Leksik norma



Yüklə 84,5 Kb.
səhifə4/5
tarix29.03.2023
ölçüsü84,5 Kb.
#91172
1   2   3   4   5
LEKSİK VƏ QRAMMATİK NORMA(RUS BÖLMƏSİTƏZƏ)

Vulqarizmlər. Kobud və ya qeyri-ədəbi sözlər vulqarizm, yaxud vulqar sözlər adlanır. Məs: tıxmaq (yemək), hırıldamaq (gülmək), anqırmaq (qışqırmaq), danışmaq (çərənləmək), köpmək (yatmaq), gəbərmək (ölmək), sülənmək, veyillənmək (gəzmək) və s.
Vulqar leksika dilin gözəlliyini pozur, onu kobud şəklə salır. Buna görə də vulqar sözlərə qarşı mübarizə aparmaq lazımdır. Bu məqsədlə vulqar sözlərin əvəzinə onların sinonimi olan, ifadəni səliqəyə salan, yumşaldan evfemistik sözlərin işlədilməsi məsləhət görülür.
Lakin ədəbi dildə işlədilməsi nöqsan hesab edilən vulqar sözlərdən bədii əsərdə obrazın daha təbii, daha dolğun, daha güclü çıxması üçün bir vasitə kimi istifadə oluna bilər.
Jarqonlar bu və ya digər ictimai qrupa xidmət edən dil hadisəsidir. Daha dəqiq desək, başqalarının başa düşməməsi üçün süni şəkildə yaranan, xüsusi qrupların istifadə etdiyi şərti “uydurma” dildir. Jarqon sözlər ancaq müəyyən məhdud kollektivlər arasında yayılmışdır. Məs:
Kəsilmək, köçürmək, qaçmaq – tələbələrin jarqonu;
Pəncərə - okno (iki dərs arasında olan boş vaxt) – müəllimlərin jarqonu;
Manıs – (toylarda çıxış edən musiqiçi) – müğənnilərin jarqonu;
Yanmaq (tutulmaq), sağmaq (pul qoparmaq) – oğru, quldur və ya dustaqların jarqonu.
Jarqon leksikası da vulqar leksika kimi dili ağırlaşdırır, korlayır, buna görə də onların ədəbi dildə işlədilməsi yolverilməzdir.
Ümumiyyətlə, leksik norma hər kəsə nitqdə əsasən ümumişlək sözlərə yer verilməsini, dialekt sözlərdən, vulqarizm və varvarizmlərdən, jarqonlardan istifadə etməkdən çəkinməyi məsləhət görür. Bu cцr sюzlяr leksik norma цчцn xarakterik deyil. Onlar hяm leksik normanы poзur, яdяbi dili korlayыr, hяm dя danышanыn savadыnыn, dцnyagюrцшцnцn aшaьы sяviyyяdя olduьunu göstяrir. Lakin bяzяn шair vя yazыçыlar bяdii яsяrin tяsir gцcцnц artыrmaq, yaratdыqlarы obrazlarыn daxili alяmini açmaq цçцn dialekt sözlərdən, vulqarizm və varvarizmlərdən, loru söz və jarqonlardan istifadя edя bilяrlяr. Digər leksik vahidlərə - terminlərə, neologizmlərə və köhnəlmiş sözlərə qarşı isə leksik norma ehtiyatlı olmağı, onları istifadə edərkən auditoriyanın səviyyəsini nəzərə almağı, yalnız nitqimizin təsir qüvvəsini artıra bildiyi məqamda istifadə olunmasını tövsiyə edir.


Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin