Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   2   3   4   5   6   7   8   9   ...   35
–  Əbu  Səid  bizim  əlimizdən  heç  yana  qaçıb  qurtara  bilməyəcək.  Mən  hamının  fikrini 
bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir. 
Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi. 
BardaĢ qurub oturmuĢdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.   
–  DüĢməni  basmıĢıq,  kəsmək  bir  göz  qırpımının  iĢidi.  Ġndi  biz  nə  eləməliyik?  Əlimizi 
saxlamalıyıq, yoxsa?.. Elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdı. Onu hörmət-izzətlə 
yola salmaq yaxĢı olardı. 
Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda 
nataraz Əbih Sultan söz istədi. Onun da atası Diyarbəkr bəylərindən idi. Böyük bir dəstə ilə Uzun 
Həsənin xidmətinə gəlmiĢdi. 
– Həsən bəy, biz Əbu Səidi əhli-əyati ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik 
ordu  gələcək.  Əgər  tək  baĢına  göndərsək,  onda  ağlaĢma  səsiylə  göz  yaĢından  özgə  heç  nə 
eĢitməyəcəyik. 
DanıĢanlar  çox  oldu.  Hamısı  da  bu  iki  fikirdən  birinin  tərəfini  saxlayırdılar.  Sara  xatun 
oturduğu yerdən danıĢmağa baĢladı. 
– Ey Ağqoyunlu övladları. Cahan Ģah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim 
qan düĢmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb ağqoyunlu 
səltənəti  olduğuna  inanmırdınız.  Çünki  Teymur  nəvəsi  Əbu  Səid  üstümüzə  gəlirdi.  Onu  ġeyx 
Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün o 
sülalənin  oğlu  Uzun  Həsənin  qarĢısında  sultanlıq  taxtı  boĢdur.  Ağqoyunlular  hələ  belə  yüksək 
məqama  çatmamıĢdı.  Burada  oturan  bəylərin  hamısını  böyük  iĢlər  gözləyir.  Hər  biriniz  bir 
vilayətin  hökmdarı  olacaqsınız. Dərbənddən baĢlamıĢ Bağdada, Diyarbəkrdən tutmuĢ  Xorasana 
qədər  olan  bir  ölkə  sizin  ixtiyarınızdadır.  Onu  əldə  möhkəm  saxlamaq  igidliyinizdən, 
sədaqətinizdən  çox  asılı  olacaq.  DüĢmən  əlinizdədir.  Bir  hücumla  ələ  keçirə  bilərsiniz  və 
keçirməlisiniz. DüĢməni əldən qaçırsanız sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu 
Səid tutulub girov saxlanmalıdır. Onu ġeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü 
ibadətlə baĢa vursun.  
Uzun Həsən anasının sözlərinə qüvvət verdi.  
–  Axırıncı  döyüĢü  ġeyx  Heydərə  və  onun  qazi-müridlərinə  tapĢırıram.  Bacım  oğlunun 
mükafatı böyükdür. Ən böyük mükafat  isə...  – O bir an susdu.  – Qızım AləmĢahbəyimlə ġeyx 
Heydərin toyu Əbu Səid tutulandan sonra baĢlayacaq.  
Əbih  Sultan  yerində  qurcuxdu.  O,  AləmĢahbəyimi  görmüĢdü  və  gözəlliyinə  heyran 
qalmıĢdı.  Həm  də  Uzun  Həsənin  damadı-kürəkəni  olmaq  ona  daha  geniĢ  yollar  aça  bilərdi. 
Amma bu imkan əldən çıxdı. 
ġeyx Heydər qızardı və baĢını aĢağı dikdi. Sonra ayağa qalxıb dayısına baĢ əydi. 
– Müridlərim hazırdı. Əbu Səid sənin qulluğunda qolubağlı qul kimi dayanacaq... 
Bu qələbəni ġeyx Heydərlə AləmĢahbəyimin toyu ilə Ģənləndirdilər. Uzun Həsənin qızı əri 
ilə Ərdəbildə qaldı. 
Ġki  atlı  dağlardan  enib  Ərdəbilə  gedirdi.  Onlardan  biri  ġeyx  Heydər  idi  ki,  xeyli 
yaĢlaĢmıĢdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüĢdü. 
Sifətindəki  uĢaqlıq  cizgiləri  itmiĢ,  o  kiĢiləĢmiĢdi.  Qətiyyət  indi  onun  çöhrəsinə  daha  çox 
yaraĢırdı.  Qiyafəsində  də  dəyiĢiklik  vardı.  ġeyxliyi  təkcə  çalmasından  bilinirdi.  O,  daha  çox 
pəhləvana  və  cəngavərə  oxĢayırdı.  Çiyinləri  enləĢmiĢ,  əlləri  irilib  kobudlaĢmıĢdı.  Qollarının 
əzələsi böyümüĢdü. 
Bu  on  ildə  çox  dəyiĢiklik  olmuĢdu. Sara xatundan sonra Ağqoyunlu  dövlətini yaradıb  və 
möhkəmləndirən,  Avropada  fütuhatla  məĢğul  olan  Fateh  Sultan  Məhəmmədlə  belə  iki  dəfə 
böyük meydan müharibəsi aparan Uzun Həsən ölmüĢdü. Taxta da oğlu Xəlil keçmiĢdi. 
ġeyx Heydər elə bu barədə fikirləĢirdi. Dayımın hər iĢdə bəxti gətirsə də övladda, ələlxüsus 
oğlanlarda  bəxti  gətirmədi.  Böyüyü  Uğurlu  Məhəmməd  əvvəllər  atası  ilə  danıĢanda  qız  kimi 

20  www.sarigelin.net 
 
pörtüb  qızarırdı.  Sonra  onun  sağ  əli,  sərkərdəsi  oldu.  Yaman  yeyənin  olsun,  yaman  deyənin 
olmasın.  Acı,  zəhərli  ilan  dillər  onu  yolundan  çıxartdı.  Atasının  üzünə  ağ  oldu.  Qaçıb  Fateh 
Məhəmmədə  sığındı.  Onun  qızı  ilə  evləndi.  Uzun  Həsənin  ürəyi  partlamasın,  nə  eləsin?  Qırxı 
çıxmamıĢ  SəlcuqəĢahbəyim  oğlu  Xəlili  taxta  çıxartdı.  Rəhmətlik  Sara  xatun  deyərdi  ki,  bu 
səltənəti  SəlcuqəĢahbəyim  dağıdacaq.  Budur,  bu  gün  də  müridləri  ġeyx  Heydərə  xəbər 
gətirmiĢdilər ki, SəlcuqəĢahbəyimin kiçik oğlu Yaqub qardaĢı Xəlili öldürüb, onun yerinə keçib. 
Anası da bir gözü ilə Ģəhid olmuĢ oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna görə 
gülür. Yaqub Mirzə indi olub Sultan Yaqub. 
Hələ cavanlıqda onunla Yaqubun söhbəti tutmamıĢdı.  Dayısı oğluna əlifba öyrədir, təhsil 
verirdi. Heç vaxt da onun tapĢırıqlarına əməl eləmirdi. 
– Dayıoğlu, oxu, öyrən, lazım gələr. 
–  Mən  sultan  oğluyam.  Əvvəl-axır,  mən  taxta  çıxacağam.  ġah,  hökmdar  oğlu 
doğulmayanlar dərd çəksin. 
Heç  vaxt  onun  sifətində  özünə  qarĢı  mehribanlıq  görməmiĢdi.  Ġndi  o,  qardaĢ  qatili 
hakimiyyətə keçib. Bundan sonra bibisi oğluna da kəm baxacaq. 
ġeyx Heydər isə öz iĢini bilən adam idi. O, gününü hücrələrdə keçirmirdi. Bilirdi ki, vaxt 
gələr, onu da atası Cüneyd kimi Ərdəbildən didərgin salarlar. Çünki bu nəslin hörməti çox vaxt 
hökmdarların hörmətindən üstün olub. Hökmdarlar onların ayağına gəlib, onların əllərini öpüb, 
onlardan xeyir-dua istəyib. Bə‟zi hökmdarlar isə onları sevməyib, səltənət içində səltənətə öyrəĢə 
bilməyib.  Qaraqoyunlular  ġeyx  Cüneydi  buradan  didərgin  salma-mıĢdılarmı?  Məcbur  olub 
Diyarbəkrə, oradan Qaramana, Zülqədər oğullarına getmiĢdi. Uzun Həsənin  atası Cahangir bəy 
onunla  ülfət  bağlayıb  qızını  da  ona  vermiĢdi.  Bu  on  ildə  ġeyx  Heydərin  hörməti  də,  Ģöhrəti  də 
xeyli  artmıĢdı.  Uzun  Həsən  Fateh  Sultan  Məhəmməddən  sonra  dünyanın  ən  böyük  dövlətinin 
baĢçısı idi. Onunla qonĢu ölkələrin hökmdarları qohum olmaq üçün hər Ģeydən keçərdilər. O isə 
qızını  Ərdəbil  Ģeyxinə  vermiĢdi.  Həm  səltənət,  həm  də  baba  Ģöhrəti  onun  hörmətini,  Ģanını-
Ģöhrətini  artırır,  səfəviyyəyə  qoĢulan  müridlərin  sayı  gündən  günə  artırdı.  Darül  ĠrĢada  yığılan 
nəzir-niyaz  padĢah  xəzinəsinə  yığılan  gəlirlərə  yaxınlaĢırdı.  Bu  qədər  əmlakı  kasıblara,  fəqir-
füqəraya  paylamaqla  qurtarmaq  mümkün  deyildi.  ġeyx  Heydər  həmin  pulla  çoxlu  silah  alıb 
yığırdı.  Özünün  nəhəng  qurxanası  vardı  ki,  onunla  bir  dəfəyə  iyirmi  min  müridi  silahlandıra 
bilərdi. Ġlxıları alıb artırırdı ki, süvarinin sayı çox olsun. 
Ġndi  də  dağlardakı  düĢərgədən  qayıdırdılar.  Müridlər  orada  məĢq  keçir,  silah  oynadır,  at 
çapır, ox atır, hərbin sirlərini öyrənirdilər. 
Heydərlə yanaĢı gedən adam onun dostu Hüseyn bəy idi. O da Ģeyx yaĢda, ancaq ondan bir 
az arıq, dirigözlü, qırğıbaxıĢlı cavan idi. ġeyxin müridləri ordusunun əsas sərkərdələrindən idi. 
Hüseyn bəy dilləndi: 
– Nə fikrə getmisən, ġeyx. 
– Dünya gözlərimdə beĢ qara axçadan da dəyərsiz görünür. Deyirəm, gör kimin yerinə kim 
gəlir.  Ağac  ağacdı,  kəsirsən,  pöhrə  verib  yenə  elə  həmin  ağac  olur.  Meyvəsi,  barı  da  həmin. 
Amma  insan  niyə  belədi.  Oddan  kül  törəyir.  Uzun  Həsənin  oğlu  Uğurlu  Məhəmməd  atasına, 
elinə-gününə satqın çıxır. Bir qardaĢ taxt üstündə o birisini öldürür. 
–  ġeyx,  sən  ki  dünyanın  gərdiĢini  yaxĢı  bilirsən.  Odur,  Teymurun  övladları  da  atalarına 
oxĢaya bilmədilər. 
– Bunun sirri nədədir? 
– Qadında, – deyə Hüseyn bəy dilləndi. KiĢi nə qədər kamil, güclü olsa da, o qadın zəifliyi 
ilə  birləĢir.  Bu  ikisinin  birliyindən  yaranan  nə  qədər  ataya  oxĢayırsa,  bir  o  qədər  də  anaya 
oxĢayacaq. 
–  Sənin  sözlərində  də  həqiqət  var.  Doğrudan  da  SəlcuqəĢahbəyim  Uzun  Həsənin  tayı 
deyildi.  Yaqub  Mirzə  də,  atasından  çox  anasına  çəkib.  BaĢlayacaq  bizi  burunlamağa.  Darül 
ĠrĢadın Ģöhrəti onu dəli eləyəcək. Onsuz da mənim atamın qatili ġirvanĢahla qohumdur. 
– Bəli, acıdı, ancaq həqiqətdi. 

21  www.sarigelin.net 
 
ġeyx Heydər yorulmuĢdu, tezliklə evə qayıtmaq, AləmĢahbəyimin keyfini soruĢmaq, oğlu 
Sultanəli ilə oynamaq, yorğunluğunu unutmaq istəyirdi. Amma bu xəbərdən sonra keyfi pozuldu. 
Atın baĢını çəkdi: 
– Geri qayıdıb Ģəhərdən çıxaq – dedi. 
Hüseyn Lələ bəy bir Ģey demədi. Onlar dar küçələrdən çıxıb gəldikləri yolla qayıtdılar, bir 
cığıra  dönüb  təpədəki  qayanın  üstündə  bitən  palıd  ağacının  yanına  gəldilər.  Atlardan  düĢdülər. 
Daha doğrusu Heydər nə edirdisə Hüseyn bəy də onun hərəkətlərini təkrarlayırdı. Heydər qalxıb 
palıdın altında, qayanın üstündə oturdu. Buradan Ərdəbil ovuc içi kimi görünürdü. Uzaqda Darül 
ĠrĢadın  kaĢı  günbəzində  günəĢin  iĢığı  bərq vururdu. Heydər bir az fikirləĢib  belindən xəncərini 
çıxardı. BaĢ barmağına çəkdi. Qan çıxdı. 
– Kəs barmağını. 
Hüseyn bəy də öz xəncəri ilə eynilə barmağını kəsdi. Qan axıb getdi. 
Heydər  saqqalından  bir  neçə  tük  çəkdi,  Hüseyn  bəy  də.  Sonra  Heydər  həmin  tükləri  bir-
birinə düyünlədi. Hər ikisinin qanında islatdı. Qayanın yarığını gözləri ilə axtarıb tapdı və sözə 
baĢladı: 
–  Ġndiyə  qədər  biz  əməl  yoldaĢıydıq.  Bu  gündən  oluruq  qardaĢ,  dost.  Qoy  bizim 
dostluğumuz bu tüklərin düyünü açılana qədər, qanlarımız biri-birindən ayrılan günə kimi davam 
etsin. 
– Amin. 
– Hüseyn bəy, bu gündən səni oğlanlarıma lələ seçirəm. Onların tə‟limini, tərbiyəsini sənə 
tapĢırıram. Sultanəlinin, Ġbrahimin, Ġsmayılın.  
Bu, dostluqda ən yüksək məqam idi. Hüseyn bəy qədim oğuzların andını təkrar elədi: 
– Bu dostluğa dönük çıxsam qılıncıma doğranım, oxuma sancılım. 
–  Ġndi  səni  babam  ġeyx  Səfinin  batini  fikirləri  ilə  tanıĢ  eləyə  bilərəm.  O  deyir  ki,  dünya 
nurdan yaranıb. Allah da nurdu, onun yaratdıqları da nurdu. Demək insan da nurdan ibarətdir. 
Hüseyn Lələ bəy (artıq o ləqəb qəbul etmiĢdi) dostunun sifətinə baxıb orada sanki qəzəblə 
alovlanan nur, iĢıq görürdü. 
–  Ġnsan  da  nurdan  ibarətdirsə,  demək  o,  nurun,  Allahın  əksidir.  Söz  yox  ki,  insan  –  nur, 
əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları ilə birləĢirlər ki, bu da insanı bir-biri ilə 
bərabərləĢdirir. Ġnsan da iki cürdür. Kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz. 
Nur olması üçün o, əslən də, mə‟nən də, daxilən də, xaricdən də pak olmalıdır. O nur-insanlar öz 
tərəfdarlarını artırmaq üçün iĢ görməlidir. Bu, yalnız kökünü açdığım sirr batindir və onu bizim 
ocağa sənin kimi ən yaxın olan dostlara açıram. Bunu ilk eĢidən də sən olmusan.  
Hüseyn  Lələ  bəy  onunla  mübahisəyə  giriĢmədi.  Çünki  indi  Səfəviyyənin  mə‟nəvi  baĢçısı 
odur, onun dediyi həqiqətdir və bu sirri dərk etmək üçün hələ çox düĢünmək lazım gələcək. 
–  Ġndi  biz  tədbir  görməliyik.Sultan  Yaqub  bizə  güc  gəlməmiĢ,  öz  iĢimizə  baĢlamalıyıq. 
ĠĢlər ki, belə gedir, Ağqoyunlu xanədanı dağılacaq. Onun çox ömür sürməsinə heç nə kömək edə 
bilməz. Xanədanın dağılması bədbəxtlik deyil. Ölkəni, xalqı xilas eləmək vacibdir. 
– MürĢidimiz bizə o yolu göstərsin, biz canımız, qanımız bahasına həmin yolu axıra qədər 
getməyə hazırıq. 
–  Dərbənd  qalası.  Atam  ġeyx  Cüneyd  də  bu  yolu  tutmuĢdu.  Dərbənd  qalası  ölkənin 
qüzeyində  ən  möhkəm  qaladır  və  oradan  baĢlayıb  bu  ölkəni  birləĢdirmək  olar.  ġirvanĢahlar 
qocaman xanədan olsa da, onları tabe eləmək çətin deyil. BaĢa düĢdün məni? 
– 
 Bəli.   
– Müridlərə də elə buna görə tə‟lim veririk. Din yolunda döyüĢə hazırlayırıq. 
Hüseyn  Lələ  bəyin  dilinin  ucunda  bir  sıra  suallar  vardı.  Onlardan  biri  də  elə  bu  “din 
uğrunda”  sözünə  aid  idi.  Axı  Ģirvanlılar  da  müsəlman  idi,  dərbəndlilər  də.  Amma  ġeyxin  fikri 
açıq-aydın  deyilmiĢdi.  Görülən  hər  iĢə  hamının  qəbul  edəcəyi  bir  don  geydirməsən,  o  baĢa 
gəlməz. 

22  www.sarigelin.net 
 
ġeyx  Heydər  xidmətçinin  açdığı  darvazadan  ağ  atın  üstündə  geniĢ  həyətə  girəndə  onu 
qızılgüllərin  ətri  vurdu.  Həyətin  hər  tərəfində  növbənöv,  cürbəcür  qızılgüllər  açmıĢdı.  O  atdan 
düĢdü.  Xidmətçi  atı  çəkib  apardı.  O,  hovuzun  ətrafına  dolandı  və  iplərlə  dırmaĢan  səbagülü 
kolunun  arxasında  AləmĢahbəyimlə  üz-üzə  dayandı.  Qaranlıq  düĢmüĢdü.  Göydə  iri  ulduzlar 
parıldayırdı. Amma o sevimli arvadının ətrindən onu tanımıĢdı. Bu qədər güllərin arasında onun 
öz  ətri  vardı  ki,  Heydər  onu  ayıra  bilmiĢdi.  QarĢısında  dayandı.  Əllərini  əllərinin  içinə  aldı. 
Baxdı,  baxdı.  Amma  onlar  biri-birilərini  güclə  görürdülər.  Amma  baxıĢlarını,  gözlərini, 
təbəssümlərini  yaxĢı  seçirdilər.  Heydər  onu  bağrına  basdı.  Dodaqları,  onun  gül  qönçəsinə 
oxĢayan dodaqlarını tapdı. Hər ikisi məst oldu. 
Bu evdə əndərun yox idi. ġeyx Heydər and içmiĢdi ki, AləmĢahbəyimdən özgə bu dünyada 
onun ikinci arvadı olmayacaqdı. AləmĢahbəyim də öz taleyindən çox razı qalmıĢdı. Hər hansı bir 
Ģahzadəyə  versəydilər  o  bir  neçə  ildən  sonra  yenə  dul  qalacaqdı.  Çünki  Ģahzadələr  hələ 
hakimiyyətə  keçməmiĢ  qanlarına  qəltan  olurdular.  Ya  da  hərəmxanadakı  arvadlarına  vaxt 
ayıranda belə onlardan hər birini bir həftədən tez görmürdülər. Bu evdə isə nə saray çəkiĢməsi 
vardı, nə hərəmxana qeybəti. Onun sevimli əri təpədən dırnağa qədər ona mənsub idi. 
– Mənim gəldiyimi nədən bildin? 
– Hər dəfə sən yaxınlaĢanda Ülkər kiĢnəyir. Mənə muĢtuluq verir. Bəs sən mənim yerimi 
hardan bildin? 
– Ətrindən. 
– Ġnanmaram. Həyətdə bu qədər qızılgül var. Onların arasında... 
 
Heydər barmağını onun dodaqlarının üstünə qoydu: 
– Mənim ən böyük, ən ətirli qızılgülüm sənsən. Ətrinlə səni cənnət bağında taparam. 
AləmĢahbəyim qollarını onun boynuna dolayıb  yanaqlarını onun yumĢaq saqqallı  sifətinə 
söykədi. 
–  Gedək,  mənim  günüm-dirliyim.  Gözümün  nuru.  Mənim  nur  parçam.  Gedək  uĢaqların 
yanına. Onlardan ötəri bu gün elə darıxmıĢam ki. 
Onlar evə girdilər. Sultanəli bardaĢ qurub qarĢısındakı rəhildəki kitabı oxuyurdu. Ġbrahimlə 
Ġsmayıl  yatmıĢdı.  Sultanəli  atasını  görüb  ayağa  qalxdı.  Qaça-qaça  onun  üstünə  getdi.  ġeyx 
Heydər onu qolları arasına aldı. Üzündən öpdü. Sinəsinə sıxdı. 
– Sultanəli, sənə lələ tapmıĢam. Sənə də, Ġbrahimə də... 
– Kimdi lələmiz, atacan? 
– Hüseyn Lələ bəy. Bundan sonra o səninlə məĢğul olacaq. 
Sultanəlinin on iki yaĢı tamam olmuĢdu. BeĢ il idi ki, təhsilə baĢlamıĢdı. 
Otaq  fərĢlə  döĢənmiĢdi.  Divar  dibində  qotazlı  mitəkkələr,  iri  balıĢlar,  qalın  döĢəklər 
qoyulmuĢdu. Divardakı ləmədə mis, çini qablar düzülmüĢdü.  
ġeyx  Heydər  də  əbasını  soyundu,  gəlib  dizini  qatlayıb  oturdu.  Kəniz  Səkinə  aftafa-ləyən 
gətirdi. O əllərini yudu. 
–  Var  ol  səni,  Səkinə.  Allah  qoysa  Gürcüstan  tərəfə  gedəndə  səni  də  aparacam,  qohum-
qardaĢlarını tapıb onlara qovuĢduracam.  
–  Allah  ömrünü  uzun  eləsin,  ağa.  Mən  heç  yerə  getmək  niyyətində  deyiləm.  Sənin  kimi 
Allah adamının evinə düĢmüĢəm, elə bilirəm elə öz ata evimdəyəm. 
 
– Yox, ay Səkinə, ata evi ayrıdı. Bəlkə də onları da köçürüb Ərdəbilə gətirdik, inĢallah. 
Səkinə ürəyində sevinə-sevinə aftafa-ləyəni apardı. Elə bil quĢ idi, ona qanad vermiĢdilər. 
ġeyx dediyini eləyər. Heç olmasa bircə dəfə atasını görəydi, onun oxuduğu “hurufatını” eĢidəydi. 
Onda ölsə də dərdi qalmazdı. 
Ərinin  qarĢısında  süfrəni  AləmĢahbəyim  özü  açdı.  Heç  bir  hökmdar  qızı  hələ  süfrə 
açmamıĢdı. Amma onun qəlbinin, ürəyinin hökmdarı o idi. Bu iĢi görəndə özünü xoĢbəxt hesab 
eləyirdi. 
Səkinə yeməyi gətirdi. Bağırbeyin biĢirmiĢdilər. ġeyx Heydər Sultanəlini də çağırıb özü ilə 
süfrədə  oturtdu.  AləmĢahbəyim  də  oturdu.  Lakin  o  hələ  indiyə  qədər  ərinin  yanında  çörək 
yeməmiĢdi.  Lakin  oturub  onun  yeməyinə  heyranlıqla  baxırdı.  Onun  yeyib-içməyində  atasını 

23  www.sarigelin.net 
 
xatırladan  cəhətlər  vardı.  Amma  buna  görə  baxmırdı.  Ona  baxdıqca  elə  bil  bütün  dünyanı  ona 
verirdilər.  Əri  də  onun  ürəyindən  keçənləri  oxuyur,  özünü  o  yerə  qoymur,  onun  doyunca 
baxmağına imkan yaradırdı. 
Yemək  yığıĢdırıldı.  O,  qısa  bir  dua  oxudu.  Qalxıb  canamazını  götürdü,  yan  otağa  keçib 
namazını  qıldı.  Qayıdanda  yataq  otağına  keçdi.  Soyunub  yerinə  girdi.  AləmĢahbəyim  də  Ģamı 
söndürəndən sonra paltarının xıĢıltısından hiss olunurdu ki, soyunur. Ġpək paltarı sürüĢüb ayaqları 
altına düĢdü. O, özünü sevimli ərinin qolları arasına atdı. 
Gecədən xeyli keçmiĢdi. Amma onlar yatmamıĢdı. 
– Gözümün nuru, qardaĢın mənim üstümdən qələm çəkməyə hazırlaĢır. 
– Niyə? 
– Qorxur. Taxtından qorxur. FikirləĢir ki, həmin taxta onun kimi sənin də haqqın çatır. Ona 
görə də Əbih Sultanın, Süleyman Bicanoğlunun fitvası ilə mənim qaramca danıĢır. Bir məclisdə 
də deyib ki, atam böyük səhv eləyib, bizim sümüyümüzü dərviĢlərin sümüyünə calayıb. Onlarla 
qohum olduğumu fikirləĢəndə xəcalət çəkirəm. 
Bu sözlərdən sonra ġeyx Heydər AləmĢahbəyimin bədənində titrəyiĢ duydu: 
–  Nədən  qorxursan?  Qorxma,  sənin  ərin  onlara  can  verənlərdən  deyil.  Mən  istəyirəm  bir 
müddət  Ərdəbildən  uzaqlaĢım.  Qoy  görsün  ki,  mən  onun  yolunda  duran  əngəl  deyiləm.  Vaxt 
gəlsə mən ona daha çox kömək eləyərdim, nəinki onun ətrafındakılar. 
–  Mən  sənin  səhər  gedib  axĢam  gəlməyinə  dözə  bilmirəm.  Üç-dörd  ay  getməyinə  necə 
dözəcəyəm?! 
– Bu lazımdı. GetməmiĢdən qabaq gərək sən qardaĢından icazə alasan. Deyəsən ki, ġeyx 
Heydər  qəzavata  gedir.  Dağıstanda  müsəlmanlığı  qəbul  eləməyənlər  var,  gedir  din  yolunda 
vuruĢmağa. 
AləmĢahbəyim  onu  bərk-bərk  qucaqlamıĢdı.  Sanki  əri  elə  indi  yola  düĢür,  o  da  tutub 
saxlamaq üçün bütün gücünü sərf eləyir. 
– Yenə vuruĢma, yenə ġirvan? Bu ġirvandan doymadınız? 
AləmĢahbəyimin  səsi  titrədi.  Deyəsən  o  ağlayırdı.  O,  ərinin  atası  Cüneydin  ġirvanĢah 
Ġbrahimxəlil  tərəfindən  öldürüldüyünə  iĢarə  vururdu.  Ġndi  isə  hakimiyyətdə  Fərrux  Yasar  idi. 
Cüneydin ölümünü onlar da yaddan çıxarmamıĢdılar. 
–  Getməsəm  onda  gərək  burada  Sultan  Yaqubla  kəllə-kəlləyə  gəlim.  Mən  isə  bunu 
istəmirəm... 
Sultan Yaqubun icazəsini alandan sonra ġeyx Heydər yeddi min muridlə səfərə çıxdı. Kür 
çayını ƏrəĢ mahalında, Mingəçevir kəndi yanından keçib ġirvanın dağ dibi yolları ilə Dərbəndə 
yol almıĢdılar. 
Fərrux  Yasar  müridlərin  hərəkətini  hər  gün  izlətdirir,  qoĢunlarını  döyüĢə  hazırlayırdı. 
Amma  ġeyx  Heydərin  müridləri  əkinlərə,  kəndlərə,  mal-qaraya  toxunmur,  lazım  olan  hər  Ģeyi 
satın alırdılar. Ərdəbildən çıxdıqlarının iyirminci günü Samur çayı kənarındakı Quryan1 kəndinə 
çatdılar. Gün günorta yerində idi. MeĢə yolundan çıxıb Samurun kənarına çıxdılar. ġeyx Heydər 
atını saxladı. 
– Burada düĢərgə salacağıq. Xəbər verin çadırları qursunlar. 
Hüseyn Lələ bəy baĢını qaldırıb günəĢə baxdı: 
– Neçə gündür gecə-gündüz yol gəlirik. Dərbəndə az qalıb. Çayı keçib çadır qursaq necə 
olar? Əvvəla bu təhlükəlidi. Fərrux Yasar qoĢun gətirsə, onlar yuxarıdan aĢağı gələcək, biz pis 
vəziyyətdə qalarıq. 
ġeyx Heydər bahar buludu kimi dolmuĢdu. Hüseyn bəyin qolundan tutub özü ilə apardı. 
– ġeyx Cüneydin qəbrini ziyarət eləməyək? 
– Buradadı? 
– Bəli. Burada, Quryan kəndindədir. 
Onlar üstünə Ģax-Ģəvəl döĢənmiĢ, çay daĢı ilə hörülüb, palçıqla suvanmıĢ, divarlarında mal 
təzəyindən yappalar olan meĢə içindəki kəndə girdilər. Silahlarını qurĢamıĢ, yanları ilə müridlər 
də götürmüĢdülər. Kəndin ortasında, divar dibində oturan qocalara salam verdilər. 

24  www.sarigelin.net 
 
Qocalar  ayağa  qalxıb  onların  salamını  aldılar.  Bir  gümrah  qoca  qabağa  çıxıb  atın 
yüyənindən yapıĢdı: 
– Qonağımız olmasanız, buraxmarıq. DüĢün atdan, – dedi.   
– Sağ ol, əmi, bir iĢimiz var elə kömək eləsəniz qonaqlıqdı. 
– Buyurun, qonaq qardaĢ. 
– Burada bir ġeyx Cüneyd qəbri var, onu bizə niĢan verərsiniz? 
 
– Niyə niĢan vermirik. Buyurun. O bir igid insan idi. 
Ərdəbildən  gəlmiĢdi.  Onda  mən  lap  gümrahıydım.  Bax  o,  aĢağıda,  çayın  kənarında  Ģah 
qoĢunuyla vuruĢdular. Deyəsən heç vuruĢmağa da gəlməmiĢdi onlar. Hamısı qırıldı. Otuza qədər 
adam qalmıĢdı. Özü də yaz idi. Samurda da su çox idi. Hava da qaralırdı. ġeyx onmu, on beĢmi 
adamnan çayı keçdi. Yaralılar bə- 
------------------------ 
1. Ġndi Qusar rayonunun Həzrə kəndi. 
ri tayda qaldı. Gedə bilmirdilər. Bu vaxt Ġbrahimxəlilin atlıları çatdı. Bu yaralıları qılıncla 
doğramağa baĢlayanda yaralılar qıĢqırdılar. Ġndiyə qədər qulaqlarımda səslənir: 
– MürĢüdümüz, bizi atıb getmə! 
Biz  quzu  otarırdıq,  görürdük.  Səsi  eĢidib  bir  də  döndü.  Atı  da  yox  idi,  deyəsən 
vurmuĢdular. Bir qolundan da qan axırdı. Özünü vurdu suya, yanındakılar da qayıtdı, çayı bir də 
keçdilər. Onlar gələnə kimi burdakı yoldaĢlarını doğramıĢdılar. Gəldi, gəldi. Qılıncı hərləməyi ilə 
bir  atın  ayaqlarını  biçdi,  atlı  yerə  gələndə,  onu  da.  YoldaĢları  da  Ģir  kimi  vuruĢurdu. Onlar az, 
atlılar  çox.  Aldılar  araya.  Bir  azdan  atlılar  onların  ciblərini,  üst-baĢlarını  axtardılar.  Sonra 
deyəsən  nəsə  qiymətli  Ģey  tapmıĢdılar.  Onun  üstündə  özləri  bir-birilərini  qılıncladılar.  Orasını 
deyim ki, nə olduğunu nə gördük, nə eĢitdik. 
ġirvanĢahın  qoĢunu  gedəndən  sonra  mənim  atam,  Allah  ölənlərinizə  rəhmət  eləsin,  o,  el 
ağsaqqalıydı, camaatı yığdı, gedib meyitlərin hamısını gətirdi, burada dəfn elədilər. YaxĢı ehsan 
da verdi, üstlərində quran da oxutdu. 
Ġndi o Ģeyxin qəbri pir olub. Sonsuzlar, xəstələr Ģəfa tapmağa bura gəlirlər.   
Qoz ağacının altında adam boyundan hündür qəbir daĢı vardı. Arxa tərəfində qədim oğuz 
qaydası  ilə  günəĢ  Ģəkli  qazmıĢdılar.  AĢağıda  isə  at  üstündə  ova  çıxan  kiĢi  təsvir  edilmiĢdi.  O 
əlindəki nizə ilə əjdahanı öldürürdü. 
ġeyx Heydər baĢdaĢını  qucaqlayıb,  sifətini  soyuq daĢa söykədi.  Qoca gəlib onun yanında 
dayanmıĢdı.  
– Ay oğul, atan varmı? 
– Vardı, əmi! Budur, bu daĢın altında yatır atam. 
Qoca elə bil yuxudan ayıldı. Gəlib onun çiyninə əli ilə vurdu: 
–  Oğul,  belə  ata  üçün  ağlamazlar.  Gülərlər.  O,  əsl  kiĢi,  əsl  qəhrəmandı.  Onun 
qəhrəmanlığını bu gözlərim görüb. 
ġeyx Heydər qocaya tərəf döndü: 
– Amma mən atamı görməmiĢəm, o da məni görməyib. 
– Torpağı sanı yaĢayasan, elə özünə oxĢamısan. Yadımdadı da. Uzağ vaxtın sözü deyil ki, 
yadımnan çıxa. Dünənin, sırağagünün söhbətidi. 
Qəbrin  yanında  kiçik,  oyuncaq  yüyrük  qurmuĢdular.  Qoz  ağacının  budaqlarına  isə  əlvan 
rəngli parça qırıqları bağlamıĢdılar. 
Qoca ġeyx Heydərə dedi:  
–  Buranı  pir  eləyən  də  mənim  atam  olub.  Övladı  olmayanlara  məsləhət  gördü  ki,  buraya 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin