İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   66
Mirzacanzade Ixtisasa girish

I. Müasir mühəndisə olan tələbat
elektrostatik potensialının paylanması və qazma borularının 
burulması eyni tənliklərlə göstərilir; dağ süxurlarında istiliyin 
yayılması ilə elektrik sahəsinin tənliyi eynidir. Belə misallar 
çoxdur. Oxşar tənliklərin həllini bildikdə, texnikanın müxtəlif 
sahələrində olan məsələlərin nəticələrini, bunları bilavasitə həll 
etmədən analoji şəkildə qabaqcadan demək mümkündür. Bu zaman 
mühəndisin gözləri qarşısında tənliyi başa düşməyə kömək edən 
riyazi obraz dayanır. Tənliyi başa düşmək və deməkdir? Məşhur 
fizik P. Dirak demişdir: «Əgər mən tənliyi bilavasitə həll etmədən 
həllinin ümumi şəklini təsəvvür edə bilirəmsə, hesab edirəm ki, 
tənliyin mənasını anlamışam». Əlbəttə, tənliyi başa düşməkdən 
ötrü riyazi təcrübəyə malik olmaq lazımdır. Buna görə də gələcək 
mühəndis gərgin işləməli və riyazi biliyə yiyələnməlidir. 
Mühəndisin riyazi təfəkkürü riyaziyyatçının təfəkküründən 
onunla fərqlənir ki, mühəndis simvollar və rəqəmlər arasında 
proseslərin davametmə xarakterini və qurğuların vəziyyətini 
görməlidir. O, məsələnin həllini tənliklərin yazılmasından əvvəl 
qiymətləndirməyi bacarmalıdır. Riyaziyyatçıdan fərqli olaraq 
mühəndis konkret məlumat ehtiyatına malik olmalı və həllin texniki 
məqsədəuyğunluğunu görməlidir. Məsələn, əgər söhbət diametri 6 
düymə olan borudan gedirsə, mühəndis hesabat aparmadan həmin 
borunun texniki imkanlarını, buraxma qabiliyyətini təsəvvür 
etməlidir. Bu, tez qərar çıxarmaqda ona kömək edir. 
Riyaziyyatçıdan fərqli olaraq, mühəndis riyazi modeli konkret 
şəraitin tələb etdiyi qədər sadə şəkildə qurmağı bacarmalıdır. Eyni 
sözləri həllin və hesablamaların dəqiqliyi haqqında da demək 
olar. Çoxları belə hesab edir ki, riyaziyyat dəqiq elm olduğundan 
hesablamanı mümkün qədər dəqiq aparmaq lazımdır. Buna 
görə də hesablamaları vergüldən sonra beş-altı rəqəm dəqiqliklə 
aparırlar. Soruşulur, buna ehtiyac varmı? Məsələn, estakadalar 20 
ton yükə davam gətirirsə, onun üzərinə düşən ağırlığı qramlarla 
hesablamaq lazımdırmı? 
Akademik A.N. Krılov əsrimizin əvvəllərində 1:10
6
, 1:10
8
dəqiqliklə hesabat aparmağı tələb edilən Rusiya idarələrindəki 
əyintilərlə mübarizə apararaq yazırdı: «Bir çox hallarda düsturlar 
dəqiqliyin artırmasına görə hesablama üçün yararlı olmur. 
Hesablamanın həddindən artıq dəqiqliyi isə işə ziyan verir. Bütün 
hesablamalar üçün ilk şərt ondan ibarətdir ki, nəticələrin dəqiqliyi 
təcrübənin tələbinə uyğun gəlsin». 
Ancaq çox az xəta tələb edən məsələlər də var. Məsələn, raketin 
aya uçuşunun trayektoriyası 1:10
5
dəqiqliklə təyin edilir. Bir sıra 
texniki məsələlərin həllində isə buna ehtiyac yoxdur. Eyni zamanda 
mühəndis məsələnin həllinin son qiymətinə təsir edən kiçik ədədləri 
belə nəzərdən qaçırmamalıdır. Məsələn, neftin boruda hərəkətinə 
dair məsələni həll edərkən onun sıxılma qabiliyyətini nəzərə 
almamaq olar. Ancaq yatağın ehtiyatının hesablanmasında sıxılma 


13
I. Müasir mühəndisə olan tələbat
göstəriciləri əlavə olaraq milyon tonlarla neftə bərabər ola bilər. 
Məlum olduğu kimi neft yerin dərin qatlarında böyük təzyiq altında 
olur. Mühəndis riyazi modeli seçərkən onu elə sadələşdirməyə 
çalışmalıdır ki, bu konkret məsələnin tələblərinə cavab versin. 
Məsələn, gilli süxurda gili bərk hesab etmək və sürüşməni nəzərə 
almamaq olar. Amma həmin yerdən tunel çəkdikdə sürüşmənin 
nəzərə alınmaması bir neçə ildən sonra tunelin uçmasına gətirib 
çıxara bilər. Qısa müddətli yük bir model, uzun müddətli yük isə 
digər model tələb edir. 
Hazırda layihə, tədris və elmi-tədqiqat fəaliyyəti ilə məşğul 
olan adamların sayı getdikcə artır. Hələ 1966-cı ildə ölkəmizdə bu 
rəqəm 5–6 milyon olmuşdur. Həmin dövrdə inşaat işlərində 5.8 
milyon, nəqliyyatda 7.4 milyon adam çalışırdı. Əgər artım sürəti 
dəyişməzsə, hesablamalar göstərir ki, 80 ildən sonra bütün yaşlı 
əhali layihəçilərə, elmi işçilərə, laborantlara və s. çevrilər. Gəlin 
çox da uzağa getməyək. Elə indinin özündə belə istehsalatçılarla 
layihəçilərin arasındakı nisbət layihəçilərin xeyrinə dəyişir. 
Ona görə gənclər təhsilə mühəndis-riyaziyyatçı olmaq inamı ilə 
başlamalıdırlar. Yalnız belə mühəndislər gələcəkdə çox xeyir verə 
bilər və öz əməyindən mənəvi zövq alarlar. Əgər belə mühəndis 
istehsalatda çalışarsa, istshsalat bundan qazanar. 
Mühəndisin həyatında intuisiya (duyma qabiliyyəti) böyük 
rol oynayır. Viktor Hüqo demişdir ki, yazıçılar üç şeyə – elm, 
təcrübə və intuisiyaya malik olmalıdırlar. Mühəndis bu keyfiyyətə 
yazıçıdan da artıq dərəcədə nail olmalıdır. Elmin və praktikanın 
rolu aydındır. İntuisiyaya, mühəndis intuisiyasına gəldikdə 
isə bu, birinci dərəcəli əhəmiyyətə malikdir. Bəzən deyirlər ki
filan mühəndisin xüsusi duyma qabiliyyəti var, o, işin nəticəsini 
qabaqcadan görə bilir. 
Hesablamaları və eksperimentləri yerinə yetirərkən alimin vaxt 
imkanı daha çox olur. İstehsal prosesində isə mühəndisdən çox az 
müddətdə düzgün qərar qəbul etmək tələb olunur. Belə şəraitdə 
problemin gələcək inkişafını, perspektivini duyan mühəndis düzgün 
istiqamət götürə bilər. Bu keyfiyyətlər mühəndis intuisiyasını təşkil 
edir. İntuisiyanın inkişafına əməli fəaliyyətdə toplanmış təcrübə 
kömək etsə də, riyazi təfəkkürə malik mühəndisdə bu, daha çox və 
dəqiq olur. 
Müasir mühəndis öz əməli fəaliyyətində bəzən kor-koranə 
olaraq ehtimal nəzəriyyəsinin, informasiya nəzəriyyəsinin 
elementlərindən, riyazi statistikadan, riyazi iqtisadiyyatdan 
eksperimentin riyazi nəzəriyyəsindən və riyaziyyatın başqa ən 
yeni nailiyyətlərindən istifadə edir. Bu işdə ona intuisiyanın və 
təfəkkürün çox köməyi olur. Bununla bərabər xüsusi hazırlığa 
malik olmaq daha yaxşı nəticə verir. 
Buna görə də hazırda bir çox ölkələrdə, o cümlədən Sovet 
İttifaqında mühəndis və riyaziyyatçı ixtisasını özündə birləşdirən 


14

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin