Leksik norma



Yüklə 84,5 Kb.
səhifə5/5
tarix29.03.2023
ölçüsü84,5 Kb.
#91172
1   2   3   4   5
LEKSİK VƏ QRAMMATİK NORMA(RUS BÖLMƏSİTƏZƏ)

QRAMMATİK NORMA
Ədəbi dilin normalarından biri olan qrammatik norma dilin qrammatik quruluşuna nəzarət edir. Dilçiliyin şöbələrindən biri olan qrammatika iki hissəyə bölündüyü kimi qrammatik norma da iki hissədən ibarətdir: morfoloji norma, sintaktik norma. Morfoloji norma dedikdə, şəkilçilərin ardıcıllığı, qrammatik kateqoriyaların ədəbi dildə düzgün işlədilməsi və s. kimi məsələlər, sintaktik norma dedikdə isə sintaktik əlaqələrin düzgün qurulması, cümlə üzvlərinin yerinin yerində işlənməsi və s. kimi məsələlər nəzərdə tutulur. Əgər bu tələblər yerinə yetirilməzsə, qrammatik norma pozular, kobud və anlaşılmaz nitq əmələ gələr.
Qrammatik normanın bəzi tələblərini nəzərdən keçirək:
1. Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir. Məs: beş alma, yüz tələbə. “Beş almalar”, “yüz tələbələr” işlətmək qrammatik normanın pozulması deməkdir.
2. Qrammatikada şəkilçilər sözlərə müəyyən ardıcıllıqla artırılmalıdır. Məs, adlarda əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının şəkilçiləri artırılır: dost+lar+ımız+dan+dır və s. Əgər şəkilçilər yerini dəyişərsə, qrammatik norma pozulmuş olar.
3. Qrammatik qaydaya görə, cümlədə nə, nə də bağlayıcısından sonra gələn feil təsdiqdə olmalıdır. Məs: Nə yazır, nə oxuyur. Əgər cümlə “Nə yazmır, nə də oxumur” şəklində ifadə olunarsa, qrammatik norma pozulmuş olar.
4. Məlumdur ki, mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır. Mübtəda ilə xəbərin şəxsə görə uzlaşması mütləqdir. Kəmiyyətə görə uzlaşma I və II şəxslərdə mütləqdir, pozulmur. III şəxsin cəmində isə ola da bilər, olmaya da bilər:
a) Əgər mübtəda insan anlayışı bildirirsə, kəmiyyətə görə uzlaşma olmalıdır: Qızlar rəqs edirlər. Tələbələr oxuyurlar.
b) Əgər mübtəda digər canlılar olarsa, kəmiyyətə görə uzlaşma ola da bilər, olmaya da bilər: Quşlar isti ölkələrə uçub gedir (gedirlər). Quzular otlayır (otlayırlar).
c) Əgər mübtəda cansız əşya olarsa, xəbərdə III şəxsin cəmində kəmiyyətə görə uzlaşma olmaz: Boşqablar yuyuldu. Binalar söküldü. “Boşqablar yuyuldular”, və ya “Binalar söküldülər” olarsa, qrammatik norma pozular.
5. Nitq prosesində cümlə üzvləri müəyyən düzülüş qaydasına tabedir. Yəni cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir, təyin təyin olunan cümlə üzvünün önündə işlənir, zərflik, əsasən xəbərdən əvvəl gəlir. Məsələn:
Hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq. (mübtəda + təyin + tamamlıq + zərflik + xəbər)
Əgər cümlə üzvləri yerini dəyişərsə, qrammatik norma pozular: Hamımız ciddi qarşıdakı imtahanlara hazırlaşırıq.
Lakin məqsəddən asılı olaraq zərfliyin bəzi növləri (zaman, səbəb və məqsəd zərfliyi) cümlənin əvvəlində də gələ bilər. Məs: Axşam yağış yağırdı. Xəstələndiyi üçün Əli dərsə getmədi.
Bəzən şeirlərdə, şüarlarda cümlə üzvlərinin yeri dəyişə bilər. Ədəbiyyatşünaslıqda buna inversiya deyilir. Məs:
Şeirdə:
Yaşıllanır yamaclar,
Yarpaqlanır ağaclar (M.Müşfiq).
Şüarlarda: Yaşasın Azərbaycan! Qalx ayağa, Ana Vətən!


Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin