İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
Mirzacanzade Ixtisasa girish

III. Elmi axtarışların strategiyası haqqında
olan və riyazi izaha malik prosesləri aydınlaşdırmaq üçün daha 
çox əlverişlidir. 
Məlumdur ki, müqavimət artdıqca insan qüvvəsinin imkanları 
fəallaşır. Elə ona görə də həyatda işləri heç bir çətinlik olmadan 
asan düzələn adamlar öz yaradıcılıqlarının yüksək səviyyəsinə 
çata bilmirlər və onların potensial imkanları istifadəsiz qalır. 
Ancaq bu heç də o demək deyildir ki, müvəffəqiyyət naminə 
insan özü üçün süni də olsa çətinlik yaratmalıdır. Hər bir adam 
həyatın yaratdığı çətinlikləri aradan qaldırmağı bacarmalı, 
asan yollar axtarmamalı, çətinliklə mübarizədə öz imkanlarını 
səfərbərliyə ala bilməlidir. 
Hər bir adamda mübarizə aparmaq bacarığı yaratmaq 
lazımdır. Eyni zamanda nəzərdə tutmaq lazımdır ki, çətinliklə 
mübarizə etməmək çox ağır nəticələr verir. 
Heminquey yaradıcılığa kömək etmək üçün süni çətinlik 
kimi, ayaqüstə və narahat vəziyyətdə yazmağı, əlyazmada 
düzəlişlər etməyi məsləhət görür. 
İstedadsız adam yoxdur, öz istedadına görə işləməyən 
vardır. Hər bir işdə «bacarıram və ona görə də etməliyəm» 
yox, «etməliyəm və ona görə də bacarıram» prinsipi əsas qəbul 
olunmalıdır. 
Böyük şərq şairi və mütəfəkkiri Sədi Şirazi deyir ki, insan 
yarım əsr təcrübə toplayır ki, o biri yarım əsrdə yaratsın.. 
Fransız yazıçısı Anatoli Frans deyir ki, incəsənətin iki qorxulu 
düşməni var, onlardan biri sənətkarlığı olmayan istedad, digəri 
isə istedadı olmayan sənətkarlıqdır. «İstedad pul kimi gah var, 
gah da yoxdur» sözləri də A. Fransa məxsusdur. 
Özünü tərbiyənin əsas üsullarından ən mühümü öz 
hərəkətlərinin ictimai əhəmiyyətini, xarakterinin keyfiyyətini 
və əməllərini dərketmə prosesi olan özünü təhlildir. Yaradıcılıq 
üçün zövqün inkişafının əhəmiyyəti böyükdür. 
İctimai qrupların həyat tərzi bütün xalqın həyat tərzini 
təşkil edir. Məsələn, hər hansı bir xalqın əsas əlamətlərindən 
zəhmətsevərlik, xeyirxahlıq, dəyişgənlik və s. göstərmək olar. 
Qeyd edək ki, islandiyalıların millətçiliyinin əsas şərtlərindən 
mühümü bu xalqa aid olmayan hər şeyi rədd etməkdir. Nəticədə 
islandiyalılar yalnız öz musiqisini dinləyir, dil təmizliyini 
qoruyur, daxili hadisələri çox geniş, beynəlxalq hadisələri isə 
çox qısa şərh edirlər. 
Dostayevski deyir ki, rus xalqı üçün öz səadəti azlıq edir və 
o, ümumbəşər səadəti tələb edir. 
Yaş artdıqca erudisiya çoxalır, ancaq yaradıcılıq qabiliyyəti 
zəifləyir. 
Bu haqda qədim fransız zərb məsəlini xatırlamaq yersiz 
olmazdı: «Əgər gənclik bilsəydi, əgər qocalıq bacarsaydı, hər 
şey yaxşı olardı». 


30
III. Elmi axtarışların strategiyası haqqında
Çin filosofu Konfunsiy deyir ki, dərrakə insanların inkişafına 
diqqətli müşahidə doğurur. 
Monten bu barədə yazır: «Başqasından aldığın biliklə 
kifayətlənmə. Özgə biliyi sənə müəyyən şeylər öyrətməsinə 
baxmayaraq, ağıllı olmaq üçün öz dərrakən lazımdır». 
SSRİ-də aparılmış sosioloji sorğu göstərir ki, yaşdan asılı 
olaraq insanın zövqü də dəyişir. Məsələn, 16–18 yaşlı gənclərdə 
aydın ritm, yüksək temp və işıqlı surətlər zövqə uyğundur. 19–
20 yaşlarında gənc ideya axtarır, 50 yaşından sonra isə insanın 
zövqü uşaq zövqünə yaxınlaşmağa başlayır. 
Başqasının nöqteyi-nəzərini qəbul etmək qabiliyyətinin 
olmaması məntiq yoxluğuna bənzərdir. 
XX əsrin birinci yarısından başlayaraq elm ictimai tərəqqinin 
möhtəşəm qüvvəsinə çevrilmiş və diqqətli öyrənilmə obyektinə 
dönmüşdür. Alim və filosoflar ona müxtəlif tərəflərdən 
yanaşmış və bir çox yeni fənlər: elmi yaradıcılıq psixologiyası, 
məntiq, sosioloji elm tarixi və s. yaranmışdır. Bütün bu səylərin 
nəticəsində elm xüsusi növ mürəkkəb dinamik və funksional 
sistem şəklini alır. 
Bir neçə sözlə «sistem» anlayışını izah edək. 
Öyrənilən obyektin təcrid olunmuş və sadə hadisələr 
şəklində deyil, daha mürəkkəb, qarşılıqlı əlaqəli və təsirli 
vəhdət vəziyyətində olması təbiətşünas və filosoflar tərəfindən 
artıq çoxdan qəbul edilmişdir. Ancaq «sistem» anlayışı alim və 
filosofların əsərlərində XIX əsrin axırları XX əsrin əvvəllərində 
mərkəzi yer tutmağa başladı. 
Klassik təbiətşünaslığın əsas prinsiplərindən biri tədqiq 
olunan hər bir mürəkkəb hadisənin sadə tərkib hissələrinə 
parçalamağın zəruri olması əqidəsi idi. 
Bu elementlərin xassələrinin, hərəkət üsulu dəyişikliklərinin 
izahı və öyrənilməsi nəticələrinin cəmi mürəkkəb hadisə barədə 
lazımi və kafi məlumat almağa imkan verir. 
Bu yol klassik mexanika və fizikanın sürətli inkişafı ilə 
əlaqədar daha da geniş tədqiq olunurdu. 
Belə dərkedilmə üsulu əvvəllər aydın olmayan bir çox 
hadisələrin izahında böyük təkan oldu. 
Ancaq XIX əsrin ortalarından başlayaraq toplanmış küllü 
miqdarda faktlar əsasında müəyyən edildi ki, mürəkkəb 
təbiət və cəmiyyət hadisələrinin izahında təfəkkürün bu yolu 
az səmərəlidir. Bu izah yolu vasitəsilə canlı təbiətin bir çox 
prinsipləri anlaşılmaz olaraq qalırdı. Bütün bunlar mürəkkəb 
hadisələrin öyrənilməsində mexaniki yaxınlaşmadan fərqli 
daha mükəmməl üsulun zəruriliyini meydana atdı. Sonralar 
bu yeni dərketmə üsulu «sistemlilik» prinsipi praktiki olaraq 
Marks və Darvin tərəfindən həyata keçirilməyə başladı. 
Marks cəmiyyətə vahid əlaqəli bütöv şəkildə baxaraq 


31

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin