Mövzu № Yeni dövr Qərbi Avropa fəlsəfəsi Yeni dövr fəlsəfəsi



Yüklə 39,64 Kb.
səhifə5/8
tarix22.05.2023
ölçüsü39,64 Kb.
#119240
1   2   3   4   5   6   7   8
6. Yeni dövr Qərbi Avropa fəlsəfəsi

B.Spinoza. Yeni dövr fəlsəfəsində mükəmməl fəlsəfi sistem yaradanlardan biri də holland filosofu Benedikt (Barux) Spinoza (1632-1677) olmuşdur. Fəlsəfi yaradıcılığına Dekartın alovlu ardıcılı kimi başlamış, karteziançılıqdan mühazirələr oxumuşdur.
Spinozanın fəlsəfi tədqiqatlarının predmetini: substansiya problemi; idrak nəzəriyyəsi; etik-əxlaqi problemlər təşkil edir.
Substansiya probleminin həllində Spinoza Dekart dualizminin əksinə olaraq monist mövqe tutmuşdur. O, bütün dünyanın əsasında vahid substansiyanın durduğunu iddia etmiş və onu təbiətlə eyniləşdirmişdir. Spinozaya görə, Ali substansiya – Tanrı və onun yaratdığı substansiyalar arasında fərq yoxdur. Hər şeyi əhatə edən yalnız vahid substansiya mövcuddur. Bu substansiya özündə həm təbiəti, həm də Tanrı saxlayır: təbiət və Tanrı eynidir. Yalnız vahid Təbiət-Tanrı yaratmaq qabiliyyətinə malik olub “yaradıcı dünyadır” və o, “yaradılmış dünyanı” – təkcə şeyləri yaradır. Təkcə şeylər özlüyündə mövcud olmayıb, yalnız vahid substansiya – Təbiət-Tanrının təzahürləri –“moduslarıdır”. Moduslar dəyişə, məkan və zamanda hərəkət edə bilər, onların mövcudluqlarının başlanğıc və sonu var.
Təbiət-Tanrı substansiyasının özünəməxsus keyfiyyətləri var:
- mövcuddur;
- öz-özünün daxili (modusların isə xarici) səbəblərinə malikdir;
- çoxsaylı atributları (xassələri) var, onlardan ən əsası: təfəkkür və ölçü;
- məkan və zamanda sonsuzdur;
- əbədidir (yaradılmayıb və məhv olmur);
- hərəkətsizdir;
Qnoseoloji problemləri tədqiq edən Spinoza idrakın üç mərhələsini göstərir:
- “xalis şəkildə idrak” birbaşa insan zəkasından törəyir, heç bir xarici səbəbdən asılı deyil – bu idrakın ali növüdür;
- zəkanın fəaliyyətindən (düşüncələr, məntiqi əməliyyatlar) törəyən idrak – idrakın ikinci səviyyəsi olub daha az həqiqidir;
- hissi idrak – Spinozaya görə, bu yolla əldə edilən bilik sübutolunmaz, qeyri-səhih, natamam və səthidir, bu səviyyənin həqiqi bilik əldə edilməsində rolu azdır.
Əxlaq problemlərinin həllində Spinozanın əsas müddəaları aşağıdakı kimidir:
- determinizm (təbiətdə hər şeyin şərtlənməsi);
- azadlıq və zərurətin nisbəti.
Hər iki müddəanı təhlil edən Spinoza bu nəticəyə gəlir ki, azadlıq və zərurət substansiyada bir tam kimi birləşir. Tanrı-Təbiət tam azaddır, lakin O, sərt zəruriyyət çərçivəsində fəaliyyət göstərir. Vahid substansiyaların modusları – təkcə şeylər ümumiyyətlə azadlığa malik olmayıb, tam şəkildə zəruriyyətin tabeçiliyindədirlər.
Modus-insan digər moduslardan təfəkkürünün olması ilə fərqlənir və deməli azadlığa can atır. Lakin yenə də modus olaraq qaldığı üçün azad deyil və zərurətin “məngənəsindədir”. Qəlbində azad olmaq istəyən insan, əslində zərurət axımında üzür, bu axımla bacarmayaraq zərurətlə barışmaq zorunda qalır, Spinozanın öz sözləri ilə desək “mənəvi avtomata” çevrilir. Azadlığa gedən yol xarici zərurəti daxili zərurətə çevirəcək şəraitin tapılmasından keçir. Azadlıq – dərk olunmuş zərurətdir.



Yüklə 39,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin