Mövzu № Yeni dövr Qərbi Avropa fəlsəfəsi Yeni dövr fəlsəfəsi



Yüklə 39,64 Kb.
səhifə1/8
tarix22.05.2023
ölçüsü39,64 Kb.
#119240
  1   2   3   4   5   6   7   8
6. Yeni dövr Qərbi Avropa fəlsəfəsi


Mövzu № 6. Yeni dövr Qərbi Avropa fəlsəfəsi



  1. Yeni dövr fəlsəfəsi:

a) Empirizm: F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli, D.Yum;
b) Rasionalizm: R.Dekart, B.Spinoza, Q.Leybnits.

  1. Fransa Maarifçilik fəlsəfəsi: Volter, Didro, Dalamber, Russo, Monteskyö



I. Yeni dövr fəlsəfəsi. Yeni dövr bəşər tarixinin XVII-XIX əsrlərini əhatə edir. Yeni dövrün başlanması şərti olaraq İngiltərə burjua inqilabının baş verdiyi il - 1640-cı il qəbul edilir (bəzən bu tarix 1517-ci il M.Lüter reformasiyası ilə götürülür). Məhz bu inqilab yeni dövrə - kapitalizmə, və yaxud industrial (sənaye) sivilizasiyaya keçidi şərtləndirmişdir.
Yeni, industrial (sənaye) cəmiyyətinin inkişafı təkcə iqtisadi, siyasi və sosial münasibətlərdə dəyişikliklərə səbəb olmur, o, həm də insanların şüurunu dəyişir. İctimai şüurun belə dəyişməsinin əsas səbəbi elm, ilk növbədə məhz XVII əsrdə qərarlaşma dövrünü yaşayan eksperimental-riyazi təbiətşünaslıq olur. Təsadüfi deyil ki, XVII əsri adətən elmi inqilab dövrü adlandırırlar.
XVII əsrdə istehsalda əmək bölgüsünü istehsal proseslərində rasionallaşmaya və deməli bu rasionallaşmanı stimullaşdıracaq elmin inkişafına tələbat yaradır. Yeni dövrdə elmin inkişafı, köhnə ictimai qaydaların dağılması və kilsə nüfuzunun zəifləməsi ilə əlaqəli sosial çevrilişlər fəlsəfədə yeni istiqamətlərin yaranmasını şərtləndirmişdir. Əgər Orta əsrlərdə fəlsəfə ilahiyyatla, İntibah dövründə incəsənət və humanitar biliklərlə ittifaqa girmişdisə, Yeni dövrdə o, əsasən elmlə ittifaq bağlayır. Ona görə də XVII əsr fəlsəfəsinin qarşısında dayanan problemləri anlamaq üçün, birincisi, əsası bu dövrdə qoyulmuş yeni tip elmin - eksperimental-riyazi təbiətşünaslığın səciyyəsi nəzərə alınmalıdır. İkincisi, bu dövrdə elmin aparıcı mövqeyə çıxması fəlsəfədə də ön plana idrak nəzəriyyəsinin – qnoseologiyanın problemləri çıxır.
Yeni dövr fəlsəfi fikrinin inkişafına hələ XVI əsrdə, daha dəqiq desək, 1517-ci ildə Martin Lüter tərəfindən əsası qoyulmuş, katolisizmin iki hissəyə bölünməsi ilə nəticələnmiş protestantizm hərəkatının da böyük rolu olmuşdur. Beləliklə, ruhun xilasını yalnız inamın sərəncamına verən Lüter, bununla da zəkanın dünyəvi praktik fəaliyyəti - sənətkarlıq, təsərrüfat, siyasət sahəsinə çıxarır. Əmək özünəməxsus dünyəvi fəaliyyət növü kimi çıxış edir, artıq rahiblik fəaliyyətini protestantizm qəbul etmir. Ona görə də, hər bir əməyə: həm kəndli, həm sənətkar, həm də sahibkar əməyinə xüsusi məhəbbət bəslənilir. Buradan da əməyi yüngülləşdirən və maddi tərəqqini stimullaşdıran hər bir elmi-texniki ixtira və təkmilləşdirmələrə verilən xüsusi dəyər etiraf olunur. Bütün bunlar Yeni dövr fəlsəfəsinin banilərindən olan F.Bekonun “Elm güc deməkdir” tezisi ilə tam şəkildə səsləşir.
Artıq yuxarıda deyildiyi kimi Yeni dövrdə əsasən qnoseoloji problemlər ön plana çıxır. Burada iki istiqamətə, iki cərəyan qabarıq şəkildə özünü büruzə verir. Fəlsəfi, o cümlədən elmi biliyin əldə edilməsində hissi təcrübəni əsas götürənlər empirizm, zəkanı əsas kimi qəbul edənlər isə rasionalizm tərəfdarları kimi çıxış edirlər. Empiriklər: F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli, D.Yum; rasionalistlər: R.Dekart, B.Spinoza, Q.Leybnits.



Yüklə 39,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin