Mövzu № Yeni dövr Qərbi Avropa fəlsəfəsi Yeni dövr fəlsəfəsi



Yüklə 39,64 Kb.
səhifə3/8
tarix22.05.2023
ölçüsü39,64 Kb.
#119240
1   2   3   4   5   6   7   8
6. Yeni dövr Qərbi Avropa fəlsəfəsi

4. “Teatr kabusu” - avtoritetlərə kor-koranə inamdan törəyir. Bu kabusun aradan qaldırılması üçün sxolastika və Aristotelin fəlsəfi sistemindən imtina etmək lazımdır. Onlara kor-koranə inam elmi biliyin inkişafında tormoz rolunu oynayır.
Bekon metod məsələsində də Aristoteli qəbul etməmiş, belə hesab etmişdir ki, onun sillogistikası, deduktiv təfəkkür tərzi bizə yeni elmi biliklər verə bilməz. Bunun üçün bizə induktiv təfəkkür lazımdır. Məntiqi təfəkkür və məntiqi əqlinəticənin formalarından biri induksiyanın gerçək yaradıcısı Bekon hesab edilir.


T.Hobbs. Böyük ingilis filosofu Tomas Hobbs (1588-1679) F.Bekonun şagirdi və onun banisi olduğu fəlsəfi ənənənin davamçısı olmuşdur. O, teosentrik sxolastik fəlsəfəni inkar etmiş, fəlsəfənin məqsədinin insan fəaliyyətində praktik nəticələrin əldə edilməsi və elmi-texniki tərəqqiyə yardımçı olmasında görmüşdür. Dövrü üçün aktual olan empirizm (təcrübi idrak) və rasionalizm (zəkaya əsaslanan idrak) arasındakı mübahisələrdə empirizm tərəfdarı olsa da, rasionalizmə də ehtiyac olduğunu bildirmişdir.
Hobbsun fəlsəfi marağının predmetini qnoseologiya və dövlət nəzəriyyəsi təşkil etmiş, hər iki sahədə fundamental əsərlər yazmışdır.
T.Hobbs hesab edir ki, insan biliyi əsasən hissi qavrayışların köməyi ilə əldə edir. Ona görə hissi idrak hissi qavrayış – hiss orqanları vasitəsilə ətraf mühitdən siqnallar almaq və onların sonrakı emalıdır. Bu siqnalları filosof “işarələr” adlandırır.
Metod probleminin həllində o, eyni zamanda həm induksiyadan, həm də deduksiyadan istifadəni məqbul saymışdır. Eyni zamanda elmlər içərisində həndəsəyə böyük üstünlük vermiş, onun metodlarını insan biliklər sisteminin daha inandırıcı əsaslandırmağa imkan yaratdığını söyləmişdir.
Hobbsa görə, fəlsəfənin əsas problemi cəmiyyət və dövlət problemləri olmalıdır. Çünki fəlsəfənin məqsədi insanın öz fəaliyyətində praktiki nəticələrə nail olmağa kömək etməkdir. İnsan isə cəmiyyətdə və konkret dövlətdə yaşayır və fəaliyyət göstərir. O, məşhur “Leviafan” adlı əsərində cəmiyyət və dövlət nəzəriyyəsini əsaslandırmışdır. Bu nəzəriyyəyə görə, insan ilk əvvəldən şər təbiətə malikdir. İnsanın fəaliyyətində hərəkətverici qüvvə şəxsi mənfəət, eqoizm, ehtiras, tələbat və affektlərdir. Bu keyfiyyətlər hər bir insana hər şeyə hüququ olması fikrini təlqin edir. Hər bir insanın hər şeyə hüququ olması və özgələrinin hüquqlarına biganəlik “hamının hamıya qarşı müharibəsinə” gətirir, bu müharibədə qalib yoxdur və o, insanların normal birgəyaşayışına, iqtisadi tərəqqiyə əngəl törədir. Normal birgəyaşayışı təmin etmək məqsədilə insanlar “ictimai (birgə) müqavilə” bağlamış və özlərinin “hər şeyə hüququ olma” iddialarını məhdudlaşdırmışlar. “Hamının hamıya qarşı müharibəsinin” qarşısını almaq, ifrat insani eqoizmi boğmaq, cəmiyyətdə həyatı tənzimləmək məqsədilə ümumi institut (mexanizm) – dövlət yaradılmışdır.


C.Lokk. Böyük ingilis filosofu Con Lokk (1632-1704) həmvətənləri F.Bekon və T.Hobbsun bir sıra fəlsəfi ideyalarını inkişaf etdirmişdir. O, Yeni dövr fəlsəfəsində ingilis empirizm ənənələrini davam etdirmiş, müasir liberalizmin banisi olmuşdur. Fəlsəfi tədqiqatlarının nüvəsini idrak nəzəriyyəsi və sosial fəlsəfi problemlər təşkil edir.
C.Lokk fəlsəfi ideyalarını bu şəkildə ümumiləşdirmək olar. İdrakın əsasında yalnız təcrübə dayanır: İnsan fikrində (zəkasında) elə bir şey yoxdur ki, o əvvəlcə hisslərdə olmasın. Şüur boş məkandır (empty cabinet). Bu məkan insanın həyatı boyunca təcrübə ilə doldurulur. Buradan Lokkun şüur haqqında məşhur tezisi yaranmışdır: Şüur “təmiz lövhədir” (“tabula rasa”), bu lövhədə təcrübələr yazılır. Təcrübənin mənbəyi isə insanın hiss üzvləri vasitəsilə qavradığı xarici dünyadır.
İngilis filosofa görə, fəlsəfənin məqsədi insana öz fəaliyyətində uğur qazanmağa kömək etməkdir. İdeal insan – sakit, qanunpərəst, ədəbli centlmendir. O, daim təhsil səviyyəsini yüksəldir və peşəsində yüksək nəticələrə nail olur.
İdeal dövlət – hakimiyyətin qanunverici, icraedici (o, cümlədən məhkəmə) və federativ (xarici siyasət) qollara ayrılma prinsipi əsasında qurulan dövlətdir. C.Lokk bu ideyanı irəli sürmüş ilk filosof olmuşdur. Onun bu ideyası bir çox filosoflar tərəfindən, xüsusilə fransız maarifçi-filosof Ş.L.Monteskyö tərəfindən inkişaf etdirilmişdir.



Yüklə 39,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin