İXTİsasa giRİŞ


Mühəndisin fəaliyyətində riyaziyyatın rolu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə4/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   66
Mirzacanzade Ixtisasa girish

3. Mühəndisin fəaliyyətində riyaziyyatın rolu
Hələ 50–60-cı illərə qədər istehsalatda və layihə təşkilatlarında 
işləyən mühəndislər orta məktəb riyaziyyatı ilə kifayətlənirdilər. 
Aydın iş bölgüsü var idi. Ali riyaziyyatı bilməyi tələb edən 
mühəndisi məsələləri elmi-tədqiqat institutları həll edirdi. Orada 
müxtəlif təlimat, göstəriş, qrafik və cədvəlləri olan xüsusi məlumat 
kitabçaları hazırlanırdı. Layihə təşkilatları və istehsalatda arayış 
xarakterli həmin normativ ədəbiyyatın köməyi ilə müəyyən tipli 
mühəndisi məsələlər həll edilirdi. Əlbəttə bunun üçün elementar 
riyazi bilik kifayətdir. Bəs müəyyən tipə uyğun olmayan məsələ 
qarşıya çıxarsa? Məsələn, materiallar müqavimətinə aid məlumat 
kitabçalarında müəyyən yük altında olan iki bərabər aşırımlı 
tirlərin əyintilərini təyin edən düsturlar verilir. Əgər aşırımlar 
müxtəlif, yüklər başqadırsa, əyilmə düsturunu mühəndis özü 
çıxarmalı idi. Bu isə riyaziyyatı bilməyi tələb edir. Zaman keçdikcə 
xalq təsərrüfatının inkişaf sürəti artdıqca müəyyən tipə uyğun 
gəlməyən məsələlərin sayı da artır. Riyaziyyata olan tələbat təkcə 
istehsalatın təşkili və texnologiyasında deyil, həm də təsərrüfatı 
idarəetmə məsələsində də ortaya çıxır. 
Müasir elmi-texniki inqilab mühəndislərə texniki məsələlərin 
həllinin yeni üsullarını verdi. Mühəndis əməyini əhəmiyyətli 
dərəcədə yüngülləşdirən elektron-hesablayıcı maşınlar tətbiq 
olundu. Bütün bunlar mühəndis əməyinin riyaziləşdirilməsini 
tələb edirdi. Müasir dövrün mühəndisi istər layihəçi, texnoloq
iqtisadçı, istərsə də idarəetmə təşkilatlarının mühəndisi olsun, 
ali riyaziyyatı bilmədən səmərəli iş görə bilməz. Mühəndis üçün 
işlədiyi sahədə konkret və dəqiq elmi təfəkkürə malik olmaq 
vacibdir. Bu işdə riyaziyyat əsas rol oynayır. Riyazi faktların 
ifadəsindən yaranan mühakimələr istehsal proseslərinin idarə 
olunması işində mühəndisə çox kömək edir. 
Hazırda riyazi tələbata uyğun olan məlumat və təlimat vasitələri 
buraxılır. Mühəndis təkcə məlumat kitabçasından istifadə etmək, 
nəticə və çıxarılışı bilmədən riyaziyyatı «resept» kimi qəbul etmək 
kifayətdirmi? İstehsalat-texnoloji proseslərinin tənliklərini tərtib 
etmə üsullarını dərindən bilmək mühəndis üçün zəruridir. Ancaq 
bu cür tənliklərin tətbiqi və həlli çox zaman müasir riyaziyyatın 
çox dəqiq üsullarının tətbiqini, bəzən yeni riyazi nəzəriyyənin 
yaradılmasını tələb edir. Ona görə də hadisələrin tənliklərini 
tərtib etməyi bacaran mühəndislə yüksək ixtisaslı riyaziyyatçının 


11
I. Müasir mühəndisə olan tələbat
əməkdaşlığı zəruridir. Deməli, mühəndis riyazi üsullara elə 
yiyələnməlidir ki, riyazi dildə danışa bilsin. Engels yazırdı: «...
təbiət, riyaziyyat dilində danışır, onu anlamaq üçün riyazi üsulları 
dərindən bilmək lazımdır». 
Mühəndisin texniki fəaliyyəti geniş və çoxcəhətlidir. Fiziki 
hadisələrin bütün sahələri üçün hazır reseptlər yoxdur. Yaradıcı 
yanaşmaq qabiliyyəti tələb olunan yeni şəraitdə, mühəndis 
tənliklərin çıxarılması üsullarını bilməklə, məsələni çətinlik 
çəkmədən həll edə bilər. Bu bacarıq yalnız ali riyaziyyatı dərindən 
bilməklə mümkün olur. Prosesin optimal riyazi modelini qurmaq 
riyaziyyatçının işidir, mühəndisin vəzifəsi isə keyfiyyətcə 
qiymətləndirməyi bacarmaqdır. Bundan əlavə mühəndisdən 
eksperimentik nəticələrini riyazi modelin nəticələri ilə müqayisə 
etmək tələb olunur. Bu da müasir riyaziyyatın üsullarından və 
vasitələrindən istifadə etməklə mümkündür. 
Bəzi tədqiqatçılar belə hesab edirlər ki, mühəndis məsələni 
qoymağı bacarmalıdır, onu həll etmək isə riyaziyyatçının işidir. 
Bu cür «ixtisaslaşma» ona gətirib çıxarır ki, mühəndis məsələyə 
riyaziyyatçı kimi yanaşmadığından, məsələnin riyazi yazılışını verə 
bilmədiyindən və inkişaf etmiş riyazi təfəkkürə malik olmadığından 
məsələni düzgün qoya bilmir. Riyazi ifadə fikrin ən qısa və dəqiq 
ifadəsidir. Bu təkcə həcmcə məhdud olan jurnal məqalələrinə 
aid deyildir. Misal üçün Nyutonun kəşf etdiyi dinamikanın 
əsas qanununu götürək, cəmisi üç hərfdən ibarət olmasına 
baxmayaraq nə qədər mənalıdır. Bütün elektrodinamikanın izahı 
üçün Maksvellin dörd tənliyi kifayət edir. Fikrin riyazi ifadəsinin 
sadəliyi, münasibətliyi və gözəlliyi də bundadır. Bu tərzdə 
verilən ifadə ümumi nəticə çıxarmağa imkan verir. Məşhur fizik 
R.Feynman yazırdı: «...insanlar təbiəti çoxlu hissələrə bölüblər və 
müxtəlif fakültələrdə bir çox fənləri öyrənməklə bu bölünməni 
davam etdirirlər. Belə bölgü sünidir və biz ayrı-ayrı hissələri bir 
yerə yığmağa çalışacağıq. 
Kibernetikanın və hesablama texnikasının inkişafına uyğun 
olaraq mühəndisin riyazi hazırlığına olan tələbat əhəmiyyətli 
dərəcədə dəyişilmişdir. İnkişaf etmiş təfəkkürə malik olan 
mühəndis hər hansı prosesi tədqiq edərkən, riyazi obrazlarla, 
modellərlə, komplekslərlə əməliyyat aparır. O, prosesdə əsas şeyi 
ikinci dərəcəlidən ayıra bilir. Eynşteyn Motsart haqqında demişdir: 
«O, hələ yazılmamış simfoniyanı bir anda təsəvvür edə bilirdi». 
Mühəndis də tədqiq edilən tam prosesi, onun həllini təsəvvür 
etməlidir. Yaxşı deyiblər ki, ayrı-ayrı ağaclara diqqət vermədən 
bütün meşəni qabaqcadan görməyi bacarmaq lazımdır, ağaclarla 
sonra da məşğul olmaq mümkündür. 
Mühəndisin riyazi təfəkkürü elm və texnikada olan oxşarlığı 
dərk edib ondan istifadə etməyə imkan verir. Təbiətin bir çox 
müxtəlif hadisələri eyni tənliklərlə ifadə olunur. Məsələn, yükün 


12

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin