Leksik norma



Yüklə 84,5 Kb.
səhifə2/5
tarix29.03.2023
ölçüsü84,5 Kb.
#91172
1   2   3   4   5
LEKSİK VƏ QRAMMATİK NORMA(RUS BÖLMƏSİTƏZƏ)

Ümumişlək sözlər. Dilin lüğət tərkibinin əsas hissəsini mənası hamı tərəfindən başa düşülən və işlədilən sözlər təşkil edir ki, bunlara ümumişlək sözlər deyilir. Ümumişlək sözlər dilimizin fəal lüğət fonduna daxildir və biz gündəlik nitqimizdə, əsasən, onlardan istifadə edirik. Məsələn, su, torpaq, ağac, qırmızı, üç, kitab, dəmir, çörək kimi sözlər fəhlə, alim, qoca, uşaq – bir sözlə hamı tərəfindən başa düşülür və işlədilir.
Dialekt sözləri. Məhdud dairədə və ya ərazidə işlədilən sözlərə dialekt sözləri deyilir. Ədəbi dilin formalaşmasında, zənginləşməsində dialekt sözləri və şivələr əsas rol oynasa da, bugünkü dövr üçün onlar qeyri-ədəbi dil ünsürləri hesab olunur. Dialekt sözlərinin ədəbi dildə qarşılığı olur. Məsələn, zir-nəlbəki (Naxçıvan), hancarı-necə (Qazax), ciji –ana (Şəki), becid –tez (Bakı) sözləri yalnız müəyyən ərazidə işləndiyi üçün dialekt sözləri hesab olunur.
Terminlər (ixtisas sözləri). Müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir. Məsələn, riyaziyyatçı - inteqral, bölmə, tənlik, bioloq – hüceyrə, xromosom, sitoplazma, həkim - hipertoniya, allergiya, fizik - atom, volt, səs dalğası, kimyaçı -kauçuk, reaksiya, maddə, inşaatçı -beton, armatur, kərpic kimi peşə-sənət sözlərini başqalarına nisbətən öz danışığında daha çox işlədir. Terminlərin mənası hamı üçün aydın olmur, onların əksəriyyəti yalnız həmin sahənin mütəxəssisləri tərəfindən başa düşülür və işlədilir. Buna görə də terminlər, əsasən, elmi üslubda işlənir.
Neologizmlər. Cəmiyyətdə baş verən hər bir hadisə, yaranan hər bir yeni anlayış dilin lüğət tərkibində öz əksini tapır ki, belə sözlərə neologizmlər deyilir. Neologizmlər əsasən elmin, texnikanın, iqtisadiyyatın, istehsalın, mədəniyyət və incəsənətin inkişafı ilə yaranır.
Neologizmlərin böyük bir hissəsi dilin öz daxili imkanları hesabına yaranır. Məsələn: öndər (lider), toplum (cəmiyyət), soyad (familiya), dəstəkləmək (müdafiə etmək), dönəm (mərhələ), önəm (əhəmiyyət), öncə (əvvəl), soyqırım (genosid), çağdaş (müasir), istilikölçən ( termometr), soydaş (həmyerli), bağımsız (müstəqil), durum (vəziyyət), əyləc (tormoz), dabankeş (rojok), nəfəslik (fortoçka), çimərlik (plyaj), duyum (hiss), toplu (məcmuə), toplam (cəm), açıqca (otkrıtka) və s.
Neologizmlərin digər qismi başqa dillərdən gəlir: monitorinq, xaker, inteqrasiya, kurikulum, kollokvium, innovasiya, multikulturalizm, sayt, mesaj, skayp, planşet, smartfon, skaner, infrastruktur, eksklüziv, kreativ, trend, brend, tender və s.
Hər bir natiq (оратор), o cümlədən müəllimlər nitq prosesində nitqin pafoslu olması üçün neologizmlərdən istifadə etməyə can atır. Lakin neologizmlərdən istifadə edərkən diqqətli olmaq, hər bir yeni yaranan sözün mənasını dərk etdikdən sonra kütlə qarşısında ondan istifadə etmək lazımdır, çünki yaranan hər bir neologizmin mənasını hamı eyni dərəcədə başa düşmür. Bunu nəzərə alaraq, yeri gəldikcə yeni yaranan sözlərin mənasını izah etməyə çalışmaq lazımdır.

Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin