AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
  1   2   3   4   5   6   7   8   9   ...   36

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNĠYYƏT VƏ ĠNCƏSƏNƏT UNĠVERSĠTETĠ 
AZƏRBAYCAN MĠLLĠ KĠTABXANASI 
 
 
 
 
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 
93-cü ildönümünə həsr olunmuş 
 
 
 
KİTABXANA-İNFORMASİYA 
ELMİ: TƏDRİS VƏ TƏCRÜBƏDƏ 
YENİ ÇAĞIRIŞLAR 
 
 
Beynəlxalq elmi konfransının materialları 
 
 
 
 
 
 
5 may 2016-cı il 
Bakı, Azərbaycan

 
UOT 021-028 
K 76 
 
 
REDAKSĠYA HEYƏTĠ: 
 
 
Fərəh Əliyeva   
 
 
Sənətşünaslıq üzrə elmlər doktoru, professor 
 
 
 
 
 
 
ADMİU-nun rektoru, (sədr) 
 
Kərim Tahirov  
 
 
tarix üzrə fəlsəfə doktoru, professor AMK-nın 
 
 
 
 
 
 
direktoru, (sədr müavini) 
 
Məryəm Əlizadə 
 
 
sənətşünaslıq üzrə elmlər doktoru, professor, 
 
 
 
 
 
 
ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə  
 
 
 
 
 
 
prorektoru, (sədr müavini)  
 
GülĢən Əliyeva  
 
 
filologiya üzrə elmlər doktoru, professor,   
 
 
 
 
 
 
ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə  
   
 
 
 
 
işləri üzrə prorektoru  
   
      
Vasif Adilov 
 
 
 
filologiya üzrə fəlsəfə doktoru, dosent  
   
 
 
 
 
ADMİU-nun “Kulturologiya” fakültəsinin dekanı 
 
AqĢin Babayev  
 
 
filologiya üzrə elmlər doktoru, professoru,  
 
 
 
 
 
 
ADMİU-nun “Ədəbi iş və ekran yaradıcılığı” 
 
 
 
 
 
 
kafedrasının müdiri 
 
 
 
 
 
―Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar‖ Beynəlxalq elmi konfransının 
materialları  /ADMİU,  Azərbaycan  Milli  Kitabxanası;  Tərt.  N.  Abdullayeva  -B.:  ADMİU  mətbəəsi, 
2016.- 309 səh. 

 
 
 
 
 
 
 
 
 
“Kitabxana  xalq,  millət  üçün,  cəmiyyət  üçün  müqəddəs 
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitab-
xanaya  daimi  hörmət  xalqımızın  mədəniyyətini  nümayiş  etdi-
rən amillərdən biridir.” 
 
Heydər Əliyev 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 4 - 
M Ü N D Ə R Ġ C A T
 
 
 
KĠTABXANAġÜNASLIĞIN AKTUAL PROBLEMLƏRĠ 
 
Kərim Tahirov 
Gələcəyə çağırış və kitabxana fəaliyyətinin əsas istiqamətləri:  
prioritetlər və perspektivlər 
 
Aybəniz Əliyeva-Kəngərli.  
Elektron kitabxanalarin inkişafi : problemlər və perspektivlər 
 
Ġradə Tuliyeva  
Kitabxana-informasiya axtarışının intellektuallaşdırılması yolları 
 
Ədibə Ġsmayılova 
XXI əsrin informasiya məkanında oxuculara xidmətin əsas istiqamətləri, 
innovativ yeniliklərin tətbiqi təcrübəsi 
 
Cavid Cəfərov  
Radiotezliklə identifikasiya, 4G və Web 3.0 texnologiyaları Azərbaycan  
kitabxanalarının informasiya marşrutunda 
                             
GülĢən Əliyeva  
Təbii və süni intellekt müasir kitabxana-informasiya prosesləri kontekstində 
 
Nigar Babaxanova  
Beynəlxalq elektron kitabxana-informasiya resursları və  
onlardan istifadə problemləri 
 
Əminə Cəfərova  
Azərbaycan ədəbi nümunələrinin beynəlxalq səviyyədə tədqiqində milli  
kitabxananin fəaliyyəti 
 
Adilə Abdullayeva 
 
Kitabxanaçı kadrların peşəkarlığının artırılması yolları:  
müasir vəziyyəti və perspektivlər 
 
Nərminə Abdullayeva  
İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanaçılıq fəaliyyətində və  
təhsilində innovativ dəyişikliklər 
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 5 – 
 
Eldəniz Məmmədov  
İnformasiya cəmiyyəti və mütaliə 
 
Kəmalə Məmmədova 
 
Kitabxana-informasiya marketinqi və onun Azərbaycan kitabxanalarında 
tətbiqi xüsusiyyətləri 
 
В.П. Варакин, Н.Е. Калѐнов  
Программный комплекс monitoring для статистического обеспечения  
задач управления ЦБС БЕН РАН 
 
Светлана Александровна Власова  
Автоматизированные системы заказа издании в библиотеке по  
естественным наукам БЕН РАН 
 
Aygün Hüseynova 
 
Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin kitabxanalara tətbiqi 
 
Samirə Cəlilova  
Kitabxanaçıların peşə fəaliyyətinin artırılmasında ―Mədəniyyət haqqında‖  
Azərbaycan Respublikası Qanununun rolu 
 
Tamilla Əsgərova 
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil prosesinin 
kitabxana-iformasiya təminatinin müasir vəziyyəti və perspektivləri 
 
Ġlker Çakmakkaya  
 
Bilgi bilimleri ve kütüphanecilik çalışmalarında kuramsal ve kavramsal  
yaklaşımlar üzerine   
 
Mehmet Kemal Sevgisunar  
Türkiye‘de bilgi ve belge yönetimi 
 
Елена Викторовна Кочукова  
Современные технологии в практике комплектования Библиотеки по  
Естественным Наукам РАН
 
 
Güler Demir, AyĢenur GüneĢ
 
Eğitim sürecinde öğrenme stillerinin yeri ve önemi: Kütüphanecilik Alanı 
 
AyĢenur GüneĢ, Güler Demir 
Bilgi ve belge yönetimi bölümlerinde aktif eğitim: Model önerisi 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 6 - 
Natiq Mürsəlov 
 
Müasir mərhələdə Azərbaycanda Dövlət Kitabxana siyasətinin 
istiqamətləndiyi  sosial sahələr: nəzəri əsaslar və elmi-metodoloji təhlil  
 
Yeganə Əhmədova 
 
Sumqayıt şəhərində əhaliyə kitabxana-informasiya xidmətinin müasir 
vəziyyəti və inkişaf istiqamətləri 
 
Əfsanə Səfərova   
Mütaliə problemləri və elektron kitabxana 
 
Elnur Nəzərəliyev  
Kitabxana və fasiləsiz təhsil (təhsilin təşkilində peşəkarlıq problemi)  
 
Vəfa Məmmədova 
Akademik kitabxanalarda müasir informasiya fəaliyyətinin təşkili:  
ADA Universiteti kitabxanasının iş təcrübəsi əsasında 
 
Könül Abdullayeva 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasında  
oxucularakitabxana informasiya xidməti 
 
 
Səyyarə Məmmədova 
Məktəb kitabxanaçılarının fasiləsiz təhsili və kitabxana innovasiyaları 
sahəsində biliklərinin təkmilləşdirilməsi 
 
Günel Bağırova-Hüseynova  
Heydər Əliyev irsinin təbliği sahəsində Azərbaycan Milli Kitabxanasının elektron 
resurslarının rolu 
 
Günel Əhədova  
Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu 
 
 
KĠTABġÜNASLIQ, BĠBLĠOQRAFĠYAġÜNASLIQ VƏ  
MULTĠDĠSSĠPLĠNAR TƏDQĠQATLAR 
 
Gülbəniz Babaxanlı   
AMEA Hüseyn Cavidin ev muzeyində kitabşünaslıq üzrə aparılan elmi tədqiqatlar 
 
Ġmaməddin Zəkiyev  
Azərbaycan kitabının inkişaf yolu 
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 7 – 
 
Tahirə Həsənzadə  
Əlyazmalar institutunun elmi fondunda qorunan Hüseyn Azad Təbrizinin tərcümə 
əsərləri 
 
Əli Əliyev 
Azərbaycanda ilk kitab kataloqu 
 
Rübabə ġirinova  
XV əsr türk abidəsinin dünya kitabхanalarındakı nüsxələri 
 
Adil Abdullayev  
Mətbuat tarixində xeyriyyəçilik hərəkatı 
 
Aytən Hüseynova  
Mir Cəlalın əsərlərinin akademik və kütləvi nəşri 
 
 
Anar Səfərli  
Miniatür bədii kitabı əyaniləşdirən vasitə kimi 
 
 
Rəna Məmmədova 
―Tarixi-cahangüşai-nadiri‖nin dünya kitabxanalarındakı nüsxələri 
 
Xəyalə Hacıyeva 
Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin tərtibi xüsusiyyətləri və ümummilli lider 
Heydər Əliyevin Azərbaycan kitabxanaçılıq elminin inkişafında rolu 
 
Mehriban Cəfərova  
İnformasiya cəmiyyətində biblioqrafiya işinin təşkili və veblioqrafiyalar 
 
Aygün Hacıyeva  
Oxucuların informasiya təminatında Azərbaycan Milli Kitabxanasının  
cari biblioqrafik nəşrlərinin rolu 
 
Təranə Rьstəmova 
 Azərbaycan biblioqrafiyaюьnasliрinda yeni tendensiyalar 
 
Arzu Çələbi  
―Qarabağ‖ göstəricisi diyarşünaslıq üzrə biblioqrafik resursun tərkib hissəsi kimi 
 
 
Validə Həsənova  
Naxçıvan folkloru: biblioqrafik təhlil 
 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 8 - 
Yasəmən Sadıqova  
Azərbaycan Milli Kitabxanasında arxeologiya və etnoqrafiya üzrə sənəd  
kütləsinin yerləşməsinin bəzi məsələləri 
 
Ġradə Əliyeva  
Azərbaycanda ekologiya üzrə biblioqrafik resurslarin müasir aspektləri 
 
Aysel Cabbarova 
Azərbaycanda Biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı 
 
Günel Hacıyeva  
 
Memarlıq və İnşaat sahəsinin kitabxana-informasiya təminatının  
təkmilləşdirilməsi yolları 
 
Vüsal Məmmədov  
Azərbaycana aid internet resurslarda muğamla bağlı başlıca informasiya mənbələri 
 
Aygün Səfərova  
Azərbaycanda kitabxanaların vahid biblioqrafik təsvir standartının tətbiqi 
problemləri və perspektivləri 
 
Sevda Kərimova  
Biznes mühiti və elektron informasiya resursları 
 
Günay Məmmədova  
―Vikipediya‖- müasir, elektron ensiklopedik biblioqrafiya və istifadəsinə dair təkliflər 
 
Sevil Əliyeva  
Dünya və Azərbaycan ədəbiyyatında multikultural dəyərlər 
 
Hacı Qasımlı 
Azərbaycanda elmi kitabxanaların xarici ədəbiyyat üzrə nadir nəşrlər fondu   
diyarşünaslığa dair mühüm mənbə kimi 
 
 
 
 
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 9 – 
 
KĠTABXANAġÜNASLIĞIN AKTUAL PROBLEMLƏRĠ 
 
Kərim Tahirov 
Azərbaycan Milli Kitabxanasının direktoru, 
Əməkdar mədəniyyət işçisi, professor 
ktahirov@anl.az 
 
 
GƏLƏCƏYƏ ÇAĞIRIġ VƏ KĠTABXANA FƏALĠYYƏTĠNĠN ƏSAS 
ĠSTĠQAMƏTLƏRĠ: PRĠORĠTETLƏR VƏ PERSPEKTĠVLƏR 
 
Açar sözlər: İnformasiya kommunikasiya texnologiyaları“Azərbaycan Respublikasın-
da kitabxana-informasiya sahəsinin inkişafına dair Dövlət Proqramı”, elektron kataloq, elek-
tron kitabxana, virtual kitabxana xidməti, kitabxana proseslərinin avtomatlaşdırılması, Avto-
matlaşdırılmış  Kitabxana  İnformasiya  Sisteminin  (ALİSA),  Azərbaycan  mətbuatının  və  nəşr 
məhsullarının  arxiv  fondu,  “Kitabxana  işi  haqqında”  və  “Nəşriyyat  işi  haqqında”  Azərbay-
can Respublikası Qanunları, Tədris Mərkəzi, beynəlxalq əlaqələr, Azərbaycan güşələri, virtu-
al  oxu zalları, gələcəyə  çağırış, kitabxanaçılıq  elmi, tədrisi  və təcrübəsi, tədrislə təcrübənin 
əlaqəsi və s. 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən  əsası qoyulmuş, müs-
təqil və suveren Azərbaycan Respublikası Prezident İlham Əliyevin fəaliyyəti dövründə sosi-
al-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində misli görünməmiş uğurlar qazanmışdır. 
Azərbaycan bu gün özünün sürətli inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin rəh-
bərliyi  ilə  və  bilavasitə iştirakı  ilə  həyata keçirilən çoxsahəli islahatlar kursu, ölkə  iqtisadiy-
yatının kompleks şəkildə inkişafını nəzərdə tutan dövlət proqramlarının icrası ölkəmizin müa-
sir dövrün tələblərinə uyğun bir şəkildə yeni sosial-iqtisadi inkişaf yoluna qədəm qoyduğunu 
göstərir. 
Ölkə  başçısı  İlham  Əliyev  cəmiyyətin  informasiyalaşdırılmasının,  gələcək  inkişafının 
perspektivlərinin  İKT  ilə  bilavasitə  bağlı  olduğunu  vurğulamışdır.  Bu  gün  İKT-dən  istifadə 
edilməsi fərdi biliklərin ictimailəşməsi - kollektiv təfəkkürün formalaşması üçün misilsiz im-
kanlar yaradır, biliklərə və informasiyaya əsaslanan yeni tipli cəmiyyəti formalaşdırır. 
Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində görülən işlər 
sırasında  kitabxana  işinin  təşkili,  idarə  edilməsi,  xüsusən  oxuculara  informasiya  xidmətində 
formalaşmış iş üsullarına, kitabxana fondlarının komplektləşdirilməsinə, müasir texnologiya-
ların tətbiq edilməsinə başlanması, dövlətimizin kitabxana işi sahəsindəki siyasətinin prioritet 
istiqamətinə çevrilmişdir.  
İnformasiyalı  cəmiyyət  şəraitində  ölkəmizdə  kitabxana  işinin  inkişafının  əsas  prioritet 
istiqamətlərinin  müəyyənləşdirilməsində  Azərbaycan  Respublikası  Prezidentinin  21  sentyabr 
2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş ―Azərbaycan Respublikasında kitabxana-infor-
masiya sahəsinin inkişafına dair Dövlət Proqramı‖ mühüm rol oynamışdır. Bu Proqramın ic-
rası  kitabxanaların  maddi-texniki  bazasının  xeyli  möhkəmlənməsinə,  onların  işinin  müasir 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 10 - 
dövrün tələblərinə uyğun qurulmasına, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz 
olunmasına,  elektron  kataloq  və  elektron  kitabxanaların  yaradılmasına,  oxuculara  kitabxana 
xidmətinin  tamamilə  yenidən qurulmasına və  ayrı-ayrı kitabxana proseslərinin avtomatlaşdı-
rılmasına şərait yaratmışdır. 
Bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycan kitabxanaçılığının önündə gedən iri kitab-
xanalarda  –  Azərbaycan  Milli  Kitabxanasında,  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında, 
BDU-nun və  ADA Universitetinin Elmi kitabxanalarında, Xəzər Universitetinin, Dillər Uni-
versitetinin, Biznes Universitetinin, Tibb Universitetinin və İqtisad Universitetinin kitabxana-
larında,  bir  sıra  şəhər  və  rayon  mərkəzi  kitabxanalarında  İKT  texnologiyalarının  tətbiqi  ilə 
oxuculara xidmət işi yüksək səviyyədə qurulmuşdur. İndi qarşıda duran əsas vəzifə əldə olu-
nanlarla kifayətlənməmək və gələcək perspektivlərin müəyyənləşdirilməsindən ibarət olmalı-
dır. 
―Kitabxanaçılıq-informasiya  elmi:  tədris  və  təcrübədə  yeni  çağrışlar‖  dedikdə  nə  başa 
düşülməlidir?  Bütövlükdə  kitabxanaçılıq  elmi  təcrübi  elmdir  və  həmişə  təcrübə  nəzəriyyəni 
qabaqlayır və müəyyən mənada onu öz ardınca aparır və buna görə də kitabxanaların təcrübə-
sindən doğan problemlər daima gələcəyə çağırışlarla səciyyələnir. Nədir bu çağırışlar? Bunlar 
ilk növbədə kitabxanaların  təcrübi fəaliyyətini  tənzimləyən normativ hüquqi  aktların müasir 
kitabxana  təcrübəsinin  normal  işləyib  fəaliyyət  göstərməsini  stimullaşdırması  faktorudur. 
Belə ki, kitabxana təcrübəsində  yeni iş üsullarının və  yeni texnologiyaların tətbiqi normativ-
hüququ bazanın mütəhərrikliyini və yaxud onun ən qısa zamanda yenilənməsini tələb edir. Bi-
zim ―Kitabxana işi haqqında‖ Azərbaycan Respublikası Qanunu 90-cı illərin əvvəllərində iş-
lənib hazırlanmışdır və təbii ki, orada bu gün kitabxanalarımızın ən vacib atributuna çevrilmiş 
İNTERNET,  İNTRANET,  elektron  kataloq,  elektron  kitabxana,  virtual  kitabxana  xidməti, 
elektron-məlumat bazaları, Avtomatlaşdırılmış kitabxana sistemi, elektron resurs və s. termin-
lər ola bilməzdi.  Amma bu gün kitabxanaları  bu terminlərsiz və  bu proseslərsiz qətiyyən tə-
səvvür etmək mümkün deyildir. Digər tərəfdən kitabxanalar hüquqi dövlətdə müvafiq norma-
tiv-hüquqi baza olmadan problemlərsiz fəaliyyət göstərə bilmirlər. Oxuculara virtual xidmət, 
çap əsərlərinin tammətnli resurslarının yaradılması, bu resurslardan qlobal internet vasitəsilə 
istifadənin  təşkili  məsələləri  normativ  hüquqi  əsaslandırmalar  tələb  edir.  90-cı  illərdə  qəbul 
olunmuş ―Kitabxana işi haqqında‖ Qanuna müvafiq olaraq həmin vaxtda təkcə Milli Kitabxa-
naya dair 5 normativ sənəd qəbul olunmuşdur ki, bu gün həmin kitabxana onlara əsaslanaraq 
müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərə bilməz. 
Son  illərdə  Milli  Kitabxananın  fəaliyyətinin  əsas  prioritetlərindən  biri  də  informasiya 
texnologiyalarının tətbiqi ilə oxuculara kitabxana xidmətinin bütün proseslərinin avtomatlaş-
dırılmasından ibarət olmuşdur. Bu vəzifə demək olar ki, tamamilə yerinə yetirilmiş və xidmət-
lə  əlaqədar  bütün  proseslər-oxucuların  qeydiyyatı,  nəzarət-buraxılış  məntəqəsi,  kitabların 
elektron kataloq üzrə axtarışı və birbaşa kitab fonduna sifarişlərin verilməsi, zallarda kitabla-
rın oxuculara verilməsi  və geri qaytarılması prosesləri, kitabların kitabxanadan qeyri-qanuni 
yollarla çıxarılmasının qarşısının alınması, oxucuların yaşayış və iş yerlərindən kitabların əv-
vəlcədən virtual sifarişi,  onlayn biblioqrafik və metodik xidmət və s. proseslər tam avtomat-
laşdırılmışdır. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 11 – 
 
Son  dövrlərdə  oxuculara  göstərilən  elektron  xidmətlərin  əhatə  dairəsinin  və  keyfiyyə-
tinin genişləndirilməsinə də ciddi diqqət yetirilir. Belə ki, 2010-cu ildən yeni virtual biblioqra-
fik və kitabxana xidmətləri təcrübəyə tətbiq olunmuşdur və  bu  yolla  çoxlu  sayda  oxucuların 
sorğuları məsafədən keyfiyyətli şəkildə ödənilir və onların müxtəlif xarakterli biblioqrafik və 
faktoqrafik sorğular üçün vaxt itirərək kitabxanaya gəlmələrinə ehtiyac qalmır. Kitabxananın 
elektron kataloqu təkmilləşdirilmiş, ‖Virtua‖ AKİS-inin ən son nailiyyətlərini özündə əks et-
dirən, daha təkmil interfeysə və mütəhərrik imkanlara malik yeni CAMO adlı proqramın alı-
naraq tətbiq olunması nəticəsində oxuculara elektron kataloqdan birbaşa kitab fondlarına kitab 
sifariş edə bilmək imkanları yaradılmışdır və hazırda heç bir əlavə blank doldurmadan birbaşa 
elektron kataloqdan sifariş modulu tətbiq olunur.  
Elektron  kitabxananın  təkmilləşdirilməsi  məqsədilə  Milli  Kitabxana  tərəfindən  xüsusi 
proqram  hazırlanmış,  bu  proqram  vasitəsilə  kitabların  ―pdf‖  formatda  hazırlanmış  elektron 
versiyalarına  milli  kitabxananın  holoqramı  vurulur,  elektron  resurs  kodlaşdırılır  ki,  bu  da 
elektron  kitabxanada  yerləşdirdirilmiş  və  müəllif  hüquqları  qorunan  nəşrlərin  surətlərinin 
çıxarılmasına, elektron daşıyıcılarına köçürülməsinə imkan vermir. Hazırda ümumilikdə elek-
tron kitabxananın məlumat bazasında
 
126.323
 
elektron resurs (kitab, dövri mətbuat material-
ları və not nəşrləri) vardır və cari ildə onların əksəriyyəti oxucular üçün açıq olacaqdır. 2015-
ci  ildən  Milli  Kitabxana  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Naziri  cənab 
Əbülfəs Qarayevin təşəbbüsü ilə Nazirliklə Milli Kitabxananın birgə layihəsi əsasında işlənib 
hazırlanan, ilk orijinal milli avtomatlaşdırılmış sistem hesab edilən və innovasiya texnologi-
yalarının kitabxana işinə tətbiqinin müasir tələblərinə tam cavab verən Avtomatlaşdırılmış Ki-
tabxana İnformasiya Sisteminin (ALİSA) nazirlik sistemindəki bütün mərkəzi kitabxanalarda 
tətbiqi işlərini həyata keçirməyə başlamışdır. İlk növbədə kitabxanamızın Treninq Mərkəzin-
də 8 avtomatlaşdırılmış iş yerləri yaradılaraq region kitabxanaçılarına ALİSA proqramının və 
bütün dünyada geniş tətbiq olunan ―MARK-21‖ formatının öyrədilməsi üzrə treninqlərə baş-
lanmışdır.  3  ay  müddətində  respublikamızın  bütün  regionlarındakı  və  Bakı  şəhərindəki  72 
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mütəxəssisləri treninqlərdən keçərək yerlərdə 
birbaşa  işə  başlamışlar.  Hazırda  Milli  Kitabxananın  və  ALİSA-nı  hazırlayan  ―Ultra  Compu-
ters‖ şirkətinin mütəxəssisləri ilə birlikdə yerlərdə bu proqramın tətbiqi işləri uğurla davam et-
dirilir. 
Digər bir  ciddi məsələ  isə  Azərbaycan mətbuatının və  nəşr məhsullarının  arxiv  fondu-
nun yaradılması işidir və bu gün obrazlı desək, ―havadan asılı vəziyyətdə‖, ‖allah umüdinə‖ 
qalmış bu çox vacib işi lazımi səviyyədə təşkil edən bir qurum yoxdur. Bu gün ölkə ərazisində 
dərc olunan çap məhsullarının dövlət qeydiyyatı və statistikası aparılmır. Bir vaxtlar bu işlər 
Dövlət Kitab Palatası tərəfindən icra olunurdu, lakin 2000-ci ildə Palata ləğv olunduqdan son-
ra ölkə nəşr məhsullarının dövlət qeydiyyatı və kitab statistikasının aparılması işi dayandırıl-
mışdır. Bəs biz gələcək nəsillərə nə əmanət edəcəyik, onlara nə cavab verəcəyik, elmi tədqi-
qatlarımızı  hansı  statistika  əsasında  aparacağıq?  Kitabxanaşünaslıq,  biblioqrafiyaşünaslıq  və 
kitabşünaslıq elmnin inkişafında əhəmiyyətli rol oynayan bu materialları biz və gələcək nəsil-
lər haradan əldə edəcəklər? Məncə bu barədə həyəcan təbili çalmağın vaxtı çoxdan çatmışdır. 
―Kitabxana işi haqqında‖ və ―Nəşriyyat işi haqqında‖ Azərbaycan Respublikası qanun-
larının  müvafiq  maddələrinə  əsasən  pulsuz  məcburi  nüsxələri  Milli  Kitabxanaya  göndərmə-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 12 - 
mələri səbəbindən kitab və mətbuat materiallarımızın arxiv fondu tam şəkildə yaradıla bilmir. 
Buna  görə də 2015-ci  ildə Milli  Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət  və Tu-
rizm  Nazirliyi  ilə  birlikdə  Milli  Məclis,  Nazirlər  Kabineti,  Prezident  Administrasiyası  qarşı-
sında  məsələ  qaldıraraq  ―Kitabxana  işi  haqqında‖  qanunun  müvafiq  maddəsinin  tələblərini 
pozan nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyaların tətbiq olunması barədə 
təklif vermişdir. 
Nəticədə  20  oktyabr  2015-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 
Əliyev tərəfindən müvafiq Qanun imzalanmışdır. Bu qanunla ‖İnzibati Xətalar Məcəlləsi‖nə 
yeni 392-ci maddə əlavə edilmişdir və bu maddəyə əsasən ―Kitabxana işi haqqında‖ qanunun 
müvafiq maddəsinin tələblərini pozan nəşriyyatlara, poliqrafiya müəssisələrinə, hüquqi şəxs-
lərə, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyalar tətbiq olunmuşdur (vəzifəli şəxslərə qar-
şı-100 azn, hüquqi şəxslərə qarşı-500 azn).  
Kitabxanaşünaslıq və informasiya elminin tədrisi ilə təcrübə biri-birindən ayrı düşmüş-
dür, elmlə, tədrislə təcrübənin əlaqəsi çox zəifdir. Mən çıxışımın əvvəlində qeyd etdim ki, ki-
tabxanaçılıq  təcrübü  elmdir,  bu  sahədə  təcrübə  həmişə  elmdən  qabaqda  gedir.  Amma  bu  el-
min  tədrisi  təcrübə  ilə  zəif  əlaqələndirilir,  tələbələrin  tədris  təcrübələrinə  çox  az  yer  verilir, 
ona görə də universiteti bitirib işə qəbul olunmaq üçün müraciət edən məzunlar sadə və primi-
tiv suallara cavab verə bilmirlər, istehsalatdan xəbərləri olmur. Mənə elə gəlir ki, respublika-
mızın  bir  sıra  universitetlərinin  təcrübəsindən  (məsələn,  İnşaat  universitetinin)  bəhrələnərək 
Milli  Kitabxanada  və  digər  iri  kitabxanalarda  universitetlərin  ixtisas  kafedralarının  filialları-
nın yaradılmasının vaxtı çoxdan çatmışdır. Gəlin etiraf edək ki, bu gün təcrübi dərslər müasir 
tipli avadanlıqlarla təchiz olunmuş baza müəssisələrdə keçirilməlidir, auditoriyalarda keçirilən 
təcrübi dəslərin, məşğələlərin effekti çox az olur. 
Milli Kitabxana olaraq bizim üçün mütəxəssis kadr hazırlayan hər iki universitet üçün 
bu imkanları yaratmağa hazırıq və gələcəkdə bizim kitabxanada işləyəcək mütəxəssislərin bi-
lik səviyyələrinin yüksək olmasında maraqlıyıq. Bu gün səriştəli, bilikli və öz ixtisasını gözəl 
bilən ali ixtisas təhsilli mütəxəssislərə hər yerdə ehtiyac var, kitabxanalarımızın kadr potensia-
lı yeniləşməlidir, cavanlaşmalıdır. Uğurlu, səriştəli kadr hazırlığının bünövrəsi kitabxanaçilıq-
informasiya  sahəsində  elmin,  tədrisin  və  təcrübənin  birliyində  və  uzlaşmasındadır.  Həm 
BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsində fəaliyyət  göstərən kafedraların və həm 
də Mədəniyyət və İncəsənət universitetinin müvafiq kafedrasının filiallarının Milli Kitabxana-
da təşkili təklifini hər iki universitetin rəhbərliyinin diqqətinə çatdırıram. 
Kitabxana işinin tədris və təcrübəsində gələcəyə çağırışın əsas istiqamətlərindən biri də 
kitabxana işçilərinin fasiləsiz və davamlı təhsilinin təşkilindən ibarətdir. Bu gün müasir texno-
logiyalardan  baş  çıxaran  səriştəli  kadrların  çatışmazlığı  mövcud  kadr  potensialının  bilik  və 
vərdişlərinin  müasir  dövrün  tələblərinə  uyğunlaşdırılmasına  ciddi  ehtiyac  yaranmışdır.  İri 
kitabxanalarda bu məsələlər Treninq  mərkəzlərinin  təşkili  və  xarici  ölkələrin qabaqcıl təcrü-
bəsinin öyrənilməsi yolları ilə həyata keçirilir. 
Azərbaycan Milli Kitabxanasında yaradılan Tədris Mərkəzi müasir texnologiyaların ki-
tabxana işinə tətbiqi ilə əlaqədar təcrübəli mütəxəssislərin trener qismində cəlb olunmasından 
və eləcə də xarici trenerlərin gücündən istifadə edərək müxtəlif mövzular üzrə treninqlər təş-
kil  edir.  Tədris  Mərkəzində  8  avtomatlaşdırılmış  iş  yerləri  təşkil  olunmuşdur  və  mərkəz  on-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 13 – 
 
layn video konfransların keçirilməsinə imkan verən müasir tipli proyektor aparatı və elektron 
lövhələrlə təchiz olunmuşdur.  
Gələcəyə  çağırışın  əsas  istiqamətlərindən  biri  də  xarici  ölkələrin  milli  kitabxanalarının 
qabaqcıl  təcrübəsinin  öyrənilməsi  və  təcrübədə  tətbiqindən  ibarətdir.  Bu  məqsədlə  Milli  Ki-
tabxana beynəlxalq əlaqələrini ildən-ilə genişlənmişdir. Kitabxanamız artıq dünyanın 34 ölkə-
sinin  milli  kitabxanaları  ilə  qarşılıqlı  əməkdaşlığa  dair  memorandum  imzalamışdır  və  onlar 
müvəffəqiyyətlə icra olunur. Qarşılıqlı beynəlxalq kitab və informasiya mübadiləsi, elektron 
resurslardan ikitərəfli istifadənin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, qarşılıqlı beynəl-
xalq tədbirlərin keçirilməsi, ötən əsrlərdə çap olunmuş ölkələrə dair nəşr materiallarının qarşı-
lıqlı mübadiləsi imzalanan memorandumların əhəmiyyətli nəticələri hesab oluna bilər. Təkcə 
ötən il ərzində beynəlxalq kitab mübadiləsi yolu ilə Milli Kitabxana xarici ölkələrin milli ki-
tabxanalarına, müxtəlif təşkilatlara, beynəlxalq kitab sərgilərinə, Azərbaycanın xarici ölkələr-
dəki səfirliklərinə və b. xarici təşkilatlara 18 036 nüsxə kitab verilmişdir.  
Milli Kitabxananın yerinə yetirdiyi ən vacib missiyalardan biri də Azərbaycan həqiqət-
lərinin  ölkə  xaricində  daha  geniş  təbliğində  fəal  iştirak  etməkdən  ibarətdir.  Milli  Kitabxana 
Mədəniyyət  və  Turizm  Nazirliyi  ilə  birgə  hər  il  10-dan  artıq  beynəlxalq  kitab  sərgisində  - 
Frankfurt, London, Tehran, İstanbul, Turin, Moskva, Praqa, Qahirə, Budapeşt və s. Azərbay-
cana dair zəngin ekspozisiyalarla iştirak etmişdir. Dünyanın 60-dan artıq milli kitabxanasına, 
səfirliklərə,  universitetərə  və  digər  təşkilatlara  7  min  nüsxədən  artıq  Azərbaycanın  tarixinə, 
mədəniyyətinə,  iqtisadiyyatına,  daxili  və  xarici  siyasətinə,  Dağlıq  Qarabağ  məsələsinə  və  s. 
dair müxtəlif kitablar göndərilmişdir. 
Azərbaycan Milli Kitabxanası tərəfindən xarici ölkə milli kitabxanalarında Azərbaycana 
dair guşələrin və bu guşələrdə Milli  Kitabxananın virtual  oxu zallarının yaradılması işlərinə 
artıq başlanılmışdır. Türkiyə, Rusiya, Qazaxıstan və Qırğızıstanın  Milli Kitabxanaları  ilə bu 
barədə  razılıq  əldə  olunmuşdur.  Xarici  milli  kitabxanalarda  Azərbaycan  guşələrinin  yaradıl-
ması  və  virtual  oxu  zallarının  təşkili  işlərinə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 
İlham Əliyevin Azərbaycan həqiqətlərinin, reallıqlarının, uğurli iqtisadi quruculuq işlərimizin 
ölkə  xaricində  daha  geniş  təbliğinin  vacibliyinə  dair  göstərişinə  müvfiq  olaraq  Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin tövsiyyəsi ilə başlanılmış-
dır. Bununla da xarici ölkə vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların informasiya 
resurslarımıza birbaşa girişi təmin olunacaqdır.  
Kitabxanaçılıq və informasiya elmi, tədris və təcrübədə gələcəyə çağırışların əsas məq-
sədi  və  qayəsi  kitabxanaçılıq  elminin,  tədrisinin  və  təcrübəsinin  müasir  dövrün  tələblərinə 
uyğun  yenidən  qurulasına  yönəldilən  birgə  tədbirlərin  həyata  keçirilməsini  tələb  edən  kom-
pleks  proqramların  işlənib  hazırlanmasını  və  icrasını  ön  plana  çıxarır.  Kitabxana  sahəsində 
elmin, tədrisin və təcrübənin sıx əlaqələndirilməsi və bu sahədə uzlaşdırılmış siyasətin həyata 
keçirilməsi bu gün xüsusilə vacibdir. 
 

Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin