Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   2   3   4   5   6   7   8   9   ...   35
gümüĢ xəncərlər kimi göy otluqlara sancılırdı. Burada “qurban olduğum, sadağa olduğum, pirim, 
mürĢüdüm” nidaları eĢidilmirdi. MeĢəni quĢ səsi baĢına götürmüĢdü. Dostunu yəhərdən endirdi. 
Bir daĢın üstündə oturtdu. Ox ucluğunu çıxarıb atdı. Sinəsindən lələklə qarıĢıq oxu tutub çəkib 
çıxartdı. Heybəsindən sarğı, məlhəm çıxartdı. Onu otlar üstündə uzandırdı. 
Hardasa bülbül oxuyurdu. 
Onun sulanmıĢ gözləri qarĢısında AləmĢahbəyim dayandı. Oğlanları əl-ələ verib elə bil ona 
baxırdılar. 
– Vaxt itirmə, qulaq as.  
– Yaranı sarıyım, sonra. 

31  www.sarigelin.net 
 
– Keçdi.  Məni dəfn eləyəndən sonra müridləri burax. Hərəsi  öz yerinə qayıtsın.  Özün də 
Ərdəbilə  qayıt.  Oğlanlarımı,  AləmĢahbəyimi  sənə  tapĢırıram.  Babamın  batin  kitablarının yerini 
bilirsən. Mənim iĢimi sən davam eləyəcəksən. Vaxt... 
O, son sözlərini deyib qurtaranda Ülkər ayaqlarını yerə döyüb kiĢnəyirdi... 
 
 
KÖRPƏ DUSTAQLAR... 
 
Qala  divarının  üstündəki  daĢ  yolla  yaĢlı  bir  qadın  qaça-qaça  gəldi.  Uzun  qara  tumanının 
ətəkləri  ayaqlarına  dolaĢırdı.  BaĢına  yaylıq  örtmüĢ,  baĢqa  bir  ləçəyi  alnından  çəpəki  keçirib 
yaylıqla  bərabər  bağlamıĢdı.  O,  AləmĢahbəyimlə  Ġsmayıla  çatdı.  Gördü  ki,  AləmĢahbəyim 
ağlayır, əllərini quru sinəsinə çırpdı. 
– Atam-anam niyə ağlayırsan? Canım sənə fəda olsun, bu nə göz yaĢlarıdı? 
AləmĢahbəyim  qala  diĢləri  arasından  gözlərini  uzaqlara  zilləyib,  yanağından  axan  yaĢı 
sildi. Cavab vermədi. 
–  Heç  mən  də  bilmirəm,  anam  niyə  ağlayır.  Ġsmayıl  kiĢi  kimi  xidmətçi  qadın  Səkinəyə 
baxdı. AləmĢahbəyim uca, sərv qamətini düzəltdi: 
– Səkinə, get süfrəni hazırla, uĢaqları da çağır, biz də gəlirik, – dedi. 
O, öz dərdini özü çəkməyi öyrənmiĢdi. Qapılarında Ülkər ayaqlarını yerə döyüb kiĢnəyənə 
qədər dərdini deməyə sirdaĢı vardı. Həmin gündən isə qol-budağı qırıldı, ümid evi yıxıldı. 
Səkinə getmirdi. AləmĢahbəyimi ovutmağa çalıĢırdı. 
– Atam-anam, canım sənə fəda, niyə ağlayırsan? 
– Səkinə, sənin əslin hardandı? 
Səkinə öz taleyindən çox danıĢmıĢdı. Ġndi də soruĢur. Yə‟ni yadından çıxıb. Çıxar, unudar. 
Bu qədər dərdin içində adam öz adını da yadından çıxarır. 
– Borçalı çökəyi adlı bir gözəl məmləkət vardı. Gəncədən o yana, Tiflisdən bu yana. Orada 
böyümüĢəm.  Kim daĢ deĢiyindən çıxır ki. Kənddən qırx qız yığılıb gəzməyə çıxanda hər daĢın 
dalında  bir  oğlan  gizlənib  bizə  baxırdı.  Bir  gün  bir  od  gəldi,  bir  alov  qaladı.  Kəndimizi 
yandırdılar.  Atam-anam  necə  oldu  bilmədim.  Biz  qırx  qızı  zəncirə  vurub  bazarlarda  satdılar. 
Gəlin  olacaqdım,  kəniz  oldum.  Daha  qocalmıĢam,  saçlarım  da  ağarıb.  YaxĢı  ki,  sizin  kimi 
insanların arasına düĢdüm. Yoxsa heç bilməzdim günüm necə olacaq. 
Ġsmayıl bu söhbəti ilk dəfə eĢidirdi. 
– Bəs niyə evinizə getmirsən, Səkinə xala? 
– Yollar qıfıllıdı, qurbanın olum. 
AləmĢahbəyim  əllərini  oğlunun  çiyinlərinə  qoydu.  Ġsmayıl  qartal  dimdiyinə  oxĢayan 
burnunu qaldırıb, aydın gözlərini anasına dikəndə o Səkinəyə deyirdi: 
– Səni əsir gətirdilər, eləmi?  
– Bəli, qadan ürəyimə. 
– Mən də Ģah qızıyam.. QardaĢım taxtda oturub, amma körpə balalarımla dustağam. Sənin 
mənə köməyin dəyə bilər? 
Səkinə  onun  dərdini  yüngülləĢdirmək  üçün  canıyananlıq  eləyirdi.  Ġndi  AləmĢahbəyim  öz 
vəziyyətini ona baĢa salanda Səkinə də ona qoĢuldu, sel kimi göz yaĢı tökməyə baĢladı. Ağlaya-
ağlaya da çıxıb getdi. 
Ġsmayıl qaladiĢinə söykənib anasına baxdı: 
–  Ana,  mən  balacayam.  Hələ  çox  Ģeyi  bilmirəm.  Sən  də  mənə  demirsən.  Sultanəli  də, 
Ġbrahim  də  məndən  hər  Ģeyi  gizlədirlər.  Amma  mən  görürəm  ki,  nəsə  olub.  Nə  olub,  onu 
bilmirəm. Sən ağlayırsan, Səkinə ağlayır, niyə ağlayır? 
AləmĢahbəyim əlini oğlunun baĢına çəkib dedi: 
– Böyüyəndə hər Ģeyi bilərsən.   
– Deyin, bilim, mən də tez böyüyüm. 

32  www.sarigelin.net 
 
Anası  onu  qucaqladı.  Ġsmayıl  isə  dartınıb  onun  qolları  arasından  çıxdı.  Divar  üstündəki 
yolla qaçdı. 
– Tut görüm. 
Anası da onun dalınca qaçdı. Ġsmayıl özünü ciddi aparmaq istəyirdi. Amma uĢaqlıq özünü 
göstərdi.  Gülə-gülə  qaçdı.  Anası  da  onu  qovmağa  baĢladı.  Amma  çata  bilmirdi.  Onun  cəmi-
cümlətanı iyirmi səkkiz yaĢı vardı. Gözəlliyi cilvələnib qızılgül kimi pardaxlanırdı. Bu yaĢda o, 
al-əlvan geyinməliydi. Amma... 
Ġsmayıl nəsə görüb dayandı. Heyrət içində gözlərini Savalana dikdi. Savalan nəhəng bir göz 
dağına dönmüĢdü. Hər tərəf axĢamın bənövĢəyi göy rənginə bürünsə də, Savalan od tutub yanır. 
GünəĢi  elə  bil  özündə  əks  eləyirdi.  Ġndi  o,  elə  bil  ikinci  bir  günəĢə  dönmüĢdü.  Zirvəsindəki 
buzlaqlar daha gözqamaĢdırıcı idi, aĢağı endikcə o, kürədəki polad rənginə düĢürdü. Ġsmayıl bu 
mö‟cüzə qarĢısında mat-məəttəl qalmıĢdı. 
– Ana, Savalan yanır? 
– Yanır, bala, yanır. Sən onun üstünə çıxsaydın, gör nə olardı ey. Ona görə ağlıyırdım da. 
– Yox, o məni yandırmaz.  
– O yüksəkliyə qalxmaq istəyənlərin çoxu yanıb, oğul. 
– Məni yandırmaz. Böyüyəndə çıxacam, görüm o niyə belə qırmızıdı. 
Anası  heyran-heyran  oğluna  baxdı.  YaxınlaĢıb  arxadan  onu  qucaqladı.  Oğlunun  saçları 
onun sinəsinə söykəndi, Ġsmayıl necə də böyümüĢdü. 
– Ana, Savalan yanırdı, artıq sönür. Mənə de görüm Savalana qədər belə gömgöy görünən 
o dağlar, dərələr, düzənlər ki, var, ora nədir? 
– Ərdəbil mahalı. 
– Yox. 
– Bəs nədi? 
– Vətən! 
Ananın  sinəsi  alıĢdı.  Oğlunu  özündən  araladı.  Soyuq  divara  söykəndi.  Amma  döĢlərinin 
arasında  istilik  gəzirdi.  Bayaq  oğlunun  baĢını  söykədiyi  ürəyinə  elə  bil  Savalanın  közü 
düĢmüĢdü.  Əri  Heydərin  sifətimi  toxundu,  onun  təmasımı  keçdi?  Bədəni  əsirdi,  titrəyirdi. 
Qalanın  diĢini  qucaqladı.  DaĢın  üzü  soyuq  olar.  Amma  bu  soyuqluq  onun  sinəsindəki  közü 
söndürmək  əvəzinə  daha  da  istilətdi,  alovunu  külək  kimi  üfürüb  artırdı,  kül  basmıĢ  közlərini 
qızartdı. 
“Ġsmayıl  bu  yaĢda  atasına  çəkib.  Hələ  onun  qulağına  babasının  batin  fikirləri 
pıçıldanmayıb.  Atasının  iĢlərindən  ona  heç  kəs  danıĢmayıb.  Mən  yalvarmıĢam.  Sultanəliyə  də, 
Ġbrahimə də demiĢəm ki, oğlanlarım, məni sevirsinizsə Ġsmayılı mənim əlimdən almayın. Ġkiniz 
atanızın yoluyla getsəniz bəsdir. Ġsmayılımı mənə verin. Sizin yolunuz qandır, qadadır, ölümdür. 
Mən  yazığam,  gözümü  tikməyə  bir  qibləgahım  olsun.  Bu  da  hələ  yeddi  yaĢı  tamam  olmamıĢ 
körpəm”. 
 
–  Ana,  bəs  niyə  biz  bu  qaladan  çıxıb  getmirik?  Mən  o  meĢələri,  qızılgüllü  həyətimizi, 
evimizi görmək istəyirəm. 
– Gedərik, oğul, gedərik. 
Ülkər  qapıda  ayaqlarını  yerə  döyüb  kiĢnəyirdi,  az  sonra  Sultan  Yaqubun  fərraĢları 
qızılgüllü  həyətə  doldular.  Əbih  Sultan  saraydan  fərmanla  gəlmiĢdi.  O,  atının  yüyənini  dartıb 
saxlayanda AləmĢahbəyim eyvanda idi. Yas paltarı onun ağ sifətini, yaĢlı mavi gözlərini, örpəyin 
altından  görünən  qızıl  saçlarını  daha  da  iĢıqlı  göstərirdi.  Əbih  Sultan  onu  görəndə  bir  müddət 
danıĢa  bilmədi.  AləmĢahbəyim  yaslı-yaslı  da  gözəl  idi.  Ġndi  o  daha  duldu.  QardaĢı  yəqin  ki, 
bundan  sonra  heç  bir  hökmdara,  Ģahzadəyə  verməz.  Onda  onun  oğlanları  taxt-tac  davasına 
qalxmaq üçün imkan taparlar. Özündən çox aĢağı bəylərə, əsilzadələrə, saray adamlarına verəcək. 
Yox, bu gözəldən heç keçmək olmaz. ġeyx Heydərdən qabaq onunla evlənə bilməmiĢdisə, ondan 
sonra evlənər. 
AləmĢahbəyim səsini qaldırıb onun üstünə qıĢqırdı. 

33  www.sarigelin.net 
 
–  Sənə  kim  icazə  verib  bu  həyətə  at  üstündə  girəsən?  ġeyx  Heydər  yoxdusa  da,  Uzun 
Həsənin qızı hələ sağdır.  
Əbih Sultan atdan endi. 
– Hökmdar fərmanı gətirmiĢəm. 
–  O  fərmanları  çox  görmüĢük.  Rəiyyət  qapısına  aparmamısan.  Çıx  həyətdən,  fərmanı 
göndər. 
Əbih Sultan atını həyətdən çıxarmalı oldu. Onun adamları evi mühasirəyə almıĢdı. 
Fərmani-hümayunu göndərdi. AləmĢahbəyim onu alıb oxudu. QardaĢı ona baĢsağlığı verir 
və onun Təbrizə gəlməsini məsləhət bilirdi. Amma bu məsləhətdə bir hökm də vardı. Yazırdı ki, 
tə‟ziyyə  məclisi  Nəsriyyə  məscidində  baĢlayıb.  ġeyxin  oğlanlarının  və  əyalının  sarayda  olmağı 
vacibdir. 
Bu məktubdan sonra o yumĢaldı. Ərinin təziyyə məclisinin Təbrizdə baĢlaması ona hörmət 
idi. Heydərdən sonra Ərdəbildə oturmağı da yaxĢı düĢməzdi. Elə fərman gələn gün o, oğlanlarını 
da götürüb Təbrizə yola düĢdü. 
“Səkkiz behiĢt” sarayında o qardaĢı ilə üz-üzə gələndə kövrəldi. Gözləri doldu. Gözləyirdi 
ki,  qardaĢı  ona  baĢsağlığı  verəcək,  onun  dərdini  yüngülləĢdirəcək.  Amma  Sultan  Yaqub  onun 
qara libasına kinayə ilə baxdı, gözlərinin dolmağı xoĢuna gəlmədi. Qızıl kəmərindən asılan almas 
qaĢlı xəncərini yarıya qədər çəkib təzədən sərt hərəkətlə qınına çırpdı. 
– O dərviĢ övladından ötəri göz yaĢı da tökürsən?  
Bu sözdən sonra AləmĢahbəyim hər Ģeyi baĢa düĢdü. 
– QardaĢ, bu sənin iĢindi? Heydəri sən öldürtdürmüsən? 
– O, öz ölümünə tərəf atını dördnala çapırdı. 
– Sən öldürtmüsən? 
Sultan Yaqub bacısı ilə ikilikdə danıĢırdı. 
–  Sən  mənim  ana  ayrı  olsa  da,  ata  bir  bacımsan.  Ər  eldən  gələr,  övlad  beldən  gələr,  bəs 
qardaĢ hardan gələr? Mən onun qanını ala bilərəm.Neçə yüz adam deyirsən boynunu vurdurum. 
Bütün ölkədə qırx gün tə‟ziyyə məclisləri saxlatdırım, matəm e‟lan eləyim. Amma qardaĢını baĢa 
düĢ.  Bu  sufi-salik  taxtıma  göz  dikmiĢdi.  QoĢun  yığırdı,  tə‟lim  keçirdi.  ƏfĢar,  qacar,  varsaq 
tayfalarını  mənim  üstümə  qaldırırdı.  Mən  gec  tərpənsəm,  sən  bir  gün  ərinlə  mənim  matəmimi 
saxlamaq barəsində danıĢacaqdın. Onda qardaĢını oxĢayıb ağlayacaqdın, indi ərinə ağlayırsan. 
AləmĢahbəyim taqətdən düĢdü. Çin ipəyindən tikilmiĢ üstü əjdahalı döĢəyin üstünə çökdü. 
Bu, Sultan Yaqubun acığına gəldi.   
– Sən hökmdar qardaĢının yanında oturursan? 
AləmĢahbəyimin ayaq üstündə dayanmağa taqəti qalmamıĢdı. 
 
– Əvvəl məni öldürəydin. 
– Sənə mə‟lumdur ki,  qız olanda ağzına yastıq qoymaq adəti də var. Bundan da heç kim 
kefini pozmayıb. Mənsə bacımı istəməsəydim, belə açıq-saçıq danıĢmazdım. ġeyx Səfi nəsli niyə 
sümüyünü  gətirib  bizim  sümüyümüzə  calayıb?  Bir  fikirləĢ.  Nə  üçün?  Hökmdara  yaxın  olmaq, 
imkan düĢən kimi onun baĢını bədənindən ayırıb, özü taxtı tutmaq üçün. 
 
AləmĢahbəyim  qardaĢını  eĢidirdi.  Amma  öz  ərini  görürdü.  Heydərin  iĢıqlı  aydın  gözləri  ona 
baxıb gülümsəyirdi. O, bu gözlərdə xəyanət axtardı. Tapa bilmədi. Yox, orada məhəbbətdən özgə 
heç nə yox idi. 
Sultan Yaqub deyirdi:   
– Mən tərpənməsəm, o qılıncını mənim boynuma endirə – cəkdi. 
O isə ərinin iri əllərini gördü. Sağ əli ilə belindən açdığı qılıncı divardan asdı, sonra bu əl 
qartal  kimi  göydə  uçdu  və  onun  qızılı,  ənbər  qoxulu  saçlarına  endi.  Elə  sığalladı  ki,  bu  əlin 
sığalından bir tük də incimədi. 

ultan Yaqub danıĢırdı:  

34  www.sarigelin.net 
 
–  Ərin  məni  öldürəndən  sonra  meyitimin  üstündə  dayanıb  deyəcəkdi  ki,  gəl  bacısı, 
qardaĢını cəhənnəmə vasil eləmiĢəm. Yol saçlarını. 
Amma  AləmĢahbəyim  yenə  ərinin  dodaqlarını  gördü.  Həmin  dodaqlar  onun  saçlarından 
öpdü. Sonra aĢağı sürüĢdü, arvadının alnını, gözlərini öpüĢlərə qərq elədi. Sonra pıçıldadı. 
– Gözümün nuru, baĢımın tacı... 
QardaĢı  onu  inandıra  bilmədi.  O,  qalxdı.  BaĢını  qaldırıb  düz  qardaĢının  gözlərinin  içinə 
baxdı. 
– O, tac hərisi deyildi. Onun baĢının tacı vardı. Ölübsə də yenə tac onundu. 
– Tac? Hanı onun tacı? 
–  QarĢında  dayanıb.  YaxĢı  bil  ki,  onun  tacı  həmiĢə  hündürdü.  Heç  vaxt  ayaq  altına 
düĢməyəcək. 
Sultan  Yaqub  ucaboy,  gövdəli  cavan  oğlan  idi.  Yeriyəndə  yer  titrəyirdi.  Ağılda,  tədbirdə 
olmasa  da  boy-buxunda  atasına  çəkmiĢdi.  Bu  nəsildə  kiĢilər  qüvvətli,  qollu-qabırğalı  yaranırdı. 
Sara  xatundan  baĢqa  isə  bütün  qızlar  zərif,  incə,  ucaboy  idi.  Ucaboy,  heybətli,  qorxunc  Sultan 
Yaqub zərif, gözəl bacısının baĢı üstündə dayandı. 
– Mənim düĢmənlərimə tac olan bacım. Bacı kimi gözümün iĢığısan. Amma sənin nə ərin 
olub, nə uĢaqların. 
AləmĢahbəyim yenə aĢağı çökdü. QardaĢının ayaqlarını qucaqladı. 
– QardaĢ, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uĢaqlarıma toxunma. 
– Qurd balası qurd olar. 
–  Bəs  mən.  Onlar  mənim  də  övladlarımdır.  Məni  öldür,  o  körpələrə  qıyma.  Bu  dünyada 
hökm  versən  də,  o  birisi  dünyada  cavab  verməli  olacaqsan.  Atalarını  öldürdün  bəs  deyilmi? 
Körpələr  sənə  nə  eləyib?  Axı  sən  onların  dayısısan.  Atamız  Uzun  Həsən  nə  vaxt  belə  bir 
qəddarlıq eləmiĢdi? 
Sultan Yaqub ayaqlarını bacısının əllərindən qurtarıb xeyli gəzindi və fikirləĢdi: “Onların 
atalarının qətlinə mən fərman vermiĢəm. Onlar böyüyəndə atalarının düĢmənini axtaracaq. Bacım 
övladları dayılarına qəddar kəsiləcəklər. Gəlini gərdəkdə, küçüyü... Bəs o dünyada necə? Bacım 
da  düz  deyir.  Cavab  vermək  lazım  gələcək.  Ġndi  istədiyimiz  hökmü  veririk,  onun  cavabını 
fikrimizə də gətirmirik. Onlar hələ körpədi. Qan üstündə qan eləmək də... Qoy hələ yaĢasınlar. 
Bir-bir böyüyüb ərsəyə çatdıqca onları götürmək çətin deyil”. 
– Deyirsən atamız qəddar deyildi. Bəs qardaĢımız Uğurlu Məhəmmədi niyə asdırdı? 
–  O  düĢmənimizə  sığınıb  atamızın  üzünə  qabarmıĢdı.  Bu  iĢdə  atamızda  heç  bir  günah 
görmürəm. O, hansı körpəni öldürmüĢdü. Yox, qardaĢ heç atamıza oxĢamaq istəmirsən. 
– UĢaqlarına toxunmasam, atama oxĢayarammı? 
– OxĢayarsan. Yalvarıram, mənim balalarımla iĢin olmasın. 
O dayanıb bacısına baxdı. Onların gözləri bir-birinə sataĢdı. QardaĢı gözlərini yayındırdı. 
“Demək günahkar olduğunu baĢa düĢür. Gözlərimin içinə düz baxa bilmədi. YumĢalıb”. 
– Bacı, ərinə görə də belə yalvarardınmı? 
– Yox. 
– Niyə? – Sultan Yaqub bacısının cavabından xoĢlanıb qımıĢdı. 
– O kiĢiydi və istəməzdi ki, onun arvadı ərinə görə doğma qardaĢına da yalvarsın. Amma 
bala Ģirindi. 
– YaxĢı. Sən deyən olsun. Hökmümü dəyiĢirəm. Nə qədər ki, mən taxtdayam, onlar həbsdə 
olacaqlar. 
AləmĢahbəyimin ümidi artdı, ürəyi arxayınlaĢdı. 
–  QardaĢ,  onların  ən  böyüyünün  hələ  heç  on  dörd  yaĢı  da  yoxdur.  Onlardan  niyə  belə 
ehtiyat eləyirsən? Əlləri qılınc tutmur. 
– On dörd yaĢ da bu nəslin övladları üçün bəsdir. Böyük, on dörd yaĢlı oğlun Sultanəli artıq 
ġeyxdi. Müridlər hamısı ona biyət eləyir. Bu qorxu deyil? Tək sənin xətrinə zindana gedəcəklər. 
– Mən də balalarımla bir yerdə çürüyəcəyəm. 

35  www.sarigelin.net 
 
Bir  neçə  gündən  sonra  AləmĢahbəyimi  də  oğlanları  ilə  bərabər  indi  salındıqları  qalaya 
gətirdilər. 
Artıq  dörd  il  idi  ki,  həbsdə  idilər.  Bu  qaladan  heç  yerə  çıxmamıĢdılar.  Qalanın  qapıları 
onlara  ərzaq  gətiriləndə  açılırdı.  Ən  geniĢ  yerləri  bürcün  üstündəki  yol  idi,  çıxıb  gəzirdilər. 
Tağların arasındakı meydan, su dolu hovuz, bu idi uĢaqların dünyası. 
Ana-bala  bürcün  üstündəki  yolla  gələndə  Ġsmayıl  göydə  quĢ  səsi  eĢitdi.  Dayanıb  əlini 
gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quĢlar oxuyurdular. 
– Ana, o quĢların adı nədi? 
– Durnadı, oğlum.  
– Onlar uçub hara gedirlər? 
– Bağdada. 
– Yorulanda hara qonacaqlar? 
– Hara xoĢlarına gəlsə. 
– Qonsunlar da, bura.   
– Qaladan Allah da bezardı, bəndə də. QuĢların qanadı var. Hara xoĢlarına gəlirsə oraya da 
uçub gedirlər. 
Durnalar  uçub  getdilər.  Gözdən  itməmiĢ  səfləri  pozuldu.  Aramla  oxunan  durna  nəğməsi 
bir-birinə qarıĢdı. 
– Ana, onlara nə oldu? 
– Oğul, kimsə yerdə daĢ çevirdi. DaĢı döndərəndə durnalar yollarını itirir. Azırlar. 
– Kim çevirdi daĢı? 
–  Nə  bilim,  oğul.  O  qədər  daĢ  çevirənlər  var.  Ġndi  fələyin  çərxini  çevirirlər.  O  da  olsun 
durnanın niĢan tutduğu daĢ ola. 
Ġsmayıl canıyananlıqla durnalara baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o 
çevrilən daĢı düzəldər, durnanın qatarını səfə düzər, dəvə kimi ovsarlarından tutub aparardı. Lap 
Bağdada  kimi.  Çox  eĢitmiĢdi  Bağdad  barəsində.  Gedib  görərdi.  Birdən  durnaların  mahnıları 
əvvəlki kimi aramla eĢidilməyə baĢladı. Onlar da yollarına davam elədilər. 
Hovuz olan meydana düĢəndə Ġsmayıl yenə dayandı. Hovuzdan su axıb tökülür, harayasa 
axıb  gedirdi.  O,  suyun  səsinə  qulaq  asdı.  Ona  elə  gəldi  ki,  bu  səs  durnalardan  qalıb.  Durna 
mahnısı qırılanda bir parçası bu bulağa düĢüb. O, əllərini suyun altına tutdu. Bumbuz idi. Həm də 
o durna mahnısı kəsildi. Əlini çəkəndə mahnı yenə eĢidildi. Gördü ki, bulaq suyu da durna qatarı 
kimidi. Səsi, mahnısı qalır, özü isə uçub, axıb gedir. Ġstədiyi yerə, istədiyi səmtə. 
Səkinə onları səslədi: 
– Atam-anam, süfrə hazırdı. 
– Səkinə xala, nə biĢirmisən? 
–  Atam-anam,  vətəni  yadıma  saldınız,  anamın  xoĢladığı  bir  xörək  biĢirmiĢəm,  qurutdu 
xəngəl. 
Sultanəli  də,  Ġbrahim  də  süfrə  baĢında  oturmuĢdular.  Analarını  görüb  qalxdılar.  Onun 
əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. Ġsmayıl da məstlərini çıxartdı, gəlib 
süfrə baĢında bardaĢ qurdu. 
Səkinə  iri  məcməyidə  xəngəli  gətirib  süfrənin  ortasına  qoydu.  Qalaylı  mis  parçda  dağ 
olmuĢ  yağı  bir  daha  xəngəlin  üstündə  gəzdirdi.  Hücrəni  qovrulub  qızarmıĢ  soğanın  xoĢ  ətri 
basmıĢdı. Onlar yeməyə baĢlayanda Səkinə çıxıb o birisi hücrəyə keçdi. Bir azdan oradan saz səsi 
eĢidildi. Elə yanıqlı çalınırdı ki... Hamısı əl saxlayıb qulaq verdilər. Ġsmayıl əllərini silib qalxdı. 
Bu  səs  onu  əfsunlamıĢdı.  Bayaq  gördüyü  Savalan  da,  anasının  ağlamağı,  durna qatarı,  pozulan 
durna mahnısı gəlib dayandı gözlərinin qabağında. Özü də bu iĢə heyran qaldı. O çalınan hava 
hər Ģeyi təzələyə bilmiĢdi. 
Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmıĢdı sinəsinə, çalırdı, nə çalırdı. Heç 
Ġsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava elə bil o əsirliyə 
gələndə  qırx  qızı  bir-birinə  bağlayan  paslı  zəncirin  cingiltisi,  o  qızların  ah-naləsi  idi,  taledən 
Ģikayət  eləyirdi.  Ġsmayıl  görürdü  ki,  Səkinə  arvadın  özündən,  sözündən  xəbəri yoxdur. Birdən-

36  www.sarigelin.net 
 
birə o havanı dəyiĢdi. Elə bil qoĢunlar löhrəm yeriĢlə keçib gedirlər. Səkinə arvad isə bu balaca 
sazla  o  yollara  vurulan  paslı  kilidləri  qırır,  yolları  açır.  Zəncirdən  qurtulan  qırx  qız  da  onunla 
bərabər qayıdır. Öz yurdlarına, gözəl Borçalı çökəyinə qayıdırlar. Hamı onları qarĢılayır. Amma 
bu qırx qızı tanıyan yoxdur. Qırx qızın yerində qırx qarı dayanıb. 
Ġsmayıl  da  bu  musiqinin  seyrindən  divara  söykənib  heyranlıqla  bu  əsir,  kəniz  qadına 
baxırdı. Deməyəsən o xörək biĢirməkdən, paltar yumaqdan, daĢ döĢəmələri süpürməkdən baĢqa 
gözəl iĢlər də bacarırmıĢ. 
Havanı  çalıb  qurtardıqdan  sonra  baĢını  cürə  sazın  üstünə  qoyub  hönkürdü.  Sonra  yavaĢ-
yavaĢ özünə gəldi. Yaylığının ucu ilə gözlərini sildi, baĢını qaldıranda divara söykənən Ġsmayılı, 
qapıda  Sultanəli  ilə  Ġbrahimi,  onların  baĢı  üstündə  AləmĢahbəyimi  gördü.  Onların  hamısının 
gözlərində kədər vardı. O, ayağa qalxdı: 
–  Atam-anam,  keç  günahımdan.  Bayaq  dərdimi  danıĢdım,  sonra  evimizdə  gördüyüm 
xəngəldən biĢirdim, özümü  saxlaya bilmədim. Nə qədər ağlayırdımsa ürəyim boĢalmırdı. Bircə 
dəfə bu sazı çalmaqnan elə bil evimizə-eĢiyimizə getdim, atamı-anamı, qardaĢ-bacımı görüb geri 
qayıtdım. 
– Bəs bizdən niyə gizlədibsən bu sirrini, Səkinə, – deyə AləmĢahbəyim soruĢdu. 
–  Nə  bilim,  vallah,  atam-anam.  Birinin  xoĢuna  gəlir,  birinin  xoĢuna  gəlmir.  Mən  nə 
karəyəm ki, deyəm, saz çalım. Bu dərdin, ələmin içində. 
– Çal, həmiĢə çal, elə saz da bizim kimi dərdlidi.  
O, cürəni bir tərəfə qoydu. 
– Gedim süfrəni yığıĢdırım. 
– Sonra. Bir hava da çal. 
Səkinə utana-utana sazı sinəsinə götürdü. Təzanəni gəzdirib havanın kələfinin ucunu tapan 
kimi  özü  də  dəyiĢildi.  Elə  bil  heç  kimin  görmədiyi  yerdə  əlləri  iĢləyib  dünyanın  ən  iri 
düyünlərindən birini açmağa çalıĢır. Bu anda hər Ģey yaddan çıxır. Sazın simlərindən qopan hava 
gah adamı yandırıb-yaxır, gah qanadlandırır, gah mə‟yus eləyirdi. 
O, çalıb qurtarandan sonra Ġsmayıl soruĢdu: 
– Səkinə xala, bu havanın adı nədi? 
 
– Ruhani. 
– Niyə ruhanidi? 
– Atam-anam, nə bilim. Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi Allah 
rəhmət  eləsin.  Deyərdik  kimə?  Deyərdi  Ģairə.  Öz  qəzəllərinə,  sözlərinə  görə  onun  dərisini 
soyublar. O, hürufani olub. AĢıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoĢublar: 
– ġair Seyyid Ġmadəddin Nəsimi, – deyə Sultanəli dilləndi. 
– Nəsimi? O, kimdi? – deyə Ġsmayıl Sultanəliyə yazıq-yazıq baxdı. 
– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu. 
– Onun adını çəkənin dərisini dırnaqdan tutmuĢ təpəsinə qədər soyurlar. 
– Niyə axı? Onun günahı nə olub? 
– Sonra bilərsən. O, hürufi Ģairdi. 
– Hürufi nədir? – Ġsmayıl qardaĢının əlindən yapıĢıb buraxmır, öyrənməyə çalıĢırdı. 
–  Bir-iki  kəlməylə  baĢa  düĢmək  olmaz.  Gərək  onun  yazdıqlarının  hamısını  oxuyasan. 
Əvvəl özümüzü öyrən, sonra. 
– Biz kimik? 
 
– Sufi. 
–  Sufi  nədir?  –  Ġsmayılın  bu  sualından  sonra  anası  onun  qolundan  tutub  qalxızdı, 
çənəsindən yuxarı qaldırdı.   
– Nə görürsən? 
– Səqf.   
– Nədəndi o səqf? 
– DaĢdan. – Ġsmayıl təəccüblə anasına cavab verirdi. 
– Necə daĢdan? 

37  www.sarigelin.net 
 
– Kobud. 
– Bura nədi? 
 
– Qala. 
–  Bax,  sufilik  də  budu.  Zindandı,  zəncirdi,  ayaqlarda  kündədi.  Sufilər  də,  hürufilər  də 
özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da. 
Söhbətləri burada bitdi. 
Öz  hücrələrinə  keçdilər.  Sultanəli  Ģamları  yandırdı.  Amma  anası  görürdü  ki,  Ģamı 
yandıranda  əlləri  əsir.  Amma  heç  nə  soruĢmadı.  Bilirdi  ki,  bayaq  Ġsmayıla  dediyi  söz  onun 
xətrinə  dəyib.  Anası  olduğuna  görə  cavab  verməyib.  Ġbrahim  də  tutulmuĢdu.  O,  böyük 
qardaĢından  iki  yaĢ  kiçik  idi.  Amma  hamıdan  hirsli,  əsəbiydi.  Əsəbiliyinin  də  səbəbi  dilinin 
tutulmağı idi. DanıĢmaq istədiyi yerdə, dilinə söz gəlmir, o qızarır, pörtür, dili-dodağı əsirdi. 
Qapı döyüldü. Sultanəli getmək istədi, amma anası qoymadı. Qapını o özü açırdı. Ġstəmirdi 
ki,  bəla  birdən-birə  onun  oğlanlarına  gəlsin,  özünü  qabağa  verirdi.  Keçən  illərdə  qapıda  onu 
görən silahlı-əbləsəli bir fərraĢ özünü saxlaya bilməyib çöhrəsi açıq bu qadının gözəlliyinə görə 
bircə kəlmə demiĢdi: 
– Fətəbərəkallah! 
Onun bu kəlməsini eĢidib saraya xəbər vermiĢdilər. Üstündən xeyli keçəndən sonra həmin 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin