İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə9/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
Mirzacanzade Ixtisasa girish

II. KİTABI NECƏ OXUMALI
Kitabı necə oxuyuruq sualına adətən «kitabın necəliyinə baxır» 
kimi cavab verilir. Şübhəsiz kitabın oxunmasına vərdişlər; ətraf şərait, 
oxucunun psixoloji amilləri və əhval-ruhiyyəsi öz təsirini göstərir. 
Bizə elə gəlir ki, kitabı heç də pis oxumuruq. Ancaq bu həmişə belə 
olmur. Adətən, kitabı oxuyarkən bir çox nöqsanlardan yaxa qurtara 
bilmirik, bəzən çox pis oxuyuruq. Belə oxunuş nəinki faydasız, hətta 
zərərli də ola bilər. Nəyi və necə oxumağı düzgün təyin etmək lazımdır. 
Sözsüz, insanın mənəvi zövqünə və əxlaqi ruhuna (norma) mənfi 
təsir edən ədəbiyyat ziyanlıdır. Oxunma üsulu düzgün olmadıqda 
alınan ziyan cismani və mənəvi olur. Kitabı «udmaq» adəti oxucuda 
başağrısı törədir. Onun əsəb sisteminə pozucu təsir edir, diqqətsizliyə, 
iradə və idrak zəifliyinə səbəb olur. Pis oxunuş ədabazlığa, özgə 
fikirləri əzbərləməyə və başqa zərərli hallara gətirir. Mütaliə 
həqiqətən məharət tələb edir. Mahir oxucu kitabdan ona lazım olan 
dəyərli məlumatları seçməyi və mütaliə üsulunu öz məqsədinə 
uyğunlaşdırmağı bacarmalıdır. Mütaliə məqsədi və üsulları müxtəlif 
qruplara və növlərə ayrılır. 
Mütaliə passiv və aktiv formalarda olur. Passiv mütaliədə oxucu 
bir növ müəllifin təsiri altında qalıb, nə tənqidi, nə də aydın mülahizə 
yürüdə bilir. 
Aktiv mütaliədə «mən» daim özünü ön plana çəkir, müəllifin hər 
bir fikri qiymətləndirilir. 
Mütaliə səthi və ya dərin mənimsənilmə ilə ola bilər. Bunu belə bir 
məcazi misalla aydınlaşdıraq. Fərz edək ki, içərisi su ilə dolu çəlləyə 
çubuq batırılmışdır. Çubuğu suya yarımçıq batırıb fırlatsaq, çubuğun 
batma dərinliyi qədər suyun hissəsi hərəkətə gələcəkdir. Çubuq suya 
nə qədər dərin basdırılarsa, bir o qədər çox suyun hissəsi təlatümə 
gələcək. Gətirdiyimiz bu müqayisə səthi və ya dərin oxumanı izah 
edə bilər. Səthi oxuma minimal zehni iş olub məzmunu «bir təhər» 
qavramağa imkan verirsə, onun da tam «mənimsənilməsinə» imkan 
vermir. 
Nümunəvi oxucu öyrənmək istədiyi kitabı aktiv, dərin, tam və 
təhlillə oxuyur və bundan həzz alır. 
Aydın oxunuş yaxşı mütaliənin vacib şərtidir. Məşhur ingilis alimi 
Reskin düzgün olaraq qeyd edir ki, əgər bir adam kitabxanada olan 
kitabları oxuyub, xatirində saxlasa belə yenə ona təhsilli adam demək 
olmaz. Təhsilli olmaq üçün nəinki məlumat, eyni zamanda, xüsusi 
«əqli mədəniyyət», düşünmə vərdişi, bilikləri idarəetmə baçarığı və 


21
II. Kitabı necə oxumalı
başqa mənəvi hissiyyat tələb olunur. 
Fiziki inkişaf üçün idman məşqləri lazım olduğu kimi, zehni 
qabiliyyətin inkişafı üçün də məşq tələb olunur. Bu inkişafın yeganə 
yolu kitab üzərində ciddi, gərgin və bəzi uzun müddətli işləməkdir. 
Diqqətlə və dərin oxunan kitab şüurda çoxlu köklərlə iz salır və 
qarşıya qoyulan məqsədin əldə edilməsi üçün zəmin yaradır. Təkcə 
məlumat almaq üçün oxunan kitab düşünülüb təhlil olunmadığından 
minimal mənəvi inkişafa şərait yarada bilər. 
ABŞ-da kitab oxumağın ümumi təhsilə təsiri haqqında bir çox 
tədqiqatlar aparılmışdır. Bu tədqiqatlarda oxunan kitab və oxucu 
ayrı-ayrılıqda yox, kitabın oxucuya təsiri və oxucunun kitaba olan 
tələbatı öyrənilmişdir. Çap olunmuş məzmunun müxtəlif üsullar-
la dərk olunması və interpretasiyası, qavramanı asanlaşdıran və 
mürəkkəbləşdirən amillər təhlil olunmuşdur. Bu zaman kitab və yax-
ud çap olunmuş material, müxtəlif oxucu təbəqəsinin bilik səviyyəsilə 
təsir edən dəyərli, bədii xüsusiyyətli və s. keyfiyyətli sistem kimi qəbul 
edilir. Tədqiqatlarda keyfiyyət-kəmiyyət üsulu (kontent-analiz) tətbiq 
olunmuşdur. Dediklərimizi aşağıdakı misalla izah edək. 
Kontent-analiz üsulunun tətbiqi göstərir ki, eyni bir kitab qavranması 
oxucunun ictimai mövqeyindən, erudisiya və mədəni marağından 
yaranan müxtəlif keyfiyyətlərin cəmindən asılıdır. Hər bir şəxsdə 
müxtəlif oxuculuq tələbatı, oxuduğu əsərləri müxtəlif amillərdən asılı 
olaraq öz maraq və qabiliyyətinə uyğun olaraq qavramaq müşahidə 
olunur. 
Bir neçə oxucu növü modellərini göstərək. 
R. Başberger modelinə əsasən uşaq və gənc oxucular dörd növə 
ayrılır: 
1. Romantik növ – nağıl və macəra ədəbiyyatına üstünlük verən, re-
alistik və intelektual – mənəvi bədii ədəbiyyatı rədd edən oxucu növü. 
Bu növ oxuculara adətən, uşaqlar arasında daha çox təsadüf olunur. 
Onlar yeniyetmə dövründə əfsanəvi ədəbiyyata daha çox üstünlük 
verirlər. 
2. Realistik növ – ətraf aləmi və insanlar arasında qarşılıqlı əlaqəni 
təsvir edən kitabları mütaliə edən nağıl kitablarına etinasız olan ox-
ucu. Bu növə adətən yeniyetmələr arasında daha çox təsadüf edilir. 
3. İntelektual növ – mütaliə edilən bədii ədəbiyyatdan praktiki fay-
da almağa cəhd edən, idrakı xarakterli kitablara üstünlük verən ox-
ucu. Bu növə adətən, yeniyetmə və gənc oxucular arasında daha çox 
təsadüf olunur.
4. Estetik növ – «səsli sözlərdən», ritm və rifmlərlə qənaətlənən və 
şənlənən oxucu. Belələri şeir və sevdikləri kitabları dəfələrlə mütaliə 
edən oxuculardır. Bu növ oxucular azlıq təşkil edirlər. 
Yaşlı oxucular üçün Volqast modeli təklif olunmuşdur: 
1. Qeyri-tənqidi çox mütaliə edən oxucu növü. 
2. Az mütaliə edən: a) dinamik-proqmatik növ – praktik məqsədlər 
üçün mütaliə edənlər, b) yüksək idrak qüvvəsinə malik introvert 


22

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin