Leksik norma



Yüklə 84,5 Kb.
səhifə1/5
tarix29.03.2023
ölçüsü84,5 Kb.
#91172
  1   2   3   4   5
LEKSİK VƏ QRAMMATİK NORMA(RUS BÖLMƏSİTƏZƏ)



LEKSİK NORMA
Dilçiliyin leksikologiya bölməsinə əsaslanan leksik norma hər bir şəxsdən dilin lüğət tərkibinə daxil olan leksik vahidlərin, yəni sözlərin mənasını bilməyi, onları düzgün və yerində işlətməyi tələb edir.
Leksik normaya əməl etmək üçün danışan zəngin söz ehtiyatına malik olmalı, sinonimlər sistemindən düzgün istifadə etməyi bacarmalıdır. Leksik normada sinonimlərin mühüm yeri var. Onlar həm nitqdə təkrarçılığın qarşısını alır, həm də fikrin dəqiq ifadə olunmasında böyük rol oynayır. Lakin sinonimlərdən istifadə edərkən diqqətli olmaq, fikrə ən uyğun gələn variantı seçmək lazımdır. Məsələn, ürək, könül, qəlb sinonimlərindən ağrıyır sözünə ən uyğun gələni ürək sözüdür. Əgər “ürəyim ağrıyır” əvəzinə “könlüm ağrıyır”, “qəlbim ağrıyır” deyilərsə, leksik norma pozulmuş olar. Göründüyü kimi, sözlər yerində işlənmədikdə, fikir düzgün ifadə olunmur, məna anlaşılmır. Leksik normanın pozulması əsasən söz ehtiyatının zəifliyindən irəli gəlir.
Sözün dцзgцn, dəqiq istifadəsi ilя yanaшы, onun yerinя gюrя ifadяli, emosional iшlяdilmяsi dя leksik normanыn tяlяblяrindяndir. Nitqə obrazlılıq, emosionallıq gətirən vasitələrdən biri də frazeologizmlərdir. Buna görə də leksik norma onlardan daha geniş istifadə olunmasını tövsiyə edir. Məsələn, “O öldü” яvязinя, “O dünyasını dəyişdi” sюylяsяk, nitqimiz daha ifadяli olar. Nitqdə obrazlılığın, emosionallıq, ifadəlilik yaradan leksik vasitələr çoxdur. Bura frazeologizmlərlə yanaşı, sinonimləri, omonimləri, çoxmənalı sözləri və antonimləri də aid etmək olar.
Dilin lüğət tərkibinə daxil olan leksik vahidlər bir-birindən fərqlənir. Onların hər birinin özünəməxsus xüsusiyyətləri və işlənmə dairəsi var. Elə sözlər var ki, onları hər yerdə istifadə etmək mümkündür. Lakin bəzi sözlər də var ki, onların işlənmə dairəsi məhduddur, yəni onları hər yerdə işlətmək olmaz. Bu baxımdan dilin lüğət tərkibində olan sözləri aşağıdakı qruplara ayırırlar:
ümumişlək sözlər, dialekt sözləri, köhnəlmiş sözlər, neologizmlər, vulqarizmlər, varvarizmlər, jarqonlar və s.

Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin