Suleyman-m teze qxd


NİTQ MƏDƏNİYYƏTİ VƏ ETİKA



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə14/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   10   11   12   13   14   15   16   17   ...   153
Nitq-mədəniyyəti(1)

NİTQ MƏDƏNİYYƏTİ VƏ ETİKA, 
ESTETİKA, İNCƏSƏNƏT 
Ümumxalq mədəniyyətinin ayrılmaz tərkib hissələri olan etika
estetika və incəsənətin nitq mədəniyyəti ilə qarşılıqlı əlaqəsi vardır. 
Mədəniyyət xalqın formalaşdığı dövrlərdə etika, estetika və 
incəsənətlə birgə əmək prosesində, insanların praktik fəaliyyətində 
meydana gəlir. 
Etika 
yunan mənşəli latın sözüdür, mənası 
əxlaq, xarakter, adət 
deməkdir. İctimai şüur formalarından biri kimi 
etika 
əxlaq, tərbiyə və 
mənəviyyat haqqında fəlsəfi nəzəriyyə əlub hər hansı sinfin, 
cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydalarını özündə 
34 


əks etdirir. Natiq mühazirə, məruzə oxuyarkən, çıxış edərkən bütün 
etik normalara riayət etməli, geyiminə, xarici görkəminə xüsusi diqqət 
yetirməli, mimika və jestlərdən mənalı istifadə etməlidir. Vulqar və 
jarqən sözlər işlətməkdən çəkinməli, ədəbsiz sözlər işlətməməlidir. 
Üzü tüklü, yaxalığı əzik, qalstuku modaya uyğun olmayan, rəngarəng 
paltar və ayaqqabılarda auditoriya qarşısına çıxmaq da müəllim
mühazirəçi və ya məruzəçi üçün etik normalar xaricindədir. O, heykəl 
kimi dayanıb özünü "qurutmamalı", yeknəsəq səslə, sürətlə və ya 
ləng, cır danışığı ilə dinləyicilərə mənfi təsir göstərməməlidir. 
Estetika 
mənşəcə yunan dilindən alınmış sözdür, mənası 
hiss 
edilən, həssas 
deməkdir. Estetika incəsənət haqqında, bədii 
yaradıcılıqda, təbiətdə və həyatda gözəl formalar haqqında fəlsəfi 
nəzəriyyə olub gözəllik və bədiiliyi ehtiva edir. Hazırda bu söz zövq, 
gözəllik aləmi, səliqəlilik anlamında işlənir. İnsanın estetik tərbiyəsi 
onun xarici formasından tutmuş daxili aləminə qədər hər şeyin 
ölçülü-biçili əlmasmı nəzərdə tutur. Nitq mədəniyyətində estetika 
dilin gözəlliklərini məharətlə dinləyicilərə çatdırmağı qarşıya məqsəd 
qoyur. 
İnsandakı zahiri, təbii gözəllik və mənəvi, intellektual - əxla- qi 
gözəllik nitq gözəlliyi ilə vəhdətdə olanda ahəngdarlıq yaradır. Gözəl 
əxlaqi keyfiyyətlər mədəni, gözəl, cəlbedici nitqlə uyarhq təşkil 
edəndə insanda gözəllik hissi, estetik duyğular oyadır. Estetik 
mədəniyyət gözəllik qanunlarına əsaslanır. Nitq mədəniyyətinin 
gözəlliyi isə əsasən fitri əlmur. O, həyatda, zəhmətdə, təcrübədə 
püxtələşir, təkmilləşir. Gözəl nitq o nitqdir ki, o, məzmun və fərma 
gözəlliyi cəhətdən vəhdət təşkil edir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin