MƏŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 184 Kb.
Pdf просмотр
səhifə1/3
tarix31.01.2017
ölçüsü184 Kb.
  1   2   3

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 





Pərvanə Məmmədli 

 

 



 

MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDƏ DEMOKRATİK 

ƏNƏNƏLƏRİN FORMALAŞMASI (1905-1911

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 





 

 

 



 

 

 



MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDƏ DEMOKRATİK ƏNƏNƏLƏRİN 

FORMALAŞMASI (1905-1911) 

 

 Məşrutə inqilabının mətbuatın inkişafına təsiri «Əncümən» qəzeti Təbrizdə Məşrutə inqilabı zamanı 



nəşrə başlayan (1906) ilk mətbu orqanı kimi. Qəzetin nəşri tarixi, onun ölkədə baş verən siyasi-ictimai 

hadisələrin güzgüsü olması. Cənubi Azərbaycanda 50-yə yaxın qəzet və jurnalın nəşri. H.Ədalətin 

redaktorluğu ilə çap olunan qəzetlər: «Əl-hədid», «Söhbət», «Ana dili». Urmiyə, Xoy, Ərdəbil, Səlmas 

şəhərlərində nəşr olunan demokratik məzmunlu qəzetlər. 

Cənubi Azərbaycanda yeni tipli məktəblərin yaranması. M.H.Rüşdiyyənin Təbrizdə acdığı məktəbdə 

(üsuli-cədid) təhsilin yeni üslubda ana dilində aparılması «hümmətçilikdən – millətçiliyə» keçid 

mərhələsinin başlanması. Bu proseslərdə mətbuatın rolu. 

Məşrutə inqilabının anadilli mətbuatın yaranmasına və inkişafına təkan verməsi. M.Ə.Möcüz, 

M.Qənizadə,  Ə,Qilani, R.Sərraf kimi şairlərin anadilli mətbu orqanlarında çıxışları. Sabirin İranda 

davamçıları. 

Anadilli mətbu orqanları  «Şəbnamə», «Ana dili», «Azərbaycan» və s.qəzetlər və jurnallar və orada 

işıqlandırılan əsas məsələlər. 

«Molla Nəsrəddin» jurnalının  İranda və  Cənubi Azərbaycandakı yaradıcı mühitə  təsiri. Cənubi 

Azərbaycanda satirik tipli jurnalların yaranması prosesi. Ə.Səfərovun redaktorluğu ilə çap olunan 

«Azərbaycan» jurnalında Mirzə Cəlilin və M.Ə.Sabirin təsirinin duyulması. 

«Həşəratül ərz» və «Sure-usrafil» qəzetlərinin nəşri tarixi. Qəzetin aparıcı əməkdaşlarından biri olan 

Ələkbər Dehxudanın «Cərənd-pərənd» (Ordan-burdan) rubrikası ilə  İranda siyasi felyetonun və  qısa 

hekayə janrının əsasının qoyulması. 

 

 

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



XIX  əsrin sonlarından kortəbii sıçrayışlar  şəklində  təzahür edən xalq  nümayişləri artıq 1905-ci ilin 

sonunda şüurlu, nizamlı formalar almağa başladı. 

Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) 

adı ilə daxil oldu. İnqilab iştirakçılarının əsas tələbi konstitusiyanın qəbul edilməsi, məclis çağırılması, xarici 

məmurların ölkədən qovulması  və s. ibarət idi. Xalq hərəkatının genişlənməsindən qorxuya düşən  şah 

hökuməti 1906-cı ilin avqustun 5-də qanuni əsasi verilməsi və həmin ilin sentyabrın 9-da Şura Məclisinin 

təsis edilməsi haqqında fərmanı təsdiq etməyə məcbur oldu. 

Beləliklə,  İran konstitusiyalı  şah ölkəsinə çevrildi. Tezliklə bütün əyalət və vilayətlərdə  məclisə 

nümayəndələrin seçilməsi başladı. 

Tehranda «Milli məclis» açılan günü paralel olaraq Təbrizdə «Azərbaycan milli məclisi» quruldu.Lakin 

1907-ci ilin əvvəlində taxta çıxan Məhəmmədəli  şah atasının imzaladığı konstitusiyanı tanımaq istəmirdi. 

Bu xəbər Təbrizdə  hərəkatın genişlənməsinə  təkan verdi. Fevral ayının 8-də  Təbrizdə «Gizli Mərkəz»in 

başçılığı ilə  Məşrutə inqilabı dövründə ilk silahlı üsyan baş verdi. Son nəticədə isə  Təbriz  şəhərində real 

hakimiyyət əyalət şurasının əlinə keçdi. İnqilabın ağırlıq mərkəzi tədricən Təbrizə keçməyə, İran inqilabının 

taleyi bu şəhərdə həll olunmağa başlamışdı. 1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak 

hərbi dəstəsi Məşrutəyə zərbə endirmək məqsədi ilə Məclisin və paytaxtdakı Azərbaycan şurasının binalarını 

top atəşinə tutdu. 

Mərkəzi hökumət Azərbaycana ordu göndərsə  də xalq tərəfindən müqavimətə rast gəlmişdi. Bundan 

sonra Təbriz 11 ay  mühasirədə qalmışdı. Xalq aclıq və bir çox başqa çətinliklərlə üzləşsə  də  təslim 

olmamışdı. Təbriz döyüşlərində  Səttarxan öz yaxın silahdaşları ilə misilsiz döyüş  şücaəti göstərmişdilər. 

Təbriz İran məşrutə inqilabının mərkəzinə çevrilmişdi. İranın qüvvələri üzərində qələbənin qazanılmasında 

böyük xidmətləri olan Səttar xan və    Bağır xanı xalq məhəbbətlə «Sərdare-milli» və «Salare-milli» (milli 

sərkərdə mənasındadır – P.M.) adlandırmışdı. 

1909-cu ildə  Cənubi Azərbaycanın bütün qərb vilayətləri (Maku istisna olmaqla) əksinqilabçılardan 

təmizlənmiş, demokratik hakimiyyət bərqərar edilmişdi. 

1906-cı ildə «Molla Nəsrəddin» jurnalı  İran və  Cənubi Azərbaycan mövzusuna geniş yer ayırırdı. 

«Molla Nəsrəddin»in elə bir sayı yox idi ki, orada bu mövzu M.Cəlilin, M.Ə.Sabirin və jurnalın Təbriz 

müxbirləri – M.S.Ordubadinin, Mirzə Ələkbər Məmmədquluzadənin (Cəlil Məmmədquluzadənin qardaşı – 

P.M.)  İskəndər Qəffari Sərxpuşun qələmi ilə  felyeton, şeir, xəbər və s. şəklində getməsin. Bakıda nəşr 

edilən «İrşad», «Həyat», «Təzə həyat» kimi mətbu orqanları da İrandakı məşrutə inqilabına böyük mənəvi 

dəstək olurdular. Əgər XIX əsrin sonlarında Cənubi Azərbaycanda yalnız Türkiyənin nəşr nümunələri ilə 

tanış idilərsə, artıq XX əsrin əvvəllərində daha çox Bakı və Qafqazda Azərbaycan dilində çıxan mətbu və 

nəşlər izlənilirdi. Bu o dövrdə Cənubi Azərbaycan oxucuları uzun fasilədən sonra (1891-1904) çap olunan 

«İrşad» (bu qəzetin Sadıq xan Fərəhani tərəfindən İrandakı azərbaycanlılar üçün fars dilində xüsusi əlavəsi 

hazırlanırdı), xüsusilə «Molla Nəsrəddin» və digər mətbu orqanlarından, öz ölkələri ilə bağlı bilgilər alırdılar 

[8, 215]. 

Ailəsini dolandırmaq və çörəkpulu qazanmaq üçün bütün Qafqaz boyu səpələnmiş  Cənubi 

azərbaycanlılar İrana geri qayıdarkən özləri ilə istiqlal mücadiləsi ideyalarını da gətirirdilər. 

M.Rəsulzadə yazırdı ki, iranlıların Bakıda qurulan ilk inqilabi cəmiyyəti Tehran və Təbrizə mürşidlər, 

fədailər, bombalar və sair məvaddi-infilaqiyyə göndərirdilər. 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



M.Rəsulzadə  İranda inqilab və azadlıq hərəkatını izhar edən alimlərin toplandığı  mərkəzin Bakı  və 

İstanbul olduğunu qeyd edirdi [34, 124]. 

O, yazırdı ki, «Məşrutə dönəmində  İstanbulda  əsasən iranlı türklərdən təşkil olunmuş «Səadət 

əncüməni» adlı komitə təşkil olunmuşdu. Bu komitə bir tərəfdən nəşr etdiyi bəyannamlərlə İranda əfkari-

ixtilal pərvərənəyi iqaze, vurduğu teleqraflarla Avropa Əfkari- ümumisini tənvirə  çalışıyor, digər tərəfdən 

də mərakizi ixtilaliyə beynində mübadilə-məlumat və əxbər mərkəzliyi vəzifəsini ifadə ediyordu» [34, 124]. 

Qeyd edək ki, o illərdə İstanbulda «Səadət əncüməni» tərəfindən həftəlik «Siruş» (1909-1910) adlı qəzet 

də  dərc olunurdu. Onun yaradıcı heyətinə Seyid Məhəmməd Tofiq, Əli  Əkbər Dehxuda («Sure-İsrafil» 

qəzetinin aparıcı müxbiri) Əhməd bəy Ağaoğlu və Yəhya Dövlətabadi daxil idilər. 

O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan M.Ə.Rəsulzadə Təbrizi 

müdafiə edən mücahidlərin və onların rəhbəri Səttar xanın qəhrəmanlığını «İran məktubları»nda xüsusi qeyd 

edirdi. Məşrutə hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində yeniləşmə 

prosesini Səttar xanın adı ilə bağlayır, onun İran tarixində bir dirçəliş rəmzinə çevrildiyini qeyd edirdi. 

M.Rəsulzadəyə görə bu Məşrutə dövrü Cənubi azərbaycanlıların milli-mədəni hərəkatdan milli haqlar 

uğrunda siyasi mübarizəyə bir keçid mərhələsi olmuşdu. 

O dövrdə  İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə  ən çox oxunan və  ən 

nüfuzlu qəzet sayılan «İran-nou» gündəlik qəzeti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi. 

M.Ə.Rəsulzadənin sözləri ilə desək, «İran-noy»  İran Demokratik firqəsinin fikirlərini yayırdı, yaradıcı 

heyəti də Azəri türklərindən təşkil olunmuşdu. 

O, 1908-ci ildə Bakı Sosial Demokrat komitəsi tərəfindən Gilan inqilabına nəzarət üçün Rəşt şəhərinə 

gəlib həmin il mücahidlərlə birlikdə Tehrana gedərək Məşrutə  hərəkatına qoşulmuşdu. Tehranda qısa bir 

vaxt  ərzində  Məşrutə liderlərinin diqqətini çəkmiş  və Demokrat Partiyasının qurulması  və proqramının 

yazılmasında iştirak etmişdir. Rəsulzadə Seyid Həsən Tağızadə başda olmaqla Avropa təhsili görmüş bir 

qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat partiayasının əsasını qoyur.  İran 

Demokrat Partiyasının orqanı kimi fəaliyyətə başlayan «İran-nou» qəzeti Məşrutə inqilabının ikinci 

dövründə Avropa standartlarına cavab verən  ən məşhur qəzet idi. Məhəmməd  Əmin Rəsulzadə buradakı 

fəaliyyəti ilə yeni qəzet üslubunu – İrana gətirdi. O, «İran-nou»da Azərbaycanın rus işğalından qurtulması 

və  İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı  sərt məqalələr yazırdı. M.Ə.Rəsulzadə  qəzetdə  bəzən 

Niş təxəlüsü ilə çıxış edirdi. 

«İran-nou» adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıb göstərirdi. Ona 

görə  də tez-tez nüfuzlu şəxslərin həmləsinə  məruz qalırdı. Səhifələrindən birində Krılovun «Heyvanların 

konserti» təmsilinə iqtibas çap edən qəzet bir dövlət məmurunun qəzəbinə tuş  gəlmişdi. 1911-ci ildə 

fəaliyyətini «İran-novin» adı altında davam edən qəzetdə siyasi məsələlər daha kəskin verilirdi. Belə ki, bu 

mətbu orqanı  İranda olan əcnəbilərin pərdə arxası  işlərinin üstünü açmağa nail olurdu. Sədr Haşiminin 

qeyd etdiyinə görə Tehranın Milli Məclis nümayəndələri öz nitqlərində  qəzetdə  dərc olunan yazılardan 

istifadə edirdilər [61,65]. 

O illərdə Səttarxan Mərkəzi hökumətə belə bir müraciət göndərmişdi: «Bizim şahla, onun taxt-tacı ilə 

işimiz yoxdur. Biz azadlıq, hüquq və konstitusiyanın  şərtlərinə  əməl olunmasını istəyirik.  Şah bizim 

istəyimizi bizə verməlidir, yoxsa biz cümhuriyyət elan edəcəyik». 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



Cənubi Azərbaycanda demokratik hakimiyyətin bərqərar edilməsinə baxmayaraq, İngiltərə  və Rusiya 

hökumətlərinin təhriki ilə bundan sonra da Təbrizə qarşı əksinqilabın yeni hücumları davam edirdi. 1911-ci 

ildə rus qoşunlarının Təbrizə hücumu və şəhərin tutulması inqilabın yatırılması ilə nəticələndi. 

1905-1911-ci illər İran burjua inqilabında Cənubi Azərbaycan aparıcı   rol oynamışdı. Tarixə Məşrütə 

inqilabı kimi daxil olan bu inqilab Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafı üçün şərait 

yaratdı.  

  Məşrutə (konstitusiya) qanunların qəbul olunması ölkədə demokratiyanın yaranmasına və siyasi 

fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan aparılması,  ədalətin və müstəqilliyin 

bərpası devizi altında başlanmış xalqhərəkatı iştirakçılarının əsas; tələbi qanunlara söykənən bir hökumətin 

yaradılması  və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunması idi. 

Çünki xalq mədəniyyət və  təfəkkür tərzi baxımından  əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail 

olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər 

mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif 

qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox 

şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar. Nəticədə xalqın 

informasiya qıtlığı aradan qalldırıldı.  

Mətbuat kütləni gündən-günə yeniləşən siyasi cərəyanlara doğru istiqamətləndirildi. Bu nəşriyyələrin 

yeni  ədəbi-mədəni mühitin formalaşmasında günün tələbindən doğan  əsərlərin yaradılmasında, həcv və 

tənqidin köməyilə xalqın əsrlərdən bəri davam edən qəflət yuxusundan oyadılmasında böyük rolu olmuşdur.  

Onların çoxu burjuaziya ilə bağlı olan ziyalıların fikirlərini təbliğ edirdi. Bir hissəsi cəmiyyətin yuxarı, 

bəzisi isə aşağı təbəqəsinin – şəhər və kənd zəhmətkeşlərinin arzu və istəklərini, fikirlərini çap etməklə ölkə 

əhalisinin mədəniyyətini özlərində əks etdirirdi [64, 15]. 

Hələ illər öncə, Nəsrəddin şah Qacarın dövründə nəşriyyə və tərcümə işləri nazir, Etimadüssəltənətinin 

rəhbərliyi altında «Senzura idarəsi» adlı  təşkilat mövcud  idi və bütün mətbu orqanları bu idarədən 

keçdikdən sonra nəşrinə icazə verilirdi. Aydındır ki, bu qurumun varlığı ilə mətbuat azadlığı tam anlamda 

olmamışdır. Çünki istənilən qəzetin yazılarındakı dövlət siyasətilə uyğunsuzluq onun sonluğu demək idi.  

İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra 

Azərbaycanlı millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edilərək 86 məclis nümayəndəsinin iştirak 

etdiyi toplantıda 76 faiz səs çoxluğu ilə yeni mətbuat qanunu qəbul olundu. Beləliklə, mətbuat tam azadlığa 

qovuşaraq istədiyi qəzeti senzurasız çap etmək hüququna malik oldu. Bu qanun 52 maddəni ehtiva edən 6 

bölümdən ibarət idi. Onun müqəddiməsində deyilirdi: «Konsititusiyanın 20-ci bəndinə müvafiq olaraq yanlış 

və dinə qarşı  zərər törədə biləcək kitab və yazılardan başqa bütövlükdə  mətbuata senzura tətbiq etmək 

qadağandır. Lakin onlarda mətbuat qanunlarına zidd bir şey olarsa, nəşriyyatçı  və ya qələm sahibi həmin 

qanunlar çərçivəsində cəzalandırılır. Yazıçı məşhur İran əhlindən olduqda isə nəşriyyatçı cəzadan azaddır. 

Qərara alınır ki, cəmiyyətin hüquqlarının qorunması, habelə, qələm sahiblərinin və mətbuatın basqılarını 

zərərsizləşdirilməsi məqsədilə, qanunlar çərçivəsində, kitab, qəzet, elan və müxtəlif layihələrin nəşri azaddır. 

Bu kimi işlər və  mətbuatın satışı ilə  məşğul olmaq arzusunda olan şəxslər  əvvəlcədən maarif nazirliyi 

yanında şəri öhdəçiliklərlə mükəməliyyətləndirilməlidir [64,96]. 

Bu mütərəqqi qanunun əhəmiyyətinin lazımınca işıqlandırılması üçün qəbul edilməsindən  əvvəl və 

sonra nəşr olunan qəzetlərin müqayisəsinin aparılması zəruridir. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



olunan qəzetlər haqqında Ə.Kəsrəvi yazırdı ki, «doğrüdür, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. 

Lakin onların çoxu yersiz dualar, məddahlıq, qaranı  ağ göstərmək və s. kimi yazılarla dolu idi. Ölkədə 

aparılan işlər və baş verən proseslərin tənqidindən söhbət gedə bilməzdi. Sankı buradakı  məmurlar bütün 

işlərdən uzaq idi. Zəkaulmülk (Məhəmməd Hüseyn) «Tərbiyət» adlı bir qəzetdə bəzən fransızcadan etdiyi 

tərcüməsində çarəsizlikdən «qanun» sözünün əvəzinə «qayda» kəlməsini işlətmişdir». 

Yuxarıda şeyd olunduğu kimi qəzetlər nəinki Qacarın məmurları tərəfindən senzuradan keçirilirdi, hətta 

azadlıq o dərəcədə boğulurdu ki, ən kiçik ictimai və siyasi məsələlərə toxunmamaq üçün yazıçılar və naşirlər 

arasında bir növ özünü nəzarət də mövcud idi. 

Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün ölkədə azad şəkildə  nəşr 

edilməyə başladı. Qələm sahibləri tam qüvvə ilə xalqı informasiya ilə təmin etmək üçün səfərbər oldular. 

İstər siyasi, istər ictimai, istərsə  də iqtisadi baxımdan bütün məsələlər qəzet səhifələrində  şərh və analiz 

olunmağa başladı. Saray, hətta şəxsən Məhəmmədəli şah belə tənqid edildi. «Müsavat» qəzeti şahın və onun 

sarayının əməlləri haqqında daha çox yazırdı. Əhməd Kəsvərinin yazdığına görə «Sultanul üləma Xorasani 

«Ruhul qüds» qəzetində  cəsarətli sözlər yazmışdı ki, bu sözlərin başında Məhəmmədəli Mirzə dururdu. 

Təhsil nazirinin məhkəməyə müraciəti nəticəsində Sultanül üləma oraya dəvət edildi. Məhəmmədəli 

Mirzənin ünvanını «qəssab dükanı» adlandırılmasının səbəbi soruşulduqda «Sultanül üləma» münsiflər 

heyəti çağırılmasını tələb etdi. Bu bəhanə idə cavab verməkdən boyun qaçırdı və iddia təmin olunmadı» [62, 

87]. 

Bu dövrdə Azərbaycanda 50-yə yaxın şəzet və jurnal nəşr olunurdu. Tədqiqatçı Hüseyn Umud onlardan 



səkkizinin Azərbaycan-fars, birinin Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir  [65, 49]. 

1906-cı ildə Təbrizdə «İttahad», «Azad», «Dəbistan», «Əcnümən», «Azərbaycan», 1907-ci ildə «Hərfe-

həqq», «Mücahid», 1908-ci ildə «İttihad» (II), «Həşərətül-ərz», «Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət», 

1909-cu ildə «İstiqlal», «Buqələmun», 1910-cu ildə «Təbriz», «Şəfəq», 1911-ci ildə «Səadət» qəzetləri nəşrə 

başladı. Bu illərdə Urmiyə şəhərində «Fərvərdin» (1911) və «Fəryad» (1907) qəzetləri, Həmədanda «Ülfət» 

(1907), Kəmaliyyə (1910), «Səadət» (1907), Ərdəbildə «Bərge-səbz» (1908) qəzeti, «Şəfəq» (1911), 

«Mükafat» (1909) qəzetləri nəşr olunurdu. 

Məşrutə inqilabı dövründə  mətbuat həqiqətən dövrünün ictimai-siyasi və  ədəbi həyatının güzgüsünə 

çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii 

nümunələrdə deyil, məhz mətbuat səhifələrində  əks olunması idi. Məsələn,  Əşrəfəddin Gilani tərəfindən 

Rəştdə  nəşr olunan «Nəsimi-Şimal» qəzetinin  əksər səhifələri  şeir nümunələrindən ibarət idi. Yusifxan 

Etisalınmülkün redaktorluğu ilə  çıxan «Bahar» qəzetində Yusif xanın  şeirləri və rus, fransız,  ərəb 

ədəbiyyatından etdiyi tərcümələr  əsas yer tuiurdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının baş yazısı 

Əli  Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd»də o dövr üçün yeni olan siyasi felyetonun 

nümunələri verilirdi. 

İstanbul  şəhərində azərbaycanlı ziyalıların daha iki mətbu orqanı çap olunurdu. Bunlardan biri Seyid 

Həsən Təbrizi və Seyid Məhəmməd Tofiqin rəhbərliyi ilə 1909-1920-ci illərdə nəşr olunan «Şəms» qəzeti 

idi.  İstanbulda nəşr olunan «Şeyda» adlı digər qəzetin redaktoru təbrizli Hacı  Həsən xan Cəfərzadə idi. 

Azərbaycan və fars dillərində nəşr olunan bu qəzet demokratik yönlü idi və  öz səhifələrində siyasi satirik 

materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər. 

İnqilab illərində  İranın digər  şəhərlərində  də azərbaycanlı inqilabçı publisistlər tərəfindən bir sıra 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



qəzetlər nəşr olunurdu. Tehranda M.Rəsulzadənin və  Əbuziyalının redaktorluğu ilə  «İrane-noy», 

S.H.İbrahimzadənin redaktorluğu ilə «Carçiye-millət», Rüşdiyyənin qələmi ilə «Tehran», Həsənxan 

Təbrizinin mühərrirliyi ilə  «Əsr», Mahmud Əfşarın redaktorluğu ilə «Cənteye-paborəhne», Xorasanda 

Məhəmmədsadıq Təbrizi və S.H.Ərdəbilinin redaktorluğu ilə «Xurşid» və «Xorasan» qəzetləri çıxmış, 

Tehran sosial-demokrat təşkilatının orqanı «Sure-İsrafil» qəzetinin redaktorlarından biri Mirzə Qasımxan 

Təbrizi (Sure İsrafil) olmuşdur. Cənubi Azərbaycanın tərəqqipərvər ziyalıları, o cümlədən S.Salmasi, Mirzə 

Qafar xan Zunuzi, Heydər  Əmioğlu və buşqaları Zaqafqaziya mətbuatında da, xüsusilə  «İrşad» qəzetinin 

İrana aid səhifələrində, Tiflisdə  çıxan sosial-demokrat qəzetlərində  İranda ictimai-siyasi vəziyyətə  və 

inqilabi mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə çıxış edirdilər [8, 47]. 

1910-1911-ci illərdə Azərbaycanda vətənpərvərlik və azadlıq ideyalarını təbliğ edən digər milli burjua 

mətbuatı, o cümlədən Təbrizdə  «Şəfəq», «Təbriz», Xoyda «Mükafat» və  «İslah», Urmiyada «Fərvərdin» 

qəzetləri dərc olunurdu. Bu dövrdə hərbi müdaxiləyə qarşı xalq hərəkatının təşkilinə kömək mətbuatın əsas 

mübarizə  hədəfini təşkil edirdi. Bu zaman mütərəqqi qəzetlər Səttarxanla Bağırxanın adından xalqa 

müraciətlə yazılan bəyanatları  dərc etməklə mühüm iş görürdü (Kəsrəvi). Onlar bu müraciətlərdə xarici 

müdaxiləyə qarşı kəskin etirazlarını bildirir, çar konsulluğunun inqilabçılara qarşı uydurduğu «quldurluq», 

«iqtişaşçılıq» böhtanlarını  rədd edir, xalqı sayıq olmağa, konstitusiyanın müdafiəsi uğrunda mübarizəni 

davam etdirməyə çağırırdılar. 

«Şəfəq» qəzeti 1910-cu ildə yaranan və  Təbrizdə gizli iş aparan demokrat təşkilatının  qeyri-leqal 

mətbuat orqanı idi. Yaranan bu qəzet öz kəsərli yazıları ilə xüsusilə  fərqlənir, milli istiqlaliyyət və 

demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. 

«Şəfəq» qəzetinin  şücaət və  cəsarətli, kəskin mübarizə  xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı 

məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu. 

Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 

1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq 

əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında 

dərc olunub yayılırdı. 

Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən 

bərpa etməyə başladılar, onların içərisində  «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına 

mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə 

nəşr olunmağa başladı. 

«İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və 

konstitusiyanın bərpası  və xarici hərbi müdaxiləyə münasibət məsələləri  ətrafında kəskin siyasi mübarizə 

gedirdi. 

Əksinqilabi çevriliş yaratmaq cəhdi və    Azərbaycan feodallarını silahlı  çıxışa təhrik etməsi mütərəqqi 

mətbuatın kəskin tənqid hədəfinə çevrildi. «Şəfəq», «Təbriz» qəzetləri «Qardaşlar, birləşin! Azadlıq 

düşmənlərini qovun!» çağırışları ilə xalqı mübarizəyə çağırır, daxili və xarici düşmənlərin fitnələrini ifşa 

edirdi. 


Bu zaman İstanbulda  əsasən azərbaycanlı inqilabçı ziyalılar tərəfindən Azərbaycan və fars dillərində 

nəşr olunan demokratik istiqamətli satirik «Şeyda» qəzeti də  əcnəbilərin  İran işlərinə  hərbi-siyasi 

müdaxiləsinə kəskin etirazını bildirir və hakim dairələri kəskin tənqid atəşinə tuturdu. 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



İnqilab məğlub olduqdan sonra ölkənin hər yerində olduğu kimi, Cənubi Azərbaycanda da bütün 

demokratik təşkilatlar qadağan edildikdə demokratik qəzetlər bağlandı, onların leqal fəaliyyəti yenidən 

dayandırıldı. Bunun əksinə,  əksinqilabçı qüvvələr və hakimiyyətini möhkəmlətmək üçün mətbuatdan daha 

geniş istifadə edirdi [8,47]. 

Bu dövrdə qatı monarxist məsləkli və imperializmə xidmət göstərən «Fikir», «Tofiq»  kimi (mürtəce 

mövqedə duran bu iki qəzetin redaktorları mənşəcə erməni idi – P.M.) əksinqilabi qəzetlər nəşr edilirdi ki, 

bunlar maliyyə cəhətdən çar konsulu tərəfindən təmin olunurdu. 

Meydanı boş görən həmin qəzetlər xalq kütlələrini aldatmaqda irtica əlində bir silaha çevrilmişdi. 

«İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı  və din alverçisi idi. Azərbaycan xalqını  təmsil edə 

bilməzlər: «Millətimiz  şəhidlərin qanı bahasına aldığı  məşrutədən  əl çəkməyəcəkdir. Yaşasın və paydar 

olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca 

tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır [86]. 



Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə