MƏŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix31.01.2017
ölçüsü1,08 Mb.
#7223
1   2   3

 

«ƏNCÜMƏN» qəzeti 

 

Təbrizdə Məşrutə qanunu elan edildikdən sonra çıxan mətbu orqanı «Ruznaməyi-milli» («Milli qəzet») 



olub. Bir müddət sonra bu ad da dəyişilib «Cəridəyi-milli» adı ilə  çıxdı. Qəzet 38 sayından «Azərbaycan 

əyalət əncüməni»nin rəsmi orqanı kimi fəaliyyət göstərərək «Əncümən» adı ilə yayıldı. 

Qəzet 1906-cı ildə oktyabr ayının 19-da Təbrizdə Mirzə  Əli  Əkbər Vəkilinin redaktorluğu ilə  nəşr 

olunub.  İlk illərdə  həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə isə  həftədə 3 dəfə çap 

olunub. 

Qəzetin adının altında bu sözlər yazılırdı: «Xalqın və tacirlərin istəyi üzərinə bu qəzet çox sadə bir dildə 

yazılır».  

Qəzetin titul səhifəsində XI-XIV əsrdə Azərbaycanın Atabəylər dövlətinə  mənsub olan, sonralar isə 

Qacarların rəsmi embleminə çevrilən Şir və günəş əks olunmuşdu. 

Qəzetin nəşri 1911-ci ilədək davam etmişdir. Qeyd etmək lazımdır ki, «Əncümən» Məşrutə inqilabı 

dövründə  işıq üzü görən ilk milli orqan idi. Bununla yanaşı, o dövrdə  qəbul olunmuş  İran və  Cənubi 

Azərbaycan mətbu orqanlarına tətbiq edilən qaydalardan yan keçərək, yəni Mətbuat Nazirliyinin icazəsi 

olmadan nəşrə başlamışdı. Bu qəzet o dövrdə  İranda azad mətbuat anlayışının ilk qaranquşu idi. Qəzet 

əsasən Əncümənin və Milli məclisin müdafiə etdiyi müzakirə və qərarları, həmçinin konstitusiyanın həyata 

keçirilməsi ilə bağlı xalqın tələblərini ardıcıl çap edirdi. Bununla yanaşı  qəzetdə müxtəlif  şəhərlərdən 

konstitusiyanın qaydalarını kobudcasına pozan ünsürlərin  əməllərini ifşa edən etiraz məktublarına yer 

ayrılırdı. 

Qəzet çarizmin və İngiltərənin İrana qarşı hərbi-siyasi müdaxilə planlarını aşkara çıxarmağı və xüsusilə 

1907-ci il ingilis-rus sazişinin müstəmləkəçilik və  işğalçılıq məqsədlərini açıb göstərməklə antiimperialist 

hərəkatın qüvvətlənməsinə böyük xidmət göstərirdi. Bu cəhətdən qəzetin siyasi şərhləri çox təsirli idi: 

«İngiltərə  və Rusiya dövlətinin bu müahidəni bağlamaqdan...  əsl məqsədlərini işğalçılıq müstəmləkəçilik, 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



özlərinin siyasi, eyni zamanda iqtisadi-ticarət mənafelərini təmin etməkdədir» [8, 246]. 

Məşrutədən sonra ortaya çıxan  əyalət və vilayət  əncümənləri arasında  ən önəmli və güclü mövqeyə 

sahib olan «Təbriz milli əncüməni» orqanı olaraq yayınlanan, yalnız Təbriz və Azərbaycanda deyil, İranın 

hər tərəfində özəlliklə də Tehranda cərəyan edən Məşrutə xəbərlərini ehtiva etdiyindən çox önəmli bir yerə 

sahibdi. Məmmədrza Heyət qəzetdə Azərbaycan türkcəsinin durumu ilə bağlı yazırdı: Qəzetin bəzi 

saylarında çıxan bir neçə şeir istisna olmaqla tamamilə farsca nəşr olunurdu. Amma qəzetə verilən elan və 

xəbərləri nəzərə alsaq bəzi hallarda türkcə olurdu» [108, 1384, № 138-139, 31].   

Tədqiqatçı M.Heyət «Əncümən» qəzetinin saylarını araşdıraraq ona ayrıca məqalə həsr etmişdir. Onu 

cüzi dəyişikliklə oxucuya təqdim edirik. 

Qəzetin 9-cu sayında verilən bir elanda Təbrizin «Ədəbiyə» məktəbində heç məktəbə getməmiş 7 

yaşında uşaqların 4 ay içində fars, türk və ərəb dilində yazıb-oxumaq təklifi verildiyi və məktəbin ana-atalar 

qarşısında sınaqdan keçirildiyi bildirilmişdir. 32-ci sayında eyni məktəb öyrəncilərinin, müəllimlər ilə 

birlikdə Təbriz Əncüməninə gedib «Əncümən» üzvlərinə türkcə şeirlər oxuduqlarını, Əncümənin məktəbə 

25 tümən yardım etdiklərini və qəzetin hər həftə 60 nüsxə öyrəncilərə pulsuz göndərilməyi xəbəri və orada 

oxunan şeirlər dərc olunmuşdur.  Şeir belə başlayır: 



Məktəbdir ənbiyadə nəbilik əlaməti,  

Məktəbdir ovliyadə vəlilik səadəti. 

Məktəbdir aləmdə yetirən hər hidayəti, 

Məktəbdir orgədən bizə əmri-şəriəti. 

Qəzetin 44-cü sayında yenə  də «Səadət», «Ədəbiyyə», «Nübar» məktəblərinin öyrəncilərinin 

müəllimləri ilə birlikdə teleqraf mərkəzinə getdikləri və orada şeir və xitabə oxuduqları bildirilir. Oxunan 

xitabədən sadəcə «Biz bir qaşıq qanımızı  əlimizə alıb millətə nisar (qurban – P.M.) eləməyə  gəlmişik» 

cümləsini örnək verərək oxunan şeir tamam çap edilmişdir: 

Əməlimiz, əfkarımız iqbali-vətəndir, 

Sərhədimizə qala bizim xaki vətəndir  

Dava günü yeksər görünən qanlu kəfəndir. 

İranlularıq can veribən, nam alaruq biz, 

Davada şəhadətlə kam alaruq biz. 

İranlı adı hər ürəgi lərzə salandır, 

Əcdadımızın hibəti  məərufe cahandır.  

Eyni sayda «Pərşəriş» və «Rüşdiyyə» məktəbi öyrənclərinin də oxuduqları xitabələr nəşr edilib. 

«Əncümən» qəzetinin 116-cı sayının sonluğu, 3-cü səhifənin isə yarısı türkcədir. Türkcə olan mətnlər 

əslində «Səadət» və «Nübar»  məktəbləri müəllimlərinin danışmalarından ibarətdir. Məktəb öyrənciləri ilə 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



10 

müəllimlərinin türkcə  şeirlər oxuyub, çıxış etmələri Təbriz məktəblərində türkcənin təliminin hələ güclü 

olduğunun göstəricisi idi. Ancaq şeirlərdə  və danışmalarda diqqəti çəkən  ən önəmli xüsusiyyət Cənubi 

azərbaycanlılar  üçün iranlılığın üst kimlik kəlməsi və onun hər bir danışmada vurğulanmasıdır. 

Qəzetin 107-ci sayından etibarən əyalət və vilayət əncümənlərinin qanun layihəsi sırayla yayınlanmışdır. 

Layihəyə görə hər bir əyalətdə «Əncumən»in bir əyalət əncuməni (məclisi) qurulmuşdu. 

Əncumən üzvləri xalqın səsi ilə seçilir, seçicilərin İran təbəəsi və 21 yaşından yuxarı olması, əyalətdə 

evi və mülkü bulunması, ya da bir baş vergi verməsi  şərtdir. Qadınlar seçimlərə qatıla bilməzlər. 

Namizədlərə gəldikdə isə  ən az 30 yaşında olub, farsca oxumağı, yazmağı bilməlidirlər. 

Məşrutənin ana yasasında rəsmi dildən söz edilmədildiyi halda, farsca yazıb-oxumağın şərt bildirilməsi 

və dolayısı ilə  də sadəcə türkcə oxuma-yazma bilən bir insanın Azərbaycan  əncuməninə seçilməsinə 

namizəd olmaqdan məhrum edilməsi məqbul məşrutə dövründə fars dilinin daha rəsmi status qazanmasına 

yol açan və türkcənin artıq rəsmi mərkəzlərdə bir işə yaramayacağı anlayışına gələn bu maddə türklərin 

məşrutə dövründə  uğradıqları ən böyük zərər olmuşdur. Mərkəzi hökumətin  türklərin əlində bulunması və 

Məşrutə hərəkatı bayrağının da azərbaycanlıların əlində  olması, türkcənin də farscanın yanında rəsmi status 

qazana bilməsi əlverişli bir şərait yaratmasına rəğmən Azərbaycan aydınları bütün İranı qurtarmaq  naminə 

Azərbaycanı tamam unutmuşdular. 

Qəzetin 1907-ci ildəki 1-ci sayında Bakıda nəşr olunan «Füyuzat» qəzetindən götürülmüş «Nizami 

Gəncəvinin oğluna nəsihəti» yazısı verilmişdir. «Əncümən» qəzetinin 1907-ci ildəki 10-cu sayının birinci 

səhifəsində Parisdən «Osman və iqtisadi tərəqqi cəmiyyəti» tərəfindən Təbriz milli əncuməninə göndərilən 

bir məktub və ikinci səhifədə isə  «Əncumən» tərəfindən verilən cavab yayınlanmışdır. Cavab məktubunun 

sonunda qəzet tərəfindən belə bir açıqlama verilmişdir: «Farsca oxuyan dəyərli oxucu və abunəçilərimizə bir 

az çətin olsa da osmanlı türkcəsi ilə yazılmış olan bu iki məktubu müqəddəs Əncumən üzvlərinin istəyi üzrə 

çevirmədən olduğu kimi nəşr edirik [108, 1384, №138-139, 34-37]. 

 

«AZƏRBAYCAN» dərgisi 

 

Şərq aləmində böyük əks-səda doğuran «Molla Nəsrəddin»in nəşrindən 8 ay sonra onun təsiri altında 



Arazın o biri tayında – Təbrizdə «Azərbaycan» satirik dərgisi çap olundu. 

«Azərbaycan» dərgisinin redaktoru Əliqulu Səfərov Cənubi Azərbaycanın istedadlı publisistlərindən idi. 

O, hələ XIX əsrin sonlarında «Şəbnamə», «Ehtiyac», «İqbal» kimi qəzetləri təsis etmişdi. 

Ə.Səfərovun oğlunun atası haqda yazdığı xatirəsindən məlum olur ki, «o gənc yaşlarında atasının 

yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə  məşğul olurdu. Bu ölkələrdə  İran hökuməti 

tərəfindən sürgün edilmiş siyasi mühacirlər və yerli mütərəqqi ziyalılar ilə sıx təmasda olur. sonralar vətənə 

xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür».

2

 



Ə.Səfərov Təbrizdə öz həmfikirləri ilə bərabər gizli bir cəmiyyət yaratmışdı, «Gizli əncümən» adlanan 

bu mərkəzdə onunla yanaşı dövrün vətənpərvər ziyalıları iştirak edirdilər. Ə.Səfərov qəzet və digər nəşrləri 

xalqı ayıltmağın ən təsirli vasitələrindən biri hesab edirdi. 1892-ci ildə Ə.Səfərov Təbrizdə «Şəbnamə» adlı 

kiçik ölçülü satirik qəzet-vərəqə buraxmağa nail oldu [110, 1946, №26]. 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



11 

Ə.Kəsrəvinin yazdığına görə  Əliqulu Səfərov «gizli əncumə»nin üzvü olmaqla bərabər Məmmədəli 

Mirzənin «gizli polis» rəisi idi. M.Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O, bu  

vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən 

cinayətləri, mənfi halları açıb «Şəbnamə»də yayır, geniş kütlələri xəbərdar edirdi.

4

 



Xalqın ehtiyac və arzularını sadə anlaşıqlı dildə, yeri gəldikdə isə gülməli şəkillərlə özündə əks etdirən 

«Şəbnamə»  Ə.Səfərovun redaktorluğu ilə qeyri-leqal çıxarılırdı. Bu mətbu nümunəsi xalq arasında böyük 

maraq və rəğbətlə qarşılanır, əl-əl gəzirdi. «Şəbnamə» primitiv jelatin üsulu ilə hazırlandığından onu böyük 

tirajla yaymaq mümkün deyildi. Ona görə  də  Ə.Səfərov sonralar litoqrafiya üsulu ilə o dövrün müasir 

mətbuat standartlarına uyğun olan «Ehtiyac» (1898), «İqbal» (1898) qəzetlərini və «Azərbaycan» (1906) 

dərgisini nəşr edir. 

«Ehtiyac» qəzetinin cəmi yeddi sayı işıq üzü görmüşdür. Sonuncu sayda Ə.Səfərov yazırdı ki, iranlılar 

hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu acı  həqiqətlə barışa bilməyən Azərbaycan hakimi 

Əmirnazim Gorusi qəzeti bağlamış  və  Ə.Səfərovu cəzalandırmışdı.  Ə.Səfərov bundan sonra «İqbal» adlı 

qəzet çıxarmışdı. «Ehtiyac»ın bir növ davamı olan «İqbal»ın ömrü çox qısa olmuş, onun cəmi dörd sayı işıq 

üzü görmüşdü. 

«Molla Nəsrəddin» dərgisinin nəşrini Ə.Səfərov böyük sevinc hissi ilə qarşılamışdı. Qafqazın mütərəqqi 

ziyalıları ilə yaxından  əlaqə saxladığı üçün çox ehtimal ki, Ə.Səfərovun «M.Nəsrəddin»in redaktoru 

C.Məmməd-quluzadə ilə yaxından tanışlığı olmuşdur. Ona dərginin ilk nömrələrində gizli imza ilə  çıxış 

etmək də müyəssər olmuşdu. Bir neçə mənbə Ə.Səfərovun «Molla Nəsrəddin»də Xortdan imzası ilə çıxış 

etməsini təsdiq edir.

*

 

Mətbuat sahəsində  zəngin təcrübəyə malik olan artıq satirik qələm  əhli kimi ad çıxaran  Ə.Səfərov 



«Molla Nəsrəddin» dərgisinin nəşrindən ruhlanaraq Cənubi Azərbaycanda «Azərbaycan» adlı satirik dərgi 

dərc  edir. Dərgi həftədə bir dəfə kiçik formatda, 8 səhifədə nəşr edilirdi. Birinci səhifəsi fars dilində, qalan 

səhifələri isə Azərbaycan dilində idi. Karikaturalar adətən sonuncu səhifədə verilirdi. Dərginin cəmi 20-dən 

artıq (təxminən 24) sayı işıq üzü görmüşdü. Dərginin redaktoru Əliqulu Səfərov, naşiri Mirzə Ağa Təbrizi 

idi. 

İlk sayda şeir parçaları əsasən Azərbaycan, nəsr hissəsi isə farsca verilirdi. Sonrakı saylarda Azərbaycan 



dili üstünlük təşkil etməyə başladı. 

 «Azərbaycan» dərgisi istər forma və üslub, istərsə  də  məzmun və ideya baxımından «Molla 

Nəsrəddin»ə çox bənzəyirdi. 

«Azərbaycan» dərgisinin ilk sayının titul səhifəsində «Molla Nəsrəddin» dərgisinin daimi emblemi olan 

mollanın rəngli surəti əks olunub. Bununla bildirilirdi ki, Təbrizdə «Molla Nəsrəddin»in təmsilçisi meydana 

gəlmişdir.  Şəkildə  təsvir olunmuş Molla Nəsrəddin sanki onunla yanaşı dayanmış yerli mollaya – Hacı 

babaya xeyir-dua verir. İkinci nömrədən isə Hacı baba tək verilirdi.  

«Azərbaycan» dərgisindən öncə  İranda həmişə elmin və  mədəniyyətin, tərəqqinin önündə gedən 

Azərbaycan ziyalıları Tahir Təbrizi, Mehdi ağa Təbrizi, Məmmədəli Tərbiyət, Həsən Tağızadə ölkədə  və 

xaricdə  «Əxtər», «Hikmət», «Gəncineyi-fünun» və  s.  kimi  dəyərli mətbu orqanlarını  təsis etmişdilər. Bu 

qəzetlər fars dilində nəşr olunur, daha çox ziyalı təbəqəsi arasında yayılırdı. Müəyyən hissəsi Azərbaycan 

tükcəsində yazılaraq gizli yolla hazırlanmış xalq arasında yayınlanan vərəqə və kiçik formatlı qəzetlər qeyri-

müntəzəm və pərakəndə şəkildə olurdu. Vaxtilə Mirzə Cəlinin «Molla Nəsrəddin» üçün söylədiyi «yazıda 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



12 

böyük cürətimiz o oldu ki, açıq ana dilindən yazmaqdan biz usanmadıq» dahiyanə  kəlamını  Əliqulu 

Səfərova da  aid etmək olar. 

Birinci nömrədə «Xitab beqələm və müqəddimə» sərlövhəli baş  məqalədə  nəzm və  nəsrlə  dərginin 

məram və proqramı ifadə edilirdi. Sonra Hacı Baba imzası ilə «Ey vətəni-mehriban» şeri verilmişdi. Üçüncü 

səhifədə ölkədə və qonşu ölkələrdən: London, İstanbul, Bakı, Naxçıvan, Miyana, Xorasan, Tehrandan xə-

bərlər verilirdi. Dörd və beşinci səhifələr karikaturalarla bəzədilmişdi. Yeddinci  səhifədə Hacı Babanın 

imzası ilə «Molla Nəsrəddin»ə cavab yazısı getmişdir. 

«Azərbaycan» dərgisində illüstrasiyaları Hüseyn Behzad Müsəvvirzadə  çəkirdi. «Azərbaycan» 

dərgisinin 6 sayında dərc olunmuş yazıda xalqı bir növ uyğusundan ayıldıb, siyasi dərs verirdi: 

«Cənab Hacı Baba, bir gün evdə oturmuşdum. Azərbaycan ruznaməsini gətirdilər. Vaqeədə  əvvələn 

müqəddəs ziyarətdəki biz Azərbaycan üçün bir mayeyi-iftixardır çox şad oldum. Məşrutənin  əvvəlinci 

şüunatından (bəyanatından – P.M.) birisi məclisi  şurayi-milidir. Onun da əvvəlinci bəyanatından birisi 

məsuliyyəti vüziradir. Bunların hamısı ondan ötrüdür ki, bundan sonra millət hamısı asudə olsun və xarici 

bizlərə  əl tapmasın və  onda dəxi möhtac olmayaq daha bundan sonra heç bir bədfitrət kargüzarlıq verə 

bilməz ki, erkək it kimi dişi qurda rəfiq olub bir-bir qoyunları qurda verə, daha bundan sonra Məsudi mülk 

kimi xalq namusunu pula satan və füqaranın ruzisini həbs edən rəis divanınxana olub gündə 7 tümən rüşvət 

alıb daşları, qumları biz biçarə millətə çörək əvəzinə yedirə bilməz»  [70,1907,№ 6,2]. 

Dərgidə siyasi xarakter daşıyan karikaturalar az deyildi. «Azərbaycan»ın ikinci sayının birinci 

səhifəsində Hacı Mirzə Ağasının şəkli təsvir olunmuşdu. Əksin aşağısında onun dili ilə bu sözlər yazılmışdı: 

«Şor suyun nə qabiliyyəti və keyfiyyəti var ki, vaxtımı ona sərf edim».  

Burada Xəzər dənizindən söhbət gedirdi. Hacı Mirzə  Ağasının timsalında Rusiyanın Xəzər dənizi ilə 

bağlı iddialarına qarşı heç bir müqavimət göstərməyən yüksək rütbəli məmurların etinasızlığı  və dövlət 

əhəmiyyətli məsələlərə barmaqarası baxması kəskin tənqid olunurdu. Dördüncü sayının birinci səhifəsində 

Mirzə  Əli  Əkbər xan Atabəyin dizi üstündə  İranın xəritəsini tutub orada əli ilə Azərbaycan  əyalətini 

göstərərək dediyi sözlər əks olunub: «Əslən mənim ürəyim Azərbaycana bağlı deyil, gələcəkdə bu vilayəti 

kəsib atmaq lazımdır». 

Digər bir karikaturada qoyun sürüsünün içinə düşmüş canavar və uzaqdan bu mənzərəni görən iki nəfər 

göstərilir.  Şəklin aşağısında yazılıb: «Ay, haray, canavar qoyun sürüsünün axırına çıxdı». Yaxınlıqda 

sürünün çobanı elə  dərin yuxuya gedib ki, onu heç top-tüfənglə  də oyatmaq mümkün deyil. Karikaturada 

obrazlı  şəkildə canavarın simasında ölkənin təbii sərvətlərini amansızcasına istismar edən yadellilərə, 

çobanın simasında isə ölkəni idarə edə bilməyən başçıya işarə edilir – şah və onun sarayı tənqid olunurdu. 

Dərginin hər səhifəsində belə mənalı şəkillərə rast gəlmək olardı. Onu xalq arasında populyarlaşdıran bu 

cür rəngarəng şəkillərlə bərabər, həm də  yerli şairlər tərəfindən yazılmış duzlu-məzəli şeirlər idi. Qəzetdə 

Azərbaycan türkcəsində çap olunmuş şeirlər Təbrizdə dildən-dilə gəzir, hətta uşaqlar da həmin şeirləri əzbər 

bilirdilər. 

«Molla Nəsrəddin» jurnalının nəsr nümunələrində Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevin, şeir 

parçalarında isə M.Ə.Sabir və  Əli Nəzminin təsiri aydın hiss olunurdu. Sabirin şeirlərinin ruhu cənublu 

şairlərə çox doğma idi. Sabirə nəzirə, cavab və təqlid şəklində də yazılan bu şeirlərin müəllifinin adı gizli 

saxlanırdı. Dərgidə Seyid Rza Sərraf,  Əbdülhüseyn Xazin kimi şairlərin iştirakı  şübhəsiz idi. Həmid 

Məmmədzadə onların sırasına Ləli və Mirzə Əli Möcüz kimi şairləri də daxil edirdi. 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



13 

«Azərbaycan» dərgisində dərc olunmuş şeirlərdə M.Ə.Sabirin təsiri aydın duyulur: 

 

Ey Molla əmi, boş yerə cindarə sataşma, 

dindarə dolaşma! 

Bu hiyləgərə, sahurü qəddarə sataşma, 

məkkarə dolaşma… 

…İş çoxdu təriqətdə, əya arifi-kamil, 

Tərk eylə xətanı, bu xətakarə sataşma!.. 

rumdarə dolaşma! 

 

Sabirin «Hə, de görüm, nə oldu bəs, ay balam, iddialərin» misrasından ilham alan Cənubi Azərbaycan 



şairi eyni vəzn və üslubda  şairə cavab şəklində yazırdı: 

Hə, görüsən, yerindədi birbə bir iddiamızı, 

Gör necə müstəcab edib tanrı bizim duamızı, 

Verdi kəmali-lütf ilə mətləbü müddəamızı, 

İndi necə, Molla əmu, mən deyən oldu, olmadı? 

Jurnalın 5-ci sayında dərc olunan felyetonun ana xəttini Sabirin məşhur bir şeri təşkil edir: «İstirahətə 

məşğul olan üləmamız da Rəştdə, Təbriz və  İsfahanda binayi-müxalifət qoyub və milləti-islama heç bir 

qismi himayələri yoxdur: 

 

Millət necə tarac olur-olsun, nə işim var, 

Düşmənlərə möhtac olur-olsun nə işim var?! 

Yeri gəlmişkən Sabirin haqqında söhbət açdığımız «Millət necə tarac olur-olsun, nə işim var» misrası ilə 

başlayan bu şeiri «Hikmət» qəzetinin redaktoru Mirzə Mehdi xan tərəfindən fars dilinə  tərcümə edilib 

«Azərbaycan»da çap olunmuşdur. 

Jurnalın ikinci sayında şair Sərrafın Sabiranə üslubda «Çətin xahiş» adlı şeiri dərc olunub. Öz millətini 

Şərqin «ölümdən də betər» uyğusundan oyatmaq istəyən  şair xalqı  hərəkətdə olmağa, qurub-yaratmağa, 

tərəqqiyə səsləyir: 

 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



14 

Ey milləti-islam, oyan vəqti-səhərdi, 

Dur, gör nə xəbərdi! 

Bəsdir, bu qədər yatma, çürürsən, nə xəbərdi, 

Dur, vəqti səhərdi! 

Min yerdən ayıldır səni biçarə əhibba, 

Tərpənmə sən əsla, 

Yatmaq belə olmaz, bu ölümdən də betərdi, 

Dur, vəqti səhərdi! 

Dərginin səhifələrində yaxın və uzaq ölkələrdə baş verən hadisələrdən bəhs olunurdu. İkinci sayda 

Rusiyada baş verən inqilabi hərəkatdan, Rusiya dövlət dumasının gördüyü tədbirlərdən geniş danışılırdı. 

Məqalə müəllifi, görünür, oxuculara gözüaçıq olmağı, onları ziyalıların xalqın səy və fədakarlığı bahasına 

əldə olunmuş Məşrutədən bəhrələnməyə və onu saxlayıb qorumağa səsləyirdi. Dərginin səhifələrində Böyük 

Fransa  İnqilabı haqqında yazılar dərc olunur, onun mahiyyəti açıqlanırdı. Bütün bu yazılar oxuculara 

inqilabi vətənpərvərlik ruhu aşılayırdı. Ölkədə ziyalıların ən ağrılı yeri məktəb və mədrəsə ilə bağlı idi. Ona 

görə  də «Azərbaycan maarifçilik ideyasının xalq kütlələri arasında təbliğinə, yayılmasına çalışırdı. Ana 

dilində məktəb və dərsliklərin olmaması bir sıra maarifçilərin, xüsusilə Mirzə Həsən Ruşdiyyənin səylərinin 

mürtəce ruhanilərin təzyiqinə məruz qalması dərgidə böyük təəssüf hissi ilə qarşılanırdı. Ölkənin, xüsusilə 

Azərbaycan vilayətlərinin elm, təhsil, sənət sahələrindəki geriliyi satirik qələmlə ifşa olunurdu. İkinci 

saydakı xəbərlərə nəzər salaq: 

«Qərəcədağ. Hökumət fövqəladə maddi zayiələrə dözüb, ağır pullar qoyub bir darülfünun və bir də 

darüssənaye açıbdır». 

«Livan. Lüleyinin ixtira olunmasının ildönümü münasibətilə  cəşn tutub və müxtərin mücəssəməsini 

tökmək istəyirlər». 

Jurnalın 5-ci sayında «Gəldi-gedər» imzası ilə bir felyeton da İranda, xüsusilə  Cənubi Azərbaycanda 

balaca kibritin belə istehsal olunmadığından danışılır. Ölkənin iqtisadi cəhətdən geridə qalması tənqid edilir. 

«…Qəzzarə bu gün bazara çıxdım. Mənə kibrit lazımdı. Hər dükandan İran kibriti istədim, tapmadım. Axırı 

təngə  gəlib ayağımı qoyub Peterburqdan bir qutu alıb qayıtdım. Mənim təəccübüm burdadır: ümumi 

müvəhhidin odu aləmi yandırır, amma … bizləri də xaricilərin odu yandırır». 

Dərgidə imzasız satirik şeirlərdən birində vətənpərvərlik hissi qabarıq verilirdi: 



Aləmdə olub zülm eləmək hər kəsə pişə, 

Zülmün ağacı salmış odur hər yerə rişə. 

Bu rişəyə lazımdı vuraq ədl ilə tişə, 

Ta inki ədalət gələ izharə vətəndə. 

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



15 

 

Bu atəş zülm içrə səməndər kimi yanırıq, 

Yannıq, nə qədər taqətimiz varsa dayannıq. 

 «Azərbaycan» dərgisini araşdıran Məmmədrza Heyət dərginin Cənubi Azərbaycan xaricində – İranın 

müxtəlif yerlərində izləndiyini, eyni zamanda Bakı  və  İstanbulda diqqətlə oxunduğunu qəzetə göndərilən 

məktublardan və  qəzetin elanlarından bəlii olduğunu qeyd edir»  [108,1384,  №138-139]. Dərginin beşinci 

sayında dərginin Bakıdakı təmsilçisinin Kazımzadə adlı bir şəxs olduğu bildirilir. 

Doqquzuncu sayda yenə də Bakıda aprel ayının əvvəlində Nikolayevski küçəsində (Hacı Zeynalabdin 

Tağıyevin mətbəəsində – P.M.) «Tazə həyat» adlı ədəbi, ictimai-siyasi qəzetin nəşr olunması ilə bağlı elan 

verilmişdir. 

Dərginin 18-ci sayında  Ədirnədən göndərilən bir məktuba cavab şəklində olan bir felyeton dərc 

olunmuşdur [108,1384, №138-139]. Ədirnəli oxucu «yer üzünün ən əliaçıq sultanı kimdir?» deyə bir sorğu 

ilə «Azərbaycan» dərgisinə müraciət edir. Dərginin yazarına görə yer üzünün ən  əliaçıq sultanı Osmanlı 

padşahıdır. Çünki islam qazilərinin gücü ilə  fəth edilən torpaqları kimsədən  əsirgəməmişdir. Sonra yazı 

müəllifi  əyani misallar çəkərək yazır: «Məsələn, Misir torpaqlarını rica edirlər, sultan dərhal mərhəmət 

buyurur, sonra Bolqarıstanı  istirham etdilər (istədilər – P.M.), «önəmli deyil» dedi. Bir qrupu Samus adasını 

aldı, «sizə minnət borcluyam» dedi. Sonra Lubnan (Livan – P.M.) dağını istədilər, «oranı sizə bağışlayıram» 

dedi. Hersoqdan (Hersoqovina – P.M.) söz edilincə, «tamam», dedi. Bosniyaya gəlincə, dərhal təqdim etdi. 

Kıprısı (Kipr adası – P.M.) istirham etdilər, «məmnuniyyətlə» dedi: Sonra Kiridi (Krit adası – P.M.

istədilər, onların ümidini qırmadı və nəhayət Makedoniyanı tələb etdilər, «sizə layiq deyildir», dedi…». 

Sonda Ədirnəli oxucunun «indi soltan nə işlə məşğuldur?» sualına cavabında isə İran-Osmanlı sərhədinə 

soruşmaq lazım – deyə qısa bir cavab vermişdir [108,1384, №138-139]. 

Doqquzuncu saydan başlayaraq dərgidə  şeir və elanlardan başqa digər yazılar farsca verilir. M.Heyət 

dərgidə  dərc olunan elanların yalnız Quzey Azərbaycanla bağlı olanların farsca yazıldığını bildirir. O, 

öncəki saylarda materialın yazıldığı dil nisbətinin təxminən 50 faiz olduğunu xatırladır. Sonrakı saylarda 

fars dilində yazıların daha çox yer alması ilə bağlı dərgidə heç bir açıqlama verilmədiyini vurğulayır. 

Bizə elə gəlir ki, bunun səbəbini həmin illərdə ölkədəki siyasi-ictimai durumda axtarmaq daha düzgün 

olardı. 


Dövrünün demokratik mətbu orqanı olan «Azərbaycan» dərgisinin sələfi olduğu «Molla Nəsrəddin» 

kimi xalqa gün ağlayır, onu ictimai fəaliyyətə  həvəsləndirir, siyasi şüurun artmasına, yeni mütərəqqi 

mədəniyyətə qovuşmasına çalışırdı. Bir gülgü dərgisi kimi «xalqı yazmaqnan və kinayəli sözlərnən xabi-

qəflətdən oyadıb başa salırdı».   

Məmmədlui Abbasi «Azərbaycan» dərgisinə həsr etdiyi məqaləsində ona çox yüksək dəyər verib yazırdı 

ki, bu illər Azərbaycan millətini həqiqi demokratik azadlıqların mahiyyətini mənimsəməyə sövq edən, xəlqi 

milli ruhda tərbiyə edən mətbuatın ən mütərəqqi qabaqcıl və irəlidə gedəni «Azərbaycan» məcmuəsi idi [73, 

1945, №5, 30]. 

Şübhəsiz ki, xalqın xabi qəflətdən oyadıb, onun gözlərini açan, «Azərbaycan» kimi bir mətbu orqanı 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



16 

ölkədəki mütrəce qüvvələrin nifrətini özünə  cəlb etməyə bilməzdi. Onlar var qüvvələri ilə  dərginin 

qapanmasına çalışırdılar. Məşrutə inqilabının yüksəlişi illərində düşmənlərin dərgiyə hücumu heç bir nəticə 

vermədi. 

Təbrizdə  Məşrutə inqilabının rəhbəri Səttarxanın  şəxsən dərgini himayə etməsi mürtəcelərin sükutuna 

səbəb olmuşdu.  İnqilab Tehrandan gələn silahlı qüvvələrin ağır hücumlarına məruz qaldıqda mürtəce 

qüvvələrin də mənfi təsiri dərgi üzərində gücləndi. Ona görə də ilk saylarını da Azərbaycan dilində yazılmış 

məqalə və bədii yazılara tez-tez rast gəlinirdisə, 9-cu sayından sonra fars dilində yazılmış yazılara dərgidə 

daha geniş yer verilməyə başlandı. Eyni zamanda son saylardakı  məqalələrin siyasi kəskinliyi azalır, 

liberalizmə meyl açıq-aşkar duyulurdu. Beləliklə, mürtəcelərin ilk təsiri farsca yazıların çoxluğu ilə nəticə-

ləndisə, onların sonrakı təsiri dərginin bağlanması ilə nəticələndi. 

Dərginin 6 sayında Azərbaycanda və mühacirətdə azərbaycanlılar tərəfindən rejimin qəzəbinə tuş 

gələn «Əlmərhum və  əlməxfur» –  «Kamal», «Gənciyeyi-fünun», «Pərvəriş», «Əxtər» və s. mətbu 

orqanları hörmətlə yad edilirdi. 

Az bir müddət fəaliyyət göstərməsinə baxmayaraq «Azərbaycan» dərgisi Cənubi Azərbaycan mətbuatı 

və ədəbiyyatı tarixin öz yeni töhfələrini verdi. Məşrutə inqilabı dövründə demokratik fikirlərin yayılmasında 

bu dərginin böyük xidmətləri danılmazdır. 


[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



17 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin