İnformatika elmi, onun predmeti və əsas tərkib hissələri



Yüklə 1,17 Mb.
səhifə1/3
tarix05.12.2023
ölçüsü1,17 Mb.
#174145
  1   2   3
İKT BİLİKLER BAZASİ


İnformatika elmi, onun predmeti və əsas tərkib hissələri
İnformatika sözü iki sözün birləşməsindən əmələ gəlmişdir: İnformasiya və Avtomatika.
İnformatika termini ilk dəfə fransızlar tərəfindən avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq məqsədi ilə istifadə olunub. İngilis dilli ölkələrdə İnformatika termini əvəzində Computer Science (Kompüter Elmi) termini işlədilir. İnformatika İnformasiya və onun proseslərini öyrənir. İnformasiya və prosesləri haqda bir qədər sonra daha ətraflı danışacağıq. İndi isə çox mühüm anlayışlardan olan İnformatikanın tərkib hissələrini şərh edək.

İnformatikanın 3 əsas tərkib hissəsi var:
1. Hardware (aparat, cihaz təminatı)- informatikada qurğularla bağlı nə varsa hamsı bu bölməyə
daxildir. Qurğuların öyrənilməsi, qarşılıqlı əlaqəsi və s. (qurğu dedikdə: monitor, prosessor,
siçan, printer və s. başa düşülür)
2. Brainware (alqoritm təminatı)- alqoritm müəyyən əmrlər ardıcıllığıdır. Kompüterdə hər hansı
məsələ həll olunduqda müəyyən ardıcıllığa riayət olunmalıdır ki, həmin ardıcıllıqlar da
alqoritmdir. Biz gündəlik həyatımızda da alqoritmlərdən istifadə edirik. Məsələn bu gün
axşamdan səhərki günümüzü planlaşdırırıq. Cızdığımız bu plan özü də bir alqoritmdir.
3. Software (proqram təminatı)- kompüterdə olan bütün proqramların toplusu bu bölməyə aiddir.
Həmçinin proqramların öyrənilməsi və yeni proqramların hazırlanması da bu bölmənin əsas məsələlərindəndir.
İnformasiyanın növləri.
Informasiyanı müxtəlif əlamətlərə görə təsnif edirlər. Duyğu üzvlərimizə görə informasiyanın 5 növü mövcuddur:
Vizual (yəni gözlə gördüyümüz) gözümüzlə gördüyümüz nə varsa hamsı vizual informasiyadır.
Audio(səs) formasinda olan informasiyalar. Məs: eşitdiyimiz bütün məlumatlar səs formasında olan informasiyalardır.
Dad – Dil vasitəsilə qəbul edilir
Qoxu – Burun vasitəsilə qəbul edilir
Taktil – Dəri vasitəsilə qəbul edilir
İnformatik baxımdan isə informasiyanın növləri aşağıdakılardır:
Mətn
Ədədi
Audio (səsli)
Qrafiki
Məntiqi
Video (görüntülü)
Multimedia
Radiodalğalar

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin