İnformatika elmi, onun predmeti və əsas tərkib hissələri


İnformasiyanın əsas prosesləri



Yüklə 1,17 Mb.
səhifə2/3
tarix05.12.2023
ölçüsü1,17 Mb.
#174145
1   2   3
İKT BİLİKLER BAZASİ

İnformasiyanın əsas prosesləri: toplanılması, saxlanılması, emalı və ötürülməsi.
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır.
İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən
yerinə yetirilir. ((Məsələn siz hal hazırda informatika fənnindən informasiya toplayırsız.))
İnformasiyanın saxlanması. İnformasiya emaldan əvvəl və sonra informasiya daşıyıcılarında saxlanır.
İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və Flash kartlardan, yaddaş kartlarından istifadə olunur. ((Siz isə hal hazırda topladığınız informasiyanı çalışın beyninizdə saxlayın. Digər vasitələrin heç birin imtahan zalına buraxmırlar -))
İnformasiyanın və emalı İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Kompüterdə
informasiyanı emal etmək üçün alqoritm və proqramlardan istifadə olunur. Məsələn internetdən bir testlər olan fayl yükləmişik baxırıq ki onun içində bizə lazım olmayan beynimizi qarışdıran testlər var. Faylı açırıq və həmin testləri silirik. Başqa sözlə emal edirik. ((siz də öyrəndiklərinizin bəzilərin yaddaşınızdan silirsiz və ya çatışmayanları ora əlavə edirsiz və imtahana gedəndə ancaq sizə lazım olan informasiyanı özünüzlə aparırsız))
İnformasiyanın ötürülməsi və istifadəçiyə çatdırılması. Topladıq, saxladıq emal etdik indi isə ötürmək zamanıdır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. ((Ötürmək deyilən qəliz bir məsələ deyil ki, hər gün paylaşdğınız statuslar hamsı elə informasiyanın ötürülməsidir))

İnformasiya da belədir. Ən kiçik informasiya vahidi bit-dir. “bit” sözü də iki sözün birləşməsindən əmələ gəlib binary və digit. Mənası ikilik rəqəm, ikilik kod deməkdir. Kompüterin yaddaşındakı bütün informasiya ikilik kodda saxlanılır. Yəni kompüterin yaddaşındakı bütün informasiya iki rəqəmdən ibarətdir 0 və 1. İkilik say sistemindəki hər bir 0 və 1 kompüterin yaddaşında 1 bit yer tutur. Deməli 1 bit ya bir dənə 0 (sıfır)- dır ya da bir dənə 1. 1 bit informasiyanın ən


kiçik, elementar, minimal ölçü vahididir. 1 bit çox kiçik olduğundan informatikada əsas vahid olaraq 1bayt qəbul olunub.
1bayt = 8bit. Bəzən qısa olsun deyə bayt əvəzinə b yazırlar. (qeyd: bəzən tələbələr b yazılanda onun bayt və ya bit olduğunu ayıra bilmirlər. Yadda saxlayın ki bit heç vaxt qısaldılmır həmşə bit yazılır. Əgər b yazılıbsa deməli o bayt-dır.)
İnformatikada bayt-dan daha böyük ölçü vahidləri də var: Kilobayt(Kb), Meqabayt(Mb), Geqabayt(Gb), Terabayt(Tb), Petabayt(Pb), Etabayt(Eb), Zetabayt(Zb). Aşağıdakı cədvəldə 1 vahiddən digərinə keçidlər
göstərilmişdir.(Cədvəl 1.3)

Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı tarix hesab olunur (1946-cı il). 1830-cu ildə İngilis alimi Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama analitik maşın yaratmağa cəhd göstərdi. Maşının yaradılmasında informasiyaların saxlanması üçün verilənlər anbarı (verilənlər bazası) yəni perfokartlar lazım idi. Bu işdə Bebbicə Ada Lavleys köməkçi olmuşdur. O, ilk dəfə proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir. Dünyada ilk proqramçı Ada Lavleys olmuşdur.Rəqəm hesablama maşınlarının yaranmasının əsas prinsipləri, Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. İlk dəfə olaraq bu nəzəriyyənin praktikləşdirilməsi 1946-cı ildə ABŞ-da elektron lampalı


elementlərdə qurulan ENİAC (Electronic Numerical İntegrator and Computer) adlı universal kompüterin yaradılması ilə həyata keçirilirdi. Quraşdırılmasına təxminən yarım milyon dollar sərf olunan bu kompüterin çəkisi 28 ton idi və 140 kVt enerji tələb edirdi.Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunur. O vaxtdan başlayaraq kompüter texnikası yüksək sürətlə inkişaf etməyə başladı. Kompüter texnikasının yarandığı vaxtdan indiyə qədər keçdiyi inkişaf tarixini hər biri müəyyən xüsusiyyətlərlə səciyyələnən mərhələlərə (nəsillərə) bölməkolar. EHM-lər element bazasına görə aşağıdakı nəsillərə bölünür.

• Element Bazası: Elektron Lampalar


• Böyük ölçü, kiçik əməli yaddaş, aşağı hesablama qabiliyyəti
• Simvol tipli informasiyalar çətinliklə emal olunurdu
• Hesablama maşını 1 saniyədə 10min əməliyyat yerinə yetirirdi

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin