Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   27   28   29   30   31   32   33   34   35
Heydərin  nəslinin  axırıncı  niĢanəsini  də  yox  eləyə  bilsə,  onda  canı  rahatlığa  çıxar.  Bir  daha 
Ərdəbil  müridləri  ġirvan  torpağına  girməz.  Əhməd  padĢahın  iĢini  bitirməkdə  Əbih  Sultan  ona 
çox  kömək  eləmiĢdi.  Verdiyi  sözün  üstündə  dayanmıĢdı.  Ġsmayılı  da  aradan  götürmək  üçün 
əlindən gələni eləyəcəkdi. Ona görə də Əbih Sultanı əldən verməmiĢdi. Özü ġamaxıya aparırdı. 
Əlvənd  Mirzənin  ən  yaxın  məsləhətçisi  isə  Əli  bəy  Cəyirli  olmuĢdu.  Bu  da  Fərrux  Yasarın 
ürəyindən idi. O, Əli bəylə xeyli söhbət etmiĢ, görmüĢdü ki, çox dayazdır. Dərinliklərə baĢ vura 
bilmir. Təbrizdə ġirvanın iĢləri korlana bilər. Çünki o əsl tülküxasiyyətdir, hər bicliyi bilir, lazım 
gələndə  isə  dönüb  canavar  olur,pələngə  çevrilir,  ovunun  üstünə  atılır.  Tuta  bilməyəndə  yenə 
tülküyə  dönür,  yollar  axtarır,  fürsət  gəzir.  Öz  məqsədinə  görə  qardaĢının  meyitinin  üstündən 
keçər. Belə bir adam ona lazımdı... Bir Ģərtlə ki, ona heç bir ixtiyar verməsin. Göz dustağı eləsin, 
lazım gələndə məsləhətə çağırsın. 
Fərrux  Yasarın  əlində  imkan  olsaydı  ona  nağıldakı  kimi  dua  oxuyub  almaya  çevirər, 
cibində  gəzdirərdi.  ĠĢi  düĢəndə  yenə  Əbih  Sultana  döndərər,  dinləyəndən  sonra  yenə  almaya, 
döndərərdi. Bilirdi ki, o elə bir bəladır ki, heç cür onu baĢına buraxmaq olmaz. 
Əbih Sultan atını ondan xeyli arxada sürürdü. Əvvəl fikirləĢmiĢdi bir aradan çıxsın, qardaĢı 
Nurəlinin yanına, Diyarbəkrə qaçsın. Sonra bu fikirdən vaz keçmiĢdi. Nə qədər uzaqdadırlarsa, 
qardaĢdılar,  yaxın  olsalar  mehribanlıqları  itəcək.  Bir  əyalətdə  iki  qoçun  baĢı  bir  qazana 
sığıĢmayacaq.  YaxĢısı  budur  getməsin.  Təbrizdə  qalmağa  da  ürək  eləmədi.  Onu  əmirlər  əmiri 
çağırmayacaqdılar. Əlvənd Mirzə Əli  bəy Cəyirlinin fitvasıyla onu aradan götürəcəkdi. YaxĢısı 
budur hələlik Fərrux Yasara sığınsın. Ona qulluq göstərsin. Bəlkə sonradan bir qapı açıla. Əhməd 
padĢah  öldürüləndən  sonra  özünə  aydın  bir  yol  təsəvvür  eləyə  bilmirdi.  Qalır  Ġsmayıl.  Onu  da 
aradan  götürəndən  sonra,  o  artıq  Fərrux  Yasara  da  lazım  olmayacaq,  baĢlayacaq  köhnə 
düĢmənçilik  yada  düĢməyə,  onu  gürzələrin  içinə  atacaq.  Qobustan  gürzələrini  o  görmüĢdü. 

176  www.sarigelin.net 
 
Uzaqdan baxanda adamın əti ürpəĢir. O da ola qarıĢqa kimi qaynaĢan gürzələrin içinə onu lüt-
üryan atalar. Yox, Ġsmayılın iĢi bitənə qədər o qaçıb canını bir yana çıxarmalıdır. 
Təbrizdə  Fərrux  Yasar  Əbih  Sultanla  görüĢmüĢdü.  Söhbətləri  də  Ġsmayıldan  düĢmüĢdü. 
BirləĢib iki tərəfdən onu sıxmağa qərar vermiĢdilər. Biyəpas mahalının hökmdarı Hüsaməddinin 
əvvəldən də Ərdəbil Ģeyxlərindən xoĢu gəlmirdi. Amma Əlvənd Mirzənin yanına elçilər göndərib 
bildirmiĢdi ki, onu əsl hökmdar bilir. Onun kölgəsində yaĢamağı özünə Ģərəf sayır. Əlvənd Mirzə 
Hüsaməddin  vasitəsilə  Ġsmayıla  təzə  xəta  toru  toxumağa  baĢlamıĢdı.  ġirvanĢah  isə  TalıĢ  xanı 
Mirzə Məhəmmədi öz boynuna götürmüĢdü. 
Onların  arasında  hətta  qohumluq  əlaqələri  də  var  idi.  Ġnanırdı  ki,  Mirzə  Məhəmməd 
Ġsmayılı  əsir  alıb  ərməğan  kimi  ona  göndərəcək.  Bunun  üçün  onu  hədələmək  də  lazım  idi.  Ġki 
güclü  hökmdar  birləĢəndən  sonra  xırda,  gücsüz  xanlıqlar  onların  qarĢısında  nə  eləyə  bilərdi. 
Ġsmayılın da ətrafında o qədər qüvvə yox idi ki, onu müdafiə eləyə bilsin. 
Onun dəstəsi Qumlaq kəndindən keçib Soltanlı kəndinə tərəf gedirdi. 
Kür  qırağındakı  Mahmudabad  Ģəhərinə  axĢam  düĢürdü.  GünəĢ  palçıqdan,  çiy  kərpicdən 
tikilmiĢ  Ģəhər  evlərini  narıncı  rənglərə  boyamıĢdı.  Küçələrin  çoxusu  Kür  qırağına  çıxırdı  və 
otlaqdan  qayıdan  inəklər  toz  qaldıraraq  Kürə  enirdi.  Bu  toz  da  narıncı  rəngdə  idi  və  qırmızı 
inəkləri  görünməz  eləyirdi.  Kür  isə  enli  axınla  görünür,  ətrafındakı  qara  meĢələrin  fonunda 
bulama  rənginə  çalırdı  və  bu  bulamanın  üstündə  narıncı  parıltılarla  yanaĢı,  pullu  balıqlara 
oxĢayan gümüĢü parıltılar da bərq vururdu. Küçələrin birinin qurtaracağında dikdir vardı, həmin 
dikdirin üstündə bir nəfər əllərini qoynuna qoyub yorğun-yorğun, qüssəli-qüssəli sulara baxırdı. 
Elə baxırdı, elə baxırdı ki, sanki onun gözləri qabağında yeddi oğlunu birdən öldürmüĢdülər. 
Ondan bir az aralı geyimindən imkanlı adama oxĢayan qoca daĢ üstündə oturub ayaqlarını 
ayaqları  üstünə aĢırıb  təsbeh çevirirdi. Rəngi  qapqara, barmaqları çox cəld və çevik, sümük və 
dəridən  ibarət  olan  qocanın  əlindəki  təsbehin  iri  mərcan  danələri  donmuĢ  qan  damlalarına 
bənzəyirdi.  Amma  heç  biri  danıĢmırdı.  Sükutu  pozan  o  qan  danəli  təsbehin  Ģaqqıltısı,  bir  də 
uzaqdan gələn Ģəhər səsləri idi. O səslər kənd səslərinə bənzəyirdi. Qoyun mələyirdi, it hürürdü, 
inək böyürürdü. Kimsə kimi səsləyirdi. Uzaqda qayıĢ qoydu oynayan uĢaqların qıĢqırıqları güclə 
eĢidilirdi. Amma bu səs-küy Kürə, qızaran buludlara baxan adamın qulağına çatmırdı. 
Hər  axĢam  bu  vaxtlar  o  buraya  gəlir,  çox  vaxt  əllərini  qoynuna  qoyub  qüruba  tamaĢa 
eləyirdi və onun qüssəsi bu qürubla çox ciddi bir ahəng təĢkil eləyirdi. Onu müĢayiət eləyən bu 
adamlar  heç  cür  onu  sakitləĢdirə  bilmirdilər.  Elə  bil  o  səssiz-səssiz  ağlayır,  heç  kim  isə  onu 
kiritməyə söz tapmırdı. Ağısız, bayatısız, hıçqırtısız və göz yaĢlarsız ağlamaq isə davam eləyirdi. 
Onun dərdi çox böyük idi. Elə bil gözəl bir yuxu görürdü. Yaxud ələmut ismayilliləri kimi, 
onu  da  hökmdar  çağırmıĢdı.  Oturub  yeyib  içdikləri  yerdə  onu  bihuĢdarı  ilə  yuxuya  verib, 
hamıdan  gizlin  saxlanan  qalanın  cənnət  bağına  atmıĢdılar.  Ayılanda  görmüĢdü  ki,  bulaqlardan 
bal axır, ağaclardan cənnət almaları sallanıb. Mələklər onun qulluğunda dayanıb. Bu Ģirin yuxu 
çox  çəkmiĢdi.  Lap  çox.  Birdən  ayılıb  görmüĢdü  ki,  bunlar  hamısı  yalanmıĢ.  Onu  aldadıblar. 
Gözlərini bağlayıb cəhənnəm içində ona cənnət göstərib ağrılarını, acılarını daha da artırıblar. 
Zəkəriyyə  Keçəçi  uzun  illər  Təbriz  sarayının  vəziri  olmuĢdu.  Uzun  Həsənin,  Sultan 
Yaqubun,  Bəysunqurun  vaxtında  bu  vəzifəni  daĢımıĢ,  Uzun  Həsənin  “Qanunnamə”sinin 
yazılıĢında yaxından iĢtirak etmiĢdi. Ölkənin qüdrətinin artmasında böyük xidmətlərinə görə ona 
“Ömdəti  əd  dövlə”  -  dövlətin  dirəyi  ləqəbi  verilmiĢdi.  Rüstəm  padĢah  da  onun  xidmətindən 
istifadə eləmiĢ, amma Əbih Sultan hər quruĢun qədrini bilən, idarə iĢlərini qüsursuz, təmiz, düz 
aparan  bu  vəziri  hər  an  Rüstəm  Mirzənin  gözündən  salmıĢdı.  O  torpaqların,  mülklərin  əmirlər 
arasında  paylanmasının  əleyhinə  çıxmıĢdı.  Amma  o  əmirləri  özünə  arxa  seçməyə  çalıĢan  Əbih 
Sultan Rüstəm Mirzənin səxavətini tə‟rifləyə-tə‟rifləyə mülklərin hamısını onlara bağıĢlatdırmıĢ, 
xəzinəni boĢ qoymuĢ, haqq-hesabı dolaĢıq salmıĢ, ölkədə hərc-mərclik yaratmıĢdı. 
Öz  səriĢtəsi  ilə  Ağqoyunlu  səltənətini  möhkəmləndirmiĢ  vəzir  görürdü  ki,  artıq  hər  Ģey 
dağılır,  hər  Ģey  çürüyür,  hər  Ģey  qaynamıĢ  ət  kimi  əpriyib  tökülür,  baĢ  götürüb  Təbrizdən  ata 
yurduna,  Muğanın  istisindəki  tozlu-torpaqlı,  balıq  iyi  verən  bu  Ģəhərə  qayıtmıĢdı.  UĢaqlıqdan 
çıxdığı bu Ģəhər heç vaxt onun köməyini görməsə də, qollarını açıb onu qarĢılamıĢdı. Ġndi o həm 

177  www.sarigelin.net 
 
də möhkəm peĢmançılıq keçirirdi. Öz doğma Ģəhərində heç olmasa bir məscid, bir mədrəsə, bir 
hamam tikdirib, yol  çəkdirə bilərdi. Amma onun əsas dərdi bu idi ki,  ömrünü sərf elədiyi illər 
hədər getmiĢ, zəhməti boĢa çıxmıĢ, qurduqları gözləri qabağında uçub dağılmıĢdı. Onun özünü 
isə  lazımsız  bir  əĢya  kimi  kənara  atmıĢdılar.  O  görürdü  ki,  Ağqoyunlu  səltənəti  elə  ölümcül 
yaralanıb  ki,  onu  bir  daha  ayağa  qaldırmaq  mümkün  deyil.  O  yaralını  sağaltmaq  üçün  Uzun 
Həsənlə Sara xatun lazımdır. Onlar isə lap çoxdan torpaqlara qarıĢıb. 
DonmuĢ  qan  damlalarına  bənzəyən  mərcan  təsbehi  çevirən  qoca  ayağa  qalxıb  bir  an 
dayandı.  Dizlərindəki  ağrının  keçməyin  gözlədi,  Zəkəriyyə  Keçəçiyə  deməyə  xoĢ  söz  axtardı. 
Tapa  bilmədi.  Bu  ağsaqqal  onun  dərdini  hamıdan  çox  çəkirdi.  Qorxurdu  ki,  bu  xiffət,  bu  dərd 
onu vaxtından qabaq gora aparsın. Ona görə də ondan əl çəkmir, keçmiĢ vəzirin könlünü açanda 
xoĢ söhbətlərinə qulaq asır, ondan çox Ģeylər öyrənirdi. Bilirdi ki,  Zəkəriyyə Keçəçi ölsə, o da 
öləcək, qırxı, bəlkə də yeddisi onun yeddisinə qarıĢacaq, O, vəziri keçmiĢ rütbəsi ilə çağırmağa 
alıĢmıĢdı. 
– Ya, Ömdəti əd dövlə!  
Vəzir döndü: 
– Bilirsən onun mə‟nasını? 
– Yox, bilmirəm, – deyə ağsaqqal boynuna aldı. 
– Bilməsən yaxĢıdı. 
–  Nədi  mə‟nası.  Deyir  yetmiĢində  öyrənən  gorunda  çalar.  Mən  də  ömrümün  bu  axır 
çağında öyrənim ki, bəlkə inkir-minkirə bir cavab verə bildim. 
– O adı mənə rəhmətlik, cənnətməkan Uzun Həsən özü vermiĢdi. – Ömdəti əd dövlə, yə‟ni 
ölkənin,  dövlətin,  səltənətin  dirəyi.  Ġndi  uçan  o  dövlətin  dirəyinin  mükafatı  odur  ki,  baltayla 
doğrayıb atasan ocağa. 
 
– Sənin burda nə günahın var axı. 
– Ən böyük günah mənimdi? Ağacan kiĢi. Biclik bilmədim, fırıldaq, əliəyrilik bilmədim. 
Hamını öz ürəyimdə gördüm. Axır dirəyin saxladığı dam uçdu onun öz baĢına. 
– ĠnĢallah düzələr, fikir çəkmə, keçib, yadından çıxar getsin. MaĢallah, nəsilbənəsil yeməyə 
var-dövlətin, salamat canın, övladların. 
– ĠĢ varda, dövlətdədirmi? 
Ağacan  kiĢi  söhbətin  istiqamətini  dəyiĢdi.  Onların  arasında  bu  barədə  razılıq  olmasa  da 
Ağacan kiĢi ona ən təzə xəbərləri çatdırırdı.  
–  ġirvanĢahın  adamları  gəliblər.  Bizim  gədə,  sənin  nökərin  onları  qayıqnan  bəri  üzə 
keçirib. Üç nəfərdilər. 
– Hara gedirlər? 
–  DeyirmiĢlər  TalıĢ  xanının  yanına.  Nəsə  vacib  bir  iĢdən  ötəri  yollayıb  ġirvanĢah  onları. 
Zəkəriyyə Keçəçi birdən dəli kimi döndü: 
– Nə iĢdi ki?  
– Bilməyib vallah. Çox korazehin uĢaqdı. DanıĢırmıĢlar ki, zamanın sahibi peyda olub. Adı 
Ġsmayıl. Gedirik onun haqqına divan çəkməyə. Görsün zamanın sahibi odu, yoxsa bizik.   
– Necə? Zamanın sahibi? Ġsmayıl? Odu, özüdü. 
– Kim?– Ağacan kiĢi təəccüblə soruĢdu. 
– Ġsmayıl. 
Birdən birə Zəkəriyyə Keçəçinin keyfi elə duruldu ki, Ģadlığından nə edəcəyini bilmirdi. 
– O adamlar hardadı? 
– Darğanın evində. 
 
– Necə adamlardı? 
– Adamdı da, ġamaxıdan gəlib TalıĢa gedirlər. 
Mahmudabad ġirvan Ģahlığının tərkibində olsa da, sərhəd Ģəhəri olduğuna görə burada həm 
ġirvana,  həm  talıĢa,  həm  də  Ərdəbilə  meyl  vardı.  Xarici  vergiləri  ġirvanĢah  alırdı.  Amma onu 
qorumağa  heç  kim  fikir  vermirdi.  Bir  də  baxırdın  Muğan  tərəfdən  alarlılar,  Ərdəbil  tərəfdən 
xələçlilər,  tərəkəmələr  hücum  çəkib  camaatın  mal-heyvanını  yığıb  apardılar.  Hamıya  itaət 

178  www.sarigelin.net 
 
elədiyinə görə dərviĢlər də bu yerə ayaq basmaz, gələndə də qəsidələrini oxuyub, pul yığardılar. 
Ona görə də Ġsmayıl barəsində buraya səhih bir mə‟lumat gəlib çıxmamıĢdı. 
Bu  Ģəhəri  deyilənə  görə  Elxani  hökmdarı  Mahmud  Qazan  xan  tikdirmiĢdi.  Bu  yerlərdə 
Kürün sol sahilində otaracaq bol olduğundan Elxani hökmdarı Keyxatu Qaraçala düzünü özünə 
paytaxt  seçib  ölkəni  buradan  idarə  eləyirdi.  Tez-tez  Kürü  keçib  Təbrizə,  ölkənin  baĢqa 
vilayətlərinə  getdiklərinə  görə  Kürdə  bərə  düzəltmiĢdilər  və  həmin  bərənin  yanında  kiçik  bir 
kənd salınmıĢdı. Sonradan Qazan xan həmin kəndi böyütdürüb Ģəhərə çevirdi. Amma evlər çiy 
kərpicdən,  qamıĢdan  tikilib  üstü  suvandığından  burada  gözəgəlimli  bir  bina  da  tikilməmiĢdi. 
Əhali  də  buraya  hər  tərəfdən  gəlib  yığılmıĢdı,  heç  kimin  sözü  o  birisinə  xoĢ  gəlmirdi.  Biri-
birilərini  acılayır,  xəncərlə  doğrayır,  varını-yoxunu  oğurlayırdı.  ġəhərin  üstünə  quldur  dəstələri 
gələndə qaçıb təndirlərdə, axurlarda, ot tayalarında gizlənirdilər. 
Zəkəriyyə  Keçəçi  gəncliyində  təhsil  dalınca  gedəndə  insanları  belə  görməmiĢdi.  Uzun 
illərdən sonra qayıdanda gördüklərinə inanmamıĢdı. Həyat qəribə məktəbdi - poza da bilir, düzə 
də bilir. O görürdü ki, hər yerdə belədi. Təbrizdə, sarayda həyat qaydasında olanda burada da, elə 
bütün Ģəhərlərdə, kəndlərdə də əmin-amanlıqdı. Qurd qoyunla otlayır. Elə ki, orada hərc mərclik 
baĢladı,  bunun  əks-sədası  bütün  kəndlərə,  Ģəhərlərə  yayılır.  Balıq  əvvəl  baĢdan  iylənir.  Bu  adi 
həqiqəti  o  özü  burada,  balıqçılıqla  məĢğul  olan  adamların  arasında  görmüĢdü.  Amma  adi 
həqiqətlər çox vaxt böyük həqiqətlərin kiçik əksi olur. Bu xırda, darıxdırıcı, tozlu və çirkli, yayı 
isti, qıĢı palçıqlı Ģəhərdəki iĢləri də yalnız orada, sarayda düzəltmək olar. 
Rüstəm  Mirzədən  sonra  Gödək  Əhməd  padĢahlığa  gələndə,  onu  da  qətlə  yetirib  Əlvənd 
Mirzə ilə Murad Mirzəni taxta çıxarıb ölkəni iki ayrı-ayrı paylara böləndə Zəkəriyyə Keçəçi dözə 
bilmirdi. Görürdü ki, insanlar daha da pozulur, cılızlaĢır, acgözləĢir, xırdalaĢır. 
Demək  ġeyx  Səfi  nəsli  yenə  də  baĢ  qaldırdı.  O,  ġeyx  Heydər  uĢaqlarının  həbsxanaya 
salınmasının,  Sultanəlinin  öldürülməsinin  əleyhinə  olmuĢdu.  Onsuz  da  Ərdəbil  həmiĢə  o 
seyidlərin  tə‟siri  altında  olmuĢ,  ayrıca  bir  xanlıq,  ölkə  kimi  yaĢamıĢdı.  Sultanəli  də  belə 
yaĢayacaqdı.  Onu  öldürdülər,  guya  Ərdəbili  padĢahlığa  qatırlar.  Amma  budur,  onu  parça-parça 
elədilər. 
Təbrizdən  qayıdandan  sonra  ġirvanĢah  adam  göndərib  Zəkəriyyə  Keçəçini  ġamaxıya 
qulluğa çağırmıĢdı. Amma o qalan günlərini ibadətlə keçirəcəyini bəhanə eləyərək getməmiĢdi. 
Böyük  sarayın  vəfasını  görməyəndən  sonra  o  kiçik  saraya  getmək  istəmirdi.  Bununla  o  özünü 
daha da ucuzlaĢdırardı. 
Mahmudabada  ustalar  çağırtdırıb  məscid,  mədrəsə  tikdirməyə  baĢlamıĢdı.  Bununla  da 
ömrünün  sonunda  savab,  rəhmət  qazanmaq  fikrinə  düĢmüĢdü.  Hərdən  bir  də  qələm-davatını 
götürüb sarayda gördüklərini qaralayırdı. Amma axĢam düĢən kimi buraya - Kürün sahilinə gəlir, 
əllərini  qoynuna  qoyub  qüruba,  onun  özü  kimi  bağrı  qana  dönmüĢ  günəĢə  baxır,  hava  qaralıb 
göydə  gecə  quĢları  uçandan,  qamıĢlıqlardan,  bataqlardan  mığmığalar  qalxıb  hər  tərəfi 
çulğalayandan  sonra  qayıdıb  evə  gedirdi.  Onun  dalınca  da  qohumu  Ağacan  kiĢi,  onun 
xidmətçiləri  yeriyirdilər.  Ġndi  isə  o  günəĢ  hələ  uzaqda,  Muğanın  üstündə  sanki  yerin  altına 
girməmiĢ qayıtmaq istədi. 
– Deyirsən darğanın evindədilər? 
– Bəli. 
– Aydındı. 
– Nə aydındı?   
– Aydın olan. 
Ağacan kiĢi ən çətin məsələlərdə Zəkəriyyə Keçəçinin “aydındır” deməyinə heyrət eləyirdi. 
– ”Bu kiĢi yerin altını da bilir, üstünü də. Elə bir iĢ yoxdur, xəbəri olmasın. Belə baĢ sahibini də 
bu  günə  salarlar?”.  Bundan  sonra  artıq  barmaqlarındakı  donmuĢ  iri  qan  danəli  təsbehini 
oynatmağa baĢlayırdı. Onun öz aləmində, Allahla arasında söhbəti baĢlayırdı. 
 
– Ey yerin, göyün sahibi, niyə ən ağıllı bəndən olan, Zəkəriyyə Keçəçiyə əzab verirsən? 
– O səndən ağıllıdı, məndən yox, Ağacan kiĢi. – Göylərdən cavab gəlirdi.   

179  www.sarigelin.net 
 
– Əstəğfürullah, əstəğfürüllah, mən sənin iĢlərinə qarıĢmıram. Onu bilmək istəyirəm ki, axı 
o məndən çox ağıllıdı, niyə gətirib mənə yoldaĢ eləmisən?  
–  Qoy  bir  az  da  sənin  ağlını  artırsın.  O,  həmiĢə  padĢahlara  öyüd-nəsihət  verirdi  .Ağıllı 
adama ağıl öyrətmək, ağılsız adama ağıl öyrətməkdən daha xeyirlidi. Son padĢahlar ağıldan kasıb 
olduqlarından onun məsləhətlərini bəyənmədilər. Ona görə də bu günə düĢdülər. Onu da ayırıb 
Mahmudabada göndərdim ki, o hökmdarların günahı Zəkəriyyə Keçəçinin adına yazılmasın. 
– Sən nə ədalətlisən, ey yerin-göyün sahibi? 
Bu yerdə Ağacan kiĢinin Allahla söhbəti qurtardı. 
– YaxĢı, aydın olan nədi? 
–  Heç,  –  deyə  Zəkəriyyə  Keçəçi  ona  cavab  vermirdi.  Bilirdi  ki,  onsuz  da  baĢa  sala 
bilməyəcək, onsuz da lazım deyil. 
Bu  aydınlıq  nədir?  Demək  Ġsmayıl  TalıĢ  tərəfdədir  və  ġirvanĢah  bu  adamları  Mirzə 
Məhəmmədin yanına göndərib onu orada öldürtmək istəyir. Buna yol vermək olmaz, qəti olmaz! 
ġirvanĢahın  elçisi  TalıĢ  xanı  Mirzə  Məhəmmədə  Fərrux  Yassarın  məktubunu  təqdim 
eləmiĢdi.  Mirzə  Məhəmməd  xan  onu  vəzirə  oxutdururdu. Məktubun əvvəli səmimi baĢlasa da, 
onların dostluğuna iĢarə olunsa da, getdikcə boyalar tündləĢir, axırda o dostluğun düĢmənçiliyə 
çevriləcəyi ilə hədələnirdi. Məktubda deyilirdi: 
“Mirzə  Məhəmməd  xan  bilmədi  ki,  dostun  düĢmənlərini  qanadı  altına  almaq 
düĢmənçilikdən  betərdi  və  bunun  ağırlığını  hiss  eləməlidi.  ġeyx  Heydərin  oğlu  Ġsmayılın 
nəyindən  qorxmusan.  Sənin  hərəkətindən  belə  çıxır  ki,  öz  yanında  mənim  qanıma  susayan 
adamları  saxlayıb  onlarla  bərabər  ġirvanĢaha  qəsd  hazırlayırsan.  Bil  və  sənə  agah  olsun  ki, 
ġirvan  qoĢunu  Kürü  keçsə  səni  heç  qanadı  altına  almayacaq.  YaxĢısı  budur,  Ġsmayılı  öz  əlinlə 
tutub mənim hüzuruma göndər”.  
Bir çox təhdidedici sözlərdən sonra Fərrux Yasarın möhürü basılmıĢdı. 
Mirzə  Məhəmmədin  qanı  sifətinə  vurmuĢdu  və  onun  tükü  tökülmüĢ  baĢında  tər 
tumurcuqlanmıĢdı.  Gözləri  ĢüĢədənmiĢ  kimi  parıldayırdı.  Amma  heç  nə  demirdi.  Məktubu 
oxuyan  vəzir  tərs-tərs  ġirvan  nümayəndələrinə  baxır,  gözlərini  döndərib  xana  baxanda  onlar 
təəccüb ifadə eləyirdi. Vəzir belə fikirləĢirdi: “ġirvanĢah olanda nə olar. Biz axı onun əlaltıları 
deyilik.  Heç  Təbriz  sarayına  tabe  olmamıĢıq,  bu  niyə  bizi  hədələyir?”  Amma  xan  ayrı  cür 
düĢünürdü:  Vəziyyət  yenə  də  mürəkkəbləĢib.  Fərrux  Yasar  indi  hamıdan  qüvvətlidi.  Ġstədiyini 
eləyə  bilər.  TalıĢ  xanının  ona  heç  gücü  çatar?  Çox  da  ki,  Ağqoyunlulara  xərac  verir.  Əlvənd 
Mirzə Fərrux Yasarı qoyub onun sözünü deyəcək? Onsuz da heç Əlvənd Mirzənin də Ġsmayıldan 
xoĢu gəlmir. Sabah o da TalıĢ xanından Ġsmayılı istəyəcək. 
YaxĢı, mən niyə ağlımı uduzdum? Mirzə Əliyə niyə uydum? Bir körpə uĢağa görə özümə 
iki  hökmdarı  ləc  salıram.  DüĢmənlərimin  sayını  artırıram.  Bu  fani  dünyada  mənim  kimi 
hökmdarlar suyu da püfləyə-püfləyə içirlər ki, sonra söz deyən olar? Bu xatadan qurtarsın. Yox, 
elə  özünü  zamanın  sahibi  e‟lan  eləməklə,  hamının  gözündən  pərdə  asır.  Mənim  qanadıma, 
kölgəmə sığınıb yaza kimi özünə qüvvə yığmaq istəyir. 
Nə  qədər  qüvvə  toplayacaq?  Ən  çox,  ən  çox  dörd-beĢ  min.  Onun  atası  iyirmi  minlik 
qoĢunla  Fərrux  Yasara  heç  bir  Ģey  eləyə  bilmədi,  özü  tarimar  oldu.  Ġndi  bu  uĢaq  beĢ  minlə  nə 
eləyə  biləcək?  Arada  mənim  yerimə,  yurduma  su  calanır.  TalıĢın  üstünə  qoĢun  gəlsə,  gərək 
vuruĢam.  VuruĢmada  da  gör  nə  qədər  adamımız  qırğına  gedəcək.  YaxĢısı  budur  keçi  ölsün, 
qoturluğu da kəsilsin. Ġsmayılı yox eləsək, Əlvənd Mirzə də, Fərrux Yasar da, mən də qulağı dinc 
oturarıq. Ancaq necə? O mənim qonağımdı. Qonağı öldürmək, yaxud onu ələ vermək mənim nə 
Ģanıma, nə Ģöhrətimə yaraĢan iĢ deyil. Belə eləsəm, gərək onda özüm boğazımı aparıb keçirəm 
kəndirə. Adım qalacaq qonaq öldürən, qonaq satan. Ölkənin adı bədnam olacaq, Allah bu qədər 
ne‟məti verib ki, onlardan qonaqlar da yesin. Həm də bu qonaq məni hamıdan güclü bilib, mənə 
pənah gətirib, indi onu necə ələ verim? Mirzə Məhəmməd xan fikirdən ayrıla bilmirdi. 
Əyninə məxmərdan arxalıq geyib, baĢına quzu dərisindən papaq qoyan ġirvan elçisi isə ona 
aman vermək istəmədi. 
– Nə oldu, xan? ġirvanĢahın məktubuna e‟tinasız yanaĢmaq yaxĢı düĢməz ha! 

180  www.sarigelin.net 
 
Vəzir ona dedi:   
– Sən kimlə danıĢdığını bilirsənmi? 
– Niyə bilmirəm? Bu qədər at sürmüĢəm, bilmirəm hara gedirəm? 
Vəzir ona yaxınlaĢıb pıçıldadı: 
– Xanın qəzəbinə gələrsən, bir az özünü yığıĢdır. 
Elçi dil boğaza qoymurdu. 
– Mən xanın qəzəbinə gələrəmsə, xan da ġirvanĢahın qəzəbinə gələr. 
Bu  sözləri  bərkdən  dedi,  xan  da  eĢitdi.  Vəzir  xanın  acizliyinə  məəttəl  qalmıĢdı. 
Tədbirsizliyinə  də  heyrətlənirdi.  BiyəpiĢ  hakimi  Mirzə  Əli  özünü  itirməyib  Ġsmayılı  gizlətmək 
üçün Qur‟ana da and içmiĢdi. Ġndi bu boyda xan cavab tapa bilmir. 
Mirzə Məhəmməd xan soruĢdu: 
 
– Elçinin vəzifəsi nədi? 
–  Elçinin  vəzifəsi  gətirdiyi  məktuba  cavab  aparmaq,  həm  də  doğru-dürüst  cavab,  xeyirli 
cavab. 
– Onu soruĢmuram. ġirvanĢah sarayında nə iĢ görürsən? 
Mən ġirvanĢahın əmiraxuruyam. 
Mirzə Məhəmməd əllərilə baĢını tutdu. “Gör mən nə günə qalmıĢam ki, ġirvanĢah üstümə 
mehtərini  göndərir.  Demək  məni  mehtərinə  bərabər  hesab  eləyib.  YaxĢı,  nə  olar,  tənəzzülün 
tərəqqisi də gələr”. 
–  Deyirəm  axı,  niyə  belə  at  kimi  üzümə  dayanırsan.  Bunu  qandallayıb  tövləyə  salın.  O 
birisi elçiləri yerbəyer eləyib qulluqlarında dayanın. 
Qapıda dayanan keĢikçilər yetirib əl-ayaq tərpədən əmiraxurun qollarını burub, apardılar. O 
birisi elçilərdən biri ayağa qalxıb baĢ əydi. 
– Xan sağ olsun, o elə belə danıĢığını bilməyəndi, onu bizə bağıĢla. 
– Hə, belədi ha. Deyir adın nədi, DaĢdəmir, yumĢalısan, yumĢalı. Elçiyə zaval yoxdu, dilin 
dinc  qoya  bilsə.  Gedin,  dincəlin,  yoldan  gəlmisiniz.  Mən  cavabı  hazır  eləyəcəyəm.  –  “Öz 
mehtərimlə də göndərəcəyəm ġamaxıya”.– demək istədi, sözü dilinin ucunda saxladı.  
Elçilər gedəndə, onlardan ən yaĢlısı, bayaqkı sözləri deyən geri qayıtdı, xana yaxınlaĢıb sirr 
sözü olduğunu baĢa saldı. Xan razılıq verəndən sonra yaxınlaĢdı. 
–  ġirvanĢah  tapĢırdı  ki,  dilcavabı  deyim.  Ġsmayıla  görə  beĢ  yüz  tümən  də  verəcək.  Bu 
böyük puldu. 
Bəli, beĢ yüz tümən çox böyük pul idi. Mirzə Məhəmmədə də belə bir vaxtda çox lazım 
idi. Amma yenə, heç nə demədi. 
– Gedin, sonra danıĢarıq. 
–  Xan  sağ  olsun,  bizim  əmiraxuru  mənim  bu ağ saqqalıma bağıĢlayın.  DanıĢığını bilmir, 
ürəyi elə deyil. 
– Yox, tövlədən ötəri darıxıb. Qoy axurda bir az yatsın, ağlı baĢına gəlsin. 
Xan  üzünü  kənara  çevirdi.  Bununla  da  bildirdi  ki,  onların  arasındakı  söhbət  qurtarıb. 
ġirvanĢahın elçiləri çıxanda xanın iqamətgahı qabağında bir dəstə elçi də atdan düĢürdü. 
Bunlar  BiyəpiĢin  günbatanındakı  Biyəpas  hökmdarı  Hüsaməddinin  elçiləri  idi.  Bir  Gilan 
iki  yerə  parçalanmıĢdı.  Bir  tərəfi  Ġsmayılın  dostu,  bir  tərəfi  onun  düĢməniydi.  Bu  gələnlər  də 
düĢmənlərin elçiləriydi. 
Mirzə  Məhəmməd  xan  hələ  ġirvan  elçilərinin  hədəsindən  qurtarmamıĢ,  özünə  gəlməmiĢ 
bunlar  özlərini–  yetirdilər.  Məcbur  qalıb  onları  da  qəbul  elədi.  Hüsaməddinin  kiçik  qardaĢı 
Sədrəddin gəlməklərinin səbəbini belə izah elədi: 
–  Biz  təkcə  Biyəpasın  yox,  eyni  vaxtda  Ağqoyunlu  hökmdarı  Əlvənd  Mirzənin  də 
elçiləriyik. Bilirik ki, ġeyx Heydər oğlu Ġsmayıl TalıĢda, Ərcivanda ocaqlıq salıb, qoĢun toplayır. 
Əgər onu bizə verməsən, biz özümüz xəbərsiz-ətərsiz Astara çayını keçib Ərcivanı yerlə yeksan 
eləyəcəyik. Onda yaxĢı düĢməyəcək. Əlvənd Mirzə də, Hüsaməddin xan da sənə böyük ehtiram 
köstərirlər. Hörmət qarĢılıqlı olur. YaxĢısı budur ki, onları həmiĢə dost gözündə görəsən. 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin