tarixlə, psixologiya
(İnsan nitqi, bilavasitə,
təfəkkürlə bağlı olduğu üçün),
pedaqogika
(təlim prosesi olduğuna
görə),
fiziologiya
(danışıq səslərinin düzgün tələffüzü, orfoepiya
qaydalarına riayət etmək üçün),
məntiqlə
(nitqin effekti onun
məntiqliyindən asılı olduğuna görə) və s. başqa elm sahələri ilə də
əlaqədardır.
Sual və tapşırıqlar
1. Nitq mədəniyyəti tədris fənni və elm kimi dilçiliyin hansı
sahələri ilə bağlıdır?
2)
Nitq mədəniyyətinin leksikologiya ilə əlaqəsi nəyə əsaslanır?
36
3)
Nitq mədəniyyəti və üslubiyyatın bir-birinə yaxınlığını nədən
bilmək olar?
4)
Nitq mədəniyyətinin qrammatika ilə əlaqəsini nədə
görürsünüz?
5)
Nitq mədəniyyətini üslubların düzgünlüyünü öyrənən fənn
kimi xarakterizə etmək olarmı?
Çalışma 19. Şeiri oxuyun, dilin gözəlliyini xarakterizə edən,
estetik duyğular oyadan məzmunun forma ilə vəhdətdə olduğu
məqamları tapıb göstərin:
Sübh çağının şehi olub.
Saçlarına qonaydım kaş.
Süzüləydim damla-damla.
Ürəyinə hopaydım kaş.
Bəxtimizin yazısını
Ürəyində tapaydım kaş.
O axşamlar ay olaydım.
Düşəydim mən yanağına
Dan yerinin qızartısm.
Çəkəydim gül dodağına
Bəxtimizin yazısını
Dodağında tapaydım kaş.
Ətirli bir yaz olaydım.
Səni orda görəydim mən.
İylədikcə gül-çiçəyi.
Nəfəsinə girəydim mən
Bəxtimizin yazısını
Nəfəsində tapaydım kaş.
Dağ döşünün mehi olub.
Həzin-həzin əsəydim mən.
Uzatmamış əllərimi.
Tellərində gəzəydim mən
Bəxtimizin yazısını
Tellərində tapaydım kaş
(Ssrxan Şirin. Ssni görmək üçün, Bakı, 2007, səh.l9)
37
|