Xudafərin körpüsü



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix21.03.2017
ölçüsü5,09 Kb.
#12113
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
qədər,  qonĢuluqda  yəqin  ki,  sakitlik  olacaq.  Amma  tək  bir  təhlükə  var.  Uzun  Həsənin  oğlu 
Uğurlu Məhəmməd atasına xəyanət eləyib Ġstanbula sığınanda, Sultan öz qızını ona vermiĢdi və 
həmin qızdan bir oğlu var. Çox, qüdrətli Osmanlı sultanlığı Sultanəlinin taxta çıxmasına dözməz 
və Uğurlu Məhəmmədin oğlu Əhmədi Təbriz taxtına çıxarmaq üçün hər cəhdə əl atar. Ona görə 
də Lələ bəy çox tə‟kid etmədi. 
– Təbrizə də gedəcəyik. 
– Məsləhət sənindi, mənim hökmdarım! 
Təbriz  çox  qaliblər  görmüĢdü.  Uzun  Həsənin  otluqbellidə  Osmanlı  sultanın  qoĢunları 
üzərindəki  qələbəsi  hələ  də  unudulmamıĢdı.  Ġndi  isə  Sultanəli  qalib  kimi  bu  qədim  Ģəhərin 
küçələrindən  keçirdi.  Atların  ayaqları  altına  Təbrizin  ən  gözəl  xalıları  döĢənmiĢdi.  Xalı-
xalçaların naxıĢlarını məĢhur, ən ətirli Təbriz qızılgüllərinin ətrindən seçmək qeyri-mümkün idi. 
Çox  yerdə güllər xalçaları  görünməz etmiĢdi. Damlardan, gələnlərin baĢlarına  gül-çiçək yağıĢı, 
tabaq-tabaq Ģirniyyat yağdırırdılar. 
Ancaq Sultanəli adamların gözlərində, üzlərində sevinc görmürdü. Elə-belə qarĢılayırdılar. 
Xalçaları vardı, yerə sərmiĢdilər, gülləri vardı yağdırırdılar. ġahın fərmanından kim çıxa bilərdi? 
Amma Ģah fərmanı  ilə gözlərdə sevinc, ürəklərdə məhəbbət yaratmaq olmaz. Onları zindandan 
çıxarıb gətirəndəki məhəbbətli gözlər, ürəkdən deyilən “mərhaba” nidaları yox idi. 
Bunun  səbəbini  Sultanəli  birdən-birə  dərk  elədi.  Axı  o  nə  qələbə  çalmıĢdı  ki?  Ölkəni 
yadellilərdən  xilas  eləməmiĢdilər.  Bir  əmioğulunun  taxtda  rahat  oturması  üçün  o  birisi 
əmoğlunun  baĢını kəsmiĢdilər. Bibioğlu dayıoğlunu məğlub eləmiĢdi. Buna görə gül səpirdilər. 
Bir  az  qabaq  qələbədən  aldığı  zövq  Sultanəlinin  qəlbində  xəcalətə  çevrildi.  Onu  xəcalət  təri 
basdı.  Bu  xəcalət  elə  bil  onu  məngənəyə  salıb  sıxırdı.  Bu  məngənə  isə  təbrizlilərin  laqeyd 
baxıĢları, heyrətsiz qıĢqırıqları idi. Elə bil hamı bir-birinə onu göstərib pıçıldayırdı: 
“Heyif ona olan məhəbbətimizə”. Bundan da bir Ģey çıxmayacaq. O da o birisilərin tayıdır. 
Küçə  uzandıqca  bu  sıxıntı  da  artır,  uzanır,  onun  qızılı  saçları  tərdən  islanıb  alnına  yapıĢır, 
kürəklərinin arasından soyuq, bədənini üĢüdən tər axırdı.    
Axırda dözmədi, atını yanaĢı sürən Hüseyn Lələ bəyə dedi. 
–  Sən  haqlıydın.  Çox  nahaq  yerə  gəldik.  Nə  böyük  qəhrəmanlıq  eləmiĢik  ki.  Həm  də 
mənim təbrizlilərdən xoĢum gəldi. QardaĢ qatilini sevmirlər. Düzdür, onları məcbur eləyirlər ki, 
öz  sevinclərini  büruzə  versinlər,  camaatı  gör  nəyə  öyrətmək  istəyirlər.  Həm  də  dəfələrlə  bunu 
onlara məcbur eləyiblər, amma onlar öyrənməyiblər. Yox, Lələ, bu hökmdar həyatı da bir həyat 
deyilmiĢ. 
Lələ bəy ürəyində onun bu fikirlərinə sevindi. Amma dinmədi. Dedi qoy özü bu fikirlərə 
gəlsin, onda heç vaxt belə addımlar atmaz. 
Onlar  Təbrizə  yeddi  yüz  atlı  müridin  əhatəsində  gəlmiĢdilər.  Bu  azacıq  qüvvə  ilə burada 
qalmaq təhlükəli idi və tez bir vaxtda Ģəhərdən çıxıb getməliydilər. 
Rüstəm Mirzə “Səkkiz behiĢt” sarayında onları təntənə ilə qarĢıladı. Onlara böyük ən‟amlar 
verdi. Ziyafətlər düzəltdi, amma Sultanəlinin də, Hüseyn Lələ bəyin də ürəyi açılmırdı. 
Əbih  Sultanın  da  iĢ-gücü  çox  idi.  Əvvəl  o,  bu  yeddi  yüz  atlını  biri-birindən  ayırıb 
parçalamaq, xırda dəstələrə bölüb ayrı-ayrı yerlərdə saxlamaq istədi. Bunun üçün çox hiylələrə əl 
atdı. Amma Hüseyn Lələ bəy razılıq vermədi. 
Dədə  bəy  “Səkkiz  behiĢt”  sarayından  azacıq  aralı  çadırlar  qurdurdu.  Bütün  müridlər  bir 
yerdə  qaldı  və  hər  birinə  çadırda  belə  silahdan  ayrılmamağı,  beĢ  addım  belə  uzağa  getməmək 
tapĢırılmıĢdı. Sultanəlini yüz nəfərə qədər ən igid mürid müĢayiət edirdi. 

113  www.sarigelin.net 
 
ĠĢi  belə  görən  Əbih  Sultan  Rüstəm  Mirzə  ilə  görüĢüb  söhbət  eləyirdi.  Qapıda  gözləyən 
Murad birdən onun danıĢığına fikir verməli oldu. Əbih Sultan deyirdi: 
– Bu dərviĢ nəslinin kökünü kəsməliyik. Artıq heç bir düĢmənim yoxdur, onlardan baĢqa. 
Bəlkə belə bir iĢ görək. 
– Buyur görüm? 
– Sən yenə də onları zindana saldır. 
– Belə bir bəhanə gətirmək olar ki, Bəysunquru nə üçün öldürüblər? Mən dünya qarĢısında 
biabır  olmaq  istəmirdim.  Onun  qollarını  bağlayıb  zindana,  Əlincəyə  saldırmaqdan  özgə  fikrim 
yox idi. Amma Sultanəli onu öldürüb. Həm qonĢu hökmdarların yanında hörmətin artar, həm də 
düĢmənlərindən bir dəfəlik xilas olarsan. Orada onları bir-bir əkmək asandı. Bilirsən bu Sultanəli 
nə ağıllı, dərrakəli düĢməndi. Vaxtında ondan canını qurtar. 
Bir azdan Rüstəm Mirzənin səsi eĢidildi: 
– Bəs buna Təbriz camaatı necə baxar? Axı sarayın yanında, belə bir gündə... 
– Onda belə bir fikir də var. 
– O nə fikirdi? 
–  ġəhərdən  çıxsınlar,  yola  salaq,  sonra  dallarınca  böyük  bir  dəstəylə  gedib  yolda  iĢlərini 
bitirək. 
Murad  özünü  saxlaya  bilmirdi.  Az  qalırdı  ki,  içəri  girib  onların  hər  ikisini  də  doğrasın. 
Amma sonra onun sözünə kim inanacaq. O, necə də gəlib iyrənc, çirkin bir mühitə düĢmüĢdü. 
Murad Əbih Sultanı gözləməyib çıxdı, atının belinə sıçrayıb qızılbaĢların düĢərgəsinə tərəf çapdı. 
Lələ bəyi tapıb ona ikicə kəlmə dedi: 
– Burada vaxt itirməyib tərpənin. 
– Nəyə görə? 
– Sözdü deyirəm. Elə indi! – Sözlərini deyib atını döndərib çapıb getdi. 
 
 
 
 
ġƏMASƏ MÜSĠBƏTĠ 
 
Ərdəbilə  bir  mənzillik  yol  qalmıĢdı.  Yeddi  yüz  atlı  yortma  yeriĢlə  keçib  gedirdi.  Birdən 
Sultanəli dedi: 
– Dayanın! 
Hamı atlarını saxladı. Gül çiçəkli dağın döĢündə qəribə bir kənd vardı. Palçıq evləri elə bil 
qaranquĢlar bir-bir dimdiklərində daĢıyıb tikmiĢdilər. Evlərin də hamısı bir-birinə yapıĢmıĢdı. Arı 
pətəyinə  oxĢayırdı.  ġırıltı  ilə  axan  dağ  çayı  göyün  yerə  düĢən  bir  parçasına  oxĢayan  gölə 
tökülürdü. Göl o qədər duru idi ki, dağ da, kənd də onda əks eləyirdi. Elə bil burada biri-birinin 
eyni olan iki dağ və iki kənd var. 
Sultanəli bu gözəlliyin qarĢısında özünü saxlaya bilməyib atının cilovunu çəkmiĢdi. 
– Bu hansı kənddir?  
Lələ bəy dedi: 
– ġəmasə kəndidir. Qurban olduğum pirin sürcalıdır. Onu Teymurləng anasının pulları ilə 
alıb  pirə  bağıĢlayıb.  Bu  dünya  gözəlliyinin  bütün  ne‟mətləri  müridlərinizə,  pirə  pənah  gətirən 
əlsiz-ayaqsızlara xərc olunur. 
– Bəlkə bir az dincələk? 
– Atlardan düĢün, – deyə Lələ bəy əmr verdi. Onlar atlardan düĢdülər. Təbrizdən çıxandan 
heç yerdə dayanmayıb at sürmüĢdülər. Ona görə də hamı yorulmuĢdu. Belə gözəl bir yerdə bir az 
dincəlmək pis olmazdı. 
Sultanəli  gölün  sahilinə  gəldi.  Dumduru  suyun  dibində  rəngbərəng  daĢlar  görünürdü. 
Balıqlar  tənbəl-tənbəl  üzüb  gedirdilər.  Gül-çiçəyin,  yarpızların  ətri  aləmi  baĢına  götürmüĢdü. 
QuĢlar  elə  həvəslə  oxuyurdular,  arılar  elə  arxayınlıqla  vızıldaĢırdılar  ki...  Bu  təbiətə  baxanda 

114  www.sarigelin.net 
 
Sultanəli Təbrizdə onlara hörülən toru belə yaddan çıxartdı. Nə olaydı insanlar da belə təbiətin 
gözəlliyinə, duruluğuna, Ģirinliyinə oxĢayaydılar. 
Gölün qırağında çiçəklərin, otların arasından qara torpaq yumĢalmıĢdı, oradan sısqa axınla 
su axırdı. Sultanəli qızıl kəmərinə keçirdiyi üstündə zümrüd qaĢları olan qızıl iĢləməli qılıncını 
açıb  yerə  qoydu,  əyilib  torpağı  təmizlədi.  Su  azacıq  bulandı,  durulanda  gözünü  təmizlədiyi 
bulaqdan dumduru su axmağa baĢladı. O, bulaq açmıĢdı. Əllərini yudu, bulağın qabağına xırda 
daĢlar düzdü, su ĢiĢdi. Bundan sonra dizini torpağa qoyub əyildi, dodaqlarını söykəyib o sudan 
içdi. 
– Sultanəli bulağı! 
Bu səs Lələnin səsiydi. 
O  baĢını qaldırıb ona baxdı  və gülümsədi.  Bu gülüĢdə bulaq kimi  duru və sərin bir uĢaq 
sadəlövhlüyü, təmizliyi vardı. 
– Lələ, deyəsən bir yaxĢı iĢ gördüm axı. Bir bulaq gözü açmaq, bir ağlayan uĢağı kiritmək, 
ovundurmaq qədər savab iĢdi. 
–  Həm  də  hökmdarın  öz  əliylə  açdığı  bulaq.  Bunu  bilənlərin  hamısı  o  kiçik bulaqdan su 
içəcək, bir də görəcəksən ki, bulaq böyüdü, geniĢləndi, gurlaĢdı. 
Sultanəli  qalxıb  kəmərini  götürüb  belinə  qurĢadı.  Təbiətə  heyranlıqla  tamaĢa  eləməyə 
baĢladı. 
–  Lələ,  buranın  harası  cənnət  bağından  əskikdi?  Demək  ulu  tanrı  o  dünya  yox,  elə  bu 
dünyada da cənnət yaradırmıĢ. 
– Bəli. Bunun da hamısı nurdandı. Bax, əsl nur elə budur, elə deyilmi? 
–  Nurdu,  nur.  –  Sultanəli  bura  elə  vurulmuĢdu  ki,  qollarını  geniĢ  açmıĢdı.  Uçmaqmı 
istəyirdi, ya bu gözəlliyi özü iləmi aparmaq istəyirdi, ya nədi, bir an gözünü buradan çəkmirdi. – 
Lələ, bu torpaqlar babamın türbəsinin soyurğalıdı, ona görə də burada yaĢamaq üçün yaylaq evi 
tikdirmək olar. 
– BaĢ üstə! 
– Bilirsənmi harada? 
– Harada? 
–  Bax,  o  qayanın  üstündə.  Oradan  gölə  pillələrlə  enərik,  göl  kənarında  cığırla  gəlib  bu 
bulaqdan  su  içərik.  Bu  çiçəklik,  bu  çəmənlik  toxunulmaz  qalar.  O,  qanadları  qanovuz 
kəpənəklərin də xətrinə heç kim toxunmaz. 
Hüseyn  Lələ  bəyin  də  xoĢuna  gəldi  bu  təklif.  Qayalar  buradan  uzaqlaĢırdı.  Təbriz  yolu 
onların dibi ilə dolanıb gedirdi. Amma qayalar çılpaq deyildi. Göldən ayrılıb axan çay palıdların, 
fısdıqların arasından keçib axırdı. Suyun kənarında hündür baldırğan kolları bitmiĢdi. DaĢların, 
qayaların üstü, ağacların kötüklərini qalın mamır basmıĢdı. Bu yaĢıl yarğanda xırda, ulduz-ulduz 
çiçəklər  bitmiĢdi.  Yol  bu  çəmənliyə,  gölün  kənarına  qalxmırdı,  aĢağıdan  keçib  gedirdi.  QarĢı 
tərəfdəki  meĢəli  dağların  üstündən  qar  Ģırımları  nəhəng  saqqala  oxĢayan  Savalan  gözə  dəyirdi. 
Onun  zirvəsi  yenə  də  görünmürdü.  Zirvənin  taleyi  belədir  də,  oradan  heç  vaxt  duman  əskik 
olmur. Haraya bir dərd-ələm, qayğı varsa bulud Ģəklində gəlib onun ətrafında yığılır. 
AĢağıda, Təbriz yolundakı keĢikçinin fit səsi eĢidildi. Hamı gərginləĢdi elə bil. 
– Atları tutun. – deyə Dədə bəyin səsi eĢidildi. 
Bu  vaxt  bir  atlı  çapa-çapa  gəlib  Sultanəlinin  yanına  çatanda  at  yıxıldı,  atlı  isə  yəhərdən 
tullanıb  düĢdü.  At  əvədidi,  dal  ayaqları  göydə  quruyub  qaldı.  Çapar  isə  nəfəsini  güclə  dərib 
udqundu.  Lələ  onu  indi  tanıdı.  Bu  Ağqoyunlu  sarayının  sahibi  xəbəri  Murad  bəy  idi.  Lələ 
soruĢdu: 
– De görək nə olub? 
–  Əbih  Sultanla  Hüseyn  bəy  Əlixani  beĢ  min  atlı  ilə  dalınızca  gəlir.  Bu  yerə  bir  azdan 
çatacaqlar. Mən özümü güclə yetirdim, tədbir görün. 
Sultanəli Dədə bəyi, tuncdan tökülən, cəng atan qədim heykələ oxĢar kobud Qara Piri bəyi, 
qədd-qamətli Ġlyas bəyi yanına çağırdı. 
– Fikrinizi deyin. Əbih Sultan beĢ min atlı ilə üstümüzə gəlir. Nə eləyək? 

115  www.sarigelin.net 
 
Lələ fikrini dedi:  
 – Mənə elə gəlir ki, Ərdəbilə girib qapıları bağlayaq, ondan sonra onlarla vuruĢmaq daha 
əlveriĢli olar. 
– Lələ, qələbə ilə qayıdırıq. Ərdəbil bizi Ģadlıqla qarĢılayacaq. Belə bir vaxtda əgər düĢmən 
əlindən qaçıb Ģəhərə girib qapıları bağlasaq, camaat yanında hörmətimiz qalarmı? Mən belə baĢa 
düĢürəm ki, qalmaz. Həm də qabağımıza çıxan camaata deyəcəyik siz dayanın, biz gizlənək? 
Lələ  bəy  onun  bu  sözləri  qarĢısında  dinmədi.  Düzgün  fikir  idi.  Amma  beĢ  min  atlının 
qabağında yeddi yüz nəfər nə eləyə bilərdi? Onları sərçə kimi qırıb tökərdilər. 
Dədə bəy dedi: 
–  Mən  belə  baĢa  düĢürəm  ki,  Lələ  bəyin  sözündə  də  həqiqət  var,  gənc  hökmdarımız  da 
doğru deyir. Amma bəxtimizi burada sınasaq, yaxĢı olar. ĠĢdi olmadı belə, oldu elə. Onda Ərdəbil 
Əbih  Sultanın  qarĢısında  aciz  qalır.  Bir  tərəfdən  də  hökmdarımızın  anası,  qardaĢları 
Ərdəbildədir,  onların  qayğısına  qalmaq  lazımdır.  Məni  eĢitsəniz,  Lələ  bəy  hökmdarla  Ərdəbilə 
qayıdar, biz bacardığımız qədər onların qabağını saxlayarıq. Tez bir vaxtda Ģəhər camaatı silah 
götürər, əgər biz onların qabağını saxlaya bilməsək, orada hazır olarlar. Həm də Ərdəbil qalasına 
da e‟tibar yoxdur, qalanın neçə bürcü uçub. 
Bu  təkliflə  Qara  Piri  bəy  də,  Ġlyas  bəy  də  razılaĢdılar.  Amma  bir  məsələ  ilə  Sultanəli 
razılaĢmadı. 
– Lələ bəy getməlidi. Bu çox vacibdi. Amma mən heç yerə getməyəcəm. Bu yeddi yüz atlı 
mənim getdiyimi görsə qolları boĢalacaq, deyəcəklər hökmdarımız bizi düĢmən qarĢısında qoyub 
qaçdı. 
Ona nə qədər yalvardılarsa, yenə də bir Ģey çıxmadı. Axırda Sultanəli qətiyyətlə dedi: 
– Qulaq asın. Hökmdar fərmanından çıxan buradaca e‟dam olunacaq. Məni fikrimdən heç 
nə döndərə bilməz. 
Bundan  sonra  onlar  döyüĢə  hazırlaĢdılar.  Atları  meĢəyə  baldırğanlığın  arasına  çəkdilər. 
Dədə  bəy  düz  deyirdi  ki,  onların  atları  susuzdur  və  bu  göldən  suvaracaqlar.  Atlar  su  içəndə 
qəfildən  onlara  həmlə  eləmək  lazımdır.  Onda  üstünlük  qazana  bilərlər.  Yoxsa  açıq  meydan 
döyüĢündə uduzarlar. 
Hüseyn Lələ bəy əlacsız qalıb, Allahdan onlara uğur diləyib Salmanı da götürərək Ərdəbilə 
tərəf  çapdı.  Dədə  bəy  göstəriĢ  verdi,  atların  ağzını  bağladılar,  baldırğanlığı  keçib  meĢəyə 
çəkildilər. Bütün göstəriĢləri Dədə bəy verməliydi. 
Bir  müddətdən  sonra  Əbih  Sultanın  qoĢunu  göründü.  Sultanəli  ürəyində  deyirdi  ki,  kaĢ 
gölün yanına dönsünlər. Dönməsələr, dönüb Ərdəbil yoluna düĢsələr iĢlər pozulacaq. Onda gərək 
arxadan  onları  izləsinlər.  Söz  yox  ki,  bir  azdan  qaranlıq  düĢəcək.  Gecə  düĢərgə  salanda  onları 
haqlayıb qılıncdan keçirmək olardı. 
Amma...  Elə  onlar  istədiyi  oldu.  Əbih  Sultan  atını  gölə  tərəf  döndərdi,  bir  an  dayanıb 
baxdı,  quĢların  səsinə  qulaq  asdı.  Qəribədir  bu  dünya...  Onu  hamı  sevir.  Onun  gözəlliyindən 
boynu vurulmaq üçün kötüyün yanına gətirilən, insanların xoĢbəxtliyi naminə qurban gedən də, 
insanları  ümidsiz  qoyub  qılıncı  baĢa  endirən  də.  Kəpənəklərin  uçuĢu,  arıların  vızıltısı,  suyun 
Ģırıltısı Əbih Sultanın da xoĢuna gəlirdi. 
– Burada dincliyinizi alın. Ətrafa keĢikçilər qoyun. Bir adamı Ərdəbilə tərəf buraxmayın. 
Belə gözəl yeri o dərviĢ nəvələrinə verməkmi olar! 
Bu  sözləri  Sultanəli  eĢidirdi  və  yalnız  indi  Hüseyn  Lələ  bəyin  sözündən  çıxdığına  görə 
özünü qınayırdı. O, doğrudan da zindandan kənarda yaĢayan tanımadığı adamları mələk bilmiĢdi, 
özünü  onların  yanına  atmaq  istəmiĢdi.  Amma  gör  bu  adamların  arasında  necələri  var?  Əbih 
Sultan kimilər. Bir adamda neçə sifət, neçə ürək, neçə beyin olarmıĢ.Axı nərd zərləri altı üzlüdür, 
amma  hər  üzün öz qiyməti  var. Hər vaxt  o qiymət artıb-azalmır. Əbih Sultan isə nifrət  elədiyi 
adama məhəbbətini də izhar eləməyi bacarır. Sonra da o nifrəti elə yerdə üzə çıxarır ki, qarĢıdakı 
hələ onun məhəbbətindən soyumayıb, düĢmənini tanımağa belə macal tapmayıb. 
“Səhv  elədim,  böyük,  bağıĢlanmaz  səhv.  Lələnin  sözünə  baxıb  gərək  onları  zindana 
göndərib  torpağımızı  böyüdəydim.  Onda  daha  belə  çətin  vəziyyətə  düĢməz,  ikiüzlülüyü 

116  www.sarigelin.net 
 
görməzdim.”  Ərdəbil  padĢahını  izləyən  beĢ  min  süvari  atlardan  endi,  onları  cidarlayıb  arıların 
bayaq  bal  əmdiyi  çəmənliyə  buraxdılar.  Ayğırlar  madyanlara  qarıĢdı,  at  kiĢnərtisi  hər  tərəfi 
baĢına götürdü. Nallı dırnaqlar təbiətin bakirəliyini viran qoydu. Əzdi, tapdaladı, torpağa qarıĢdı.
 
 
DöyüĢçülərin demək olar ki, hamısı silahlarını çıxarmıĢ, ayaqlarını soyunmuĢ, dəbilqələrini 
yerə  qoymuĢdular.  Yolun  yorğunluğunu  və  tozunu  hələ  insan  ayağı  dəyməmiĢ  bu  duruluq 
mücəssəməsi  olan  gölün  sularına  tökürdülər.  Artıq  məqam  yetiĢmiĢdi.  QızılbaĢlar  at  belində 
oturub  diqqətlə  onları  izləyirdilər.  Hamı  Sultanəlinin  iĢarəsini  gözləyirdi.  Birdən  o  əllərini 
göylərə qaldırıb dua elədi. Hamı gərgin vəziyyət aldı. Duadan sonra onun iĢarəsi olmalıydı. 
– BaĢlayın! 
Yeddi yüz atlı bir anda pusqudan çıxdı. Hamısı bir ağızdan qıĢqırırdı: 
– Qurban olduğum, sadağa olduğum, pirim, mürĢidim! 
Elə bir hay-küy qopdu ki, çəmənlikdəki atlar hürkdü, qabaqlarına çıxan sahiblərini ayaqları 
altına  aldılar.  Atlarla  göldə  yuyunan  döyüĢçülər  arasında  boĢluq  yarandı  və  qızılbaĢ  seli  bu 
boĢluqda rahatca, sür‟ətlə çıpıb suyun üstündən qalxanları qılıncla doğrayıb nizə ilə dəlik-deĢik 
edib gölün kənarına yıxırdı. Yüzlərlə adam qorxudan özünü gölə atdı və o dumduru sulara batıb 
boğuldu. 
Əbih  Sultan  ilk  nidaları  eĢidəndə  heç  bir  çıxıĢ  yolu  görməyib  aĢağı  yolda  dayanan, 
silahlarını  hələ  də  yerə  qoymayan  dəstəyə  tərəf  qaçdı.  Onu  çəməndəki  at  ilxısı  ayaqları  altına 
salıb döyəclədi, amma onun bəxtindən qabaqdakı ayğırın gözünəmi, baĢınamı yaxından atılan ox 
sancıldı,  o  vəhĢi  bir  kiĢnərti  ilə  Ģahə  qalxdı  və  beləliklə  ilxının  axınını  döndərdi.  Əbih  Sultan 
çəmənlikdən aĢağıdakı dərəyə enən eniĢdə özünü saxlaya bilməyib sürüĢdü və gəlib yolun içində 
dayandı.  Yoldakı  keĢik çəkən atlılar hələ nə olduğunu ayıra bilməmiĢdilər və bir neçə an Əbih 
Sultan da onlara heç bir Ģey baĢa sala bilmədi. Gücü ona çatdı ki, birini dartıb atdan saldı, özü 
yəhərə qalxdı,  qılıncını  siyirib hələ özü də bilmədiyi bir məqsədin dalınca atını çapdı. Bu vaxt 
aĢağıdakı  süvarilərin  üstünə  ox  yağıĢ  kimi  yağmağa  baĢladı.  Atından  salınmıĢ  süvari  Əbih 
Sultanın dalınca əl-qolunu ölçüb-biçirdi. Bu vaxt əli göydə qaldı, bir an sanki havadan asıldı. O 
üzü üstə yerə gələndə kürəyindən dəyib ürəyinin yanından çıxan oxun ucu daĢa dəyib xırçıldadı. 
Əbih Sultan bircə onu bacara bildi ki, qıĢqırıb sağ qalanları dalınca səsləyə bildi. 
– Dalımca gəlin, dalımca! 
 Atlarını  tuta  bilənlər,  çəmənlikdə  yox,  aĢağıda  dayananlar  və  bir də qılınc əlindən canını 
qurtarmaq  üçün  əllərini  dəbilqənin  üstünə  qoyub,  dabanları  yumĢaq  yerinə  dəyə-dəyə  qaçanlar 
Təbriz yoluna üz qoydular. 
Qısa  bir  müddətdə  beĢ  minlik  qoĢunun  çox  hissəsi  qılıncdan,  nizədən  keçirildi,  oxa 
sancıldı.  Dədə  bəy  böyük  bir  dəstə  ilə  əllərini  dəbilqələrinə  qoyub  qaçanları,  öz  atlarına  minə 
bilməyənləri doğradı. Əbih Sultan böyük bir dəstə ilə qayaların arasında yoxa çıxdı. 
Dədə bəy daha onları izləmədi. Qüvvələri az idi, hamısı bir yerdə olmalıydı. Ona görə də 
geri qayıtdı. Sultanəli at üstündə oturub dik bir yerdən bütün bu mənzərəyə baxırdı. 
 
– Əlimizdən bu dəfə qaçıb qurtardı. Gələn dəfə haqq-hesabını çəkərik, – dedi.  
– Əzəmətli padĢahımız və ġeyxül əzəmimiz, bir həftədə qazandığın  ikinci qələbə ilə səni 
təbrik  eləyirəm.  Hələ  müharibələr  tarixində  görünməmiĢ  bir  iĢ  idi.  Yeddi  yüz  nəfər  beĢ  min 
nəfəri darmadağın elədi. 
– Sağ olsun sərkərdələrimiz, igid müridlərimiz. Əbih Sultan da gücümüzə bələd oldu, daha 
bu tərəflərə üz tutmaz. 
Müridlər  atları  tutur,  gəbərmiĢ  atların  yəhərlərini,  yüyənlərini  çıxarır,  silahları  toplayır, 
özlərini saxlaya bilməyib ölənlərin əyinlərindən paltarları, ayaqlarından məstləri, ciblərindən pul 
kisələrini çıxarırdılar. 
ġeyx  Heydərdən  sonra  onlar  iki  yürüĢə  çıxmıĢdılar.  Hər  ikisində  də  qənimətlər  bol 
olmuĢdu.  Neçə  illərdi  ki,  döyüĢə  getməyən,  qənimət  ələ  keçirməyən  müridlər  yoxsullaĢmıĢ, 
müflisləĢmiĢdi.  Belə  bir  fürsəti isə əldən qaçırmaq istəmirdilər. Sultanəli əvvəl  onları  bu iĢdən 
çəkindirmək  fikrinə  düĢdüsə  də,  həmin  fikrindən vaz keçdi.  “Can qoyublar, qanlarını töküblər. 

117  www.sarigelin.net 
 
Mən isə hələ onlara heç nə verməmiĢəm.  Çünki  verməyə bir Ģey də yoxdu. DüĢməndən alınan 
qənimət onlarındır, qoy götürsünlər” 
Əbih Sultanın atının yüyəni birinin, tapqırı o birisinin əlinə keçmiĢdi. Çünki bu yüyən də, 
yəhər də qiymətli idi. Yəhər sədəflə iĢlənmiĢdi. Tapqırın üstündə, üzəngidə qızıl, gümüĢ bəzəklər 
vardı. 
Yüyəndən tutan dedi: 
– Burax, atı mən tutmuĢam. 
–  Yəhərdən  də  mən  yapıĢmıĢam.  Sən  əlini  çək,  yoxsa  sənə  qan  qusdurub,  ananı  ağlar 
qoyaram. 
– Sən məni qorxudursan? Mən bu saat heç əzrayıldan da qorxmuram! 
Cibo Səfər onların bu mübahisələrinə qarıĢmaq istədi: 
–  Gör  nədən  ötəri  qızılbaĢ  adını  korlamaq  istəyirsiz.  Dünyada  qalacaq  dünya  malından 
ötəri. Yəhərdən tutan qıĢqırdı: 
– Sən də get ağlına dua yazdır. Mən can qoymuĢam. QoĢunun ən qorxulu yerinə mən idim 
özümü vuran. 
Cibo  Səfər  susub  geri  çəkildi.  Bu  vaxt  qıĢqırıq  eĢitdi.  Mübahisə  eləyənlərin  hər  ikisi 
qılınclarını bir-birinin çiyninə endirmiĢdilər. Biri ölmüĢdü, o birisi hələ can verirdi, gözləri irilib 
hədəqəsindən çıxmıĢdı və onlardan yaĢ axırdı. 
– Bədbəxtlər, – deyən Cibo Səfər yaxınlaĢdı, yüyəni ölənin indi-indi soyuyan barmaqlarının 
arasından çıxarıb atı çəkib apardı. 
Bir  talan,  bir  qarət  baĢlamıĢdı  ki...  Heç  kəs  heç  kəsi  tanımırdı.  QardaĢ-qardaĢa  güzəĢtə 
getmirdi. Soyduqları paltarları, tapdıqları əĢyaları tutduqları atlara yükləyirdilər. Elə adam vardı, 
beĢ at tutmuĢdu, eləsi vardı heç birini də tutmamıĢdı və öz atı da talan olunanlara qoĢulmuĢdu, 
tapdıqlarını Ģələ kimi bağlayır, qıĢqırırdı: 
–  Atımı  verməsəniz,  hökmdara  deyəcəm.  Gözlər  elə  qızmıĢdı  ki,  indi  heç  hökmdarı  da 
saymazdılar. 
Müridlərdən biri yerdəki yaralının ayağından məstinin bir tayını çıxartmıĢdı. O birisi tayını 
dartıb çıxara bilmirdi. Yaralının ayağı ĢiĢmiĢdi, məstin içinə qan dolmuĢdu. Qırmızı rəngli məst 
isə müridin çox xoĢuna gəlmiĢdi, necə olursa-olsun, onu çıxarmaq istəyirdi. 
Yaralı isə ona yalvarırdı. 
– Qurban olum, ay müsəlman qardaĢ, səni and verirəm Allahın birliyinə, arxalığımı götür, 
papağımı götür, məstə dəymə, qonĢudan əlborcu almıĢam. 
– Sənin qonĢunun... – Yeddi mərtəbə söyüĢ yağdırdı. Bu dəfə də əlinə tüpürdü, əl atıb məsti 
dartanda yaralı qıĢqırdı. 
– Öldüm axı, ay insafsız! 
– Hələ ölməmisən. O xəncərini çəkib onun sinəsinə sancdı. Bədbəxt bircə dəfə çimçəĢdi və 
canını  tapĢırdı.  Mürid  bir  dəfə  də  məstə  əl  atanda  onun  baĢına  bir  qılınc  endi.  Dönüb  baxa  da 
bilmədi.  Polad  tiyə  baĢ  qapağını  parçalayıb  beyinə  iĢləmiĢdi.  Qılıncı  vuran  Dədə  bəy  idi.  Bu 
əhvalatı  bayaqdan  izləyirdi  və  adını  mürid  qoyan  vəhĢinin  insafsızlığına  dözməmiĢdi.  O,  gur 
səslə müridləri intizama çağırır, heç kimin qulağı eĢitmirdi. 
Əbih  Sultan  dünyanın  bütün  naqis  iĢlərindən  xəbərdar  idi.O,  dünyanın  ən  bic  tülküsünü 
toyuq hininə salıb, oradan ac çıxarırdı. Müharibələri də çox görmüĢdü. Qalibiyyət də dadmıĢdı, 
məğlubiyyət  də.  Qaliblərin  bir  zəif  cəhətini  hamıdan  yaxĢı  bilirdi.  DöyüĢdən  sonra  qənimət 
toplamağı.  Ona görə də qaçıb  oradan çıxandan sonra uzağa getmədi. Nə qədər qüvvəsi vardısa 
bir  yerə  yığdı,  onları  sakitləĢdirdi,  dilə  tutub  geri  qaytardı.  Aralıdan  mənzərəni  görürdü  və 
qızılbaĢlara  lap  yaxınlaĢmıĢdı.  Çünki  artıq  onların  keĢikçiləri  də  yox  idi.  KeĢikçi  boĢ-boĢuna 
dayanacaq, o biriləri yüklərini tutacaqdılar? Ay dayandı ha. 
QızılbaĢlara lap yaxınlaĢdılar və birdən-birə dördnala çaparaq, silahını ağır yük bilib atan, 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin