Bağışlayan və mərhəmətli Allahın adı ilə. Oldurən sən, dirildən sən, saxlayan sənsən, həkim



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix21.04.2017
ölçüsü0,55 Mb.
#15172
  1   2   3   4   5   6   7

 1 

                              

 ِميِحﱠرلا ِن َٰم ْحﱠرلا ِ ﱠﷲ ِمْسِب                        

        Bağışlayan və mərhəmətli Allahın adı ilə. 

Oldurən sən, dirildən sən, saxlayan sənsən, həkim, 

Y

оx imiş bir səndən özgə ayəti Quran ilə. 



Bu Xətayi ta əzəldən eşqinə yoldaş idi, 

Konlunu şad eyləyibdir sən kərəmlu xan ilə.(Xətai) 

Həmd aləmlərin Rəbbi olan Allah üçündür. Salavat və 

salam Peyğəmbərimiz Muhəmməd (s.ə.s.) və onun Əhli 

Beytinə olsun!  

 əl-Həcc-16-Biz Quranı nazil etdik. Burada Allahın 

birliyini və onun gözəl hökmlərini aşkar dəlillərlə açıqla-

dıq. Allah istədiyi  bəndəsini  Qurana hidayət edər. 

  əz-Zumər-22-Məgər Allahın köksünü (qəlbini) islam dini 

üçün açmaqla Rəbbi tərəfindən qəlbi nurlanan kəs, qəlbi 

möhürlənmiş kimsə kimi ola bilərmi?! Elə isə vay qəlbləri 

Allahın zikrinə (Qurana) qarşı  sərt olanların halı na! 

Onlar  haqq  yoldan  açıq-aydın  azmışlar.  

  İslam dini kainatın dini olduğundan Qurani–Kərim də, 

bütün dünya əhlinə  həyatda düzgün yaşayıb, bəlalardan 

qorunmaq,  əbədi dünyada isə  Cəhənnəm odundan 

qurtarmaq üçün Allah–taala tərəfindən  insanlığa bəxş 

edilən ən müqəddəs nemətdir.  

Ərəb dili dünyanın qədim dillərindən olub, sami dillər 

qrupuna daxildir. Qədim tarixə malik olan bu dil “qədim” 

”klassik” və “müasir”olmaqla üç inkişaf mərhələsi  

keçmişdir.Təqribi götürsək, birinci mərhələsi eramızın V 

əsrinədək olan bir dövrü, ikinci mərhələ V-XVIII əsrləri, 

müasir mərhələ isə  XIX  əsrin ikinci yarısından indiyədək 

davam edən dövrü əhatə edir. 

Müasir ərəb dili bütün ərəb ölkələrində dövlət dili kimi 

qəbul edilmişdir.Ərəb  dili  ilə  yanaşı, əhalinin danişdığı  

məhəlli (şəhərlər üzrə) dialekt və şivələr də mövcuddur. 

Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi 

şəkildə fərqləndiyi üçün bəzən müxtəlif ölkələrdə yaşayan 

ərəblərin bir-birini başa düşməməsinə səbəb olur.  

 2 

Əlifba-İnsan danışığındakı hər bir  səsin qrafik xətlə 

qeydləri sistemi. 

Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının 

birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. 

Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. 

Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə 

olunur. Dünya əlifbalarının, eləcədə keçmişdə istifadə 

olunmuş və hazırda elmə məlum olan əlifbaların 

hamısının protosemit vahid yazı sistemindən nəşət 

tapması elmdə təsdiqini tapmışdır.  

Ərəb dili müxtəlif söz ehtiyatının genişliyi cəhətdən dün-

yanın zəngin dillərindən hesab edilir. Burada  sinonim 

sözlər çox geniş  təmsil olunduğundan eyni məfhum  çox 

vaxt  ən azı bir neçə söz, bəzən isə onlarla, hətta yüzlərlə 

sözlə ifadə edilə bilir. Bu səbəbdən də, ərəblər bir-birlərini 

başa düşmək üçün çox vaxt Qurani-Kərimin sözlərindən 

istifadə edirlər. 

Quran-lüğətdə oxumaq mənasına gəlir. Qurani-Kərim 

həm dünyada,  həm də axirətdə insanı sevindirmək, insanı   

qaranlıqdan aydınlığa çıxarmaq üçün Allah tərəfindən 

Cəbrail (ə.s.) vasitəsilə Peyğəmbər Hz. Muhəmmədə, Hz. 

İsa Peyğəmbərə nazil olan “İncil“ kimi bir dəfəyə deyil 

yavaş-yavaş 23 il  müddətinə ayə-ayə, surə-surə nazil 

olmuşdur. 

Qurani-Kərimin 86 surəsi  Hz. Peyğəmbərin anadan 

olduğu və böyüyüb başa  çatdığı  Məkkə  şəhərində, 28 

surəsi isə İslam dinini yayıb, inkişaf etdirmək üçün hicrət 

etdiyi Mədinə  şəhərində nazil oluşdur. Beləliklə, Qurani 

Kərim 114 surədir. Ayələrin sayı haqqında isə fikirlər 

müxtəlifdir. Buna səbəb “Muqəttəə” adlanan hərflərin 

ayə sayılıb və ya sayılmamasından, bir mətnin, bir 

cümlənin bir və ya birdən çox ayəni  əhatə edə 

biləcəyindən və ”Bəsmələ”lərin hər surədə ayə kimi qəbul 

edilib, edilməməsindən irəli gəlir. Ayələrin sayının 6236, 

6205, hətta  6666  ayə  olduğu haqda  ehtimallar da vardır.  

 3 

   Qurani-Kərimin vəhyi  Hz. Peyğəmbərin vəfatina yaxın 

vaxta qədər müddəttə davam etdiyi üçün  bu səhifələr 

kitab halına gətirilməmişdi. Lakin Hz. Peyğəmbər 

ölümünə yaxın Hz.Əliyə bir çox mətləbləri bildirib və surə 

və ayələrin düzülüşü haqqında tapşırıq vermişdi ki, onları 

nazil olma sırası ilə düzsün. Çünki o, Peyğəmbərin 

yanında böyümüş  və  həmişə  də  onun  yanında olmuşdu 

və Hz. Peyğəmbərə  gələn vəhylərin səbəbini, vaxtini və 

hansı  şəraitdə, necə nazil olmasını ondan yaxşı bilən yox 

idi. 

Həzrəti Peyğəmbərə  gələn vəhyləri onun yaxınında 

olan  əshabələri də  əzbər bilirdilər. Lakin Yəmənə  

müharibəsində  əshablarının çoxunun şəhid olması 

Quranın bir tam kitab şəklinə  gətirilməsi məsələsini 

gündəmə gətirir. 

O vaxt xəlifə olan Əbu Bəkr  Hz.Əlinin köməyi ilə, həmçi-

nin Ömər ibn Xəttab və Osman ilə birlikdə surə və ayələri 

ardıcıl yığaraq həmişə bir olan “Qurani Kərimi”i tərtib 

etdilər.  

Qurani-Kərim həm ləfiz, həm də  mənaca Allahın kəlamı 

olduğu  üçün onun ayə və surələrinin  mənalarını  bütün-

lüklə tərcümə etmək qeyri mümkündür.Onu hər kəs başa 

düşdüyü  nisbətdə  tərcümə etməyə  çalışır. Buna görə 

Quran  tərcümələri,  sadəcə  tərcümə   deyil,  təfsir  kimi                

adlanır.  

  Mənası rahatlıqla başa düşülən ayələrə möhkəm ayələr      

deyilir. Lakin bir çox mənaya gələ biləcəyi ehtimal olunan 

və bu mənaların birini belə  dərk etmək üçün başqa elmi 

biliklərə ehtiyacı olan ayələrə isə mütəşəbih ayələr deyilir.  

Qurani-Kərim Allaha inanaraq oxuyanlar üçün bir 

rəhmət,  şəfa və  mərhəmət qaynağıdır. Allahdan  arzu 

edək ki, Quranı oxuyub öyrənməyi bizlərə də qismət etsin.  

    əl-Həcc-16



-Biz Quranı nazil etdik. Burada Allahın 

birliyini və onun gözəl hökmlərini aşkar dəlillərlə 

açıqladıq. Allah istədiyi bəndəsini Qurana hidayət edər. 

                        Bacarıq  Azim –Allah tərəfindəndir!                                

       

 4 

                                   Hərflər 

Danışıq səsləri fərqli xüsusiyyətilərinə görə iki növə 

bölünür:saitlər və samitlər.Ərəb dilinin əlifbasında 28 

hərf vardır ki, bu hərflərin hamısı samitdir. Bu əlifbada 

qısa saitlər, həmçinin həmzə saitləri-uzun saitlər də vardır 

ki, bunlar əlifbada təmsil edilməmişdir. Buna baxma-

yaraq sait səslər elə əlifbadakı hərflərdən götürülmüşdür. 

Həmçinin köməkçi oxu işarələri də ayrıca təmsil edilir. 

Ərəb  əlifbasındaki hərflər sağdan sola yazılır və oxu-

nur. Bu hərflərdən bəziləri iki şəkilli, bəziləri isə dörd 

şəkilli yazılır. Hərflərin iki və ya dörd şəkildə, yəni bir 

hərf  kəlmənin  əvvəlındə, ortasında, sonunda və  sərbəst 

halında müxtəlif şəkillərdə yazılsa da, elə bir hərf olaraq 

oxunur.  

Bəzi  iki  şəkilli yazılan hərflər özündən əvvəl gələn hərflə 

birləşsə də özündən sonra gələn hərflərin heç biri ilə 

birləşmir. Bu səbəbdən də bütün hərflərin sərbəst halda 

yazılmış şəkilləri də vardır. Həmçinin müqəttəə adlanan 

hərflərin yazılışı və tələffüzü zamanı sərbəst şəkildə 

yazılmış hərflərdən istifa də olunur.  

Ərəb hərflərinin altısının (و, ز, ر, د, ذ, ا), (vav, zə, ra, dəl, 

zəl, ləm)  iki, qalanlarının isə dörd şəkli vardır. İkişəkilli 

hərflər özündən əvvəlki hərflərlə birləşsədə, özündən 

sonra gələn hərflərlə birləşmirlər.Bu səbəbdən də 28 

hərfin  sərbəst şəkildə yazılma forması da vardır. 

 Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan 

fərqləndirmək üçün xüsusi  isimləri bəzən dırnaq və ya 

mötərizə içərisində yazırlar. 

Hərf birləşməsində hərflərin qrafikası dəyişdiyi üçün ərəb 

əlifbasında sözün hissələri bir sətirdən digərinə keçirilə 

bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı 

sətrə keçirilir. 

 5 

 

   Əlifbada olan hər bir hərfin  müxtəlif  şəkillərdə 

yazılışı 

        sərbəst             axırda            ortada             əvvəldə 

  1-ci: “Əlif”samitidir. Çox vaxt yanında həmzə işarəsi 

ilə birlikdə yazılır.  Əlif iki şəkildə yazılır və  ağız 

boşluğundan tələffüz olunur. “Əlif” samiti Qurani-

Kərimin oxunuşu zamanı müqəttəə  hərflərdən başqa heç 

bir yerdə sərbəst hərf kimi, “əlif”deyə tələffüz olunmur. 

ا

                     

 -ا

                       

 



                 

ا

         

 

Həmzə-zəif boğaz samitidir. Çox işlədilməsinə 

baxmayaraq müstəqil bir hərf deyildir.Bəzi  əlifbalarda 

onu 29-cu hərf kimi qeyd edirlər, lakin həmzə oxu zamanı 

heç vaxt “həmzə” deyilərək tələffüz olunmur. 

 

         

  

ء ا               ء ا-             ء ا

  -               ء ا                                           

   2-ci:“Bə”-samitidir, dörd şəkildə yazılır və  qəlqələ 

hərflərindən hesab edilir.  

          

ب               بـ                    ـبـ                ـب                

   3-cü: “Tə” samitidir ki, dörd şəkildə yazılır.



 

ت            تـ                تــ

ـ                               

    

ـت

        

      

Yalnız kəlmələrin sonunda və bir də  sərbəst  şəkildə 

yazılan “tə” hərfinə  də rast gəlirik ki, bu “tə” hərfinə  

“təmərbuta” deyilir.Yəni, “tə” hərfi sanki gül qönçəsi 

kimi butalanmışdır. 

 

Bir də təkrar edirik ki, bu şəkildə yazılan “tə” hərfinə 

yalnız sözlərin sonunda və bir də “tə”hərfinin sərbəst 

halda  yazılışı zamanı rast gəlmək olar.  

      

ة                    

ةـ                                                

   4-cü:”Sə” hərfidir ki, bu da dörd şəkildə yazılır. Bu 

hərf pəltək tələffüz olunur.Yəni tələffüz zamanı dilin ucu 

yuxarı və aşağı qabaq dişlərinin arasında qalır. 

  ث                     

ثــ                                           ـث       

   5-ci:”Cim”  samitidir  ki,  dörd  şəkildə yazılır və 

qəlqələ hərflərindəndir. 

         ج             جـ                        

ـجـ

                   ـج             

 


 6 

  6-cı:“Hə” samitidir, dörd şəkildə yazılır. Boğaz 



hərflərin-dən olub, küylü tələffüz olunur. Bəzi sözlərin 

oxunuşu zamanı bu hərf sanki qalın səslə başlanaraq, incə 

səslə bitir.Lakin qalın samit deyildir.

 

    


  

  ح

                

    

ح

     

           ـحـ                          ـح 

 7-ci:”Xa” samitidir, dörd şəkildə yazılır. “Xa” boğazın 

əvvəlindən küylü  tələffüz olunur və qalın səslənən 

samıtdir. 

            

خ                                          خـ                          ـخـ                 

ـخ                        

 8-ci:”Dəl” samitidir, iki şəkildə yazılır və  qəlqələ 

hərflərin-dəndir. Özündən əvvəl gələn hərflərlə birləşsə də 

özündən sonra gələn hərflərlə birləşmir. 

د

  

                    

       

دـ

        

          

     

دـ

 

            

  د

     

   

  

 9-cü:”Zəl” samitidir, iki şəkildə yazılır və  pəltək 



səslənən samitdir. Yəni tələffüz zamanı dilin ucu üst və alt 

qabaq dişlərinin arasında  qalır.

 

ذ

 

    

 

ذ

     

      

 

      

    

 

       

ذــ

 

              

       

ذــ

                    

 

10-cu:“Ra “samitidir, iki şəkildə yazılır.Qəlqələ 

hərflərindəndir və titrəyişli  tələffüz  olunur.        

           



 

رـ

                      

ر

 

         

  

        

رـ

          

                 

ر

  

11-ci:”Zə” samitidir iki şəkildə yazılır.Azərbaycan 

dilindəki “zə” kimi adi tələffüz olunur. 

 

 

 

  

ز

     

      


                   زـ                زـ      

ز

               



 

12-ci:”Sin”samitidir, dörd şəkildə yazılır. 

      س           سـ                     ـسـ                    ـس   

 

13-cü:”Şin” samitidir, dörd şəkildə yazılır. 

   

   ش             شـ                      ـشـ                 ـش 

14-cü:”Sad” samitidir, dörd şəkildə yazılır və qalın 

tələffüz olunan samirdir.Tələffüz zamanı dilin qorxa 

hissəsi damağa doğru qaldırılır,sanki fitə oxşar səs çıxır. 

ص

                       



صـ           

ـص

 

           

        

-

ـص

         

 

 7 

15-ci:”Dad” samitidir ,dörd şəkildə yazılır və qalın 

tələffüz olunan samitdir. Tələffüz zamanı dilin arxa hissəsi 

damağa doğru qaldırılır.  Bəzən bu hərf “D” və “Z” 

hərfləri arasında,qarışıq bir səslə qalın tələffüz olunur.              

     



ض

            

ضــ

  

                      



ــضـ

                        

 

ــضــ

 

16-cı:”Ta” samitidir, dörd şəkildə yazılır və  qəlqələ 

hərflərindəndir.Ta samiti qalın təlləffüz olunur. 

    

ط

 

             

    

               

  

طـ

          

      

  طـ

   

            ـط    

17-ci:”Za” samitidir, dörd şəkildə yazılır və qalın 

tələffüz olunan samitdir. 

      

ظ

 

   

  

    

ظـ

 

       

   

                   ظـ

                       ـظ

 

18-ci:”Əyn” samitidir, dörd şəkildə yazılır. Bu hərf 



partlayışlı  səslənən boğaz hərflərindəndir.Bəzi sözlərin 

oxunuşu zamanı bu hərf sanki qalın səslə başlayaraq, incə 

səslə bitir.Lakin qalın samit deyildir.  

ع

                               



عـ                       ـعـ                 ـع 

19-cu:”Ğayn” samitidir, dörd şəkildə yazılır. Boğaz 

hərfi olub, partlayışlı səslənir və qalın samitdir. 

غ

 

  



       

 

                      



    

غـ                   ـغـ          ــغ                        

20-ci:”Fə” samitidir, dörd şəkildə yazılır və dodaq 

hərflərindəndir. 

ف

       

 

                   



  

فــ

                  



ـفــ

                 



   

 ــف

  

 

21-ci:”Qaf” samitidir, dörd şəkildə yazılır.Qalın 



tələffüz olunan samitdir və qəlqələ hərflərindəndir. 

 

ق



                      قـــ                      ــقــ                    ـق   

22-ci:”Kəf” samitidir, dörd şəkildə yazılır. 

       

ك                 كـ                     ـكـ

                    

   ـك

                 

 

23-cü: “Ləm” samitidir, iki şəkildə yazılır. ”Lin” 

hərflərindəndir. 

   

         

لـ

         

  

ل

    

   

        ـلـ                     ـل         

24-cü:”Mim” samitidir dörd şəkildə yazılır.Burun 

hərflərin-dən olub, burun boşluğundan(xeyşumdan) 

səslənir və bu zaman sanki burunda bir az tutularaq 

ğünnəli tələffüz olunur.

 

 8 

   

  

م

  

 

           مـ                         ـمـ               ـم 

25-ci:”Nun”samitidir,dörd 

şəkildə yazılır.Burun 

hərflərin-dəndir, burun boşluğunda bir az tutularaq, 

ğünnəli tələffüz olunur. Beləliklə, bu iki hərif”mim” və 

“nun” hərfləri  ğünnəli hərflərdir və  təcvid elmində 

onların öz oxunuş hökmləri vardır.

 

   ن                      نـ                           ـنـ                 ـن

         



26-cı:”Hə” samitidir,dörd şəkildə yazılır və boğaz 

hərflərin-dəndir. Digər “hə”hərfindən fərqli olaraq, küylü 

tələffüz olunmur.  

   

  ه                       

  

هـ

              



ـھـ

                      



 ـھ

        


27-ci:”Vav”samitidir, iki şəkildə yazılır. Dodaq 

hərflərindəndir və yumşaq tələffüz olu nur. 

  

  و



                    

 

وـ                    وـ                 و 

 28-ci:”Yə” samitidir,dörd şəkildə yazılır “Lin” 



hərflərindən-dir və yumşaq tələffüz olunur. 

       ي                  يـ                 ـيـ              ـي             

                      



                                  

                     Oxşar yazılan hərflər 

Bə   

ب

       Tə    



    

ت

      Sə    

ث

    Nun 

 ن

          Yə 



ي

          



Cim

    ج

   Hə     

     

ح

     Xa  

خ

           



Dəl      

د

     Zəl

ذ

 

              



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin