Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə3/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   2   3   4   5   6   7   8   9   ...   153
Nitq-mədəniyyəti(1)

Nitq mədəniyyəti 
terminini, ümumiyyətlə, 
mədəniyyət 
sözü ilə 
qarışdırmaq olmaz. İnsanlar mədəniyyət dedikdə, əsasən, təlim-tədris 
ocaqlarını, məktəb, klub, kitabxana, kino-teatrları, tamaşa salonlarını, 
tarix-ölkəşünashq muzeylərini, 
mədəni 
sözünü isə təhsilli, tərbiyəli 
anlamında başa düşürlər. 
Mədəniyyət 
sözü həyatımıza dərindən sirayət etmiş, insanın 
həyat və fəaliyyətinin bütün sahələrini əhatə edən çox işlək anlayış 
olmuşdur: müəllim mədəniyyəti, həkim mədəniyyəti, tələbə 
mədəniyyəti, səhnə mədəniyyəti, oxu mədəniyyəti, qulaq asma, 
dinləmə mədəniyyəti və s; şəhər mədəniyyəti, kənd mədəniyyəti daha 
geniş mənada götürülərək konkret yerin - ölkə və ya qitənin adı ilə - 
Avropa mədəniyyəti, Amerika mədəniyyəti, Şərq mədəniyyəti, Çin 
mədəniyyəti və s. deyilir, millətlə bağlı olaraq alman mədəniyyəti, 
fransız mədəniyyəti, türk mədəniyyəti anlayışlan da mövcuddur. 
Bu söylədiyimiz anlayışlar arasında 
danışıq mədəniyyəti 
ifadəsi 
özünəməxsus yer tutur. Danışıq mədəniyyəti bilavasitə insanla bağlı 
olduğu üçün yuxarıda sadalanan müəllim mədəniyyəti, şagird, tələbə, 
sürücü, satıcı və başqa peşə-sənət sahələri ilə bağlı insanların 
ədəb-ərkan, qanacaq, əxlaq normaları daxil olmaqla danışığı nəzərdə 
tutulur, çünki hər bir insan kiçik yaşlarından başlamış dili söz tutana 
qədər danışır, yazır, nitq söyləyir, çıxış edir. O öz danışıq tərzini 
təkmilləşdirir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-yeni sözlər 
hesabına zənginləşdirir, başqalarından daha yaxşı danışmağa, nitqini 
eyni dərəcədə gözəl, ifadəli, rəvan çatdırmağa çalışır. Danışıq 
vərdişləri formalaşıb təkmilləşdikcə insanın söz ehtiyatı, dilinin lüğət 
tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxladıqca, 
özü üçün daha rəvan, səlis, düzgün, dəqiq danışanları nümunə 
götürərək, qəzetlərdən, jurnallardan, kitablar 


dan oxuduğu və ya eşitdiyi nitq nümunələri ilə tanış olduqca, 
radio-televiziya verilişlərinə diqqətlə və maraqla qulaq asdıqca, 
dilimizin daxili quruluşuna, onun incəliklərinə bələdləşdikcə, o da öz 
fikirlərini daha gözəl ifadə etməli olur. Deməli, insan mədəniyyətinin 
ayrılmaz hissəsi olan nitq mədəniyyəti dil normalarının məcmusu 
kimi təzahür tapır. Hər bir insan elə danışmalı, nitqini elə qurmalıdır 
ki, dinləyicilər onu nəinki başa düşməli, həm də onun danışığına 
həvəslə qulaq asmalı, ondan həzz almalıdırlar. O, bu hal vərdişə 
çevriləndən, danışığının arzu olunduğunu eşidib biləndən sonra 
nitqinin mənalı və məzmunlu olmasına daha diqqətli olacaqdır. 
Doğrudur, bu heç də asan başa gəlmir, hamıda yaxşı alınmır, bunun 
üçün böyüklə böyük, kiçiklə kiçik dilində danışmaq, nə barədə, nə 
məqsədlə, harada, hansı şəraitdə, kiminlə və ya kimlərlə danışdığını 
bilmək və bunları mütləq nəzərə almaq vacibdir. Bu, nitq 
mədəniyyətinin əsas şərtidir. 
Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə 
dərindən bələdlik, onun fonetik, leksik-semantik, frazeoloji və 
qrammatik normalanna yiyələnmək, dil qanunlanm nitqdə düzgün 
tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna 
çalarlanm nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı 
insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə etmək 
qabiliyyətində olur. 
Sual və tapşırıqlar 
1.
Nitq mədəniyyəti fənninin məqsədi nədir? 
2.
"Mədəniyyət" sözü hansı dildən alınmışdır və mənası nədir? 
3.
Mədəniyyət və nitq mədəniyyəti terminlərini izah edin. 
4.
Nitq mədəniyyətinin əsas şərti nədir? 
5.
Düzgün nitq nədir? Hansı nitq forması düzgün hesab olunur? 
6.
Hansı şəxs öz fikrini elmi və məntiqi cəhətdən düzgün qura bilir? 
7.
Dəqiq nitq dedikdə nə başa düşülür? Hansı adamın nitqi dəqiq 
olur? 
Çalışma 1. Mətndə mədəniyyət sözünün işlənmə məqamlarına 
fikir verin: 



Məktəb xalqın mənəvi beşiyidir. Məktəbdə təkcə yazıb-oxu- 
mağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər, 
həmçinin birgə yaşayış qaydalan öyrədilir. Məktəbdə vətənin 
çoxəsrlik mədəniyyəti yaşayır. Müəllimlər şagirdlərə dönə-dö- nə 
xatırladırlar: - "Məktəbinizi və dövlətimizi sevin, elmli və 
mədəniyyətli olaraq məmləkətimizi çiçəklənən bir dövlətə çevirək". 
Məktəb bizə təkcə təhsil yox, həm də tərbiyə verir, mədəniyyət 
aşılayır. 
Məktəbdə müəllimlər və şagirdlərlə ünsiyyət saxlamaq hamıya 
sevinc və mənəvi zövq bəxş edir. 
Hər bir dövlət üçün məktəb böyük rola malikdir. Savadlı insanlar 
olmadan elm və mədəniyyətin inkişafı qeyri-mümkündür. 
İnsanın məktəbə, təhsilə, elmə münasibəti onun daxili 
mədəniyyətindən irəli gəlir, onun xeyirxahlığı, millətinə sayğısı, 
məhəbbəti təkcə davranışı və hərəkətlərində deyil, nitq 
qabiliyyətində, şüur və düşüncəsində də özünü göstərir. Məktəbə 
müqəddəs yer, elm məbədi kimi baxmaq, mənəviyyatımızı qurmaq, 
mədəniyyətimizi formalaşdırmaq və gələcək nəsillərə çatdırmaq hər 
bir insanın borcudur. 
Çalışma 2. Sözlərdən istifadə edərək ədəbi dilin qrammatik 
normalarına uyğun cümlələr düzəldin: 
1)
Azərbaycan, qanlı, mübarizə, qurmaq, xalq, müstəqil, 
düşmən, müstəqil, qalib gəlmək, dövlət 
2)
hər, uğrunda, öz, müstəqillik, olmaq, bir, daima, xalq, hazır, 
mübarizə 
3)
millət, azadlıq, qazanmaq, etmək, bir, hər, öz, və, müdafiə, öz 
Çalışma 3. Sözlərin aşağıdakı tələffüz formalarından hansının 
orfoepik normaya uyğun olduğunu müəyyənləşdirin: 
ev/əv/öy, qədeş/kardeş/qardaş, gejə/gecə, murtda/yumurtda/- 
yumurta, biznən/biziynən/bizimlə, daşdı/daşh, qarannıq/qara- nıx/ 
qarannix/qaranhq, qızlar/qızdar/qızzar, xəbərlər/xəbərrər 
Çalışma 4. Akademiyada bir fədbirin keçiriləcəyi haqqında elan 
(bildiriş) yazın. Elanın yazılma formasını qısaca qeyd edin. 


Nitq madaniyyatinin tarixindan 
Nitq mədəniyyəti eramızdan əvvəl qədim Yunanıstan və Romada 
həm sənət, həm də elm kimi formalaşmışdır. Təsadüfi deyildir ki, bu 
yerlərdə natiqlik sənəti çox geniş yayılmış, istedadlı natiqlər xalqın 
böyük hörmət və məhəbbətini qazanmışdılar. Məhz onların hesabına, 
onların fəsahətli və bəlağətli (incə, aydın, gözəl) danışığı sayəsində 
Yunanıstan və Roma nitq mədəniyyəti elminin, natiqliyin vətəni 
hesab olunur. 
Qədim Yunanıstanda məhkəmə iclasları, bayramlar, yas 
mərasimləri, idman yarışlan - olimpiadalar, dostluq görüşləri açıq 
havada, çoxsaylı insanlann əhatəsində keçirildiyindən xalqın 
hörmətini qazanmış natiqlər çıxış edərdilər. Çiçəklənmə dövrü 
keçirən yunan ədəbiyyatı (Ezopun təmsilləri, Esxilin safoklan, 
Evripidin faciələri, lirik şeirləri, Aristofanın komediyalan, eyni 
zamanda, teatr tamaşaları, Herodotun tarixşünaslığa aid əsərləri və s.) 
bəlağətli nitqin meydana gəlməsinə böyük kömək göstərirdi. Burada 
14 illik natiqlik məktəbləri (7 yaşdan 21 yaşadək) təşkil olunurdu. 
Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik, ədəbiyyat, natiqlik sənəti 
öyrədilirdi. Sokrat (e.ə.469-399), Platon (Əflatun, e.ə.430-347), 
Aristotel (Ərəstun, e.ə. 384-322), De- mosfen (e.ə.384-322) fəlsəfi və 
hümanitar elmlərin bu gün də öz qiymətini saxlayan sənət incilərini 
insanlığa bəxş etmişlər. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, 
təlimini qurmuş və sistemini yaratmışlar. 
Aristotel 20 il Platonun şagirdi olmuş, 343-335-ci illərdə 
Yunanıstanın hökmdarı olacaq İsgəndərin tərbiyəçisi işləmiş, məntiq, 
psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, poeziya və ritorikaya 
aid bir sıra qiymətli əsərlər yazmışdır. O, "Siyasət", "Poetika", 
"Məntiq", 3 kitabdan ibarət "Ritorika" əsərləri ilə 
10 


nitq mədəniyyətini elm səviyyəsinə yüksəltmiş, insan nitqi və onun 
fəlsəfi problemlərini üslub məsələləri ilə əlaqələndirmiş, natiqlik 
sənətinin əsaslarını vermiş, ritorikanın bütöv fundamental elmi 
sistemini yaratmışdır. 
Nitq mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz 
mədəniyyəti, düzgün danışmaq və yazmaq sənəti, nitq vasitələrindən 
məqsədəuyğun şəkildə, yerli-yerində, səmərəli istifadə mədəniyyəti 
olmasını Demosfen öz şəxsi həyatında, öz üzərində yerinə yetirdiyi 
gərgin əmək sayəsində sübut etmişdi. O dövrün tarixçi-filosoflarının 
yazdığına görə Demosfen öz üzərində gərgin çalışmaqla ən məşhur 
nafiq səviyyəsinə yüksəlmişdi. Yunan natiqlik məktəbinin parlaq 
ulduzu Demosfenin 61 nitqi, 56 çıxışı, 6 məktubu dünya natiqlik 
mədəniyyətinin inkişafında mühüm mərhələ olmuşdur. 
Natiqlik sənəti Yunanıstan mərhələsindən sonra Roma dövrünə 
qədəm qoyur. Eramızdan əvvəlki son yüzillikdə Roma Yunanıstanı 
işğal etməklə Ellin mədəniyyətinə də yiyələndi. Hümanitar elmlər 
estafetini qəbul edən Romanın alim və ictimai xadimləri poetikanın, 
qrammatika və ritorikanın nəzəri problemlərini sistemləşdirdilər, 
natiqlik sənətinin sirlərini və onlara yiyələnmək yollarını bütün 
incəliklərinə qədər izah və şərh etdilər. Mark Tulli Siseron (e.ə. 
106-43), Yuli Sezar (e.ə. 102-44), Mark Yuni Brut (e.ə. 85-43) kimi 
alim və ictimai xadimlər Roma natiqlik sənətini bütün dünyada 
şöhrətləndir- mişlər. 
Y. Sezar Romanın öz başçılığı altında elm qanunlanna uyğun 
dövlət olmasına çalışmış, müharibələrdə qanlar axıtmış və qalib 
gəlmişdi. Amansız diktator, "Hall müharibəsi haqqında qeydlər", 
"Vətəndaş müharibələri haqqında qeydlər" adlı elmi əsərlər müəllifi, 
Yuli fəqvimi islahafmı həyata keçirmiş dövlət xadimi, natiqlik üzrə 
məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi çıxışı 
stenoqramlaşdırılmış və indi də saxlanılmaqdadır. 
Mark Yuni Brut demokratik fikirli ziyalı, siyasi xadim, natiqlik 
sənətinin sirlərini mükəmməl öyrənmiş görkəmli natiq ol 
11 


muşdur. O, eyni zamanda Y.Sezara qarşı başlamış mübarizəyə 
başçılıq etmiş, diktator hökmdarın qətlə yetirilməsində şəxsən iştirak 
etmişdi. Senatın iclası zamanı Sezarm təkbaşına hakimiyyətinə qarşı 
çıxan senatorlar paltarlarının altında saxladıqları xəncərlə onu 
öldürmüşdülər. Sui-qəsdə Sezarm özünə dost hesab etdiyi Brut 
başçılıq etmişdi və Sezara vurulmuş 23 xəncər zərbəsindən biri də 
onun idi. Yeri gəlmişkən qeyd edək ki, bu hadisədən düz bir il sonra 
respublikaçılar dəstəsində mübarizə aparan Brut Sezarm bacısı nəvəsi 
və oğulluğa götürdüyü varisi Oktavyanm komandasına təslim 
olmamaq üçün özünü qılıncla öldürmüşdü. 
Antik dövrün ən məşhur natiqi, yazıçı, vəkil, görkəmli siyasi 
xadim Mark Tulli Siseron iki suala cavab axtarırdı; 1) Kimə natiq 
demək olar? 2) Hər adam natiq ola bilərmi? Siseron natiqlik sənəti ilə 
bağlı "Natiqlik haqqında", "Brut, yaxud məşhur natiqlik haqqında" və 
"Natiq" traktlanm yazmış, natiqlik sənətinin tarixi, üslubiyyat və nitq 
mədəniyyəti məsələlərinin izahını vermişdir. 
Roma natiqlik məktəbinin parlaq ulduzu Siseron natiqin 
qarşısında üç tələb qoyurdu; 1) Nitq öyrətməli, bilik verməlidir; 2) 
Nitq dinləyiciyə güclü təsir göstərməlidir; 3) Nitq söyləniləndə qulaq 
asana ləzzət verməlidir. 
Siserona görə "Şairlər anadan şair doğulurlar, natiqlər isə həyatda 
yetişirlər". "Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər 
haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar 
arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsın" (16, səh. 
17) Siseronun başqa bir cümləsi isə aforizmə çevrilmişdir; "Kim 
Demosfen olmaq istəmirsə, o, natiq deyil" (18, səh. 187). Bu fikirdən 
belə məlum olur ki, Demosfen kimi zəhmətə qatlaşmayan, öz üzərində 
daima, günlərlə, saatlarla çalışmayandan natiq olmaz. Natiq öz 
zəhməti ilə, elm və mədəniyyət məsələləri ilə bağlı kitablardan 
möhkəm bilik və məlumat toplamalıdır. O, həmişə nitqi gözəlləşdirən, 
onun təsir gücünü artıran, insanlara əsl insani keyfiyyətlər bəxş edən, 
onlan kamil 
12 


ləşməyə çağıran nümunəvi fikirləri öyrənməli, yaradıcılıq axta- rışlan 
ilə məşğul əlmalıdır. 
Yeni eraya həm Yunanıstanın, həm də Romanın ən məşhur 
natiqlərinin nitq mədəniyyəti ilə əlaqədar fikirlərini ümumiləşdirib 
yekunlaşdıran M.F.Kvintilian (35-96-cı illər) olmuşdur. O, natiqlik 
sənətinin bütün incəliklərini özünün 12 kitabdan ibarət "Natiqin 
təhsili (fərmalaşması) haqqında" əsərində əks etdirmişdir. Kvintilian 
natiqlik sənətini beş hissəyə ayırıb nitq üçün söz və ifadələrin 
seçilməsini yadda saxlanılması və ifadəsini (yüksək, ərta və aşağı 
üslubda) başlıca şərt kimi irəli sürürdü. 
Sonrakı əsrlərdə Fransa, Almaniya, İtaliya, İngiltərə, İspaniya 
antik mədəniyyətin bütün növlərini Roma məktəbi vasitəsilə 
almışdılar. XII əsrdə İngiltərənin Oksford, XIII əsrdə Fransanın 
Sorbon universitetlərində natiqlik sənətinə aid mühazirələr oxunurdu. 
Şərq ölkələrində - Assuriya, Babilistan, Çin, Ərəbistan, Hindistan 
və Misirdə natiqlik sənəti çox inkişaf etmiş, istedadlı natiqlər xalqın 
hörmət və məhəbbətini qazanmışlar. VII əsrdə İslam dininin meydana 
gəlməsi ərəb mədəniyyətinin inkişafında xüsusi mərhələ əlmuşdur. 
Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş dərəcədə 
inkişaf etməyə başladı. Bu dövrdə Məhəmməd Peyğəmbər (570-632) 
görkəmli natiq kimi Allahdan gələn vəhyləri (qeybdən gələn nidalan 
-cümlələri), məscidlərdə əxuduğu xütbələrlə adamlara çatdmr, ənlan 
qan qohumluğu ilə deyil, dini inanc əsasında birləşməyə, bir əlan 
Allaha ibadət etməyə, möminliyə çağmrdı. Məhəmməd Peyğəmbər 
(ə.s.) 616-cı ildə İslam (itaətetmə) dinini yaradaraq güclü bir natiq 
kimi müsəlmanlan (İslam dininə inananlan) Allahın kəlamlarına, 
Qurani-Kərimin hökmlərinə, şəriət qanunlanna tapınmağa dəvət 
edirdi. 
VII əsrin axırlannda Əl Fərabinin ərəb pəeziyası üçün tərtib etdiyi 
ritmik-melədik mədellərlə "Qurani-Kərim" ayələrinin xüsusi avazla 
oxunması hesabına ərəb natiqlik sənəti daha da inkişaf etməyə 
başladı. Xüsusən, İslamın böyük ideələqu, Peyğəm 
13 


bərin əmisi oğlu və kürəkəni Həzrət İmam Əli şəriət haqqında 
xütbələri ilə özünü mahir bir natiq kimi tanıtmış, 656-661-ci illərdə 
müsəlman dövlətinin başçısı olduğu dövrdə İslam dininə böyük şöhrət 
gətirmişdi. Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur 
olan "Nəhcül Bəlağə" adlı kitabda toplanmışdır. 
XI-XIII əsrlərdə Azərbaycanda natiqlik sənəti inkişaf etməyə 
başlamışdı. Azəri-türk dilində olmasa da, görkəmli söz ustaları-şairlər 
fars dilində söz, kəlam, dil haqqında, danışığa, natiqliyə xüsusi yer 
ayırır, fəzilət sahiblərinin məntiqli çıxışlarını nümunə kimi təqdim 
edirdilər. Bu sənətkarların cərgəsində Niza- mül-Mülk (1017-1092) 
və Xacə Nəsrəddin Tusinin (1201-1274) xüsusi yeri vardır. 
Nizamül-Mülk səlcuq sarayında əvvəlcə Alp Arslanın, sonra 
Məlik şahın vəziri olmuş, söz-kəlam-dil haqqında öz tövsiyə və 
məsləhətlərini "Siyasətnamə" əsərində toplamışdır. 
Nəsirəddin Tusi XIII əsrin böyük mütəfəkkiri, filosofu, 
riyaziyyatçısı kimi Şərqdə özünə böyük şöhrət qazandırmışdı. O, bi- 
nom düsturunun həllini Nyutondan, maddə çəkisinin saxlanması 
qanununu isə M.Lomonosovdan çox-çox əvvəl kəşf etmiş, bir sıra 
astronomik tapmtılann müəllifi olmuşdur. N.Tusi əxlaqa və natiqlik 
sənətinə aid "Əxlaqi-Nasiri" əsərində natiqə, natiqin nitqinə belə 
tələblər qoyurdu: "Çox danışmamalı, başqasının sözünü yanmçıq 
kəsməməli, başqasının danışdığı hekayət və rəvayəti bilirsə bunu üzə 
vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. 
Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda 
başqalanm qabaqlayıb tələsik irəli düşməməlidir. Biri cavab verməklə 
məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, 
sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Lakin əvvəlkinə 
tənə etməməlidir... Böyüklərlə danışarkən kinayə işlətməməli, nə 
bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı 
məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, qısa və 
yığcam danışmalıdır" (14, səh. 182) 
14 


Klassik Azərbaycan şairlərindən Nizami Gəncəvi, İmadəddin 
Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli söz, kəlam haqqında 
qiymətli fikirlər söyləmiş, natiqlik sənətinin bir sıra məsələlərinə 
münasibət bildirmişlər: 
İ.Nəsimi məharətli natiq kimi hürufilik fəriqəfi ideyasını fəb- liğ 
etmək məqsədilə müxtəlif ölkələrdə kütlələr qarşısında etdiyi 
çıxışlarında natiqlik məharəti, nitq kamilliyi, nitqin təsir qüvvəsi, 
nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi haqqında fikir və 
mülahizələr söyləmiş, söz sənətinə yüksək qiyməf vermişdir: 
Sən bu Nəsiminin dilini anla, bil sözün. 
Kim var bu dildən özgə bizim bir lisanımız. 
xıx əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış şair, 
rəssam, 
musiqişünas, 
xəttat, 
nəqqaş, 
maarifçi-pedaqoq 
M.M.Nəvvabın danışıq mədəniyyəti haqqında bir sıra maraqlı 
fikirləri, nəsihəfləri vardır. O, "Nəsihətnamə" əsərində (beş yüz 
nəsihət) yazmışdır: "Bacardıqca qısa və mənalı danış, əks halda, 
danışmasan yaxşıdır; sözü deyən vaxt fikrini düzgün ifadə et; 
bişirilməmiş söz danışma; Danışarkən özündən çıxma; sözü çox 
uzadıb təkrar etmə ki, avamlığa dəlalət edər; Səndən bir söz 
soruşmasalar demə; O adam ki, sənin nəsihətini eşitmir, nəsihət etmə; 
Məclisdə öz qədərindən artıq danışma, yoldaşlara da fürsət ver; 
Məclis əhli xahiş etsə, danışa bilərsən" 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin