Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
– YaxĢı, Qur‟ani-Ģərifi gətir, and iç, inanım. 
– Qur‟ana and içmək belə yüngül, asan iĢdi? Oturub çörəyinizi yeyin, mən hamama gedim, 
yuyunub  pak  olum,  kəfən  geyim,  bütün  Lahican  əhlini  yığaq  məscidə,  axundların,  üləmaların 
yanında sənə and içim, razısan?  
Qasım bəy gördü ki, bu elə mərasimdi ki, orada kim yalan danıĢsa arabadan düĢən boranı 
kimi parça-parça olar. RazılaĢmalıdır. 
– Mən razı. 
–  Belə  olmaz.  Sən  də,  yoldaĢların  da  hamamda  çimib  pak  olmalıdı.  Namazımızı  da 
qılmalıyıq. 
– YaxĢı.  
Onlar  razılığa  gəldilər.  Mirzə  Əli  qalxıb  otaqdan  çıxdı.  Ġndidən  onun  vücudunu  titrəmə 
tutmuĢdu.  Ġsmayılı  özü  gizlədib  saxladığı  yerdə  dünyada  ən  çox  əyildiyi,  öpdüyü,  kəramətinə 
inandığı  Qur‟ani-Ģərifə  necə  and  içəcəkdi.  Bu  and  Ġsmayılı  da,  BiyəpiĢi  də  xilas  edə  bilərdi. 
Mirzə Əlinin də baĢqa heç nəyə gümanı gəlmirdi. Arxa otaqların birində oğlunu yanına çağırdı. 
Hündürboy, qollu-qanadlı böyük oğlu gəlib ayaq üstündə dayandı. 
–  Oğul,  çox  böyük  bir  imtahan  qabağındayam.  Əgər  ondan  çıxa  bildim,  bildim,  çıxa 
bilməsəm  mənim  yerimdə  oturub  camaatımızı  atan  kimi  ağıl  və  təmkinlə  idarə  eləyərsən.  Heç 
kimi heç kimin ayağına verməzsən. Ədalət sənin birinci məsləhətçin olmalıdı. 
Oğlu bu sözləri eĢidəndə kövrəldi, qəhərləndi. 
– Nə imtahandı, atayi mehriban. Mən ölmüĢəm ki, sən özünü çətinliyə salasan? 
 

130  www.sarigelin.net 
 
–  Yox,  ay  oğul.  Mən  Qasım  bəyə  Qur‟ana  and  içməliyəm  ki,  Ġsmayıl  burada  yoxdur. 
Bilirsən ki, mən heç vaxt yalan danıĢmamıĢam. Ġndi o yalanı deməyə məcburam. Həm də Qur‟ani 
kəbri də Ģahid gətirməliyəm. Bilirəm ki, o and içməkdən sonra çox yaĢamayacağam. 
– And içmə, atayi mehriban. 
– Ayrı çıxıĢ yolum yoxdur. 
– Atayi mehriban, peyğəmbərin nökəri həzrəti Məhəmmədi bir çuvala qoyub atdı kürəyinə, 
gəlib  darvazadan  çıxanda  keĢikçilər  soruĢdu  ki,  o  çuvalda  apardığın  nədi?  Dedi,  peyğəmbərdi. 
KeĢikçilər  inanmadılar,  gülüĢüb  onu  buraxdılar.  ġəhərdən uzaqlaĢanda, Peyğəmbər soruĢdu, ya 
Salman,  mənim  yerimi  keĢikçilərə  bildirdin?  Dedi  ki,  ya  peyğəmbər,  səndən  ötrü  yalan 
danıĢmalıydım? Ġndi Ġsmayıl kimi körpə bir uĢaqdan ötəri yalan danıĢmaq fikrindəsən?   
– Bəli, oğul. Ġsmayıl elə bir pöhrədi ki, o böyüyüb qol-budaq atanda kölgəsi bütün ölkəni 
tutacaq. 
Birdən  Mirzə  Əli  çıxıĢ  yolu  tapdı.  Onun  sifəti  iĢıqlandı,  gözləri  nurladı.  –  Tapdım.  Tez 
atını minib Lələ bəyin yanına.  
O, fikrini oğluna baĢa salandan sonra rahatca hamama yollandı. 
Bütün  Lahican  əhli  cümə  məscidinə  yığıĢmıĢdı.  Minbərin  qabağında  burada  saxlanan  ən 
qədim  Qur‟anı  gətirib  rəhilə  qoydular.  Mirzə  Əli  əyninə  ağ  kəfən  geymiĢdi.  Ayaq  üstündə 
dayanıb dodaqları arasında nəsə oxuyur, zikr eləyirdi. Amma gözləri fərĢ üstündə bardaĢ quran 
adamların  baĢı  üstündən  qapıya  zillənmiĢdi.  Oğlunun  qayıdıb  gəlməyini  gözləyirdi.  Hələ  ki, 
böyük  oğlu  qayıdıb  gəlməmiĢdi,  ona  görə  də  oxuduğu  duanı  dəfələrlə  təkrar  edir,  mərasimi 
uzadırdı. 
Qasım  bəy  bardaĢ  qurub  üləmaların  arasında  oturmuĢdu.  Lahican  hamamından  çıxandan 
sonra  rəngi  xeyli  dəyiĢmiĢdi.  Sifətindəki  kir,  pasaq  təmizlənmiĢdi.  Mirzə  Əlinin  gecikməyini 
oxuduğu dualarla əlaqədar bilib darıxırdı. 
Birdən Mirzə Əli cana gəldi. Oğlu qapıda göründü və gözləri ilə iĢarəsini verdi ki, atasının 
tapĢırığını yerinə yetirib. Mirzə Əlinin canını bayaqdan çulğayan titrətmə keçdi, o namaz qılırmıĢ 
kimi Quranın qabağında diz çökdü. Onu götürüb dodaqlarına yaxınlaĢdırıb öpdü, sonra sağ əlinin 
beĢ barmağını da onun dəri cildinə basıb üzünü Qasım bəyə tutdu:   
–  Qasım  bəy,  and  olsun  bu  Qurani  kəbirə,  Qurani-Ģərifə  ki,  ġeyx  Heydər  oğlu  Ġsmayıl 
BiyəpiĢ torpağında yoxdur. Bundan sonra o Quranı bir daha öpüb yerinə qoydu və ayağa qalxdı. 
Bu  vaxt  Lələ  bəyin  dəmirağacdan  asdığı  beĢikdə  uzanan  Ġsmayıl  dərin  və  Ģirii  bir  yuxuya 
getmiĢdi. 
 
 
XUDAFƏRĠN KÖRPÜSÜ 
 
 
II hissƏ 
 
UZUN HƏSƏN, GÖDƏK ƏHMƏD 
 
Yolların  toz-torpağı  sifətində,  bədənində  tərə  qarıĢıb  əl  qalınlığında  palçıq  əmələ  gətirən 
çapar  yaydan  çıxan  ox  kimi  Təbrizə  tərəf  süzürdü.  Elə  çapırdı  ki,  sanki  arxadan  onu  canavar 
bölüyü qovurdu. ġad xəbər aparana oxĢamırdı. Ġnsanın xilqəti belədir. ġad xəbəri tez çatdırmağa 
heç  vaxt  tələsmir,  bəd  xəbəri  tez  deməyə  ürəyi  atlanır.  Ona  görə  də  deyirlər:  “Bəd  xəbərin  atı 
yüyrək olar”. 
Təbrizin  qala  divarına  çatanda  atın  dizləri  qatlandı,  çənəsi  yerə  dəydi,  dal  ayaqları  göyə 
qalxdı, boynu altında qalıb xırçıltı ilə qırıldı. Çapar isə bir az kənarda üzü üstə yerə gəldi. Əlləri, 
sir-sifəti siyrildi. Ona bir Ģey olmasa da o qədər yorulmuĢdu ki, heç yerindən qalxmaq istəmədi. 
Elə beləcə yatıb qalardı. 

131  www.sarigelin.net 
 
Qala  divarından  baxan  fərraĢlar  qapını  açıb  ona  tərəf  gəldilər,  biri  onun  qolundan  tutub 
qaldırdı. 
– Yaralanmamısan? 
– ġükür Allaha, salamatam.  
– Kimsən? 
– Çaparam, məni saraya aparın, tez. Vacib xəbər var. At verin. 
BaĢ  fərraĢ  qala  divarının  qapısının  arxasındakı  səkidə,  tut  ağacının  kölgəsində  oturub 
xumarlanırdı. Üz-gözünə xeyli milçək qonmuĢdu. FərraĢ çaparı içəri gətirib ona əhvalatı danıĢdı. 
O  da  gözünü  açmadan  əlini  yellədi.  Bilmək  olmurdu  milçəklərini  qovur,  ya  da  deyir  ki,  yola 
salın. FərraĢ onu ikinci mə‟nada baĢa düĢdü. Çaparı baĢqa fərraĢa tapĢırıb darvazadan çölə çıxdı, 
boynu  altında  qalıb  qırılmıĢ  çapar  atının  yəhər-yüyənini  açmağa  baĢladı.  Lap  köhnə  yəhər  idi. 
Deyəsən heç çaparın özününkü deyildi, hardasa öz atını çatladıb bunu alıb gəlmiĢdi. Elə bundan 
görünürdü  ki,  çox  vacib  və  ağır  xəbər  gətirib.  TurĢumuĢ  at  iyini  uda-uda  tapqırları  boĢaldıb 
yəhəri  götürdü,  quĢqunu  atın  quyruğundan  çıxartdı.  Atın  tərkindəki  köhnə  xurcunu  da  götürüb 
ələk-vələk  elədi.  Orada  qurumuĢ  təndir  çörəyinin  arasında  duzlu  Ģordan  baĢqa  heç  nə  yox  idi. 
FərraĢ  gördü  ki,  qəniməti  elə  gözə  dəyən  bir  Ģey  deyil,  gözləri  axtardı,  atın  göydə  qalan 
ayaqlarında  təptəzə  nallar  gördü.  Xurcunu,  yəhər-yüyəni  götürüb  içəri  girdi.  Tutun  altında 
xumarlanan,  üz-gözünə  milçək  qonan  fərraĢbaĢı  əli  ilə  iĢarə  verdi  ki,  qənimətini  gətirib  onun 
yanına qoysun. 
FərraĢ  da  ürəyində  deyinə-deyinə yəhər-yüyəni  gətirib onun yanında yerə qoydu, kəlbətin 
götürüb  nalları  sökməyə  getdi.  “Neçə  vaxtdı  donluq  vermirlər,  ev-eĢiyə  bir  xeyrimiz  dəymir, 
dəyər ey, bu tiryəki köpəyoğlu qoysa. Bir dəfə gözünü də açmır, hər Ģeyi də görür. Qapıdan keçib 
bazara gedənlərdən az-çox alırıq, onu da bizə çox görür. Milçəklər bunu yeyib tərk eləsəydilər, 
canımız qurtarardı”. 
Çapar artıq saraya çatmıĢdı. Onu sahib xəbər birbaĢ Əbih Sultanın yanına apardı. Çapar heç 
əl-üzünü də yumamıĢdı.  Tər alnından axıb sifətindəki palçıqdan izlər açaraq aĢağı gedirdi. BaĢ 
əydi. Sahib xəbər Əbih Sultana onun vacib xəbərlə gəldiyini demiĢdi. 
– Hə, de görüm nə xəbərlə gəlmisən?! 
Çaparın dodağı çatladı. Həmin çatdan al qırmızı qan axıb tərə, palçığa qarıĢdı. Bilirdi ki, 
Əbih Sultanın bəd xəbərdən xoĢu gəlmir. Bir dəfə də çaparlardan birini belə bir xəbərin üstündə 
mal  kimi  ĢaqqalamıĢdı.  Sahib  xəbər  əslində  çaparın  dediyini özü çatdırmalıydı, amma Əmir əl 
ümaranın  bu xasiyyətinə görə öz yaxasını kənara çəkmək üçün çaparları dartıb saraya gətirirdi. 
Çünki  son  vaxtlar  məmləkətin  hər  tərəfindən  bəd  xəbərlər  alınırdı.  Heç  yaxĢı  xəbər  gəlib 
çıxmırdı. Hər dəfə çapar gələndə, sahib xəbər elə bilirdi ki, o dünyaya gedib-gəlir. 
Çaparın  dili  tutulmuĢdu.  Bir  kəlmə  danıĢa  bilmirdi.  DanıĢmaq  istəyir,  amma  bacarmırdı. 
Desin,  nə  desin?  Deməsə,  aldatsa,  onda  iĢi  lap  pis  olardı.  Əmir  əl  ümara  üzünü  sahib  xəbərə 
tutdu.  
– Sənin bu çaparın laldı deyəsən. 
– Yox, həzrəti əmir əl ümara, dili var, özünü itirib. 
– DanıĢ görək, nə xəbərlə gəlmisən? 
Çapar özünü toplayıb danıĢdı, nə olar, olar: 
– Mənə dedilər çatdırım ki, düĢmən Təbrizin iki mənzilliyindədir. 
– DüĢmən? Hansı düĢmən? 
– Osmanlı qoĢunu, əlahəzrət - çapar ikiqat əyildi. 
– Çoxdu qoĢun? Özün görmüsən? 
 – Bəli, əlahəzrət, qarıĢqanın sayı var, qoĢunun sayı yoxdu. 
– Sərkərdələri kimdi? 
– Sərkərdələri, Ģahzadə Əhməd. 
– Sən çaparxananın çaparısan? 
Sahib xəbər nə qədər çapara baxıb iĢarə vermək istədi ki, “bəli” desin, amma çapar “yox” 
dedi. Mən Urmiyyə tərəfdə Səməndər xanın çaparıyam. O göndərdi - xəbər verim. 

132  www.sarigelin.net 
 
Əmir əl ümara Əbih Sultan əllərini əllərinə vurdu. 
Silahlı fərraĢ içəri girdi.  
– Sarayın fərraĢbaĢını buraya çağır. 
O, “bəçeĢm” deyib çıxdı. Bir azdan fərraĢbaĢı üç nəfər silahlı fərraĢla içəri girdi. Əmir əl 
ümara Əbih Sultan xara kaftanını xıĢıldadaraq qolunu qaldırdı, Ģəhadət barmağını sahib xəbərə 
uzatdı.  
– Zindana. Əllərinə qandal, ayaqlarına kündə vurun. Özüm gəlib haqqına divan çəkəcəyəm. 
Mənim  sahib  xəbərimə  bax.  DüĢmən  gəlib  çıxıb  Təbrizə,  biz  indi  xəbər  tuturuq.  Satqın.  Səni 
osmanlılar satın alıb. O aldığın qızılları əridib boğazına tökəcəyəm. 
Sahib  xəbər  qılınca  əl  atmaq  istədi,  onun  qollarını  burub  yerə  yıxdılar.  Qollarını  arxada 
qatlayıb sarıyanda, o, sifətini yerdə xalçaya sürtə-sürtə birtəhər baĢını döndərdi və qıĢqırdı. 
– Mən satılmamıĢam. Mənim heç nədən xəbərim yoxdu. Heç kimdən heç nə almamıĢam. 
–  Xəbərin  yoxdu?  Bəs  necə  sahib  xəbərsən?  FərraĢ,  bazardakı  zərgərlərdən  birini  çağır, 
bütün dəmdəstgahını götürüb gəlsin.   
Sahib xəbəri sürüyə-sürüyə apardılar. Çapar isə dodağının qanını nə qədər sildisə, quruda 
bilmədi. 
Əmir  əl  ümara  Əbih  Sultan  fikrə  getmiĢdi.  Ona  Rüstəm  Mirzə  əmirlər  əmiri  rütbəsi 
vermiĢdi və sarayın bütün açar-kilidi onun əlindəydi, bütün məsələləri də özü həll eləyirdi. Ġndi 
qoĢun gəlməyi xəbərini ona verməyə tələsmədi. 
Osmanlı qoĢunları heç vaxt Azərbaycan sərhədlərini keçib Təbrizə ayaq basmamıĢdı. Bəs 
birdən-birə bu nə yürüĢdü? 
Uzun  Həsən  vaxtilə  Avropanın  ən  qüdrətli  dövləti  olan  Venedikt  cümhuriyyəti  ilə  saziĢə 
girib  Fateh  Sultan  Məhəmmədə  meydan  oxumağa  baĢlamıĢdı.  O,  hətta  yeznəsi  Murad  Mirzəni 
Ġstanbula  elçi  kimi  göndərmiĢ,  özünün  Teymur  xələfi  olduğunu,  yə‟ni  gündoğan  türk 
padĢahlarının  hökmdarı  kimi,  osmanlıların  Əmir  Teymur  oğlu  ġahruxa  verdikləri  xəracı  tələb 
etmiĢdi. Avropadakı fəthləri ilə məĢğul olan fateh Sultan Məhəmməd daha bir çətinlik qarĢısında 
qalmıĢdı.  Münasibətlərin  gərginləĢməsi  iki,  qüdrətli  türk  dövləti  arasında  müharibəyə  gətirib 
çıxarmıĢdı.  Hərbi  səfərə  Uzun  Həsən baĢlamıĢdı.  O, Malatyada türk ordusunu məğlub  etmiĢdi. 
Lakin ən böyük zəfər elə bununla da qurtarmıĢdı. O vaxt bütün Avropa dövlətlərini titrədən fateh 
Sultan  Məhəmmədin  çox  yaxĢı  tə‟lim  görmüĢ,  top  və  tüfənglə  silahlanmıĢ  ordusu  vardı.  Uzun 
Həsən isə özünün süvarilərinə arxalanırdı və ordusunda bir dənə də olsun odlu silah yox idi. Belə 
silahla vuruĢmağı özünə ar bilirdi. Ərzincan və Tircan arasındakı Otluqbelli düzündəki meydan 
müharibəsində  yüz  doxsan  minlik  osmanlı  ordusunu  görəndə  heyrətə  düĢüb  demiĢdi.  “Qəhbə 
osmanoğlu gör nə dərya yaradıb?!” və bu kəlam geniĢ yayılmıĢdı. Həmin döyüĢün sonu da Uzun 
Həsənin  faciə  ifadə  edən  bir  kəlamı  ilə  nəticələnmiĢdi.  Qaramanlılara  arxalanıb  fatehin  üstünə 
gələn  Uzun  Həsən  məğlub  olub  ordunun  çox  hissəsini  itirəndən  sonra  üzünü  qaramanlı  Piri 
Əhməd bəyə tutub demiĢdi: “Bihəya Qaramanoğlu, görüm sənin xanədanın xaraba qalsın, mənim 
bədnamlığımın səbəbi sənsən. Osmanlılarla mənim nə iĢim vardı, axı?”. 
Bu  döyüĢdən  xeyli  sonra  Uzun  Həsənin  oğlu  Uğurlu  Məhəmməd  atasının  üzünə  ağ  olub 
ġirazda qiyam qaldırmıĢdı. Atası onun üstünə qoĢun yeritmiĢ, hələ qoĢunlar üz-üzə gəlməmiĢ o, 
xəcalətindən  baĢ  götürüb  qaçmıĢdı.  Sonra  anasını  və  ölkənin  ən  hörmətli  adamlarını  atasına 
minnətçi  salmıĢdısa  da,  Uzun  Həsən  oğlu  ilə  barıĢmamıĢ,  o  da  baĢ  götürüb  Ġstanbula  gedərək, 
atasının düĢməni fateh Sultan Məhəmmədə sığınmıĢdı. Fateh onu böyük dəbdəbə ilə qarĢılayaraq 
yeganə qızı Gövhərxan sultanı ona ərə vermiĢ, onu əvvəl bəylərbəyi, sonra isə “paĢa” rütbəsinə 
qədər yüksəltmiĢdi. 
Atasının  taxtına  göz  dikən  Uğurlu  Məhəmməd  üçün  bu  rütbələr  çox  kiçik  paylar  idi.  O, 
Azərbaycan  torpaqlarına  qayıdıb  vaxtilə  sərkərdəlik  məharəti  (atasının  ordusunda  sağ  cinah 
sərkərdəsi idi), qılınc gücünə qoruduğu torpağa basqınlar eləyir, talayır, çapır, geri dönürdü. 
Atası  çox  güdəndən  sonra  belə  basqınların  birində  onu  əsir  aldı,  Təbrizə  gətirib  hamının 
gözü qabağında asdırdı. 
Ġstanbulda isə onun fatehin qızından bir oğlu qalmıĢdı: Gödək Əhməd. 

133  www.sarigelin.net 
 
Ġndi  Təbrizin  yaxınlığında  dayanan  qoĢunu  Gödək  Əhməd  gətirmiĢdi.  Uzun  Həsənin 
taxtına Gödək Əhməd sahib durmağa gəlmiĢdi. 
Əmir əl ümara baĢını qaldırdı və qarĢısında hələ də dodağından qan axan, palçıq heykələ 
bənzəyən çaparı gördü: 
– Sən hələ burdasan? 
– Əmrinizə müntəzirəm, əlahəzrət. 
O, xidmətçilərə göstəriĢ verdi ki, onu hamama aparsınlar, sonra yedirib içirsinlər və onun 
yanına gətirsinlər. Əlini atıb sandıqdan bir kisə pul çıxarıb ona atdı. 
– Götür, halalın olsun. Atın varmı? 
– At çatdadı, əlahəzrət. 
– Atın da olacaq, yanıma gələrsən, səninlə iĢim olacaq. Çaparı aparandan sonra xəbər gəldi 
ki, bəs onun tapĢırdığı zərgər bütün dəmdəstgahıyla hazırdı. 
–  Aparın  sahib  xəbər  salınan  zindana,  mən  də  gəlirəm.  –  O  sandıqdakı  pul  kisələrindən 
birini götürüb çin xarasından tikilmiĢ kaftanının cibinə qoydu, qalxıb “Səkkiz  behiĢt” sarayının 
divanxanasına  getdi.  Oradan  aĢağı  endi.  Zərgərə  yer  düzəltdirdi,  torbanın  ağzını  açıb  qızılın 
yarısını onun əritmə qabına tökdü, yarısını özünə verdi. 
– Ərit, – dedi. 
Zərgər kiçik kürəsini iĢə saldı. Bir azdan qızıl pullar əriyib su kimi bir-birinə qarıĢdı. Əbih 
Sultan fərraĢlara buyurdu ki, sahib xəbəri gətirsinlər. Qolları bağlı, ayaqları kündəli sahib xəbəri 
onun qabağında oturtdular. 
– Boynunu geri qanırın bu satqının. 
Sahib xəbər mal kimi böyürürdü. Söz deməyə imkan vermirdilər desin. O bağırır, gələcək 
əzabın verəcəyi ağrının qıĢqırıqları əvvəldən zindana yayılırdı. 
FərraĢlar  onun  baĢını  geri  qanırıb,  elə  tutdular  ki,  ağzı  yuxarıda  dayansın,  ərinmiĢ  qızılı 
onun boğazına tökmək asan olsun. 
– Ver bura görüm, – o özünü itirmiĢ zərgərə qıĢqırdı. Zərgər qızıl ərinmiĢ çömçəyə oxĢar 
qabın  qulpunu  ona  verdi.  O  özü  götürüb  sahib  xəbərə  yaxınlaĢdı.  Amma  bədbəxt  sahib  xəbər 
artıq səsini kəsmiĢdi, diĢlərini kilidləyib dodaqlarını yummuĢdu. FərraĢbaĢı dedi: 
– Ağzını açmır. 
– Eybi yoxdu, indi açar. 
O, qabı əyib qızılı örtülü dodaqların üstündən tökəndə, o birdən bağırdı və ərinmiĢ qızılın 
hamısı onun boğazının yoluna axdı və o, bir neçə an çabalayıb boĢaldı. 
Əmir əl ümara Əbih Sultan qızıl ərinən qabı zərgərə qaytardı və dedi: 
– Qayıt iĢinə, bazarda bu gördüyünü danıĢ. 
– Mənim nə iĢimə. Sarayın sözünü bazarda niyə danıĢım axı.  
– Yox, mənə qulaq as, danıĢ, de ki, kim öz taxtına xain çıxır, onun boğazına qızıl əridib 
tökürlər.  Bir  də  onu  de  ki,  qızılı  hər  adamın  boğazına  tökmürlər.  Qara  camaatın  boğazına 
qurğuĢun tökdürəcəm, o ucuz baĢa gələr. 
– BaĢ üstə! 
 
FərraĢlar  qandalları  açanda  Əbih  Sultan  da  heç  bir  Ģey  olmamıĢ  kimi  qayıdıb  öz  otağına 
getdi. O, çox qətllər eləmiĢ, çox qanlar tökmüĢdü. Amma yadında qalan, yuxusuna girən iki ölüm 
vardı. Biri AləmĢahbəyimin ölümü idi ki, bu ölüm Əbih Sultanı alçaldıb heçə endirmiĢdi. Sanki 
zəhər  içib  onun  cəngindən  qurtarmaqla  ona  ölüm  hökmü  kəsmiĢdi,  ikinci  ölüm  isə  “A...a...a” 
deyə  canını  tapĢıran  Ġbrahimin  qətliydi.  Bu  ölüm  ona  görə  tez-tez  yuxusuna  girib  onu 
diksindirirdi ki, onun da Ġbrahimə bənzəyən oğlu vardı. Bəzən dəhĢətli yuxular görürdü. Görürdü 
ġeyx  Heydər  əlində  kaman  onun  oğlunun  yatdığı  otağa  girir  və  kamanın  kiriĢini  oğlunun 
boğazına söykəyib sıxır, uĢağın gözləri çevrilir, rəngi qaralır, sonra kiriĢi çəkir, oğlu özünə gəlir, 
kiriĢi bir də sıxır. Hər kərə onu üç dəfə öldürüb ölümdən qaytarır, durub gedəndə deyir: 
–  Sən  nə  qədər  sağsansa  mən  hər  gün  səni  üç  dəfə  boğacam.  Atanın  intiqamını  bundan 
baĢqa heç nə ilə almaq mümkün deyil. 

134  www.sarigelin.net 
 
Qalan qətllər isə onun heç yadına da düĢmürdü. Həm də indi bir sahib xəbərə görə fikrini 
dağıtmayacaqdı ki... 
Otağına döndü və Hüseyn Əlixaninin dalınca adam göndərdi. Ġki mənzili Gödək Əhmədin 
ordusu ən çoxu iki günə gələcəkdi. Ġki gündə isə ordu toplamaq, onun qabağına çıxmaq heç cür 
mümkün deyildi. Belə müharibəyə aylarla, illərlə hazırlıq tələb olunurdu. Təbriz çox mühasirəyə 
dözərdi, on beĢ, iyirmi gün. Ya Təbrizdən çıxıb qaçmaq, paytaxtı düĢmənin ixtiyarına vermək, ya 
da ayrı bir çıxıĢ yolu tapmaq lazım gəlirdi. 
Rüstəm  Mirzə  taxta  çıxandan  eyĢ-iĢrətlə  məĢğul  idi.  Tac  Rüstəm  Mirzənin  baĢındaydı, 
hakimiyyət, xəzinə, ordu, açar-kilid Əbih Sultanın. Onun kəsdiyi baĢın sorğu-sualı yox idi. 
Hakimiyyəti əldə möhkəm saxlamaq üçün iti qılınclar lazımdı. Bu qılınclar isə ömrünü at 
belində  keçirən  Türkəmən  (tərəkəmə)  elatlarındaydı.  O  köçəri  tayfaları,  onların  baĢçılarını  əldə 
möhkəm saxlamaq lazım gəlirdi. Bunun üçün Rüstəm Mirzə əmirlərə, tayfa baĢçılarına syürqallar 
bağıĢlayırdı.  Syürqallar  -  dağda  yaylaq,  aranda  qıĢlaq  idi.  Birini  razı  salmaq  üçün  o  birisini 
aradan çıxarmaq lazım gəlirdi. Çünki neçə ildi ki, heç yerdən bir qarıĢ torpaq tutmaq mümkün 
olmamıĢdı.  Ən  yaxın  qonĢuları  osmanlılar  idi.  Uzun  Həsən  öləndə  vəsiyyət  eləmiĢdi.  “Osman 
oğulları  ilə  bir  daha  müharibə  eləməyin”.  Özü  o  müharibələrin  acısını  dadmıĢ,  baĢqalarının  da 
özü  kimi  uduzmağını  istəməmiĢdi,  Ona  görə  də  türklərdən  torpaq  qoparıb  syürqal  kimi  bu 
əmirlərə  paylamaq  müĢkül  iĢ  idi.  Artıq  tərəkəmə  (türkəmən)  əmirlərini  syürqallar  da  razı 
salmırdı.  Onlar  kütləĢən  qılınclarını  döyüĢlərdə  cilalamaq,  loĢlaĢan  atlarını  diribaĢ  eləmək, 
torpaqlar tutmaq, qənimətlər əldə etmək istəyirdilər. 
ġəhər  sənətkarlarının  əksəriyyəti  silah  ustaları  idi.  Onların  da  bazarı  bağlanmıĢdı.  Bu 
kasadlıqdan  can  qurtarmaq  üçün  onlar  da  tərəkəmə  əmirlərinin,  bəylərinin  səfərə  çıxmaqlarına 
tərəfdar idi. Hamı ölkədə Rüstəm Mirzədən və onun əmirlər əmirindən narazı qalmıĢdı. 
Çünki  Rüstəm  Mirzə  Əbih  Sultana  hər  Ģey  –  rütbə,  ixtiyar,  var-dövlət  versə  də,  xalqa, 
tərəkəmə  bəylərinə  heç  nə  verməmiĢdi.  Sarayın  xərcləri  də  o  qədər  artmıĢdı  ki,  ölkədə  yığılan 
qırx beĢ, qırx altı vergi belə onu ödəmirdi. 
Əbih Sultan yenə “namaza” dayandı. 
“Gödək  Əhmədin  qoĢunu  çoxdur,  onun  arxasında  isə  Bayazid  dayanıb.  O,  Təbrizi  çox 
asanlıqla  alacaq,  babasının  səltənətində  hökmdarlıq  edəcək.  Əvvəl  Rüstəm  Mirzənin  baĢı 
vurulacaq, məni də ona qoĢacaqlar. Bu çətin vəziyyətdən çıxıĢ yolu tapmaq lazımdır. 
Ey ulu tanrı, sən özün Ģahidsən ki, bu dünyada hər kəs öz canına dua eləyib, hərə hamıdan, 
lap  öz  övladlarından  da  qabaq  öz  dərdini  çəkib.  Mən  də  sənin  köməyinlə  özümə,  nəslimə, 
övladlarıma  çıxıĢ  yolu  tapmalıyam.  Mən  Rüstəm  Mirzəyə  yox,  o  mənə  borcludur.  Onu  taxta 
sənin  köməyinlə  mən  çıxartmıĢam.  Yoxsa  hökmranlıq  görməmiĢ  e‟dam  ediləcəkdi.  Ġndi  ölsə 
hökmdar  kimi  öləcək.  Ġndi  onunla  bir  yerdə  dar  ağacına  getmək  istəmirəm.  Mən  əgər  canımı 
qurtarıramsa, bu iĢdə məni günahkar görmə”.  
Onun ağlına gəldi ki, yəqin ki, “Səkkiz behiĢt” sarayında tək o bu barədə fikirləĢmir. Vəzir, 
vüzara, əmir-lər və sərkərdələr hamısı, bəlkə də bu saat Gödək Əhmədin tərəfinə keçmək üçün 
tədbir  tökür.  Onların  arasında  Rüstəm  Mirzədən  savayı  onun  qohumları  da  ola  bilər.  Vaxtilə 
Uğurlu  Məhəmmədin  asılmağına  ürəkdən  “əhsən”  deyənlər  indi  nə  qədər  göz  yaĢı  axıtdıqları 
zindanda gizlincə onunla görüĢüb ürək-dirək verdikləri Uzun Həsənin hökmünü dəyiĢmək üçün 
nə qədər cəhd göstərdikləri barədə “nağıllar, əfsanələr” uydururlar. 
Əbih Sultanı soyuq tər basdı. Öz gördüyü iĢə nə qədər peĢman oldu birdən-birə. Axı o heç 
vaxt belə səhv addım atmazdı. Nə üçün o bədbəxt sahib xəbəri belə qəddarlıqla üstünə satqınlıq 
adı qoyub boğazına qızılları əridib tökdürdü. Onun ki, rüĢvət aldığını sübuta yetirə bilməmiĢdi. 
Ġkincisi  də  lap  o  rüĢvət  alıb,  qoĢunun  irəliləməyini  xəbər  verməyibsə,  bunun  üstündə boğazına 
qızıl  əridib  töküblərsə,  həmin  xəbəri  də  zərgər  bazarda  yayırsa,  bu  əhvalat  onun  öz  əleyhinə 
hazırladığı  ən  böyük  ittihamdı.  Gödək  Əhməd  Təbrizə  girən  kimi  saray  əhli  bunu  əllərində 
dəstəvuz eləyib, Əbih Sultanı məĢhər ayağına çəkəcəklər. 
Nə qədər ki, onlar hərəkət eləməyib iĢ görmək lazımdır. 

135  www.sarigelin.net 
 
Bu vaxt sifətində saqqal bitməyən, əyninə monqol xalatı geymiĢ yaĢlı bir kiĢi içəri girdi və 
onun qarĢısında diz çökərək dedi: 
– Ağam mənə muĢtuluq verəcək. 
– Nə muĢtuluqdu o elə? 
–  Ġki  muĢtuluq.  –  Barmaqlarını  açdı,  –  iki  muĢtuluq.  Biri  oğluna  görə.  ġahbikə  xatunun 
oğlu  oldu.  Ġkincisi  də  sənə  bir  qız  gətiriblər,  bir  qız  gətiriblər,  on  dörd  yaĢında,  öz  əlimlə 
hamamda  çimizdirdim,  döĢləri  qızıl  gül  qönçələri,  əllərimi  gətirdim  belinə,  barmaqlarım  bir-
birinə  çatdı,  hələ  bir  az  da  artıq  qaldı.  –  Sonra  o,  elə  bil  ki,  əllərini  onun  belindən  aĢağı 
sürüĢdürürdü. Qövs kimi tutduğu barmaqları getdikcə biri-birindən aralanırdı. Aralandıqca Əbih 
Sultanın  gözünün  qarĢısında  nazik  belli  qızın  sağrısı  canlanırdı.  –  Ah,  ağa  bir  baldırları,  bir 
baldırları  var,  Venedikt  ĢüĢəsi  kimi  parıldayır.  Elə  tarım  dayanıb  ki,  elə  bil  partlayacaq.  Sağ 
budunun üstündə bir xal var ki, Bağdad gecəsindən qaradır. 
Əbih Sultanın bədənində bütün qanı oynağa getdi, kü-rəklərində o qanın Ģiddətini hiss elədi 
və xoĢhallıqla gərnəĢdi. 
– Xacə, tez ol get o qızı hazırla, mən gəlirəm. Vaxtım çox azdı. 
– Oğluna görə muĢtuluq vermirsən, ağa? 
–  Xacə,  çərənləmə,  mən  bilmirəm  baĢımı  hara  qoyum  ki,  canım  salamat  qalsın,  sən 
deyirsən oğlun!  
Xacə sırtıq bir gülüĢlə hırıldadı. 
– BaĢını qoyarsan o gözəlin qönçə məmələrinin üstünə. 
– Get, əgər o nazənin sənəm xoĢuma gəlsə, muĢtuluğun ikiqat olacaq. 
Xacə sevinə-sevinə getdi. Bilirdi ki, Əbih Sultanın hərəmxanasında belə gözəl yoxdur və 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin