Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə1/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
  1   2   3   4   5   6   7   8   9   ...   35

1  www.sarigelin.net 
 
Xudafərin körpüsü 
 
© “Yazıçı“ nəĢriyyatı, 1982. 
© Q.Kərimzadə, 2002. 
 
Bu mətni müəllifin razılıgı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir. 
 
“Qarlı  aĢırım“  əsəri  ilə  böyük  ədəbiyyata  gələn  görkəmli  yazıçı,  tarixi  romanlar  ustası 
Fərman  Kərimzadənin  “Xudafərin  körpüsü“  romanında  XV  əsrin  axırı,  XVI  əsrin  əvvəllərində 
baĢ vermiĢ tarixi hadisələr, ġah Ġsmayıl Xətainin uĢaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı 
mübarizəsi qələmə alınmıĢdır. 
Romanda həmçinin  ġah Ġsmayıl Xətainin  bir Ģair, sərkərdə və dövlət xadimi kimi yetiĢib 
formalaĢdığı tarixi Ģərait təsvir edilmiĢ, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan 
kimi tarixi Ģəxsiyyətlərin yadda qalan obrazları yaradılmıĢdır. 
 
     
 
 
 
 
 
DƏMĠR AĞACDAN ASILAN BEġĠK 
 
 
I hissə 
 
PROLOQ 
 
DaĢın uzü soyuq olur. Nə günəĢ Ģüası ilə qızır, nə insan hənirtisi ilə isinir. Bu soyuq, qara, 
üzü parıltılı daĢ bir deyildi, iki deyildi... Minlərlə daĢı çaylaqlardan gö-türmüĢdülər, karxanalarda 
yonmuĢdular,  qabar  gücünə,  taqətdən  düĢən  diz  hesabına  dağın  sıldırım  yalına  qaldırmıĢdılar. 
Burada  yumurta  sarısından  yoğrulan  palçıqla  biri-birinə  bənd  etmiĢdilər.  Bürclər  ucaltmıĢdılar, 
tağlı darvazalar hörmüĢdülər, iĢıqsız zindanlar qurmuĢdular. 
Buludlara iliĢib onları yun əlçimi kimi parçalayan qaya da buz kimi soyuq idi. Quzey divarı 
çayın sahilindən qartal uçuĢu hündürlüyünə qalxan qayanın zirvəsində bünövrə tutmuĢdu. Oradan 
da iyirmi beĢ, otuz qulac qalxırdı. Ensiz, uzun pəncərəsi lap yuxarıdaydı. Divarı mamır basmıĢdı, 
pəncərədən  az  aralıda  daĢların  arasından  dağdağan  kolu  bitib  aĢağı  sallanmıĢdı.  Pəncərənin 
yoğun dəmir barmaqlığını pas basmıĢ, pasın üstünü isə daĢ xınası örtmüĢdü. Pəncərənin aĢağısı 
nov  kimi  yarıq  idi.  Bu  pəncərədən  aĢağıya  baxmaq  hər  adamın  iĢi  deyildi.  AĢağılarda  səsi 
eĢidilən çayı həmiĢə görmək mümkün deyildi. Duman dərəyə yüngül, ağ pərdə çəkirdi. Bə‟zən də 
elə qalınlaĢırdı ki, sanki o dərələr ağızbaağız qarla dolub. 
Düz baxanda meĢəli təpələr, dağlar görünürdü. Bu meĢələrin üstündə isə bir zirvə ucalırdı. 
BaĢı  kəllə  qəndə  oxĢayırdı,  aĢağı  getdikcə  qarlı  Ģırımlar  açılırdı.  Nəhəng  ağ  saqqallı  bu  zirvə 
Savalan dağı idi. 
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər? 
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı. 
– De görüm hara görünər? 
– Haranı görmək istəyirsən, oğlum? 
– Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi.  
AləmĢahbəyim ağlayırdı. Ceyran gözlərindən – qarası mavi, ağı boynundakı “Emruzi bikr” 
incisi  kimi  ağ  yaĢ  axırdı.  O  incinin  danələrinə  bənzəyən  gilələr  yuvarlanıb  düĢürdü.  Amma 
yanaqlarında kədər əvəzinə Ģuxluq, alnında, çatma qaĢları arasındakı düyündə ağrı əvəzinə qürur 
hissi vardı. 
– Niyə ağlayırsan, ana? Qorxursan yıxılam? 

2  www.sarigelin.net 
 
–  Yıxılmağından  qorxmuram,  oğul.  Sənin  Savalana  çıxmağını  gözlərimin  qabağına 
gətirəndə sevindiyimdən ürəyim kövrəldi. 
– Adam sevindiyindən də ağlayarmı, ana? 
– Ağlayar, oğlum, ağlayar. 
– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam. 
AləmĢahbəyimin  ürəyi  sıxıldı.  Qızılgülün  əyilmiĢ  yarpağına  oxĢar  dodağını  inci  parıltılı 
diĢlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə 
bil. Daha bu sevincdən deyildi. Özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi. 
– Gedərik, oğlum, gedərik. 
AləmĢahbəyim  qalxdı.  Yeddi  yaĢına  qədəm  qoymuĢ  oğlu  Ġsmayılın  yumĢaq,  kiçik 
barmaqlarını  ovcuna  aldı,  kiçik  hücrənin  qapısına  getdi.  Hücrənin  səkkiz  küncü  vardı.  Hər 
küncdən tavanın dəbilqə içərisinə oxĢayan səqfinə xət gedirdi. O xətlər birləĢən yerdən bir qəndil 
asılmıĢdı. Qızıl suyu ilə suvarılmıĢ qəndilin səkkiz Ģamlıq Ģamdanı vardı. ġamdanlar bir-biri ilə 
qızılgül yarpaqları və qönçələri ilə birləĢmiĢdi. Bu güllər və yarpaqlar da çox zərifliklə tuncdan 
tökülmüĢdü. ġamdanlardakı Ģamlar yarıya qədər yanmıĢ, yanlarında üst-üstə qalaqlanmıĢdı. 
Yerə  zərif  naxıĢları  olan  iri  xalça  salınmıĢdı.  Amma  hücrənin  alaqaranlığı  xalçanın 
rənglərini  boğmuĢdu.  Xalçanın,  qəndilin  incəliyi  yanında  divarların  biri-birinə  geydirilmiĢ  iri 
daĢları kobud və köntöy görünürdü. O daĢlardan soyuq Ģüalanırdı elə bil. Bu hücrə qalanın quzey 
tərəfində  olduğundan  heç  vaxt  buraya  gün  düĢməmiĢdi.  Pəncərədən  süzülən  sanki  aydınlıq 
gecənin ay iĢığı idi. 
Ana-bala  xalçanın  üstündən  keçib  qapıya  qədər  getdilər  və  ayaqlarının  səsi  eĢidilmədi. 
Ġsmayılın  əynində  güllü,  xaraya  oxĢar  Gəncə  parçasından  kaftan  vardı.  Kaftanda  təkcə  güllər 
deyil,  əli  oxlu,  qılınclı,  gül  budaqlarının arasında görünən gənc döyüĢçülər də təsvir edilmiĢdi. 
Belində  gümüĢ  kəmər  parıldayırdı.  Qırmızı  atlasdan  tikilən  Ģalvarının  qırıĢları  tərpəndikcə 
qırmızı parıltı alınırdı. Ayağındakı məstlər isə qızıl saplarla iĢlənmiĢdi. BaĢında ağ çalma vardı. 
Hücrənin  palıd  qapısı  yağlanmıĢ  kimi  parıldayırdı.  Çərçivədən  iki  yerdən  qapının  eninə 
paslı, ox ucu Ģəklində bəndlər uzanırdı. Bu bəndlər yumruq boyda gülmıxla qapıya bərkidilmiĢdi. 
Adama elə gəlirdi ki, bu qapını pəhləvanlar var gücləri ilə dartsalar güclə açılar. Amma Ġsmayıl 
əlini  atan  kimi  qapı  səssizcə  açıldı.  Ġçəriyə  gün  iĢığı  düĢdü.  Ananın  da,  oğlunun  da  gözləri 
qamaĢdı,  əllərini  qaĢlarının  üstünə  qoymalı  oldular.  Bu  iĢıq  günəĢdən  deyil,  hücrənin 
qabağındakı  daĢ  hovuzdakı  sudan  əks  eləyirdi.  Onlar  çıxan  hücrə  tək  deyildi.  Yan-yana  neçəsi 
vardı.  Hamısının  da  qapısı  uzun  bir  daĢ  eyvana  açılırdı.  Eyvanın  üstü  də  tağ  Ģəklində 
hörülmüĢdü. Hər hücrənin qabağındakı sütunların arası çatma qaĢlar kimi dartılmıĢdı. Sütunların 
arasındakı  pillələr  hovuz  olan  daĢ  meydana  enirdi.  Bura  kiçik  bir  karvansaraya  da  oxĢayırdı. 
Meydanı hücrələr əhatə eləmiĢdi. Amma burada çox az adam yaĢayırdı. AləmĢahbəyim, oğlanları 
Sultanəli, Ġbrahim və Ġsmayılla bura sığınmıĢdı. Bir də onların xidmətçisi Səkinə. Bu kiçik Ģəhər-
karvansaray onların məhbəsi idi. QuĢ quĢluğuyla buraya səkə bilməzdi. Onları ağızda dil, gözdə 
gilə kimi qoruyurdular. Amma neçə ilin içində onlar keĢikçiləri görməmiĢdilər. 
Hovuzun  yanından  bürclərin  üstünə  pillələr  qalxırdı.  Ana-bala  həmin  pillələri  qalxdılar. 
Əvvəllər Ġsmayılın ayağı bir pillədən o birisinə çatmırdı. Anası qolundan dartıb çıxarırdı! On-on 
iki  pilləni  qalxıb  bürcə  çatdılar.  Burada  donmuĢ,  qurumuĢ,  daĢ  geyinmiĢ  döyüĢçülərə  oxĢayan 
qala diĢləri yan-yana dayanmıĢdı. Ana-bala onların yanından keçib gəzinməyə baĢladılar. 
GünəĢ  əyilmiĢdi.  AĢağıdakı  dərələri,  vadiləri,  dağları  bənövĢəyi  rəngə  çalan  kölgə 
basmıĢdı. Təkcə qalanın bürclərini və Savalanı günəĢ iĢıqlandırırdı. 
– Ana, mən darıxıram. Niyə burdan çıxıb getmirik? 
– Hara, oğlum? 
– Ərdəbilə, evimizə. 
– Evimiz yadına gəlirmi? 
– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kiĢnəyirdi. 
Bu  sözdən  sonra  AləmĢahbəyim  özünü  saxlaya  bilməyib  hönkürdü.  Artıq  onun  gözləri, 
qaĢları arasındakı düyün də ağlayırdı. Ġsmayıl təəccüblə dönüb anasına baxdı. 

3  www.sarigelin.net 
 
– Sən niyə ağlayırsan? Atın  ayağını yerə döyüb kiĢnəməsinə görə heç gör adam ağlayar? 
Mən uĢağam, heç ağlamıram... 
Ağlayan  AləmĢahbəyim  –  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  qızı,  ağlamayan  uĢaq  isə 
ġeyx Heydərin oğlu Ġsmayıl idi. 
 
 
BABA UZUN HƏSƏN, NƏNƏ SARA XATUN,  
ATA HEYDƏR SƏFƏVĠ... 
 
Gün  qüruba  əyilmiĢdi.  Kirs  dağının  üstünə  toplaĢan  qara  buludlar  biri-biri  ilə  vuruĢan 
əjdahalara  oxĢayırdı.  Amma  o  əjdahalarda  güc,  taqət  qalmamıĢdı.  Tökülən  qanları  özlərini  və 
səmanı  qan  rənginə  boyamıĢdı.  Ġndi  daha  yavaĢ-yavaĢ,  halsız-halsız  biri-birlərinə  ağız  atır, 
quyruqlarını,  qanadlarını  uzadıb  çəkir,  elə  bil  can  verirdilər.  Onların  arxasında  isə  nəhəng  bir 
kürədən çıxan, məcməyiyə oxĢayan günəĢ elə bil bu qanlı döyüĢdən qorxub Kirs dağının dalında 
gizlənib yaxasını qurtarmağa çalıĢırdı. 
Uzun  Həsən,  Govur  arxının  yanındakı  təpədə,  çadırının  yanında  dayanıb  bu  “döyüĢə” 
baxırdı.  O  qədər  dərin  fikrə  getmiĢdi  ki,  anası  Sara  xatunun  gəlib  onun  yanında  dayan-masını 
bilməmiĢdi. 
–  Sabah  yaxĢıca  yağıĢ  yağacaq,  oğlum.  Uzun  Həsən  dönüb  dolu  əndamlı,  boy-buxunlu, 
yeriĢindən, duruĢundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmiĢdi. 
Belində  zümrüd  qaĢlı  qızıl  kəmər,  əynində  qanovuzdan  köynək,  onun  üstündən  pərəngli, 
qollarının ağzı və ətəkləri daĢ-qaĢla bəzənmiĢ güləçə vardı: Yaylığının altından Ģah tacına oxĢar, 
ondan ensiz, alnını tutan dingə qoymuĢdu. Belinə vurduqu sağ əlinin Ģana barmaqlarında çoxlu 
üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı iĢığını əks elətdirirdi. 
Uzun  Həsən  anasının  geyinib-bəzənməsinə  təəccüb  elədi.  Son  iki  ildə  onu  belə 
körməmiĢdi. 
– Xeyir ola, ana? 
– Xeyirdi, ağrın ürəyimə. 
Uzun  Həsən  baĢını  döndərib  yenə  də  buludlara  baxdı.  “Əjdahalar”  artıq  əriyir,  bozarır, 
göyərirdilər. Təpədən aĢağıda ordugahın çadırları cərgə ilə düzülmüĢdü. Amma bu ordugah ona 
çox  kiçik  görünürdü,  az  görünürdü.  Arazın  o  biri  tayında  dayanmıĢ  Teymurləng  nəvəsi  Sultan 
Əbu Səidin qoĢunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə 
olmalı  idi.  Qaraqoyunlu  sultanı  Cahan  Ģah  Həqiqini  məğlub  eləyib  Ağqoyunlulara  ölkənin 
sultanlıq  taxtına  yol  açdığından  iki  il  keçsə  də,  hələ  də  kifayət  qədər  qüvvə  toplayıb  təzədən 
babasının tutduğu yerlərə göz tikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi. 
Babası  Fəxrəddin  Qara Yuluk Osman bəy Diyarbəkrdə hök-mranlıq edəndə Teymurləngə 
sədaqət göstərmiĢ, Ġldırımla Teymurun Anqara meydan döyüĢündə onun tərəfində olmuĢdur. Ġndi 
üstündən altmıĢ altı il keçəndən sonra nəvələr düĢmən kimi üz-üzə dayanmıĢlar. 
– Ana, deyirsən sabah yağıĢ yağacaq? 
– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmıĢdı. 
Neçə  vaxt  idi  ki,  Qarabağa  yağıĢ  düĢmürdü.  Düzənlərin  otu  qurumuĢdu,  heyvanlar,  atlar 
otlamağa  bir  Ģey  tapmırdı.  Anası  yağıĢı  yad  etməklə  oğlunun  ürəyinə  çökən  qara  fikirləri 
dağıtmaq, ona yaz yağıĢı kimi sərinlik gətirmək istəyirdi. 
– Ana, belə bəzənib, geyinmək də yağıĢa görədi? Ya toy var, mən xəbər tutmamıĢam?  
Sara xatun qürurunu pozmadı. 
– Ay oğul, ana sənə qurban, nə qədər ki, sən varsan, mən elə toyda, bayramdayam. Nə oldu, 
elçilər qayıtdı? 
– Qayıtdı. 
– Nə deyib? 
– Deyib ki, tanımıram Uzun Həsəni. DüĢmənəm onunla. 

4  www.sarigelin.net 
 
– Ay hay... Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danıĢığa. Ġnanmıram 
sənin göndərdiyin adamlara. 
Uzun  Həsən  anasına tərəf döndü. Anası  nə qədər hündürboy olsa da, oğlunun  çiyninə də 
çatmırdı  boyu.  Üstü  tüklü  əlləri  anasının  əllərindən  də  xeyli  böyük  idi.  Qızıl  dəstəkli  əyri 
qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaĢlı üzük də onun barmaqlarını 
nəcibləndirə bilməmiĢdi. 
– Mən boyda oğulun anası düĢmənlə danıĢığa getsin? 
– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danıĢığa getmiĢdim? 
–  Onda  qohumlarımız  dar  ayaqda  idi.  Rəhmətlik  imperator  dördüncü  Ġohannın  qardaĢı 
Davusu  xilas  eləmək  istəyirdik.  Goruna  lə‟nət.  Necə  ki,  oldu.  Əlinə  dönüm  o  Fateh 
Məhəmmədin, yeddi oğlunun özüylə bərabər baĢını vurdurdu. 
Sara xatun oğluna e‟tiraz etdi. 
– Hər necə olsa qayınatanın qardaĢı, arvadın Dəspinə xatunun əmisiydi. 
– Arvadımın əmisi olsa da düĢmənim Cahan Ģahın qayınatasıydı. 
Sara xatun dolub hirslənmiĢ oğlunu sakitləĢdirmək üçün dedi: 
– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. Ġndi mən 
Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da vaxt qazanarıq. 
Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. Ġndi bu vaxt ona hər Ģeydən irəli idi. 
– HazırlaĢ, sabah gedirsən. Kimi özünlə götürəcəksən? 
– ġeyx Heydəri, sonrasına da baxarıq. 
Hava qaralmıĢdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuĢan gecə quĢları görünürdü. 
Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq Ģəklində dəyirmi qurulmuĢdu, çox böyük idi. BaĢ 
tərəfdə  taxt  qoyulmuĢ,  çubuqlardan  hörülüb  üstünə  keçə  çəkilmiĢ  divarın  dibinə  döĢəkçələr 
düzülmüĢdü. O, baĢını əyib içəri girsə də alaçığın qapısından asılan örtüyü salmamıĢdı. ġamların 
zəif iĢığı qapıda dayanan iki keĢikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düĢmüĢdü. O 
birisinin silueti isə havanın fonunda aydın seçilirdi. 
– ġeyx Heydəri yanıma çağırın. 
Xidmətçilər  ġeyx  Heydərin  dalınca  gedəndə  Sara  xatun  yanaĢı  qurulmuĢ  üç  çadırdan 
hansına  girəcəyini  fikirləĢdi.  Bu  alaçıqlar  gəlinlərinin  çadırları  idi.  Birində  Canbəyim  xatun, 
ortadakı alaçıqda SəlcuqĢahbəyim, üçüncüdə isə Dəspinə xatun yaĢayırdı. Böyük gəlinin yanına 
getmədi.  O,  hərəmxananın  böyük  xatunu,  Ģahzadə  Uğurlu  Məhəmmədin  anası  idi. 
SəlcuqĢahbəyim xatun isə oğluna iki oğlan doğmuĢdu. Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü 
gəlin Trabzon imperatorları olan Komnenoslardan IV Ġohannın qızı Feodara idi ki, bu ocağa gəlin 
gələndə adını dəyiĢib Dəspinə xatun qoymuĢdular. 
Sara xatun bir an ayaq saxladı. 
“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxĢı olar. Özü də qız anasıdır. Bu 
dünyaya e‟tibar yoxdur, bilmək olmaz”. 
Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu ġiraz ətri deyildi. Görünür 
onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axĢam saçlarını onunla sirab eləyib ərini 
gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxĢayan 
qızı AləmĢahbəyimin baĢını dizinin üstündən götürdü və ayağa qalxdı. AləmĢahbəyim də ayağa 
durdu  və  irəli  yeriyib  nənəsinin  əlindən  öpdü.  Nənəsi  də  onun  alnından  öpəndən  sonra  Bizans 
ipəyindən tikilmiĢ pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, baĢdan 
ayağa ağ geyimdə idi. DöĢləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi 
irəli çıxmıĢdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs 
cızaraq aĢağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaĢan telbasanla qızılı 
saçlarını yığmıĢ, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmıĢdı.  
– Sara xatun heyranlıqla ona baxırdı. 
– Allah təala sənin bu gözəlliyini mənim oğluma çox görməsin. 
– Sağ ol, ana. 

5  www.sarigelin.net 
 
Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. 
Bilirdi ki, o imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmiĢdi. YaxınlaĢıb 
onun da alnından öpdü. YumĢaq, ipək üzlü pərqu döĢəkçənin üstündə oturdu. 
– ƏyləĢ, qızım. – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O 
birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.” 
Dəspinə xatun da oturdu. 
 
– Sən imperator qızısan. Ġndi də olursan imperator zövcəsi. Amma qızım, hökmdar zövcəsi 
gərək hər bəd xəbərə dözümlü olsun. 
– Nə olub? 
– Heç nə olmayıb. Ola bilər.  
– Nə? 
– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmiĢə bizdə olmalıdır. Onu özgələri bilməyə 
də  bilər.  Taleyin  hökmü  sabah  oxunacaq.  Ya  biz  olacayıq,  ya  da...  Teymur  nəvəsi  Sultan  Əbu 
Səid  ərini  ölüm-dirimə  çağırır.  Allah  kimə  verə,  verə.  Güc  onun  tərəfindədir.  Sabah  oğlum 
döyüĢdə uduzsa biz hamımız əsir oluruq. 
– Yox, ana, mən əsir olan deyiləm. 
– Sağ ol, qızım. Çingizlə XərəzmĢah Sultan Cəlaləddin vuruĢanda, Cəlaləddin bundan da 
ağır  bir  gündəydi.  QarĢısında  Çingiz  ordusu,  arxasında  da  Hind  çayının  sıldırım  sahilləri. 
Hərəmləri  ələ  düĢməsin  deyə  hamısını  özü  çaya  atdı.  Özü  da  atla  tullandı.  Özünün  əcəli 
çatmayıbmıĢ, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada 
çay Arazdı, o da bir az aralıdı.  
Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi. 
–  Qapı  açılır.  Görsək  ki,  düĢmən  güc  gəlir,  onda  bu  qaĢın  içindəki  süleymaniyyə  zəhəri 
köməyimizə  çatar.  Ölüm  haqdı.  DöyüĢdə  ər  ölürsə,  o  qəhrəmandı.  Arvadı  da  onunla  bərabər 
ölürsə, o da namus qəhrəmanıdır. 
Dəspinə xatun üzüyü aldı, qaĢına baxdı. 
– Ana, bu üzükləri çoxdan saxlayırsan? 
– Çoxdan. Fateh Sultan Məhəmmədlə danıĢığa gedəndə də biri barmağımdaydı. Gəlinlərim 
artdıqca da düzəltdirmiĢəm. 
– Gecən xeyrə qalsın, qızım. Deyir axĢamın xeyrindən səhərin Ģəri yaxĢıdır. 
Sara  xatun  əlini  yerə  dayaq  verib  qalxana qədər çinar boylu  Dəspinə xatun  ayaq üstündə 
idi. Sara xatun əllərini göyə qaldırdı.  
– Ey bu axĢamın sahibi, oğlumu sənə tapĢırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi 
iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi iĢıqlı elə.  
– Amin, - deyə Dəspinə xatun ona səs verdi. Amma bu “amin“də” duadakından daha böyük 
bir kədər, yalvarıĢ və titrəyiĢ vardı. 
Uzun  Həsən  anasının  “ġeyx  Heydərlə  gedəcəyəm”  deməyinin  mə‟nasını  tez  almıĢdı.  O, 
xəbər tutmuĢdu ki, Sultan Əbu Səid babası Teymur kimi Ərdəbildəki ġeyx Səfiyyəddin pirində 
ziyarət  etmiĢ,  oraya  böyük  nəzir-niyaz  vermiĢdi.  Hazırda  həmin  pirin  Ģeyxi  ġeyx  Heydərdi. 
Heydərin atası Cüneyd də onların kürəkəni idi. Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiĢ, 
onlardan Heydər dünyaya gəlmiĢdi. Cüneydi ġirvanĢahlar öldürəndən sonra Heydəri dayısı Uzun 
Həsən böyütmüĢdü. 
Alaçığa  ruhanilər  kimi  uzun  əba  geyib  baĢına  ağ  çalma  qoymuĢ  ġeyx  Heydər  girdi. 
Dayısına tə‟zim eləyib: 
– Cəddim Museyi Kazım köməyində dursun, dayı, – dedi. – Sizin çağırıĢınızla gəlmiĢəm, 
dediyinizə müntəzirəm. 
Heydər o zaman on dörd, on beĢ yaĢında olardı, ya olmazdı. Bu ağsifət, zərif oğlan kamil 
təhsil almıĢdı. Dayısının əməl etdiyi sünni-hənəfi təriqətinin bütün incəliklərini öyrənsə də atası 
Cüneydin  üzünü  görməsə  belə  onun  yolu  ilə  getmiĢ,  Ģiəliyi,  səfəvilərin  batin  elmini  də 
öyrənmiĢdi. 
– Gəl otur. 

6  www.sarigelin.net 
 
O, dayısının göstərdiyi yerdə bardaĢ qurub oturdu. Ġri ağıllı gözlərini dayısına dikdi. 
– EĢidirəm. 
– Məsələdən yəqin ki, xəbərdarsan?!   
– Bəli. 
–  Ġndi  bizə  vaxt  qazanmaq,  Sultan  Əbu  Səidə  nə  vasitə  ilə  olur-olsun  tə‟sir  köstərmək 
lazımdır.  Sabah  tezdən,  Allah  qoysa  sübh  namazından  sonra  nənən  Sara  xatunla  Əbu  Səidin 
ordugahına gedirsən. Sənin getməyin çox vacibdi. Əmir Teymur sizin ocağa bağlı olub. Əbu Səid 
sənə e‟tinasızlıq göstərə bilməz. Ortada sülh yaratmaq vacibdir. Elə bilmə ki, dayın qorxur. Yox, 
bir gün yaranan, bir gün ölməlidir. Nuha, Süleymana, Ġldırıma, Teymura qalmayan dünya bizə də 
qalmayacaq.  Ağılsızlıq  ucundan  ölənlər  bu  saydıqlarımın  heç  biri  olmur.  Biz  Sultandan 
gücsüzük.  Ondan  bir  qıĢı  Qarabağda  qalmağa  rüsxət  alsaq,  Allah  qoysa  yazda  qoĢun  toplayıb 
öhdəsindən gələrik.  Elə belə də deyərsiniz. Deyərsiniz, qıĢı Qarabağda qalaq, yazda köçüb ata-
baba yurdumuz Diyarbəkrə, Amidə gedərik. Ġndi tərpənsək, yolda mal-heyvanımız qırılar. Fikrim 
sənə aydın oldu, bacıoğlu? 
–  Bəli,  gün  kimi,  hələ  bir  çox  mətləblər  var  ki,  onları  da  mən  əĢyayi-sübut  kimi  gətirib 
Sultanın fikrini döndərməyə çalıĢaram, inĢallah. 
Onlar  söhbət  elədikləri  müddətdə  Sara  xatun  böyük  hərəm  Canbəyim  xatuna  da  üzüyü 
verib SəlcuqəĢahbəyim xatunun çadırına girmiĢdi. 
SəlcuqəĢahbəyim xatun uzanıb yorğanı da baĢına çəkmiĢdi. Sara xatun gələndə kəniz onu 
oyatdı. O, qalxdı, saçları pırtlaĢmıĢdı, çox yatdığından gözlərinin altı da ĢiĢmiĢdi. 
“Ya oğlanlarına arxayındı, ya da oğlumdan əlini üzüb, onu gözləmir. AxĢamnan yatıb heç 
nədən də xəbəri yoxdur” 
SəlcuqəĢahbəyim iri döĢləri, ətli əndamı, ağbəniz çöhrəsi olan gəlin idi. Amma Sara xatun 
onu həmiĢə qaraqabaq görərdi. Ġndi də onunla heç bir zarafat eləmədi, xoĢ söz demədi. 
SəlcuqəĢahbəyim qalxıb gecə köynəyində qayınanasına yaxınlaĢdı, onun əlindən öpdü. O, 
oturandan sonra özü də oturdu. Sara xatun dinməmiĢ özü baĢladı: 
– Ana, bir Ģirin yuxu görürdüm. Görürdüm ki, göydə GünəĢlə Ay yaxınlaĢıb, bunlardan biri 
oğlum Xəlilə, o birisi Yaquba oxĢayır. Bir də görmüĢəm ki, rəmmal gəlib, buna rəml atdırıram. 
Deyir o GünəĢ ki var, tacdı... 
Sara xatun əlini dodaqlarına qoydu. 
– Sus! Hələ bu ölkənin günəĢi batmayıb ki, burnu selikli oğlunun baĢına tac qoyasan. 
– Mən elə demədim, yuxumu danıĢdım. Ay ana, vaxt keçəcək, ay keçib illər ötəcək, qərinə 
dəyiĢəcək, biz hamımız gedəcəyik, Allah eləməsin sahibimizin baĢından bir tük əskik olsun. Olur 
da, yə‟ni mənim bu gül balalarımın baĢına... 
– Ayıbdı, SəlcuqəĢahbəyim. Mənim oğlumun düĢməni elə onun evinin içindəymiĢ ki. Al bu 
üzüyü, qaĢında zəhər var. 
– Mənə zəhər verirsən? Bir səhvdi  elədim,  ağlım kəsmədi. SəlcuqəĢahbəyim Sara xatuna 
tərəf dizin-dizin süründü. 
– Sal, barmağında saxla, mən içəndə sən də içəcəksən. 
Sara xatun hirslə dönüb ağır-ağır alaçıqdan çıxdı. 
Torağaylar  millənib  göyün  üzündə  oxuyurdular.  At  belində  oturan  Sara  xatun  baĢını 
qaldırıb baxdısa da, onu görə bilmədi. Onunla yanaĢı at sürən ġeyx Heydərə döndü: 
– Bu torağay oxumağı xeyirliyədi, ya ziyanadır? 
– Xeyirliyə olar, nənə. 
Hava iĢıqlaĢar-iĢıqlaĢmaz yola düĢmüĢdülər. Qaradonlu yanında Arazı bərəylə keçmiĢ, Əbu 
Səidin Qızıltəpə yanında dayanan ordugahına yan almıĢdılar. Bir az da gedəndən sonra Əbu Səid 
döyüĢçüləri onların qarĢısına çıxdı. 
– Kimsiniz, hara gedirsiniz? 
– Elçiyik. Sultanın yanına gedirik. 
Sara  xatun  qara  çin  xarasından  çarĢaf  örtmüĢdü.  O,  belə  səfərə  çıxanda  mütləq  çadra 
örtərdi. Özgə vaxt çadra nə olduğunu bilməzdi. 

7  www.sarigelin.net 
 
– Bu zənən xaylağı da elçidir? – Dəstə baĢçısının ki-nayəsinə ġeyx Heydər cavab verdi: 
– O zənən Uzun Həsənin anasıdır. Ona baĢ əyməlisən, ağayi baĢçı. 
BaĢçı  əlini  döĢünə  basıb  tə‟zim  elədi.  Sonra  da  baĢını  qaldırıb  qadına  baxdı.  Sara  xatun 
barəsində çox eĢitmiĢdi. Onunla Fateh Sultan Məhəmmədin danıĢıqlarından da xəbəri vardı. Ġndi 
elə bil çadralı qadına yox, atlı, çadralı, yanındakı çalmalı gənclə bərabər göydən enən məleykəyə 
baxırdı. 
Sara xatunun da, ġeyx Heydərin də atları dayanmıĢdı. Çünki onların qabağını beĢ nəfərlik 
bir dəstə kəsmiĢdi. Hamısı da quruyub qalmıĢdı. Nə edəcəklərini bilmirdilər. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin