Paulo Koelyo Rio Pyedranın sahilində oturdum və ağladım



Yüklə 164,84 Kb.
səhifə1/6
tarix28.12.2021
ölçüsü164,84 Kb.
#17253
  1   2   3   4   5   6


Paulo Koelyo Rio Pyedranın sahilində oturdum və ağladım

Ön söz

İspaniyalı bir missioner adada üç astek kahininə rast gəldi. Keşiş onlardan soruşdu:

-Siz necə dua edirsiniz?

-Biz bircə dua bilirik, - baş kahin cavab verdi - O da budur: «İlahi, səndə üç ruh birləşib, biz də üç nəfərik. Bizi əfv elə».

- Pis dua deyil, - missioner dedi.

- Ancaq Allahın eşitmək istədiyi bir az başqa cürdür.Gəlin, mən sizə başqa dua öyrədim - bundan çox-çox yaxşısını.

Sonra onlara katolik duasını öyrətdi və Tanrı sözünü yaymaq üçün yoluna davam etdi.

Bir neçə il sonra missioner İspaniyaya, öz evinə qayıdanda onun gəmisi həmin adanın yanından keçməli oldu. Missioner yuxarı göyərtədən üç kahini sahildə gördü və onlara əl elədi.

Həmin anda onlar suların üstüylə gəmiyə tərəf qaçdılar. İçlərindən biri, gəmiyə ən yaxın olanı qışqırdı;

-Padre! Padre! Biz tanrının sevimli duasını yadımızda saxlaya bilmədik! Onu bizə təzədən öyrət!

-Bu vacib deyil, - möcüzə şahidi olmuş missioner dedi. Və vaxtında başa düşmədiyi üçün Tanrıdan üzr istədi - Tanrı bütün dillərdə danışır.

Bu pritça «Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabında söhbətin nədən getməsinin ən yaxşı izahıdır. Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr bizim lap yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz «Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır» deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq. Anlamırıq: «biz Onun üçün hansı qapıları açsaq, O da oradan gırəcək».

Ənənəvi dini ayinlər vacibdir, zira birgə dua edən, mərasimləri yerinə yetirən zaman yaranan vəhdət hissini başqaları ilə bölməkdə bizə kömək edir. Bununla belə unutmaq olmaz ki, mənəvi təcrübə hər şeydən əvvəl praktik məhəbbət təcrübəsidır. Məhəbbətdə isə qaydalar yoxdur. Əlbəttə, dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış strategiyası hazırlamaq olar- bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir və yalnız onun qərarı vacib və gərəklidir.

Belə hadisə hər birimizin həyatında baş verib. Bizlərdən hər birimiz bu və ya digər anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz». Biz ona görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi (bizim fikrimizcə) düşünürük. Ona görə əzab çəkirik ki, bizim sevgimiz gizli, təsdiqsiz qalıb. Biz öz qaydalarımızı

1

qoya bilməmişik, odur ki, əzab çəkirik.



Amma əbəs yerə. Zıra sevgidə bizim mənən böyüməmizin rüşeymləri qoyulub. Nə qədər çox seviriksə, mənəvi kamilliyin dərkinə bir o qədər yaxınlaşırıq. Həqiqətən kamilliyə çatmış insanlar – ürəkləri məhəbbətlə alovlananlar - öz dövrlərinin bütün xürafatını, maneələrini dəf ediblər. Onlar mahnı oxuyublar, gülüblər, yüksək səslə dua ediblər, oynayıblar, apostol Pavelin «müqəddəs dəlilik» adlandırdığı hər şeyi həyata keçiriblər. Onlar şən olublar – zira dünya sevənlərin qarşısında diz çökür və onlar, itirmək qorxusundan xəbərsizdir.Əsl məhəbbət özünü bütünlüklə verməkdir.

«Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabı bunun nə qədər vacib olması haqqındadır. Pilar və onun dostu -uydurma personajlardır. Lakin onlar həm də Fərqli Məkan axtarışlarında qarşılaşdığımız bir çox konfliktləri simvolizə edirlər. Gec, ya tez hər birimiz öz qorxularımıza qalib gəlməli olacağıq - zira mənəviyyatın yolu gündəlik qazanılan məhəbbət təcrübəsindən keçir.

Bir dəfə rahib Tomas Merton dedı: «Mənəvi həyat məhəbbətə bərabərdir. Kiməsə kömək eləmək, kimisə qorumaq, xeyriyyəçilik məqsədilə sevmirlər. Belə olanda yaxınımız bizim üçün sadəcə obyektə çevrilir, özümüzü isə xeyirxah və müdrik adamlar kimi görürük. Bunun məhəbbətə heç bir dəxli yoxdur. Sevmək - başqa adamın bir parçası olmaq, onda İlahi odun qığılcımlarını tapmaq deməkdir».


Yüklə 164,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin