AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   2   3   4   5   6   7   8   9   ...   36

ƏDƏBĠYYAT 
 
1.
 
Xələfov A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. B., 2006.-312 s. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 14 - 
2.
 
Kitabxana  işinə  dair  rəsmi  sənədlər:  (Qanun  və  qanun  qüvvəli  normativ  hüquqlu 
sənədlər toplusu)/ Tərt. K.Tahirov; red. A.Abdullayeva.-Bakı, 2015.-200 s. 
3.
 
Tahirov  K.  Dünya  milli  kitabxanaları.  M.F.Axundzadə  adına  Azərbaycan  Milli 
Kitabxanası: Dərs vəsaiti/ K.Tahirov; elmi red. A.Xələfov.-.Bakı: Bakı Universiteti, 
2013.-212 s.  
4.
 
Tahirov K. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-
ci illər). B., 2009, 218 s. 
5.
 
Tahirov  K.  Azərbaycanda  kitabxana  quruculuğunun  hamisi  //Xalq  qəzeti.-2012.-12 
dekabr 
6.
 
Tahirov K. 85 il xalqın xidmətində//Azərbaycan.-2008.-30 avqust 
7.
 
Tahirov K. İnternet və kitabxana//Respublika.-2003.-13 iyul. 
8.
 
Taxиров  K.  Национальная  Библиотека  как  феномен  культуры  //Мир 
литературы.-2013. - №04-05 (71-72).- апрель-май. - С.9-14 
 
 
Karim Tahirov 
 
CHALLENGE FOR FUTURE AND MAIN DIRECTIONS OF  
LIBRARY ACTIVITY: PRIORITIES AND PERSPECTIVES 
 
Summary 
The article provides information about  library-information science: new  challenges  in 
teaching  and  practice,  duties  of  library  science  in  the  modern  world,  close  coordination  of 
science,  education  and  practice,  the  necessity  of  completely  updating  the  regulatory  frame-
work in the field of library in order to function of modern libraries normally in a legal state, 
completely reconstruction of library activities in terms of information society, preparation of 
new personnel according to new condition and positions and the need to unite efforts in this 
direction. 
Keywords: Challenge for future, teaching and practice of library science, coordination 
of teaching and practice 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 15 – 
 
Aybəniz Əliyeva-Kəngərli 
Filologiya üzrə elmlər doktoru, 
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu,  
direktor müavini 
biblio_az@yahoo.com  
 
 
ELEKTRON KĠTABXANALARIN ĠNKĠġAFI:  
PROBLEMLƏR VƏ PERSPEKTĠVLƏR 
 
Açar sözlər: informasiya texnologiyaları, kompüter, rəqəmli format, məlumat bazaları, 
milli yaddaş. 
 
İnformasiya texnologiyalarının inkişafı və tətbiqi müasir həyatın bütün sahələrinə iqtisa-
diyyat,  səhiyyə,  elm  və  təhsilə  dəyişdirici  təsir  edir.  Əsas  dəyərləri  informasiya  və  elm  olan 
yeni cəmiyyət quruculuğunu xarakterizə edərkən informasiya və bilik cəmiyyəti kimi epitetlər 
işlədilir.  Bu  anlayışların  arxasında  konseptual  fərqlər  dursa  belə  zaman  ötdükcə  əsas  olan 
informasiya və elmin müəyyənedici iqtisadi faktora, dövlətin rifahını bu və ya digər formada 
tənzimləyə  biləcək  gərəkli  milli  mənbəyə  çevrilməsidir.  Deyildiyi  kimi  milli  informasiyanın 
qorunması,  inkişafı  və  rasional  istifadəsi  dövlətin  bilavəsitə  təyinatında  olan  prosedurdur. 
Hazırki dövrdə informasiya anlayışı olduqca geniş məna alternativlərinə malikdir. Lakin milli 
informasiya ifadəsi altında birmənalı şəkildə dövlətin iki növ  informasiya substansiyası anla-
şılmalıdır:  birinci–yəni  ənənəvi  informasiya  sektoruna  əlyazma  və  çap  materialları,  rəsm  və 
heykəltaraşlıq əsərləri, arxitektura, audioyazılar, şəkillər, kino və videofilmlər, ikinci-elektron 
milli  informasiya  mənbələrinə  isə  rəqəmli  formada  olan  informasiya  obyektləri  daxildir.  Bu 
iki  tərkib  arsındakı  fərq  yalnız  informasiyanın  təqdimində  deyil,  onun  qorunma,  yayılma  və 
modifikasiya strategiyasında da özünü biruzə verir. Ənənəvi tipli əlyazma və çap əsərlərinin, 
digər sənədlərin qorunması və istifadəsi mütəxəssislər nəslinin tədqiqatları və təcrübələri əsa-
sında kifayət qədər yaxşı öyrənilmişdir. Ortaya qoyulan nəticə isə gösətərir ki, ənənəvi forma-
da saxlanılan informasiyanın həcmi onunla işləmənin effektivliyinə mənfi təsir edir. Belə bir 
fundamental problemin yolları  yeni hesablayıcı texnikanın və informasiya texnologiyalarının 
tətbiqindən keçir. 
İlkin  olaraq  elektron  materialların,  bunun  nəticəsində  isə  elektron  nəşrlərin  meydana 
gəlməsi onların qorunmasını və istifadəsini operativləşdirən elektron məlumat bazalarının ya-
radılmasını zərurətə çevirir. Bir və ya daha artıq bu tipli məlumat bazasının mövcudluğu, haq-
qında danışdığımız elektron kitabxanaların özəyini təşkil edir. Elektron kitabxanaların mahiy-
yətində əks olunan prinsip dərin tarixi köklərə malikdir. Avropada bu prinsip İskəndəriyyə ki-
tabxanasının fəaliyyətinə müvafiq olaraq «iskəndəriyyə prinsipi» adlanır. İskəndəriyyə kitab-
xanasında sənədlərlə iş proseslərini  yadımıza salaq: Hələ əsrlər öncə burada informasiya va-
hid obyekt maddi [sənəd] halında vahid bir yerdə saxlanılırdı. Bu informasiyadan istifadə et-
mək  istəyənlər  məhz  həmin  yerə  [otağa]  gedərək  obyektin  üzünü  köçürürmüşlər.  Bu  prinsip 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 16 - 
məşhur «Qutenberq prinsipi» ilə tam ziddiyyət təşkil edir. «Quttenberq prinsipi»nə görə sənə-
din çox tirajlı olması və nüsxələrinin bir çox yerdə saxlanması daha məqsədəuyğundur. 
Elektron kitabxanaların fabulasını da məhz bu strategiya-sənədlərin vahid yerdə, kom-
pakt  şəkildə  saxlanması,  paylanması  və  istənilən  qədər  istifadə  oluna  bilməsi  meyarı  təşkil 
edir. Elektron kitabxanaların təsviri və onların yaranacağı ilə bağlı fərziyyələrə ilk dəfə olaraq 
V.Buşun  «Biz  necə  düşünə  bilərik»  [1945]  məqaləsində  və  C.S.R.Likliderin  «Kitabxanalar 
gələcəkdə»  [1965]  kitabında  rast  gəlinir.  Amerika  elmi  tədqiqatlar  agentliyinin  direktoru 
V.Buşun məqaləsində təqdim olunan və  «Memeks» adlanan informasiya sistemi konsepsiya-
sının əsasını informasiyanı fotoşəkillərdə saxlamaq fikri təşkil edirdi ki, bu da sonralar mikro-
filmlərin  və  mikrofişlərin  yaranmasına  gətirib  çıxardı.  Massaçusets  texnologiya  institutunun 
əməkdaşı C.Liklider isə  rəqəmli hesablayıcıların  kitabxanaların gələcəyinə  necə təsir edəcə-
yini araşdırırdı.  
Ötən əsrin 60-cı illərindən etibarən kitabxana informasiyasının qorunmasında və işlən-
məsində  kompüterlərdən  istifadə  olunmağa  başlandı.  Bu  işin  ilk  nümunəsini  Amerika 
Konqress  Kitabxanası  MARC  [Machine-Readable  Cataloging]  formatını  yaratmaqla  göstər-
miş  oldu.  Formatın  Onlayn  kitabxana-kompüter  mərkəzində  [OCLC-Online  Computer  Lib-
rary  Center]  həyata  keçirilməsi  bir  çox  kitabxanalara  biblioqrafik  informasiya  mübadiləsini 
reallaşdırmağa imkan verdi. Müasir mənada elektron kitabxanaların yaranmasını isə 80-cı illə-
rin sonlarına aid etmək olar. Bu zaman artıq elmi jurnalların ilk elektron kitabxanaları yaradıl-
mağa  başlamışdı  [1987-1993-cü  illərdə  «Mercury»,  CORE,  «Tulip»;  1995-ci  ildən  etibarən 
«JSTORE», «High Wire Press» layihələri həyata keçirilib]. 90-cı illərdən başlayaraq bir çox 
elmi jurnallar ancaq elektron formada nəşr olunmağa başladı. Bir çox nəşriyyatlar seriyalı ki-
tabları  həm  ənənəvi,  həm  də  elektron  formada  hazırlamağa  çalışırdılar.  Məhz  kitabxanaların 
elektron sferaya daxil olması prosesi nadir, milli əhəmiyyətli və köhnəlmiş nəşrlərin konser-
vasiyası  ilə  başlandı.  Bu  tipdən  olan  nəşrləri  səhifə-səhifə  skan  edib  qrafik  fayllarda  təsvir 
kimi saxlayır, repozitarda [saxlayıcı] faylların sayı mini ötdükdən sonra onları şəbəkədə mü-
badilə etmək məqsədilə daha yüngül qrafik fayllarda və ya həcmcə kiçik olan mətn formasın-
da hazırlayırlar. Bu işlə bağlı ən böyük layihə ABŞ-də həyata keçirilmişdir. ABŞ-nin tarixi və 
mədəniyyəti ilə  bağlı materialları elektron formaya keçirmək məqsədi  güdən  «Digital  Libra-
ries İnitiative-Phase 2» proqram ([«Amerikan Memory» [1989-cu ildən bugünədək] proqramı 
ilə «National Digital Library»-[1990-1998-ci illərin nəşrləri]) proqramının birləşdirilməsi nə-
ticəsində yaradılmışdır. Rusiyada 90-cı illərin ortalarından başlayaraq  Ermitajın  nadir ekspo-
natlarının  və  Rusiya  Dövlət  Kitabxanasının  nadir  nəşrlər  fondunun  elektron  konservasiyası 
həyata keçirilmişdir. 
Elektron kitabxanalardan istifadə edərkən pullu, pullu və pulsuz, pulsuz xidmətlər təklif 
olunur.  Pulsuz  elektron  kitabxanalar  əsasən  həvəskarlar  tərəfindən  yaradılır.  Buna  misal 
olaraq 1990-cı ildə ABŞ  proqramçısı  M.Hart tərəfindən yaradılan və özündə  2000 mətni əks 
etdirən  «Qutenberq  layihəsi»ni,  Rusiyada  M.Maşkov  tərəfindən  yaradılmış  17  000  mətnlik 
«Maşkovun  kitabxanası»nı  göstərmək  olar.  Belə  kitabxanalar  kütləvi  maariflənməyə  xidmət 
etsələr  də  elmi  funksiyalardan  çox-çox  uzaqdırlar.  Burada  sistemsizlik,  biblioqrafiyaların, 
mənbələrin  göstərilməməsi  halları  hökm  sürür.  Pullu  və  pulsuz  xidmət  göstərən  elektron 
kitabxanalar əsasən universitetlərə malik olur. «Kaliforniya elektron kitabxanası» öz nəşrləri-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 17 – 
 
nin  çox  kiçik  bir  qismini  açıq  şəkildə  «İnternet»ləşdirir,  məlumatların  bir  digər  qismi  isə 
Universitetin  doqquz  kampusunda  istifadə  olunur.  JSTORE  [www.jstore.org]  və  «Muse» 
[http://muse.jhu.edu] məlumat bazaları da bu qismə aiddirlər. Hazırda dünyada ən böyük elek-
tron kitabxana Ann-Arborda [ABŞ, Miçiqan ştatı] yerləşmiş «ProQuest» şirkətinə məxsusdur. 
Bu elektron kitabxana minlərlə dövrü nəşri, dissertasiyanı, kitab və digər çap əsərini özündə 
əks etdirir. 1999-cu ildə  zəngin elektron ehtiyatlara malik «Chadwyck-Healey» şirkətinin də 
buraya  qoşulması  kitabxananın  imkanlarını  daha  da  genişləndirmişdir.  «ProQuest»  2002-ci 
ildən indiyədək 6 milyard  səhifəlik  mikrofilmin rəqəmli  variantını  hazırlayıbdır. Dünyanın 9 
minə yaxın  nəşriyyatı ilə əməkdaşlıq edən bu şirkət öz  elektron kitabxanasından  bir  cümləni 
belə pulsuz istifadə etməyə şərait yaratmır.  
Azərbaycanda elektron kitabxana yaratmaq təşəbbüslərindən danışmazdan əvvəl dünya 
elektron kitabxanalarının təcrübəsi ilə bir qədər də tanış olmağınızı istərdim. Elektron kitab-
xana  yaratmaq  prosesində  dünyada  özünəməxsus  yeri  olan  ölkələrdən  biri  də  Yaponiyadır. 
Burada  milli  elektron  kitabxananın  yaradılmasına  1989-cu  ildən  başlanılmışdır.  Milli  parla-
ment  kitabxanasının  və  Elmi-texniki  informasiya  milli  mərkəzinin  mütəxəssisləri  tərəfindən 
Kansay əyalətində reallaşdırılan bu layihəyə 500 milyon ABŞ dolları xərclənmişdir. Nəticədə 
10 milyon səhifədən ibarət müxtəlif çap əsərlərinin elektron kitabxanası yaradılmışdır. Ümu-
milikdə,  bu  layihənin  həyata  keçirilməsində  Yaponiyanın  9  iri  firması,  eləcə  də,  «NEC», 
«Mitsubisi» və «Fujitsu» şirkətləri də iştirak etmişlər. 1998-ci ildən Almaniyada 16 universi-
tet  və  4  elmi  cəmiyyətin  təşəbbüsü  ilə  «Global-İnfo»  elektron  kitabxanasının  yaradılması 
işlərinə  başlanılmışdır.  Büdcəsi  60  milyon  marka  həcmində  ölçülən  layihə  2004-cü  ildən 
realizə edilir. Fransa isə bu sahədə bir qədər irəli gedərək 1997-ci ildə cızmış olduğu elektron 
kitabxana  yaratmaq  planlarını  keçən  il  yerinə  yetirmişdir.  «Gallica»  adlanan  bu  kitabxana 
özündə 15 milyon səhifədən ibarət 80 min sənədi birləşdirir. 
Azərbaycanda elektron kitabxanalar: Azərbaycanda elektron kitabxana dedikdə ağlımı-
za  gələn  ilk  işlər  «Gələcək  naminə»  (kitab.az)  təşkilatı  və  İRTCL  tərəfindən  reallaşdırılan 
qeyri-professional, həvaskar elektron kitabxana ləyihələri olur. Birincinin elektron kitabxanası 
əsasən həvəskar istifadəsçilər tərəfindən yazılan və ya skan edilən materiallardan bəhrələnirsə, 
ikincidə  50-60  elektron  material  mövcuddur.  Respublikamızda  elektron  kitabxana  yaratmaq 
sahəsində  ən uğurlu  təşəbbüs  Naxçıvan Dövlət  Universitetinin rektoru, akademik  İsa Həbib-
bəyliyə  aiddir.  İki  ilə  yaxındır  ki,  Mərkəzi  Elmi Kitabxanada  çox  perspektivli  bir  ənənə  da-
vam etdirilir. Kitabxana məcburi və satın aldığı kitab nüsxələri, dissertasiya və avtoreferatlar-
la birlikdə onların elektron formalarını da informasiya daşıyıcılarında əldə etməyə çalışır. Bu 
işin nəticəsində hazırda kitabxanamızda 1000 dən çox çap sənədinin elektron variantı yaradıl-
mışdır. Azərbaycan gerçəkliyində bu rəqəmlər olduqca böyük hesab edilir. Azərbaycanda on-
larca müəssisə, təşkilat və.s şəxsi internet səhifələrini yaradır, minlərcə insan sevdiyi yazıçı və 
şairin əsərlərini internet vasitəsilə yayır, H.Cavidin, Anarın, Elçinin, B.Vahabzadənin, C.Nov-
ruzun və sair və ilaxir şəxslərin saytları dərc olunur. Bütün bunlar təqdirəlayiq işlər olsa belə, 
milli, mədəni, elmi informasiya mənbələrimizin yaradılmasına gətirib çıxarmaz. Fərdiyyətçi-
likdən  ümumiliyə  keçid  nə qədər ağır olsa belə reallaşdırılmalı və ən nəhayət milli informa-
siya bazalarının  yaradılması üçün bu işə maddi investisiya ilə  yanaşı  intellektual investisiya 
qoyulmalıdır.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 18 - 
ƏDƏBĠYYAT 
 
1.
 
Milli mənəvi dəyərlərimiz: yaradanlar və yaşadanlar, 2012. 
2.
 
Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar, 2007 
 
 
Aybaniz Aliyeva-Kangarli 
 
ELECTRONIC LIBRARIES DEVELOPMENT: 
PROBLEMS AND PROSPECTS 
 
Summary 
The development and application of information technologies in all spheres of modern 
life,  the  economy,  health  care,  science  and  education  are  affected  changer.  Home  values  in 
building  a  new  society  in  which  information  and  knowledge  society  of  information  and 
knowledge as described epitetlər run. If yes conceptual differences behind these concepts over 
time  so  the  key  economic  factor  in  determining  the  information  and  knowledge,  the  state  of 
well-being  necessary  to  regulate  the  source  of  the  transformation  of  one  form  or  another. 
According to national data protection, development and rational use of the state's direct ap-
pointment procedure. It has a very broad meaning to the concept of information on alterna-
tives to the current period.               

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 19 – 
 
Ġradə Tuliyeva 
Tarix üzrə fəlsəfə doktoru, 
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı 
Muzeyinin kitabxanasının müdiri 
 
 
KĠTABXANA-ĠNFORMASĠYA AXTARIġININ   
ĠNTELLEKTUALLAġDIRILMASI YOLLARI 
 
Açar sözlər: Kitabxana-informasiya axtarışı, intellektual sistemlər, optimallaşdırma 
Ключевые  слова:  библиотечно-информационный  поиск,  интеллектуальные  сис-
темы, оптимизация 
Keywords: library and information searching, intellectual systems, optimization 
 
İnformasiya axtarışı, istifadəçinin sorğusuna uyğun sənədlərin tez bir zamanda tapılması 
və istifadəçiyə təqdim olunması prosedurudur. İnformasiya axtarışına başlamaq üçün hər şey-
dən öncə  sistemə  sorğu ilə müraciət  etmək lazımdır. Sorğu, istifadəçinin informasiyaya olan 
tələbatının təbii dildəki ifadə formasıdır. 
İnformasiya  axtarışının  əsas  prinsipləri  ilk  dəfə  keçən  yüzilliyin  30-40-cı  illərində 
U.E.Batten tərəfindən patentlərin axtarış sistemi üçün işlənmişdir. Axtarışın təşkil olunmasına 
görə aşağıdakı üsulları var: fəsillərə görə, açar sözlərə görə, təbii dildə olan sorğu ilə, ontolo-
giyadan istifadə etmə yolu ilə, ssenarilər yolu ilə, qarışıq üsullardan istifadə ilə. 
Hal-hazırda ən çox yayılmış axtarış üsulu açar sözlərdən istifadə edərək həyata keçirilən 
axtarışdır. Açar sözlərlə axtarışda məntiqi operatordan istifadə etməklə istifadəçilərin tələbat-
larını nisbətən ödəmək mümkün olsa da, daha səmərəli axtarış üsullarının tətbiqinə böyük eh-
tiyac var. Axtarılan informasiyanı tapmaq üçün istifadəçi, ona lazım olan informasiyanı düz-
gün təsvir edə bilməlidir. Əks halda, axtarış sistemi ona lazımlı informasiyanı tapmaya bilər. 
Məhz, istifadəçilərin əksəriyyətinin tələbatlarını ifadə edə bilmədiklərindən axtarış sistemləri-
nin intellektuallaşdırılması məsələsi aktuallaşır. 
İnformasiya axtarışı nəzəriyyəsində axtarışın nəticələrinin analizi üçün iki əsas anlayış-
dan - relevantlıq və pertinentlik anlayışlarından istifadə edilir. Relevantlıq, tapılan sənədlərin 
sorğuya məna uyğunluğudur. Sorğuya mənaca uyğun gələn sənədlər relevant sənədlər adlanır. 
Pertinentlik isə tapılan sənədlərin sorğuya uyğunluğudur [1, s. 18-19]. 
Aydındır ki, relevantlığın səviyyəsi, axtarış sisteminin ―intellektual qabiliyyətlərindən‖, 
pertinentlik  isə,  istifadəçinin  tətbiq  sahəsi  haqqındakı  biliyi  və  tələbatlarını  ifadə  edə  bilmə 
qabiliyyətlərindən asılıdır. Qeyd etmək lazımdır ki, konkret bir sənədə birmənalı olaraq rele-
vant və ya qeyri-relevant demək düzgün olmaz. Tapılmış hər bir sənəd sorğuya görə müəyyən 
qədər relevant olur. Nəticələr istifadəçiyə, axtarış sistemi tərəfindən relevantlığın səviyyəsinə 
görə nizamlanaraq təqdim olunur. 
Axtarışın intellektuallaşdırılmasını əldə etmək üçün axtarışı xarakterizə edən keyfiyyət 
göstəriciləri  yaxşılaşdırılmalıdır.  Axtarış  sisteminin  səmərəli  olub-olmadığını  qiymətləndir-
mək üçün axtarışın dəqiqliyi və dolğunluğunu müəyyənləşdirmək lazımdır.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 20 - 
Axtarışın dolğunluğu, axtarış sisteminin əsas xarakteristikalarından biri olmaqla, sorğu-
ya cavab olaraq tapılmış sənədlər sayının, sistemin informasiya bazasında bütün relevant sə-
nədlər  sayına  nisbətidir.  Dolğunluq  əsasən  informasiya  toplayan  və  emal  edən  sistemlərin 
işindən asılı olur və aşağıdakı kimi hesablanır: 
 
   
i
i
i
R
N
D

,   
 
 
 
 
 
   (1) 
 
burada i – sorğu, D
i
 – i-ci sorğuya görə hesablanan dolğunluq, N
i
 – i-ci sorğu üçün nəti-
cə kimi təqdim olunan sənədlərin sayı, R
i
 – informasiya bazasında i-ci sorğuya relevant bütün 
sənədlərin sayıdır. 
Dəqiqlik, axtarış sistemi tərəfindən tapılmış sənədlərin sorğuya uyğunluğunu təyin edən 
xarakteristikadır və aşağıdakı formada hesablanır: 
 
 
 
i
i
i
S
C
Dq

,       
 
 
 
    
 
  (2) 
 
burada i – sorğu, 
i
Dq
 – i-ci sorğuya görə hesablanan dəqiqlik, 
i
C
 – i-ci sorğuya görə sis-
temin verdiyi relevant sənədlərin sayı, 
i
 – i-ci sorğuya görə sistemin verdiyi bütün sənədlə-
rin sayıdır. 
Axtarışın dolğunluğunu artıran üsulları, istifadəçinin tələbi ilə tətbiq etmək daha məqsə-
dəuyğundur. Axtarışın dolğunluğunu artırma üsulları, informasiya massivindəki  sənədlə  isti-
fadəçi sorğusunun terminlərinin müqayisəsində əlavə imkanlar yaradır. Sorğuda olan termin-
lər  axtarış  zamanı  dəyişdirilir  və  massivdəki  sənədlərlə  müqayisə  davam  edir.  Bununla  da, 
sorğunun  terminlər  çoxluğu  lazım  olan  səviyyədə  genişləndirilir.  Öz  növbəsində,  sorğunun 
terminlər çoxluğunun genişləndirilməsi üçün sinonimlər lüğətindən, ontologiyadan, assosiativ 
axtarış, ehtimallı indeksləmə üsullarından istifadə olunur. 
Sinonimlər  lüğəti  çoxlu  sayda  sinonim  və  ya  ekvivalentlik  siniflərindən  ibarət  olurlar. 
Hər bir sinif isə eyni və ya yaxın mənalı obyektə, hadisəyə aid olan sinonimlərdən, terminlər-
dən ibarət olur. 
Axtarış prosesində belə siniflərdən istifadə zamanı sorğuda olan bir terminin sinonim si-
niflərinin identifikatoru ilə dəyişdirilməsi həyata keçirilir. Bu da faktiki olaraq, axtarış zamanı 
bir termin əvəzinə, onun bağlandığı sinifdəki terminlər çoxluğu ilə işləmək imkanı verir. 
Ontologiyadan  istifadə  etməklə  məzmunlu  axtarışı  uğurla  həyata  keçirmək  olar.  Son 
illər  aid  olduğu  sahənin  anlayışlarını  və  onlar  arasındakı  semantik  əlaqələri  (―tam-hissə‖, 
―ümumi-xüsusi‖, ―obyekt-xassə‖ və s.) əks etdirərək lüğət şəklində ifadə olunan ontologiyadan 
istifadə etməklə bir neçə intellektual informasiya-axtarış sistemləri qurulmuşdur [2, s. 66].  
Ontoloji  lüğətin  yerinə  yetirdiyi  funksiyalar  sənəd-yönlü  axtarış  sistemlərində  çoxdan 
tətbiq olunan tezaurusa çox yaxındır. Ontologiya müəyyən mənada semantikaya və praqman-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 21 – 
 
tikaya, tezaurus isə leksikaya söykənir. Ontologiya ilə tezaurusun funksional oxşarlığına bax-
mayaraq, onların tətbiq olunacaqları sahədən və yaradılma məqsədlərindən asılı olaraq qurul-
malarında fərqlər var [2, s. 66]. 
Ontologiya informasiya  sistemlərində  sənədlərin semantik  indeksləşdirilməsində istifa-
də  olunan  metaverilənlərin  sistemləşdirilməsi  üçün  tətbiq  olunur.  Ənənəvi  olaraq  ―verilənlər 
haqqında verilənlər‖ kimi təyin olunan metaverilənlərlə informasiya resursları təsvir olunur və 
onların axtarışı aparılır [2, s. 65]. 
Assosiativ sözlərdən istifadə etməklə də terminlər çoxluğunu genişləndirmək mümkün-
dür. Sorğunun hər termini və massivdəki hər sənəd üçün ilkin terminlə əlaqəsi olan (assosia-
tivliyi olan) əlavə terminlər dəsti yaradılır. Terminlərin assosiativlik dərəcəsini düzgün müəy-
yənləşdirmək  üçün  indeksləşdirmənin  statistik  üsulundan  istifadə  edilir.  Statistik  üsula  görə 
terminlər çoxluğu üçün assosiativlik massivi yaradılır: 
n
m
ij
a
A


}
{
. Bu massivin hər bir ele-
menti müvafiq sətir və sütunda yerləşən terminlərin assosiativlik qiymətini göstərir. 
i və j terminlərinin assosiativlik əmsalı, bu terminlərin massivdəki sənədlərdə rast gəlmə 
tezliklərinin hasillərinin cəmi şəklində hesablanır: 
 
 
 




n
k
jk
ik
ij
f
f
a
1
.                   
 
 
 
(3) 
Burada, 
ij
a
 – i və   terminlərinin assosiativlik əmsalı, 
ik
f
 – i terminin k sənədində rast 
gəlinmə tezliyi, n massivdəki elementlərin sayıdır. 
Terminlərin assosiativlik əmsalı üçün sərhəd qiymət kimi 

 seçilir. Əgər 


ij
f
 olarsa, 
onda 
i
 termini ilə  termini assosiativ terminlər hesab edilir. 
Ehtimallı  indeksləmə  üsulunda  isə  müəyyən  terminlərin  sənədlərdə  olub-olmadığı  ay-
dınlaşdırılır.  Sonra,  bu  münasibətlərin  əsasında  sənədlər  müvafiq  tematik  siniflərə  bölünür. 
Yəni, sənədlər müvafiq mövzuya aid olan terminlərdən ibarət sinifə aid edilir [1, s. 58]. 
Axtarışın səmərəliliyini artırmaq üçün onun dəqiqlik əmsalının yüksəldilməsi lazımdır. 
Axtarışın dəqiqlik əmsalının yüksək olması, relevant sənədlər içindən  yararlı olanların seçil-
məsi,  yəni,  daha  çox  relevant  olanların  saxlanılması  üçün  zəruridir.  Axtarışın  digər  xassəsi 
olan dolğunluq isə axtarış şərtlərinin genişləndirilməsi hesabına artırılır. Bu zaman əks mütə-
nasib olan dəqiqlik xassəsinin qiyməti azalmış olur. Axtarışın səmərəliliyini artırmaq üçün bu 
iki xassənin münasib nisbəti təyin edilməlidir. Daha yaxşı olar ki, onların nisbətində optimal-
lıq müəyyən edilsin. Bu isə birbaşa informasiya axtarışının intellektuallığını yüksək dərəcədə 
təmin etməklə yanaşı, həm də vaxta və vəsaitə qənaət edilməsinə, bununla da informasiyanın 
maksimim fayda gətirməsinə və səmərəli işləməsinə səbəb olur.  
İnformasiya axtarışının intellekuallaşdırılmasının məqsədi istifadəçi ilə axtarış sistemi-
nin rahat, sadə ünsiyyətinin təşkil olunması və bununla da, axtarışın nəticələrinin istifadəçinin 
istəyinə yaxınlaşdırılmasıdır. 
Beləliklə, beşinci informasiya inqilabı dövründə elmin informasiya ilə təmin edilməsin-
də İnternetin rolunu və bu informasiyanın əldə edilmə mexanizmlərini qısaca da olsa nəzərdən 
keçirdik. Söz yox ki, gələcək tədqiqatlarda bu mövzu daha ətraflı işlənəcək və konkret situasi-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 22 - 
yada – Azərbaycan informasiya məkanında onun özünüifadə formaları daha dərindən araşdırı-
lacaqdır. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin