Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə8/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   4   5   6   7   8   9   10   11   ...   153
Nitq-mədəniyyəti(1)

Söz vardır kasdirar başı, 
Söz vardır kasar savaşı. 
Söz vardır ağulu aşı. 
Bal ilan edar yağ hir söz. 
M.Füzuli sözü, nitq qabiliyyətini insana verilmiş misilsiz sərvət 
adlandırmışdır. O, "Ənisül-qəlb" əsərində yazır ki, insanı onun dili ilə 
fərqləndirirlər. Nitqlə təfəkkür arasında sıx əlaqə görən, nitqi insanın 
şüurlu fəaliyyətinin nəticəsi sayan şair dilin ictimai mahiyyəti 
barədəki fikrini bir beytdə belə ümumiləşdirir: 
Eylasan tutiya talim adayi-kalimat. 
Nitqi insan olur, amma özü insan olmaz. 
24 


XX əsrin əvvəllərində görkəmli maarifpərvər, tənqidçi, 
Azərbaycanda ilk seminariyanın təsisçisi və yaradıcısı 
Firidun 
bəy 
Köçərli ana dilimiz haqqında yazırdı: "Hər millətin özünə məxsus ana 
dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, 
həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi 
olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və 
vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu, Allah-təalanın gözəl 
nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə 
borcdur" (Firidun bəy Köçərli. "Ana dili" məqaləsi). Bütün bu 
deyilənləri belə ümumiləşdirmək olar ki, dil və nitq bir-biri ilə 
dialektik vəhdətdə olub bir- birini tamamlasa da, aralarında müəyyən 
fərqlər də vardır: 1) Dil həcmcə nitqdən genişdir; 2) Dil ümumxalq, 
nitq fərdi səciyyə daşıyır; 3) Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət 
prosesidir; 4) Nitq insan fikrinin ifadəçisidir, təfəkkürü formalaşdmr; 
5) Nitqin əsas cəhəti onun məzmunluluğu, aydınlıq, mənahlıq, təsirli- 
lik və dəqiqliyidir; 6) Dil nitqin məhsuludur, kollektivin bəhrəsidir, 
məna ilə akustik obrazı birləşdirən işarələr sistemidir. Nitq dilin hər 
dəfə yenidən işlədilməsidir; 7) Dil ictimai-tarixi təcrübənin 
mövcudluğu, saxlanması və verilməsidir. Nitqə adlandırmaq, 
ümumiləşdirmək və kommunikativ funksionallıq əlamətləri xasdır; 8) 
Dil ictimai, ümumi, nitq isə fərdi hadisədir. Nitq vasitəsilə fərdin öz 
fikrini ifadə etmə anlama və qavrama aktıdır. Hər şəxsin öz danışıq 
manerası vardır; 9) Dil imkana, nitq gerçəkliyə uyğun gəlir; 10) Dil 
nitqə nisbətən sabit, nitq dilə nisbətdə dinamikdir. 11) Dil dilçiliyin, 
nitq psixologiyanın tədqiqat obyektidir (18 səh. 40). 
Nitq milli səciyyəlidir, hər bir xalqın, millətin özünə məxsus nitqi, 
danışığı, tələffüz forması vardır. Xalqın psixoloji xarakteri maddi 
yaşayış tərzi və mədəniyyəti dil ümumiliyi ilə bağlıdır. Məhz bu cəhət 
hər bir xalqı, o cümlədən də bizim xalqımızı, onun mədəniyyətini, 
eləcə də nitq mədəniyyətini başqa xalqlar- dakmdan fərqləndirir. 
Azərbaycan dili nəinki hind-Avropa dillərindən, eləcə də türk 
dillərindən, hətta oğuz qrupuna daxil olan 
ZS 


Türkiyə türkcəsindən, türkmən və qaqauz dillərindən də fərqlənir. 
Dilimizin lüğət tərkibi, fonetik sistemi və qrammatik quruluşu min 
ildən artıqdır ki, müstəqil inkişaf yoluna qədəm qoymuşdur. 
Azərbaycan xalqı öz varlığını ortaya qoyana qədər formalaşmış və öz 
dilini də formalaşdırmışdır. Dövrdən asılı olaraq ərəb- fars sözləri ilə 
nə qədər yüklənsə də K-XI əsrlərdə meydana gələn "Dədə Qorqud 
kitabı", XIII əsrdə Həsənoğlunun qəzəlləri göstərir ki, ortaq əlifbadan, 
ərəb-fars söz və ifadələrindən istifadə etsək də, fərq özünü bütün dil 
qatlarında göstərir, nitqin ahəngi, ritmi, tempi, intensivliyi, məntiqi 
vurğusu, tembri, sintaktik mənaların ifadəsinə xidmət edən 
intonasiyası dilimizin özünə məxsusluğunu bu gün bütün dünyaya 
nümayiş etdirir. Nitq mədəniyyətinin bu xüsusiyyətləri bütün 
xalqımız tərəfindən gözlənilir və hər gələn yeni nəsildən, uşaq 
bağçalanndan başlamış məktəblərə qədər, şagirdlərdən, tələbələrdən, 
qəzet-jurnal səhifələrində, radio-televiziya verilişlərində, müxtəlif 
dərslik, dərs vəsaitləri, siyasi, elmi, bədii, publisistik kitablara qədər 
dilimizin qrammatik qanun-qaydalarına əməl edilməsi hamıdan tələb 
olunur. Sözlərin fonetik tərkibi, düzgün tələffüzü və yazılışı, leksik- 
semantik mənası, cümlə quruluşu hamı üçün eynidir. Bu da təbiidir ki, 
əgər belə olmasa idi, dil öz əsas vəzifəsini - ünsiyyət vasitəsi olmaq 
funksiyasını icra edə bilməzdi. 
Nitq mədəniyyətinin səciyyəvi cəhətləri də vardır. Dilin leksik - 
semantik və sintaktik yaruslannda fərqli cəhətlərə üslubla bağlı 
məqamlarda yol verilir. Dram əsərlərində dialoqlarda, şeirlərdə heca, 
qafiyə, vəzn xatirinə cümlələrdə söz sırasının pozulması fərdi səciyyə 
daşıyır. 
Mədəniyyətin göstəricilərindən olan gözəl nitq dilin səlisli- 
yindən, onun ifadə imkanlanndan düzgün faydalanmaq vərdişləri ilə 
şərtləşir. Azərbaycan dili lüğət tərkibi, fonetik sistemi, morfoloji və 
sintaktik quruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin 
dillərindən sayılır. 
Nitqin özünəməxsus xüsusiyyətləri vardır. Eyni məsələdən, 
məlum faktdan danışan və ya yazan iki adamın nitqi (əgər yazı 
2£ 


lıb əzbərlənməmişdirsə) məzmunca eyni olsa da, nəql etmə formasına, 
quruluşuna görə bir-birindən fərqlənəcəkdir. Həyatda bir-birinin eyni 
iki adam olmadığı (lap ekiz doğulanlar da) kimi, bir-birinin eyni olan 
iki nitq parçası da yoxdur (hətta bir şairin eyni mövzuda müxtəlif 
vaxtlarda yazılmış iki şeiri, hansısa bir yazıçının iki variantda 
yazılmış əsərinin bir hissəsi və s.). İnsanlar ayrı-ayrı fərdlər olduğu 
üçün onların nitqi də fərdidir, özünəməxsusdur. Bəlkə dünyanın, 
həyatın bənzərsizliyi elə bununla əlaqədardır. Xalqlar müxtəlif olduğu 
kimi, onların nitqi də, dili də bir-birindən fonetik, leksik, qrammatik 
cəhətdən fərqlidir, üslub baxımından rəngarəngdir. Xalqların 
xarakteri dillərində də görünür. Dildəki milli fərq insanların nitqində 
öz təzahürünü tapır. 
XIX əsrin görkəmli alman dilçisi V.Humboldtun "Hər xalq 
orijinal və təkrarolunmazdır. Dil xalqın zahirə meydana gəlməsidir, 
onun ruhu dildir" - kəlamına haqq qazandırmaq lazımdır. 
Nitq mədəniyyətinin elə xüsusiyyətləri var ki, fərdi səciyyəlidir, 
yəni heç də hamı bir cür danışmır, yazmır, nitq söyləmir. Nitq 
mədəniyyətinin inkişafında, ədəbi dil normalarına düzgün əməl 
olunmasında məktəbin, radio və televiziya verilişlərinin, dövrü 
mətbuatın, kino və teatnn rolu əvəzsizdir. Kütləvi informasiya 
vasitələri və tədris müəssisələri dilin qayda-qanunlanm siyasi, sosial, 
mədəni və mənəvi məsələlər daxilində çatdmr, qrammatik qaydalan, 
dilin quruluşunu bir fənn kimi yox, praktik şəkildə nitq prosesində 
nitq mədəniyyəti kimi verir. 
Müasir dövrdə hər bir şəxsin ən gözəl keyfiyyətlərindən biri, 
bəlkə də başlıcası onun zəngin nitq mədəniyyətinə malik olmasıdır. 
Nitq mədəniyyəti insanın ümumi inkişafında xüsusi rol oynayır. İstər 
məzmun, istərsə də forma cəhətdən gözəl olan nitq fikrin təsirli 
ifadəsinə xidmət edir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin