F. HƏSƏnov: «UNİversiteti BİTİRƏNƏDƏK 4-5 İXTİranin müƏLLİFİ İDİM» 5 rezidentləRƏ Dİplomlar



Yüklə 270.46 Kb.
Pdf просмотр
səhifə1/3
tarix29.12.2016
ölçüsü270.46 Kb.
  1   2   3

F.HƏSƏNOV:  

«UNİVERSİTETİ  BİTİRƏNƏDƏK 

4-5 İXTİRANIN MÜƏLLİFİ İDİM»

5

REZİDENTLƏRƏ 

DİPLOMLAR 

TƏQDİM 

OLUNUB

Tələbələr milli-mənəvi və ümumbəşəri dəyər ləri 

özündə əks etdirən məruzələr hazırlayacaq

ATU-da “Orqan  transplantasiyası” 

mövzusunda  beynəlxalq elmi konfrans

 

 



 

 

 



                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 05 (1600) 16  fevral 2015 - ci il                           Qiyməti 40 qəpik





BU  SAYIMIZDA 

Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət 

Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib

TƏDRİS TERAPEVTİK 

KLİNİKADA ELMİ-PRAKTİK 

SEMİNAR KEÇİRİLİB

Azərbaycan  Respublikasının  Prezidenti 



İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz 

dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 

görüşündə iştirak edib. 

Dövlətimizin  başçısı  Cənub  qaz  dəhlizi 

Məşvərət Şurasının ilk iclasında nitq söylədi.

Prezident  İlham  Əliyev  Bakıda  bu  görüşün 

keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə 

iştirakçı  ölkələrin  rəhbərlərinə  təşəkkürünü 

bildirdi.  Azərbaycan  Prezidenti  bu  görüşün 

olduqca münasib vaxtda - “Cənub” qaz dəhlizi 

layihəsinin  praktiki  olaraq  həyata  keçirilməsi 

ilində  baş  tutmasının  mühüm  əhəmiyyətini 

vurğuladı. Prezident İlham Əliyev görüş zamanı 

aparılan  müzakirələrin,  fikir  mübadiləsinin 

layihənin  uğurla  həyata  keçirilməsinə  töhfə 

verəcəyinə əminliyini bildirdi.



2

3

Türkiyə  universitetləri 

ilə müqavilə imzalandı

Xarici dil müəllimləri 

üçün təlimlər

http://www.amu.edu.az

16 fevral  2015-ci il

2



Fevralın 13-də ATU-nun 

Tədris Terapevtik Klinikasında 

“Autoimmun xəstəliklərin labo-

rator diaqnostikası” mövzusun-

da elmi-praktik seminar keçiri-

lib. Seminarı giriş sözü ilə açan 

klinikanın direktoru, professor 

Surxay Musayev tədbirə univer-

sitet əməkdaşları ilə yanaşı digər 

müalicə müəssisələrində çalı-

şan mütəxəssislərin də qatıldı-

ğını vurğulayıb. Bildirib ki, bu-

nun səbəbi çox sadədir və hara-

da işləməsindən asılı olmayaraq 

məzunlarımızın Azərbaycan Tibb 

Universitetini özlərinin doğma 

evi hesab etməsi təbiidir. O, son 

dövrlərdə rəhbərlik etdiyi klini-

kada ən müasir müalicə üsulları-

nın tətbiqi və yeni şöbələrin ya-

radılması barədə də seminar işti-

rakçılarına məlumat verib.

Bundan sonra klinikada xarici ölkə 

alimlərinin  iştirakı  ilə  tez-tez  semi-

nar  və  konfransların  təşkil  olundu-

ğunu  deyən  S.Musayev  bugünkü 

elmi-praktik  seminarda  da  aktual 

bir mövzunun müzakirəyə çıxarıldı-

ğını  diqqətə  çatdırıb  və    seminarın 

təşkilinə  göstərdiyi  dəstəyə  görə 

“ALBATROS” şirkətinin rəhbəri Anar 

Ağalarova təşəkkürünü bildirib. Eyni 

zamanda Almaniyanın Brandenburq 

Universitetinin  Molekulyar  Diaq-

nostika kafedrasının professoru Dr. 

Dirk  Roqqenbuku  universitetimizdə 

görməkdən  məmnunluğunu  dilə 

gətirərək seminarın işinə uğurlar ar-

zulayıb.


Professor  Dirk  Roqqenbukun  4 

istiqaməti-“Revmatoid  artritlər  za-

manı  anticisim  profili”,  “Autoimmun 

xəstəliklərinin  müasir  seroloji  di-

aqnostikası”,  “Bağırsaqların  iltiha-

bi  xəstəliklərinin  təyini  üçün  yeni 

autoimmun  markerlər”  və  “DNT 

zədələnmələrinin  təyini  üçün  ilk 

rəqəmsal  avtomatlaşdırılmış  flü-

oressensiya  metodu  AKLIDES”-

əhatə edən məruzəsi böyük maraq-

la dinlənilib.

Sonda seminarın yüksək səviyyədə 

təşkil  olunduğunu  söyləyərək  uni-

versitet  və  klinika  rəhbərliyinə 

minnətdarlığını  çatdıran  məruzəçi 

mövzu üzrə sualları da cavablandı-

rıb.


“TƏBİB”



 



Fevralın 

13-də 

Azərbaycan  Tibb  Uni-

versitetinin  Tədris  Cərrahiyyə 

Klinikasında “Orqan transplan-

tasiyası”  mövzusunda    bey-

nəlxalq  elmi  konfrans  keçiril-

mişdir.

Tədbiri  giriş  sözü  ilə  açan 

ATU-nun 

rektoru, 

millət 

vəkili,  akademik  Əhliman 



Əmiraslanov 

universitetimi-

zin  ənənəvi  olaraq  bir  çox 

beynəlxalq  əhəmiyyətli  konf-

rans, konqres və simpoziumlara 

ev  sahibliyi  etdiyini  vurğuladı, 

bu  istiqamətdə  aparılan  işlər 

üçün əlverişli şəraitin yaradıldı-

ğını diqqətə çatdırdı. 

Mövzunun 

aktuallığın-

dan  bəhs  edən    akademik 

Ə.Əmiraslanov  dedi ki, əvvəllər 

bu əməliyyatları aparmaq üçün 

ölkəmizdə ya  lazımi şərait yox 

idi,  olsa da xarici mütəxəssislər 

tərəfindən  həyata  keçirilirdi. 

Orqan nəqlinin son illərdə dün-

yada  və  ölkəmizdə  geniş  vüsət 

aldığını  bildirən  rektor  ATU-

nun Tədris Cərrahiyyə Klinika-

sında da orqan transplantasiyası 

şöbəsinin  açılmasının  nəzərdə 

tutulduğunu  və  yaxınlarda  bu-

rada  orqan  transplantasiyası-

na  start  veriləcəyini  söylədi: 

“Hələ  bundan  iki  il  qabaq 

universitetimizdə    transplanto-

logiya və anesteziologiyaya dair 

keçirilən  beynəlxalq  konqresdə 

Azərbaycanla  yanaşı,  Türkiyə, 

Qazaxıstan,  Özbəkistan,  Qır-

ğızıstan  və  Şimali  Kiprdən 

gəlmiş 300-dən çox mütəxəssis 

iştirak  etmişdir.  Azərbaycanda 

orqan  transplantasiyası  əmə-

liyyatlarında  əsasən  canlıdan 

canlıya  qaraciyər,  böyrək  kö-

çürülür.  Təəssüflər  olsun  ki, 

ağciyər  köçürmə  əməliyyatını 

hələ  həyata  keçirməmişik. 

Amma  bu,  bizim  hədəfimizdir. 

Yaxın  bir  zamanda  yəqin  ki, 

buna  da  nail  olacağıq.  Bu  gün 

orqan  transplantasiyası  inkişaf 

etmiş  ölkələrdə  olduğu  kimi 

ölkəmizdə  də  tibbi  xidmətin 

ayrılmaz  bir  hissəsini  təşkil 

edir.  Artıq  xəstələrimiz  orqan 

transplantasiyası etdirmək üçün 

xaricə  üz  tutmur.  Son  dövrlər 

ölkəmizdə  səhiyyənin  başqa 

sahələri kimi orqan köçürülməsi 

işində  də  uğurlu  nailiyyətlər 

əldə  olunub.  Hazırda  Tədris 

Cərrahiyyə  Klinikasında  bu 

istiqamətdə  ciddi  işlər  gedir. 

Bir neçə il bundan qabaq bizim 

mütəxəssislərimiz  Türkiyənin 

bir sıra universitetlərinə getdilər 

və orada böyük təcrübə toplaya-

raq klinikalarımıza qayıdıblar.” 

Universitet  klinikalarının  son  

illər ən müasir tibbi avadanlıq-

larla  təchiz  olunduğunu  qeyd 

edən rektor  orqan transplantasi-

yası sahəsində yüksək səviyyəli 

kadrların  hazırlanması  işində 

qar daş  Türkiyənin  bu  sahə  ilə 

məşğul  olan  mütəxəssislərinin 

rolunun    danılmaz  olduğunu  

vurğuladı  və  konqresin  işinə 

uğurlar arzuladı.

Tədbirdə  Malatyanın  İnö-

nü  Universitetinin  Qaraciyər 

Köçürülməsi  İnstitutunun  di-

rektoru,  professor  Sezayi  Yıl-

maz    ölkələrimiz  arasında 

gündən-günə 

möhkəmlənən 

dostluq əlaqələrindən danışmış, 

konqresin  gənc  mütəxəssislər 

üçün  faydalı  olacağını,  belə 

tədbirlərin  klinikalarımız  ara-

sında işgüzar əlaqələri daha da 

möhkəmləndirəcəyini 

bildir-

mişdir.  “Dünyada və Türkiyədə 



canlıdan  qaraciyər  transplanta-

siyası”  mövzusunda  çıxış  edən 

S.Yılmaz  rəhbərlik  etdiyi  insti-

tutun  dünyanın  sayılıb-  seçilən 

klinikaları  ilə  rəqabət  apardı-

ğını  və  hər  il  burada  300-  dən 

artıq qaraciyər əməliyyatlarının 

uğurla  həyata  keçirildiyini 

diqqətə çatdırdı.

Türkiyəli  alimlər-professor 

Cüneyt Kayaalp “Meyitdən  və 

canlıdan  qaraciyər    transplan-

tasiyası”,  doktor  Burak  İşık 

“Hepatosellulyar  karsinomalar 

zamanı qaraciyər köçürülməsi”, 

professor Adnan Saray “Ağciyər 

transplantasiyası”,  Turqut  Piş-

kin “Böyrək  transplantasiyası”, 

mövzularında  çıxış  edərək  bu 

konfransın  təcrübə mübadiləsi 

baxımından 

əhəmiyyətini 

vur ğulamışlar.  Onlar  konf-

rasın 


təşkilinə 

yaradılan 

şəraitə  görə  təşkilatçılara  öz 

minnətdarlıqlarını bildir mişlər. 

AMEA-nın  müxbir  üzvü, 

professor  Nuru  Bayramov  və 

assistent  Ruslan  Məmmədovun 

“Canlıdan  qa ra  ciyər    trans-

plantasiyasının    problemləri”  

ilə  bağlı  etdikləri  çıxışlarda  

ölkəmizdə tibbin bu sahəsindəki  

mövcud  problemlərdən  bəhs 

olunmuşdur.   

Çıxışlardan  sonra  konf-

rans  panel  iclasları  üzrə  öz 

işini  davam  etdirmişdir.  İc-

laslarda  səhiyyənin  ən  vacib 

sahələrindən  biri  sayılan  orqan 

transplantasiyasına  dair ən son 

yeniliklər,  bu  sahədə  əldə  olu-

nan  nailiyyətlər  və  gələcəkdə 

qarşıda  duran  problemlərlə 

bağlı  məruzələr  edilmişdir. 

Konfransda  həmçinin  orqan 

transplantasiyasında  infeksiya, 

anesteziya  və  belə  xəstələrdə 

virus  hepatitləri  barədə  də 

məruzələr  dinlənilmiş,  dün-

yada  və  o  cümlədən    Türkiyə 

və  Azərbaycanda  orqan  kö-

çürülməsinin  müasir  prob-

lemləri    barədə  hərtərəfli    mü-

zakirələr  aparılmış,  geniş  fikir 

mübadiləsi edilmişdır. 



MƏNSUR     

ATU-da “Orqan  transplantasiyası” mövzusunda  

beynəlxalq elmi konfrans

TƏDRİS TERAPEVTİK KLİNİKADA 

ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB

16 fevral  2015-ci il

http://www.amu.edu.az

3



Fevralın 9-da Azərbaycan 



Tibb Universitetində keçirilən 

tədbir “Azərbaycan gəncliyi 

2011-2015-ci illərdə” Dövlət 

Proqramında ölkə gənclərinin 

milli-mənəvi və ümumbəşəri 

dəyərlərə hörmət ruhunda tərbiyə 

olunması ilə bağlı nəzərdə tutul-

muş vəzifələrin icrasının təmin 

edilməsinə həsr olunub.

Tədbiri  açan  ATU-nun  prorek-

toru,    millət  vəkili,  professor  Ra-

fiq  Məmmədhəsənov  Təhsil  naziri  

və  Dini  Qurumlarla  İş  üzrə  Dövlət 

Komitəsi  sədrinin  birgə  təsdiq  etdi-

yi Fəaliyyət Planında  nəzərdə tutu-

lan  müddəalarla  bağlı    iştirakçılara 

məlumat verdi. Sonra Fəaliyyət Planı 

ətrafında ge niş müzakirələr başladı.                                                                                                                  

Tib bi    profilaktika  və  tibbi  biologiya 

fakültəsinin  dekanı,  dosent  Aydın 

Məmmədov,    ATU-nun  tədris  hissə 

müdiri,  dosent  Nəsimi  Qasımov, 

İctimai  fənlər  kafedrasının  müdi-

ri,  professor  Qoşqar  Əliyev,  ATU-

nun  Həmkarlar  İttifaqı  Komitəsinin 

sədri, dosent Cahangir Qasımov və 

başqaları  universitetdə  konfransın 

keçirilməsi  ilə  bağlı  təkliflərlə  çıxış 

etdi. 

Sonda tövsiyə olundu ki, tələbələr 



milli-mənəvi və ümumbəşəri dəyər-

ləri özündə əks etdirən məruzələr ha-

zırlayaraq konfransda çıxış etsinlər. 

Aprelin sonlarında  keçirilməsi plan-

laşdırılan  konfransda  iştirak  etmək 

arzusunda  olan  tələbələrin  mar-

tın  sonunadək  universitetin  Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin sədri 

Elşad  Novruzova  müraciət  etməsi 

də qərara alındı.



QABİL



Azərbaycan Tibbi Mikro-



bioloqlar və İmmunoloqlar İc-

timai Birliyi (TMİİB) ilə İnfek-

sion xəstəliklər və immunoloji 

pozğunluqlar üzrə Dünya As-

sosiasiyası (WAİDİD) arasında 

tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bu  barədə  qərargahı  Milanda 

yerləşən Assosiasiyanın rəsmi inter-

net səhifəsində və İtaliyanın səhiyyə 

ilə  bağlı  ən  son  məlumatların  yer 

aldığı  “İn  salute  news”  saytında 

məlumat yerləşdirilib.

Məlumatda  qeyd  olunur  ki, 

Azərbaycan  və  İtaliya  arasında 

uzun  illərdir  mövcud  olan  yüksək 

səviyyəli  siyasi  və  iqtisadi  əlaqələr 

hər  iki  ölkənin  elmi  dairələrinin 

əməkdaşlığına  da  müsbət  təsir 

etməkdədir.  Bu  baxımdan  TMİİB 

ilə  WAİDİD  arasında  imzalanmış 

tərəfdaşlıq müqaviləsi mühüm önəm 

kəsb edir.

Sənəd əsasən infeksion xəstəliklər 

və 

immunoloji 



pozğunluqlar 

sahəsində  birgə  elmi  araşdırma-

ların  aparılmasını,  insanların  bu 

problemlərlə  bağlı  daha  geniş 

məlumatlandırılmasını  və  qarşı-

lıqlı  təcrübə  mübadiləsinin  həyata 

keçirilməsini əks etdirir.

Məlumatda  WAİDİD-in  sədri, 

professor 

Susanna 


Esposito-

nun  bu  fikirlərinə  də  yer  verilib: 

“Azərbaycanla 

bu 


istiqamətdə 

əməkdaşlıq  əlaqələri  qurmaqdan 

qürur  duyuram.  Bu  tərəfdaşlıq  in-

feksion  xəstəliklər  və  immunoloji 

pozğunluqlar  sahələrində  hər  iki 

ölkədə  birgə  treninqlərin  təşkilinə, 

elmi  araşdırmaların  aparılmasına 

imkan verəcək. Sənəd çərçivəsində 

azərbaycanlı  tibb  işçilərinin  Mi-

landa  treninqlərə  qatılmaları  və 

ölkələrimizdə beynəlxalq elmi semi-

narların  birgə  təşkili  nəzərdə  tutu-

lub”.

Yazıda Azərbaycan Tibb Universi-



tetinin  mikrobiologiya  kafedrasının 

müdiri,  TMİİB-nin  sədri,  professor 

Zakir Qarayevin fikirləri də yer alıb. 

O,  rəhbərlik  etdiyi  qurumun  WA-

İDİD  ilə  əməkdaşlıq  etməsindən 

məmnunluğunu  ifadə  edib.  Bildi-

rib  ki,  əsas  hədəf  dünyanın  bü-

tün  ölkələri,  o  cümlədən  İtaliya  ilə 

səhiyyə  sektorunda  münasibətləri 

genişləndirməkdir:  “Əminəm  ki, 

birgə  reallaşdıracağımız  layihələr 

ölkəmizdə səhiyyənin inkişafına mü-

hüm töhfə verəcək”.

Məlumatda  o  da  qeyd  olunur  ki, 

gələn ilin fevralında Milanda WAİDİD-

in illik konfransı keçiriləcək. Tədbirdə 

dünyanın  müxtəlif  ölkələrindən,  o 

cümlədən  Azərbaycandan  aparıcı 

mütəxəssislərin  iştirakı  nəzərdə  tu-

tulub.


u

 

  



Fevralın 3-də 

Azərbaycan Tibb 

Universitetinin rektoru, 

akademik Əhliman Əmiraslanov 

Türkiyənin üç tanınmış ali 

təhsil ocağının  rəhbərləri 

- İstanbul Universitetinin 

rektoru, professor dr. Yunus 

Söylet,  İstanbul Mədəniyyət 

Universitetinin rektoru, professor 

dr. İhsan Karaman və Medipol 

Universitetinin rektoru, professor 

dr. Sabahattin Aydın ilə görüşdü.

Görüşdə  millət vəkili, akademik 

Əhliman Əmiraslanov rəhbərlik etdiyi 

universitetin fəaliyyəti, buradakı möv-

cud təhsil və tədris prosesi haqqında 

qonaqlara ətraflı məlumat verdi. ATU-

nun nəzdində yaradılan klinikaların son 

model texnoloji avadanlıqlarla təchiz 

edildiyini, burada yüksək ixtisaslı kadr-

ların əhaliyə tibbi xidmət göstərdiyini 

vurğulayan Ə.Əmiraslanov klinikalarda 

tibbi xidmətlə yanaşı, tədris prosesinin 

də uğurla aparıldığını söylədi.

Rektor hazırda ATU-da 1000-dən çox 

əcnəbi tələbənin təhsil aldığını, onlar 

arasında Türkiyədən olan tələbələrin 

üstünlük təşkil etdiyini bildirdi. ATU-da 

tələbələrin, rezidentlərin və doktorant-

ların  bilik və bacarıqlarını artırması 

üçün hər cür şərait yaradıldığını qeyd 

edən  Ə.Əmiraslanov ölkəmizdə son 

illər səhiyyə, insanların sağlamlıqlarının 

müdafiəsi sahəsində görülən işlərdən, 

nailiyyətlərdən də söz açdı.

Öz növbəsində türkiyəli professorlar da 

təmsil etdikləri universitetlər barəsində 

məlumat verdilər. Qeyd olundu ki, 

İstanbul Universitetinin 60 mindən çox 

tələbəsi var. Əsası 1453-cü ildə qoyulan 

bu ali təhsil müəssisəsinin 20 fakültəsi 

var. İstanbul Mədəniyyət Universiteti  11 

fakültə, 2 yüksekokul və 4 institutdan 

təşkil olunub. Medipol Universitetinin 

nəzdində isə akademik kadrların da yer 

aldığı iri xəstəxana fəaliyyət göstərir.

Görüşün sonunda ATU ilə Türkiyə 

universitetləri - İstanbul Universiteti və 

Medipol Universitetləri arasında qarşılıq-

lı əməkdaşlıq haqqında müqavilə imza-

landı. Müqavilə 3 ali təhsil ocağı arasın-

da tələbə, rezident, müəllim  mübadiləsi 

və digər sahələrdə əməkdaşlığın 

möhkəmləndirilməsini nəzərdə tutur.

u

 



  

Bu günlərdə Azərbaycan 

Tibb Universtietində 

“Peşəkar hədəflər  üçün 

xarici dilin tədrisi” (FLEPP – 

Foreign Languages Education for 

Professional Purposes) layihəsi 

çərçivəsində təlimlər aparılır.

TEMPUS proqramı çərçivəsində 

icra olunan bu layihənin koordinatoru 

qismində Azərbaycan Dillər Universiteti 

çıxış edir. Layihə Azərbaycan, Tacikistan 

və Qırğızıstan partnyor universitetlərinin 

iştirakı, İsveç, Estoniya, İtaliya, Almaniya 

və Birləşmiş Krallığın universitetlərinin 

koordinatorluğu ilə reallaşdırılır.

ATU-nun beynəlxalq əlaqələr şöbəsinin 

rəhbəri dosent Rəhimə Qabulovanın ver-

diyi məlumata görə, FLEPP layihəsinin 

ümumi məqsədi  post-sovet  məkanındakı 

qeyri-dil ixtisaslı universitetlərdə xarici 

dillərin tədrisinin təkmilləşdirilməsi və 

optimallaşdırılmasından ibarətdir. O, 

qeyd edib ki, FLEPP layihəsi çərçivəsində 

partnyor universitetlərin müəllimləri  

bir sıra xarici ölkələrdə təşkil olunmuş 

treninqlərdə mütəmadi olaraq iştirak edir, 

həmin  ölkələrdə dilin tədrisi proqramı, 

metodikası  ilə tanış olur,  topladıqları 

təcrübəni Azərbaycanlı həmkarları ilə  

bölüşürlər.

  Bu günlərdə ATU-nun xarici dillər 

kafedrasının əməkdaşları üçün layihə 

çərçivəsində növbəti təlim keçirilib. 

Təlimin təşkilatçısı layihə koordinatoru, 

Azərbaycan Dillər Universiteti olmuş-

dur. Dillər universitetinin baş müəllimi 

Hüzurə Ağayeva ATU-

dan olan həmkarlarına 

dil müəllimləri üçün  

oxu bacarıqlarının 

tədrisi, müəllim hazır-

lığı və təkmilləşməsi, 

dərsdə qiymətləndirmə 

və s. mövzuda 

müha zirə oxuyub. 

Mühazirələr maraqla 

qarşılanıb və təlimin 

sonunda sorğu əsasında 

qiymətləndirilmə 

keçirilib. 

R.Qabulovanın sözlərinə görə, FLEPP 

layihəsi həmçinin universitetlərdə xarici 

dilin daha keyfiyyətli tədrisinə texni-

ki dəstək də göstərir. Artıq bu layihə 

çərçivəsində ATU-nun dillər kafedrasına 

müasir avadanlıqla təchiz olunmuş ayrıca 

bir mərkəzin yaradılması da planlaşdırı-

lır. Bu da sözsüz ki, Tibb Universitetində 

dillərin tədrisində daha da keyfiyyətli 

nəticələrin əldə olunmasına öz töhfəsini 

verəcəkdir.

FLEPP layihəsi 2016-cı ilin sonuna 

qədər davam edəcək. Bu müddət ərzində 

universitetlərdə konfranslar, dəyirmi stol 

və seminarların keçirilçməsi nəzərdə 

tutulub. Layihə çərçivəsində dil  tədrisi 

metodologiyası təkmilləşdiriləcək, əldə 

olunan təcrübə xarici dil müəllimlərinin 

ixtisasının daha geniş miqyasda artırıl-

ması üçün istifadə olunacaqdır.



Türkiyə  universitetləri 

ilə müqavilə imzalandı

Xarici dil müəllimləri 

üçün təlimlər

ATU-nun mətbuat xidməti

Tələbələr milli-mənəvi və ümumbəşəri dəyərləri 

özündə əks etdirən məruzələr hazırlayacaq

Azərbaycanın və İtaliyanın səhiyyə 

qurumları arasında əməkdaşlıq genişlənir

http://www.amu.edu.az

16 fevral  2015-ci il

4

Azərbaycan Tibb Universitetində 



rezidenturaya  qəbulun  2011-ci 

ildən  başlandığını  vurğulayan 

rektor    əvvəllər  rezident  hazırla-

yan  müəssisələrin  sayının  çox  az 

olduğunu  bildirib.  Son  zamanlar 

imkanları  genişlənən  istər  dövlət, 

istərsə də özəl tibb müəssisələrinə 

rezident 

hazırlamaq 

hüququ-


nun    verilməsinini  müsbət  hal 

kimi 


dəyərləndirən 

akademik 

Ə.Əmiraslanov  bu  məsələyə  çox 

ehtiyatla  yanaşmağın  vacibliyinə 

də  toxunub:    “Rezident  hazırla-

maq o qədər də asan iş deyil, dip-

lomdan  sonrakı  təhsildir.  Burada 

təcrübə ilə bərabər elm, tədris də 

önə  çəkilir.  Ona  görə  də  biz  Tibb 

Universiteti  olaraq  çalışmışıq  ki, 

sizi  həm  nəzəri,  həm  də  təcrübi 

baxımdan təbabətin bu və ya baş-

qa  sahəsi  üzrə  yüksək  səviyyəli 

mütəxəssis  kimi  hazırlayaq,  həm 

də  elmi biliklərinizi bir qədər artı-

raq. 


Şübhəsiz  ki,  rezidenturanın 

ölkəmizdə  həyata  keçirilməsi  çox 

ciddi bir addımdır. Biz hətta 1992-

ci  ildən  istəyirdik  ki,  rezidentu-

ra  sisteminə  keçək.  Uzun  illər  bu 

istəyimizi  reallaşdıra  bilmədik. 

“Təhsil  Qanunu”nda  rezidentu-

ra  pilləsi  olmadığına  görə  daim 

maneələrlə  rastlaşırdıq.  Tələbələr 

və valideynlər də bu sistemə qar-

şı  çıxaraq  hətta  etiraz  aksiyaları 

təşkil  edirdilər.  Nəhayət,  Nazirlər 

Kabinetinin  rezidentura  hazırlı-

ğı  barəsində  əsasnaməsi  qəbul 

olundu  və    “Təhsil  Qanunu”nda 

dəyişiklik  edildi.  Səhiyyə  Na-

zirliyinin  də  bizi  dəstəkləməsi 

sayəsində  bütün  bu  təzyiqlərin 

öhdəsindən gəldik və bu gün rezi-

dentura təhsili artıq relsə düşmüş 

bir sistemdir”. 

Ancaq  bu  sahədə  hələ  də 

xeyli  çatışmazlıqların  olduğu-

nu  diqqətə  çatdıran  rektor    qeyd 

edib  ki,  rezident  rəhbərlərinin 

fəaliyyəti  də  bizi  tam  razı  salmır: 

“Rezidentlərimiz  rəhbərlərin  on-

larla  ciddi  məşğul  olmadıqları 

barədə  dəfələrlə  mənə  müraciət 

ediblər.  Biz    yeri  gəldikcə  onların 

rəhbərlərini  dəyişmişik  də.  Etiraf 

edək  ki,  bəzi  rezident  rəhbərləri 

biz  istədiyimiz  səviyyədə  deyil. 

Təbii  ki,  klinikalarda  xəstə  sayı-

nın  azlığı  da  bu  çatışmazlıqları 

şərtləndirən  əsas  amillərdəndir. 

Biz tapşırıq vermişik ki, rezidentlər 

istər  laboratoriyalarda,  istərsə  də 

klinikalarda  hökmən  praktik  işlərə 

cəlb  edilsinlər.  Bu  baxımdan  bi-

zim  Onkoloji  Klinikada  rezidentlər 

çox yaxşı yetişirlər. Şəxsən mənim 

apardığım  cərrahi  əməliyyatlarda 

köməkçilərim 

rezidentlər 

olur. 


Onlar  gecə  növbəsinə  qalır, 

gündüzlər xəstə qəbul edirlər. Yəni 

rezidentlərin  özlərindən  də  çox 

şey  asılıdır.  Mənə  elə  gəlir  ki,  si-

zin  əksəriyyətiniz  rezidenturanın 

məğzini  çox  gözəl  başa  düşürsü-

nüz.  Məhz  ona  görə  imtahanları 

uğurla  verərək  mütəxəssis  adını 

qazanmısız”.

Rezidentlərin 

attestasiyasının 

da    universitetdə  keçirilən    bü-

tün  imtahanlar  kimi    obyektivliyi 

tam  qorumaq  məqsədilə  insan 

faktoru  olmadan,  kompyüterlər 

vasitəsilə  aparıldığını  vurğula-

yan  rektor  rezidentlərin  digər 

müəssisələrdən  də  rotasiya  üçün 

Azərbaycan  Tibb  Universitetinə 

gəldiyini  və  ATU  rezidentlərinin  

xarici ölkələrə bir neçə aylıq rotasi-

yalara göndərildiyini deyib: “Xarici 

ölkə universitetləri ilə bağladığımız 

bütün  müqavilələrə  rezidentlərin 

rotasiyası  ilə  bağlı  bənd  əlavə 

edirik.  Türkiyə  universitetləri  ilə 

əlaqələrimiz daha genişdir və qar-

daş ölkənin 3 qabaqcıl universite-

ti  ilə  müqavilələrimiz  var.  İstanbul 

Universitetinin  klinikalarının  xəstə 

potensialı  həddən  artıq  yüksəkdir 

və bu da orada uzmanlıq təcrübəsi 

keçənlərə 

fasiləsiz 

çalışmaq 

imkanı  yaradır.  Düşünürəm  ki, 

rezidentlərimizin  ən  azı  bir  dəfə 

xarici  ölkələrdə  rotasiya  keçməsi 

olduqca zəruridir”.

Yeri  gəlmişkən  xatırladaq  ki, 

Azərbaycan  Respublikası Nazirlər 

Kabinetinin  18  mart  2010-cu  il 

tarixli  50  saylı  qərarına  əsasən 

Azərbaycanda 

rezidenturaya 

qəbul ilk dəfə 2011-ci ildə aparılıb. 

Rezidenturada  təhsil    40  ixtisas 

üzrə  2  ildən  5  ilə  qədərdir.  ATU 

üzrə  hazırda  4  kursda  38  ixtisas 

üzrə  554  rezident  təhsil  alır.  İlk 

buraxılış 2013-cü ildə olub. Təhsil  

müddəti  2  il  olan  5  ixtisas  üzrə 

(epidemiologiya, ftiziatriya, ümumi 

gigiyena,  immunologiya,  psixiatri-

ya) rezidenturanı 5 nəfər bitirib.

2014-cü ildə isə məzunların sayı 

2  illik  ixtisaslar  üzrə  15  nəfərə,  3 

illik  ixtisaslar  üzrə  (anestezioolo-

giya–reanimatologiya,  oftalmolo-

giya, allerqologiya, stomatologiya, 

şüa  terapiyası,  sosial  gigiyena  və 

səhiyyənin  təşkili)  18  nəfərə  ça-

tıb. Bu il ATU üzrə cəmi  33 nəfər 

məzun olub.

Bundan  başqa,  bu  il  Respubli-

ka  üzrə  digər  bazalardan  olan  53 

nəfər  də  Tibb  Universitetində  bu-

raxılış  yekun  attestasiyasından 

keçərək məzun adını alıb.

Ümumilikdə  Respublika  üzrə 

2014-cü ildə olan məzunların sayı 

cəmi 86 nəfərdir.

Tədbirin 

sonunda 


ATU-nun 

rektoru  Əhliman  Əmiraslanov 

rezidentlərə  diplomları    təqdim 

edib, onlara uğurlar arzulayıb.



Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə