İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə8/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   66
Mirzacanzade Ixtisasa girish

4. İstedad haqqında
Söhbəti tələbatın təsnifatından başlayaq. Aşağıdakı əsas tələbat 
növlərini göstərmək olar: 
1. Şeylər; 
2. Fəaliyyət üçün zəruri olan biliklər
3. Fəaliyyəti istiqamətləndirən və dürüstləşdirən qiymətli şeylər; 
4. Fəaliyyət üçün zəruri hesab olunan başqa adamla görüş; 
5. İctimai-mədəni təcrübəni saxlamaq və ötürmə kimi məsul 
vəzifəni ifa edən incəsənət. 
Bu barədə qısa danışmaq məqsədilə istedad və yaradıcılıq 
qabiliyyətlərində mühüm rolu olan irsilik problemindən bəhs edək. 
İnsanın psixologiyasının təkamülünü xatırlayaq. Bu məqsədlə 
«inkarın inkarı» qanunu çərçivəsində aşağıdakı ardıcıllığı nəzərdən 
keçirək. 
Ən sadə canlı olan amyobları qıcıqlandırdıqda o tez sakitləşir. 
Təsir canlının «əsəb sistemində» möhkəmlənmədiyi üçün təcrübə 
toplanması getmir. 
Nisbətən inkişaf mərhələsində olan canlılarda (balıq, həşərat və 


18
I. Müasir mühəndisə olan tələbat
s.) instinktlər tədricən əsəb sistemində möhkəmlənir və təcrübə irsi 
olaraq ikinci nəslə ötürülür (ikinci birincini inkar edir). 
İnsan elə bir inkişaf mərhələsindədir ki, onun irsi vərdişlərə 
çox ehtiyacı yoxdur, onlar insanın həyatı boyu yaranır və onunla 
birlikdə ölür (yəni üçüncü ikincini inkar edir, daha yüksək 
mərhələdə birincini təkrarlayır). 
Buradan aydın olur ki, psixologiyanın təkamülü bəşəri 
əlamətlərin irsi olaraq ötürülməsi kimi tam bir xətlə gedir. 
İnsanın psixologiyasını yüksək inkişaf mərhələsində olan 
heyvanların psixologiyasından fərqləndirən bir xüsusiyyətdən 
bəhs etmək maraqlı olardı. 
İllər boyu insanlar arasında yaşamasına baxmayaraq it öz itliyini 
saxlayır. İnsanlardan uzaq, heyvanat aləmində böyümüş uşaqlar 
insanlıq simasını itirir, iki ayaq əvəzinə dörd əl-ayaqla gəzir və s. 
Onların ömrü, tərbiyəçisi olan heyvanınkindən çox olmur. 
Heyvanlardan fərqli olaraq insanlarda insanlıq möhkəm olmur. 
Uşağın böyüməsi üçün onun gündəlik tərbiyəsi və insan əhatəsi 
zəruridir. Cəmiyyətdən kənarda yaşadıqda o heyvana çevrilir. 
Deməli, insanlığın insanda möhkəmlənməsi prosesi biliyin irsi 
olaraq ötürülməsi qabiliyyətinin artması ilə əlaqədardır. 
Elm və istehsal proseslərində qazanılmış vərdişlər ümumi 
ictimai əhəmiyyətə malik olub insanın ətraf mühit barədə biliyini 
genişləndirir və insanın mahiyyət və mövqeyini müəyyən edir. 
Bəzi vərdişlər dərin köklərə malik olub irsi xarakter daşıyır. 
Məsələn, heyvanların da qabil olduğu, yamsılamaq, gördüyünü 
təkrar etmək və s. bəzi «artistlik» vərdişləri irsi xarakterdədir. 
Müasir musiqi sənətinin mürəkkəbliyinə baxmayaraq o öz 
başlanğıcını heyvanlar aləminə xas olan səs yamsılamaq, 
təkrarlamaqdan götürür. 
«Musiqi» və «artistlik» fəaliyyətilə məşğul olan ailələrin olması 
heç də nadir hadisə deyildir. 
Çox ehtimal ki, bir çox vərdiş və biliklər insanın əsəb sistemində 
möhkəmlənib və irsi olaraq nəsildən-nəslə ötürülür, ancaq biz 
bunu çox zaman aşkar etməyi bacarmırıq. O, çox hallarda özbaşına 
meydana çıxır. 
Belə bir sual meydana çıxır ki, nə səbəbə ayrı-ayrı dövrlərdə 
müxtəlif sahələrdə istedadlar meydana çıxır. (Məsələn, bir dövrdə 
riyaziyyat, digərində musiqi, başqa dövrdə isə fizika sahəsində və 
s. istedadlar). Çox ehtimal ki, buna əsas səbəb cəmiyyətin tələbatına 
uyğun sənətlərə olan ictimai hörmətdir. 
Burada bu və ya digər sənətə olan ictimai hörmət və qiymətlə 
yanaşı, ictimai fikir, mətbuat təbliğatı, maddi amillər, elmin inkişaf 
perspektivləri və s. böyük rol oynayır. 
Hazırda müharibədən əvvəlki dövrdə olduğu kimi cəmiyyətimiz 
neftçi mühəndis sənətini yüksək qiymətləndirdiyi üçün qaz, neft 
ixtisasları üzrə instituta qəbul imtahanlarında müsabiqə təbii 


19
I. Müasir mühəndisə olan tələbat
olaraq artmışdır. 
Deməli, sənət, həvəs, istedad ictimai anlayış olub tərbiyə 
şəraitindən və cəmiyyətin tələbatından əmələ gəlir. 
İstedadın yaranıb möhkəmlənməsində yaradıcılıq qabiliyyətini 
gücləndirən üsulların əhəmiyyəti çox böyükdür. 
Yaradıcılıq qabiliyyətini üç qrupa bölmək olar: 
1. Maraq və meyllə əlaqədar
2. Emosionallıqla əlaqadar; 
3. Əqli qabiliyyətlə əlaqədar. 
Özünü qiymətləndirmənin şişirdilməsi ağıl azlığı ilə, öz 
imkanlarının qiymətləndirilməməsini isə axmaqlıqla izah etmək 
olar. 
Axmaqlıq bioloji anlayış olmayıb cəmiyyətlə, başqa şəxslərlə 
qarşılıqlı əlaqənin müxtəlif formalarını xarakterizə edən ictimai-
psixoloji anlayışdır. Bu çox müxtəlif şəkilli olduğu üçün cürbəcür 
formalarda təsadüf olunur. 
Qabiliyyətin inkişafının başlanğıcına əsasən ev şəraitində 
alınmış tərbiyə təsir göstərir. Sonrakı dövrlərdə orta və ali təhsil, 
nəhayət yaradıcılıq imkanları mühitin təsirilə müəyyənləşdirilir. 
Müxtəlif ailələrdə valideynlərin tutduğu mövqe istedadın 
inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər. 
Əlbəttə məntiq və düşüncə birliyi yaradıcılıq istedadının əsas 
şərtlərindəndir. Çin filosofu Konfisiya deyir ki, düşünməyən bilik 
zərərli, biliksiz düşüncə isə təhlükəlidir. 
İnsan elə tərbiyə olunmalıdır ki, ictimai tərəqqini və yenilikləri 
məmnuniyyətlə qəbul edə bilsin və başqalarının yaradıcılıq 
müvəffəqiyyətlərini onların şəxsiyyətindən asılı olmayaraq istifadə 
və tətbiq edə bilsin. 


20
II. Kitabı necə oxumalı 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin