İXTİsasa giRİŞ


I. MÜASİR MÜHƏNDİSƏ OLAN TƏLƏBAT



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə2/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   66
Mirzacanzade Ixtisasa girish

I. Müasir mühəndisə olan tələbat
I. MÜASİR MÜHƏNDİSƏ OLAN TƏLƏBAT
1. Gənc mühəndisin elmi dünyagörüşünün formalaşması
Kommunizm quruculuğunun müasir mərhələsində ali məktəblər 
qarşısında mühüm və məsul vəzifələr durur. Tədrisin keyfiyyətinin 
və səmərəliliyinin yüksəldilməsi, elmi və siyasi məlumatların 
zənginliklərində düzgün və sərbəst yol tapan, yaradıcı təfəkkürə 
malik gənc mütəxəssislərin hazırlanması qarşıda duran əsas 
məqsədlərdəndir. Bu vəzifələrin yerinə yetirilməsində tələbə 
gənclərin elmi dünyagörüşünün formalaşmasının əhəmiyyəti 
böyükdür. 
Gələcək mühəndisin elmi dünyagörüşü hələ orta məktəbdə 
yaranmağa başlayır, ali məktəbdə formalaşır və möhkəmlənir. 
Elmi dünyagörüşün əhəmiyyəti gənc mütəxəssisin istehsalatda 
fəaliyyətə başladığı dövrdə, optimal qərarlar qəbul etdiyi müstəqil 
əmək prosesində daha da artır. 
Elmi-texniki tərəqqinin sosialist sistemi iqtisadiyyatının 
üstünlükləri ilə üzvi surətdə bağlı olduğu müasir şəraitdə 
hərtərəfli biliyə malik mütəxəssislərin hazırlanmasında ali təhsilin 
əhəmiyyəti böyükdür. Bu şəraitdə gənc mütəxəssisdən yüksək 
nəzəri və praktiki bilik və onların daim inkişaf etdirilməsi tələb 
olunur. 
Gələcəyin mütəxəssisi olacaq bugünki tələbənin elmi və 
ictimai fəaliyyəti sevmək ruhunda tərbiyə olunmasında onun 
dünyagörüşünün düzgün formalaşması vacibdir. 
Dünyagörüşü nədir, onun quruluşu və formalaşması prosesi 
necə olmalıdır? Dünyagörüşü – insanın ətraf aləmə nəzəri və 
praktiki münasibətlərini aydınlaşdıran ictimai təsəvvür, görüş 
və anlayışlar sistemidir. Bu insanın əşya və hadisələri görmək, 
dərk etmək və qiymətləndirə bilmək öz şəxsiyyətini konkret 
tarixi subyekt kimi hiss etmək üsuludur. Dünyagörüşü çox 
geniş məvhum olub insanın dünya təsəvvürü, onun emosional 
qavrama və fikirləşməsi, ictimai problemlərə münasibəti, idrakın 
həqiqiliyinə və qüvvəsinə inamıdır. Başqa sözlə, dünyagörüşü 
insanın təbiət, cəmiyyət və idrak barədə daha ümumi təsəvvürlərini 
özündə toplayır. Kommunist, marksistleninci, elmi və dini 
dünyagörüşlərindən bəhs etdik də ümumi dünyagörüşünün 
müxtəlif cəhətləri nəzərdə tutulur. 
Tədqiqatçılar dünyagörüşünün müxtəlif forma və növlərini 


7
I. Müasir mühəndisə olan tələbat
göstərirlər. Öz növünə görə dünyagörüşü elmdən qabaq, qeyri-
elmi və elmi olur. 
Elmdən qabaq dünyagörüşü insanın gündəlik həyatda yolunu, 
onun ətraf aləmə münasibətini ifadə edir. Belə dünyagörüşü şifahi 
ənənələrə əsaslanır və sağlam fikirlə əlaqəli olur. 
Qeyri-elmi dünyagörüşü din və yaxud idealist fəlsəfə ilə 
əlaqədardır. 
Elmi dünyagörüşü elmi biliklərə və mülahizələrə əsaslanır. 
Müasir elmi dünyagörüşünün ən yüksək növü marksist-leninci 
dünyagörüşüdür. O, marksizm-leninizm fəlsəfəsi, iqtisadi və 
ictimai-siyasi görüşlərə əsaslanmışdır. 
Tələbələrin dünyagörüşünün formalaşması təhsil prosesilə 
əlaqədardır. Tələbə öyrəndiyi elmin inkişaf və müvəffəqiyyətlərindən 
irəli gələn ümumi ideya və nəticələrə laqeyd qalmamalıdır. Bu 
maraq onu öyrəndiyi fənlərə daha yaradıcı və dərindən yanaşmağa 
vadar edir. 
Tələbənin elmi dünyagörüşü müxtəlif mərhələlərdə formalaşır 
və tələbənin aldığı biliyi mənimsəməsindən başlanır. Başlanğıcda 
biliklər tələbə üçün bir çox məlumatların cəmi kimi qəbul olunur. 
Bu səviyyədə bilik tələbənin təfəkkür amili olub, hələlik onun 
dünyagörüşü komponentinə çevrilməməsidir. Biliyin möhkəm 
əqidəyə çevrilməsi üçün onu dərk etmək və mənimsəmək əsas 
şərtdir. Biliyi dərk etmək onu nəzəri surətdə mənimsəməkdən, elmi 
və ictimai dəyərini hiss etməkdən və tətbiq nəticələrini müəyyən 
etməkdən ibarətdir. Deməli, biliyin nəzəri mənimsənilmə prosesi 
onun başa düşülməsidir. Ona görə də düzgün mənimsənilməmiş 
bilik insan tərəfindən «başa düşülmür» və tətbiqə yol tapmır. 
Elmi dünyagörüşünün formalaşmasında mənimsənilmiş və 
dərk edilmiş materialın möhkəm əqidəyə dönməsində emosional 
qiymətləndirmə amilinin əhəmiyyəti böyükdür. Bu iradə, hissiyyat, 
əhvali-ruhiyyə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün düzgün 
yol seçilməsi ilə əlaqədardır. Beləliklə, elmi dünyagörüşünün 
yaradılması «bilik–anlama–əqidə–tətbiq» sxemi kimi təsəvvür 
edilə bilər. Həqiqətdə bu, çox mürəkkəb proses olub müxtəlif 
enişli-yoxuşlu yoldur. 
Təhsil hələ həyat demək deyildir, o yalnız həyata hazırlıqdır. 
Məktəb və universitetlərin fəaliyyətini ancaq bu nöqteyi-
nəzərdən qiymətləndirmək lazımdır. Təhsil zəruri biliklərin və 
zehni qüvvələrin toplanmasına, təfəkkürün səmərəli və yaradıcı 
üsullarının inkişafına kömək etməli və bir qayda olaraq vərdişə 
çevrilməli, insanı bütün həyatı boyu müşayiət edən dərin və fəal 
marağın doğulmasına şərait yaratmalıdır. 
Yarımçıq təhsil təfəkkürün müəyyən prinsipi olub həqiqət 
axtarmaq vərdişlərindən məhrum, özünə öyünən qeyri-tənqidi 
formadır. Bu xarakterdə olan adamlar yarımçıq və avam olub həqiqi 
avam adamlarla müqayisə olunmayacaq dərəcədə zərərlidirlər. 


8
I. Müasir mühəndisə olan tələbat
Alimlər daim «beşikdən qəbirə qədər» öyrənməyi tələb edirlər. 
Qədim yunanlar belə hesab edirdilər ki, çox bilik ağıllılıq əlaməti 
deyildir. Hələ Antuan de Sent-Ekzyuperi yazırdı ki, ikini üçdən 
güclə ayıran orta hazırlıqlı müasir insan, həyatı və təbiətin obyektiv 
qanunlarını Paskaldan müqayisə edilməyən dərəcədə çox bilməsinə 
baxmayaraq sərbəst fikirləşmək qabiliyyətinə malik deyildir. 
Deməli, söhbət bilik çoxluğundan getmir. Bilik şəxsi şüurla dərk 
edilib qiymətləndirilməyibsə, həcmindən asılı olmayaraq insanı 
yaradıcı edə bilməz. 
İntellektualizmin mühüm xassəsi olan seçmə qabiliyyəti insana 
anadan olanda verilməyib, şəxsiyyətin formalaşması prosesində 
əldə edilir. Müxtəlif şəraitdə qərar qəbul etmə qabiliyyəti yalnız 
biliklərin dərin mənimsənilməsi və təhlilinin məhsuludur. 
Külli miqdarda elmi və siyasi məlumat şəraitində özünə 
düzgün və sərbəst yol tapan, gələcəyin mütəxəssisi olan bu günün 
tələbəsinin dünyagörüşünün düzgün formalaşması üçün onun 
elmi və ictimai əməyi sevmək ruhunda tərbiyə olunması əsasdır. 
İngilis atalar sözündə deyilir ki, ağıllı adamı idarə etmək üçün 
daha çox ağıl lazımdır. 
Ağıl sirrdir, onu əldə etmək isə mərdlikdir. Fransız atalar 
sözündə deyilir ki, bilik qabaqcadan xəbər vermək deməkdir. 
Elmlə dünyagörüşü sıx əlaqədardır. Ona görə də elmi dünyagörüş, 
real aləmin bütün prosesləri elmin və texnikanın imkanı və 
tərəqqisi ilə ayrılmazdır. Bu fikri bir qədər konkretləşdirək. Son 
dövrdə riyaziyyatlaşmanın müvəffəqiyyətləri bəzi adamlarda elə 
yanlış təsəvvür yaratmışdır ki, guya o obyektiv gerçəkliyi tam əks 
etdirmir. Bu fikrin əsassız olduğunu göstərmək üçün riyaziyyat 
müəllimləri tələbələrə «sırf» (xalis, təmiz) riyaziyyatın olmadığını 
və onun «ruhun (təfəkkürün) azad yaradıcılıq» məhsulu olmayıb, 
möhkəm tətbiqi köklərə malik olduğunu aşılamalıdır. 
Bunu təbiət və texnika elmləri haqqında da söyləmək olar. 
Ali savad almış gənc mütəxəssis elmin və texnikanın əsaslarına 
yiyələnməklə bərabər həyatda öz yerini dəqiq təyin etməyi də 
bacarmalıdır. Sosialist cəmiyyəti bütün sənət adamları üçün 
olduğu kimi mühəndis-texniki ziyalıların da ictimai fəallığı üçun 
hərtərəfli şərait yaradır. 
Mühəndis-texniki mütəxəssislər öz iş təcrübəsində təkcə texniki 
məsələlərin həllində deyil eyni zamanda təşkilatı idarəetmə 
işində və kollektiv üzvlərinin ideya-siyasi tərbiyəsində fəal iştirak 
etməlidirlər. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin