İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə11/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   66
Mirzacanzade Ixtisasa girish

II. Kitabı necə oxumalı 
Ancaq Q. M. Dobrov qeyd edir ki, həqiqi məlumat minimumu bu 
rəqəmdən azı 100 dəfə azdır. Bu o deməkdir ki, insan texnikanın və 
başqa adamların (alim kollektivinin) köməyi olmadan orta mürəkkəb 
bir problemi belə həll etmək iqtidarında deyildir. 
Bernard Şounun belə bir maraqlı sözlərini xatırlamaq yersiz 
olmazdı. Əgər iki adam hərəsində olan bir almanı bir-birinə verərsə, 
yenə də onların hər birində bir alma qalacaqdır. Əgər iki adam ideya 
mübadiləsi edərsə, onda onların hər biri iki ideyaya malik olacaqlar. 
Riyaziyyata görə bu paradoksdur. 
Mütəxəssis daimi olaraq məlumatlarla həddindən artıq 
yüklənməmək üçün özünü əlavə məlumatlardan qorumağa çalışır, 
əksinə az məlumatlı mütəxəssis isə məlumat toplamaq üçün şərait 
yaratmağa cəhd edir. 
«Məlumatlar» çətinliklərini aradan qaldırmağın əsas amillərindən 
biri şərhin yığcam və dolğun olmasıdır. Uzun məruzələrdən əl çəkmək 
və qısa məzmunla qənaətlənmək daha qiymətlidir. 
Müasir gənc daim inkişaf edən aləmə kortəbii surətdə atılır. Həyatın 
inkişaf ahənginə uyğunlaşmaq üçün təfəkkürdə, hərəkətdə, hissiyat-
da dinamiklik zəruridir. Məsələn, bəzi musiqi mütəxəssislərinə görə 
Bax və Motsartın əsərləri müasir dövrdə bəstəkarların sağlığında 
olduğundan 10% artıq sürətlə ifa olunur. 
Məlumatlar böhranın ağır nəticələrindən biri bəraəti olmayan 
təkrarlanmadır. İqtisadi cəhətdən böyük olmayan işlərin (ABŞ-da 
dəyəri 10 min, bəzən 100 min dollar olan işlər) təkrar olunması, əvvəllər 
belə işin olub-olmamasını yoxlamaq, axtarmaq və izah etməkdən daha 
əlverişlidir. 
Daha geniş «insan-məlumat» problemi də mövcuddur. 
Pravda qəzetinin 11 mart 1973-cü il tarixli nömrəsində V. Konon-
ov yazır ki, bizim dövrə xarakterik olan məlumatların izafiliyindən 
çox danışırıq və eyni zamanda yaddan çıxarırıq ki, 14–17 yaşlı 
yeniyetmələr üçün mövcud məlumatlar eyni zamanda artıq və həm 
də qeyri-kafidir. Bunu gənclərdə biliyi mənimsəmə sisteminin kifayət 
dərəcədə yaranmaması ilə izah etmək olar. Getdikcə yeniyetmələrdə 
gündəlik məlumatlar axınında onlara lazım olan dəyərli hissəcikləri 
qavramaq vərdişi yaranır və möhkəmlənir. Bu işdə radio, televiziya, 
kino, qəzetlər, kitablar və s. fəal rol oynayır. 
Müxtəlif dövrlərdə, yaxud eyni zamanda çap olunan çoxlu 
ziddiyyətli məlumatlar aləmində müasir oxucu kütləsi nə etməlidir? 
Belə şəraitdə gənc oxuculara məlumatları mənimsəmə prosesində 
seçmə qabiliyyəti aşılamaq lazımdır. Belə bir hissiyyatın inkişafı ol-
madan bizim dövrdə insan ictimai zənginlikləri formalaşdırma 
qabiliyyətinə malik yetkinliyi təmin edən meyar ola bilməz. Belə 
çatışmazlıq heç bir çoxbiliciliklə əvəz oluna bilməz. 
Elmi kitabın mütaliəsi bədii ədəbiyyatdan fərqli olaraq xüsusi iş 
şəraiti tələb edir. Bu zaman birinci növbədə kitabı yaxşı başa düşmək 
tələb olunur. Bəzən kitabı oxumuş adamla kitabın məzmunu barədə 


25
II. Kitabı necə oxumalı
müsahibə apardıqda məlum olur ki, o nəinki məzmunu anlamamış 
hətta onu çox yanlış qavramışdır. 
Kitabı yanlış qavramaq qavramamaqdan daha pisdir. Bunun səbəbi 
bacarıqsız, təhlilsiz mütaliə etmək və ümumiyyətlə az əmək sərf 
etməklə çox qavramaq istəmək təşəbbüsündən irəli gəlir. 
Bəzən fikir yeni və mühüm olduqda onu anlamaq çətin olur. Elmi 
kitabları oxuduqda məqsəd təkcə onu başa düşmək olmayıb eyni za-
manda onun məzmununu dərk etməkdir. 
Elmi kitabı mütaliə etdikdə qarşıya çıxan problem və məsələlər 
kitabı başa düşmək cəhdindən irəli gəlir. Müəllifin fikrini təhlil etmək, 
ayrı-ayrı müddəalarla razılaşıb-razılaşmamaq yaxşı mütaliə etməyin 
nəticəsidir. 
Qarşınıza qoyduğunuz məsələlərə həsr olunmuş ədəbiyyatı 
oxuyarkən vaxt və qüvvənizi əsirgəməsəniz onun bəhrəsini tezliklə 
özünüz hiss edəcəksiniz. 
Oxunan kitabın qısa konspektinin düzgün tərtib edilməsinin tələbə 
və elmi işçilər üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq 
bu haqda bir, neçə söz qeyd edək. 
Oxunulmuş kitabın konspektini yazarkən kitabdakı əsas yerləri 
seçmək və seçilmiş hissələri izah etməyi bacarmaq kimi iki əsas tələbatı 
ödəmək vacib şərtdir. Göstərilən şərtlərin bu və ya digər dərəcədə 
yerinə yetirilməsi kitabın özündən, bizim məqsədimizdən, təcrübə 
və mərhəmətimizdən asılıdır. Qısa konspektdə əsas və ikinci dərəcəli 
məsələləri bir-birindən seçmək lazımdır. Konspekt üzərində işləmə iki 
formada olur: 
1. Kitabdakı mühüm fikir və məsələlərin qısa, sxematik və eyni 
zamanda istifadə üçün tez mənimsənilə bilən rahat formada tərtib 
olunması. Bunda məqsəd qısa zaman ərzində kitabın əsas yerlərini 
xatirədə bərpa etməkdir.
2. Oxunan kitabın daha müfəssəl, nisbətən mürəkkəb dərəcədə 
izahlı konspektinin tutulması: burada oxunan kitabın tənqidi təhlili, 
fikirləri əhəmiyyət dərəcəsinə görə ardıcıllıq növbəsinə düzmək, ayrı-
ayrı bəhslər arasında əlaqə yaratmaq və s. qeyd olunur. 
Bu daha mürəkkəb iş olmasına baxmayaraq, zehni əməyin məşqinə 
və inkişafına çox böyük təsir göstərir. 
Bütün yuxarıda qeyd etdiklərimizi yekunlaşdıraraq demək olar 
ki, kitab üzərində işləmək məqsədəuyğun, mütəşəkkil və savadlı 
olmalıdır. Hər bir mədəni adam səmərəli və düzgün mütaliə etməyi 
bacarmalıdır. Bu işdə oxuculara kömək etmək üçün S. İ. Povarnin rus 
dilində çap olunmuş «Kitabı necə oxumalı» əsərindən götürülmüş 
tövsiyyələri aşağıda qeyd edək: 
Oxucuya tövsiyə
A. Ümumi mutaliə etmə. 
1. Bütün kitabları eyni cür mütaliə etməli. Mütaliə üsulu 


26
II. Kitabı necə oxumalı 
məqsədəuyğun seçilməlidir. 
B. Təhsil üçün mütaliə etmə.
2. Yadda saxlamaq lazımdır ki, bu növ mütaliə mühüm və ciddi 
işdir. Onu «ötəri», «bekarçılıqdan» etmə. 
3. Mütaliə etdiyin kitabların heç olmasa birini təhlil et. 
4. Mütaliə etmək üçün vaxtını və qüvvəni əsirgəmə, bəhrəsini tez 
görərsən. 
5. Tənbəllik, düşüncə və təfəkkürün ən böyük düşmənidir. Onunla 
daima mübarizə apar. 
6. Kitabı mütaliə edərkən onu mükəmməl və aydın qavramağa çalış. 
7. Səni maraqlandıran kitabı mütaliə etməyə çalış. 
8. Ciddi səbəb olmadan, mütaliə etdiyin kitabı yarımçıq atma. 
9. Kitabdakı müddəaları başqalarının köməyi olmadan qavramağa 
çalış. Yadda saxla ki, öz üzərində işləmək, özfəaliyyət böyük qüvvədir.
10. Tələb olunan yerdə zehnini tam qüvvə ilə işləməyə məcbur et.
11. Yaxşı və təhlillə mütaliə etmək istəyirsənsə mütaliə etdiyin möv-
zu üzrə qeydlər apar. 
12. Kitabın mündəricatı ilə işləməyi bacar. 
13. Özündə mütaliə etdiyin hissələrin təkrar oxunması vərdişini 
yarat. 
14. Yaxşı düşünmədən mütaliə etdiyini tənqid etmə. 
15. Kitabı mütaliə etməmiş özgə adamın kitab haqqında rəyilə tanış 
olma. 
16. Kitabı mütaliə edərək, onun məzmununu aydınlaşdır və qısaca 
qeyd et. 
C. Özünə təhsil üçün kitab seçmə. 
17. Az oxu, amma əsaslı oxu. 
18. Maraqsız olsa da zəruri kitabları oxu. 
19. Əldə etdiklərinin ən yaxşısını oxu. 
20. Nə çox asan və nə də çox çətin kitab oxu. 
21. Hər hansı oxuma planını (proqram, yaxud mütəxəssis məsləhəti) 
rəhbər qəbul et. 


27
III. Elmi axtarışların strategiyası haqqında

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin