Leksik norma



Yüklə 84,5 Kb.
səhifə3/5
tarix29.03.2023
ölçüsü84,5 Kb.
#91172
1   2   3   4   5
LEKSİK VƏ QRAMMATİK NORMA(RUS BÖLMƏSİTƏZƏ)

Köhnəlmiş sözlər vaxtilə ədəbi dilimizdə fəal işlənmiş, müasir ədəbi dilimizdə işlənməyən sözlərə deyilir. Köhnəlmiş sözlər 2 cür olur: tarixizmlər, arxaizmlər.
Keçmiş həyat və məişətin dəyişməsi ilə əlaqədar olaraq aradan çıxan sözlərə tarixizmlər deyilir. Məsələn, xəlifə, kəndxuda, abbası (20 qəpik), şahı (5qəpik), çuxa, çadra, (geyim növləri), pristav, batman (8 kq), girvənkə (400 qr), qalxan, toppuz, xış, töycü, bac (vergi növləri), xan, şah, qul və s.
Əşya və hadisənin adını ifadə edən sözün köhnələrək yenisi ilə əvəz olunmasına arxaizmlər deyilir. Məsələn, arı (təmiz), yey (yaxşı), tanıq (şahid), ərən (igid), düş (yuxu), altun (qızıl), əsən (sağ-salamat), varmaq (getmək), çin (düz), iraq (uzaq), pitik (yazı), ayaq (qədəh), damu (cəhənnəm), uçmaq (cənnət), us (ağıl), suç (günah), alp (cəsur), yağmalamaq (talamaq), ayıtmaq (demək, söyləmək), gəz (dəfə), ün (səs), dün (dünən), əsrük (sərxoş), görklü (gözəl), nəsnə (əşya).
Əgər tarixizmlərdə anlayış da, onu ifadə edən söz də köhnəlirsə, arxaizmlərdə anlayış qalır, onun adı dəyişir.
Arxaizmlərin bir qismi hələ də dilimizdə işlənməkdədir. Məs: Yuxum çin (düz) oldu. İraq (uzaq) olsun. Aydan arı (təmiz), sudan duru. Cadu-pitik (yazı) eləmək və s.
Köhnəlmiş sözlər (arxaizm və tarixizmlər) ya tarixi əsərlərdə, ya da tarixi hadisələrdən bəhs edərkən, yəni elmi və bədii üslubda (научный и художественный стиль) istifadə olunur.
Varvarizmlər. Latınca “barbarus” sözündən əmələ gələn varvarizm – başqa dilə məxsus olan, yadelli anlayışını ifadə edir. Deməli, varvarizmlər başqa dilə mənsub olub, işləndiyi dildə qarşılığı olan sözlərdir.
Ümumiyyətlə, elə bir dil təsəvvür etmək olmaz ki, orada başqa dillərdən bu və ya digər söz işlənilməsin. Tarixin müxtəlif mərhələlərində - VЫЫ яsrdя яrяb dilinin, XЫX яsrdяn rus dilinin, hяmчinin uзun яsrlяr boyu fars dilinin dilimiзя gцclц tяsiri nяticяsindя dilimiзя bir чox alыnma sюзlяr daxil olmuшdur.
Dilimiзя gяlяn яrяb sюзlяri яsasяn dinlя, tяhsillя baьlыdыr, mяs: molla, mяlяk, Allah, islam, шeytan, hяdis, cяnnяt, axirяt, salam, mяktяb, alim, mяktub, kitab, dяftяr vя s.
Fars dilindяn gяlяn sюзlяr kяmiyyяtcя яrяb sюзlяrindяn aзdыr, lakin onlar da яrяb sюзlяri ilя o qяdяr qaynayыb-qarышmышdыr ki, onlarы seчmяk demяk olar ki, mцmkцn deyil. Mяs: fincan, nяlbяki, kuзя, nяrd, шяkяr, шяkяrbura, plov, dцшbяrя, шam, qяm, dilbяr vя s.
Rus dilindяn gяlяn sюзlяr – fabrik, зavod, stol, stul, stяkan, vedrя, samovar, traktor vя s.
Rus dili vasitяsilя Avropa dillяrindяn gяlяn sюзlяr – dekan, rektor, direktor, kafedra, lift, balet, tort, futbol, voleybol, boks, basketbol, metro, sinonim, antonim, omonim vя s.
Amma bu o demяk deyil ki, tяkcя bizim dilimizя baшqa dillяrdяn söz gяlib, hяmçinin bizim dilimizdяn dя başqa dillərə, məsələn, rus dilinя sözlər keçib: – kяrpic (kirpiç), цtц (utyuq), sandыq (sunduk), alça (alыça), heyva (ayva), яncir (injir), badыmcan (baklajan), ağsaqqal (aksakal), aшыq (aшuq), qarpыz (arbuz), arшыn (arшin), karandaш vя s.
Başqa dillərdən keçən sözlər o zaman müvəffəqiyyət qazana bilər ki, həmin dildə onun işlənilməsinə ehtiyac duyulsun. Ehtiyac olmadan danışıqda başqa dilə mənsub olan sözlərin işlədilməsi ədəbi dil normaları baxımından düzgün deyil. Lakin buna baxmayaraq Azərbaycan dilində də varvarizmlərə rast gəlinir, məs: vaabşe (ümumiyyətlə), uje (artıq), koneçno (əlbəttə), kstati (yeri gəlmişkən), pılesos (tozsoran), xaladilnik (soyuducu), zavtrak (səhər yeməyi), ujin (axşam yeməyi) və s.
Yazılı nitqdə varvarizmlərdən əsasən yazıçılar istifadə edirlər, onlar çox vaxt bilərəkdən obrazın dilində varvarizm işlətməklə gülüş yaratmağa çalışırlar, məs: uçitel, uşkol, abrazovannı və s.

Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin