Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   2   3   4   5   6   7   8   9   ...   35
Sara xatun sifətini açıb onlara baxdı və dedi: 
– KiĢi qadının yolunu kəsməz. Mən Sultanla danıĢığa gedən hökmdar anasıyam. 
Onlar tez yoldan çəkildilər və onları müĢayiət eləməyə baĢladılar. 
Uzaqdan  Qızıltəpə  görünəndə  baĢçı  onlardan  yavaĢ-yavaĢ  gəlməyi  rica  edib  özü  atını 
ordugaha çapdı. 
Qızıltəpə ətrafı su dolu çuxurla əhatə olunmuĢ bir hündür, bir də alçaq təpədən ibarət idi ki
monqollar bu kiçik qalanı dağıdıb yerlə yeksan etmiĢdilər. Təpənin üstündə keĢikçilər qaralırdı. 
Amma  ordugah  aĢağıda  salınmıĢdı  və  göz  iĢlədikcə  çadırlar  düzülmüĢdü.  At  kiĢnərtisi  düzləri 
baĢına  götürmüĢdü.  Hardansa  qalxana  dəyən  qılınc  səsi  gəlirdi.  Görünür  məĢq  keçirdilər.  Sara 
xatun görürdü ki, sultanın qoĢunu oğlununkundan xeyli çoxdur. 
Bir dəstə atlı ordugahdan çıxıb onlara tərəf çapırdı. 
Yolun sağında onlardan az aralıda iri, nəhəng Hindistan fili dayanıb xortumunu yellədir, at 
kimi elə bil milçəyini qovurdu. 
– Fili görürsənmi, ay nənə? 
– GörmüĢəm, ay bala. Teymur Anqaraya bunlardan düz otuz səkizini gətiribmiĢ. Rəhmətlik 
anam danıĢardı. Mən fili sonralar gördüm. 
– Ġndi də Əbu Səid bizim üstümüzə fillə gəlib. 
– Özünü qorxuzma. Allah kərimdi. 
Dəstə  çatdı,  onları  salamladılar.  Özləri  atdan  düĢdülər.  Hökmdar  sarayına  bir  ox  mənzili 
qalmıĢ atdan düĢüb piyada getmək adət idi. ġeyx Heydər atdan düĢüb nənəsinə də kömək eləmək 
istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxĢayan razı olmadı. 
– Sara xatun atdan düĢməyəcək. 
Sara  xatunun  atının  yüyənindən  tutub  Sultan  çadırının  yanına  qədər  apardılar.  Orada 
üzəngini basdılar, bu yaĢlı, kök qadın çox yüngüllüklə atdan düĢdü, çadrasını düzəltdi, bayaqkı 
adama baxdı. 
– Buyurun, Sultan səni elə indi qəbul eləyir. 
Ə‟yan  onlardan  əvvəl  çadıra  girib  diz  çöküb  tə‟zim  elədi,  torpağı  öpəndən  sonra  baĢını 
qaldırıb Sara xatunun gəldiyini xəbər verdi. 
– Buyursun. KiĢilər qorxularından gizlənib, arvadları qabağa veriblər... Bu sözü yavaĢ dedi 
ki, eĢitməsinlər 
Əyan  qayıdıb  onları  içəri  çağırdı.  ġeyx  Heydərə  tapĢırdı  ki,  əyilib  torpağı  öpsün.  Heydər 
ona narazılıqla baxdı. Ə‟yan bu baxıĢı gördü. 
– Mən deyənə bax. 
Heydər dinmədi. 
Sara  xatun  baĢını  əyib  çadıra  girdi.  Bu  çadır  onun  oğlunun  alaçığına oxĢayırdı. Dirəkləri 
də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi 
kimi qızıldan idi. Ġçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaĢa eləsin. 
Sultan Əbu Səid özü sadə geyinmiĢdi. Amma belə deyilmiĢ. O, altdan zireh qurĢamıĢ, üstündən 
xələt geymiĢdi. Xələti zirehin üstündən geyirdilər ki, günəĢ zirehi qızdırıb yayın istisində yeddi-
səkkiz saatlıq vuruĢmada onlara əziyyət verməsin. 
Sara xatun çadırın ağzında dayanmıĢdı. Sultanın əynində zirehi görəndə azacıq baĢı gicəldi, 
sonra  da  yüngülcə  ağrı  baĢladı.  Demək  o  artıq  döyüĢə  hazırdır.  ġəxsən  özü  qılınc  çalmağa 
hazırdır.  Amma  yox,  bu  təkbətək  onun  oğlu  Uzun  Həsənlə  döyüĢsə  çox  dözə  bilməz.  Bunun 

8  www.sarigelin.net 
 
qoĢunu  və  var-dövləti  çoxdur.  Çox  olar  da!  Teymur  Hindistanın  almasına,  lə‟l-cəvahiratına, 
qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı? 
Sultan Əbu Səid Sara xatunun çadırın ağzında dayandığını görüb ixtiyarsız yerindən qalxdı. 
YavaĢ-yavaĢ  ona  tərəf  gəlməyə  baĢladı.  Sara  xatun  möhtəĢəm  qadın  və  ana  heykəli  kimi 
dayanmıĢdı. Örpəyinin altından çıxmıĢ ağ birçəkləri onu daha da nuraniləĢdirmiĢdir. Sultan Əbu 
Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmıĢdı. Nə edəcəyini bilmirdi. KiĢi elçilər onun təbəələri 
kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır... 
– XoĢ gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarĢılamıĢdı? 
– Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi. 
 
Sultan  Əbu  Səid  Fateh  Sultan  Məhəmmədi  kiçildən  söz  demək  istədi.  Amma  sözlərini 
uddu. 
– Xatunların elçi getməyi sizinlə baĢlayıb. O necə qarĢılayıbsa biz də elə etməliyik. Çünki 
adət artıq yaranıb. O, Sara xatunun əlindən öpdü. 
– Buyur əyləĢ, ana... 
– Çox sağ olun. Siz də çox lütfkar hökmdarsınız. 
Sara  xatun  sultanın  taxtı  yanında  qoyulmuĢ  kürsüdə  oturmağa  gedəndə  Əbu  Səid  uĢaq 
sifətli ġeyx Heydərə baxdı. Heydər ona yüngülcə baĢ əydi. Bu Əbu Səidi haldan çıxardı. 
–  Sizə  deməyiblar  ki,  Xorasanın,  Mavərənnəhrin,  Ġranın  yarısının  hökmdarı  qarĢısında 
torpağı öpməlisiniz? 
–  Dedilər.  Ancaq,  ey  hikmətli  sultan,  mənim  dodaqlarım  Qur‟anı  öpməyə  öyrənib. 
Qurandan  əvvəl  və  ya  sonra  torpaq  öpmək  günahdır.  Heç  siz  də  müzayidə  eləməmisiniz  ki, 
Qur‟ani Ģərifə – əstəğfürullah hörmətsizlik eləyək. 
– Əstəğfürullah! – deyən Sultan təəccüblə bu cavan Ģeyxə baxdı. – Sən hara Ģeyxisən?  
– Ərdəbil. 
Bu  sözdən  sonra  deyəsən  Sultan  Əbu  Səid  bir  az  ağardı  da.  Onun  qıyıq  gözləri  bir  neçə 
dəfə qırpıldı. 
– Ya Ģeyx, buyurun əyləĢin. Mən istəyərdim ki, babam Teymurla, Allah onun gorunu nurla 
doldursun, baban ġeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danıĢasan. 
– Allah hər ikisinə rəhmət eləsin, – deyə ġeyx Heydər onun səhvini düzəltdi və Sultan da 
onun  dediklərini  təkrar  etdi.Bundan  sonra  taxtına  tərəf  getdi.  O  yeridikcə  elə  bil  araba 
cırıldayırdı. Əynindəki zireh geyim sürtülür, dəmir səsi çıxırdı. Deyəsən bunu özü də hiss elədi. 
Əl çaldı, xidmətçilər hazır oldu. 
– Çağırın bura bütün üləmaları, saray ə‟yanlarını. 
Bir  azdan  onlar  çadırda,  döĢəkçələrin  üstündə  bardaĢ  qurub  oturmuĢdular.  Amma  Sultan 
getmiĢdi.  Bir  azdan  o  da  çadırın  arxasındakı  yoldan-qapıdan  girdi.  Hamı  ayağa  qalxdı.  Sultan 
qırmızı  qumaĢdan  yaxalığı,  qollarının  ağzı,  ətəkləri  iĢləməli  bahalı  əbasını  geyinmiĢdi.  Daha 
onun bədəni dəmir səsi vermirdi. 
Sara xatun yanındakı ġeyx Heydərə baxıb gülümsədi. Bu o demək idi ki, artıq zirehli döyüĢ 
paltarını soyundurmuĢuq. Bu böyük irəliləyiĢdi. 
Əbu Səid əli ilə iĢarə verib oturanlara ġeyx Heydəri göstərdi. O, ayağa qalxdı. 
– ġeyx Heydər Ərdəbildə ziyarət elədiyimiz Darül ĠrĢad türbəsinin Ģeyxidir. Özü də ġeyx 
Səfiyəddinin nəvələrindəndir. Hamınız bilirsiniz ki, ulu babam, Əmir Teymur o türbədə namaz 
qılar, oruc tutardı. Özü də nəzir kimi o türbəyə on kənd bağıĢlayıb. 
– Rəhmətlik anasının pulu ilə – deyə ġeyx Heydər düzəliĢ verdi. 
– Bunun fərqi varmı? 
– Var. Əmir Teymur, özü anasına məxsus olan pulla o kəndləri alıb ki, həmən pul halaldır. 
Oturanlar heyrətlə ona baxır, ağ saqqallı üləmalar onu sanki gözləri ilə yemək istəyirdilər. 
– Ya ġeyx,bayaq dediyim əhvalatı danıĢ. Sizin kitablarda o daha səhih olar. Heydər söhbətə 
baĢladı. 
– Əmir Teymur Darül ĠrĢadı dağıtmaq üçün bə‟zi üləmaların fitvası ilə Ərdəbilə gəlmiĢdi. 
Çünki  mənim  ulu  babamın  əqidəsi,  təriqəti  və  məzhəbi  onların  xoĢuna  gəlmirdi.  Amma  Əmir 

9  www.sarigelin.net 
 
Teymur, Allah onun ruhunu Ģad eləsin, Darül ĠrĢada gələndə ürəyində üç niyyət tutmuĢdu. Birinci 
niyyəti  bu  idi  ki,  ġeyx  Əli  məni qarĢılamağa çıxmama-lıdır. Mə‟lumdur ki,  ġərqin hökmdarını 
qarĢılamamaq  mümkün  olmayan  iĢdi.  Ġkinci  niyyəti  o  idi  ki,  əmirə  burada  dağ  keçisinin 
südündən aĢ biĢirib verməlidilər. Nə üçün plov yox, südlü aĢ? Üçüncü niyyəti də bundan ibarət 
idi ki,  ġeyx Əliyə bir cam  Ģərbətin içində zəhər verilməlidir. Ölməsə Əmir Teymur bu türbəyə 
biyət eləyəcək, onu dağıtdırmayacaqdı. 
Ziyarətgahın qapısında, Əmir Teymuru qarĢılayanların arasında ġeyx Əlini görmür. 
– Hanı ġeyx Əli? 
– Ziyarətlə məĢğuldur, – deyirlər. 
Birinci  niyyəti  baĢ  tutur.  Xoca  Əli  gəlir,  böyük  hökm-darı  türbənin  hücrələrini  gəzdirir, 
pəncərədən təpədəki dağ keçiləri görünürmüĢ. O piĢxidmətlərə deyir: 
– O keçiləri sağın, südündən Əmir Teymura südlü aĢ biĢirin. Mə‟lumdur ki, müqəddəsləri 
ziyarət eləyənlər ağ libas geyirlər. Xoca Əli də, Darül ĠrĢaddakı bütün Ģeyxlər də ağ, kəfən rəngli 
xirqə geyirdilər. Əmir Teymur əmr edir ki, Xocaya Ģərbət gətirsinlər. 
ġərbəti  gətirirlər,  Ģeyx  baĢını  qaldırıb  göylərə  baxır,  ürəyində  nəsə  oxuyub  zəhər  qarıĢıq 
Ģərbəti içir. Bundan sonra hücrədə gəĢt gedir. O qədər gedir ki, əynindəki ağ xirqə yamyaĢıl olur. 
Deyir: 
– Əmir Teymur, Ģərbətdəki zəhər də Allahın köməyi ilə tərlə gəlib çıxdı. Ġndi keçək imam 
övladını ziyarət eləyək. 
– Bərəkallah – deyən səslər eĢidildi. – Belə ocaqdan da belə Ģeyx çıxar. 
Elə bil sultan Əbu Səid ayıldı. 
– Ya Ģeyx, sən niyə Uzun Həsənin elçisi kimi gəlmisön? 
– Deyəcəm.  Əmir Teymur Anadoluya, Ġldırım Bayazidin üstündə gedəndə xeyir-duanı da 
mənim  babalarım  vermiĢdi.  Onun  silahı  qalib  gəldi.  Ġndi  bizim  ocağımız  Uzun  Həsənin 
tərəfindədir. Uzun Həsən mənim dayımdır. 
Əbu  Səid  bu  sözlərdən  sonra  çıxılmaz  vəziyyətdə  qaldı.  Onu  bu  vəziyyətdən  çıxaran  ağ 
saqqallı, batıqgözlü doxsan, yüz yaĢını haqlamıĢ üləma oldu. 
– Ġndi sizdə o güc qalmayıb. Atan ġeyx Cüneyd, düzdür, Sara xatunun qızı ilə evlənib, sən 
də onun oğlusan. Amma o nəsil bununla üçüncü dəfə tərsa qızı ilə evlənir. Qan dəyiĢib. Buna nə 
deyirsən, Ģeyx?  
– Tərsanı müsəlman eləmək böyük savabdı. 
– Bəs imam övladının qanına tərsa qanı qatmaq necə? 
– Mən cavabımı verdim. 
Əbu Səid yüngülləĢdi, əlini qaldırıb mübahisəni kəsdi. 
Üzünü Sara xatuna tutdu: 
– Ana, səni eĢidirəm. 
Sara  xatun  yerindən  qalxmadı.  Alçaq,  lakin  hamının  eĢidə  biləcəyi  bir  səslə  qətiyyətlə 
danıĢmağa baĢladı. 
– Sultan, burada bir neçə dəfə Əmir Teymurun ruhuna rəhmət oxunub. Amma onun yoluna 
əməl  olunmur.  Niyə?  Sözümü  kəsməyin,  mən  bir-bir  aydın  eləyim.  Ġranda  Teymur  qarĢısına 
çıxan,  onunla  vuruĢan,  qaçan,  Teymur  çəkiləndə  yenə  gəlib  həmin  torpaqları  tutan  kim  idi? 
Deyəcəksən  Qaraqoyunlu  Qara  Yusif.  Cahan  Ģah  kimdi?  Qaraqoyunlu  Qara  Yusifin  oğlu, 
Anadoluda, Diyarbəkrdə Teymurun dəstəsinə qoĢulan, ona öz köməyini, sədaqətini əsirgəməyən 
kim  idi?  Qara  Yuluk  Osman.  Uzun  Həsən  kimdi?  Qara  Yuluk  Osmanın  nəvəsi.  Ağqoyunlu. 
Teymurun  dostları  onun  düĢmənlərinə  qalib  gəliblər.  Teymurun  nəvəsi  isə  babasının 
düĢmənlərinə  görə  onun  dostlarıyla  cəng  eləməyə  gəlib.  Ġndi  dostluğu,  düĢmənliyi  necə  baĢa 
düĢək. 
Sara xatun yaranan vəziyyəti yaxĢı baĢa düĢürdü. 
ġərqdə  Teymurun  əsasını  qoyduğu  imperiya  ġahruxdan  sonra  parçalanmıĢdı.  Əvvəlki 
əzəməti,  qüdrəti  saxlamaq  üçün  bundan  əlveriĢli  fürsət  ola  bilməzdi.  Qaraqoyunlular  əvvəllər 
onlardan asılı olsalar da, CahanĢahın vaxtında qüvvətlənmiĢ, o Sultan ləqəbi qəbul etmiĢdi. Ona 

10  www.sarigelin.net 
 
daha  Teymur  oğullarının  diĢi  batmırdı.  Belə  qüvvətli  bir  düĢməni  artıq  Ağqoyunlular  aradan 
qaldırıb. Ağqoyunluların isə qüvvətlənmasi üçün vaxt lazım gəlirdi. Əbu Səid buna imkan verə 
bilməzdi. Cahan Ģahın qanını alıb, onun yerinə baĢqa Qaraqoyunlu keçirməyi bəhanə gətirirdilər. 
Əsas qorxulu düĢmən Uzun Həsən, onun Bayandur tayfası, bir sözlə Ağqoyunlular idi. Əgər o, 
aradan götürülsə Azərbaycan, Arran, Ġran, Ġraqi Ərəb, Ġraqi Əcəm Əbu Səidin əlinə keçəcəkdi. 
Əbu Səid vəziri bayaqkı ə‟yanla pıçıldaĢdı. Bundan sonra Sultan qalın, uca səslə danıĢmağa 
baĢladı. 
–  Biz  Yuluk  Osmanın  nəsilləri  Bayandurlar,  Ağqoyunlularla  dost  idik,  onların  ata-baba 
mülkü  Diyarbəkrdə.  Onlar  bizə  tərəf  yaxınlaĢanda,  böyük  bir  ölkənin  hökmdarını  öldürəndə, 
bizim  də  sümüyümüz  sancır.  Ona  görə  də  vuruĢmağımız  labüddür.  Çıxın  gedin  Diyarbəkrə, 
siznən həmiĢə dost olarıq. 
– YaxĢı dostluqdur, – deyə Sara xatun öz-özünə deyindi. 
–  Ana,  bu  yerlər  heç  vaxt  Ağqoyunluların  olmayıb.  Qaraqoyunluların  torpaqlarını  niyə 
tutmaq istəyirsiniz? 
–  Bu  il  Diyarbəkrdə  quraqlıq  keçib,  mal-heyvanımızı  bu  tərəfə  qovmuĢuq.  Əgər  Ġranın, 
Ġraqi Əcəmin, Ġraqi Ərəbin, Rey mülkünün qəhrini çəkirsinizsə, onlarda bizim gözümüz yoxdur. 
– Bəs Azərbaycan? 
– Öz yurdumuzdan da çıxaq? 
– Azərbaycan əmim MiranĢah Mirzənin mülküdür. 
Sara  xatun  Əbu  Səidə  güzəĢt  etməyə  gəlmiĢdi.  O,  Ağqoyunlu  nəslini  bu çətin anda xilas 
etməli, döyüĢdən çəkindirməlijdi. 
–  YaxĢı,  onda  Sultan  razılıq  versə  bu  qıĢı  Qarabağda  qalar,  yazda  Diyarbəkrə  qayıdarıq. 
Yəqin ki, buna e‟tirazınız olmaz. 
Əbu Səid çiynini çəkdi. Dejəsən bu fikirlə razılaĢmağa hazır idi. Amma vəzir qalxıb yenə 
onun qulağına nəsə pıçıldadı. O, danıĢdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaĢan göz 
qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. Qızıl, daĢ-qaĢla bəzənmiĢ tac qoymuĢ baĢını 
tərpədib razılığını bildirdi. Sonra üzünü Sara xatuna döndərdi: 
– Köhnə, babaların dostluğu naminə mən Həsənlə vuruĢmaqdan vaz keçirəm. Ancaq baba 
ruhu  əziz  olur.  Əmir  Teymur  həmiĢə  qıĢı  Qarabağda  keçirərdi.  Mən  də  bu  qıĢı  Qarabağda 
keçirmək istəyirəm. Hələ ki, yağıĢlar baĢlamayıb, çıxın kedin Diyarbəkrə. Sonra gec olar. 
Sara xatun  ürəyinin dərinliyində bu danıĢıqdan razı qaldı. Oğlu sağ-salamat idi. Gəlinləri 
üzüklərdən  istifadə  etməyəcəkdilər.  Azacıq  qoĢunları  da  dağılıĢmayacaqdı.  Demək  heç  olmasa 
fürsət gözləməyə ümid var. Ölümün pəncəsindən qurtarırdılar. 
Sara xatun Sultandan icazə alıb getmək istədi. 
– Bu saat sizi yola salarlar. 
Sultan  iĢarə  verdi.  Açıq  qolları  və  əzələli  çiyinləri  yağlanmıĢ  kimi  parıldayan qara həbəĢ 
əllərində üstünə zərxara örtük salınmıĢ bir nimçə gətirdi. Sultanın qarĢısında diz çökdü. 
Sultan örtüyü qaldırdı. Qızıl nimçədə incilərlə dövrələnmiĢ, iri firuzə qaĢlı nəfis bir qolbaq 
vardı. Sultan onu götürdü. 
– Ana, bu hədiyyəni kiĢilərin iĢini boynuna kötürən Sara xatuna mənim anam göndərib. Bu 
ona görə qiymətlidir ki, onu Əmir Teymur özü Təbriz ustalarına düzəltdirib. 
Sara xatun hədiyyəni kötürüb Sultana öz təĢəkkürünü bildirdi. 
Ġkinci qara qul ovcunda yanaĢı tutduğu qılıncı Sultana uzatdı. 
Bu qılınc da qızılla iĢlənmiĢdi. Qəbzəsində almaslar da parıldayırdı. 
– Bu qılıncı isə biz dostlara bağıĢlarıq. Mənim hədiyyəm kimi Həsən bəyə verərsiniz. 
O, “bəy” kəlməsini xüsusi bir vurğu ilə deyirdi. “Bəy” ləqəbi Sultandan sonra gələn altıncı-
yeddinci dərəcəli titul idi. 
Sultan  Əbu  Səid  ġeyx  Heydəri  də  yaddan  çıxarmamıĢdı.  Qabaqda  cavan,  saqqalından, 
əmmaməsindən  və  libasından  ruhaniyə  oxĢayan  Ģəxs  qara  örtüyə  bürünmüĢ  bir  əĢya  gətirdi. 
Sultan Əbu Səid onu aldı, örtüyü açdı, qızıl qabda dəri cildli kitab vardı. 
– Ya Ģeyx, yaxına gəl. 

11  www.sarigelin.net 
 
Heydər yaxına getdi. Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaĢdırandan sonra 
onu ġeyx Heydərə uzatdı. 
– Qahirə Abbasi xəlifəsinin babama göndərdiyi Qurani Ģərifin bir mübarək nüsxəsidir. Bu 
nüsxə Darül ĠrĢada nəzirdir, onu sənə verməklə özümü xoĢbəxt bilirəm. Cəd-diniz köməyimizdə 
olsun. 
ġeyx Heydər də, Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı, qara örtüyə büküb 
götürdü. 
Onlar mürəxxəs oldular. 
Uzun  Həsən  anası  və  bacısı  oğlu  ilə  bərabər  alaçığında  oturmuĢdu.  Sara  xatun  danıĢığın 
gediĢini  olduğu  kimi  danıĢdıqca  oğlu  əsəbiləĢirdi.  O,  iri  barmaqlarını  dodaqlarına  dayamıĢdı. 
Hirsləndikcə yumruğunu gürz kimi dizinə endirirdi. 
Anası onu sakitləĢdirirdi. 
–  Döz,  oğlum.  Hökmdarın  birinci  üstünlüyü  onun  səbridir.  Səbrlə  dünyanı  tutmaq  olar  – 
səbrsizliklə  ayağının  altındakı bir qarıĢ torpağı  da uduzarsan. Biz ondan vaxt  oğurladıq. VuruĢ 
olmayacaq.  Biz  Qarabağdan  çıxırıq.  Bilmək  olmaz  beĢ  gündən  sonra  nə  baĢ  verəcək.  Bizi  çox 
lütflə  qarĢılayıb,  lütflə  də  yola  saldı.  Amma  ġeyx  Heydər,  onun  hədiyyələrindən  ağlım  bir  Ģey 
kəsmədi. 
– Mənim də. 
– Sən nə fikirləĢdin? 
– O qolbaq ki, var, onu gərək açıq verəydilər, bağlı verdilər. Bu o deməkdi ki, siz mənim 
əlimdə bu qolbaq kimi mühasirədəsiniz. Mənə də nəzir verdiyi hədiyyə o demək idi ki, sən bu 
iĢlərə  qarıĢma,  get  kitabını  oxu.  Bircə  dayıma  göndərdiyi  qılıncı  baĢa  düĢə  bilmədim.  Özü  də 
deyir ki, bu qılıncı dosta bağıĢlayırıq. 
Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmıĢ qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini 
qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu 
qılıncın tiyəsi yox idi. 
– Demək belə, mənə də demək istəyir ki, sənin qılıncının tiyəsi yoxdur. Qılıncın qında pas 
atacaq. Ana, mən onunla vuruĢmaq istəyirəm. 
– Oğul, cavansan, beynin hələ qandı. Hər Ģeyi ölçüb biçmək lazımdır. Çağır sərkərdələrini, 
yaxın adamlarını, ağsaqqalları məsləhətləĢək. Sənin bu döyüĢün diri gözlü ölümə getməkdir. 
– Dayı, mənim də bir məsləhətimə qulaq asın da. 
– Buyur, ġeyx. Cəddini köməyimizə çağır görək necə olacaq. 
–  Biz  ona  kələk  gəlməliyik.  Biz  buradan  çəkilək.  Qoy  Əbu  Səid  Arazı  keçsin.  O,  Arazı 
keçib Qarabağa gəlsə iĢlər düzələcək. Onda biz Arazı o taya keçərik. Qarabağda bu qıĢ ot yoxdu. 
Quraqlıq keçib, taxıl da yoxdu. Qırx-əlli minlik ordunu, bir o qədər atı, filləri, dəvələri saxlamaq 
mümkün  deyil.  Biz  də  Arazın  o  tayında  yolları  kəsərik.  Əbu  Səidin  özü  düĢəcək  o  qolbağın 
arasına. 
Uzun Həsənin fikri harasa getmiĢdi. ġeyx Heydərin dediklərinin yarısını eĢidə bilməmiĢdi. 
Ona görə də xahiĢ elədi ki, təkrar danıĢsın. Təklif olunan ağlına batdı. Üzünü anasına çevirdi. 
– Sən nə deyirsən? 
– Çox ağıllı fikirdi. Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur. 
– Arazın o tayına keçsək Ərdəbil də bizim olacaq. QoĢunu elə Darül ĠrĢaddan gələn ehsanla 
saxlayarıq.  Hər  gün  yüzlərlə  mürid  gəlir.  Onları  silahlandırıb  qoĢunun  sayını  artırarıq. 
Xorasandan gələn yolları kəsib qoĢununun bütün ərzaq yolunu bağlayarıq. 
Uzun  Həsən  gecənin  bu  vaxtı  elə  bildi  günəĢ  doğur.  Onun  düĢdüyü  zirzəmilər  iĢıqlaĢır, 
qapılar,  pəncərələr  taybatay  açılır.  O,  bütün  varının,  dövlətinin  hamısını  bacısı  oğluna 
bağıĢlayardı. Daha söhbəti də uzatmağı lazım bilmədi. Heç kimi də çağırmadı. Ayrı təkliflər olsa 
fikirlər  haçalanacaqdı.  Bu  fikrin  üçünün arasında qalacağını sözləĢdilər. Sonradan Uzun Həsən 
özü hərəkət edəcəkdi. 
– Gedin, yatın. AxĢamın xeyrindən, səhərin Ģəri yaxĢıdır. 
 

12  www.sarigelin.net 
 
ġeyx Heydər də, Sara xatun da öz çadırlarına getdilər. O, bir an fikirləĢdi. Hansı xatunun 
yanına  getsin?  Müqayisə  elədi,  ölçdü,  biçdi.  Ürəyi  onu  Dəspinə  xatunun  yanına  çəkib  apardı. 
Xəbər göndərdi kn, hökmdar onun yanına gəlir. 
Uzun  Həsən  baĢını  əyib  alaçıqdan  girəndə  yan-yana  iki  gözəl  dayanmıĢdı.  Biri  Dəspinə 
xatun,  o  birisi  də  anasını  təkrar  eləyən  qızı  AləmĢahbəyim.  Onun  keyfi  kök  idi.  Əvvəl  qızının 
alnından öpdü. Əyildi, qızı baĢını onun çiyninə qoydu. 
– Mənim gözəl qızım gözümə bikef dəyir. 
– Yaqub saçımdan tutub dartıb. Deyir sənin saçların niyə qızılıdı? 
– Deyəydin qızıldandı da, a qardaĢ. Eyb eləməz. 
O  qızının  baĢını  qaldırıb  gözlərinə  baxdı.  AləmĢah-bəyim  on  beĢ  yaĢa  keçmiĢdi.  Birdən-
birə ürəyinə bir niyyət gəldi. “Heydərin tədbiri baĢ tutsa, AləmĢahbəyimi ona verəcəyəm”. 
Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdı elə buraya bağlayan AləmĢahbəyimdir. 
Üç  gün  idi  ki,  yağıĢ  baĢlamıĢdı.  Bütün  göy  üzü  bulud  idi.  Amma  o  buludların  səddi-
sərhəddini  ayırmaq  mümkün  deyildi.  Boz  buludlar  lap  aĢağı  enmiĢdi.  Narın,  kor  yağıĢ  kəsmək 
bilmirdi.  Yayın  quraqlığından  çat-çat  olub  ayrılmıĢ  muğan  torpaqları  sudan  doymurdu.  Su 
dənəvərlənmiĢ torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuĢdu. Üçüncü gün Araz daĢıb 
bərəni də götürüb aparmıĢ, Qaradonlu kəndindən neçə çovustanı yumuĢdu. YağıĢ isə kəsmirdi ki, 
kəsmirdi. 
Uzun Həsənin alaçığı indi Qızıltəpənin yanında qurulmuĢdu. 
ĠĢ elə gətirmiĢdi ki, Sultan Əbu Səid Qarabağa keçmiĢ, Uzun Həsən isə Arazın sağ sahilinə 
adlamıĢdı.  ĠĢlər  ġeyx  Heydərin  tökdüyü  tədbir  kimi  gedirdi.  Bu  tərəfdən  də  yağıĢ  baĢlamıĢdı. 
YağıĢ  da  Uzun  Həsənin  köməyinə  çatmıĢdı.  Payızda  Muğana,  Milə  yağıĢ  yağanda  ot  cücərir, 
göbələk  də  çıxırdı.  Amma  payızdan  çox  ötmüĢ,  havalar  soyumuĢdu.  Bundan  sonra  otun 
cücərməyinə  ümid  yox  idi.  Sultan  Əbu  Səid  özünü  çətin  vəziyyətə  salmıĢdı.  Uzun  Həsən 
alaçığında  tək  oturmuĢdu.  Xidmətçi  onun  qarĢısında  süfrə  salmıĢdı.  Çadırın  yanında  üstündə 
talvar qurduqları ocağın səngiyən közünü dağıdan xidmətçi Ģor motalına oxĢayan dərini çıxartdı. 
Qoyunu  doğrayıb  duzlamıĢ,  ədviyyə  vurub  təzədən  dəriyə  doldurmuĢ,  tikib  odun  içinə 
basdırmıĢdılar.  Ġndi  oddan  çıxartdılar.  Dərinin  tükü  tamam  yanmıĢdı.  Yanan  yunun  kəskin  iyi 
ətrafa  yayılmıĢdı.  Artıq  dəri  ütülmüĢdü.  Ġki  nəfər  dərini  götürüb  iri məcməyiyə qoydu. Bıçaqla 
motalı cırdılar, dəri açıldı. Qalxan buxar hər iki adamı görünməz etdi. Onları kəklikotu, zəncəfil, 
sarıkök iyi vurdu. Sonra yeməyi ayırıb bir məcməyiyə yığıb buğlana-buğlana alaçığa apardılar. 
Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoĢ gəldi. 
– Bəh-bəh, – deyə aĢbazları tə‟riflədi. 
Süfrəyə  yumĢaq  ağ  lavaĢ  qatlanıb  yığılmıĢ,  ĢüĢə  qabda  nar,  heyva,  sinidə  qarpız  kəsilib 
düzülmüĢdü. 
O, çox vaxt  yeməyi  tək yeyərdi. AĢbazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib 
sifətinə kölgə salan rumlu qız ĢüĢə qabdan kasaya Ģərbət süzdü. 
Hökmdar yeməyə giriĢdi. Bir azdan qoyundan yalnız sümüklər qalmıĢdı. Qız aftafa-ləyən 
gətirdi. Su tökdü, o əllərini yudu. 
–  ġükür  sənə,  ilahi  –  dedi  –  Qıza  iri  bardağı  göstərdi.  O, bardaqdan böyük çini parça su 
süzdü.  Uzun  Həsən  suyu  da  içəndən  sonra  qalxıb  alaçıqdan  çıxdı.  Rumlu  kəniz  süfrəni 
yığıĢdırmaqla məĢğul oldu. 
O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, ə‟yanlar onun ətrafına yığıldılar. 
– YağıĢ kefinizi pozmayıb ki? 
– Nur yağır, nur. 
– Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. YaxĢı, mənə at gətirəcəkdilər... 
– Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar. 
Atları yəhərləmiĢdilər. Yüyən vurmuĢdular. Birinci atı gətirdilər. Bu uzun boyunlu, nazik 
ayaqlı, sivri sağrılı türkmən atı idi. 
Uzun  Həsən  yüyəni  yalın  üstündən  keçirdi,  ayağını  üzəngiyə  qoymamıĢ  tullanıb  yəhərdə 
oturdu. Amma yəhər yatdı, atın ayaqları qabağa sürüĢdü, dal ayaqları çökdü. O, tullanıb yəhərdən 

13  www.sarigelin.net 
 
yerə  düĢdü.  Sara  xatun  da  dayanıb  oğlunun  özünə  at  seçməsinə  baxırdı.  Atın  beli  oğlunun 
ağırlığına tab gətirməyib az qala qırılmıĢdı. Uzun Həsən günahkar-günahkar anasına baxdı. 
– Ana, məni tutsa bu bədbəxt atların ahı tutacaq. 
Atın  gözləri  irilmiĢdi.  Əmiraxur  yaxınlıqda  dayanan  əsgərin  nizəsini  alıb  türkmən  atının 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin