F. HƏSƏnov: «UNİversiteti BİTİRƏNƏDƏK 4-5 İXTİranin müƏLLİFİ İDİM» 5 rezidentləRƏ Dİplomlar



Yüklə 9,33 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix29.12.2016
ölçüsü9,33 Mb.
#3878
1   2   3

Arif  MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir



Fevralın 4-də Azərbaycan Tibb Universitetində məzun 



rezidentlərə həkim-mütəxəssis diplomlarının təqdimat mərasimi 

keçirilib. Məzun rezidentləri salamlayan universitetin rekto-

ru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov 

ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət 

açıb.

REZİDENTLƏRƏ DİPLOMLAR 

TƏQDİM OLUNUB

16 fevral  2015-ci il

http://www.amu.edu.az

5



Kolit çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı 



yoğun bağırsağın divarları iltihablaşır.

Kolit kəskin və xroniki formalarda keçə bilər. Kəskin kolitin 

inkişafına salmonella, streptokokklar, stafilokokklar, dizente-

riya  və s. mikroorqanizmlər səbəb ola bilər.

Kəskin kolit zamanı insanı qarında kəskin spazmlar və ya 

dartıcı  ağrılar,  meteorizm,  qarında  qurultu  kimi  simptomlar 

narahat edir, hərarət 38 C kimi qalxa bilər, xəstə ümumi zəiflik 

hiss edir, iştaha ya heç olmur ya da kəskin azalır. Xəstədə 

ishal ola bilər, ishal zamanı selik və qan ifraz olunur. Kəskin 

kolit  vaxtında  müalicə  olunmadıqda  xroniki  formaya  keçir. 

Xroniki kolit müalicəyə çox çətin tabe olur.

Xroniki kolit zamanı simptomlar kəskinləşmə zamanı mey-

dana  çıxır.  Xroniki  kolitin  əsas  simptomu  qəbizliklə  ishalın 

kəskin  növbələşməsidir.  Bundan  əlavə  xəstəni  meteorizm 

(köp),  qarının  aşağı  hissəsində  küt  ağrılar,  ürəkbulanması, 

ağızda acı dad narahat edir. Xəstədə tez-tez baş ağrıları olur, 

işləmək qabiliyyəti azalır, insan daha tez yorulur. Nəzərinizə 

çatdıraq ki, kolitin bir çox simptomları həmçinin düz bağırsa-

ğın şişlərinə də xasdır. Bu səbəbdən belə simptomlar mey-

dana çıxdıqdan dərhal sonra vaxt itirmədən həkimə müraciət 

edin.

Kolitin ikişaf etmə səbəbləri müxtəlif ola bilər:

- bağırsaq infeksiyaları, qurdlar,

-  uzun  müddət  ərzində  və  xüsusilə  nəzarətsiz  olaraq 

dərmanların qəbulu (ilk növbədə antibakterial preparatların),

- disbakterioz (bağırsaqların mikroflorasının pozulması),

- allergiyalar,

- xroniki streslər,

- zəhərləmələr,

- yoğun bağırsaqda qan dövranının pozulması (adətən yaşlı 

insanlarda inkişaf edir) və s.

Vaxtında və düzgün şəkildə müalicə olunmayan kolit müxtəlif 

ağırlaşmalara səbəb ola bilər: susuzlaşma və intoksikasiya, 

avitaminoz, qanazlığı (daxili qanaxmalara görə - xoralı kolit 

zamanı)  və  s.  Xroniki  kolit  şiş  xəstəliklərinin  (o  cümlədən, 

xərçəngin) riskini artırır.

Bu  səbəbdən  kolitin  ilk  simptomlarında  dərhal  həkimə 

müraciət  edin,  lazım  olan  müayinələrdən  keçin  və  müalicə 

alın. Kolitin müalicəsi ilə proktoloq məşğul olur.

Müayinə  zamanı  həkim  xəstənin  qarnını  əl  ilə  yoxlayır  və 

orada ağrılı, zədələnmiş  sahələri müəyyən edir.

Bundan əlavə xəstəyə koproqramma (nəcisin analizi) təyin 

olunur. Kolit zamanı nəcisdə çoxlu miqdarda selik, leykositlər, 

qan (xoralı kolit zamanı) aşkar olunur.

Lazım  olduqda  həkim  rektoromanoskopiya  (düz  bağırsa-

ğın  xüsusi  optik  cihazla  müayinəsi),  irriqoskopiya  (rentgen 

müayinəsi), kolonoskopiya (bütün yoğun bağırsağı  müayinə 

edir)  kimi  əlavə  müayinələr  təyin  edir.  Daha  sonra  həkim 

xəstəyə müalicə təyin edir.

Kolit  zamanı  qidalanma  müalicəvi  rol  oynayır.  Kolitdən 

əziyyət çəkən insanlar üçün yağlı, qızardılmış, duzlu, istiotlu 

qidalar, ədviyyatlar, süd, spirtli içkilər, qazlı sular, çiy meyvə 

və tərəvəzlər, göbələk, paxlalılar (noxud, lobya və s.), bulka, 

piroq,  tort,  dondurma  əks-göstərişdir.  Qida  gün  ərzində  5 

dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq 

olmamalıdır,  yumşaq  olmalıdır,  rasionda  yağların  miqdarını 

azaltmaq, zülalların isə artırmaq lazımdır.

Təbii  vasitələr  arasında  kolitin  müalicəsində  çobanyastığı, 

adaçayı kimi otların dəmləmələri istifadə olunur.



saglamolun.az

Qısa arayış:

1959–cu  ildə  Tovuz  rayonu-

nun  İbrahimhacılı  kəndində 

anadan  olan  Həsənov  Fərman 

İbrahim  oğlu    hərbi  qullu-

ğu  başa  vurduqdan  sonra 

Azərbaycan  Tibb  İnstitutunun 

(hazırda  ATU)  stomatologiya 

fakültəsinə  daxil olub. 1986–cı 

ildə  universiteti  fərqlənmə  dip-

lomu  ilə  bitirib.  1990–cı  ildən 

etibarən  ATU-nun  ağız  və  üz–

çənə  cərrahiyyəsi  kafedrasının 

assistentidir.

  2001–ci  ildə  “Kükürd  tərkibli 

sərbəst aminturşuların çənə sı-

nıqları  zamanı  sümük  toxuma-

sının  regenerasiyası  prosesinə 

təsiri”  mövzusunda  namizədlik 

dissertasiyası müdafiə edib. Bir 

sıra  ixtiraların,  səmərələşdirici 

təkliflərin  və  s.  müəllidir. 

Dişlərin  və  çənələrin  defektləri 

zamanı  implantasiyası  ilə  ma-

raqlanır. 

Hazırda  6  ixtiranın  müəllifidir. 

İxtiraların  əksəriyyəti  çənə-üz 

cərrahiyyəsinə, çənə - almacıq 

sümüklərinin sınıqlarına aiddir. 

- Fərman müəllim, bir neçə ixtira 

və  səmərələşdirici  təkliflərin 

müəllifisiniz. İxtiralarınız barədə 

nə deyərdiniz?

 

- Diqqətinizə çatdırım ki, Tibb 



Universitetinin ağız və üz-çənə 

cərrahiyyə  kafedrasının  müdi-

ri,    hörmətli  professor  Teymur 

Babayev  universiteti  fərqlənmə 

ilə bitirdiyimə görə, 1990-cı ilin 

dekabrında  mənim  kafedrada 

qalmağımı məsləhət gördü. Elə 

o vaxtdan assistent vəzifəsində 

çalışıram. 

Universiteti  bitirənədək  4-5 

ixtiranın müəllifi idim. İlk ixtiram  

isə,  tələbə  vaxtı  9  stomatoloji 

funksiyanı  yerinə  yetirən  “Sto-

matoloji kombayn”  olub. 1989-

cu  ildə  konstruksiyasını  verdi-

yim bu ixtira o zaman respubl-

kada  böyük  maraq  doğurdu, 

televiziya  üçün  çəkilişlər  oldu 

və  kombayn  dövri  mətbuatda 

geniş şəkildə işıqlandırıldı.

1992-93-cü illərdə məlum Qa-

rabağ  döyüşləri  zamanı  yaralı-

ların döyüş bölgəsindən çıxarıl-

masına yardım etmək məqsədi 

ilə  “Almacıq  sümüklərin  repa-

zisiyası  və  fiksasiyası  üçün 

qurğu” ixtira etdim və müəlliflik 

şəhadətnaməsi  aldım.  Həmin 

qurğu  o  dövrdə  yaralıların  dö-

yüş bölgəsindən çıxarılmasında 

işə  yarayıb.  İxtira  etdiyim  qur-

ğuların əksəriyyətindən hazırda 

istifadə olunur. 

-  Bəs  ixtira  etdiyiniz  bu 

qurğular 

və 

səmərələşdirici 

təklifləriniz  ölkədən  kənarda 

necə qarşılanıb?

-  Ölkəmiz  müstəqillik  qa-

zanandan 

sonra 


xariclə 

əlaqələrimiz  getdikcə  inkişaf 

etməyə  və  möhkəmlənməyə 

başladı.  Yavaş-yavaş  üz-çənə 

cərrahiyyəsinə aid dişlərin imp-

lantasiyası,  çənə  deffektlərinin 

bərpası,  sümük  plastiklərinə  

aid keçirilən konfrans,  kurs və 

master-klaslarda iştirak etməyə 

başladım.    Bir  sıra  beynəlxalq 

konfranslarda  çıxışlarım  olub 

və iştirakçılar tərəfindən maraq-

la qarşılanıb. 

Elə iki il öncə İmplantoloqların 

Beynəlxalq  Xəzər  Konfransın-

da   


“Gicgah-çənə  oynağına 

aid  olan  qurğu  vasitəsi  ilə 

dişləm-oynaq  çıxıntısı  ilə 

əlaqəli  xəstəliklər”  barəsində 

çıxışım  oldu.    Konfrans  ərəfə-

sində Latviya, Litva, Gürcüstan-

dan    əməkdaşlıq  üçün  təkliflər 

aldım. 

5-6 il öncə Gəncədə keçirilən 



beynəlxalq  simpoziumda 

“Diş 

kökünün rezeksiyası və kisto-

ektamiyanın  yeni  metodika-

sı” adlı məqalə ilə çıxış etdim. 

Diş  kökü  rezeksiyası  və  kisto-

ektamiya  əməliyyatlarında  gü-

müş liflərin repraqa kimi istifadə 

olunması  barədə  təklifimin 

praktik  həkimlərə  köməyini 

müsbət dəyərləndirdilər. 

Noyabrın  10-11-də  Respubli-

kada ilk dəfə  keçirilən “Bakı Elm 

Festivalı”nda  iki  patent-  ixtira, 

posterlə  iştirak  etdim.    İxtiralar 

Respublika  Elmlər  Akademiya-

sının prezidenti, akademik  Akif 

Əlizadə  və  ATU-nun  rektoru, 

millət vəkili, akademik Əhliman 

Əmiraslanovun  diqqətini  çəkdi. 

Akif və Əhliman müəllim  bunla-

rın  əhəmiyyətini  nəzərə  alaraq 

beynəlxalq  səviyyədə  nümayiş 

etdirilməsini  təklif  etdilər.  İndi 

hazırlaşırıq ki, ixtiraları  Türkiyə, 

İtaliya,  Ukrayna,  Moskvada 

keçirilən  konfranslarda    nüma-

yiş  etdirək.  Elə  ixtiram  var  ki, 

dünyada anoloqu yoxdur.

-  Analoqu  olmayan  ixtiranız  

hansıdır elə?

-  Dünayada  anoloqu  olma-

yan  çənə  çıxıqlarının  yerinə 

salınması  üçün  ixtira  etdiyim 

qurğudur.    Qurğunu  çeynəmə 

dişlərinin    üzərinə  qoyub  arxa 

və yuxarıya doğru dartırlar. 

Amma  əvvəllər  qurğusuz 

çənə  çıxıqlarını  yerinə  salmaq 

çətinliklər  yaradırdı.  Belə  ki, 

çənə  yerinə  salınan  zaman 

çənənin şaqqıltı ilə bağlanması 

və  zədələnməsi halları olurdu. 

Hadisə  gecə  vaxtına    təsadüf 

edəndə qadın həkimlər barmaq-

larının  zədlənməsindən  ehtiyat 

edərək, əksər hallarda çənənin 

salınmasından  imtina  edirdilər. 

Bu  da  bir  sıra  problemlər  ya-

radır, çənənin yerinə salınması 

səhərə qalırdı. Ya da çıxıq çənə 

narkozdan  istifadə  etməklə 

salınırdı.  Amma  indi  sadə  bir 

qurğu ilə barmaq ağızda iştirak 

etmədən, yəni ağız xarici üsul-

la,  narkozsuz-filansız  çənəni 

yerinə salmaq olur.  

- Bəs hazırda assistenti olduğu-

nuz kafedrada hansı əməliyyatlar 

aparılır? 

-  Kafedramızda  ən  çox  çənə 

deffektlərinin  bərpası  ilə  bağ-

lı  dünya  səviyyəli  əməliyyatlar 

aparılır. Çənədə əsasən böyük 

deffektlər  şiş  və  ya  güllə  ya-

rasından  əmələ  gəldiyindən, 

bu,  insanın  həyat  tərzinin 

pisləşməsinə  səbəb  olur.  Diş-

siz, çənəsiz insanın danışması 

isə  bəllidir  ki,  çətinlik  törədir. 

Amma  kafedramızda  qalça, 

qabırğa,  incik    sümüyündən 

transplantlar köçürür, çənəni və 

dişləri bərpa edə bilirik. Trans-

plantlar  zamanı  isə  konstruktiv 

titan lövhələrdən  istifadə edirik. 

Bundan  başqa,  ağızın  içəri-

sində çənənin və əngin üzərində  

ehtiyac duyulduqda diş implan-

tasiyaları  da  aparılır.  Ən  əsası 

odur  ki,  çənə  deffektlərinin 

aradan qaldırılması üçün gözəl 

mütəxəssislərimiz var.



Qabil ABDULLAYEV

F.HƏSƏNOV:  

«UNİVERSİTETİ  BİTİRƏNƏDƏK 4-5 

İXTİRANIN MÜƏLLİFİ İDİM»

Ö

lkəmizdə ötən ilin noyabrında ilk dəfə idi ki,  Bakı Elm Festiva-

lı keçirildi.  Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan 

elminin bu günkü nailiyyətlərini ictimaiyyətə tanıtmaq-

dan ibarət idi.  Festivalda ixtiralarına müəlliflik şəhadətnaməsi almış, 

səmərələşdirici təklifləri olan alimlərimiz posterlə iştirak edirdi.  Bu 

isə onu deməyə əsas verir ki, Azərbaycan elmi  alimlərimizin sevindirici 

nailiyyətləri sayəsində xeyli uğurlar əldə edib. 

Bakı Elm Festivalında Azərbaycan Tibb Universitetinin əməkdaşları 

da layiqincə təmsil olunurdular. Onlardan biri də universitetin ağız və 

üz-çənə cərrahiyyə kafedrasının  assistenti Fərman Həsənov idi. Ondan 

ixtiraları ilə bağlı müsahibə almağa qərar verdik.

Müsahibə

Kolit - yoğun bağırsağın 

iltihabı

http://www.amu.edu.az

16 fevral  2015-ci il

6

“Bakı-2015”  ilk  Avropa  Oyunları  za-



manı  yarışların  keçiriləcəyi  bütün 

məkanlarda,  o  cümlədən  hotellərdə, 

Olimpiya  şəhərciyində  və  kütləvi 

tədbirlərin  təşkil  olunacağı  yerlərdə 

təcili tibbi yardım briqadaları növbətçilik 

çəkəcək.  Bundan  əlavə,  beynəlxalq 

standartlara  uyğun  avadanlıq  və 

ləvazimatla  təchiz  olunmuş  yeni  “Mer-

sedes”  markalı  təcili  tibbi  yardım 

avtomobillərinin  istismara  verilməsi 

nəzərdə tutulub.

Bu barədə AzərTAc-a Səhiyyə Nazir-

liyin mətbuat xidmətindən məlumat ve-

rilib.


Məlumatda bildirilir ki, Avropa Oyunları 

Təşkilat Komitəsinin tələblərinə əsasən, 

tibbi yardım xidmətlərinə cəlb olunmuş 

heyət xüsusi təlimlərdən keçməli, dün-

yanın qabaqcıl ölkələrində qəbul olun-

muş və beynəlxalq standartlara uyğun 

bilik  və  vərdişlərə  malik  olmalıdır.  Bu 

məqsədlə Səhiyyə Nazirliyinin köməkliyi 

ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz 

Tibbi  Yardım  Stansiyasında  Amerika 

Ürək  Assosiasiyasının  nümayəndəliyi 

vasitəsilə xüsusi təlimçilər hazırlanıb və 

təlim kursu yaradılıb. Təlim və məşqlərə 

400-ə yaxın təcili tibbi yardım işçisi cəlb 

olunub. Tibbi biliklərin təkmilləşdirilməsi 

ilə yanaşı, təcili tibbi yardım xidmətlərinə 

cəlb olunmuş həkimlər üçün ingilis dili 

kursları da təşkil edilib.



“Bakı-2015”də yarışların keçiriləcəyi 

bütün məkanlarda təcili tibbi yardım 

briqadaları növbətçilik çəkəcək

Fəlsəfə elmləri doktoru, pro-

fessor Qurban Balı oğlu Bayra-

mov 1935-ci il fevral ayının 10-

da Qərbi Azərbaycanın Göyçə 

ma halı nın  Nərimanlı  kəndində 

anadan olmuşdur. O, Nəri manlı 

kənd məktəbində orta təhsil al-

mış və 1951-ci ildə 2 illik Qazax 

Müəllimlər İnstitutunda oxu-

muş, bir neçə il Göyçə ma halının 

müxtəlif kənd lərində müəllimlik 

etmişdir. 

Qurban müəllim 1957-ci ildə Azərbaycan 

Pedaqoji  İnstitutunun  tarix  fakültəsinə 

daxil  olmuş  və  oranı  bitirdikdən  sonra 

1961-ci  ildə  AMEA-nın  “Fəlsəfə  və  hü-

quq  institutu”nun  əyani  aspiranturasına 

daxil olmuş, 1967-ci ildə “SSRİ-də sosia-

list millətlərinin mənəvi simasında ümumi 

cəhətlərin təşəkkülü və inkişafı” mövzu-

sunda namizədlik dissertasiyası müdafiə 

edərək  fəlsəfə  elmləri  namizədi  alimlik 

dərəcəsi almışdır. 1982-ci ildə isə “Sosi-

alist millətlərinin mənəvi həyatında milli-

lik  və  beynəlmiləlçiliyin  dialektikası”  adlı 

doktorluq dissertasiyası müdafiə edərək 

fəlsəfə elmləri doktoru adını almışdır.

Q.Bayramov 1966-cı ildən Azərbaycan 

Tibb  Universitetində  müəllim  kimi  işə 

başlamış, dosent, professor və 1983-cü 

ildən  “Elmi  kommunizm”,  ömrünün  so-

nuna  qədər  fəlsəfə  kafedrasının  müdiri 

vəzifəsində işləmişdir.

Professor  Q.Bayramov  kafedra  müdiri 

olduğu illərdə tələbələrin elmi-fəlsəfi dün-

yagörüşünün  formalaşmasında  böyük 

əmək sərf etmişdir. O, çoxsaylı məqalə, 

monoqrafiya və dərs vəsaitlərinin müəllifi 

olmuşdur:  “Milli  məsələdə  iki  meyl” 

(Bakı-1972),  “Mənəvi  həyatda  millilik  və 

beynəlmiləlçilik” (Bakı-1974), “Milli və sin-

fi münasibətlərin qarşılıqlı əlaqəsi” (Bakı-

1981),  “SSRİ-də  milli  münasibətlərin 

inkişafı”  (Bakı-1984),  “İnsan  və  zaman” 

(Bakı-1992),  “Nümunələr,  təşbehlər  və 

aforizmlər” (Bakı-1993), “İnsan, qəribədir 

həyatın  sənin”  (Bakı-1994),  “Fəlsəfənin 

əsasları” (Bakı-1996).

Müəllifin  əsərləri  ayrı-ayrı  dövrlərdə 

oxucular tərəfindən diqqətlə izlənilmiş və 

yüksək qiymətləndirilmişdir. Onun “İnsan 

və zaman” kitabı xüsusi ilə geniş oxucu 

kütləsinin marağına səbəb olmuşdur.

Bu  günlərdə  görkəmli  ziyalı,  fəlsəfə 

elmləri doktoru, mərhum professor Qur-

ban Balı oğlu Bayramovun anadan olma-

sının 80 illik yubileyidir. Qurban müəllimi 

xatırlayan  hər  bir  kəs  onun  yüksək 

mədəniyyətə  və  əxlaqa,  gözəl  insani 

keyfiyyətlərə malik olduğunu xüsusi qeyd 

edir.  Qurban  müəllim  nəinki  tələbələrə, 

müəllimlərə,  bütün  əməkdaşlara  böyük 

qayğı  və  diqqətlə  yanaşaraq  əsl  ziyalı-

lıq, insanlıq nümunəsi aşılayırdı. O, gənc 

tədqiqatçılara,  aspirantlara  daha  çox 

vaxt  ayırır,  onlara  daim  elmi-pedaqoji 

istiqamət və məsləhətlər verməkdən yo-

rulmurdu. Qurban müəllimin mühazirələri 

tələbələrin  fəlsəfi  dünyagörüşünün 

formalaşmasında, 

zənginləşməsində 

önəmli  və  mühüm  rol  oynayırdı.  İndi  də 

tələbələri və yetirmələri böyük hörmətlə 

Qurban müəllimi xatırlayırlar.

Ümumiyyətlə,  Azərbaycan  elm  və 

fəlsəfə  ictimaiyyəti,  Azərbaycan  Tibb 

Universitetinin çoxminli kollektivi profes-

sor Qurban Bayramovu qayğıkeş, xeyir-

xah,  təmənnasız,  səmimi  bir  ziyalı  kimi 

tanıyırdılar.

Respublikanın tanınmış ziyalıları və elm 

adamları  Qurban  müəllim  haqqında  öz 

xatirələrini belə ifadə etmişlər:



Qurban  dostluq  və  yoldaşlıqda 

vəfalılıq  simvoludur.  O,  elmə  sonra 

gəldi, lakin öz insani keyfiyyətləri olan 

işləri, aydın zəkası, fəlsəfi düşüncələri 

ilə tez tanındı (professor Adil Nəcəfov).

“İnsan və zaman” Qurban müəllimin 

öz şəxsiyyətinə, özünə yaraşan kitabdır  

(professor Camal Mustafayev)

“Nümunələr,  təşbehlər,  aforizmlər” 

kitabı müəllifin həyata, insana fəlsəfi 

baxışlarıdır (professor Həsən Şirəliyev).

Qurban  ləyaqətli  müəllim,  qayğıkeş 

insan,  zəhmetkəş  alimdir  (professor 

Məhəmməd  Abbasov)

Qurban  Bayramov  milli  psixologiya 

və  milli  mənlik  şüurunun  tədqiqatı 

sahəsində  yeni  bir  istiqaməti  açan 

müəlliflərdəndir 

(professor 

İvan 

Fyodoroviç).

Mən  ideologiya  sahəsində  özümü 

Sizdən  üstün  hesab  edirəm.  Lakin 

milli  psixologiya  sahəsində  Siz 

məndən  üstünsünüz  (professor  Matvey 

Abramoviç).

Qurban Bayramov milli psixologiya, 

milli  mənlik  şüuru  sahəsində  öz  izi 

olan alimdir (professor Həmid İmanov).

Qurban  yaxşı  alim  olmaqla  yanaşı, 

həm  də  yaxşı  insandır  (professor  İzzət 

Rüstəmov).

İnsanşünaslıq problemi neçə illərdən 

bəri müəllifi düşündürən məsələlərdən 

biri  idi.  O,  həmin  problemin  tənqidi 

üçün  forma  və  üsullar  axtarırdı. 

Nəhayət,    belə  bir  imkanı  insan 

və  zaman  gerçəkliyinin  vəhdətini 

araşdırmaqla  tapa  bildi  (professor 

Rəşid Əliyev).

“İnsan və zaman” Azərbaycan fəlsəfi 

ədəbiyyatında  insan  probleminə  həsr 

olunmuş  yeni  mükəmməl  bir  əsərdir 

(professor Maqsud Cəlilov).

“İnsan və zaman” kitabını oxuyanda 

adama  elə  gəlir  ki,  sözlər,  fikirlər  un 

kimi yoğrulub. Kitabı oxuyanda adam 

onun  sehrinə  düşür.  Onun  təsirindən 

çıxa bilmir (dosent Xankişi Məmmədov).

«Əziz Qurban müəllim!

Sizin  növbəti  kitabınızı  «İnsan  və 

zaman»ı  oxudum  və  açığını  deyim  ki, 

mənə çox  xoş təsir bağışladı. Kitabda 

təbiət,  insan  və  zaman  haqqında 

öyrənməli  və  düşündürücü  çox  şey 

vardır.  Ümumiyyətlə,  bu  kitabınız 

geniş  oxucu  kütləsinə  ən  layiqli 

hədiyyələrinizdən biridir». 

Səmimi  və  xoş  arzularla:  professor 

Zəlimxan Qarayev.

“Nümunələr,  təşbehlər,  aforizmlər” 

kitabı,  çox  zəngin  mənəvi  xəzinədir 

(dosent Həsən Quliyev).

Qurban Bayramov həm də nümunəvi bir 

ailə başçısı kimi 4 övlad atası və böyük 

bir nəslin ağsaqqalı idi. 

Uzun  sürən  ağır  xəstəlikdən  son-

ra  1996-cı  ildə  61  yaşında  dünyasını 

dəyişən gözəl insan, dəyərli alim, filosof, 

professor Qurban Balı oğlu Bayramovun 

əziz  xatirəsi  onu  tanıyanların  qəlbində  

daim yaşayacaqdır.



Məhəmməd PAŞAYEV, 

Elbrus  SADIQOV,

İctimai fənlər kafedrasının dosentləri 

Xatirələrdə yaşayan alim-filosof

Qurban Bayramov-80



Hər peşənin, hər sənətin öz 



gözəlliyi var. Əsas odur ki, seç-

diyin peşəyə qəlbən bağlı olasan, onun 

sirlərini öyrənəsən, bütün incəliklərinə 

yiyələnəsən. Yalnız bu halda seçdiyin 

sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana 

bilərsən.

Əziz Əliyev adına Azərbaycan Dövlət 

Həkimləri  Təkmilləşdirmə  İnstitutunun 

əməkdaşı,  tibb  üzrə  fəlsəfə  doktoru 



Natiqə  İsmayılova

  da  sevib-seçdiyi 

sənəti ilə insanların sevgisini qazanıb. 

Ömrünün  60-cı  ilində  də  işləməkdən 

yorulmayan  Natiqə  xanım  tibbin  ən 

məsuliyyətli sahələrindən olan gigiye-

nanı seçib. İnstitutun gigiyena kafedra-

sında 26 ildir baş müəllim vəzifəsində 

fəaliyyət  göstərir.  Bu  illər  ərzində 

dəfələrlə  tərifnamələrə,  Səhiyyə  Na-

zirliyinin  diplomlarına  layiq  görülüb, 

elmi  məqalələri  çap  edilib.  Həmişə 

əməksevərliyi, inadkarlığı və gigiyena 

sahəsində  dərin  biliyi  ilə  seçilib.  Elə 

buna  görə  institutun  əməkdaşları  və 

müdavimlərinin sevimlisi olub.

1955-ci  ildə  Bakı  şəhərində  dün-

yaya  göz  açan  Natiqə  İsmayılo-

va  1972-ci  ildə  N.Nərimanov  adına 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunun 

(indiki  Azərbaycan  Tibb  Universiteti) 

sanitariya-gigiyena  fakültəsinə  qəbul 

olunub. Təhsil illərində özünü çalışqan 

tələbə  kimi  göstərə  bilib,  tələbə  elmi 

cəmiyyətin üzvü olaraq elmi konfrans-

larda dəfələrlə çıxış edib, həm də icti-

mai işlərdə fəal olub. İnstitutu 1978-ci 

ildə bitirdikdən sonra Sumqayıt şəhər 

sanitar-epidemioloji 

stansiyasında 

bölmə  müdiri  vəzifəsində  çalışıb.  Elə 

həmin il bu şəhərdə ailə qurub.

Səhiyyə  Nazirliyinin  Sumqayıtda 

yerləşən  Əmək  Gigiyenası  və  Peşə 

Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda 

2  il  ərzində  klinik  ordinaturada  oxu-

yub.  1986-1989-cu  illərdə  Moskva-

da  V.A.Obux  adına  Əmək  Gigiyenası 

və  Peşə  Xəstəlikləri  Mərkəzi  Elmi-

Tədqiqat  İnstitutunda  gigiyena  ixtisa-

sı  üzrə  məqsədli  əyani  aspiranturanı 

fərqlənmə ilə bitirib, namizədlik disser-

tasiyası müdafiə edib. Bakıya qayıtdıq-

dan sonra Ə.Əliyev adına Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İns-

titutunda  assistent  vəzifəsinə  qəbul 

edilib.

Bu  avtobioqrafik  cizgilər  ilk  baxışda 



şablon kimi görünə bilər. Ancaq Natiqə 

İsmayılovanın  həyatında  şablonçuluq 

yoxdur, çünki o, tibbin ən çətin və ağır 

bir sahəsi olan gigiyenanı seçib. Xalq 

arasında bu sahənin mütəxəssislərinə 

“sanitar həkim” də deyirlər. Belə çətin 

sənətin  yükünü  ömürlük  çiyinlərinə 

götürən  Natiqə  xanım  deyir:  ”Sağ-

lamlıq  gigiyenadan  başlayır.  Mən 

xoşbəxtəm  ki,  Vətənə  gigiyenist  kimi 

xidmət  edirəm.  Həyatımda  gigiyena 

çox  əhəmiyyətli  və  başlıca  yer  tu-

tur.  Bu  nəhəng  elm  ilkin  profilaktika-

nın  keşiyində  durur  və  indiki  dövrdə 

çox  vacib  olan  sağlam  həyat  tərzinin 

prinsiplərini  öyrənir”.  O,  həmçinin  in-

gilis  dilini  yaxşı  mənimsədiyinə  görə 

xarici  jurnallarda  çap  olunan  tib-

bi  məqalələri  və  xülasələri  böyük 

məharətlə Azərbaycan və rus dillərinə 

tərcümə edir.

Ziyalı  kimi  bu  insanın  xarakteri-

ni  səciyyələndirən  əsas  xüsusiyyət 

möhkəm iradəsi, həssaslığı və emosi-

onal dünyasıdır. Onun bütün fəaliyyəti 

daim  axtarışda  olmağa,  öyrənməyə, 

obyektivliyə  və  ədalətə  söykənib.  O, 

təkcə  vəzifəsini  deyil,  vətəndaşlıq 

borcunu  da  yüksək  məsuliyyət  və 

ciddiyyətlə yerinə yetirir. Mənəvi saflı-

ğı  və  əqli  kamilliyi  özündə  birləşdirən 

Natiqə  İsmayılova  ilk  növbədə  nəcib 

davranışı, 

mədəniyyəti, 

sadəliyi, 

təvazökarlığı, insanlara diqqəti ilə onu 

tanıyanların böyük hörmətini qazanıb. 

Söz yox ki, o, bu hörməti əldə edənə 

qədər  uzun  bir  yol  keçib,  pillə-pillə 

yüksəlib...

Həkimlik  elə  bir  sənətdir  ki,  onun 

sahibi  daim  öz  üzərində  işləməlidir. 

Həkim  öyrədirsə,  öyrədə-öyrədə  özü 

də öyrənir. Natiqə xanım da işdən, ax-

tarışdan,  insanlara  xidmət  etməkdən 

yorulmur. Odur ki, ürəklərə yol tapır...



Yüklə 9,33 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin