İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə1/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   66
Mirzacanzade Ixtisasa girish



A. X. Mirzəcanzadə, F. G. Şıxəliyev
İXTİSASA 
GİRİŞ
ALİ TEXNİKİ MƏKTƏBLƏRİN QAZ-NEFT MƏDƏN 
FAKÜLTƏSİ TƏLƏBƏLƏRİ ÜÇÜN DƏRSLİK
Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyi tərəfindən
təsdiq edilmişdir
“MAARİF” NƏŞRİYYATI
BAKI – 1985


Rəyçi: Azərb. SSR EA müxbir üzvü, prof. M. Seyid-Rza 
Elmi redaktoru: prof. Ə. Sadıqzadə 
Mirzəcanzadə A., Şıxəliyev F.
M67 İxtisasa giriş – Ali texniki məktəblər üçün dərslik. I nəşri. – 
Bakı, “Maarif” 1985, 157 səh. şəkilsiz. 
Dərslikdə müasir neft və qaz muhəndislərinin hazırlanmasında ix-
tisas və dünyagörüşü ilə əlaqədar fundamental elmlərin rolu izah olu-
nur. 
Kitabda geologiya, qazma, neft və qaz hasilatı, nəql edilməsi və emalı 
barədə qısa məlumat vardır. Dənizdə neft və qaz hasilatının inkişafı 
perspektivlərinə xüsusi yer verilmişdir. Erqonomika, ekologiya və 
əmək mühafizəsi məsələlərinə də baxılmışdır. Müxtəlif səviyyələrdə 
qərar qəbul edilməsi, xüsusən fikirlərin razılaşdırılması məsələləri də 
müzakirə olunur. 
Mühəndisin 
ixtisas 
keyfiyyətləri 
və 
dünyagörüşünün 
formalaşmasında incəsənətin əhəmiyyətindən də bəhs olunur. 
Toxunulan məsələlərın izahı, qarşıya qoyulmuş əsas məqsədi 
yerinə yetirməklə bərabər kitabdan mütəxəssis olmayan oxucuların da 
istifadə etməsinə imkan verir. 
Dərslik müəlliflər tərəfindən birlikdə yazılmışdır.


3
GİRİŞ
Neft və qaz sənayesinin sürətli inkişafı qarşıya bir sıra yeni 
texniki və ictimai problemlər qoymuşdur. İlk növbədə yeni neft 
və qaz yataqlarının aşkar edilib və tez bir zamanda istismara 
verilməsi problemini göstərmək lazımdır. Bununla yanaşı köhnə 
yataqlarda neft və qaz hasilatının sabitləşdirilməsi də mühüm 
məsələlərdəndir. Neft və qazın uzaq məsafəyə nəql edilməsi xalq 
təsərrüfatının xammal və yanacaqla təchiz olunmasında böyük 
əhəmiyyətə malik olub, əsas problemlərdən hesab olunmalıdır. 
Yeni problemlərin meydana çıxması neft və qaz sənayesi 
mütəxəssislərinin hazırlanmasında yeni tələblər irəli sürür. 
Təqdim olunan «İxtisasa giriş» kursunda «T-ixtisası» üzrə 
mühəndislərin hazırlanmasında bir çox ümumi və konkret 
məsələlərdən bəhs olunur. İlk növbədə fundamental elmlərin 
tədrisi şablon şəklində deyil, yaradıcı üslubda aparılmalıdır, yəni 
riyaziyyat, kimya, fizika və s. fənlər tətbiqi xarakterdə konkret 
misallarla tədris olunmalıdır. 
Müasir mühəndis texnoloji prosesləri təhlil edərkən hazırki 
vəziyyət üçün qərar qəbul etməyi və gələcəyi proqnozlaşdırmağı 
bacarmalıdır. Burada statistik təhlillə yanaşı passiv və aktiv 
təcrübələrin səmərəli üsullarla qoyulması böyük əhəmiyyətə 
malikdir. 
Kəşfiyyat, qazma, neft-qaz çıxarma, nəqletmə və emal 
məsələlərinə kompleks sistem səviyyəsində yanaşmaq zəruridir. 
Müasir muhəndis tam texnoloji prosesin başlanğıc və gələcək 
mərhələsini nəzərə alaraq prosesi idarə etməyi bacarmalıdır. 
Məsələn, qazmaçı mütəxəssis kəşfiyyat və neft-qaz çıxarma işini 
istismarçı isə qazmanı, emalı və nəqletməni bilməklə texnoloji 
prosesi idarə etməyi bacarmalıdır. 
Mühəndis öz praktiki fəaliyyətində texnoloji prosesləri 
müvəffəqiyyətlə idarə etməklə yanaşı ətraf mühitin mühafizəsi, 
erqonomika, əmək mühafizəsi və yanğın profilaktikası məsələlərini 
diqqət mərkəzində saxlamalıdır. 
Müasir dövrdə mühəndis fəaliyyətinin müəyyənedici 
amillərindən ən ümdəsi iqtisadiyyat göstəricilərinin qənaətli 
olmasıdır. Mühəndis əmək fəaliyyətində istehsal prosesi ilə 
əlaqədar qarşıya çıxan başqa məsələləri də məharətlə həll etməyi 
bacarmalıdır. 
Tədris prosesi, necə deyərlər, həm alman və həm də ingilis 
üslublarında həyata keçirilməlidir. Alman üslubuna görə tələbə 
«çox şeyi» görməli, ingilis üslubuna görə isə heç olmasa «bir az» 
etməyi bacarmalıdır. 
Müasir mərhələdə tələbənin ixtiyarında elektron hesablama 
maşınları, manipulyasiya və robot texnikası vardır. Bunlar tələbəni 
gündəlik «qeyri-yaradıcı» əməkdən azad edib, ona öz yaradıcılıq 


4
istedadını daha geniş miqyasda nümayiş etdirmək imkanı verir. 
Beləliklə, mühəndis anlayışı getdikcə daha çox öz başlanğıc 
mənasına, yəni yaradıcı mənasına qayıdır. 
V. Hüqo deyir ki, şair üçün intuisiya, elm və praktikadan 
alınan üç keyfiyyət zəruridir. Bu keyfiyyətlər eynilə mühəndisə də 
lazımdır. 
Müasir dövrün sürətli elmi-texniki tərəqqisi şəraitində tələbənin 
institutda aldığı bilik tez bir zamanda köhnəldiyi üçün konkret 
proseslərə və texniki vəsaitə onların gələcək inkişaf imkanları 
nöqteyi-nəzərindən tənqidi yanaşmaq lazımdır. Buna görə də 
ixtisas fənləri sistemli, təhlil nöqteyi-nəzərindən izah olunmalıdır. 
Məsələn, müəyyən bir qazma üsulu öyrənilərkən süxurların 
dağılması mövqeyindən məlumat kanallarının tətbiqi imkanları 
nəzərə alınmalıdır. Yaxud başqa bir misal kimi qazma prosesində 
plazma üsulunun səmərəli tətbiq olunması imkanları məsələsini 
göstərmək olar. Bu prosesdə ayrılan böyük enerji tam istifadə 
oluna bilmədiyi üçün faydalı iş əmsalı çox kiçik olur. Bunun əsas 
səbəbi bilavasitə quyu dibində məlumat kanalının olmamasıdır. 
Bu deyilənlər sübut edir ki, məsələnin optimal həlli üçün 
mühəndis öz ixtisasından əlavə elmin başqa sahələrini, xüsusən 
texnoloji proseslərin avtomatik tənzimləmə nəzəriyyəsi üsullarını 
bilməlidir. 
Məlumat azlığını emosiya ilə tamamlamaq mümkündür. 
Məlumdur ki, emosiyanın inkişafında incəsənətin rolu böyükdür. 
L. N. Tolstoy yazır ki, incəsənət və elm ürək və ciyərlər 
kimi vahiddir. Məhz buna görə də kitabda incəsənətin bəzi 
məsələlərindən qısaca bəhs edəcəyik. 
Müasir dövrdə neftçilərin qarşısında duran mühüm 
problemlərdən biri layların neft və qaz veriminin artırılmasıdır. 
Bu neft və qaz yataqlarının ehtiyatlarından tam istifadə etməklə 
əlaqədardır. Təbii enerji mənbəyi problemi dünyanın ən mühüm 
problemi sayılır. Təbii enerji yer üzərində həyat və sülh təmin edən 
bir amildir. Dünyada təbii enerjinin tükənməsi dövlətlər arasında 
hərbi münaqişəyə, hətta yeni dünya müharibəsinin yaranmasına 
səbəb ola bilər. Buna görə də təbii enerji mənbəyi probleminin həlli 
bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malikdir. 
Məlumdur ki, enerji ehtiyatı müəyyən dərəcədə insan həyatının 
təminat vasitəsi sayılır. 
Qeyzenberq yazır ki, təbii enerji həyatda yaranan bütün 
dəyişikliklərin səbəbkarıdır. Yəni o həyatın açarıdır. 
Hazırda tələb olunan enerjinin 70%-i neft və qazın hesabına 
ödənilir. Yanacağa olan tələbatın sürətlə artması müəyyən 
müddətdən sonra onun tükənməsinə səbəb ola bilər. Müxtəlif 
hesabatlara görə bu müddət 20-50 il arasında dəyişir. 
1973-cü ildə bir sıra neft hasil edən xarici ölkələrdə neftin satış 
qiymətinin artırılması dünya miqyasında enerji böhranına səbəb 


5
oldu. Bu problemin həlli elmi-texniki tərəqqi ilə sıx əlaqədardır. 
Enerji böhranı probleminin həlli ona qənaətlə yanaşı başqa enerji 
növlərindən də istifadə etməkdir. Energetika sahəsində istilik 
nüvə sisteminə keçmək buna yaxşı nümunə ola bilər. Hazırda 
SSRİ-də işlənib hazırlanmış kiçik ölçülü reaktorları şəhərlərin 
istilik təchizatını təmin etməklə yanaşı ətraf mühitin çirklənməsini 
azaldır və başqa enerji növlərinə nisbətən iki dəfə ucuz başa gəlir. 
Nüvə enerjisi ilə yanaşı başqa enerji mənbələrindən – günəş, su, 
külək, vulkan və s. istifadə edilməsinin böyük əhəmiyyəti vardır. 
Təbii enerjiyə qənaət etmək tədbirlərindən biri avtomobil və 
hava nəqliyyatı vasitələrini iki dəfə azaldıb dəmiryol nəqliyyatına 
üstünlük vermək, böyük enerji tələb edən istehsal proseslərini 
azaltmaq, alüminiumu dəmirlə, plastik kütlələri ağacla, yuyucu 
maddələri isə sabunla əvəz etmək nəzərdə tutulur. 
Hesablamalara görə yuxarıda göstərilən tədbirlər 1945-ci ildən 
həyata keçirilsə idi, 1970-ci ildə iqtisadi inkişafa zərər vermədən 
təbii enerji sərfini 66% azaltmaq mümkün olardı. Əlbəttə bu 
rəqəmlər əhalisi dünya əhalisinin 6%-ni, sərf etdiyi enerji isə 
dünya üzrə sərf olunan enerjinin üçdə birini təşkil edən ölkələrə 
aiddir. Belə ki, ABŞ-da adam payına düşən orta enerji sərfi başqa 
ölkələrə nisbətən 6 dəfədən artıqdır. 
Yuxarıda qeyd etdiklərimiz bir daha sübut edir ki, neftçi 
mühəndislər nüvə enerjisinin tətbiqini ətraflı öyrənməli, ondan 
istilik, kimyəvi, mikrobioloji üsullarla yanaşı laya təsir edən enerji 
növü kimi istifadə etməyi bacarmalıdırlar. 
Müəlliflər bəzi məsələlərin izahını verməklə neft-qaz ixtisası 
üzrə təhsil alan dünənki orta məktəb şagirdlərinin yüksək ixtisaslı 
və geniş dünyagörüşünə malik mühəndis kimi yetişməsinə 
kömək etməyə cəhd göstərmişlər. Təbiidir ki, bu ilk cəhd kifayət 
dərəcədə müvəffəqiyyətli olmaya bilər. Buna baxmayaraq ümid 
edirik ki, ölkənin enerji yanacaq balansında mühüm yer tutacaq
neft-qaz istehsalında fəal iştirak edəcək mühəndis kadrların 
hazırlanmasında bu dərsliyin müəyyən köməyi olacaqdır. 
Bu kurs üzrə mühazirələr Azərbaycan Neft və Kimya İnstitutunun 
qaz-neft-mədən fakültəsində son bir neçə ildir ki, oxunur. Kursun 
ayrı-ayrı hissələri İvano-Frankovski Neft və Qaz İnstitutunda, 
Ufa və Tümen Sənaye İnstitutlarında tədris edilmişdir. Müəlliflər 
kursun təkmilləşməsinə kömək edəcək oxucu qeydlərini böyük 
məmnuniyyətlə qəbul edəcəklər.


6

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin