Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə4/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   2   3   4   5   6   7   8   9   ...   153
Nitq-mədəniyyəti(1)

Sual 
və 
tapşırıqlar 
1.
Yunan natiqlik sənətinin baniləri kimlərdir? 
2.
Aristotelin hansı əsərləri vardır və bu əsərlərdə o, hansı 
məsələlərin həllini verməyə çalışmışdır? 
3.
Roma natiqlik sənətinin nümayəndələri kimlərdir? 
4.
Siseronun nitq mədəniyyəti məsələləri ilə bağlı fikirlərindən 
misal göstərin. 
5.
Savadlı yazmaq şifahi, yoxsa yazılı nitq mədəniyyəti üə 
bağlıdır? 
İS 


6.
Şərq natiqlik sənəti və Məhəmməd Peyğəmbər 
7.
Nəsrəddin Tusinin əxlaqa və natiqlik sənətinə aid əsərinin adı 
nədir? Bu əsərdəki nəsihətlərdən ən çox yadınızda qalanlarını deyin 
və fikrinizi bildirin. 
Çalışma 5. Mətni oxuyun, yunan və Roma natiqlik sənəti 
banilərinin idmana olan münasibətini fiziki mədəniyyətlə 
əlaqələndirin: 
Bizim eradan əvvəl 776-cı ildə Qədim Yunanıstanda idman 
yarışları - Olimpiya oyunlan keçirilməyə başlamışdır. Yunanlar 
arasında böyük marağa səbəb olmuş bu yanşlar dörd ildən bir, qədim 
yunanlann "Olimpiya tanrısı" adlandırdıqlan Zevsin şəninə keçirilirdi. 
Yunanıstan və Romanın böyük mütəfəkkirlərindən olan Sok- rat. 
Platon (Əflatun), Demosfer, Siseron qocalana qədər gimnastika ilə 
məşğul olmuşlar. Bu, onlara uzun müddət məhsuldar fəaliyyət 
göstəməyə köməklik göstərirdi. Böyük riyaziyyatçı Pifaqor idmanla 
məşğul olaraq güclü atletə çevrilmişdi və Olimpiya oyunlannda iştirak 
edərək onun qalibi olmuşdu, buna görə ona sağlığında heykəl 
ucaltmışdılar. Müdrik Sokrat idmanla bədənini möhkəmlədərək, qışda 
qarda ayaqyalın gəzirdi. Onun bir kəlamı indi də işlədilir: "Sağlam 
yoxsul xəstə padşahdan xoşbəxtdir" 
Olimpiya oyunlarının qalibləri zeytun (dəfiıə) ağacından 
düzəldilmiş tacla təltif edilir, onların şərəfinə dövlətinin bayrağı 
qaldırılır və dövlət himni səsləndirilirdi. 
İdman millətin sağlamlığıdır, sağlamlıq isə insana verilən ən 
böyük nemətdir. Millətimizin güclü, sağlam və məğlubedilməz olması 
üçün gənclərimizin fiziki cəhətdən hazırlıqlı olması çox vacibdir. 
Çalışma 6. Tərcümeyi-halınızı öz dialektinizə (şivənizə) uyğun 
yazın, ədəbi dillə dialektiniz arasındakı konkret fərqləri göstərin. 
Çalışma 7. Ədəbi dilimizdə işlənməyən, lakin dialektiniz 
(şivəniz) üçün xarakterik olan bir neçə söz yazın, sonra onların fo- 
16 


netik, yaxud leksik cəhətdən fərqli əlduğunu ədəbi dildəki qarşılığı ilə 
müəyyənləşdirin. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin