Qar dənəcəkləri (bir DƏLİnin gundəLİYİ Seriyasindan)



Yüklə 0.92 Mb.
Pdf просмотр
səhifə1/3
tarix23.12.2016
ölçüsü0.92 Mb.
  1   2   3

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

Ramiz Atabəy 

 

Qırmızı

 

qar dənəcəkləri 

(bir DƏLİnin GUNDƏLİYİ - Seriyasindan) 

 

 


Qirmizi qar d

ənəcikləri 

Ramiz Atab

əy 

 

 

 

 

 

 

                                                     REDAKTORLAR:    QOŞQAR  SADAYZADƏ 

                                                                                      NƏRMİN ABDULLAYEVA 

                                                 QRAFİK DİZAYN:     NURLAN BAYRAMOV 

                     ÜZ QABİĞININ HAZIRLANMASI:     NURLAN BAYRAMOV 

                                                      MƏSLƏHƏTÇİ:     RAMİN MAHMUDOV 

 

 

bu loqonun mənası Ramiz Atabəy-in imzası 



Copyright MyCorp © 2012

 

 



 

 


 

Qırmızı qar dənəcikləri 

  

    Boş  vərəqlərlə  üzbəüz  dayandığında  sən,  sanki,  kimliyindən  çıxırsan...    Əlin  qələmə  sarılır  və  yazmağa 



başlayırsan...  Düşünmürsən,  bunu  oxuyan  nə  düşünəcək,  sadəcə  yazırsan...  Amma  nə  yazdığını  da  bilmirsən, 

elə hey yazırsan... Sanki,  lalsan... Bu yazdıqlarını  deyə də bilərsən... Amma yazmağı daha ideal sayıb, hərflərə 

sığınırsan...  Hər  cümlədən  sonra  qoyduğun  üç  nöqtə  fikrini  uzaqlara  aparır,  amma  yeni  sitat,  yeni  başlanğıc 

səni  uzaqlardan  çəkib  çıxarır...  Düşüncələrarası  labirint...  Cümləni  bitirib  sonluğa  doğru  qaçmağa  çalışırsan, 

amma səni sıxan kölgən, səninçün döyünən ürək və kirpiklərinin etdiyi sinxronik hərəkət səni yazmağa vadar 

edir... Nöqtəni qoymağa tələsmirəm mən. Hər nöqtə məni neçə hərfdən ayırır. Bu balaca zərrəcik bitmiş fikir 

adlandırdığımız cümləni necə sona çatdıra bilər, axı? Cümlə heç də cılız məna kəsb etmir. Sanki, hər şey kimi 

içimiz də qloballaşıb. Artıq yazmağa başladığımda iki şeyi düşünürəm: bir – bitməyən gecəni, iki – bitəcək və 

qabda yoldaşlarının yanına yan alacaq olan siqaret dənələrini... Yazılarımın bir fəlsəfi önəmi var: hərflər boş - 

boşuna yan – yana durmayıb. Sadəcə göz nəzəri ilə baxma yazılara, həyat həvəsi ilə bax. Gündəlik tələbata görə 

yox,  ömürlük  mənəviyyata  görə  bax  yazılara...  Bu  yazdığım  vərəqdəki  qaraltı  deyil.  Bu,  fikir  altına  alınacaq, 

düşünüləcək və əməl olunacaq bir yazı nümunəsidir... Bəs, gözlər. Onlar sadəcə görmək üçün yaradılıb, məgər? 

Neçə  rəngdə,  neçə  formada  yaradıb  Yaradan...  Biz  insanlar  yalnız  görmək  istədiyimizi  görür,  baxmaq 

istədiyimizə baxırıq. Amma bu heç də düz baxış deyil, mənə görə. Bəs görmədiklərimiz? Onlar nə olacaq? O da 

görülmək  üçün yaradılıb.  Görülüb  hiss  edilmək  üçün  mövcuddur.  Amma  biz...  Biz,  mən  və  sən  kimilər...  Bizə 

maraqlı  gəlmir.Ya  biz  maraqlı  deyilik,  ya  da  görmək  istəmədiklərimiz...  İdeya  boşluğu  içində  olan  bir 

cəmiyyətdə  yer  alırıq...  “Həyat  bizim,  biz  həyatın”  prinsipi  ilə  yaşayırıq...  Əsil  üzlərdən  qaçır,  qaranlıqlarda 

sığınırıq...  Artıq  çoxları  mərkəzlərdən qaçır.  Arxalarda  yer  almağı,  gülməyi  və  “Redbull”  içərək qanadlanmağı 

sevən  ictimaiyyət  formalaşır.  Pul  əsas  rol,  hisslərsə  tapdaqaltı  olub...  Mənim  pulum  var  və  məndən  yoxdu!... 

Biznesim var olsun!... Qadınlarım çox olsun!... Luks bir maşınım, qədəhimdə viskim olsun... Sabir demişkən:” 

Kimə nə olur, olsun. Yalnız mən olum” prinsipi...  

    Sizə  nədən  danışım?  İtirib  sahib  ola  bilmədiklərimizdən,  yoxsa  əllərimizin  gah  dolub,  gah    da 

boşalmasından?  Biz  adlandırdıqlarımızın  bizə  “siz”  deməsi  içimizdə  sadəcə  bir  qığılcım  yaradır.  Əslindəsə  bu 

faciədir.  Elə  bir  dövrdə  yaşayırıq  ki,  nə  olduğumuz  yer,  nə  olduğumuz  məkan,  nə  də  yaşadığımızdan  fərqli 

olmayaraq  biz  bir  quluq.  Demək  istədiklərimizi  ya  divarlara,  ya  partalara,  ya  da  oturduğumuz  oturacaqlara 

yazırıq. Görmədiklərimizi görmək arzusuyla çırpınıb gördüklərimizi də itiririk. Boş tarixi faktlara sığınır, ya da 

“Gey”ləşən   cəmiyyətə  üz  tuturuq.  Bəs,  qadınlar?  Onlar  tarixin  sınma  nöqtəsi,  bir  başlanğıcdır.  Qadınların  nə 

istədiklərini bilmək heç asan deyil. Onlar azadlıq ruhunda yaşamağı çox sevir. Kimi əyləncəli, kimisi isə bədbin 

olur.  Amma  onlar  çox  kövrəkdilər.  Biz  isə  bir  qadını  bir  zirvə  adlandırmalıyıq...  Adəm  və  Həvva  eşqi  hamıya 

məlumdur. Bəzən cəmiyyətdə təklənən və xəyanətlərə düçar olan da qadınlardır. Kimi hicaba sığınır, kimi dar 

ətəyə... Bəzi qadınlarsa kişi sevgisini təpikləyər, qadın qollarında həzzini tapar... Həyat adlandırdığımız bu fəza 

neçə  koordinat  nöqtəsi  ilə  özünü  göstərsə  də,  bu  nöqtələrə  paralel  olan  xətlərdə  ömrümüzü  başa  vururuq. 



Müsbət və mənfilərlə özümüzə çıxarışlar edir, gecəni sadəcə yatmaqla, gündüzləri isə iş kariyerasına və ya ailə 

öhdəliklərinə  qurban  veririk.  Kimi  gündüzlərdən  çox  gecəni  sevər,  günəş  qədər  işıq  saçmayan  ayın  o  ağ 

simasına  aşiq  olar,  gecəni  onunla  keçirər.  Kimi  özünə  şərabı  dost  seçər,  onunla  qalxar,  onunla  yatar,  dərdini 

danışar,  süzülən  qədəhlərdə  təskinlik  tapar.  Kimi  “seks”  adlandırılan  məhfuma  pərəştiş  edər.  Qarşındakı  

insanı, sadəcə, həzz adlandırar... Və beləcə neçə növ kimsələr var...  

    Yaşadığımız  bir  ildə  neçə  əlamətdar  gün  keçiririk.  Soyuqqanlı  şəkildə  “ad  günü“  adlandırdığımız  günü  yola 

verir,  soyuq  təbriklər  və  ya  isti  öpüşlərlə  günü  keçiririk...  14  fevral...  Bir  rahibə  həsr  olunmuş  gün  “sevgililər 

günü” adlanır... Həmin gün bəzi telefonlar susmur, bəzi oturacaqlarsa heç boşalmır. Neçə sevgili ya əl - ələ, ya 

yan  -  yana,  ya  da  sevişərək  keçirirlər  bu  günü...  “8  mart”  da  belə  günlərdən  biridir...  “Azad  qadınlar”  günü... 

İslama zidd bayramı hər kəs keçirir. 

        Indi isə  bu sadaladığım günlərdən hansı sizə daha yaxındır ondan danışım. Daha könlünüzcədir... Biz insanlar 

kütlə  arxasıyca  qaçır,  bizim  olmayanları  sevirik.  Uşaq  vaxtı  gələn  bayram  günlərini  elə  şən  qarşılayardıq  ki, 

sanki,  o  bayram  bizə  stimul  verir,  yeni,  daha  da  artan  uğurlarımıza  səbəb  olur.  Indi  isə  gələn  hər  bir  bayram 

sadəcə  ötəri  bir  gündür.  Boş  gülüşlü  simalarla  dolu  bir  gün...  Əlbəttə  ki,  bu  hamı  üçün  bir  deyil  və  bunu  da 

bilirik ki, “Jeep”in şüşəsindən çöl və ətraf tamam başqa cür görünür... 

    Bəzən  ayaqlarımız  çox  yorulur,  çiyinlərimiz  kimi...  Ayaqlar  bizi,  çiyinlərsə  əməllərimizi  daşıyır.  Bir  mənzil 

başımız var... Çoxları “Əraf”a  istiqamət alıb... Nə ondan deyil, nə də bundan... Amma biz şüurumuz və əqlimiz 

varsa, cənnət və cəhənnə arasında seçim etməliyik... Hədəf və məqsədə doğru qaçmaq hissi çox ideal, “nə olar 

olar” düşüncəsi isə çox sadədir...  

          Dəyişkən  hisslər...  Hələ  də  anlamadığımız  müqəddəs  varlıq...  Bu  danışdığım  sevgidir.  Biz  sevgi  nədir 

bilirikmi? Qadın kişi münasibətinin tək ortaq məxrəcini sevgidə birləşdirmək çox yanlış bir fikirdi. Dostluq və 

yaxın münasibət düşüncəsi çox azlıq təşkil edir beynimizdə...  

    Sevgi  nədir?!  Sadəcə  ülvi  və  müqəddəs  hiss...  Yaranış  və  məqsəd  səbəbi  bizi  Yaradanı  sevməkdir...  Heç  də 

çirkin əməl deyildir. Sevgi ürəklərə hüzur və şəfayət gətirər... Gözləri açar və dilləri danışdırar... Amma biz ??? 

Yenə  “biz”ə  gəldik...  Biz  sevgini  başqa  bədənlərdə,  başqa  əllərdə  və  başqa  məkanlarda  axtarırıq...  Əslində  isə 

ürəyimizə  baxmaq  bunun  sadə  həlli  və  yeganə  yoludur...  “İNDİKİ  SEVGİLƏR  BOŞDUR  ,  İNDİKİ  GƏNCLƏR 

SƏFEHDİR  ”  deyə  bilmərik...  Sadəcə  məqsəd  və  niyyətlər  yanlışdır.  Kimi  sevgini  yataqda  bitdiyini  ,kimi 

sevginin öpüşdən başladığını zənn edir. Əslindəysə sevgi hardan başlayır heç bilirsiz ???  

  Sevgi  həyatımıza  ilk    qədəmini  dünyaya  gəldiyimiz  saniyədə  içimizdə  qoyur...  Ana  və  övlad  sevgisi...  Yanlış 

düşüncə  deyil  bu  ,sadəcə  mürəkkəb  düşüncədir...Əllərimiz  böyüdükcə  ürəyimiz  də  böyüyür...  Biz  genişlənən 

ətrafımızda yeni sevgilər tapırıq...Özümüzü kəşf etdiyimiz saniyədə qadına aşiq oluruq... Biz aşiq olmanı nədə 

görürük?...  Beləcə  içimizdə  hər  şeyi  dəyişir,  sevgini  qəbul  edir  və  sevirik.  Əllərimiz  başqa  istəklərlə  qarşılaşır, 

başqa əllərin istisini dərk edir və tutuluruq... 

     “Kaş bir şam olsaydım” - deyirəm... Bilirəm boş və mənasız gəlir bu sözüm, amma mənə həyatda mənalı bir şey 

göstərin ki, qaranlıqda mənə ay tək sadiq qalsın.  “Kaş ki bir şam dənəsi olsam”-deyirəm. Və düz düşünürsüz. 


Mən  bildiyimiz  qaranlıqda  və  ya  xristianların  kilsədə  yandırdıqları  şam  dənəsindən  danışaram...  Diqqətlə 

düşünün, sanki, bir şamsınız. Qutudan çıxardıldığınızda başqa əllərdən keçib bir şamdana qoyarlar sizi və sakit 

nə vaxt yandıracaqları anı gözləyirsiniz. Fitili bükülmüş və sadəcə donaraq dayanmış bir şam dənəsi. Çaxmaq 

yandırılaraq  sənə  doğru  gəlir.  Içindəki  qorxu  onun  isti  olması  deyil,  içindəki  qorxu  sənin  yanaraq  damla  – 

damla  bitməndir...  Yandıqca  yanından  keçənlər  süni  bir  külək  yaradar.  Və  sən  sönəcəyindən  qorxub  əsərsən. 

Əsdikcə  içini  qorxu  bürüyər,  ölümlə  salamlaşar,  işıq  saçan  həyata  vida  edər  kimi  olarsan.  Əllərin  olmasa  da 

ayaqların üstə durarsan və beləcə yandığın hər anın qarşısında sən ətrafa işıq saçar, ətraf isə sənə verdiyi qəpik 

–  quruşa  görə    başqsının  ətini  çeynər.  Heç  bir  adiyyatı  yoxdur  ki,  səni  harda  yandırırlar:  məzar  üstündə,  xaç 

önündə  ya  səməni  ətrafında  və  ya  romantik  adlanan  yemək  zamanı...  Onlar  üçün  əsas  odur  ki  ,səni 

yandırırlar...Və  sən  yanıb  bitdiyində  tərəddüd  içində  qalmayaraq  yeni  bir  şam  yandıracaqlar...  Bax,  insanlar 

belədir...Daha doğrusu, BİZ beləyik... 

 

   Qaraltdığım  bu  sətirlərə  dönsək,  qara  və  gözlə  görünən  cızmaya  rastlayarıq.  Hər  cümlənin    üç  nöqtə  ilə 



bitməsi,  əslində  bitmədən  üç  nöqtə  ilə  davam  etməsi    hər  şeydə  bir  səhv  axtaran  varlıqlara  inad  demək 

istədiyimdir.  Bu  bizim  şam  əslində  bir  az  gizli  və  gizli  olduğu  qədər  də  önəmli  bir  fikiraltı  məna  idi... 

Düşünmədən qazılan torpaq məzar da ola bilər, su quyusu da. Məzar həyat sonu, su isə həyat cövhəridir... Hər 

şey  sudan  başlar.  “Dama  –  dama  göl  olar”  misalı  yox,  damladan  yaradılan  başlanğıcdır  mənim  demək 

istədiyim...  

         Bəzən  yağış  yağar...  Fərqi  yoxdur  necə  yağar.  Əsas  odur  ki,  sən  yağan  yağışın  sənə  doğru  pıçıltı  ilə  səslənən 

sözlərini  duya  biləsən.  Bunu  bilmək  şərtdir.  Necə  ki,  səhərlər  insanlara  “sabahın  xeyir”  kəlməsini  deməyə 

borclusan.  Onda  bunu  da  bilməyin  borcdur.  Bu  həyatda  heç  nə,  yəni  hər  bir  şey  boş  deyildir.  Göylərə  ucalan 

tüstüdən  yerə  damlayan  göz  yaşlarınadək  hər  şeyin  mənası  var...  Bizdən  tələb  olunan  daşın  yaşını  və  ya 

pəhrizin  düzgün  bilinib  əməl  olunması  deyil.  Bizdən  tələb  olunan  tələbkarın  sevgisinə  qarşılıq  verib  tələb 

olunan hər zərrəciyə görə ömrünü fəda etməkdir. Bir şam dənəsi kimi səni qabdan çıxarıb şamdana taxarlar. Bu 

şamdan  dünyaya  doğulmuş  körpənin  bələyə  sarılmasına  bənzər...  Və  sakit  səni  nə  vaxt  yandıracaqlarını 

gözləyərsən.  Bu  gözləmə  mərasimi  isə  bizim  böyümə  mərhələmizdir...  Acı  günlərə,  soyuq  illərə  və  süni 

gülüşlərə doğru atdığımız addımların nəhayətində səni yandırırlar. Və sən əriyərək yerə yapışırsan. Axan damla 

qanından, keçən dəqiqə isə canından gedər və sən məhv olarsan. Səndən üç şey qalacaq: adın daşa yazılacaq, 

rəsmin divardan asılacaq və əgər arxanca ağlayan olarsa, bir damla yaş axacaq... 

         Heç  əllərinizə  diqqətlə  baxmısınız???  Fərqi  yoxdur  kişi,  ya  qadın  əli...  Əsas  odur  ki,  içində  niyəsini 

bilmədiyimiz xətlər olan, cəld hərəkət edən, bükülüb açılan varlıqdır onlar... Ayaqlarımız bizi yerdə saxlayırsa, 

əllərimiz həyatda saxlayır... İçində, sanki, əyri – üyrü xətlərdə bir gizli mesaj var! Düşünək. Belə yazılıb o ülvi 

mesajda:  “Heç  nəyə  toxunma,  yanarsan”.  Qorxulu  gələ  bilər,  amma  biz  gözlə  görmədiyimizdən  çox  da 

qorxmarıq. 

         Boş  bir  otağın    bir  divarı...  Ora  bir  mismar  vurmaqla  hər  hansı  bir  asqı  asaraq  bəzək  halına  gətirə  və  ürək 

oxşaya  bilərik...  Həyatda  bəzi  baxıb  doymadıqlarımız  var.  Kimi  vitrinlərdən  doymaz,  kimi  bitkinlərdən 

yorulmaz...  Amma  hər  nə  olsa  da,  hər  aşiqin  bir  dövranı,  hər  küləyin  əsmə  meydanı  var.  Varlardan  yoxlara, 



olanlardan  olacaqlara,  bitmişlərdən  davama, məndən  sənə  və  səndən  də böyük  cahana  kimi    hər gün  hər  şey 

başqa cür olacaq...İnandınızmı??? İnanmazsınız.... 

    Sizə küləkdən danışım... Qoxusu və hardan gəldiyi bilinməyən sevdamdan danışım... Sizə vurğunu olduğum 

dəryadan, dəryalararası əlaqədən danışım... Bu dünyada iki şeyə heyranam: durmadan əsən küləyə və yoluma, 

həyatıma  görkəmi və yoldaşlığı ilə işıq saçan “ay” adlanandırılan məfhuma... Küləyə elə aşiqəm ki, danışsam, 

ömür bəs etməz. Ikisi də yalqız gecələrimə şahiddir. Nə ay, nə də külək  elə hey durmadan  tabe olan tərəfindən 

bizə pulsuz xidmət göstərir...Küləyə bəzən “dəli külək”, aya isə “Ağ varlıq” deyirlər. Hara getdiyini, niyə əsdiyini 

və nədən var olduğunu belə anlamayan varlıqdır külək. Bizlə bərabər neçə insan həyatına əsər, hər həyatda bir 

iz  qoyar,  neçə  dənizdə  tüğyan  edər,  neçə  yeri  viran  edər  külək.  Küləklə  ilk  sevdam,  ilk  dostluğum  bir  xeyli 

zamandır  ki,  başladı.  Görüşə  gəlməyən  sevgilimin  zəng  edib:  “Bitdi  hər  şey”-  deməsi  oturduğum  oturacağa 

əsəbiləşərək  vurduğum  yumruğa  səbəb  oldu.  Əlimi  dizimə  qoyub  dərin  bir  ah  çəkdim  və  içimdə  dedim:  “Bu 

qədər asan???”. Elə bu anda, sanki, yel oynadı. Qarşımdakı bir, iki zibil parçası küləyə qovuşaraq getdi. Güclü 

külək  əsməyə  başladı.  Bunu  görüb,  sanki,  içimdə  demək  istədiklərimi  küləyə  danışdım.  Parkda  tək  idim:  bir 

külək,  bir  də  mən...  Mən  qışqıraraq  danışır  o,  səs  salaraq  əsirdi.  Və  birdən  mən  sözümü  bitirincə  külək  də, 

sanki,  susdu.  Küləklə  o  anda    dostluğumuz  başladı  və  elə  həmin  gün  ilk  dəfə  evin  pəncərəsindən  aya  tərəf 

boylandım.  Bu  qədər  gözəl  və  şəffaf,  bu  qədər  incə  və  möhtəşəm varlıq...  Sanki,  dura  bilmədim  və  danışdım. 

Mən danışdım, o dinlədi. Bilirəm ki, heç nəyim də olmasa bir qucaq xatirəm, bitməsinə az qalan siqaret və məni 

sevə - sevə dinləyən iki sirdaşım var: külək və ay. 

         Bəzən  gecənin  səssizliyini  həzin  musiqi  ilə  pozmaq  istərəm...  Amma  əlim  gəlməz...  Dinləməyə  çalışaram, 

səbrim çatmaz və içim danışmağa başlar... Gizli gələn zənglər və ya görüb də tanımadıqlarımız günün sonunda 

bizi  düşündürər.  Amma  biz  gecəyə  boylanaraq  onun  qaranlığındakı  zənginliyini  görsək...  Hər  gecə  ulduzlara 

baxdıqda  onlar,  sanki,  bir  söz  deməyə  çalışır,  amma  məsafə  uzaqdır  deyə  işıldayaraq  gizli  sözcüklər 

söyləyərlər...  Yolunu  itirmisənsə,  dan  ulduzunu  tap  və  yoluna  davam  et...  Bəs  həyatını  itirmisənsə???  Bax  o 

zaman özünə bir rahat yer seç və rahatlan bir az. Hekayəm başlayır.  Sadəcə nəfəs alma... Bəzən də qışqır, səsin 

üçün geniş alan tap... Düşün ki, onu duymaq istəyən var...  

            Küləkli  bir  axşam  idi.  Bakını  küləksiz  təsəvvür  etmək  olmaz.  Küləyin  təsirindən  əyilən  ağaclar, 

dayanacaqda  duran  insanlar  bu  halla  tez-tez  qarşılaşırdılar.  Çiskin  yağışda  şütüyən  maşınlara,  yol  boyu  

sarmaş-dolaş gəzən sevgililərə və yem üçün dolanan balaca sərçələrə rast gəlmək olar. Açıq səmaya tay olan uca 

bəzəkli binalar, binaların kölgəsində qaralan tarixi saraylarla yanaşı beş mərtəbələr, köhnə evlər, dar məhələlər 

çox şeyə şahid idi. Bakı...Küləklər şəhəri... Kim üçün əl çatmaz, kim üçün isə hər günü lənətə bərabər olan bir 

şəhər.  Bəyaz  olduğu  qədər  çirkli,  çirkli  olduğu  qədər  də  şöhrətli  bir  diyardır  Bakı.  Bir  rəsim  tablosunda  Bakı 

bulvarı eycaskar təsvir olunub. Xəzərə bir açılışdır Bakı...Dünyaya çağırışdır Bakı... 

            Nağıllar  belə  başlar.  Biri  vardı-biri  yox...Varlar  yoxlardan  bixəbər,  yoxlar  varlarsız  həyat  sürər...Külək 

fırtınasının ahənginə qoşulub Bakı küçələrini dolaşmaq istədim. Çox mənzil başı seçdim, neçə oturacaq gəzdim, 

neçə  dalanda  durdum.  Yol  yoldaşım  küçə  pişikləri,  ac  sərçələr  oldu.  Çox  insanla  qarşılaşdım.  Payız  küləyinin 

sevincindən çərpələng uçurdan uşaqları seyr etmək dayandığım dayanacaqlarda sevimli məşğuliyyətim idi. Yol 

boyu rastlaşdığım (xüsusən də gecələr)  insanlar çox müxtəlif idi. Lüks maşınlardan səslənən musiqilər gecənin 


səsizliyini  pozurdu.  Boş  bir  dayanacaqda  əyləşmişdim.  Qarşımda  şose,  işıq  dirəkləri  və  ağaclıq  vardı. 

Qulağcıqdakı  musiqinin  dinləyərkən  əyləşdiyim  oturacaqda  yuxulayırdım.  Birdən  bir  qaraltının  mənə  doğru 

yaxınlaşdığını hiss etdim. “Qaqaş, yandıranın olmaz???”-deyə səs eşitdim. Başımı qaldırdığımda sarı saçlı qısa 

geyimli bir qızın qarşımda durduğunu gördüm. Tələsik cibimdən yandıranı çıxardaraq: “buyurun”- deyə təqdim 

etdim. Siqaretini yandırdığında ağzındakı tüstü ilə bərabər “çox sağ ol”- deyə aldığı yandıranı mənə tərəf uzatdı. 

Sadəcə  seyr  edirdim.  “Dəyməz”-deyib  susdum...  Adımlayaraq  yol  kənarında  durdu.  Mən  isə  durduğum 

dayanacaqdan  ona  tərəf  boylandım.  İşıq  dirəyinin  ahəngi  altında  geyindiyi  don  daha  cəlbedici  idi.  Sanki  heç 

qadın görməmiş kimi onu süzürdüm. Hündür ayaqqabıları, küləkdə uçuşan saçları ona ecaskarlıq verirdi. “Bu 

gecə  maraqlı  olacaq”-  deyə  içimdə  bir  səs  var  idi.  Bir  müdət  keçdi,  yüksək  səsli  bir  maşın  onun  qarşısında 

durdu.  Maşının  enmiş  pəncərəsinə  boylandı  və  qısa  söhbətdən sonra yuxudan  oyanmağıma  səbəb  olan  qadın 

maşına  əyləşərək  uzaqlaşdı.  Mənə  isə    arxasıyca  seyr  etmək  qaldı.  Ayağım  düşərli  oldu  deyəsən.O  getdi.Yenə 

şəhər...Yenə səssiz bir gecə...Diqqətimi yolun o tayindakı hündür ağaclarla yanaşı duran beşmərtəbənin beşinci 

mərtəbəsi  cəlb  etdi.  Ağacların  budaqlarındakı  işıq  izləri  beşinci  mərtəbədən  saçırdı.  Heyranlıqla  izləyirdim. 

“Görən orda nə var”- deyə maraqla ora zillənmişdim.Qulağımdakı qulaqcığa səs verib əllərimi qoltuq altına alıb 

ayaqlarımı  üst-üstə  keçirib  gecənin  ritminə  düşürdüm  ...  Amma  elə  hey  marağım  beşinci  mərtəbədə  qalıb  ... 

İçinizdə bir sual var.  Beşinci mərtəbə ??  

             Bakının çox yerlərində “Xruşovka”  adlanan beşmərtəbələrə rast gəlmək mümkündür .. Sovetin möhtəşəm 

tikintiləri  silsiləsindən...  Sadə  və  orta  yaşama  malik  əhalinin  məskunlaşdığı  evlərdən  ibarətdir  bu 

beşmərtəbələr...Demək olar ki, bizim anlatacağımız hekayə bu beşmərtəbələrdən birində baş verir.  

 

            Hər  zaman  küləktək  səsli-sözlü  və  sehirli  olmağı  çox  istərdim.  Düşündüyüm  yerə  sızaraq  getməyi,  ayaq 



dəyməyən yerlərdə olmağı arzulardım. Külək firtınasının ahənginə qoşulub küləyi izləməyə başladım. Yolun bu 

tayından  o  tayına  buralaraq  yan  aldı.  Ağacların  arasıyla  qovrularaq  yuxarı  qalxmağa  başladı.  Suallarla  dolu 

izlədiyim beş mərtəbənin önündəki ağacın zirvəsinə doğru qalxdı. Sadə bir eyvan. Həmin eyvandan asılmış ip 

və  üzərində  bir  neçə  paltar.  Taxta  qapı  deşiklərindən  çölə  sızan  işıq  şüaları,  çirkli  ayna.  Çirkli  aynadan  evin 

içərisi  kirli  görünürdü.  Qapı  aralı  idi.  Qırmızı  divarlı  və  qara  oturacaqlı  yerə  köhnə  xalı  sərilmiş  otaq.  Yerdə 

şərab şüşəsi, bir neçə kitab, qəzet parçaları və bir rəsm çərçivəsi vardı. Otaqda səsizlik hökm sürürdü. Otağın 

divarları səsizliyin  ahəngi, döşəmədəki şərab şüşəsi və kitablar səsizliyin söhbəti idi. Tozlu masa, qara divan və 

qırmızı divarlar nədən danışırdı dediyimdə ayaq səsləri eşidildi. İçəri orta boylu,  uzun saçlı-saqqallı bir oğlan 

daxil  oldu.  Qulağındakı  küpə,  əynindəki  əlbisə  onun  yaşının  az  olmasının  sübutu  idi.  Evinin,yaşamının, 

geyiminin,  görünüşünün  halından  məlum  olur  ki,  kiçik  qəhramanımız  yalnızlığın  insanıdır.  Şərablı  gecələr, 

tüstülü  səhərlər  yalnızlıqla  sevişən  bir  gəncin  günlük  rejimi  idi.  Səssiz  gecələr...  Yuxusuz  həftələr...Qadınsız 

aylar... Siqaretli  illər... Bir gənc hər gün ölürdü.  Qatili yalnızlıq idi. Hər gün çıxdığında o şüalar gözünü  dəlir, 

qapının  çürük  taxta  deşiklərindən  içəri  sızan  şəhərin  səs-küyü  onu  məhv  edirdi.  Günahkar  bədən  bir  rəsm 

çərçivəsinə  və  qara  yazılı  ağ  vərəqlərə  (kitablara)  məhkum  olmuşdu.  Dəfələrlə  izlənilən  rəsm  çərçivəsi  və 

oxunan kitablar hələdə onun qəlbində iz saxlamışdı.  


           Onu seyr etdiyimiz bu gecə ilk tanışlıq gecəmiz idi. Biz bu gecə onunla qovuşduq. O, bizi hiss etmədi, çünki 

biz bir xəyal, o isə gerçək idi. Otağa daxil olduqda səsizcə divana yaxınlaşdı...Əyilərək yerdəki kitablardan birini 

götürüb  divana  əyləşdi.  Üzünə  dağılmış  saç  tellərini  əli  ilə  kənara  itələyib  əyləşdiyi  yerdə  rahatlandı.  Kitabın 

qatlanmış vərəqini düzəldərək gözlərini qara həriflər üzərində gəzdirməyə başladı. Dadsız və iysiz kəlmələr ona 

ürək  sıxıcı  gəldiyində  gecələrinin  havasını  və  formasını  dəyişən  yalnızlığının  yoldaşı  olan  siqaretə  əl 

uzadırdı.Hər tüstüsündə ölür,öldükcə dirilirdi. O, siqareti, siqaret isə dəqiqələri, mənasız axan zamanı bitirirdi. 

Dumanlı  baş,  can  sıxıcı  kəlmələr...Bəzən  ağız  dadını  dəyişmək  üçün  zamanın  və  özünün  digər  qatilinə  doğru 

uzanırdı. Badəyə süzülmüş qırmızı şərab hər damlasında ona həzz verirdi.Yalnızlığın həzzi. Ayın qürub etməsi 

ideal görüntü idi. Badəni yerə qoyaraq kitabını qatladı. Əyləşdiyi qara divandan qalxaraq ayı seyr etmək üçün 

pəncərə önünə gəldi. Əlini uzadıb otağın işığını söndürdü və qırmızı divarlı ev bir anlıq qaranlığa qovuşdu. Ayı 

heyranlıqla seyr edirdi. Hər ikisi yalnız idi. Üzündəki saqqalını qaşıyaraq, dişlərini qıcıyıb, yoldakı seyrək halda 


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə