? 
– Sən soruĢ ki, nəyi yoxdu. Bir ilxısı budu, beĢ sürü qoyundu, nə qədər malı, çobanlarının 
elə  mən  bilən  əlli  iti  var.  Ay  baĢına  dönüm,  de  məni  buraxsınlar,  ilxı  itər,  ġükür  bəy  mənim 
dərimə saman təpər. Onda gərək mən də sizi axtarıb tapam heyfimi çıxam.  
– FərraĢ, buna əlli çubuq. 
FərraĢlar  onun  bez  köynəyini  cırıb  əynindən  çıxartdılar.  Biri  ayaqlarının  üstündə  oturdu, 
ikisi qamçılarını qaldırıb onun kürəyini Ģallaqlamağa baĢladılar. 
Vəzir Zəkəriyyə Keçəçi atını Sultan Yaqubun yanına sürdü. Pıçıltı ilə dedi: 
–  Sultani-əzəm,  biz  toya  gəlmiĢik.  Bu  kiĢini  döydürməyin  xəbəri  Qarabağa  yayılsa  yaxĢı 
düĢməyəcək. 
Bu fikir onun da ağlına batdı. ġallaq dəydikcə, kiĢi qıĢqırır, deyirdi: 
–  Üstümü  unlu  görüb  adımı  dəyirmançı  qoymusunuz.  Vallah,  elə  adamlarım  var  ki, 
üstlərinə Ģikayətə getsəm, hamınızı zəncirə vurdurar. Vəzir iĢarə verdi, fərraĢlar əl saxladılar. 
– Kimdi, a kiĢi sənin adamların? Yə‟ni burdakılardan da böyükdü? 
KiĢi kinayə ilə güldü. 
– Buradakılara bax ey. Mənim adamlarım Təbrizdədi, lap o “səkkiz behiĢt” sarayında. 
– Kimdi saraydakı qohumun? Qapıçıdı, qulamdı, aĢbazdı, mehtərdi, nədi? 

43  www.sarigelin.net 
 
KiĢi qalxdı, ayaqlarını fərraĢın ayaqları altından çıxartdı. Onun üstünə çəmkirdi də. 
– Üstümdə elə oturmusan ki, elə bil nənən salan döĢəkdi. – Yenə üzünü vəzirə tutdu.  
Mənim özümə baxmayın. Mən qulama, qapıçıya adam demərəm. Sarayda bir kiĢi var, o da 
sultandı, padĢahdı. 
Sultan Yaqubun rəngi ağardı. 
– PadĢahı görmüsən? – deyə ondan soruĢdu. 
– Bəlkə də. Ancaq yadımda deyil. Mən Uzun Həsən Cənnət məkanı görmüĢəm. 
– Harda? 
–  Harda,  harda.  YoldaĢım,  dostum,  tayım-tuĢum  deyildi  ha.  Malatyada,  osmanlılarnan 
vuruĢmada. Uğurlu Məhəmməd də yadımdadı. 
– Sən vuruĢmusan da? 
O, köynəyinin cındırlarını dartıb əynindən çıxardı. Sağ döĢündə dərin çapıq yeri vardı. 
– Bu da mənim Ģahidim. – O fərraĢın üstünə qıĢqırdı. 
–  Görmürsən  kiĢilərlə  söhbət  eləyirəm,  o  ilxı  dağıldı.  Qaç onları  bəri qaytar.  – FərraĢ nə 
edəcəyini bilmədi. O yenə də vəzirə döndü. – Belə. 
– YaxĢı, sən demədin ki, sənin qohumun sarayda kimdi? 
– Sultan Yaqub. 
– Necə? 
– Bəli. Ġnanmazsınız. 
– Necə qohumundu? 
– Necə,necə. Sultanın qayınatasıyam. 
Onların  hamısı  bir-birinin  üzünə  baxdılar.  Sultan  Yaqub  atdan  düĢdü.  Yer  yarılsa  o  yerə 
girərdi. Ġndi bu ilxıçı kiĢidən üzürmü istəməliydi? Bilmirdi nə eləsin. 
– Adın nədi? 
– Cahangir. 
– Cahangir bəy.  
KiĢini gülmək tutdu. 
–  BaĢına  dönüm,  məni  ələ  salmayın.  Görürəm  ki,  alicənab  adamlarsınız.  Günah  məndə 
oldu  ki,  sənin  Ģikarını  əlindən  çıxartdım.  Əvəzində  də  mənə  bir-iki  Ģallaq  vurdular.  Hər  Ģey 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin