Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   27   28   29   30   31   32   33   34   35
onun ayaqlarını qucaqladı. 
–  Qurbanın  olum,  ay  Lələ.  Nə  yerdə  dadıma  çatmısan.  Lələ  xeyli  baxandan  sonra  Səfəri 
tanıdı. 
– Bu sənsən? 
– Mənəm, baĢına dönüm. 
 
Lələ də onu qucaqladı. 
– Səni bəs kim tutub bura salıb? 
– Əbih Sultan. Məni tutdurandan sonra özü qaçdı. 
DərviĢlər də buradadı. Biri ömrünü sənə bağıĢladı. Qalanları da budu. 
Lələ də Cibo Səfərin tapılmağına sevindi. Həm canı qurtarmıĢdı, həm də onların ġamaxını 
yaxĢı tanıyan öz adamları vardı. 
QarĢıda iki dağ dayanmıĢdı. Hər ikisi qızılı rəngdə idi. Otlar, kollar... Ağaclar saralmıĢdı. 
Bu  dağlardan  biri  qala  divarının  bürcündə  dayanan  Ġsmayıla  daha  yaxın  idi.  Ona  Pirdirəyi 
deyirdilər. DöĢündən dolanan cığır yuxarıya, üstündə ağ bir tikili görünən yerə qalxırdı, həm də 
düyünlənə-düyünlənə, əyilə-əyilə qalxırdı. O cığır nəhəng, bədheybət pəhləvanın atdığı kəmənd 

199  www.sarigelin.net 
 
kimi  ağ tikiliyə-pirə iliĢmiĢdi və aĢağı  sallanmıĢdı.  Pəhləvanın  o kəməndi çəkməyə artıq taqəti 
qalmamıĢdı. 
Pirdirəyinin günbatan tərəfində isə onun yarısı enində, onunla bir hündürlükdə Qız qalası 
dağı  yüksəlmiĢdi.  Onları biri-birindən dar bir dərə ayırırdı. Dərənin baĢı üstündə qayalar qartal 
dimdiyi  kimi  yaxınlaĢmıĢdı,  amma  toxunmamıĢdı.  Qız  qalası  dağının  zirvəsində  əzəmətli  qala 
ucalırdı. O, ġirvanĢahların indiyə qədər heç bir düĢmən tərəfindən alınmayan Gülüstan qalası idi. 
Ġsmayıla elə gəldi ki, o ağ bürclər kinayə ilə güldüyündən Fərrux Yasarın açıq qalmıĢ diĢləridir. 
Ona  bir  əfsanə  də  danıĢmıĢdılar.  Həmin  əfsanəyə  görə  Gülüstan  qalasından 
ġirvanĢahlardan hansınınsa oğlu kəmənd atıb, gecələr o kəmənddən tuta-tuta Pirdirəyinə keçir və 
orada  vəzirin  qızı  ilə  görüĢürmüĢ.  Ġndi  Pirdirəyindən  qalaya  kəmənd  atıb  qoĢunu ora keçirmək 
olmazmı? Yox, bu mümkün deyil. Gülüstan doğrudan da alınmaz qaladır. YaxĢı ki, Fərrux Yasar 
orada  yoxdur.  QoĢunu  da  Pirqulu  dağındakı  Nağaraxanada,  bir  də  Qız  meydanındadır.  Onları 
açıq döyüĢə çağırmaq lazımdır. Yoxsa heç bir Ģey hasil olmayacaq. Fərrux Yasar orada gizlənsə 
onu heç cür o daĢ yuvadan çıxarmaq mümkün olmayacaq. 
Ġsmayıl döndü və gördü ki... Yox, gördüklərinə inanmadı. Bu ola bilməzdi. O birisi bürcdə, 
ondan on beĢ, iyirmi addım kənarda onun elə özü dayanmıĢdı. Ġkinci bir Ġsmayıl. Bu nədir? Onu 
qaramı basır? Hamını sehrlədiyi yerdə özü sehrəmi düĢüb? Əynindəki paltar da, üzündəki niqab 
da,  belindəki  kəmər  də  eynidir.  Olmaya  bu  ruhdur,  qaraçuxadır,  nədir?  Ġsmayıl  yaxınlaĢdı.  Öz 
əksinə  yaxınlaĢdı.  Elə  bil  güzgüdə  görürdü.  Yox,  bu  boyda  güzgü  ola  bilməzdi.  Bir  də  axı 
güzgüdəki əks adamın düz gözlərinin içinə baxır. Bu isə üzünü döndərib. 
– Ey Ģəxs, sən kimsən?   
O dönüb baxdı və heç nə demədi. 
– Səninləyəm, mənə cavab ver. 
– Mən Ġsmayılam. 
Bu ola bilməz. O yuxuda deyil və hər Ģeyi aydın görür. Odur, qala divarının qotur daĢı ilə 
bir balaca kərtənkələ qaçdı. Gülüstan qalasının üstündə isə, dağlarda topa, ağ buludlar görünür. 
Bir dəstə göyərçin uçub Cümə məscidinə tərəf keçdi. Bunlar hamısı həqiqətdi, hamısı ayıqlıqdı. 
Yuxu ola bilməz, heç ola bilməz. 
– Bəs mən kiməm? 
– Sən də Ġsmayılsan. Biz ikimiz də bir adamıq. Heydər oğlu Ġsmayıl. 
– Bu necə ola bilər? 
– Elə belə. Burada təəccüblü heç nə yoxdur.  
Lələ Ġsmayıla bir üz alma kimi  oxĢayan Xızıra elə dərs vermiĢdi, onu elə öyrətmiĢdi, elə 
təlqin  etmiĢdi  ki,  o  artıq  öz  adını  unutmuĢdu  və  özünə  Ġsmayıl  demiĢdi.  Düzdür,  onda 
hökmdarlıq,  Ģeyxlik  ruhunu,  əqidəsini  qüvvətləndirməmiĢdi.  Bunun  ziyanı  xeyrindən  çox  ola 
bilərdi. 
Lələ  bu  oxĢarlıqdan  daha  bir  məqsəd  üçün  istifadə  etməyi  lazım  bilirdi.  ġair  Ġsmayılın 
qəlbində kin və küdurət yox idi. O, ölüm hökmlərini verməyəcəkdi. O hökmlər lazım olan yerdə 
Lələ  ikinci  Ġsmayıldan-Xızırdan  istifadə  edəcəkdi.  Lələ  Ġsmayılın  dalınca  qala  divarının  üstünə 
çıxanda  onları  yanaĢı  gördü  və  sirrin  açılmağı  onu  çıxılmaz  vəziyyətdə  qoydu.  Artıq  Ġsmayılla 
Xızır  üz-üzə  dayanıb  söhbət  edirdilər.  Lələdən  baĢqa  onları  biri-birindən  çox  az  adam  ayıra 
bilirdi. O, tez Xızırın qolundan tutub çadıra apardı. 
– Soyun bu libası. Sənə kim icazə verib ki, çadırdan çıxasan? 
– Özüm istədim. 
– Özün çox Ģey istəyirsən. Bizi elə pis günə salarsan ki, sonra özümüzü düzəldə bilmərik. 
Mən dediyim kimi. 
Geri qayıdıb əsl Ġsmayılla üz-üzə dayandı. Heydər oğlu Ġsmayıl Lələdən soruĢdu: 
– Bu nə mö‟cüzədi, Lələ? 
– SoruĢma, mürĢüdüm. 
– Yox, mən bilməliyəm. 

200  www.sarigelin.net 
 
Lələ ona sirri açmağa məcbur oldu. O, Ġsmayılın qəzəblənəcəyini gözləyirdi, amma qəzəb 
yox, onda mülayim bir əhvali-ruhiyyə əmələ gəldi. 
– Sən nə tədbirlisən, Lələ? – dedi. 
– Ayrı əlacımız yoxdu. 
Bu vaxt bir mürid içəri girdi və Lələyə dedi:   
–  Lələ  bəy,  ġirvanĢah  Qəbələdən  qayıdıb,  Qaleyi  Buğurdla  Gülüstanın  arasında  –  Cəngi 
meĢəsindədi. 
– QoĢunu çoxdu? 
– Bəli, bizdən çoxdu. 
– Qorxma, Ģir ürəkli müridimiz. Hər müridin qəlbində aslan yatıb, o aslan əqidəmizdi. Bu 
söhbəti də heç yerdə yayma. 
– Oldu! 
– Sən mürəxxəssən. 
O, Ġsmayılla bir fikrə gəlməliydi. ġamaxı onların əlindəydi. ġəhərdə qalıb Fərrux Yasarın 
hücumunu,  mühasirəsini gözləmək onlar üçün ölüm demək idi. ġəhərdə heç bir azuqə yox idi. 
Suyun  yolunu  da  onlardan  yaxĢı  bilirdilər.  Çatan  kimi  o  suyu  qurudacaqdılar.  Tezliklə 
ġamaxıdan çıxmalı, döyüĢ üçün əlveriĢli yer seçməliydilər. Bu yeri isə o tapmıĢdı. Pirsaat çayının 
sağ  sahilində,  Pirquludan  baĢlayıb  uzanan  dağ  silsiləsi  Cəbani  kəndi  yanında  qurtarır,  təpəliyə 
çevrilirdi.  Cəbaninin  üstündə  geniĢ  düzənlik  vardı.  Oradan  Nağaraxanaya,  Qız  meydanına, 
aĢağıdakı ġamaxıya yol vardı. Haradan qoĢun gəlsə bu düzə qalxmaq üçün dağa dırmaĢmalıydı. 
Belə  bir  vəziyyətdə  onlar  üstünlük  əldə  edəcəkdilər.  O,  bu fikirlərini Ġsmayıla danıĢdı və onun 
gözəl sifətindəki ifadə razı olduğunu söyləyirdi. 
– YaxĢı fikirləĢmisən. Bəs Fərrux Yasar qalada gizlənməyəcəkmi? 
–  Bu  qədər  qoĢunu  o  qalada  gizlətmək  üçünmü  gətirib?  Gizlənməz.  O  bizim  də 
qüvvəmizdən  xəbərdardır  yəqin.  Ona  görə  meydan  müharibəsinə  çıxacaq.  Qalada  gizlənsə, 
ġirvan əhlinin gözündən düĢər. 
– Bu da düzgün fikirdi. Nə vaxt tərpənməliyik? 
– Qaranlıq düĢən kimi. 
QızılbaĢ sərkərdələri – Dədə bəy də, Qara Piri bəy də, Bayram bəy də, Ġlyas bəy də, Xadim 
bəy  də,  Əbdi  bəy  də  onun  fikri  ilə  razılaĢdılar,  hava  qaralan  kimi,  qızılbaĢ  qoĢunu  Ģəhərin 
gündoğan darvazalarından çıxıb Cəbaniyə yol aldı. 
Cəbani  düzündə  payızın  qızılı  rənglərini  yazda  olduğu  kimi  yenə  də  qırmızı  rəng  əvəz 
elədi. Elə bil lalələr açmıĢdı. QızılbaĢ qoĢununun on iki ləçəkli atlas çalmaları lalələrə bənzəyirdi 
və bir azdan bu lalələrin çoxusu solacaqdı, amma qırmızı rəng daha da artacaq, taxılı biçilmiĢ bu 
düz  al  qırmızı  boyanacaqdı  və  yəqin  ki,  hələ  neçə  illər  bundan  sonra  da  orada  xıĢla  torpağı 
çevirib dən səpməyəcəkdilər. 
Qədim qəbiristanlıqla üz-üzə dayanan təpədə ağ çadır qurulmuĢdu və orada qırmızı qızılbaĢ 
bayrağı  dalğalanırdı.  Ġsmayıl  burada  idi.  AĢağıdakı  düzdə  isə  qoĢunun  ehtiyat  hissələri 
düzülmüĢdü.  Yuxarıda  isə  ön  dəstələr  səf  çəkmiĢdi.  Lələ  bəy  sərkərdələrlə  yanaĢı  dayanmıĢdı. 
Onlar sağ tərəfdəki Qız meydanında göründülər. Ora ġirvan qoĢunlarının məĢq yeri idi. QarĢıda 
Pirqulu dağı görünürdü, oradakı Nağaraxanada ġirvanĢahın qoĢunu cəm olmuĢdu və hərdən bir 
əsən  meh  o  qoĢunun  yanında  çalınan  qara  zurna  və  nağaranın  sədalarını  gətirib  çıxarırdı.  Bu 
sədalar döyüĢə çağırıĢ demək idi. 
Cəbani  düzündə  qızılbaĢ  qoĢunu  dayanmıĢdı.  Ortada  Dədə  bəyin  varsağı  tayfası,  sağ 
cinahda Qara Piri bəyin sərkərdəliyi ilə qacar tayfası, Solda Əbdi bəyin Ərzincandan, Ağbabadan 
gətirdiyi rumlu, Ģamlı, Ağbaba igidləri düzülmüĢdü. Bayram bəy Qaramanlının Qaraman igidləri 
ikinci cərgədə, Məhəmməd bəy Ustaclının tərəkəmələri ilə yanaĢıydı. Bir sözlə bütün yeddi tayfa 
ilk dəfə burada birləĢib eyni məqsəd ilə qanlarını tökməyə hazır idi. 
Xadim bəy Xulafanın TalıĢ və BiyəpiĢ atlıları təpənin arxasında pusquda dayanmıĢdı. 

201  www.sarigelin.net 
 
DöyüĢdən  qabaq  söz  aĢıqların  idi.  Qopuzlarını,  sazlarını sinələrinə sıxan aĢıqlar qoĢunun 
qabağında  gəziĢib  oxuyurdular.  Onlardan  birinin  səsi  daha  gur,  zənguləli  idi.  O  varsaq  igidləri 
qarĢısında varsağı oxuyurdu. 
 
Qaibdən dəlil göründün, 
Dədəm xoĢ gəldin, xoĢ gəldin! 
Bizi sevib sevindirdin. 
Dədəm, xoĢ gəldin, xoĢ gəldin! 
 
Ġki can idik, birləĢdik, 
Məhəbbət qapısın aĢdıq, 
ġükür, didara iriĢdik, 
Dədəm, xoĢ gəldin, xoĢ gəldin! 
 
Üstümüzə yol uğratdın, 
Gövhər aldın, gövhər satdın. 
Ərliyini isbat etdin, 
Dədəm xoĢ gəldin, xoĢ gəldin! 
 
AĢıqlar da qazilər, müridlər kimi geyinmiĢdi, onlara da aĢıq yox, elə qazi deyirdilər. Çünki 
onların oxuyub qoĢunu cuĢa gətirməyi elə müridlik, qazilik idi. Bundan sonra onlar qobuzlarını 
çiyinlərinə keçirib at belinə süvar olacaq, qılınclarını siyirəcəkdilər. 
Cavan  bir  aĢıq  onu  əvəz  elədi.  Bunun  səsi  əvvəlkindən  də  zil  idi.  O,  bütün  QızılbaĢ 
qoĢununun eĢidəcəyi bir səslə zamanın sahibinin təzə Ģe‟rini oxumağa baĢladı: 
 
Allah, allah, deyin, qazilər,  
Qazilər, deyin, Ģah mənəm.  
QarĢu gəlin, səcdə qılın,  
Qazilər, deyin, Ģah mənəm. 
 
QoĢun  “Qazilər,  deyin,  Ģah  mənəm”  sözlərinin  mə‟nasını  yaxĢı  baĢa  düĢürdü.  Bu  döyüĢ 
Ġsmayılı Ģah da eləyə bilərdi, qul da. ġah olmaq üçün bu döyüĢdə yeddi tayfanın birləĢən igidləri 
qalib  gəlməliydi.  ġeyx  Ġsmayıl  da  dünən  yazdığı  Ģe‟ri  bu  gün  döyüĢdən  qabaq  aĢıqlara 
oxutdururdu. 
 
Uçmaqda tuti quĢuyam,  
Ağır ləĢgər ər baĢıyam, 
Mən sufilər yoldaĢıyam. 
Qazilər, deyin, Ģah mənəm. 
 
Oynağa gedən atların belində oturan igidlər bir ağızdan qıĢqırdı: 
– Qurban olduğum, sadağa olduğum, pirim, mürĢüdüm, Ģah Xətaim! – Bu nidanı iki dəfə 
təkrar edən güclü səsdən sonra aĢığın xoĢ avazı yenidən eĢidildi: 
Nə yerdə əksən bitərəm, 
Handa çağırsan yetərəm, 
 
Sufilər əlin tutaram
Qazilər, deyin, Ģah mənəm. 
 
Mənsur ilə darda idim,  
Xəlil ilə narda idim,  
Musa ilə Turda idim,  

202  www.sarigelin.net 
 
Qazilər, deyin, Ģah mənəm. 
 
Diri-diri  dərisi  soyulan  həllac  Mənsurla  dara  düĢən,  Ġbrahim  Xəlil  peyğəmbərlə  oddan 
keçən,  tövratı  yazan  Musayla  bərabər  Allah  təala  ilə  danıĢmaq  üçün  Turi-Sə‟na  dağına  qalxan 
zamanın  sahibinin  bu  sözlərindən  sonra  hər  bir  qazi,  hər  bir  mürid  təkbaĢına  Fərrux  Yasar 
qoĢununa  qalib  gələcəyinə  əmin  idi.  Yenə  də  nidalar  ucaldı  və  bu  nidalar  Nağaraxanada 
eĢidiləndə  zurnaçılar  da,  nağara  çalanlar  da  əllərini  bir  anlıq  saxladılar.  AĢıq  Ģe‟rin  arxasını 
oxudu: 
 
Qırmızı tağlı ağ atlı,  
Ağır ləĢkər nisbətli,  
Yusif peyğəmbər sifətli,  
Qazilər, deyin, Ģah mənəm. 
 
Xətaiyəm, ağ atlıyam, Sözü Ģəkərdən dadlıyam. Mürtəza Əli zatlıyam, Qazilər, deyin, Ģah 
mənəm. 
– Qurban olduğum, sadağa olduğum, pirim, mürĢüdüm, Ģah Xətaim! 
DöyüĢün baĢlanmağına bir xeyli qalmıĢ Səfər gördü ki, Cəbani kəndinin yanından bir dəstə 
atlı yuxarı qalxır. O, toz arasındakı adamları saydı. BeĢ nəfər idi. Tez xəbər verdi və on atlı ilə 
onlar  bu  beĢ  atlını  yolun  düzə  qalxdığı  yerdə  gözlədilər.  Bu  beĢ  nəfər  qoĢunun  arxasından 
göndərilən düĢmən qatilləri də ola bilərdi, düĢmən casusları da. 
Oxlar  kamana  qoyuldu,  qılınclar  qından  siyrildi.  Amma  Səfər  qabaqdakı  atlının  qoç 
buynuzuna oxĢayan, çallaĢmıĢ bığlarını görəndə sevincindən bərkdən qıĢqırdı. 
– Murad bəy, sən sağsan? 
Murad  Səfəri  qızılbaĢ  libasında  görəndə  əvvəl  tanımadı,  sonra  göy  gözlərini,  seyrək 
diĢlərini görüb onun Səfər olduğunu yəqinləĢdirib tullanıb atdan düĢdü. 
– Mənəm, Səfər, mənəm. 
– Sən hara, bura hara! QuĢ gəlsə qanad salar, qatır gəlsə dırnaq salar. 
–  Ay  zalım,  mənim  qanadım,  dırnağım  səninkindən  boĢdu,  niyə?  Onlar  qucaqlaĢdılar. 
Oxlar kiriĢdən götürüldü, qılınclar qına girdi. 
– Köməyə gəlmisən? 
– Əgər buna kömək demək mümkündüsə. Ayrı bir iĢim də var. Məni Lələnin yanına apara 
bilərsənmi? 
– Ġndi dava baĢlayacaq, Lələnin baĢı qarıĢıqdı. 
– Mən onu döyüĢdən qabaq görməliyəm. – Murad onun qulağına pıçıldadı: 
– Əbih Sultanı gətirmiĢəm. 
Səfər baĢını döndərib qarnı üstündə yəhərə bağlanmıĢ adamı gördü. 
– Onda məni  gözlə,  – deyə atına mindi, çapıb üzüyuxarı getdi. Bir azdan Lələ bəyin özü 
gəldi.  Muradla  görüĢdü,  atın  üstünə  sarınmıĢ  Əbih  Sultanın  baĢını  qaldırdı.  Tozdan  onun  sir-
sifətini tanıya bilmədi. 
– Elə bildin qaçacaqsan. Yox. Zamanın sahibinin heç kimdə heyfi qalmayacaq. 
– Mənim alnıma da belə yazılıbmıĢ, – deyəsən zəif səs eĢidildi və o öskürdü. 
Lələ  Əbih  Sultanın  gətirilməyindən  də  istifadə  eləmək  fikrinə  düĢdü.  Onları  Ġsmayılın 
çadırının  yanına  gətirdi,  özü  çadıra  girib  əhvalatı  danıĢdı,  məsləhətləĢəndən  sonra  çıxdı, 
keĢikçilərə nəsə dedi, Səfəri də, Muradı da yanına çağırıb Əbih Sultanı əli-qolu bağlı saxlamağı 
onlara tapĢırdı. 
–  Allah  bu  döyüĢün  taleyini  bizə  tapĢırıb.  ĠĢdi  tanrı  bizdən  üz  döndərsə,  onu  haqqına 
yetirməyi  sənə  tapĢırıram,  –  deyə  Murada  baxdı.  Özü  isə  atına  süvar  olub  qoĢunun  qabağına 
çapdı. AĢığa dayanmağı tapĢırıb, özü atını dikdirə sürdü. 
– Ya qazilər, Allah bizim tərəfimizdədir. O, özü elə indicə ġeyx Heydər ocağının Fərrux 
Yasar kimi qəddar bir düĢmənini, Sultanəlinin, Ġbrahimin qatili Əbih Sultanı əli bağlı, qolu bağlı 

203  www.sarigelin.net 
 
Zamanın sahibinin  hüzuruna göndərir. DöyüĢdən sonra atasının qatili də hüzura gətiriləcək. Ġki 
qatı düĢmən bir zamanda e‟dam olunacaq. 
Bu xəbər də qoĢunun heyrətini, inamını bir pillə daha artırdı. 
Zamanın sahibi xəbər göndərdi ki, aĢıqların heç biri döyüĢə girməsin. Onların hər biri neçə 
müridin əvəzidir. Onları təhlükəsiz yerə göndərsinlər. 
Onlar  oxuyanda  Ġsmayılın  yadına  Səkinə  düĢmüĢdü.  Onun  cürə  sazı,  çaldığı  “Misri”, 
“Dübeyti”, “Ruhanı” düĢmüĢdü və o elə kövrəlmiĢdi, elə kövrəlmiĢdi ki, dindirən olsa bəlkə də 
ağlaya bilərdi. Onu qəhərləndirən, kövrəldən təkcə aĢıqların oxumağı deyildi. Səkinənin Borçalı 
ellərinə gedən bağlı, kilidli  yolları açmaq onu kövrəldirdi. Birinci kilid burada qırılacaqdı. Lap 
Tiflis  yanındakı  Borçalı  çökəyinə  qədər  yollar  açılsa  o  bundan  da  betər  kövrələrdi.  Yollar 
açılacaqdı,  Səkinə  xala  isə  artıq  yoxdur.  Onun  sazı  da,  çalğısı  da  yoxa  çıxıb.  Təkcə  Ġsmayılın 
qəlbində aĢığa, sözə-saza məhəbbət qalmıĢdı. 
O çadırın qarĢısından qızılı təpədə açılan lalələrə bənzəyən qızılbaĢ qoĢununu görürdü. Bir 
azdan onların özləri baĢlarındakı çalma kimi qıpqırmızı olacaqlar. Lap elə onun özünə də qılınc 
endirə  bilərlər.  Amma  o  yolları  açmaq  üçün  oğullar  özlərini  qurban  verməlidir.  Buna  görə 
kövrəlmiĢdi. 
GünəĢ  Qobustan  tərəfdəki  dağların  üstündə  doğub  bir  nizə,  kəmənd  boyu  qalxanda 
ġirvanĢah  qoĢunu  qızılbaĢ  qoĢununa  hücuma  keçdi.  Onlar  döyüĢ  meydanını  elə  seçmiĢdilər  ki, 
ġirvanĢah  qoĢununun  cinahlarına  yer  qalmamıĢdı.  Cəbani  düzü  geniĢ  olsa  da,  onun 
Nağaraxanaya  tərəf  uzanan  hissəsi  darısqal  idi.  Ġlk  hücumda  Dədə  bəyin  səfləri  geri  çəkildi. 
Amma  bu  qorxub  qaçmağa  oxĢamırdı.  MütəĢəkkil  surətdə  geriləyirdi.  Bunu  görən  ġirvanĢah 
Fərrux Yasar yeni-yeni dəstələri irəli göndərirdi. Elə bu da onun qoĢununun aqibətini həll elədi. 
Piri bəy Qacarla Əbdi bəyin dəstələri onları araya aldılar. ġirvanĢah qoĢununun yarıdan çoxu bu 
məngənəyə düĢdü. Qılınclar paralayır, əmudlar qalxanlara dəyib parçalayır, təpərlər atların baĢını 
iki yerə ayırırdı. 
Fərrux  Yasar  səhvə  yol  verdiyini  görüb  qalan  qüvvələrini,  əsas  qoĢunu  xilas  etmək 
istəyəndə Məhəmməd bəy Ustaclı ilə Bayram bəy Qaramanlının igidləri onlara aman vermədən 
Ģil-küt eləməyə baĢladılar. – Qurban olduğum, sadağa olduğum, pirim, mürĢüdüm, Ģah Xətaim! – 
nidalarına nə‟rələr, iniltilər, bağırtılar qarıĢmıĢdı. Günortadan keçəndə Cəbani düzündən Cəbani 
kəndinin günbatan tərəfinə enən çökəklikdəki bulağın suyu qana dönmüĢdü. 
Cəbani düzündən aĢağıya ilk süvarilər, atlarını itirən, silahlarını atan atlas Ģalvarlı fərraĢlar 
qaçanda  hiss  olundu  ki,  artıq  ġirvanĢahın  qoĢunu  özündən  çox-çox  az  olan  qızılbaĢların 
qabağında dözməyib məğlub olub öz evində basılıb, indi qaçhaqaç baĢlayıb. Qoca hökmdar bunu 
görəndə tüpürdü, ürəyində söydü. Amma qaçanları geri qaytarmaq mümkün olan iĢ deyildi. 
Gün əyiləndə əli-ayağı bağlı Əbih Sultan da baĢa düĢürdü artıq bu dəfə ölümdən yaxasını 
qurtara bilməyəcək. QızılbaĢ qoĢunlarının sevinc nidaları daha güclü eĢidilirdi. BaĢının üstündə 
dayanan Səfərə yalvarırdı: 
 
– Ġnsafın olsun, heç olmasa qoy namazımı qılım. Heç vaxt namazımı qəzaya qoymamıĢam. 
–  Onun  son  ümidi  namaza  çatırdı.  Onu  namaz  qılmağa  qoysaydılar,  bəlkə  də özünə çıxıĢ  yolu 
tapardı. Amma buna imkan vermirdilər. 
–  Sənin  namazın  da  dinimizə,  məzhəbimizə  böhtandı,  Əbih  Sultan!  Dinsiz  kimi  ölməyin 
məsləhətdi. 
Murad  burada  oturub  qala  bilməmiĢdi.  Atına  minib  özünü  döyüĢün  qızğın  yerinə  vurub 
qılınc çalırdı. Birdən o geri qatlandı, sulanmıĢ gözlərini çevirib Dədə bəyi gördü. 
– Mənim nə günahım vardı, Dədə bəy? – deyə bildi. 
Dədə  bəy  onu  indicə  tanıdı.  BaĢında  qızılbaĢ  çalması  görməyib  nizəsini  endirmiĢdi.  O, 
peĢman-peĢman nizəsini onun fəqərə sütunundan çıxardı. Murad atdan yıxılıb arxası üstə düĢdü, 
gözləri  açıq  qaldı.  Artıq  peĢmançılığa  heç  bir  yer  qalmamıĢdı.  Onun  gözlərini  qapamağa  da 
imkan yox idi. VuruĢanların atlarının dırnaqları onun ruhdan xilas olmuĢ bədənini didib-tökürdü. 
Fərrux Yasar gördü ki, döyüĢdə uduzub, özü də ələ keçə bilər, atın baĢını döndərib geriyə 
çapmaq  üçün  hazırlaĢdı.  Onun  ağarmıĢ  kirpikləri  arasında  yaĢ  damlaları  göründü.  Qoca  vaxtı 

204  www.sarigelin.net 
 
belə  bir  döyüĢdə,  evin  içində,  qoĢunundan  çox-çox  az  qoĢuna  məğlub  olmağı  onun  ürəyini 
kövrəltmiĢdi. Oğlanları yadına düĢdü. Onlardan heç biri yanında yox idi. 
Atını  Nağaraxana  tərəfə  çapmağa  baĢladı.  Oradan  Ağsu  çayının  kənarındakı  möhkəm 
Buğurd  qalasına  sığınmaq  üçün  qaçırdı.  Gülüstana  qalxmağa  heç  bir  ümidi  yox  idi.  Yolları 
qızılbaĢlar  kəsə  bilərdilər.  Amma  çox  çapa bilmədi. QarĢıdan üç qızılbaĢ çıxdı.  O, atı döndərə 
bilmədi.  Qılıncını  çıxardıb  vuruĢmaqdan  baĢqa  çarəsi  qalmadı.  Amma  o  qocalmıĢdı, 
qarĢısındakılar isə cavan müridlər idi. Onlardan biri gürzü atın baĢına necə endirdisə, atın dizləri 
qatlandı,  Fərrux  Yasar  atla  birgə  aĢıb  düĢdü,  ikinci  mürid  onun  qalxmağına  imkan  vermədi. 
Yəhərdən bir baĢa onun üstünə tullandı, xəncərlə baĢını kəsdi. Qalxıb atına tərəf gedəndə dönüb 
baxdı. Dəbilqəsi düĢüb ağ saçları açılan Fərrux Yasarın bədənsiz baĢına baxıb fikirləĢdi: “Mən 
niyə belə ixtiyara əl qaldırdım. Belə hərəkət heç bir cavana Ģöhrət gətirmir”. Bu vaxt iki qızılbaĢ 
onların  yanından  beĢ-altı  ġirvanĢah  döyüĢçüsünü  atdöĢü  eləyib  aparırdı.  Bu  yerə  çatanda 
onlardan  biri  hönkür-hönkür  ağlayıb,  o  birilər  də  fəryad  qopardılar.  Cavan  mürid  onların  bu 
hərəkətinə baxıb soruĢdu: 
– Bunlara nə olub? 
– Nə oldu  sizə?  –  deyə onları  saxladı. Onlardan biri əlinin  dalı  ilə gözlərinin yaĢını silib 
ġirvanĢahın gözləri böyümüĢ atını göstərdi: 
– ġirvanın çırağı söndü? 
– Bu kimin atıdı? 
– Qibleyi aləmin, ġirvanĢah Fərrux Yasarın. 
– Bu onun meyitidi? Onlardan dördü meyiti tanımadı. 
– Özünün sifətini görməmiĢdik. Atını tanıyırdıq. BeĢincisi daha bərkdən hönkürdü. 
– Odur, odur!  
Cavan mürid dedi: 
– Ağla, ağlıyan günündü. 
Hava  qaralanda,  insanlar  qaraltılara  çevriləndə,  havada  hələ  də  qızartı  qalmıĢdı.  Yerdəki 
qırğının qanı səmaya da yaxılmıĢdı. DöyüĢ artıq qurtarmıĢdı. Təkcə iniltilər, bir də öz dəstəsinin 
müridlərini  səsləyən  onbaĢıların,  yüzbaĢıların  səsi  eĢidilirdi.  Zamanın  sahibinin  qərargahında 
toplanıĢ  təbili çalındı.  Sərkərdələr çadırın yanına gəldilər. Onların hamısı salamat idi. Lələ bəy 
də, Qara Piri bəy də, Dədə bəy də, Bayram bəy də, Qaramanlı da, Xadim bəy Xulafa da. Təkcə 
Ġlyas bəyin sol əli yaralanmıĢdı. Hamı yorulsa da sevinc içindəydi. Dədə bəy isə dilxor olmuĢdu. 
Muradı səhvən öldürməyi onu sarsıtmıĢdı, amma bunu heç kimə deməyi lazım bilmirdi. 
Çadıra girib ġeyx Ġsmayılı təbrik etdilər, ona daha böyük qələbələr arzuladılar. 
– ġirvanĢah necə oldu? – deyə zamanın sahibi soruĢdu. 
– Gördüm deyən yoxdu, görünür qorxusundan vuruĢma meydanına gəlməyib.  
– Yerin altında da olsa belə tapılmalıdır.  
Yalnız səhərisi gün müridlər Fərrux Yasarın öldürüldüyünü deyib onun meyitini zamanın 
sahibinə göstərdilər. 
– Dəfn eləyin. Mənim daha heç bir arzum qalmadı. 
– Ey mürĢüdümüz, bəs Əbih Sultanı nə eləyək? 
Ġsmayıl  təpənin  üstündə  dayanıb  döyüĢ  meydanına  baxırdı.  Ġnsan  meyitləri  üst-üstə 
qalanmıĢdı.  Düzəngah  baĢdan-baĢa  qan  içindəydi.  O,  hələ  belə  qanlı  döyüĢ  görməmiĢdi  və  bu 
gördükləri onu sarsıtdı. 
– Bu qədər qan bəs deyilmi, Lələ? 
– Axı o böyük günah sahibidi. 
– Düzdür, amma Cəbanini Ģəhidlərin qanı suvarıb. Onun murdar qanı bura tökülməyəcək. 
Həmin gün Cəbaniyə daha bir Ģəhidin qanı axdı. 
 Səfər  ölənlərin  arasında  Muradın  meyitini  axtarırdı.  Bir  qızılbaĢla  bir  Ģirvan  döyüĢçüsü 
qardaĢ  kimi  qucaqlaĢıb  ölmüĢdü.  Görünür  ağrı  onları  biri-birinə  mehribanlaĢdırmıĢdı.  Üst-üstə 
qalanan  meyitlərin  arasından  keçdi.  Birdən  inilti  eĢitdi.  Neçə  meyiti  kənara  atdı,  səs  aydın 
eĢidiləndə  o  üzü  üstə  onların  üstünə  düĢdü.  Yaralı  bir  ġirvan  əsgəri  axırıncı  gücünü  toplayıb 

205  www.sarigelin.net 
 
xəncərini onun böyrünə sapladı, özü də yıxılıb bir daha tərpənmədi. Səfər Muradı tapmamıĢ özü 
də  meyitə  çevrildi  və  qanı  axıb  ġirvan  torpağına  hopdu.  Ġsmayıl  Xətai  üç  gün  Cəbanidə  qaldı. 
ġirvanlıları  qızılbaĢlardan  ayırtdırmadı.  Hamısını  bir  qəbiristanda,  bütün  adət-ən‟ənə  ilə  dəfn 
elətdirib cənazə namazlarını özü qıldı. 
Artıq ġamaxı əhalisi dağlardan, kəndlərdən evlərinə qayıtmıĢdı. Üçüncü gün yetmiĢ nəfər 
ġamaxı ağsaqqalı əllərində Qur‟an ona iltimasa gəlib ġirvan camaatına aman diləyəndən sonra o, 
Ģəhərə varid oldu: 
Mülayim  bir  qıĢ  gəlib  keçdi.  Həmin  qıĢı  Ġsmayıl  Mahmudabadda  keçirtdi.  QoĢunun  bir 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin