MƏŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix31.01.2017
ölçüsü1,08 Mb.
#7223
1   2   3

«SURİ İSRAFİL» qəzeti 

 

Məşrutə fərmanı verildikdən 9 ay sonra Tehranda «Sure-İsrafil» (İsrafilin neyi) adlı qəzet nəşr olunmağa 



başladı. Qəzetin imtiyaz sahibi və naşiri Mirzə Qasım xan Təbrizi, redaktorları Cahangir xan Şirazi və Ələkbər 

xan Dehxuda idi. 

Mirzə Cahangirxanın məqalələri  əsasən hökumət başçılarının  əcnəbi dövlətlərə satılıb ölkəyə 

xəyanətinin kəskin tənqidinə həsr edilmişdi. Buna görə də yuxarı dövlət məmurlarından tutmuş şahın özü də 

daxil olmaqla  ona kin bəsləyir və məhvinə çalışırdılar. Məhz buna görə də Məclis topa tutulduqdan sonra 

tutulub Bağşahda həbs olunan Mirzə Cahangirxanı Məmmədəli şah bir gün keçdikdən sonra edam etdi. 

Ə.Dehxuda gənclik illərində Avropa ölkələrində səfir işləyən qohumu M.Qəffari ilə xaricə gedir, orada 

Avropa dillərini öyrənir, elmlə məşğul olur. İrana qayıtdıqdan sonra inqilabi hərəkatda yaxından iştirak edir. 

«Sure-İsrafil» qəzeti ilə əməkdaşlıq edib siyasi məsələlərə dair xəbərlər hazırlayırdı. 

Dehxudanın mükəmməl təhsili, Avropa ölkələrində bir neçə il qalması, Azərbaycan dili vasitəsilə 

Qafqaz mətbuatı, xüsusilə «Molla Nəsrəddin»lə yaxından tanışlığı onun satirasında demokratik məzmunun 

daha da güclənməsinə, ölkənin və xalqın dərdlərini və ehtiyacını düzgün başa düşüb göstərməsinə, bir sözlə, 

satira atəşinin sərrastlığına kömək etmişdir. Bu satiranın gücü bir də onun, nikbin ruhda olması idi. Dehxuda 

ölkəsinin və xalqının işıqlı gələcəyinə, səadətinə böyük ümid bəsləyir və bu ümidi öz oxucusuna aşılamağı 

bacarırdı. 

Ələkbərxan Dehxuda «Sure-İsrafil»də «Çərənd pərənd» (Ordan-burdan) başlığı ilə müxtəlif imzalarla, 

əsasən «Dəxo» imzası ilə felyetonlar yazır və  bununla da yeni sadə fars nəsrinin  ən gözəl nümunələrini 

yaradırdı. 

O, ictimai-siyasi aləmdə baş verən ifşa edə bilirdi. Hadisələri öz parodiyalarda satirik bir dillə qələmə 

alırdı. Dehxudanın xalq həyatını  tərənnüm edən şeirləri və felyetonları da var idi. Onun ən çox müraciət 

etdiyi mövzu 1906-1911-cı illərdə baş verən inqilab hadisələri idi.  

Dehxudanın satirasında Cəlil Məmmədquluzadənin müsbət təsiri açıq-aşkar hiss olunur. Gündəlik 

ictimai-siyasi mövzuları satiraya gətirmək, xalqın dilində yazmaq şərəfi Dehxudaya nəsib olmuşdur. O, 

«Molla Nəsrəddin»ə bağlılığını iftixar hissi ilə qeyd edirdi. Dehxuda Mirzə  Cəlilin «İranda hürriyyət», 

«Dəmdəməkiyə cavab» və s. təsiri altında pamfleti də qələmə almışdır. Onun «Molla Nəsrəddin»ə xitabən 

azərbaycanca bir şeiri də vardır. 

Əhməd Kəsrəvi «Tarixi məşruteyi  İran»  əsərində yazırdı: «Dehxudanın «Çərənd pərənd» başlığı ilə 

yazdığı felyetonlar öz ideyası  və üslub xüsusiyyətləri ilə «Sure-İsrafil»i Qafqaz «Molla Nəsrəddin»inə  və 

Tərbiz «Azərbaycan»ına oxşadır. Oxucular qəzetin bu hissəsinə can atır, onun rəvac tapmasının əsas səbəbi 

də həmin yazılar idi» [62, 35]. 

«Sure-İsrafil»də Dehxudanın iştirakı onun ideya istiqamətini demokratik yöndə daha da 

möhkəmləndirməklə bərabər ədəbi dəyərini də yüksəltmişdir.  

Tanınmış  şərqşünas Bertels Dehxuda haqda yazırdı ki: onun satirası  hədəfə  sərrast atəş açması  və 

kəskinliyi ilə fərqlənirdi. 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



18 

Dehxudanın satirası mütləqiyyətin, riyakar ruhanilərin  əleyhinə yönəlmişdi. Həqiqi bir maarifçi kimi, 

Dehxuda bütün bunlarla birlikdə İranda qadınların hüquqsuzluğu əleyhinə ardıcıl mübarizə aparırdı. 

Mürtəce ruhanilər Dehxudanın öz felyetonlarında dinə sataşdığını bəhanə edərək onu gözdən salmağa 

çalışırdılar. Dehxuda «Sure-İsrafil»in səhifələrində dinə və şəriətə əsaslanaraq onlara layiqincə cavab verir, 

islamiyyətdə müsəlmanlıqla şahlığın bir yerə sığa bilməməsini göstərirdi. 

Xalqa xəyanət edənlərin səyi nəticəsində  məclis bağlandıqdan sonra Dehxuda Məmmədəli  şahın 

cəlladlarının əlindən qurtulub İngiltərə səfirliyinə sığındı və səfirin vasitəçiliyi ilə ölkəni tərk etdi. Dehxuda 

əvvəlcə    İsveçrəyə yollandı, orada İverdon  şəhərində «Sure-İsrafil»in nəşrini bərpa etdi. Cəmin 4 sayını 

çıxara bildi. 

Bu saylarda da «Sure-İsrafil» öz prinsipial mövqeyində dayanır,  İrandakı üsul-idarəni damğalayırdı 

Dehxuda dostu və məsləkdaşı Cahangirxan Şirazinin ölümünə həsr etdiyi şeirini qəzetin 3-cü sayında çap 

etmişdir. Bu şeir öz ictimai məzmununa görə dövrün şairləri tərəfindən böyük maraqla qarşılanmışdır. 

1909-cu illərdə isə Türkiyədə yaşayıb orada «Suruş» adlı bir qəzet çıxarmağa nail oldu. 

E.Braun həmin qəzetin İstanbulda iranlıların «Səadət» cəmiyyəti tərəfindən çıxarıldığını, redaktorlarının 

Seyid Məhəmməd Tofiqlə  bərabər  Əli  Əkbər Dehxuda olduğunu qeyd edir. Çox maraqlıdır ki, tədqiqatçı 

qəzetin əməkdaşları arasında Əhməd bəy Ağayevin də adını çəkir [60, 83]. 

Dehxuda Məhəmmədəli  şah devriləndən sonra İrana qayıtmış, xalq tərəfindən məclisə nümayəndə 

seçilmişdir. Onun bir sıra  əsərləri, o cümlədən 50 cildlik «Lüğətnameyi-Ələkbər Dehxuda» kitabı  dəyərli 

mənbələrdən sayılır. Kitabda  Azərbaycan satirasının bir çox görkəmli nümayəndələrinin əsərlərinə də geniş 

yer verilir. 

 

«HƏŞƏRATÜL ƏRZ», «NALEYİ MİLLƏT», 

 «İSTİQLAL»  qəzetləri 

 

Məşrutə inqilabı dövründə bir-birinin ardınca «Naleyi-millət», «İstiqlal» və «Həşərətül-ərz» adlı dəyərli 



mətbu orqanları çap olunurdu. Onların hər üçünün redaktoru Mirzə Ağa Təbrizi (Münşibaşı) idi. 

Mirzə Ağa Təbrizi M.F.Axundovun komediyalarının təsiri altında Cənubi Azərbaycanda ilk səhnə əsərləri 

meydana gətirmişdi. O, 1871-ci ildə özünün dörd pyesini yazmaqla bu janrın Cənubi Azərbaycanda, eləcə də 

İranda ilk nümunələrini yaratmış, dramaturgiyanın əsasını qoymuşdur [36].  

Mirzə  Ağa Təbrizi fars və  ərəb dillərini mükəmməl bilməklə  bərabər, fransız dilinə  də  bələd idi. Bir 

müddət İstanbul, Hələb və digər şəhərlərdə İran səfirliyinin əməkdaşı, Fransa səfirliyində isə mütərcim və 

münşi (katib – P.M.) vəzifələrində  işləmişdir. Sonra Tehran darülfünunda müəllimlik etmişdir. Həmin 

dövrdə «Risaleyi-əxlaqiyyə» («Əxlaq haqqanda risalə») adlı bir əsər yazmışdır. Bu kitab dərslik və 

müəllimlər üçün dərs vəsaiti kimi, Azərbaycan maarifinin  tarixində əhəmiyyətli yer tutmuşdur [9, 301].  

«Həşəratül-ərz» qəzeti Mirzə  Ağa Təbrizinin redaktorluğu ilə 1908-ci ildə  Təbrizdə  işıq üzü 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



19 

görmüşdür. Həftəlik nəşr edilən bu qəzetdə  rəngli, yumoristik şəkillərə  də rast gəlmək olurdu. Cənubi 

Azərbaycanda «Azərbaycan» dərgisindən sonra «Həşəratül-ərz» ikinci satirik mətbu orqanı idi. Qəzetdə 

rəssamlıq işlərini Tahirzadə Behzad yerinə yetirirdi. 

Onun karikaturaları gülüş və məsxərə hissi doğurur əzici və ayıldıcı xarakter daşıyırdı. Bu karikaturalar 

Məhəmmədəli Mirzədən tutmuş ən aşağı vəzifəli dövlət məmurlarına qədər, hamının canına vəlvələ salırdı. 

Bu rəsmlərin müəllifi Behzad Tahirzadə öz xatirələrində yazırdı: Bir gün Məşrutə inqilabından söhbət 

gedərkən qardaşım söhbətarası dedi ki, Mərənd şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın 

karikaturasını  çəkmiş bir rəssamı axtarırlar. «Həşəratül  ərz»də çap olunmuş bu karikaturada şah çanaqlı 

bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi bilsəydilər, şübhəsiz tutub edam edərdilər». 

Bu yumoristik qəzetin birinci və dördüncü səhifələri  ən çox Məşrutə inqilabı ilə bağlı hadisələri  əks 

etdirən karikaturalarla bəzədilmişdi. Belə ki, ikinci sayda təsvir olunmuş iki karikaturadan birində «Xalis 

müsəlman» adlı  şəxs  əlindəki mişarla «Müsavat» qəzeti adlandırılan ağacı  kəsir. (Bu karikatura 

«Müsavat»ın 22-ci nömrəsinin dayandırılması münasibətilə  çəkilmişdi – P.M.). Digər karikaturada təsvir 

olunmuş iki şəxs çox mühüm bir məsələdən bəhs edirmiş kimi ciddi görkəm olaraq döyüşkən iki xoruz 

haqqında söhbət edirlər. Qəzetin ünvanı yazılmış hissədə qalın hərflərlə bu ifadə  dərc olunmuşdur: «Hər 

yerdə qiymət vaxtından əvvəl verilir». 

Həftəlik çıxan bu qəzetin nəşr olunduğu il ərzində 48 nömrəsi çap  olunmuşdur. Adətən qəzetin ikinci 

səhifəsində onun məqsəd və məramı açıqlanırdı: «Siyasətdə heyvanları danışdıran təsvir – qeydli bu qəzet 

həftədə hələlik bir dəfə çap olunacaq. Kiçik məqalələr tanınmış imzalarla qəbul və dərc edilir». 

Birinci sayından qəzetin daimi personajı olan Qafar Vəkil (bazarı dolaşan dəli) idarənin baş katibi kimi 

təqdim olunur. «Neçə gündür ki, dostlar «Həşaratül  ərz» qəzetini gözləyirlər. Düşünürəm ki, görəsən, 

idarənin baş katibi Qafar Vəkil mətbuat aləminə  nə töhfə verəcək.  Şərikləri üçün dişiylə göydən sərçə 

tutacaq, yoxsa onların keçəl başına dərman sürtəcək? Xeyr, keçəl həkim olsaydı öz başına dərman edərdi. 

Qafar Vəkilin bu dərəcədə iş bacarığı olsaydı, indiyədək özünə bir gün ağlardı» [84, 1908,1].  

Adətən qəzetin materialları Qafar Vəkilin diliylə verilirdi. Onun ifadə tərziylə tanış olmaq üçün ikinci 

sayında dərc olunmuş «Həşəratül-ərz» qəzetinin bir hissəni izləyək: 

«Təbriklər bu gün müsəlman millətinə  qələbə  bəxş edən iranlılara! Mətbuat aləminə  təzəcə  qədəm 

qoymuş bu kiçik idarə  səmimanə təbriklərini və xalisanə təşəkkürlərini, bu dəyərsiz məktub vasitəsilə, milli 

şuranın müqəddəs məclisdə  oturanlara, Azərbaycan  əyalətinin möhtərəm vəkillərinə, növi-bəşərin 

xidmətçilərinə  və islam məzhəbi mərcələrinə çatdırır. Və  qısa dillə Allahdan arzu edir ki, səadət 

mücəssəməsi olan vücudlarını zəmanə bəlalarından məhfuz edib vəzifə borclarını layiqincə yerinə yetirməyə 

müvəffəqiyyət versin». 

«Həşarətül-ərz»in birinci səhifəsində adətən başlıqdan sonra «Kəsalət,  ədavət, Fəqan, Biari (arsızlıq)» 

sözləri qeyd edilmişdi. Qəzet sanki bununla insanda ən pis keyfiyyətləri xatırlatmaqla, onlardan uzaq olmağı 

tövsiyə edirdi. 

Qəzetin özəl xüsusiyyətlərindən biri də heç yerdə müdirinin yazı müəlliflərinin və təsisçilərinin adının 

yazılmamasıdır. Hətta çapxananın adı belə qeyd olunmur. Tədqiqatçıların fikrinə görə  qəzet «İskəndani» 

mətbəəsində qısa bölümələrlə  üç il nəşr olunmuşdur. 

Mirzə  Ağa Təbrizinin redaktorluğu ilə 1908-ci ildə  Təbrizdə  nəşrə başlayan həftəlik  «Naleyi-millət» 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



20 

qəzeti öz səhifələrində həm fars, həm də Azərbaycan dillərində materiallar dərc edirdi. Bu rəsmi qəzet olsa 

da (Maarif İdarəsinin orqanı idi) orada satirik ruhlu yazılara da rast gəlinirdi. Qəzetin adını seçərkən Mirzə 

Ağa Təbrizi [19, 215], qarşıya qoyduğu məqsədi və  oradakı yazılarda nədən bəhs edəcəyini  əsas 

götürmüşdü. 

1909-cu ildə imperialist qüvvələrin Azərbaycana hərbi müdaxiləsi, Təbrizin çar qoşunları  tərəfindən 

tutulması nəticəsində demokratik mətbuat orqanları, o cümlədən «Naleyi-millət» fəaliyyətini dayandırmalı 

oldu. 


1909-cu ilin mayında Mirzə  Ağa Təbrizi özünün «İstiqlal» adlı  qəzetinin nəşrinə başlayır. E.Braun 

«İstiqlal» qəzetinin yaranma tarixi haqqında yazır: «Səttarxan və Bağır xanın başçılığı ilə  Təbriz 

məşrutəçiləri  Osmanlı  səfəratxanasında toplanmışdılar. 1909-cu ildə çar Rusiyasının qoşunları ara 

vermədən ölkəyə müdaxilə etdiklərinə görə  məşrutəçilər buraya pənah gətirmişdilər. Onlar ziyalı  və 

sınaqdan çıxmış şəxslərdən ibarət bir komitə seçmişdilər ki, qəzet bu komitənin nəzarəti altında olmalı idi. 

Heyətə «Müsavat» qəzetinin müdiri Məmməd Rza Şirazi və Mirzə Əhməd Qəzvini daxil idi [60, 215]. Qəzet 

günaşırı çıxırdı. 

«İstiqlal» qəzeti  Məşrutə  İnqilabının düşmənlərinə başçılıq edən vali Müxbirülsəltənəyə qarşı daha 

cəsarətlə  çıxış edirdi. Qəzet qubernatorun inqilabçıları  əzmək üçün mürtəce feodal Rəhim xan və digər 

qaragüruhçularla əlaqəyə girdiyini və onların inqilabçılara qarşı törətdiyi cinayətləri ifşa edirdi. Məhz buna 

görə Müxbirülsəltənə  hərəkatın digər başçıları ilə birlikdə  «İstiqlal» qəzetinin redaktorunu həbsə aldırdı, 

qəzeti isə bağlatdırdı [8, 246]. 

Mirzə Ağa Təbrizinin redaktorluğu ilə çıxan hər üç qəzetdə milli məsələlərə toxunulur, xalqın acınacaqlı 

vəziyyəti və hökumət əleyhinə çıxışları sadə, anlaşıqlı dildə göstərilirdi. 

 

 



 

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



21 

 

 

 

Ədəbiyyat 

 

 

Azərbaycan və rus dillərində 

 

1. Araeв C.Jl. Иpaн Meждy пpoшлым и будущим. Mocква,1987. 

2. Ağayeva G., Təbriz ədəbi mühiti, Bakı, 2004 

3. Arzumanlı V. Azərbaycan diasporu. B., 2001. 

4. Azərbaycan dövrü mətbuatı. Biblioqrafiya (tərtib edəni S.Rüstəmova-Tohidi) Bakı, 1993. 

5. Axundov 

M.F. 

Əsərləri. 3 cilddə. Bakı, 1961-62. 



6. Axundov 

N. 


Azərbaycan satira jurnalları. Bakı, 1968. 

7. AMEA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası 

8. Cənubi Azərbaycan tarixinin oçerki. Bakı, 1985. 

9. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası IV cilddə. Bakı, 1981, 1983,1988, 1994. 

10. Cənubi Azərbaycan tarixi məsələləri. Bakı, 1989. 

11. Cəfərov N. Cənubi Azərbaycan ədəbi dil: normalar və üslublar. Bakı, 1982. 

12. Çeşmazər. M.Q.Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti. Bakı, 1986. 

13.  Doktor Cavad Heyət. B., 1995. 

14.  Дорошенко. Cистема пpocвeщения 

B

 Иpaнe. M. 1959. 



15.  Əhmədov T. N.Nərimanovun yaradıcılıq yolu. B., 1991. 

16.  Əmirov S. Cənubi Azərbaycan Milli-demokratik ədəbiyyatı (1941- 1990-cı illər), Bakı, 2000. 

17.  Əhməd V. M.C.Pişəvəri: həyatı, mühiti və yaradıclığı, Bakı, 1998 

18. Güney 

Azərbaycan. (Məlumat kitabı) Bakı, 2000. 

19. Hatəmi H. Mühacir İran qəzetlərinin müstəmləkəçilik və imperializın əleyhinə mübarizəsi. B.1964. 

20. Heyət C. Türklərin tarix. və mədəniyyətinə bir baxış. Bakı, 1993. 

21. Heyət C. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1998. 

22. Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı, 1988. 

23. Həsənli C. Güney Azərbaycan, Tehran-Bakı- Moskva arasında (1939-1945), Bakı, 1998. 

24. Həsənli C. Soyuq müharibənin başlandığı yer. Güney Azərbaycan. 1945-1946. Bakı, 1994. 

25. Həsənzadə T. M.H.Etimadülsəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri. B. 2001. 

26. Həsənzadə T. C.Məmməquluzadənin Cənub səfəri və Molla Nəsrəddin jurnalının Təbrizdə nəşri. Bakı, 1991. 

27. XX 


əsr Cənubi Azərbaycan ədəbiyyatında demokra tik ideyalar. B., 1990. 

28. Koмиccapoв Д.C. O cовpeмeнном иранском литературоведении. M., 1983. 

29. Qarayev 

Yaşar. Azərbaycan ədəbiyyatı XIX-XX yüzilliklər. Bakı, 2002. 

30.  Qarayeva G. Hacıqədirli A. “Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi”. I kitab. B. 2003. 

31.  İbrahimov T.A. (Şahin) İranda siyasi cəmiyyətlər və təşkilatların yaranması. Bakı, 1967. 

32. Nutqi 

Həmid. Hər rəngdən. Dünəndən bu günə, Ankara,1996 

33. Marağayi Z. İbrahim bəyin səyahətnaməsi. Bakı, 1982. 

34. Rəsulzadə M. Əsərləri. (Kitabı çapa hazırlayan, ön sözün və şərhlərin müəllifi prof. Ş.Hüseynov). 

35. Məmmədov R. Azərbaycan diasporu və milli mətbuat. Bakı, 2004 

36. Məmmədzadə H. Axundov və Şərq, B., 1971. 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



22 

37. Məmmədquluzadə Həmidə. Mirzə Cəlil haqqında xatirələrim. 1981. 

38. Məmmədli Q. Xiyabani. Bakı, 1949. 

39. Məmmədova P. «Varlıq» jurnalında ədəbiyyat məsələləri. Bakı, 2000. 

40. Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. B.,1980. 

41. Mustafayev 

V. 

Cənubi Azərbaycanda milli şüur Bakı, 1998 



42. Nəsibzadə N. Bütov Azərbaycan. Bakı, 1997. 

43. Pişəvəri S. Seçilmiş əsərləri, Bakı, 1984

;

 

44. XX 



əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. Bakı, 1990. 

45. Xəndan Cəfər. Uğur yolu, Bakı, 1987 

46. Xəndan Cəfər, Ədəbiyyatımızm dünəni və bu günü. c B., 1980. 

47. Peзников A. Иран падение шахского.режима M., 1983. 

48.  Rizvan N. Azərbaycan diasporası tarixindən, Bakı, 1998 

49. Rüstəm S. Seçilmiş əsərləri, Bakı, 2005 

50. Pипка Я. История тачикской и фарсидиской литературы 

51. Tağıyeva Ş. 1920-ci il Təbriz üsyanı. B., 1990. 

52.  Tahirli A. Mühacirət mətbuatı. II c., B., 2003. 

53. Tərbiyət M. Daneşməndane Azərbaycan. Bakı, 1987. 

54. Vəkilov J.M. Azərbaycan respublikası və İran: 40-cı illər, Bakı, 1991 

55. Vilayi 

M.P. 

Cənubi Azərbaycanda Milli azadlıq uğrunda demokratik mətbuatın mübarizəsi (1945-1946), Bakı, 



1963 

56. Zehtabi 

M. 

İran türklərinin tarixi, Təbriz, 1998 



 

 

 



 

Başqa dillərdə 

 

57. Adamiyyət F. Fikri-azadi və müqəddimeye-İran.Tehran 1340. 

58. Aryanpur 

Y. 


Əz Səba ta Nima. Tehran. IIc., 1354. 

59. Bərzini M. Mətbuate İran. Tehran, 1354. 

60.  Brawne E., Tarbiyat M. The press and poetry of modern Persia. Kambrige. 1914 

61. Haşimi M.S. Tarixe cəraid və məcəlləte İran. İsfahan, 4 cilddə, 1327-1331. 

62.  Shaffer Brenda. Borders and Brethren. Iran and Challenge of Azerbaijani Identity. , Cambridge, USA, 2002. 

63. Kəsrəvi Ə. Tarixe Məşruteye İran, Tehran 1330 

64. Sərdar N.S. Tarixe ruznameha və məcəlləhaye Azərbaycan, I c., yersiz, 1360. 

65. Umid. 

H.Tarixe-fərhənge Azərbaycan Təbriz 1332. 

66. Musəvi N. Əsərhaye montəşer şode be torki Azərbaycani dər İran, yersiz, 1360 

67. Uzun 

Ə. Cənubi Azərbaycan basın tarixi, Trabzon2002 



 

 

 

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



23 

Dövrü mdtbuat 

68.  «Ana dili» qəzeti 

69. «Ay 

molla 


əmi» qəzeti 

70. «Azərbaycan» - II jurnalı 

71. «Azərbaycan» - VI qəzeti 

72. «Azərbaycan» - VII qəzeti 

73. «Azərbaycan» - VIII jurnalı 

74. «Azərbaycanın səsi» jurnalı 

75. «Bakı-Təbriz» jurnalı 

76. «Dədə Qorqud» jurnalı 

77. «Durna» 

jurnalı 


78.  Ədəbiyyat qəzeti 

79. «Əxtər» qəzeti 

80. «Əkinçi» qəzeti 

81. «Əncümən» qəzeti 

82. «Fəryad» qəzeti 

83. «Günəş» məcmuəsi 

84. «Həşərətül ərz» qəzeti 

85. «İldırım» jurnalı 

86. «İnsaf» qəzeti 

87. «İnqilab yolunda» jurnalı 

88. «İstiqlal» qəzeti 

89. «21 


Azər»jurnalı 

90. «Qardaş ədəbiyyatlar» jurnah 

91. «KamaI» 

qəzeti 


92. «Qurtuluş» qəzeti 

93.  «Middle East» jurnalı 

94. «Molla 

Nəsrəddin» jurnalı 

95. «!Naleyi 

millət» qəzeti 

96. «Nəsime-şimal» qəzeti 

97. «Nəvide Azərbaycan» qəzeti 

98. «Nəzmiyeyi Təbriz» qəzeti 

99. «Peykar» 

qəzeti 

100.  «Savalan» jurnalı 



101.  «Sepido-siyah» jurnalı 

102.  «Sitareyi Azərbaycan» qəzeti 

103.  «Suri israfıl» qəzeti 

104.  «Şahin» qəzeti 

105.  «Şərq» qəzeti 

106.  «Təcəddüd» qəzeti 

107.  «Tribun» jurnalı 

108.  «Varhq» jurnah 

109.  «Varhğın səsi» jurnalı 

110.  «Vətən yolunda» qəzeti 



111.  «Yoldaş» jurnalı 

 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin