İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə7/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   66
Mirzacanzade Ixtisasa girish

I. Müasir mühəndisə olan tələbat
sağdan sola eyni cür oxunur. Bəzi şairlər əsərlərinin təsir qüvvəsini 
artırmaq üçün hərflərin simmetrik yerləşməsindən istifadə edirlər. 
Palindromlar çox qədimdən məlumdur. İstambuldakı Aya-Sofiya 
məscidinin mərmər günbəzində bir palindrom cümlə yazılmışdır. 
Ümumiyyətlə, mənası «təkcə üzünüzü yox, günahlarınızı da 
yuyun» olan həmin cümlə yazıldığı dildə həm sağdan sola, həm də 
soldan sağa eyni cür oxunur. Sovet ədəbiyyatşünası N. Bulqakov 
belə bir palindrom düzəltmişdir: «Argentina manit neqra». Əlbəttə, 
belə üslubda şeir yazmaq çox mürəkkəb işdir. Odur ki, çox vaxt 
fikrə görə sözləri yox, sözlərə görə fikri seçirlər. 
Palindrom təkcə poeziyada deyil, həm də müxtəlif rəqəmlərin 
birləşməsində özünü büruzə verə bilir. Məsələn, axırıncı 
palindromik il 1881-ci il olmuşdur. Bu rəqəm güzgü əksində də 
dəyişmir. Bəs musiqidə simmetriyanın rolu nədir? İlk baxışda 
adama elə gəlir ki, güzgü simmetriyasının musiqidə rolu ola 
bilməz. Doğrudan da müəyyən ardıcıllığı olan melodiyanın güzgü 
simmetriyası həmin musiqinin tərsinə çalınmasıdır. Maqnitofon 
lentinə yazılmış gözəl musiqi parçasını tərsinə çaldıqda onun necə 
səsləndiyini yəqin ki, eşitmisiniz. Çox vaxt bu qarmaqarışıq bir şey 
olur. Fortepianoda tərsinə musiqi parçası çaldıqda orqan musiqisi 
kimi səslənir. Bir çox bəstəkarlar güzgü əksi üsulundan istifadə 
edərək müxtəlif effektlər əldə etməyə çalışmışlar. Hələ XV əsrdə 
bəstəkarlar kanon (qanun) yazmışlar. Bu musiqidə melodiya bir-
birinin ardınca gələn muxtəlif səslər ilə ifadə olunur. Motsartın 
kanonunda ikinci melodiya soldan sağa və aşağıdan yuxarıya 
çevrilir. İbtidai mədəniyyət və qədim təsviri incəsənət əsərlərində 
ikitərəfli simmetriyaya çox rast gəlmək olur. 
Görkəmli dirijor L.Stokovskinin musiqidə simmetriyanın rolu 
haqqında bəzi fikirlərini nəzərdən keçirək. Onun fikrincə ritmik 
struktur əsasən 2, 4, 8, ya da 16 ölçü (takt) üzrə qurulmasından 
əmələ gəlir. Belə olduqda konstruksiya simmetrik xüsusiyyət 
daşıyır. Bütün səslənən elementlər ciddi qayda ilə düzülür. Bu cür 
musiqidə melodik xətt üstün gəlir və qalan o biri səslər bu xəttə tabe 
olur. Musiqinin ritmik quruluşu asimmetrik xüsusiyyət daşıyanda 
(məsələn, Baxın fuqalarında) dinləyicidə elə bir hiss oyanır ki, guya 
səs axını üfüqidir. Belə musiqi dəniz ləpələrinin bir-birinin üstünə 
düşməsini xatırladır. Bu musiqi asimmetrikdir və bir qayda olaraq 
polifoniya üzərində qurulur. Bethovenin 7-ci simfoniyasının həzin 
hissəsinin quruluşu simmetrikdir. Vaqnerin «Meysterzingerlər» 
operasının ikinci pərdəsində simmetrik və asimmetrik momentlər 
uyğunlaşdırılmışdır. Adətən, simmetrik musiqi adamda yüksək 
tarazlıq və rahatlıq hissi, asimmetrik musiqi isə, əksinə, həyəcan 
və vəlvələ hissi oyadır. 
Orta əsrlərin dini lövhələrinin çoxu ikitərəfli simmetriya prinsipi 
əsasında yaradılmışdır. Müasir dövrdə ikitərəfli simmetriyadan 
istifadə etdikdə lövhə darıxdırıcı olur. 


17
I. Müasir mühəndisə olan tələbat
Təbiətdə simmetriya oxu çox vaxt şaquli olur. Çünki ağırlıq 
qüvvələri aşağıdan yuxarıya doğru yönəlir. Təsəvvürünüzə gətirin 
ki, hər hansı bir gölü əks etdirən lövhə və ya foto tərsinə (aşağıdan 
yuxarıya) çevrilmişdir. Bu çox təəccüblü görünər, çünki gölün suyu 
bu halda ümumdünya cazibə qanununu pozmuş olar. Amma şəkli 
və ya fotonu soldan sağa çevirsək, bu o qədər də gözə çarpmaz və 
onu qavramaq mümkün olar. Hər hansı bir mənzərənin fotosuna 
baxsaq onun tərs üzünə çevrilməsini və ya çevrilməməsini duymaq 
çətindir. Bu şərtlə ki, ikitərəfli simmetriya daşıyan obyekt şəklə 
düşməsin. 
Tablonun soldan sağa çevrilməsi o qədər adi hadisədir ki, 
hətta bunu təsəvvürdə də canlandırmaq mümkündür. Bu zaman 
tablonun estetik qiymətinin dəyişməsi məsələsi meydana çıxır. Bəzi 
tənqidçilər deyirlər ki, belə tablo estetik qiymətini bir az itirir. Bunu 
Nyu-York fotoqrafı Devid Eyzendrat göstərmişdir. O, bir dəfə teatr 
səhnəciklərini əks etdirən, hərəsi iki güzgü əksi variantında 50 foto 
düzəltmişdir. Maraqlı burasıdır ki, soldan sağa oxumağı vərdiş 
edən şəxslər çevrilməmiş fotoları seçmişlər. Sağdan sola oxuyan 
şəxslərə isə (ərəb, qədim yəhudi əlifbaları) çevrilmiş fotolar daha 
xoş gəlmişdir. 
Bununla təsviri incəsənətdə, musiqidə və poeziyada 
simmetriyaya aid misallar göstərməklə simmetriya haqqında qısa 
məlumat verdik. Lakin bu simmetriya haqqında kifayətləndirici 
məlumat ola bilməz. Qeyd etməliyik ki, hazırkı dövrdə və 
gələcəkdə asimmetriya da simmetriya kimi sənətdə çox böyük rol 
oynaya bilər. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin