Suleyman-m teze qxd


Çalışma 8.  Bir tələbənin müəyyən səbəblə əlaqədar  Akademiyadan xaric olunması haqqında rektorun adından  əmr



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə5/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   2   3   4   5   6   7   8   9   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 8. 
Bir tələbənin müəyyən səbəblə əlaqədar 
Akademiyadan xaric olunması haqqında rektorun adından 
əmr 
hazırlayın. Əmrin yazılma formasını qısaca qeyd edin. 
Dil. NİTQ 
va 
NİTQ MaDƏNİYYaTİ 
Dilimizin fonetik, leksik və qrammatik qaydalannm dərindən 
öyrənilməsi onlann yazılı və şifahi nitqə düzgün tətbiq edilməsini 
zəruriləşdirir. Lakin savadlı nitq mədəniyyətinə yiyələnmək üçün ilk 
növbədə dilin lüğət tərkibinə dərindən bələdlik əsas şərtdir. Uşaqlıq 
illərini xatırlayın. Az söz ehtiyatına malik üç yaşlı uşaq 2-3 sözdən 
ibarət cümlələr qura bilir. 4-5 yaşda o, müxtəsər və sadə cümlələrə 
üstünlük verir. Məktəb illəri uşağın söz ehtiyatını ildən-ilə artırdığı 
kimi, onun cümlə tiplərinin sayını artırır, mürəkkəb cümlələrin və 
cümlə konstruksiyalannm rəngarəngliyini də təkmilləşdirir. 
Dünyagörüşü geniş, söz ehtiyatı zəngin, sözlərin leksik və məcazi 
mənalarını nitqdə düzgün əlaqələndirməyi bacaran və dilimizin 
qrammatik quruluşuna bələd olan, ədəbiyyat əsas olmaqla digər 
fənlərdən də fəal yararlanan, ilk növbədə, müəllimlər olmaqla 
böyüklərin danışığını, radio-televiziya verilişlərini diqqətlə 
izləyənlərin danışığı mən- tiqliyi, düzgünlüyü və rəvanhğı ilə, sərbəst 
ifadə olunması ilə diqqəti cəlb edir. Deməli, nitqin dəqiqliyi və 
anlaşıqhğı, fikrin ardıcıllığı və məntiqliyi, sözlərin yerli-yerində 
işlədilməsi bir daha göstərir ki, nitq dilin əməli fəaliyyət formasıdır. 
Azərbaycanın şair və mütəfəkkirləri nitqin gözəlliyi, təmizliyi, 
təsirliliyi və s. kimi cəhətlərindən min ildən bəri bəhs etsələr də, nitq 
mədəniyyəti dilçilik fənni kimi respublikamızda XX əsrin 
əvvəllərindən formalaşmağa başlamışdır. Keçən əsrin 70-cı 
17 


illərində Azərbaycan Respublikası Elmlər Akademiyasının Dilçilik 
İnstitutu nəzdində nitq mədəniyyəti şöbəsi fəaliyyətə başlamış, nitq 
mədəniyyəti məsələlərinə həsr edilmiş kitablar (Abdullayev A.S. Nitq 
mədəniyyəti və natiqlik sənəti. Bakı, "Maarif' nəşriyyatı, 1981; 
Yusifov M. Nitq mədəniyyətinin əsaslan. Bakı, 1998; Həsənov H. 
Nitq mədəniyyəti və üslubiy- yatın əsasları. Bakı, 1999; Əliyev 
K.Nitq mədəniyyəti və üslu- biyyatm əsasları. Bakı, 2001; 
Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 
2008; Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2009.) 
nəşr olunmuş, 80-ci illərdən isə bəzi ali məktəblərdə tədris planına 
daxil edilmişdir. 
Nitq mədəniyyəti adı altında düzgün və aydın danışıb-yazmaq 
sənəti, nitqdə müxtəlif dil vasitələrindən məqamında, eyni zamanda 
məqsədəuyğun şəkildə istifadə olunması, nitqin aydınlığı, təmizliyi, 
münasibliyi, imkan daxilində ifadəliliyi, sözlərin ədəbi dilin orfoepiya 
qaydalarına uyğunluğu nəzərdə tutulur. Deməli, dilin lüğət tərkibinə 
dərindən bələd olmaqla onun fonetik və leksik sisteminə, eləcə də 
qrammatik quruluşuna aid olan müəyyənləşmiş normalara 
yiyələnmək və gündəlik ünsiyyətdə ondan faydalanmaq nitq 
mədəniyyətidir. 
Qrammatik və məntiqi cəhətdən düzgün qurulmuş cümlələrdə 
ədəbi dilin orfoqraflya və orfoepiya normalannm praktik şəkildə 
tətbiq olunması, vurğu və intonasiyanın gözlənilməsi bacarığı nitqin 
normativliyini şərtləndirir. Dilçilər nitq mədəniyyəti fənninin 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin