Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə1/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
  1   2   3   4   5   6   7   8   9   ...   153
Nitq-mədəniyyəti(1)







ON söz 
Azərbaycan xalqı öz dövlət müstəqilliyini qazandıqdan sonra 
respublikamızın iqtisadi, ictimai və siyasi həyatında olduğu kimi, 
mədəni, elmi və təhsil sahəsində də dünya standartlarına inteqrasiya 
etməyə başlamışdır. Dünya birliyinin iqtisadi maraq mərkəzinə 
çevrilmiş respublikamız iqtisadi inkişaf cəhətdən lider ölkə kimi 
özünün təhsil prəblemlərini də analoji qaydada yeniləşdirməkdədir. 
Təhsil sistemində olan yeniləşmə tədrisdə təkcə uğurla tətbiq edilən 
kompüterdən, elektron maşınlar və müasir texnologiyadan istifadə ilə 
məhdudlaşmır, bütövlükdə Bələniya təhsil sistemini, kredit üsulunu 
da əhatə edir. 
İnteraktiv metodla tədris olunan müasir dərslərdə tələbələrin də 
müəllimlərlə birgə daim fəal olması, problem-situasiya şəraitində 
mövzuların elmi araşdırma kimi şərhi tələb olunur. Onlar əqli 
proseslərdə mühakimə yürütməli, ümumiləşdirmələr aparmalı, nəticə 
çıxarmalı olurlar, dərs bütün qrupun fəallığı ilə keçir. 
Respublikamızda uğurla həyata keçirilən təhsil islahatı ali 
məktəblərin qarşısında geniş perspektivlər açmışdır və müəllimlərdən 
tədris proqramlanna, dərsliklərə, dərs vəsaitlərinə, tədris olunan 
fənlərin istiqaməti və xarakterinə yenidən baxmağı tələb edir. Bu 
tələbat eyni dərəcədə nitq mədəniyyəti fənni - nə də aiddir. 
Azərbaycan dilini ərta ümumtəhsil məktəblərində öyrənmiş tələbələrə 
nitq mədəniyyəti fənnini praktik şəkildə mənimsətmək, ənlann nitq 
vərdişlərini yüksəltmək üçün tapşı- nqlar sistemi daha ciddi şəkildə 
işlənməli, nümunəvi nitq mədəniyyətinə malik hərtərəfli inkişaf etmiş 
gənclərin yetişdirilməsi məsələsi qarşıda durmalıdır. 
XX əsrin ərtalanndan diqqəti cəlb etməyə başlamış nitq 
mədəniyyəti 1980-ci ildən bəzi ali məktəblərin tədris planına 
salınmış, nitq mədəniyyəti məsələlərinə diqqət artmlmışdır. 
Nitq mədəniyyəti təhsil sisteminin aktual prəblemlərindən biri 
əlmaqla xalqımızın ümumi milli mədəniyyətinin tərkib hissəsidir. 
Ailədən, məktəbdən başlanan hərəkət, davranış mədə 


niyyəti ünsiyyət, danışıq mədəniyyəti ilə paralel getməli, əxlaq 
normaları nitq normalarında öz ifadəsini tapmalıdır. Tələbələr rəsmi 
dövlət dili statusu almış Azərbaycan dilində - ictimai ünsiyyət vasitəsi 
olan öz ana dilində təkcə ailə-məişət üslubu daxilində deyil, həm də 
elmi, publisistik və rəsmi-kargüzarlıq üslublarında, yeri gələrsə, 
istedadlı gənclər hətta bədii üslubda öz fikirlərini şifahi və yazılı 
şəkildə ifadə etməyi - danışmağı və yazmağı bacarmalıdırlar. Əlbəttə, 
bunun üçün zəmanəti müəllimlər verməlidirlər. Onlar elmi-nəzəri 
biliklərə yiyələnmiş, hərtərəfli nitq hazırlığı keçmiş, savadlı yazı və 
düzgün oxu vərdişləri qazanmış gənclərdə ali məktəbdə gündəlik 
ünsiyyətin müxtəlif sahələrində öz fikirlərini nitq normalarına uyğun 
ifadə etmək bacarığını təkmilləşdirməlidrlər. 
Gənclərimiz hər cür rəsmi-kargüzarlıq, dəftərxana sənədlərini 
hazırlamağı, təhsil prosesində, ictimai həyatda, mətbuatda çıxış 
etməyi, ekran və efir qarşısında öz mülahizələrini, arzu və istəklərini, 
təklif və tövsiyələrini, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı 
fikirlərini sərbəst, səlis və aydın şəkildə, məzmunlu söyləməyi 
öyrənməlidirlər. Məhz bu istəyi reallaşdırmaq məqsədilə də orta 
məktəbin "Azərbaycan dili" proqramına "Nitq mədəniyyəti" və 
"Rabitəli nitqin inkişafı" bölmələri daxil edilmişdir. Orta məktəb 
kursunun davamı kimi tələbələr nitq mədəniyyəti və düzgün nitq 
anlayışlannm mahiyyətini anlamaqla ədəbi dilin normalanm nitqdə 
saxlamağı, cümlə üzvlərinin düzgün sıralanması qaydasını, yazılı 
nitqdə orfoqrafiya və durğu işarələri qaydalanm gözləməyi, sintaktik 
konstruksiyalardan istifadə etməyi, sözlərin məna tutumuna görə 
yerli-yerində işlədilməsi məsələlərini mənimsəməlidirlər. Onlar adi 
danışıq və publisistik üslublarda yazılı və şifahi mətnlər tərtib etməyi, 
təsviri və nəqli xarakterli materiallann ifadəliliyini yüksəltməyi, bu 
üslublara uyğun dil vasitələrindən bacarıqla yararlanmağı 
öyrənməlidirlər. Əlbəttə, bunun üçün onlar dərin biliyə, hərtərəfli 
məlumata sahib olmaqla bu bilik və məlumatları rəvan, aydın, dəqiq, 
düzgün danışmağı və yazmağı bacarmalıdırlar. 


Gənclərimiz gözəl danışıb-yazmaq qabiliyyətinə yiyələnməklə yüksək 
milli-mənəvi keyfiyyətlər nəticəsində mədəni nitqin gözəlliyi, 
zənginliyi və düzgünlüyünü mənimsəyə bilərlər. 
2009-2010-cu dərs ilindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və 
İdman Akademiyasında seçmə fənn kimi "Nitq mədəniyyəti" tədris 
olunur. Fənnin öyrənilməsinə bir semestr ərzində 45 saat vaxt 
ayrılmışdır. Fənnin tədrisində məqsəd tələbələrimizə öz fikirlərini 
yazılı və şifahi formada düzgün, aydın, səlis, canlı və anlaşıqlı bir 
şəkildə çatdıra bilmək bacarığı və vərdişlərinin yaradılmasına 
yardımçı olmaqdır. 
Hazırladığımız "Nitq mədəniyyəti" adlı bu dərs vəsaiti indiyə 
qədər respublikamızda yazılmış dərslik və tədris vəsaitlərində istifadə 
edilmiş metod və üsullara əsaslanır. Həcminə görə böyük olmayan bu 
vəsait Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün 
nəzərdə tutulmuşdur. Vəsaitdə nitq mədəniyyəti anlayışı, onun 
mövzusu, məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi, nitqin 
səciyyəvi cəhətləri, nitqin növləri, mədəni və qeyri-mədəni formaları, 
nitqin daxili və xarici keyfiyyətləri, ədəbi dilin normaları, nitqin 
üslubları, danışıq etikası və nitq etiketləri kimi başlıqlar altında qısaca 
şərh olunmuş, hər mövzudan sonra sual və tapşınqlar, praktik 
çalışmalar verilmişdir. Fənnin tədrisi prosesində tələbələrə nitq 
mədəniyyətinin ayrı-ayrı məsələləri haqqında yığcam məlumat 
verilməklə mədəni nitqə yiyələnməyin üsul və vasitələri izaha cəlb 
olunmuş, onların düzgün və səmərəli istifadə yolları işıqlandırılmışdır. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin