Ağrı sindromla mübarizə Analgetiklər



Yüklə 8,68 Kb.
tarix31.12.2021
ölçüsü8,68 Kb.
#49809
Ağrı sindromla mübarizə Analgetiklər


Ağrı sindromla mübarizə Analgetiklər
Gündəlik təcrübədə ağrı sindromunun aradan qaldırılması üçün farmakoloji vasitələrə daha çox müraciət olunur. Bu məqsədlə tətbiq olunan analgetiklar 2 qrupa bölünür :

1) Narkotik analgetiklər (opioidlər)

2) Qeyri-narkotik analgetiklər

Opioid reseptorlarla qarşılıqlı münasibətinə görə narkotik analgetiklərin 3 növü ayırd edilir .

a) Tam (sırf) aqonistlər: endogen opioidlər (enkefalinlər, endorfinlər) kimi təsir göstərərək sonuncuların gücünü artırır. Bu qrupa morfin, promedol, fentanil, alfentanil, remifentanil, prosidol, piritramid, omnopon, kodein, tramadol aiddir.

b) Hissəvi aqonistlər (opioid reseptorları az fəallaşdırırlar) Buprenorfin bu qrupun nümayəndəsidir.

c) Aqonist-antoqonistlər - müxtəlif opioid reseptorlara aqonist eyni zamanda antoqonist təsir göstərərək daha güclü analgetiklərin təsirini azaltmağa qadirdirlər. Bu qrupa nalbufin, pentazosin, nalorfin və butorfanol daxildir.
Opioidlərin əsas effektləri aşağıdakılardır :

-Mərkəzi effektlər

• Analgeziya

Yuxululuq, bəzən eyforiya

• Rahatlaşma (sakitləşmə)

• Tənəffüsün ləngiməsi, bəzən apnoe

• Öskürək refleksinin zəifləməsi

• Mioz


• Ürəkbulanma və qusma

-Periferik effektlər

• Bradikardiya, arterial hipotenziya

• Ürəyin yığılma qabiliyyətinin azalması

• Qəbizlik

• Öd yollarının və sidik yollarının sfinktorlarının spazmı

• Hipotermiya

Opioid reseptorlarla münasibətdə antoqonizm nümayiş etdirən, başqa sözlə, reseptorlarla birləşərək endogen va ekzogen opiatların təsirini blokadaya alan nalokson preparatı isa analgeziya deyil , əksinə opioidlərin yuxarıda qeyd edilən təsirlərini aradan qaldırmaq məqsədilə istifadə edilir.

Narkotik (analgetik) effektivliyini nəzərə almaqla opioidlər belə sıralanır: sufentanil (1000) > fentanil (100-300) > buprenorfin (40-50) = alfentanil (40-50) > butorfanol (8-11) > morfin (1,0) > nalbufin (0,5-0,8) > piritramid (0,7) > promedol (0,3-0,5) > pentazosin (0,3) > tramadol (0.3)

Opioidlər seçici şəkildə yalnız ağrı hissiyatını azaldırlar. Bu zaman ağrı və ona qarşı emosional reaksiya zəifləyir. Opioidlər fonunda orqanizmin antinosiseptiv sisteminin fəallığı da artır.

Morfin qərb ölkələrində opioid analgeziyanın "qızıl standartı" sayılir. Hətta son illər onun tətbiqi hallarının artması izlənir. Morfin küt və uzunmüddətli ağrılar zamanı daha müvəffəqiyyətlə istifadə edilir. Onun yuxugətirmə, barbiturların, ataraktiklərin və neyroleptiklərin təsirini gücləndirmə xüsusiyyətləri vardır.

Morfin fonunda mərkəzi sinir sistemində noradrenalinin ifrazının azalması hesabına qorxu-həyacan hissi zəifləyir, arteriolaların və vena damarlarının tonusu aşağı düşür. Bu zaman ürəyə gələn qanın miqdarı və ürəyə müqavimət azalır, nəticədə ürəyin yükü azalır, təqəllüs qabiliyyəti və son olaraq qanqovma imkanları artır. Sol mədəciyin atım fraksiyasının yüksəlməsi və ağciyər damarlarında təzyiqin enməsi plazmanın damardan sızmasını və ağciyər ödeminin azalmasını təmin edir. Bu isə kardiologiya təcrübəsində, o cümlədən ağciyər ödemində morfini seçim preparatı edir.

Morfin əzələ daxili inyeksiya yaxud vena daxilinə fraksion və ya damcı yolu ilə durulaşdırılmış şəkildə yeridilir.

Tramadol yüksak analgetik effektivliyi (eyni zamanda mənfi effektlərin az olması) nəzərə alınmaqla əməliyyatdan sonrakı dövrdə travmalar zamanı və onkoloji xəstəliklər, yəni güclü ağrılar olan zaman tətbiq edilir.

Uzun illər ərzində narkotik analgetiklər müxtəlif mənşəli (travma, cərrahi əməliyyat, yanıqlar və s .) ağrı sindromunun müalicəsində seçim preparatı olsalar da, son dövrlər tibbi, ictimai və hüquqi problemlər səbəbindən onların tətbiqi müəyyən suallar doğurur. Mütəxəssislər bir qayda olaraq narkotik analgetiklərin birdəfəlik və sutkalıq dozasını azaltmağa çalışırlar ki, bu da qeyri-effektiv analgeziya ilə müşayət olunur.



Narkotik analgetiklərin tətbiqinə əks göstərişlər .

• Tənəffüs çatışmazlığı

• Qan dövranı çatışmazlığı

• Mərkəzi sinir sisteminin funksiyasının zəifləməsi

• Ağır dərəcəli qaraciyər çatışmazlığı

• Ağır dərəcəli böyrək çatışmazlığı

• Monoaminoksidaza (MAO) inhibitorlarının (antidepressantların) qəbulu

• Epilepsiya (müalicəyə pis tabe olan hallar)



• Kəllədaxili təzyiqin yüksək olması
Yüklə 8,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin