F. HƏSƏnov: «UNİversiteti BİTİRƏNƏDƏK 4-5 İXTİranin müƏLLİFİ İDİM» 5 rezidentləRƏ Dİplomlar


AzərTAc  Sağlamlıq gigiyenadan başlayır



Yüklə 9,33 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix29.12.2016
ölçüsü9,33 Mb.
#3878
1   2   3

AzərTAc 

Sağlamlıq gigiyenadan başlayır

16 fevral  2015-ci il

http://www.amu.edu.az

7

Dünya Səhiyyə Təşkilatı (DST) Avropanın ərazisində qri-



pin yoluxma fəallığının yüksək səviyyədə olması barədə 

xəbərdarlıq  edir.  Virusun  əsas  yarımtipi  yaşlı  adamlar 

üçün  daha  təhlükəlidir.  Xroniki  xəstəliklərdən  əziyyət 

çəkənlər və 6 aylıq körpələrdən tutmuş 5 yaşadək uşaqlar 

da risk qrupuna daxildirlər.

Ekspertlər bildirirlər ki, bu il istifadə olunan vaksin ideal 

müdafiəni təmin etməsə də, infeksiyalardan qorunmağın 

ən yaxşı üsuludur.

DST qrip əlamətləri müşahidə olunan risk qrupuna daxil 

olan şəxslərə antivirus preparatları təyin etməyi məsləhət 

görür.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 



fevral tarixli Sərəncamı ilə “Talassemiya ilə mübarizəyə 

dair  2015-2020-ci  illər  üçün  Dövlət  Proqramı”  təsdiq 

edilib.

AzərTAc  xəbər  verir  ki,  Dövlət  Proqramı  talassemi-



yanın  profilaktikasının  gücləndirilməsinə,  əhali  ara-

sında  maarifləndirmə  işlərinin  genişləndirilməsinə 

və  talassemiyalı  xəstələrə  göstərilən  tibbi  yardımın 

təkmilləşdirilməsinə yönəlib. Məqsəd ölkəmizdə talas-

semiya  xəstəliyinin  profilaktikasının  və  müalicəsinin 

təkmilləşdirilməsi  yolu  ilə  xəstələnmə,  əlillik  və  ölüm 

hallarının azaldılmasından ibarətdir.

Proqramda təşkilati tədbirlər, tibb müəssisələrinin mad-

di-texniki bazasının gücləndirilməsi, talassemiya daşı-

yıcılarının aşkar edilməsi və həkim məsləhəti verilməsi, 

habelə  talassemiyanın  müalicəsinin  təkmilləşdirilməsi 

və  əhalinin  bu  xəstəliyə  dair  maarifləndirilməsi  kimi 

tədbirlər nəzərdə tutulub.

Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən 

“Sağlam uşaq - etibarlı gələcək!” layihəsi çərçivəsində 

sonuncu tədbir Yevlaxda baş tutub.

Layihənin  rəhbəri  Fatma  Adıgözəlova  AzərTAc-a  bil-

dirib  ki,  məqsəd  gənc  analar  arasında  peyvəndlərin 

əhəmiyyəti barədə maarifləndirmə işləri aparmaq olub.

Onun  sözlərinə  görə,  bəzi  valideynlər  peyvəndlərdən 

qorxaraq əslində uşaqlarının gələcəyini təhlükəyə atırlar. 

Bu səbəbdən də görüşlər zamanı pediatrlar tərəfindən 

peyvəndlərin körpə həyatı üçün vacibliyi, erkən aparılan 

peyvəndləmənin  uşaqları  difteriya,  iflic,  tetanus  və  s. 

kimi bir çox ölümcül xəstəliklərdən qoruması gənc ana-

lara izah olunub.

O deyib: “Görüşlər zamanı gənc anaların əsas qorxusu 

Hindistan və Çindən gətirilən vaksinlərlə bağlı idi. Onla-

ra izah etdik ki, klinikalarda istifadə edilən preparatların 

keyfiyyətinə Səhiyyə Nazirliyi zəmanət verir”.

Dünya Səhiyyə Təşkilatı Avropada 

qrip epidemiyasının yayılması barədə 

xəbərdarlıq edir

Azərbaycanda talassemiya ilə 

mübarizəyə dair Dövlət Proqramı 

təsdiq olundu

Erkən aparılan peyvəndləmə uşaqları 

ölümcül xəstəliklərdən qoruyur



 



Pediatriyanın  ən  ak-

tual  problemlərindən 

biri 

də 

tez-tez 

xəstələnən  uşaq  (TTXU)  prob-

lemidir.Bu vəziyyətin yaranma-

sında müxtəlif ekzogen və en-

dogen səbəblərin rolu olsa da, 

xoşbəxtlikdən,  bu  səbəblərin 

heç birisi uşaq orqanizmini üzvi 

dəyişikliyə  uğradaraq,  sağlam-

lıq  qrupunun  dəyişdirilməsinə 

səbəb  olmur.  II  B  qrup  kimi 

dispanser  nəzarətdə  olan  bu 

uşaqlar  III  qrupa  keçmir,  xro-

niki  xəstəyə  çevrilmir,  əksinə, 

onlar  gələcəyin  nadir  hallar-

da  xəstələnən  yetkin  insa-

nına  çevrilirlər.  Onların  im-

mun  sistemi  məşq  edə-edə 

mübarizədə qalib gəlmək üçün 

birinci  və  ikinci    müdafiə  sis-

temini  gücləndirmiş,  hüceyrə 

və 

humoral 

immunitetini 

təkmilləşdirmiş  olur.  Bərkə-

boşa  düşmüş  orqanizm  hər 

çeşid  infeksiyanı,  antigeni  ar-

tıq tanıyır, etibarlı immun yad-

daşında  saxlayır.  Onlara  qarşı 

sınanmış immun cavab reaksi-

yasinı  verir.  Keçirmədiyi  bəzi 

infeksiyalara  qarşı  immuniteti 

aktiv immunizasiya nəticəsində 

qazanır.

Xəstəliklərin  Beynəlxalq  Təsnifa-

tında  bu  diaqnoza  rast  gəlməsək  də 

TTXU  dispanser  qrupu  var  və  bu 

uşaqlara xüsusi qayğı tələb olunur. Bəs 

hansı uşaqlar bu qrupa aid edilir? Əsas 

kriteriya  bir  il  ərzində  uşaqların  ke-

çirdiyi  kəskin  respirator  xəstəliklərin 

sayı  hesab  olunur.  Bu  say  bir  yaşa 

qədər  4 və 4-dən çox, 1-3 yaşda 6 və 

6-dan çox, 4-5 yaşda 5 və 5-dən çox, 

6  yaşdan  böyüklərdə  4  və  4-dən  çox 

olarsa,  belə  uşaqlar  TTXU  kimi  dis-

panser nəzarətə götürülür. Qeyd etmək 

lazımdır  ki,  bu  rəqəmlər  də  nisbidir. 

Bəzi xarici ədəbiyyatlarda mütəşəkkil 

uşaqların  bir  il  ərzində    6-10  dəfə 

KRX  keçirməsi  normal  hal  kimi 

qiymətləndirilir. Bu göstərici, TTXU-

ın  adını  çağırış  jurnalında  görməyin 

acısını yaşayan bir pediatr kimi, məni 

də sevindirdi.

3  yaşından  sonra  TTXU  qrupu-

na  daxil  etmək  üçün  İİ-dən  (infek-

sion  indeksdən)  istifadə  etmək  olar. 

Nadir  halda  xəstələnən  uşaqlarda  İİ 

0,2-0,3-dürsə,  TTXU-da  1,1-3,%-

dir. İİ dedikdə bir il ərzində keçirilən 

KRX-in sayının uşağın yaşına nisbəti 

başa  düşülür.  Göründüyü  kimi,  İİ 

yaşla  tərs  mütənasibdir.  Yəni,  yaş 

artdıqca  uşağın  xəstəliklərinin  sayı 

azalır.Bu  uşağın  öz  fərdi  immuniteti-

nin  yetkinləşməsi  ilə  əlaqədardır.  Ən 

çox xəstələnmə halına 1-3 yaş arasın-

da  rast  gəlinir.  Yeniyetmə  dövründə 

androgenlərin  təsiri  ilə  oğlan  uşaq-

larının  müqaviməti  artır,  KRX-lərin 

sayı  azalır,  əksinə,  qız  uşaqların-

da  estrogenlərin  təsiri  nəticəsində 

xəstələnmə halları bir qədər artır.

Son  vaxtlar  TTXU-ın  sayı  artma-

ğa  meyllidir.  Ümumiyyətlə,  insan 

sağlamlığına  mənfi  təsir  göstərən 

amillər,  ekoloji  tarazlığın  pozulması, 

sivilizasiyanın,  gen  mühəndisliyinin 

nailiyyətlərinin  həyatımıza  müxtəlif 

müdaxilələri  (genetik  modifikasiya 

olunmuş  qıdalar,  mikroorqanizmlərin 

yeni  ştammlarının  yaradılması  və 

s.),  informasiya-kommunikasiya  tex-

nologiyalarının  sürətli  inkişafı  (hi-

podinamik  həyat  tərzi,  internetdən 

asılılıq),  mikpoorqanizmlərin  özü-

nün  ontogenezində  daha  dayanıqlı 

ştammların  yaranması,  bu  mürəkkəb 

aləmdə öz həyatını qorumaq üçün in-

san ağlına qarşı mübarizədə yaratdığı 

özünümüdafiə  faktorları  (toksinlər, 

fermentlər)  və  s.  bu  artımda  böyük 

rol  oynayır.  Farmakologiyanın  ar-

tan  imkanlarının  insan  orqanizminə 

tətbiqindəki  canfəşanlıq,  firmala-

rın  aktiv  fəaliyyəti  nəticəsində  artan 

həkim  yatrogeniyalarını  da  başlıca 

səbəblərdən biri kimi qiymətləndirmək 

olar.

Ölkəmizdə  neçə  illər  müharibə 



şəraiti  hökm  sürüb.  Qanlı  20  yan-

var,  Xocalı  soyqırımı,  göz  dağı  kimi 

cərgələnən  şəhid  məzarları,  ışğal 

altında  olan  vətən  torpaqları  insan 

genində  belə  dəyişiklik  yaratmağa 

qadirdir.  Milli  dərdin  gen  mutasiyası 

yarada  biləcəyini  hansısa  tədqiqatçı-

genetik    bir  gün  sübut  edəcək,  mən 

ürəyimin  səsinə  inanıram.  Müharibə 

dövrünün  uşaqları  indi  ata-anadır. 

O  velideynlərin  yaşadığı  streslərdən 

körpələrə  də  pay  düşür.  Əsirlikdən 

qayıdıb  həyat  quran  valideynlərin 

tez-tez  xəstələnən  uşağını  müayinə 

edəndə erməni vəhşiliklərini o uşağın 

orqanizmində  hiss  etmişəm,  immun 

sistemini  paralayan  güllə  səsləri  qu-

lağıma gəlib, mərkəzi sinir sistemində 

erməni  aqressiyasının  əks-sədasını 

görmüşəm.  M.s.s.-nin  hipoksiyası-

nı  keçirmiş  uşaqlar  çətin  adaptasiya 

olunur,  termorequlyasiyaları  pozu-

lur,  immun  sistem  funksiyasinı  tam 

icra  edə  bilmir,  TTXU  riski  reallaşır. 

Belə  uşaqlar  ailədə  sağlam  atmosferi 

pozur. Canından ayrılan candan daha 

müdhiş  bir  ayrılıq  qorxusu  ananı  sa-

rır. Bu qorxudan yaranan mediatorlar 

südlə  usağa  keçir,  uşağın  vəziyyəti 

bir  az  da  pisləşir.  Qapalı  həlqə  əmələ 

gəlir.  Vay  o  gündən  ki  yanında  anla-

maz  adamlar  ola,  yaranmış  vəziyyəti 

süni  surətdə  gərginləşdirə.  Münaqişə 

yarananda  uşaq  orqanizminə  növbəti 

zərbələr  dəyir.  Xəstələnmə  riski  daha 

da  artır.  Beləcə,  uşaq  öz  doğmaların-

dan ermənidən ala biləcəyi qədər zərbə 

alır. 


Sivilizasiyanın növbəti bir bə lası da 

teleseriallardır.  Uşaqlar  ak tiv  həyat 

tərzi  keçirməkdənsə,  passiv  oturub 

saatlarla  serialları  izləyir.  Fatmagü-

lün,  Fərihanın  dərdini  öz  dərdi  kimi 

yaşayır.Həyəcanlanır,  kövrəlir,  qor-

xur,  bir  sözlə,  emosiyalarını  oyuncaq 

kimi  yaradıcı  adamların  əllərinə  ve-

rir,  idarə  olunur.  Bu  hal  idarə  edəni 

məmnunlaşdırsa  da,  idarə  olunan 

nələr  itirdiyini  hələ  anlamır.  Bunu 

valideyn  anlatmalıdır.  Çox  təəssüf 

ki,  bəzi  valideynlər  də  bunu  anlamaq 

qüdrətində  olmur,  çox  vaxt  özləri  se-

rialların  əsirinə  çevrilir.  Əsas  vəzifə-

müqəddəs  valideynlik  borcu  yaddan 

çıxır, özünü baş roldakı qəhrəmanların 

yerində  təsəvvür  edir.  Orientirini  iti-

rir,  narazılıqlara,  etirazlara,  xəstə  ab-

havaya  səbəb  olur.”Mükafatı”  ailədə 

TTXU problemi olur.

Anadan  aldığı  immunoq lobulinlər 

hesabına  6  ayadək  uşaqlar  az 

xəstələnirlər.  Elə  ki,  İq.G  ehtiyatı 

tükəndi uşaq özü antitellər yaratmağa 

başlayır.  Ona  görə  də  6  ayından  son-

ra  uşaqların  KRX  ilə  təması  xəstəlik 

reaksiyası ilə cavablanir. Bu dövr həm 

də süd dişlərinin çıxması vaxtı ilə üst-

üstə düşdüyündən valideynlərdə təlaş, 

çaxnaşma yaradır.

Müxtəlif  həkimlərə,  daha  çox  nev-

ropatoloklara müraciət edirlər. Təəssüf 

ki,  çox  vaxt  körpə  orqanizminə  artıq 

dərman preparatları yeridilir.

Uşağın  sağlamlıq  qrupunu  bir  pıllə 

dəyişdirən  primorbid  fon  xəstəlikləri: 

raxit,  xroniki  qida  pozğunluqları, 

anemiya,  konstitusiya  anomaliyaları 

da  uşaqların  tez-tez  kəskin  respirator 

xəstəliklərə  tutulmasına  səbəb  olur. 

Müxtəlif  allergik  xəstəliklər-tənəffus 

üzvlərinin  allergik  xəs təlikləri,  polli-

noz, allerqodermatozlar da TTXU ya-

radıcılarındandır.

Yarımçıq doğulma, bətndaxili inki-

şafın  ləngiməsi,  anadangəlmə  inkişaf 

qüsurları  olan  hallarda  da  yenidoğul-

muşun  TTXU-a  çevriləcəyi  ehtimalı 

yüksəkdir. 

TTXU-da  5-6  yaşında  damaq  ba-

damcıqları  demək  olar  ki,  görsənmir. 

Bu  birinci  siqnaldır.  Timus  inkişaf 

edəndə limfoid toxuma da hiperplazi-

yalaşır. Udlaq həlqəsinin hiperplaziya-

sı fizioloji də ola bilər. Bunlara xüsusi 

fikir vermək lazımdir.

TTXU-ın  formalaşmasında  dis-

bakteriozun  da  cox  əhəmiyyətli  rolu 

var.  Son  vaxt  aparılan  mikrobiolo-

ji  analizlərin  əksəriyyətində  nəcisdə 

immunoprotektiv  flora  olan  E.colinin  

miqdarının  az  oldoğu  müəyyənləşir. 

Biz bu çatmamazlığı mikrobioloji pre-

paratlarla korreksiya etməyə çalışırıq. 

Ümumiyyətlə,  istənilən  xəstəlikdə 

dərman  təyin  etdikdə  bağirsaqların 

o  preparatı  sormaq  iqtidarında  oldu-

ğuna  əmin  olmaq  lazımdır.  Dizbak-

terioz  aradan  götürüldükdən  sonra 

fon  xəstəlikləri  müalicə  etmək,  əsas 

səbəbi  aradan  qaldırmaq,  immunote-

rapiyaya başlamaq lazımdır. Valideynə 

vəziyyəti düzgün başa salmaq, sağlam 

həyat tərzinin istənilən medikamentoz 

müalicədən  üstün  olduğunu  inandır-

maq lazımdır.

Zəkiyyə PƏNAHOVA,

Pediatr-homotoksikoloq

TEZ-TEZ XƏSTƏLƏNƏN 

UŞAQLAR


http://www.amu.edu.az

16 fevral  2015-ci il



 



Qlazqo Universitetinin alimləri stress 

hormonlarının əmələ gəlməsi ilə ikinci 

tip “şəkərli diabet” arasında qarşılıqlı 

əlaqə tapıblar. AzərTAc xarici KİV-lərə istinad-

la xəbər verir ki, tədqiqatın nəticələri ABŞ-da 

həkimlər üçün nəzərdə tutulan nüfuzlu “Psixoso-

matik təbabət” jurnalında dərc olunub.

Tədqiqatçılar hər bir iş yerində tez-tez təsadüf 

edilən ən adi və labüd stressi ikinci tip şəkərli 

diabetin yaranmasının əsas səbəblərindən biri 

hesab ediblər.

Qlazqo  Universitetinin  professoru  Navid 

Səttar  deyib:  “İş  yerlərində  güclü  psixolo-

ji  təzyiqə  məruz  qalan  insanların  ikinci  tip 

diabetə tutulma riski 45 faiz artır. Qrupumuz 13 

il ərzində 50 kişi və qadını müşahidə edərək bu 

qənaətə gəlib. Biz çox vaxt belə bir halla rast-

laşırıq ki, stereoid hormonları, xüsusilə kortizol 

qəbul edən insanlarda ikinci tip şəkərli diabetin 

əlamətləri özünü büruzə verir, onların qanında 

davamlı  olaraq  yüksək  faizli  şəkər  müşahidə 

olunur. Güclü və uzunçəkən stress nəticəsində 

də orqanizmdə kortizol hormonu çox olur. Bu 

da bir müddət sonra hüceyrələrin insulina qarşı 

həssaslığında  dəyişikliklərin  yaranmasına  və 

“şəkərli diabetin” inkişafına gətirib çıxara bilər. 

Məhz  stress  hormonu  kortizolun  çox  olması 

orqanizmin  insulinə  qarşı  həssaslığını  azalda 

bilər”.

Qeyd  edək  ki,  London  Universitet  Kollecinin 



professoru  Endryu  Stepton  başqa  fikirdədir. 

Onun fikrincə, stress ilə diabet arasında əlaqə 

var, lakin ikinci tip diabetdən əziyyət çəkən in-

sanların orqanizmi stressə başqa cür reaksiya 

verir.

Ağayeva  Aytən  Yusif    qızına  1996-cı  ildə  Azərbaycan  Tibb  Universiteti 



tərəfindən stomatologiya ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün 

etibarsız sayılır.

Pediatriya fakültəsinin V kurs, 568

a

  qrup tələbəsi  Motuxova  Nərmin Ma-



hama  qızının adına verilmiş  qiymət kitabçası və tələbə bileti itdiyi üçün eti-

barsız sayılır.  

Afrant-Səmədova  Esmira  Arif qızına 1989-cu ildə Azərbaycan Tibb Uni-

versiteti  tərəfindən pediatriya ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi 

üçün etibarsız sayılır

I  müalicə-profilaktika    fakültəsinin  VI  kurs,  11

b

    qrup  tələbəsi    Demirok 



Fatihə  verilmiş  Azərbaycan Respublikasında müvəqqəti yaşamaq miqrasiya 

kartı itdiyi üçün etibarsız sayılır.  

Həsənova Diana Mir-Sadıx  qızına 2007-ci ildə Azərbaycan Tibb Universi-

teti  tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün 

etibarsız sayılır.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 212

 

 

Кафедраlarын  профессорları (елмляр докторları): 

  

 

- I daxili xəstəliklər və reanimatologiya kafedrası  - 1 yer 

- II uşaq xəstəlikləri kafedrası - 1 (0,75 vahid)

- İnsan anatomiyası kafedrası - 1 yer

- Tibbi fizika və informatika kafedrası  - 1 yer

 

 Kafedraların  dosentləri (fəlsəfə doktorları): 

- I daxili xəstəliklər və reanimatologiya kafedrası -2 yer

- Kliniki allerqologiya və immunologiya kursu -2 yer 

- Kommunal və qidalanma gigiyenası - 1 yer (0,75 vahid)

- İctimai fənlər kafedrası - 1 yer

- III daxili xəstəliklər kafedrası - 1 yer

- Ağciyər xəstəlikləri kafedrası - 1 yer

- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)

- Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası - 1 yer

 

Kafedraların baş müəllimləri:   

 

- İctimai fənlər kafedrası - 1 yer

- Tibbi biologiya və genetika kafedrası - 1 yer

- Azərbaycan dili kafedrası - 1 yer



Kafedraların müəllimləri:

- Latın dili kafedrası - 1 yer (0,5 vahid)

- Xarici dillər kafedrası  - 1 yer (0,5 vahid)

Kafedraların assistentləri:

- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer

- I daxili xəstəliklər və reanimatologiya kafedrası - 1 yer (0,5 vahid)

- Normal fiziologiya kafedrası - 1 yer

- II mamalıq və ginekologiya kafedrası - 2 yer

- II mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)

- II mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)

- Ağ ciyər xəstəlikləri kafedrası - 1 yer

- Kliniki allerqologiya və immunologiya kursu - 1 yer

- Kliniki allerqologiya və immunologiya kursu - 1 yer (0,5 vahid)

- İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası - 2 yer

- Ortopedik stomatologiya kafedrası  - 4 yer ( 0,5 vahid )

- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer( 0,5 vahid )

- Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası - 1 yer (0,5 vahid)

- I cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)

- II daxili xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)

- Biofiziki və bioüzvü kimya kafedrası - 1 yer

 

 Kiçik elmi işçi:

- Elmi - Tədqiqat Mərkəzi bioloji fəal maddələrin sintezi şöbəsi - 1 yer

- Biokimya kafedrası üzrə PETL - 1 yer (0,5 vahid)



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan 

qəzetdə («Təbib» qəzeti, 16 fevral 2015-ci il) dərc olunduğu gündən 30 

gün keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşa-

ğıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri- Az 1007, Bakıxanov küçəsi 23. Telefon: 597-10-08

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR    ÜZRƏ 

AŞA ĞI DA KI YERLƏRİ TUTMAQ ÜÇÜN  

MÜSA BİQƏ ELAN EDİR

Stress diabetə səbəb olur



 



Alimlər müəyyən ediblər ki, 

həmyaşıdları ilə ünsiyyət problemi 

olan utancaq uşaqlar köklüyə daha çox 

meyilli olurlar.

Mütəxəssislər tədqiqata 9-11 yaş arasında 8346 

uşaq cəlb ediblər. Onlara həmyaşıdları ilə ünsiyyət 

qurmaq, valideynləri və yaxından tanımadıqları 

adamlarla ümumi dil tapmaq bacarıqları barədə 

suallar verilib. Məlum olub ki, təbiətən utan-

caq, özünə arxayın olmayan, gülünc vəziyyətə 

düşməkdən qorxan uşaqlar digər uşaqlarla ünsiyyət 

zamanı tez-tez stress keçirirlər və nəticədə çox-

lu miqdarda kalorili qida və şirniyyat yeməyə 

üz tuturlar. Çox vaxt belə uşaqların 11 yaşından 

artıq çəki problemləri olur. Bu isə onların özlərinə 

qapanmaları, heç yerə getməmək və heç kəslə 

ünsiyyətdə 

olmamaları 

üçün yeni 

bir səbəb 

deməkdir.

Alimlər 

hesab 


edirlər ki, 

uşaqlara 

utancaqlıqla mübarizədə kömək etmək lazımdır. 

Bunu birinci növbədə valideynlər etməlidir. Özünə 

inamı olmayan uşaqları ruhlandırmaq, onlarda 

əminlik hissi oyatmaq lazımdır. Utancaqlıqla 

isə mübarizə aparmaq lazımdır. Bu mübarizənin 

yolları uşağa ünsiyyət qurmağı öyrətmək, əyləncəli 

hobbi tapmaq, onu idmana cəlb etməkdir.

Uşaq utancaqlığı piylənməyə gətirib çıxarır



Astma  xəstəliyinin  müalicəsi  üçün  yeni 



üsul tapılıb.

AzərTAc  Rusya  KİV-lərinə  istinadən  xəbər  ve-

rir  ki,  Avstraliyanın  Kvinslend  Universitetinin 

mütəxəssisləri  astma  əleyhinə  yeni  dərman  pre-

paratı  yaradıblar.  Alimlər  bildirirlər  ki,  preparat 

astmaya  səbəb  olan  genlərin  fəaliyyətini  ləngidir. 

İndi isə dərmanın könüllülər üzərində klinik sınaq-

dan  keçirilməsi  tələb  olunur.  Problem  ondadır  ki, 

dərmanın təsirinin sübut etmək üçün könüllülərdə 

astmanın simptomlarını oyatmaq gərəkdir. Bunun 

üçün təcrübəyə 16 nəfər cəlb olunacaq. Həkimlər 

toz hissəciklərindən istifadə etməklə onlarda süni 

astma tutması yaradacaqlar. Sonra həmin şəxslərə 

yeni dərman preparatı veriləcək. Bu yolla insanlarda astma simptomlarının azalması və ya 

şiddətlənməsi, hətta aradan qalxması müəyyən ediləcək. Nəticələr uğurlu alınarsa, bu, stan-

dart  müalicəyə  uyğun  olmayan  insanlar  üçün  alternativ  müalicə  olacaq.  Sınağın  nəticələri 

gələn il açıqlanacaq.

Alimlər  əmindirlər  ki,  testlər  ciddi  nəzarət  və  təhlükəsizlik  şəraitində  həyata  keçiriləcək. 

Könüllülərdən heç kim ziyan çəkməyəcək.

Məlumdur ki, astma əsasən irsi yolla keçir. Ancaq həmişə yox. Bəzən xəstəlik bronxların 

zədələnməsi  ilə,  yaxud  psixoloji  problemlər  səbəbindən  də  inkişaf  edir.  Münxen  Universi-

tetinin  alimləri  1500  astma  xəstəsi  arasında  sorğu  aparıblar.  Nəticələr  göstərib  ki,  hər  üç 

nəfərdən birində bu xəstəlik ailə problemləri zəminində yaranır. Bəzi insanlarda isə astmaya 

işdəki gərginlik və həyəcan səbəb olur.



Astma əleyhinə yeni dərman preparatı 

sınaqdan keçiriləcək

Yüklə 9,33 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin