Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   27   28   29   30   31   32   33   34   35
görünmürdü.  Bu  laləlikdə  bir  cəhlim  düĢmüĢdü.  Kimsə  o  laləliyi  pozub  onun  dərinliyinə 
getmiĢdi. 
Lələ  görürdü  ki,  Ġsmayıl  təbiətin  gözəlliyindən  cuĢa  gəlir.  Ona  görə  də  onun  çadırını  elə 
qurdururdu ki, yalnız təbiət gözəlliyi görünsün. 
Kağızmandan, Ərzincandan keçib Sarıqaya yaylaqlarına gəlmiĢdilər. Bura elə bir yerdi ki, 
bütün  Rum  elinin  qızılbaĢları  buraya  yığılırdı.  Artıq  xeyli  vaxtdı  burada  məskən  salmıĢdılar. 
Bütün  qızılbaĢlar  toy-bayram  eləyirdilər.  Tayfa  baĢçıları  onların  yanına  gəlir,  qoĢun  toplayır, 
səfərə  hazırlaĢırdılar.  Çadırın  qabağındakı  laləliyə  isə  heç  kim  toxunmamıĢdı.  Bu  gözəlliyi 
Ġsmayıl  üçün  qoruyub  saxlayırdılar.  Laləlik  qurtaran  yerdə  isə  haça  qaya  qalxmıĢdı,  o  qayanın 
haçasından isə Ģəlalə tökülürdü.  
Bəs  birdən-birə  bu  cəhlimi-laləlik  arasında  bu  cığırı  kim  açdı?  Ġsmayıl  özünü  saxlaya 
bilməyib çadırdan bayıra çıxdı. Lələ bəy onun yanında yox idi. KeĢikçilər isə heç nə demədilər. 
Ġsmayıl  laləliyin  arasındakı  cəhlimlə  xeyli  getdi.  Ġri  laləliyin  qırçınlanan  ləçəkləri  arasında  Ģeh 
piyalədəki  bulaq  suyu  kimi  dayanmıĢdı.  Ləçəkləri  düĢən  lalələrin  iri  xaĢxaĢları  görünürdü. 
Lalələr o qədər hündür idi ki, onlar Ġsmayılın qırmızı qızılbaĢ çalması ilə bərabər dayanmıĢdı. O, 
yeriyir,  cəhlimdə  heç  kimi  görmürdü.  Bu  cəhlim  çayın  kənarına  çatanda  Ģəlalənin  çaya  dönüb 
axdığı  dərə  göründü!  O  dərəyə  neçə  yerdən  bulaqlar  qarıĢırdı.  Bulağın  birinin  baĢında  isə  lalə 
içində  itmiĢ  bir  məxluq  oturmuĢdu  və  Ġsmayıl  onun  kim  olduğunu  ayıra  bilmədi.  YavaĢ-yavaĢ 
yaxınlaĢdı. 
Bulaq yerdən qaynayırdı. Suyun axını qum boyda qızıl danələrinin qumu, çınqılı qaldırıb 
onlarla oynayır, göllənir, axıb nilufərlərin arası ilə gedirdi. O suda lalədən libas geyinənin Ģəkli 
görünürdü. Ġsmayıl onun sifətini elə suda gördü. Ona iri qara gözlər baxırdı. O gözlərin üstündə 
qara qaĢlar çatılmıĢdı. Yanaqlarına isə elə bil lalə yarpağı yapıĢdırmıĢdılar. 
– Sən kimsən ay qız? 
Qız  baĢını  qaldırıb  suda  əksini  gördüyü gözəl  oğlana baxdı  və gülümsədi.  Amma heç nə 
demədi. 
– Mən sənin adını soruĢuram. EĢitmirsən məni? 
– Zamanın sahibi adımı bilmir?  
Bu qız da elə Ġsmayıl yaĢda idi. 
– Mən zamanın sahibiyəm. Sənin adının sahibi deyiləm. 
– Adım, Bəhruzədi. 
– Kimin qızısan? 
– Əbdi bəyin. 
 Ġsmayıl ona ağır söz demək üçün gəlmiĢdi. Amma onu görən kimi fikri dəyiĢdi. Belə qıza 
sözmü demək olar? Həm də o heç vaxt öz yaĢıdı qızlarla söhbət eləməmiĢdi. 
– Bəhruzə bəyim. Bəs bilmirsən bu laləliyə heç kim girmir? 
– Bilirəm. Mənim xoĢum gəldi, girib o lalələri dərdim. Onsuz da üç-dörd günə xaĢam olub 
töküləcək. Laləni saxlamaqmı olar? 
Ġsmayıl ona deməyə söz tapmadı. 
– Sənə icazə verirəm. Bu laləlik sənin. Nə qədər dərirsən, dər. 
 
Lələ arxada dayanıb onların söhbətinə qulaq asırdı. Özü də gülümsəyirdi. Əbdi bəy də gəlib 
onunla  yanaĢı  dayananda  Lələ  öskürdü.  Ġsmayıl  dönüb  onlara  baxdı.  BaĢı  ilə  hər  ikisini 
salamladı. Əbdi bəy qızını bulağın baĢında, lalə çələngləri arasında görüb dedi: 
– Ay Ģeytan, səni bayaqdan axtarmırıq?! 
– Zamanın sahibi indicə laləliyə girməyə özü icazə verdi. Heç yerdə lalə qalmayıb. Bura isə 
məni buraxmır. 
– Olmaz! 
–  Olar,  qoy  nə  qədər  istəyir  toplasın,  –  deyə  Ġsmayıl  Əbdi  bəyə  baxdı.  –  Tək  Bəhruzə 
bəyim, baĢqa heç kim. 

194  www.sarigelin.net 
 
Bu  söhbətlərdən  Lələ  də,  Əbdi  bəy  də  xeyli  eyhamlar  oxudular.  Hər  ikisi  də  görürdü  ki, 
yeniyetmə Ġsmayılın qəlbində ilk cəhlim salan Bəhruzə bəyimdi. 
Geri – çadıra qayıtdılar. Lələ Ġsmayıla xəbər verdi ki, Ģamlı, rumlu, tərəkəmə, əfĢar, qacar, 
varsaq  tayfalarından,  bir  də  Qaradağ  sufilərindən  ibarət  yeddi  min  mürid  toplanıb  və  səfər 
təbilinin çalınmasını gözləyirlər. 
–  Nəhayət  ki,  bütün  tayfalarımız  bir  yerə  yığıldı.  Çox  Ģükür.  Onlara  mürid  yox,  qazi  adı 
verərəm.  Əqidə,  inam,  məqsəd  yolunda  ölümə  gedən  qazi.  Daha  bizi  vaxt  gözləmir.  Fərrux 
Yasarın üstünə yerimək məqamı yetiĢib. 
Çadıra bütün qızılbaĢ ağsaqqalları toplanmıĢdı. Əbdi bəylə yanaĢı burada Ustaclı tayfasının 
baĢbiləni  Məhəmməd  bəy  Ustaclı  da  oturmuĢdu.  Bu,  ilan  boğazından  keçən  cəld,  odlu  baxıĢlı, 
ucaboy  və  zərif  bir  gəncdi.  Lələ  bəy  ona  baxıb  gözləriylə  nəyəsə  iĢarə  verdi  O,  danıĢmağa 
baĢladı. 
– MürĢüdümüz izn versə bir kəlmə deyərdim. 
– Buyurun. 
– Əli qılınc tutanlarımız süvar olub. Bu müqəddəs iĢ üçün öz canlarından keçməyə hazırdı. 
Elatlarda qalır qocalar, uĢaqlar, bir də arvadlar. Bir basqın olsa, onlar kimsəsiz qalacaq. El-elatla 
da gedə bilmərik. Buna bir əncam çəkmək lazımdır.  
Əbdi bəy də o deyəni təsdiq elədi. Amma eyni vaxtda Ġsmayıla da toxunan söz deməmək 
üçün  onun  tərəfinə  keçdi.  –  Bu  səfər  çox  çəkməz.  Bir  ayda  ġirvanĢahı  çığnayıb  geri  dönərik, 
inĢallah. 
– Məhəmməd bəyin dediyində həqiqət var. Onları baĢsız qoyub getmək də kiĢilikdən deyil. 
Mənim bir təklifim var. – Bundan sonra o, Ġsmayılın qulağına tərəf əyilib xeyli pıçıldadı, onun 
razılığını  alandan  sonra  dedi:  – Rum  Sultanı  Bəyazid  Ağqoyunlulardan çox çəkib.  Ġndi  onların 
baĢını qatan belə bir qüvvəyə arxa durmağa hazır olar. Odur ki, əgər zamanın sahibi ona namə 
yazıb bu elatları qanadları altına almağı rica buyursa, o çox güman ki, razı olar. Hamı bu fikirlə 
razılaĢdı. 
 
 
ġĠRVAN SƏFƏRĠ 
 
QızılbaĢ  qoĢunu  qayaların  arasından  çıxanda  qarĢılarında  Araz  çayı  göründü.  Payızın 
durulmuĢ, mavi suları üstündən qırmızı, qurumuĢ qan rəngində biĢmiĢ kərpicdən körpü bu taydan 
o  birisi  taya  uzanırdı.  Ġsmayıl  körpünü  görəndə  üzündəki  niqabı  qaldırdı.  Onun  gözlərinin 
giləsinə diqqətlə baxan olsaydı, orada Xudafərin körpüsünün yüz dəfələrlə kiçildilmiĢ əksini görə 
bilərdi. O, körpünün tağlarını saydı. 
– Bir, iki, üç... On üç. 
Bəli,  onun  öz  yaĢı  da  on  üç  idi.  Amma  heç  kim  ona  bu  yaĢı  verməzdi.  O,  xeyli  böyük 
görünürdü. Əlləri də irəlmiĢdi, sifətindəki ifadə də yaĢlanmıĢdı.  
Bu  tağlar  mənim  yaĢım  qədərdi.  Görünür  bu  yaxĢı  əlamətdi.  Qoy  bu  körpünün  ustadına 
afərin deyən xuda da mənə afərin desin. HəmiĢə baĢımın üstündə dayansın. Məni ömrüm bu çaya 
oxĢayan  burulğanlardan  sağ-salamat  keçirsin.  Ġlk  dəfədir  ki,  Xudafərindən  keçirəm.  Bu  yol 
həmiĢə  açıq  olsun.  Qaradağ  Qarabağa,  Qarabağ  ġirvana  qarıĢsın.  Mən  bütün  qapıları  açmağı 
özümə məqsəd seçmiĢəmsə, Xudafərin körpüsü də açıq olar, inĢallah. Onun üstündən keçən dəvə 
karvanları Gəncəyə, ġamaxıya, Dərbəndə, oradan isə uzaq-uzaq ölkələrə gedər. 
Məndən  qərinə-qərinə  böyük  olan  körpü,  allah  sənə  bundan  sonra  da  qərinələrlə  ömür 
versin, qonaqlı-qaralı olasan. Üstündən keçənlər əskik olmasın”. 
O soruĢub öyrənmiĢdi ki, Arazdan da böyük Kür çayında körpü yoxdur. ġirvanĢahlar onu 
həmiĢə özlərinə keçilməz sədd seçiblər. Üstündən körpü sallayıblar. Muğanda, Cavad kəndində 
bir bərə varmıĢ. Gəlib-gedənlər həmin bərəylə keçirmiĢ. Ġndi o bərəni də söküb atıblar. “Heçim 
ayrı, köçüm ayrı” deyiblar. Hərə üzünü bir tərəfə tutub. Oğuz eli gör neçə yerə bölünüb. Hərə bir 
dərədə  bəydi.  Qaradağlının  qarabağlıdan,  gəncəlinin  Ģirvanlıdan,  Ģamaxılının  təbrizlidən  xoĢu 

195  www.sarigelin.net 
 
gəlmir. Axı tarix baĢlayanda onlar bir ata-ananın övladları olublar. Sonra hər dərənin bəyi özünü 
hamıdan üstün tutub. Bir ocaqdan çıxan qardaĢlar düĢmən kəsilib, hərə evinin üzünü bir səmtə 
tikib. Ġndi o qardaĢları yenə ata evinə yığmaq lazımdır. Bu çox çətin iĢdir. Ağır məramdı. Neçə 
dərə bəyini aradan götürmək, neçə-neçə tayfaları sakitləĢdirmək, nə qədər qanlar tökmək lazım 
gələcək.  Buna  görə  qar-daĢ  qardaĢın  qanını  tökməli  olacaq.  Amma  bütün  bunlara  baxmadan 
kimsə belə bir müqəddəs iĢə giriĢməlidir. Oğlanları düĢmən, asi kəsilən ata evdən çölə çıxmağa 
xəcalət  çəkir.  Bəs  evləri  dağılan  baĢbilənlər  nə  fikirləĢiblər?  Axı  bu  ən  böyük  Ģərəfsizlik, 
namussuzluqdur. Çingiz xan gəlib buranı öz ölkəsinə qatıb. Əmir Teymur gəlib belə eləyib.Təkcə 
Uzun Həsən o birliyə çalıĢıb. Ondan sonra gələnlər isə dağıdıb töküb, ölkəni mahal-mahal, Ģəhər-
Ģəhər,  kənd-kənd,  ev-ev,  adamları  bir-birinə  düĢmən  eləyib.  Hamısı  da  Ġran-Ġran  deyib.  Bəs 
mənim  doğulduğum,  dilində  danıĢdığım,  Ģe‟r  söylədiyim  millət  necə  olub?  O  birdimi?  Yox,  o 
yox kimidi. Hələ ki, tayfalardı. Ustaclıdı, qacardı, əfĢardı, bəydillidi, nə bilim nə qədər dili bir, 
qanı bir tayfa var. Hələ ki, bir adımız da yoxdu. Onların hamısı birləĢib bir olmalıdı. Azərbaycan 
olmalıdı.  Düzdür,  bu  tayfabazlıq  hələ  çox  çəkəcək.  Amma  o  birliyin  baĢlanğıcını  bu  gün 
qoyuram. Mən baĢlayıram. Bu Xudafərin körpüsündən, bu Araz çayından. Bacararam, dünyanın 
ən xoĢbəxt bəndəsiyəm. Bacarmaram, heç. Ya allah, səndən mədəd. 
O,  atını  birinci  olaraq  körpüyə  sürdü.  Yəhərdən  sulara  baxırdı.  Dalğalar  onun  baxıĢlarını 
alıb özü ilə aparır, o yenə baxıĢlarını bir az yuxarıya qaldırırdı. Elə bil suyun axınına qarĢı axan 
üzgüçüydü. Su ondan güclüydü, o sudan. Araz onun baxıĢlarını axıtmağa nə qədər can atsa da 
təslim olmurdu. Onun baĢı yüngülcə hərlənirdi və o özündə sərməstlik hiss eləyirdi. Arxadan səs 
eĢitdi. Lələ dedi: 
– Suya çox baxma, mürĢüdüm. 
Ġsmayıl baĢını qaldırdı və Xudafərindən bir az yuxarıda uçuqları qalmıĢ möhtəĢəm körpüyə 
baxdı. Onu görünür bundan da xeyli əvvəl tikmiĢdilər. Bu çay üstündən demək əvvəllər də körpü 
salanlar  olub.  Amma  zaman  da,  çərxi-fələk  də  dəhĢətlidir.  Heç  bir  Ģeylə  hesablaĢmır.  Sökür, 
dağıdır, götürüb aparır. Ən yaxĢı  niyyətlər, iĢlər də körpü kimi kərpic-kərpic daĢ-daĢ uçurulub. 
Tikən, quran, davam elətdirən isə olmayıb. 
Yox,  zaman  dağıdırsa,  təzə  nəsillər  də  gəlir.  O  nəsillər  dağılanları  düzəltməli,  yenilərini 
tikməli, bərpa eləməli, iĢə elə baĢlamalıdı ki, çərxi-fələk özü aciz qalsın. Bir adama, bir nəslə, bir 
tayfaya  gücü  çatar.  Bütün  insanlığa  isə  çətin.  Bir  Ģərtlə  ki,  o  insanlıq  getdikcə  kamilləĢsin, 
nurlaĢsın, öz nuru ilə zülmətdən yarananları belə iĢığa çevirsin. 
Ġndi ġirvanĢah Fərrux Yasarın üstünə gedirik. Bu yeddi minlik süvari qazilərin fikrində bir 
Ģey  var.  Hamısı  elə  bilir  mən  atamın  qanını  almağa  gedirəm.  Bunun  üçün  canlarını  verməyə 
hazırdı.  Onların  çoxusu  bir  daha  bu  körpüdən  geriyə  keçməyəcək.  Babam  Cüneyd  kimi 
doğulduğu  yerdən  uzaqlarda  dəfn  olunacaq.  Nə  olar,  vətən  hamımızın  beĢiyi  və  hamımızın  da 
məzarıdır. Onu qanımızla sulayıb, sümüyümüzlə bərkitməsək heç vaxt möhkəm və barlı-bəhərli 
olmaz. Amma bu adamlara desəm yox, mən atamın qan intiqamını almaq yox, hamını bir yerə 
yığmaq  istəyirəm,  onda  çoxusu  könüldən  düĢəcək,  yarı  yoldan  geri  qayıdacaq.  Ġnsan  xilqəti 
belədir də. Xırda, kiçik məqsəd yolunda ölümə gedir, böyük məqsədi isə baĢa düĢmür. 
Mən  babam  ġeyx  Səfiyyəddinin  batin  əqidəsini  açsam  bu  özünü  ölümə  verənlər  məni 
daĢqalaq eləyər, hamısı üz döndərər. Baxmayaraq o əqidə daha gözəl, insanlar üçün daha vacibdi. 
Bu qədər tayfaların fikrini bir eləmək naminə gərək onları bir təriqətdə birləĢdirək. Ya hamı Ģiə 
olmalıdı, ya da sünnü. Sünnü olmağa mən heç cür razılaĢa bilmərəm. Günbatanda Bəyazid onda 
bizi öz içində əridər. Əksər əhali Ģiə olduğuna görə sünnüləri də Ģiəliyə çağırmalıyam. Özgə heç 
bir yol görmürəm. ġirvan isə sünnülərdi. Onlar da bu təriqətdən əl çəkməyəcəklər. Bir evdə isə 
bir adət, bir ən‟ənə olmalıdır. Olmasa onda ağız deyəni qulaq eĢitməyəcək. 
QızılbaĢ qoĢunu Qarabağa keçəndən sonra onlar bələdçilərin məsləhəti ilə Araz qırağı ilə 
Kürün  Arazla  qovuĢduğu  yerə  tərəf  irəlilədilər.  Kürü  yalnız  burada  keçmək  mümkün  idi. 
Quraqlıq keçən yaydan sonra payızda su azalmalıydı. Kürdə isə Qoyun ölümü adlı yer vardı. Nə 
vaxtsa  sürünü  buradan  keçirmək  istəmiĢ,  lal  axan  Kür  onların  hamısını  aparmıĢdı.  Amma 
buradan atlı qoĢunlar çox keçmiĢdi. Ġndi də ən əlveriĢli yer elə bura idi. 

196  www.sarigelin.net 
 
Bayram  bəy  Qaramanlını  ġeyx  Ġsmayıl  əvvəlcə  göndərmiĢdi.  TapĢırmıĢdı  ki,  çayı  keçib 
düĢərgə  salsınlar.  Yəqin  ki,  onun  ġirvan  üstünə  getməyindən  Fərrux  Yasarın  xəbəri  vardı  və 
Kürün  sahilinə  qoĢun  göndərmiĢdi.  Geciksə  də,  tezliklə  göndərə  bilərdi.  Kürü  keçəndən  sonra 
onların gəlməyi o qədər də təhlükəli deyildi. 
Ġsmayıl  ətrafındakılarla  bərabər  Qoyun  ölümünə  yetiĢdi.  Qazilər  namaza  dayanmıĢdı, 
Bayram  bəy  isə  atını  Kürün  sahilində  saxlayıb  sulara  baxırdı.  Gömgöy  payız  suları  sakit  bir 
axınla elə axırdı ki, onun axdığını da hiss eləmək mümkün deyildi. 
“Suyun  lal  axanı,  adamın  yerə  baxanı”-deyə  o  fikrindən  keçirir,  atını  sulara  vurmaq 
istəmirdi.  Qazilər  isə  buraya  çatandan  namaz  qılırdılar.  Allahdan,  onun  yerdəki  rəsulundan  bu 
sudan,  Kürdən  keçməkdə  kömək  istəyirdilər.  Bayram  bəyi  xəcalət  təri  basmıĢdı.  O,  MürĢüdün 
tapĢırığını yerinə yetirməmiĢdi. QorxmuĢdu. Öz canından qorxmuĢdu. 
Ġsmayıl çatdı, ağ Qızılqanadını onun yanında saxladı. Niqabın altından onun səsi eĢidildi: 
– Bayram bəy, sən bir qaĢıq qanından ötəri bir qaĢıq sudan qorxdun. Bəs daĢ qalaları necə 
alacaqsan? 
– Günahkaram, mürĢüdüm. 
– Eyb eləməz, sənin günahını mən yuyaram. 
O, heç kimlə məsləhətləĢmədi. Bir az sulara baxdı. Baxdı görsün burulğanlar yoxdurmu? 
Düzdür, o burulğanlardan çox çıxmıĢdı.  Ġndi odun içindən salamat çıxan suda boğulmayacaqdı 
ki...  “Kürün  bu  yerindən  babam  Cüneyd  də  adlayıb,  atam  Heydər  də  dəfələrlə  keçib.  Mən  də 
keçməliyəm. Mən keçməsəm, heç kim keçməyəcək”. 
O, Qızılqanadın yalını tumarladı. Ürəyində dedi: “Qoy bu çayın üstündən salınacaq gələcək 
“Xudafərin körpüsü” əvvəl sən ol. O körpüdən isə əvvəl mən keçim. Ya Allah, səndən mədəd”. 
Ġsmayıl  Qızılqanadı  Kürə  sürdü.  Bütün  qoĢun  dayanıb  ona  baxırdı.  Lələ  də  nə  edəcəyini 
bilmirdi.  Nə  onu  geri  qaytarmağa,  nə  də  onunla  getməyə  ürəyi  gəlirdi.  Lələ  ilk  dəfə  qorxub 
çəkinirdi. O, qıĢqırsa, Ġsmayılı  dayandırmaq istəsə qazilərin ürəyindəki inama xal  düĢərdi. Özü 
isə  hələ  belə  dərin  çaylar  keçməmiĢdi.  O,  fikirdə  ikən  Qara  Piri  bəy,  Dədə  bəy  də  atlarını 
Ġsmayılın dalınca sürdülər. Lələ də atını tərpətməli oldu və özünü elə danladı ki, “nədən qorxdun, 
niyə  çəkildin,  niyə  özünü  itirdin?  Axı  sən  qılıncdan,  nizədən,  zəhərdən,  qurulan  torlardan 
qorxmamısan”. 
Qızılqanadın təkcə yəhəri və yəhərdə möhkəm və inamla oturmuĢ Ġsmayıl görünürdü. Atın 
yuxarıya qaldırdığı baĢı suyu yarıb keçir, burun pərələrindən çıxan hava suyu ətrafa çiləyirdi. 
Lələ  də  atını  suya  vurdu.  O  görürdü  ki,  Qara  Piri  bəyin  atı Qızılqanaddan aĢağıda, Dədə 
bəyin Alapaçası isə yuxarıda üzür. Onun da kəhəri çaya girdi və Lələ hiss elədi ki, atının ayaqları 
torpaqdan üzüldü, amma heyvan özünü itirmədi, suda üzməyə baĢladı. O, çayın ortasına çatanda 
artıq Qızılqanad qarĢı sahildə dayanmıĢdı.  Ġsmayıl üzünü Kürün o biri sahilindəki qoĢuna tərəf 
tutub əli ilə iĢarə verirdi ki, qorxmasınlar, özlərini suya vursunlar. 
Ġsmayılın  bu  qorxmaz  hərəkəti  bütün  qoĢunu  Arandan  ġirvana  keçirdi.  QoĢunun  dalınca 
gələn kəl qoĢulmuĢ arabaları da, içindəki sursatı da keçirmək lazım idi. 
Bir  anda  yovĢan  iyi  bürümüĢ  Kür  qırağı  düzənlikdə,  Kür  qırağındakı  Toğay  meĢəliyində 
çadırlar quruldu. Zamanın sahibi sərkərdələrini ətrafına yığıb məsləhətə baĢladı. Onun bədənində 
yüngül  bir  titrəyiĢ  vardı.  Ġlk  dəfə  ġirvan  torpağına  ayaq  basmıĢdı.  Bütün  tale  burada  həll 
olunmalıydı. Bu titrətmə qorxu deyildi, namə‟lumluqla qarĢılaĢmaq idi. Atasının qanı tökülən bu 
torpaqla ilk görüĢ idi. 
–  Sursatı  keçirmək  üçün  Mahmudabada  bir  dəstə  göndərmək  lazımdı.  Qoy  gəmiçilərin 
hamısını  bura  gətirsinlər.  Ağqoyunlu  sarayının  keçmiĢ  vəziri  Zəkəriyyə  Keçəçini  də  mənim 
hüzuruma. 
– O, bizə vaxtında yaxĢı qulluq göstərib, – deyə Lələ dilləndi. 
–  Ərcivanda  olarkən  ġirvanĢahın  adamlarının  TalıĢ  xanının  yanına  getməyi  xəbərini  o 
göndərmiĢdi. 
Zamanın  sahibinin  isə  öz  fikirləri,  öz  ölçü-biçisi  vardı.  Əvvəla,  ġirvanda  məğlub 
olmayacağına  tam  əmindi.  Yəqin  eləmiĢdi  ki,  onun  cəsədi  də  burada,  ata  və  babalarının 

197  www.sarigelin.net 
 
gömüldüyü torpağa basdırılmayacaq. Bundan ötəri onun dəlili vardı – Təbrizdən Fərrux Yasara 
heç  bir  kömək  göndərilməyəcəkdi.  Artıq  Süleyman  Bicanoğlu  yoxdu.  Əlvənd  Mirzə  özünü  – 
laxlayan  taxtını  qorumağa  çalıĢır,  həm  də  atalar  üçəcən  deyib.  Bu  isə  üçüncü  yürüĢdü.  Əgər  o 
ġirvanĢahı məğlub  eləsə Təbriz üstünə yeriyə biləcək. Zamana sahib olmaq üçün bundan yaxĢı 
imkan  ola  bilməz.  Ona  görə  də  indidən  dövlət  iĢlərini  qaydaya  salmaq  üçün  bacarıqlı,  bilikli, 
təcrübəli adamlar lazımdı. Onun ətrafındakıların heç biri isə vəzirliyə yaramır. 
 
– Lələ, mən belə baĢa düĢürəm ki, ġirvanın sünnüməzhəb camaatını Ģiəliyə də‟vət eləyib, 
razı  olmasalar  qan  tökmək,  bu  Fərrux  Yasarın  qüvvələrini  artırar.  Biz  hələ  dözməliyik.  Necə 
baxırsan bu iĢə? 
– MürĢüdümüz çox düz buyurur. ġamaxı böyük Ģəhərdi. Oraya adamlarımızı göndərib baĢa 
salmalıyıq. Deməliyik bizim düĢmənimiz camaat yox, ġirvanĢahdı. Belə bir təklif onların çoxunu 
bizim tərəfə keçirər. 
AxĢam  buludlar  qızaranda,  günəĢ  qırmızı  kürə  kimi  Muğan  düzünün  üstündə  üfüqdə 
solğunlaĢanda bir dəstə atlı düĢərgəyə qayıtdı. Bunlar ġirvan düzündə yolları yoxlayan, kəĢfiyyat 
aparan  atlılar  idi  və  onlar  baĢında  təsək,  əyni  cır-cındır  içində  dərviĢə  oxĢayan  bir  adam  tutub 
gətirmiĢdilər. Onun əlində iri bir torba vardı. Onu Lələnin yanına apardılar. 
– Sən kimsən? 
– Mən ġirvanĢahın ilan tutanıyam. 
– Ġlantutanı? 
– Bəli. 
– Neynirsən ilanı? 
– Satıram, hörmətli ali zat. 
– Neçəyə satırsan? 
–  Ġndiyə  qədər  ucuz  satırdım.  Ġndi  baha  satacağam.  Ġllərdən  bəri  gəzdiyim  əjdahalaĢmıĢ 
gürzəni tutmuĢam. – Ġlantutanın əllərində, ayaqlarında neçə çapıq vardı. 
Lələ təəçcüb elədi: 
– ġirvanĢah özü ilan ola-ola, o ilanları neynəyir? 
– Əstəğfürulla, əstəğfürulla. YavaĢ de bu sözü, səni də o ilanın yanına atar. 
Lələnin qanı  qurudu, əlinin  üstündəki  tüklər dümdüz dayandı.  Ġlanla qarĢı qarĢıya gəlmək 
həmiĢə onun bədəninə üĢütmə gətirirdi. 
– Hanı bəs o əjdahalaĢan gürzə? 
– Bu torbadadı. – O torbanın ağzını açmaq istədi. 
– Dayan. Bəs o gürzə səni çalmaz? 
– Məni o qədər çalıblar ha, indi çalanda ləzzət alıram. Tiryək çəkmiĢ kimi sərxoĢ oluram. 
Sonra da hər ləzzət ötüb keçir. 
Lələnin ondan zəhləsi getdi. Elə bu da ilan kimi bir Ģey idi. 
– Ġlan səni çalsa elə ilanın özü ölər. ġirvanĢah bu ilanı nə eləyir, məni bir əməlli-baĢlı baĢa 
sal. 
Rəngi  hindlilər  kimi  qara  olan  bu  seyrəksaqqal  adam  kirli  barmaqlarını  uzadıb  təsəyin 
altında keçəl, təzə tüklənən ördək balası dərisinə oxĢayan baĢını qaĢıdı. 
–  ġirvanĢah  ən  qatı  düĢmənlərini  belə  ilanların  yanına  saldırır.  Bundan  yaxĢı  cəza?  Bu 
gürzənin sorağını ona çatdırmıĢdım. Deyirdi onu tutub gətirsən sənə yüz tümən verəcəm. Deyir 
bu  yanda,  Ərdəbil  tərəfdə onun çox qatı bir düĢməni  var. Ondan ötəri  axtarırdı bu əjdahalaĢan 
gürzəni. Bilirsən necə gözəl heyvandı, bu gürzə? 
– Lap ceyran kimi, hə? – deyə Lələ kinayə ilə soruĢdu. 
–  Ceyran  nədi,  canım.  Bu  ceyrandan  min  dəfə  gözəldi.  Bu  da  o  qədər  qalıb  buynuz 
çıxardıb, o buynuzların arasında qapqara tük əmələ gəlib. Beləsinin diĢi çatmağı ilə dəvənin süd 
kimi çürüməyi bir olur. Dəvənin əti, dərisi piltə-piltə olub tökülür. Belə zəhəri heç yerdə tapmaq 
olmaz. 
– Aparın, bunu rədd eləyin. Ġlantutanı dartıb apardılar. 
Lələ torbaya baxdı. Orada yatan ilanın iriliyi elə torbadan bilinirdi.   

198  www.sarigelin.net 
 
– Bunu isə torbadan çıxarmamıĢ yer qazıb basdırın. 
Bütün bunlardan sonra o, Fərrux Yasarın Ġsmayıla hazırladığı ölümün dəhĢətini dərk elədi, 
bədəninə soyuq tər gəldi. 
Gecə Mahmudabaddan qayıdan dəstə ilə gəlmiĢ Zəkəriyyə Keçəçini səhər tezdən Ġsmayılın 
yanına  apardılar.  O,  sarayda  olan  vaxt  geydiyi  paltarını  geymiĢ,  baĢına  çalma  bağlamıĢdı. 
Çadırdan girən kimi gənc Ġsmayılın qarĢısında əyilib torpağı öpdü. Namaz qıldığı möhürü öpən 
kimi. 
–  Qalx,  ey  müdrik  insan.  Ağqoyunlular  sənə  nə  deyirdilər,  desinlər,  mən  sənə  bir  ad 
verəcəm: Azərbaycanın açarı. 
Sonra  onlar  xeyli  söhbət  elədilər.  Dövlətin  quruluĢundan,  vergilərdən,  maliyyədən, 
xəzinədən,  qoĢunun  saxlanmasından,  ölkənin  abadlaĢdırılmasından.  Axırda  Zəkəriyyə  Keçəçi 
dedi: 
– Ağacı  içindən o qədər qurd yeyib ha, üfürsən yıxılar. Onun yerində təzə tingi əkilməsə 
bardan-bəhərdən əlinizi üzün. O ting isə zamanın sahibidir. And içirəm Allah təalanın birliyinə, o 
daĢ qoyduğu yerə, mən baĢ qoyacam. 
Günortaya yaxın gəmiçilər, qayıqçılar da gəlib yetiĢdi. Sursatı daĢımağa baĢladılar. 
Alınan  xəbərlərə  görə  Fərrux  Yasar  ġamaxıda  yox  idi,  qoĢun  toplamaq  üçün  Qəbələ 
qalasına getmiĢdi. Onun qayıdacağı günə qədər elə bir döyüĢ meydanı seçmək lazım idi ki, orada 
yeddi  min  qazi  ġirvanĢahın  yəqin  onlardan  qat-qat  çox  olan  qüvvələrinin  qabağında  dayana 
bilsin,  onu  əzib  pərən-pərən  salsın.  Pirsaat  çayının  yanı  ilə  gah  dağlara,  gah  çay  sahilinə  enən 
yolla  ġamaxıya  qədər  gəlib  çatdı.  Əvvəlcə  Ģəhərə  göndərilən  dəstə  adamları  sakitləĢdirmək 
istəmiĢ,  amma  burada  çox  az  adam  tapmıĢdı.  QızılbaĢ  qoĢunu  bir  qılınc  çalmadan,  bir  ox 
atmadan, qədim ġamaxı Ģəhərinə girdi. Ġsmayıl atını bir-baĢa Cümə məscidinə sürdü və burda ilk 
dəfə namazda Həzrət Əlinin adını çəkdi. Namaz qurtarandan sonra o, sərkərdələrinin müĢayiəti 
ilə Ģəhəri gəzməyə çıxdı. Bazarda bir inni-cinni yox idi. Arakəsmələr üstündə iri qırmızı qabıq 
gülöyĢə narlar qalaqlanıb qalmıĢ, bazar küp sınıqları, qab-qacaq, tərəzi gözləri, çəki daĢları, mer-
meyvə  ilə  dolmuĢdu.  Görünür  camaat  onların  gəliĢini  eĢidəndə  hər  Ģeyi  atıb  dağlara  qaçmıĢdı. 
Təkcə karvansarayda qapıları bağlayıb qorxularından tir-tir əsən slavyan, Xarzəm, hind, ərəb və 
Təbriz tacirləri qalmıĢdı. Ġsmayıl onlara “aman” e‟lan elədi, mallarını almaq üçün göstəriĢ verdi. 
Onlardan biri qorxa-qorxa irəli yeriyib vacib bir məsələni demək istədiyini bildirdi. 
– Buyurun, – deyə Lələ onu dinlədi. 
–  Bu  karvansaraya  yaxın  yerdə  bir  zindan  var,  orada  dustaqları  saxlayırdılar,  apara 
bilməyiblər. Üç gündü onlara mer-meyvəni, yeməyi bacadan mən atıram. 
Onun göstərdiyi yerdəki zindanın qapılarını sındırıb məhbusları çıxartdılar. Bu vaxt seyrək 
saqqalının  uzanan  təkəm-seyrək  tükləri  sinəsinə çatan bir arıq adam  özünü Lələnin üstünə atıb 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin