Qalatiyalılara 1



Yüklə 58.58 Kb.
Pdf просмотр
tarix14.01.2017
ölçüsü58.58 Kb.

Qalatiyalılara 1 

1

Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən 



Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan  

2

və mənimlə olan bütün 



qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam!  

3

Atamız Allahdan və Rəbb İsa 



Məsihdən sizə lütf və sülh olsun!  

4

Atamız Allahın iradəsinə görə Məsih günahlarımız 



üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın.  

5

Allaha əbədi izzət olsun! 



Amin.  

Tək Müjdə 

 

6



Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir 

müjdəyə tərəf dönürsünüz.  

7

Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb 



Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır.  

8

Amma istər biz, istərsə göydən gələn 



bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət 

olsun!  


9

Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd 

bir şey yayırsa, ona lənət olsun!  

10

İndi mən insanları, yoxsa Allahı məmnun etməyi 



axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı 

salmaq istəsəydim, Məsihin qulu olmazdım.  



Paul Məsihin həvarisi olur 

 

11



Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil. 

 

12



Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə 

İsa Məsih vəhy vasitəsilə açdı.  

13

Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə 



həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım. 

 

14



Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-

babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim.  

15

Amma hələ anamın 



bətnindən məni seçib lütfü ilə çağıran Allah  

16

Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər 



arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla 

məsləhətləşmədim.  

17

Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, 



amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım.  

18

Üç il keçəndən sonra isə 



Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım.  

19



biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm.  

20

Allahın 



önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm.  

21

Sonra Suriya və Kilikiya 



diyarlarına getdim.  

22

Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən 



tanımırdılar.  

23

Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox 



etməyə çalışdığı imanı müjdələyir».  

24

Beləliklə, mənə görə Allahı izzətləndirirdilər.  



Qalatiyalılara 2 

Digər həvarilər Paulu qəbul edir 

1

On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb yenə 



Yerusəlimə getdim.  

2

Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında vəz etdiyim 



Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş yerə cəhd etməyim yaxud 

da cəhd etmiş olmayım.  

3

Yanımda olan Tit də Yunan olduğu halda sünnət olunmağa 



məcbur edilmədi.  

4

Bu iş aramıza gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar 



Məsih İsada malik olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə 

aramıza girdilər.  

5

Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin həqiqəti 



sizinlə qalsın.  

6

Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah 



insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə 

artırmadılar.  

7

Əksinə, sünnətlilərə Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər 



arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər.  

8

Çünki sünnətlilərə həvari 



olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu. 

 

9



Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda 

mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa 

millətlərin, onlarsa sünnətlilərin yanına getsin.  

10

Yalnız yoxsulları yad etməyimizi 



istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.  

Paul Antakyada Peteri məzəmmətləyir 

 

11



Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi. 

 

12



Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən əvvəl Peter başqa millətlərdən 

olanlarla yemək yeyirdi. Həmin adamlar gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq 

başqa millətlərin yanından çəkilib ayrı durdu.  

13

Onunla birlikdə o biri Yəhudilər də 



ikiüzlülük etdilər. Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı.  

14

Amma mən 



Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında 

Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa millətlərdən 

biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi yaşamağa məcbur edirsən?» 

 

15



Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» deyilik.  

16

Lakin biz 



bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. 

Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh 

sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.  

17

Əgər biz Məsihdə 



saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah 

xidmətçisidir? Əsla!  

18

Əgər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, özümü Qanunu 



pozan olaraq göstərirəm.  

19

Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm ki, 



Allah üçün yaşayım.  

20

Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih 



məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda 

edən Allahın Oğluna olan imanla yaşayıram.  

21

Allahın lütfünü rədd etmirəm. Çünki əgər 



salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.  

Qalatiyalılara 3 

Qanun və iman 

1

Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi? İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz 



önündə açıqca təsvir olundu!  

2

Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna 



əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız?  

3

Siz bu qədərmi ağılsızsınız? 



Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz?  

4

Boş yerəmi o qədər əzab 



çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi?  

5

Bəs sizi Ruhla təmin edən və aranızda 



möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman 

etməyinizlə icra edir?  

6

Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 



 

7

İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur.  



8

Müqəddəs Yazı 

Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün 

millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi. 

 

9

Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar. 



 

10

Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy 



Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət 

olsun!»  

11

Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki 



«saleh adam imanla yaşayacaq».  

12

Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu 



şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».  

13

Məsih bizim uğrumuzda 



lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə 

lənət olsun!»  

14

Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin 



üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.  

Qanun və Allahın vədi 

 

15



Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç 

kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz.  

16

Vədlər yalnız İbrahimə 



və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» 

yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» 

Məsihdir.  

17

Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il 



sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin.  

18

Çünki əgər irs Qanuna 



əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə 

verdi.  


19

Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə 

olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. 

Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi.  

20

Vasitəçi tək bir nəfərə aid deyildir, 



Allah isə birdir.  

Qanunun məqsədi 

 

21



Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan 

bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi.  

22

Lakin Müqəddəs Yazı bütün 



kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə 

verilsin.  

23

Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək 



iman zühur edənə qədər əsir tutulmuşduq.  

24

Yəni Qanun bizə Məsihə qədər yol göstərən 



mürəbbimiz oldu ki, imanla saleh sayılaq.  

25

Amma iman gəldiyinə görə biz artıq 



mürəbbinin əli altında deyilik.  

26

Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın 



övladlarısınız.  

27

Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. 



 

28

Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız 



Məsih İsada birsiniz.  

29

Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə 



görə varissiniz.  

 

Qalatiyalılara 4 

 

1



Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir. 

 

2



O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır. 

 

3



Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik. 

 

4



Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi 

ki,  


5

Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.  

6

Övladlar olduğunuz 



üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 

 

7



Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin 

etdiyi varissən.  



Paulun Qalatiyalılar üçün qayğıları 

 

8



Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.  

9

İndi isə 



siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif 

və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq 

istəyirsiniz?  

10

Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz!  



11

Sizin üçün 

qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.  

12

Qardaşlar, sizə yalvarıram, 



mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq 

etməmisiniz.  

13

Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz 



etmişdim.  

14

Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor 



baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul 

edər kimi qəbul etdiniz.  

15

İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət 



edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz.  

16

Məgər sizə 



həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?  

17

Onlar sizin qeyrətinizi çəkirlər, 



amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq 

istəyirlər.  

18

Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız 



yanınızda olduğum vaxt deyil, daimi olsun.  

19

Övladlarım! Məsihin surəti sizdə 



yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.  

20

İndi yanınızda olmaq və 



səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.  

Sara ilə Həcərin məsəli 

 

21



Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini 

eşitməmisinizmi?  

22

İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu 



isə azad qadından doğulmuşdu.  

23

Cariyədən doğulan bəşəri arzusundan, azad qadından 



doğulan isə vədə görə doğulmuşdu.  

24

Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi 



təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.  

25

Həcər 



Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki 

Yerusəlim övladları ilə birlikdə köləlikdədir.  

26

Səmavi Yerusəlim isə azaddır, o bizim 



anamızdır.  

27

Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! 



 

Sevinclə mahnı oxu, qışqır, 

 

Ey doğuş ağrısı çəkməyən qadın! 



 

Çünki atılmış qadının övladları 

 

Ərli qadının övladlarından çoxdur». 



 

 

28



Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız.  

29

Amma o zaman bəşər 



arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir. 

 

30



Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu 

azad qadının oğlu ilə birgə varis olmayacaq».  

31

Buna görə, qardaşlar, biz cariyənin deyil, 



azad qadının övladlarıyıq.  

Qalatiyalılara 5 

Məsihin verdiyi azadlıq 

1

Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən 



köləlik boyunduruğuna tabe olmayın.  

2

Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət 



olunsanız, Məsih sizə heç bir fayda verməz.  

3

Sünnət olunan hər adama yenə şəhadət 



edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur.  

4

Ey Qanun vasitəsilə saleh 



sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz.  

5

Amma 



biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik. 

 

6



Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən 

isə məhəbbətlə fəal olan imandır.  

7

Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu 



kim kəsdi?  

8

Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil.  



9

Azacıq maya bütün 

xəmiri acıdır.  

10

Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi 



lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək.  

11

Amma, qardaşlar, əgər mən hələ 



də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara 

büdrəmə daşı olan çarmıx ləğv olunardı.  

12

Ah, kaş sizi çaşdıranlar özlərini 



axtalayaydılar!  

Cismani təbiət və Müqəddəs Ruh 

 

13



Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün 

fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin.  

14

Bütün Qanun tək bir 



sözdə tamamlanır: «Qonşunu özün kimi sev».  

15

Əgər siz bir-birinizi didib-yeyirsinizsə, 



ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz.  

16

Mən bunu deyirəm: Müqəddəs Ruha 



görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz.  

17

Çünki 



cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə 

qarşı durur ki, siz istədiyinizi etməyəsiniz.  

18

Amma Müqəddəs Ruhun rəhbərliyi altında 



olsanız, siz Qanun altında deyilsiniz.  

19

Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi 



əxlaqsızlıq, murdarlıq, pozğunluq,  

20

bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, 



qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,  

21

paxıllıq, sərxoşluq, eyş-işrət və 



buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm 

ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.  

22

Müqəddəs Ruhun səmərəsi 



isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət,  

23

həlimlik, nəfsə 



hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.  

24

Məsih İsaya məxsus olanlar isə öz 



həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər.  

25

Madam ki, biz Ruha 



görə yaşayırıq, Ruha görə də rəftar edək.  

26

Şöhrətpərəst olmayaq, bir-birimizi 



hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.  

Qalatiyalılara 6 

Bir-birinizin yüklərini daşıyın 

1

Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə 



bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver.  

2

Bir-birinizin yüklərini 



daşıyın və bu yolla Məsihin qanununu icra edin.  

3

Çünki əgər kimsə heç olduğu halda 



özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır.  

4

Qoy hər kəs öz əməlini yoxlasın və onda 



başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək.  

5

Çünki hər kəs öz 



üzərinə düşən yükü daşımalıdır.  

6

Kəlam haqqında təlim alan, təlim verənlə hər cür 



neməti bölüşdürsün.  

7

Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu 



da biçəcək.  

8

Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə 



Ruhdan əbədi həyat biçəcək.  

9

Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən 



düşməsək, vaxtında biçərik.  

10

Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, 



xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.  

Son öyüdlər və salamlar 

 

11



Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım!  

12

Zahirən və cismən yaxşı təsir 



buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət 

olunmağa məcbur edirlər.  

13

Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. 



Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər.  

14

Mənsə 



Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya 

mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim.  

15

Çünki əhəmiyyət 



kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır.  

16

Nə qədər bu qaydaya 



riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin. 

 

17



Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini 

bədənimdə daşıyıram.  



18

Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! 



Amin.  

 

Каталог: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə