AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi


Elektron kataloq sistemi və RFID (radiotezliklə identifikasiya) texnologiyaları



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   2   3   4   5   6   7   8   9   ...   36

Elektron kataloq sistemi və RFID (radiotezliklə identifikasiya) texnologiyaları 
RFID texnologiyası vasitəsilə obyektləri, daha dəqiq desək, transporder və ya RFID ni-
şanlarını  avtomatik  eyniləşdirmək,  onların  yerini  müəyyənləşdirmək,  hərəkətini  izləmək 
mümkündür. Həmin obyektlərdə mühafizə olunan məlumatlar radiosiqnal vasitəsilə oxundu-
ğundan və ya yazıldığından onları, hətta böyük məsafələrdən, pult vasitəsilə də idarə etmək, 
izləmək mümkündür [5, 6].  
[7]-də  rus  ixtiraçısı  Lev  Serqeyeviç  Termenin  (1896-1993)  1945-ci  ildə  ixtira  etdiyi 
audioinformasiyanı təsadüfi radiodalğalara yükləyən qurğu RFID texnologiyasının ilk nümu-
nəsi kimi qələmə verilsə də, Bxuptani və Moradpur kimi tədqiqatçılar bununla razılaşmır və 
texnologiyanın  yaranma  tarixini  bir  qədər  də  əvvəlki  illərdə  axtarırlar  [8].  Müəlliflərə  görə, 
müasir  RFID  texnologiyasının  əsasını  hələ  1937-ci  ildə  ABŞ  Hərbi  Dəniz  Qüvvələrinin 
Tədqiqatlar  laboratoriyasında  hazırlanan  ―özümüzkü-özgə‖  (ingliscə,  FFI-  Identification 
Friend or Foe) prinsipli aşkarlayıcı qurğu təşkil edir. Yeri gəlmişkən, həmin sistem indiyədək 
həm hərbi, həm də mülki aviasiyada (səmadakı təyyarələrin kimə məxsus olduğunu müəyyən 
etmək məqsədilə) istifadə olunur. Bütün bu iddialara baxmayaraq, RFID termini ilə bağlı ilk 
patent 1983-cü ildə ABŞ alimi Çarlz Uoltona təqdim olunub [Bax: ―Google kitablar‖ layihəsi-
Patent üzrə axtarış bölməsi. Sorğu: ABŞ Patenti № 4,384,288] və elmi ictimaiyyət texnologi-
yanın  yaranmasını,  məhz  bu  şəxsin  adı  ilə  bağlayır.  Lakin  yüksək  texnologiyalarla  təchiz 
olunmuş müasir RFID-lərin yaranması bir neçə il bundan öncəyə təsadüf edir. Müasir dövrü-
müzdə bu texnologiyanın ən mükəmməl nümunələri, hətta inkişaf etmiş ölkələrdə belə, məh-
dud şəkildə tətbiq olunur. Azərbaycanda da müasir RFID texnologiyaları hələlik istismar mər-
hələsinə  qədəm  qoymayıb.  Ölkəmizdə  bu  texnologiya  ilk  dəfə  2010-cu  ildə  Bakutel-2010 
İnformasiya Texnologiyaları  sərgisi çərçivəsində Prezident cənab  İlham  Əliyevin  iştirakı  ilə 
―Azercell Telekom‖ Şirkəti tərəfindən nümayiş olunub. Hazırda şirkət RFID texnologiyasının 
tətbiqi istiqamətində işlərini davam etdirir.  
Sənayedə,  nəqliyyatda,  tibbdə,  kənd  təsərrüfatında,  şəxsiyyəti  təsdiq  edən  sənədlərdə, 
ticarətdə  olduğu  kimi  kitabxana  işi  sahəsində  də  RFID  texnologiyalarının  tətbiqi  və  onların 
elektron kataloq sistemi ilə uzlaşdırılması mümkündür və zəruridir. 
Kitabxanada sözügedən sistemdən aşağıdakı kimi istifadə etmək mümkündür: 
-Əvvəlcə kitabxanadakı hər bir sənəd vahidinə (kitab, jurnal, xəritə, not və s.) radiotez-
likləri  qəbul  edən  və  ötürən  xüsusi  RFID  nişanı  yapışdırılır.  Beləliklə,  bütün  nəşr  vahidləri 
unikal  elektron  eyniləşdirmə  nömrəsi  qazanmış  olur.  Xüsusi  cihaz  (oxuyucu)  həmin  nişanı 
kitabın qəbulu, verilişi, çeşidlənməsi, inventarlaşdırılması, yerinin müəyyənləşdirilməsi zama-
nı istifadə edir. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 32 - 
İlk növbədə, bu sistem kitabxanadan kitabın oğurlanmasının, icazəsiz aparılmasının qar-
şısını alır. Belə ki, nişanlanmış istənilən nəşr vahidi, RFID darvazadan keçərək kənara çıxarı-
larkən həyəcan siqnalı eşidilir və icazəsiz daşınma halı aşkarlanır. 
RFID texnologiyasının köməyi ilə kitabxanalarımızda aşağıdakı prosesləri həyata keçir-
mək mümkündür: 
- Kitabxana daxilində kitabın hərəkətini və yolunu izləmək
- Nəşrlərin verilişini və qəbulunu asanlaşdırmaq; 
- İnventarlaşdırma proseslərini sürətləndirmək
- Ədəbiyyatın oğurlanmasının və dəyişdirilməsinin qarşısını almaq; 
- Kitabların çeşidlənməsində, seçimində, axtarışında insan faktorunun rolunu azaltmaq
- Kitab verilişini və qəbulunu kitabxanaçının iştirakı olmadan həyata keçirmək.  
Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki, bütün bunlar hər gün yeni tipli ticarət 
mərkəzlərində rastlaşdığımız texnologiyadır. Məsələn, indi Bakının bir çox ticarət mərkəzlə-
rində müştəri satıcının iştirakı olmadan lazimi malı seçərək kassaya yaxınlaşır, satıcı əlindəki 
xüsusi cihaz vasitəsilə malın üzərində əks olunmuş ştrix-koddan həmin məhsulun adını, qiy-
mətini  ―alaraq‖  kompyüterə  ötürür  və  yekunda,  bizə  alınan  malların  çeşidi  və  qiyməti  qeyd 
olunmuş kassa çeki təqdim olunur. Və yaxud geyim dükanlarında quraşdırılan siqnal aparat-
ları  RFID  darvazalarını  xatırladır  və  oğurluğu  aşkar  edir.  Lakin  bizim  rastlaşdığımız  həmin 
texnologiyalar  Ştrix-kodla  eyniləşdirmə  mexanizmi  (bar-kod  texnologiyası)  olduğundan, 
RFID-dən əvvəlki yenilik hesab olunur. Azərbaycan kitabxanalarından fərqli olaraq dünya ki-
tabxanalarının  əksəriyyəti  ştrix-kodla  eyniləşdirmə,  radiodalğa  vasitəsilə  ştrix-kodu  oxuma 
texnologiyalarından  istifadə  edib  və  ya  istifadə  etməkdədir.  Kitabxanalarımızda  ştrix-kodla 
eyniləşdirmə  texnologiyalarından  istifadənin  zəruriliyi  məsələsini  ilk  dəfə  AMEA  Mərkəzi 
Elmi  Kitabxanasının  direktoru,  filologiya  elmləri  doktoru  A.Əliyeva-Kəngərli  qaldırıb  [9]. 
Əfsuslar olsun ki,  yekunda heç bir kitabxanamız bu  yenilikdən bəhrələnməyib.  Halbuki,  ki-
tabxanalarımızda  istifadə  edilən  AKİS-lər  buna  imkan  verir.  Məsələn,  kitabxanalarımız 
İRBİS-64 AKİS-indən istifadə etməklə elektron kataloq yaradarkən ―Kitabın ştrix kodu‖ böl-
məsini həmişə boş buraxır, əvəzində ―Kitabın inventar nömrəsi‖ni daxil edirlər. Belə ki, birin-
ci  əməliyyatı  yerinə  yetirmək  üçün  fonddakı  bütün  kitablara  xüsusi  ştrix-kod  yapışdırılma-
lıdır. Kitabxanalarımız isə, həmişə vaxt qıtlığını önə çəkib, bunu etməkdən yayınıblar. Nəzərə 
alsaq  ki,  mövcud  texnologiyalara  yiyələnəndən  indiyədək,  kitabxanalarımız  əks  xronologiya 
üzrə əsasən, milli ədəbiyyatın elektron kataloqunu yaradırlar və elektronlaşdırma prosesi əsa-
sən, gündəlik daxilolmaları, çox ləng şəkildə isə retrospektiv milli və xarici ədəbiyyatı əhatə 
edir, deyə bilərik ki, bunlar bəhanədir və kitabxanalarımız heç olmasa yeni daxil olan ədəbiy-
yatı ştrix-kodla təmin edə bilərlər.  
Hazırda kitabxanalarımızda 1 kitabxanaçı gün ərzində ən yaxşı halda 50-70 ədəbiyyatın 
elektron kataloqunu yarada bilir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zaman o, ret-rospektiv 
əməliyyat  aparmadığından,  başqa  sözlə,  kitabın  kartotekadakı  kartoçkasından  istifadə  edib 
elektron təsvir yaratmadığından, elektronlaşdırdığı biblioqrafik yazıları əsasən kitabla bilava-
sitə  təmasdan  alır.  Demək,  haqqında  biblioqrafik  məlumat  toplanılan  və  elektron  kataloqa 
daxil ediləcək nəşr, hardasa fondun bir küncündə, uzaqda deyil, kitabxanaçının bilavasitə əlin-
dədir və belə olan halda kitaba ştrix-kod yapışdırmaq və həmin ştrix-kodun unikal nömrəsini 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 33 – 
 
―İRBİS-64‖  AKİS-in  müvafiq  bölməsinə  yerləşdirmək  olduqca  asandır.  Kitabxanaçılarımız 
isə bunun əvəzinə köhnə qaydalara müvafiq olaraq yenə də kitaba inventar nömrəsi  yazırlar. 
İnventar nömrəsini elektron kataloqa daxil etməkdə məqsəd, sonradan həmin nəşrin, fondun 
hansı  hissəsində,  hansı  şifrə  ilə  yerləşdiyini  aşkar  etməkdir.  Bunun  nəticəsidir  ki,  hazırda 
kitabxanalarımızda  oxucu-fond  münasibətlərində  vəziyyət  dünya  standartları  baxımından 
qənaətbəxş  deyil.  Belə  ki,  oxucu,  əvvəlcə  kitabxanaya  gələrək  oxu  zalındakı  kompyüter  va-
sitəsilə lokal elektron kataloqda və ya ənənəvi kataloqda axtarış aparır, ona lazım olan ədəbiy-
yatın biblioqrafik təsvirini tapır, həmin ədəbiy-yatın fondda saxlanma şifrəsini özü üçün qeyd 
edir (bloknotuna və ya vərəqə) və sonra tələbnaməyə (yenə də kağızda!) eyni şifrəni köçürə-
rək kitabxanaçıya təqdim edir. Kitabxanaçı həmin tələbnaməni fonda ötürür. Fond işçisi kita-
bın inventar nömrəsilə onu axtarmağa başlayır. Hesablamalarımıza görə, müxtəlif kitabxana-
larımızda hər bir oxucunun, lazımi ədəbiyyatın əldə olunmasına sərf etdiyi vaxt, yarım saat-
dan-2  saata  qədər  uzana  bilir.  Əlbəttə,  bəzi  həmkarlarımıza  bu  müddət  bir  qədər  şişirdilmiş 
görünə bilər, lakin nəzərə almaq lazımdır ki, burada söhbət irihəcmli fondlara malik kitabxa-
nalardan gedir.  
Demək, bu vaxta qədər kitabxanalarımızda ştrix-kod texnologiyası tətbiq edilsəydi oxu-
cu sorğularının yerinə yetirilməsi zamanı itirilmiş vaxta qənaət etmək mümkün olardı. İndisə 
kitabxanalarımız  ştrix-kodla  identifikasiya  sistemi  əvəzinə,  yeni  nəsil  texnologiyalarla-RFID 
sistemləri ilə üz-üzədir və bu sistem, ənənəvi, ştrik-kodla nişanvurma texnologiyasını sıradan 
çıxarır. 
RFID  texnologiyasının  ştrix-kodla  nişanvurma  texnologiyasından  üstünlükləri  kifayət 
qədərdir. Belə ki,: 
1.
 
RFID-texnologiyaları, ştrix-kodlu nişanvurma texnologiyasından fərqli olaraq, kitab-
xanada kitab ilə ―oxuyucu cihaz‖ın bilavasitə təmasını tələb etmir. Məlumdur ki, əvvəlki tanı-
ma sistemləri, kitabın üzərindəki ştrix-kodu oxumaq və eyniləşdirmək üçün onunla yaxın tə-
masda  olmalı,  ―oxuyucu  cihaz‖  kitabın  üzərindəki  koda  paralel  şəkildə  yaxınlaşdırılmalı  və 
təsviri, dəqiqliklə, ultrabənövşəyi şüa vasitəsilə yaddaşa ötürməlidir. RFID texnologiyalarında 
isə, ―oxuyucu cihaz‖la çipin, başqa sözlə, axtaran quğru ilə kitabın bir məkanda olması vacib 
deyil. Belə çiplərin 2-növü olur: aktiv və passiv çiplər. Əgər kitaba aktiv çip-nişan yapışdırı-
larsa,  həmin  çip,  10  il  boyunca  lazımi  ―axtarış  enerjisini‖  qoruyub  saxlayacaq.  Çünki,  aktiv 
çiplərin daxili enerji mənbəyi çox güclü olduğundan və özünü lazimi enerji ilə təmin etdiyin-
dən,  belə  çiplərin,  ―oxuyucu  cihaz‖ın  antennasından  əlavə  qidalandırıcı  impulslar  almasına 
ehtiyac yoxdur. Kitablara bu cür çiplərin yerləşdirilməsi əlverişli deyil. Əvvəla, bu tip çiplərin 
əldə olunması olduqca baha başa gəlir və onlar əsasən ekstremal vəziyyətlər üçün (məsələn, 
uzun müddət su altında qalan qurğuların, orbitdə gəzişən peyklərin, bəzən də yırtıcı heyvan-
ların  izlənməsi,  vəziyyətlərinin  öyrənilməsi  üçün)  istifadə  olunur.  İkincisi  isə,  aktiv  çiplərin 
kitabxanada istifadəsi insan orqanizminə mənfi təsir göstərə bilər. Bu səbəbdən, kitabxanada 
passiv biblioçiplərin istifadəsi daha məqsədəuyğundur. Bu cür nişanlar, həm ucuz başa gəlir, 
həm  də azhəcmli  əməliyyatlar üçün nəzərdə  tutulduğundan onlara informasiyanı  ötürmək və 
almaq daha sürətlə həyata keçirilir. 
2.
 
RFID  texnologiyası,  ştrix-kod  sistemindən  fərqli  olaraq  məlumata  çoxistifadəli  ya-
naşmanı təmin edir.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 34 - 
Əvvəlcə, aşağıdakı misalla, Ģtrix-kodlu niĢanvurma ilə elektron kataloq, fond və oxu-
cu arasındakı üçtərəfli münasibətləri nəzərdən keçirək: 
Təsəvvür  edək  ki,  kitabxana  əməkdaşı-kataloqlaşdırıcı,  əvvəlki  texnologiya  (Ştrix-kodlu 
nişanvurma)  ilə,  məsələn,  Prof.  Səlahəddin  Xəlilovun  Mərkəzi  Elmi  Kitabxanaya  yeni  daxil 
olmuş  “Elm  haqqında  elm”  adlı  əsərinin  elektron  kataloqunu  yaradır.  Kitabın  biblioqrafik  
təsvirini  elektronlaşdırarkən  o,  İRBİS  AKİS-in  “Kitabın  ştrix-kodu”(876  Ştrix-kod)  adlı 
bölməsinə,  bir  qədər  əvvəl  həmin  kitaba  yapışdırdığı  ştrix-kodun  unikal  nömrəsini  (məs., 
200055) də daxil edir və kitabı fonda göndərir. Oxucu, kitabxanaya gələrək elektron kataloq 
vasitəsilə həmin kitaba müraciət etdikdə, kitabxanaçı, bu sorğunu yerinə yetirmək üçün fonda 
müraciət  edərək,  kitabı  məhz  ştrix-kod  vasitəsilə  axtarır  və  tapır.  Daha  sonra,  kitabı  ştrix-
kodu  oxuyan  xüsusi  cihaza  yaxınlaşdırmaqla,  kitab  haqqında  məlumatı,  oxucu  biletinə 
köçürür və kitabı oxucuya verir. Bir qədər sonra, kitaba başqa oxucu da müraciət edirsə, bu 
dəfə  kitabxanaçı,  sistemdə  qeyd  olunmuş  ştrix-kod  vasitəsilə,  kitabın  əldə  olduğunu  (yəni 
başqa oxucuda) görür. 
Beləliklə,  elektron  kataloqu  ştrix-kod  texnologiyası  ilə  uzlaşdıran  kitabxanaçı,  kitabın 
əldə  olub-olmamasını,  hansı  oxucuda  olmasını,  həmin  kitaba  müraciətlərin  statistikasını, 
kitab haqqında müfəssəl məlumatı tez bir zamanda, avtomatik olaraq (kitabla, xüsusi cihazın 
yaxından təması vasitəsilə) əldə edir.  
Bu,  ştrix-kodla  nişanvurma  texnologiyasının  kitabxanalara  verdiyi  əsas  üstünlüklərin 
məcmusudur və bundan artığına nail olmaq mümkün deyil.  
İndi isə eyni vəziyyəti RFID texnologiyasının tətbiqi fonunda nəzərdən keçirək: 
Kataloqlaşdırıcı, eyniadlı əsərin elektron kataloqunu yaradarkən “Kitabın RFID kodu” 
adlı bölməyə (biz, ümid edirik ki, kitabxanalarımızın istifadə etdikləri sistemlər, tezliklə belə 
bir  modulla  təmin  olunacaqlar)  bir  qədər  əvvəl  kitaba  yapışdırdığı  RFID  nişanının-çipin 
unikal nömrəsini (məs., 200055) də daxil edir və kitabı fonda göndərir. Oxucu müraciəti za-
manı kitabxanaçı, sorğunu təmin etmək üçün bu dəfə də fonda müraciət edir. Lakin, indi o, 
vizual axtarış aparmadan, yəni, kitabın fiziki axtarışını həyata keçirmədən, “oxuyucu cihaz” 
vasitəsilə,  uzaq  məsafədən  kitabın  yerini  müəyyən  edir  və  vaxt  itkisinin  qarşısını  alır. 
Kitabxanaçı  bu  yolla  oxucuya  lazım  olan  başqa  əsərləri  də  eyni  vaxtda  tapa  bilir.  Ştrix-
koddan fərqli olaraq, RFID nişanı-çip sərbəst şəkildə informasiya daşıya bilir. Yəni, oxucuda 
və  ya  rəfdə  olmasından  asılı  olmayaraq  kitabxanaçı,  istənilən  məsafədən  kitabın  cipinə 
məlumat  daxil  edə  və  ya  məlumatı  redaktə  edə  bilər.  Təsəvvür  edək  ki,  RFID  nişanlı  kitab 
əldədir və kitabxanaçı həmin kitabın elektron kataloquna yeni məlumat daxil edir  (məsələn, 
professorun əsəri hər hansı bir mükafata layiq görülüb və  ya  əsərin ikinci cildi kitabxanaya 
daxil olub və s.). Bu zaman kitabxanaçı, kitab haqqında elektron kataloqa və müəllifin nüfuz 
faylına  həmin  yenilikləri  daxil  edərkən,  avtomatik  olaraq  məlumatları  kitabın  nişanına  da 
yükləyə  bilir.  Başqa  sözlə,  ştrix-kod  texnologiyasından  fərqli  olaraq,  RFID  nişanlı  kitabı 
məsafədən “idarə etmək” mümkünləşir. Beləliklə, RFID nişanlı kitab sərbəst şəkildə həm də 
elektron  kataloqa  çevrilir.  Bu  isə  o  deməkdir  ki,  kitab  haqqında  informasiyanı,  o  cümlədən 
kitabın  yerini,  oxunma  tarixçəsini,  xüsusiyyətlərini  kitabxanada  bütün  avtomatlaşdırılmış 
sistemin fəaliyyəti dayansa belə; elektron kataloq sistemində problem yaransa belə; kitabxa-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 35 – 
 
nada elektrik enerjisi olmasa belə; kitab, uzaq məsafədə olsa belə, “oxuyucu cihaz” vasitəsilə 
müəyyən etmək mümkündür. 
Misallardan  aydın  görünür  ki,  müasir  kitabxanaların  RFID  texnologiyaları  əsasında 
işləməsi, elektron kataloqla bu sistemin uzlaşdırılması daha məqsədəuyğundur və kitabxana-
larımızda bu texnologiyaların tətbiqi ümumi işin xeyrinə olar. 
Veb kataloq sisteminin elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edil-
məsi məsələsi 
Bu məsələ, ilk növbədə kitabxananın bilavasitə öz oxucu kontingentinə xidmət işini tək-
milləşdirmək məqsədi daşısa da, toplu elektron kataloqdan istifadə edəcək bütün oxucu qrup-
larına  (hansı  kitabxananın  üzvü  olmasından  asılı  olmayaraq)  da  şamil  edilməlidir.  Ümumiy-
yətlə,  elektron  sənəd  (informasiya  sistemində  istifadə  üçün  elektron  formada  təqdim  edilən 
sənəd)  təqdimat  formasına  görə  2  formaya-daxili  və  xarici  təqdimat  formalarına  bölünür. 
Elektron  sənədin  informasiya  daşıyıcısında  (CD,  Fleş  yaddaş  qurğusu  və  s.)  yazılmış  şəkli, 
onun  daxili  təqdimat  formasıdır.  Elektron  sənədin  informasiya  daşıyıcısından  fərqli  digər 
maddi  obyektdə  (displeydə,  kağızda  və  s.),  əyani  qavranılan  (vizual)  şəkildə  əks  etdirilməsi 
isə  onun  xarici  təqdimat  formasıdır.  Əlbəttə,  hələ  ki  elektron  sənədlərin  daxili  təqdimat  for-
ması kitabxana işi sahəsində öz aktuallığını tam itirməyib. Lakin informasiya cəmiyyətinin tə-
ləbləri oxucu ilə kitabxana arasındakı fiziki əlaqələri minimuma endirməyi şərtləndirdiyindən, 
bu növ təqdimatdan çox nadir hallarda istifadə olunur. Məsələn, oxucu kitabxanaya gəlir və 
onu  maraqlandıran  ədəbiyyatın  elektron  variantını  fleş  yaddaş  qurğusuna  köçürərək  tələbini 
ödəyir.  Bu,  qabaqcıl  təcrübədə  çox  az  istifadə  olunan  metoddur.  Elektron  sənədin  xarici 
təqdimat  forması  isə,  müasir  kitabxana  işinin  tələblərinə  tam  cavab  verir.  Tutaq  ki,  AMEA 
MEK-nın  Naxçıvan  Dövlət  Universitetində  müəllim  kimi  çalışan  bir  oxucusu,  kitabxanada 
fəaliyyət göstərən ―Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nın fondu ilə tanış 
olmaq istəyir və: 
1.
 
Ənənəvi  formada-  (Bakıya)  kitabxanaya  gələrək  fondda  axtarış  aparır.  Ona  lazım 
olan ədəbiyyatı əldə edib-etməməsindən asılı olmayaraq vaxt və maliyyə vəsaiti itirir.  
2.
 
Müasir  formada-İnternet  vasitəsilə  kitabxananın  elektron  kataloquna  daxil  olub, 
lazımi ədəbiyyatın fondda olub-olmadığını yoxladıqdan sonra, (Bakıya) kitabxanaya gələrək 
ədəbiyyatı  əldə  edir.  Birinci  variantdan  fərqli  olaraq,  tələbini  ödəyəcəyinə  əmin  olduqdan 
sonra da vaxt və maliyyə vəsaiti itirir. 
3.
 
Ən müasir formada- İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub, 
lazımi ədəbiyyatı tapdıqdan sonra onun elektron variantını elektron poçt və ya xüsusi hiper-
keçid vasitəsilə əldə edir (Bakıya gəlmədən). Əvvəlki variantlardan fərqli olaraq, o, nə vaxt, 
nə maliyyə itkisi ilə üzləşir. Lakin, bu məqamda başqa bir sual ortaya çıxır: bəs ―Azərbaycan 
dövlətçiliyi və Heydər Əliyev kitabxanası‖nda oxucuya lazım olan ədəbiyyat yoxdursa, onda 
nə  etməli?  Bu  halda,  yenidən,  ədəbiyyatın  axtarışını  ənənəvi  üsulla,  bu  dəfə  daha  çox  vaxt 
itkisi  ilə,  ayrı-ayrı  kitabxanaların  fondlarına  müraciət  etməklə  axtarıb  əldə  etmək  lazım 
gələcək. Demək, oxucuya ən təkmil xidmət növü, 3-cü formada da həyata keçirilə bilməz.  
4.
 
Təklif  etdiyimiz  formada  isə  respublika  kitab  fondlarını  özündə  cəmləyən  Milli 
Elektron  Kitabxana  yaradılır  və  ölkə  üzrə  vahid,  milli  toplu  elektron  kataloq,  məhz  həmin 
kitabxananın biblioqrafik təsvirini əks etdirir. Eyni zamanda, xarici elektron toplu kataloqlar 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 36 - 
(məsələn,  OCLC  kimi)  milli  toplu  kataloqumuza  inteqrasiya  olunur  (və  əksinə).  Belə  olan 
təqdirdə, oxucu, vaxt itirmədən, zamanından və məkanından asılı olmayaraq, mənbənin hansı 
şəhərdə, hansı kitabxanada yerləşməsini problemə çevirmədən ona lazım olan ədəbiyyatı əldə 
edə bilər.  
Elektron  kataloqa  əlyetərliyin  səviyyəsini  yüksəltmək  üçün  4G  və  Web  3.0  texno-
logiyaları 
Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə, elektron katalo-
qa əlyetərliyin artırılması üçün ən son texnologiyalardan istifadə etmək zəruridir. Fikrimizcə, 
bu  gün  mobil  rabitədə  istifadə  olunan  müasir  4G  texnologiyası,  elektron  kataloqa  əlyetərlik 
vasitələrindən biri kimi nəzərdən keçirilə bilər. Üçüncü nəsil mobil kommunikasiya texnolo-
giyası  4G  (ingiliscə  ―Third  Generation‖),  yüksəksürətli  İnternet  və  məlumatın  ötürülməsi 
üçün  kanal  rolunu  oynayan  radiorabitə  texnologiyalarının  məcmusundan  ibarət  bir  xidmət 
növüdür. Üçüncü nəsil mobil rabitə, paket məlumatlarının (data) ötürülməsi üzərində qurulub. 
Bu tip şəbəkələr, desimetrlik tezlik (adətən 2Ghz ətrafında) diapazonunda işləyir. 4G şəbəkə-
si, mobil telefonda video konfrans yaratmaq, kino və TV verilişləri izləmək və s. kimi imkan-
ları yaratdığı kimi, ümumiyyətlə, mobil rabitədə yüksək səviyyəli interaktivliyi də təmin edir. 
Belə bir texnologiyanı kitabxana işində, xüsusən də veb kataloqa giriş, ondan istifadə prose-
sində tətbiq etmək, kitabxananın istifadəçiləri üçün çox geniş imkanlar açar. Hələlik dünyanın 
heç bir kitabxanasında bu mövzu aktual olmasa da, bu barədə danışılmasa da, düşünürük ki, 
kitabxanalar,  başqa  sözlə  iri  informasiya  massivlərini  mühafizə  edən,  istifadəçiyə  çatdıran 
mərkəzlər,  ən  yaxın  gələcəkdə,  bu  yüksək  texnologiyanın  üstünlüklərindən  yararlanacaqlar. 
Məsələn, təsəvvür edək ki, nəqliyyatda hərəkət edən və ya portativ kompyüteri yanında olma-
yan istifadəçi öz mobil telefonu vasitəsilə, hər hansı bir kitabxanada ona lazım olan informa-
siyanın olub-olmamasını təftiş etmək istəyir. Şərti olaraq, istifadəçinin müraciət etdiyi infor-
masiya mərkəzi kimi - Bakı Müsiqi Akademiyasının kitabxanasını, daha dəqiq, kitabxanın fo-
noteka  bölməsini  götürək  və  bu  zaman  meydana  gələn  tələb-təklifin  mümkün  ardıcıllığına 
baxaq: 
-
 
İstifadəçi,  4G  texnologiyasını  dəstəkləyən  mobil  telefonundan  (İnternet  vasitəsilə) 
Bakı  Müsiqi  Akademiyasının  kitabxanasının  veb  kataloquna  daxil  olur  və  məsələn,  1965-ci 
ildə  Moskvada  nəşr  olunmuş  "Песня  и  музыка  Азербайджана»  (Azərbaycan  mahnısı  və 
musiqisi)  adlı  kitabı  axtarır.  Kitabın,  kitabxanada  olduğunu  təyin  edən  istifadəçiyə  məlum 
olur  ki,  nəşrin  elektron  biblioqrafik  təsvirindəki  açar  sözlərdən  biri  də  ―Cabbar  Qaryağ-
dıoğlu‖dur.  Bu  isə  o  deməkdir  ki,  istifadəçi,  görkəmli  Azərbaycan  bəstəkarı,  xanəndəsi, 
musiqi xadimi Cabbar Qaryağdıoğlu haqqında əlavə məlumat əldə edə biləcək. Beləliklə, isti-
fadəçi 4G texnologiyasının köməyilə (yüksək sürətli İnternet vasitəsilə) ona lazım olan kitabı 
mobil  telefonunun  yaddaşına  köçürmək  və  üstəlik,  xarici  keçid  vasitəsilə  Cabbar  Qaryağ-
dıoğlunın nüfuz faylına daxil olmaq imkanı əldə edir. Həmin kitabda qeyd olunub ki, Azər-
baycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlu, 
hələ 1906-cı ildə Varşavada konsert verib. (Təqdirəlayiqdir ki, xanəndə bu konsertdən topla-
dığı pul vəsaitini Zaqafqaziyanın müsəlman tələbələrinə paylayıb-C.C). Ən maraqlısı və bəlkə 
də ən əsası budur ki, mobil telefonu vasitəsilə kitabxananın elektron kataloquna daxil olan is-
tifadəçi,  lazımi  ədəbiyyatı  kitabxanaya  getmədən  əldə  etməklə  bərabər,  eyni  zamanda,  Var-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 37 – 
 
şava  konsertinin  Bakı  Müsiqi  Akademiyasının  fonotekasında  mühafizə  edilən  lent  yazısını 
dinləmək, videogörüntüsünü izləmək imkanı qazanır.  
Göstərdiyimiz misaldan aydın görünür ki, 4G texnologiyasından elektron kataloqa əlye-
tərlik vasitəsi kimi istifadə olunmasının üstünlükləri, kifayət qədərdir. 2012-ci ildən etibarən 
Azərbaycanın  mobil  rabitə  seqmentində  4G  texnologiyasından  istifadə  olunmağa  başlanıldı-
ğından, artıq bu tip texnologiyaların istismarı deyil, məhz kitabxana işi sahəsində tətbiqi yeni-
liyin əsas məzmununu təşkil edir. Başqa sözlə, milli İnternet seqmenti və rabitə sektoru texno-
loji baxımdan təklif etdiyimiz xidmət növünün göstərilməsinə tam hazırdır. Qarşı tərəfin, yəni 
kitabxanaların, öz oxucularına 4G texnologiyaları vasitəsilə xidmət göstərə bilməsi üçün, bir 
çox texniki məsələlərin həll olunması gərəkdir.  
Oxucuların elektron kataloqla işini rahatlaşdırmaq və eyni zamanda elektron kataloqun 
keyfiyyət göstəricilərini yaxşılaşdırmaq baxımından vacib olan texnologiyalardan biri də Web 
3.0 platformasıdır. İndiki şəraitdə, müasir Azərbaycan kitabxanaları üçün Web 1.0 texnologi-
yası tanış olsa da, sonrakı nəsil şəbəkə platformaları, istifadə etmədiyimiz yeniliklərdir. İnter-
net  saytı  olan  və  həmin  sayt  vasitəsilə  Veb  kataloqunu  oxucularının  ixtiyarına  verən  hər  bir 
kitabxanamız, demək olar ki,  Web 1.0 texnologiyasının bütün  üstünlüklərindən istifadə  edir. 
Web  1.0  texnologiyasının  şərtlərinə  uyğun  olaraq,  kontenti  (informasiyanı,  mətni  və  s)  onu 
hazırlayan tərəf təqdim edir. Yəni, kitabxana elektron kataloqunu hazırlayıb, oxucusunun ixti-
yarına  verir.  Bu  prosesi  şərh  etməyə,  ehtiyac  görmürük.  Daha  sonrakı  texnologiya  sayılan 
Web  2.0  vasitəsilə  isə,  oxucular  da  informasiya  təklif  edən  tərəfə  çevrilə  bilirlər.  Lakin  bu 
zaman, məlumatların idarə olunmasına nəzarəti, yenə də kitabxanalar həyata keçirir. Belədə, 
oxucu kitabxananın Veb kataloqunda hər hansı bir yanlışlığa rast gələrsə, onu düzəltmək im-
kanına  malik  olur.  Həmin  düzəliş  kitabxanaçı  tərəfindən  qəbul  və  təsdiq  olunandan  sonra, 
Veb  kataloqda  öz  əksini  tapır.  Web  3.0  texnologiyası  isə,  kitabxanaçının  elektronlaşdırma 
prosesinə müdaxiləsini tələb etmir və oxuculara tam səlahiyyət verir. Bu səlahiyyətdən istifa-
də edən hər hansı bir oxucu-müəllif, müstəqil şəkildə, məsələn, öz kitabını kitabxananın elek-
tron bazasına yerləşdirə və onun elektron kataloqunu yarada bilər (əvvəlcədən müəyyən edil-
miş  parametrlər  üzrə).  Bu  isə  kitabxananın  işinin  asanlaşmasına,  elektronlaşdırma  prosesini 
sürətlənməsinə, maliyyə vəsaitinə qənaət olunmasına şərait yaradar. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin